Mühasibat uçotunun metodu və onun əsas ünsürləri



Yüklə 29,79 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü29,79 Kb.
#40567
  1   2   3
Mühasibat uçotunun metodu və onun əsas ünsürləri
Azerbaycan dialektologiyasinin esaslari.ocr, Nizami Gəncəvi haqqında məqalə

 Mühasibat uçotunun metodu və onun əsas ünsürləri

Mühasibat uçotunun metodu onun araşdırılması və öyrənilməsi qay­da­larıdır. Elmi araşdırmalarda metod ter­­mini öyrəniləcək əşyanın təmi­na­tını araşdırmaq üçün müxtəlif üsul və prinsiplərdən istifadə olunmasını nə­zər­də tutur. Mühasibat uçotunun metodu öz predmetinin hansı üsullar və prinsiplər vasitəsilə öyrənilməsini yerinə yetirir.

Göstərilən metodoloji sistemdə mühasibat uçotu­nun hansı vasitələrlə tə­sərrüfat-maliyyə əməliyyatlarını icra etməsini müəyyənləşədirmək əsas sayılır.

Məlum olduğu kimi təsərrüfat vəsaitləri, onların əmə­lə gəlmə mənbə­lə­ri müxtəlifdir. Bütün əməliyyatları düzgün əks etdirmək üçün ayrı-ayrı və­sait növlərinin hə­rə­kəti və onun icrası üzərində nəzarəti həyata ke­çirmək çox vacibdir. Burada sənədləşmə və inventarlaşma mü­hüm nəza­rət metodu kimi xüsusi əhəmiyyətə malikdir.

Mühasibat uçotunun metodu onun icra fəaliy­yə­tin­də mühüm əhə­miy­­yətə malik olan ünsürləri vasitəsilə ye­rinə yetirilir. Bu ünsürlər sə­nəd­ləş­­mə və invertarlaşmadan, qiymət və kalkulyasiyadan, hesablar sis­te­min­dən, ikitə­rəf­li yazılış, mühasibat balansı və hesabatdan ibarətdir.


Yüklə 29,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə