Mühazirə 1
İnteryerin tipologiyası və təsnifatı
Bina və qurğuların kompleks əlamətlərini memarlıq tipologiyası öyrənir. Memarlıq-inşaat obyektlərinin layihələndirilməsi, tikintisi və istismarı memarlıq-inşaat normalarına əsasən təsnifatlaşdırılır. Təsnifatlaşdırma aşağıdakılara əsasən həyata keçirilir:
-obyektlərin istismarına verilən sosial-funksional tələblər;
-istismar funksiyalarına görə optimal sahə, onların parametrləri və mühitin keyfiyyətləri;
-müxtəlif funksional təyinatlı yerləşgələrin məqsədyönlü əlaqələri, qruplaşması, kooperasiyası və izolyasiyası;
-funksional sahələrin qarşılıqlı əlaqələrinə təsir edən şərtlər;
-bina tiplərinin sosial, funksional və iqtisadi parametrlərinin optimal komponovka variantları;
-hər bir bina tipinin təhlükəsizliyinin, dayanıqlığının, ekoloji təmiz mühitinin, fizioloji və psixoloji komfortunun təmin edilməsi üçün normativ tələblər.
Binaların memarlıq-tikinti tipologiyası memarlıq-inşaat obyektlərinin təsnifatlaşdırılması, onların ümumi əlamətləri üzrə müqayisəsini öyrənən elmdir. Burada təsnifatlaşdırma aşağıdakılara görə aparır:
-funksional təyinata görə;
-tipinə görə;
-həcm-plan parametrlərinə görə;
-formayaratma qanunauyğunluqlarına görə;
- şəhərsalma funksiyalarına və onlara verilən tələblərə görə;
-istismar keyfiyyətlərinə görə.
Dostları ilə paylaş: |