Mühazirə 1 Menecmentin mahiyyəti



Yüklə 24,05 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü24,05 Kb.
#45730
növüMühazirə
  1   2   3   4
Mövzu 1.


Mühazirə 1

Menecmentin mahiyyəti

Plan:


1. Menecmentin mahiyyəti və xüsusiyyətləri

2. Menecmentin inkişaf tarixi

3. Dövlət idarəetməsinin mahiyyəti

“Menecment” anlayışı semantik baxımdan ingilis sözü olub “idarəetmə” ifadəsinə uyğundur. Lakin, bu anlayış idarəetmənin tərkib hissəsi kimi də qəbul edilə bilər. Çünki, qlobal idarəetmədən fərqli olaraq “menecment” ifadəsi daha çox müəssisələrin və firmaların idarə edilməsinə aid edilir. Menecerlər müəssisə, təşkilat, firma, şirkət və birliklər səviyyəsində çalışan idarəetmə mütəxəssisləridirlər. İdarəetmə - özünün bütövlüyünü, quruluş vahidliyini saxlamaqla müəssisədə son məqsədə nail olmaq üçün tətbiq edilən müxtəlif təbiətli sistemlərin təsiretmə vasitəsidir. İdarəetmə, hər hansı bir obyekt (təşkilat, müəssisə, firma) olmadan icra edilə bilməz. İdarəetmənin mövcudluğu təşkilatın olması ilə bağlıdır. Yəni təşkilat varsa idarəetmə də vardır və əksinə. Qeyd etmək lazımdır ki, bəşər cəmiyyəti özünün varlığı ərzində insanlara təsir göstərmək üçün idərəetmə üzrə bir neçə vasitə (üsul, alət) yaratmış və tətbiq etmişdir: asılılıq iyerarxiyası; mədəniyyət və s.

Birinci vasitə - iyerarxiyadır. Bu idarəçilik üsulunda əsas amil, hakimiyyət və tabeçilikdir, yəni yuxarıdan aşağıya özünə tabe olanları işləməyə məcbur etmək, onları maddi cəhətdən asılı vəziyyətdə saxlamaq və tabe etmək münasibətlərinə əsaslanır. Eynilə də, aşağıların yuxarılara tabe olmaları ideyaları aşılanır və bu münasibətlər sistemi cəmiyyətin əsas aparıcı qüvvəsi hesab olunur. Bu halda «qamçı və ya qoğal» prinsipinə daha çox üstünlük verilir.

İkinci vasitə mədəniyyətdir. Bu üsulun mahiyyəti ondadır ki, cəmiyyətin özünün işləyib hazırladığı və bəyəndiyi idarəetmə təsiri - mənəviyyat, sosial normalar, davranış qaydaları və digər mənəvi dəyərlər vasitəsilə həyata keçirilir. Bu halda zordan daha çox, mədəniyyətə üstünlük verilir.



Cəmiyyətdə idarəetmə prosesi idarəetmənin ən çətin və mürəkkəb sahəsidir.
Cəmiyyətdə idarəetmə müəyyən qruplarda, kollektivlərdə, siniflərdə birləşən və müxtəlif mənafeləri olan insanların fəaliyyətinə qarşılıqlı təsir göstərmək formasıdır. İdarəetmədə əksər hallarda “insan-texnika (texnologiya) - təbiət-insan” prosesi getsə də burada idarə edən də, idarə edilən də insandır və ya insan qrupudur. İdarəetmə özü də insanın tələbatının ödənilməsinə yönəldilir.
Cəmiyyətin idarə olunması sosial (ictimai) elmlərin predmetidir. İnsanlar cəmiyyətin əsas məhsuldar qüvvəsi olmaqla təbiətin və cəmiyyətin obyektiv qanunlannı dərk edir və ondan istehsal, bölgü, mübadilə və istehlak prosesinin tənzim və idarə olunmasmda istifadə edirlər. Burada idarəetmə elminin obyekti sosial-iqtisadi sistem, predmeti isə istehsal prosesi və insan fəaliyyətinin təşkilidir. Bu növ idarəetmə xalq təsərrüfatının bütövlükdə idarə olunmasını, müəssisələrin, sahələrin, regionların, birliklərin, kollektivlərin və onlann daxili tərkib hissələrinin idarə olunmasını əhatə edir. Beləliklə, biz idarəetmə anlayışı ilə cəmiyyətin, konkret sahə və ərazilərin, müəssisələrin, canlı və cansız təbiətin idarə olunmasını fərqləndirməliyik.
İdarəetmə insanların özləri tərəfindən onların yaşamaq tələbatı kimi yaranmış və mədəni cəmiyyətin bütün inkişaf mərhələlərində mövcud olmuşdur. İdarəetmə insanların həyat fəaliyyətini məqsədyönlü tənzimləmək, onların mənafelərini və tələbatlarını ödəmək üsul və vasitələrinin məcmusudur.
Cəmiyyətin idarə olunması məhsuldar qüvvələrin inkişafı və onun təşkili ilə sıx surətdə əlaqədardır. Məhsuldar qüvvələr inkişaf etdikcə cəmiyyətin siyasi təşkili və idarə olunmasının forma və metodları da təkmilləşir və məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğunlaşdırılır. Bu səbəbdən hər bir tarixi dövrdə idarəetmə mövcud cəmiyyətə uyğun olur - öz məzmun və məqsədini də həmin cəmiyyətdən alır, bu cəmiyyətin qorunub saxlanmasına, səmərəli inkişafına xidmət edir, cəmiyyətin inkişaf səviyyəsindən asılı olaraq dəyişir və təkmilləşir. Məhsuldar qüvvələrin inkişaf səviyyəsi yüksəlir - cəmiyyətin texniki-iqtisadi, sosial strukturunda, ərazi təşkilində əsaslı dəyişikliklər baş verir - cəmiyyətin dəyişməsi idarəetməni də dəyişməyi və təkmilləşdirməyi tələb edir. Sonra bu proses yenidən təkrar olunur. Beləliklə, idarəetmə açıq sistemdir. Burada hər şey dəyişir, əsas məsələ insanların həyat və fəaliyyətində ortaya çıxan problemləri vaxtında həll etməkdir. İdarəetmənin predmeti nə olursa olsun (texnika, texnoloji proses, təbii yaradıcılıq məhsulu) fərqi yoxdur, onun o biri tərəfində insan, mərkəzində isə insanların qarşılıqlı münasibətləri və mənafeləri durur.
İdarəetmədə məqsədyönlülük əsas şərtdir. Həm də məqsəd konkret vəzifələrlə tamamlanır, məqsəd-vəzifə prinsipi yaranır. Məqsəd aydın, yerinə yetirilə bilən olmalı və real şəraitdən irəli gəlməlidir. Məqsəd müdafiə olunmaq, hüquqi və maliyyə təminatı almaq imkanına malik olmalı, ictimaiyyət tərəfındən dərk edilməli və müdafiə olunmalıdır.
İdarəetmə təşkil etmək (müəssisəni, istehsalı, əhalini, kollektivi, cəmiyyəti dövləti və.s) və məqsədyönlü fəaliyyətə real şərait yaratmaq kimi vacib xüsusiyyətləri də özündə birləşdirir. Beləliklə, cəmiyyətdə idarəetmə insanların ictimai, kollektiv və qrup halında həyat və fəaliyyətinə məqsədyönlü (şüurlu, qərarlaşdırılmış, qabaqcadan düşünülmüş), təşkiledici və tənzimləyici təsir və qarşılıqlı təsir göstərmək formasıdır. Bu təsir bilavasitə özünüidarə formasında və yaradılmış xüsusi strukturlar (dövlət, ictimai birliklər, partiyalar, firmalar, kooperativlər, müəssisələr, ittifaqlar) tərəfindən göstərilir.

2. Təşkilatların yaranması və idarəetmə təcrübəsi çox qədimdir. Lakin həm idarəetmə, həm də qədim təşkilatlar indikindən çox fərqli olmuşlar. İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm, təsərrüfatçılıq və tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir. Müasir idarəetmənin bütün formalarını qədim dövrün çiçəklənən təşkilatlarında da görmək olar. Lakin, həmin dövrdəki idarəetmənin xarakteri və strukturu, ümumiyyətlə, indikindən fərqlənmişdir. Məsələn, o dövrlərdə, rəhbərlər və işçilər arasında pillələr az idi, həmçinin orta səviyyədə rəhbərlik demək olar ki, yox idi. O dövrün rəhbər işçiləri çalışırdılar ki, idarəçilik pillələri olmasın. Onlar bütün vacib qərarları özləri qəbul edirdilər. Çox vaxt rəhbərliyi bir nəfər yerinə yetirirdi (tayfa başçısı və yaxud padşah). Əgər idarəetmənin yüksək səviyyəsində olan şəxs yaxşı lider və ya hökmdar idisə, məsələn, Makedoniyalı İskəndər, Yuli Sezar və ya Adrian kimi, onda bütün işlər də yaxşı gedirdi, hakimiyyətə Neron kimi bacarıqsız rəhbər gəldikdə isə ölkəni geriyə atırdı. Təşkilatların tarix boyu mövcud olmalarına baxmayaraq, XX əsrə qədər heç kəs onları elmi yolla və sistemli şəkildə idarə etməyi düşünməmişdir. Qədim dövrlərdə, hakim olan insanları, təşkilatı idarə etməkdən daha çox, sərvət toplamaq və siyasi hakimiyyəti əldə saxlamaq maraqlandırmışdır.

Qərb alimləri belə hesab edirlər ki, ilk dəfə idarəetməyə elmi yanaşma 1911-ci ildən yaranmışdır. Məhz o vaxt, Frederik Uilson Teylor( 1856-1915) özünün “Elmi idarəetmənin prinsipləri” kitabını dərc etdirmişdir. Elə o vaxtdan da menecment ənənəvi olaraq idarəetmə elmi kimi və müstəqil fəaliyyət sahəsi kimi qəbul edilir. Əlbəttə ki, təşkilatın məqsədinə səmərəli nail olmaqdan ötrü onu sistemli şəkildə idarə etmək olar. Bu konsepsiya özünün inkişafını tarixin uzun bir mərhələsində - XIX əsrin ortalarından XX əsrin 20-ci illərinə qədər keçmişdir.

Menecmentin inkişafına əsas təkan verən qüvvə, Ingiltərədə baş vermiş sənaye inqilabı olmuşdur. Amma idarəetmənin inkişafında və uğurlarında əhəmiyyətli sıçrayış ilk dəfə Amerikada yaranmışdır. XIX əsrin əvvəllərində ABŞ yeganə ölkə idi ki, orada insan özünün milliyyəti və mənşəyi ilə bağlı problemləri unudaraq öz peşəsi üzrə iş tapa bilirdi. Öz həyat səviyyəsini yaxşılaşdırmağa çalışan milyonlarla avropalı XIX əsrdə Amerikaya köçmüş və orada əməksevər insanlardan ibarət nəhəng işçi qüvvəsi yaratmışdılar. ABŞ dövləti yarandığı gündən təhsil almaq istəyənləri ciddi dəstəkləmişdir. Təhsil insanlar arasında intellektual səviyyənin yüksəlməsi, müxtəlif sahələrdə, eləcə də biznes sahəsində və idarəetmədə üstünlük yaradırdı. Menecment elmi öz inkişafına görə aşağıdakı təkamül mərhələlərini keçmişdir:

1. Elmi idarəetmə məktəbi (1885-1920);

2. Klassik və ya inzibati idarəetmə məktəbi (1920-1950);

3. İnsani münasibətlər məktəbi (1930-1950);

4. Müasir idarəetmə (kəmiyyət) məktəbi (1950-indiyədək).

1. Elmi idarəetmə məktəbi, təqribən 1885-1920 -ci illəri əhatə edir.

Elmi idarəetmə F.U.Teylor, Frenk və Liliya Qilbretlər və Henri Hanttın işləri ilə daha çox bağlıdır. Bu məktəbin yaradıcıları hesab edirdilər ki, müşahidə, ölçmə, məntiq və təhlildən istifadə etməklə bir çox əl əməyini təkmilləşdirmək olar və elə etmək olar ki, bu işlər daha səmərəli görülsünlər.

Fredirik və Lilian Qilbretlər, işin icrası zamanı nəzarətə imkan verən cihaz kəşf etdilər və onu mikroxronometr adlandırdılar. Onlar, bu cihaz vasitəsilə müəyyən əməliyyatlarda hansı hərəkətlər yerinə yetirildiyini və onların hər birinin nə qədər vaxt apardığını qeyd edirdilər. Alınan məlumatlara əsaslanaraq, onlar qeyri-effektiv hərəkətləri aradan qaldırmaq üçün iş əməliyyatlarını dəyişir və standart qaydalar və avadanlıqlardan istifadə edərək işin səmərəsini yüksəltməyə çalışırdılar. Əvvəlki sistemlərlə və iş rejimləri ilə müqayisədə, bu, fenomenal fayda gətirirdi.




Yüklə 24,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin