Mühazirə 10 Azərbaycan məktəblərində İKT-dən istifadə dövlətin təhsil siyasətinin tərkib hissəsi kimi Təlimin təşkilində İKT-dən istifadənin problemləri dünyanın inkişaf etmiş ölkələrində araşdırılır və yeni imkanlar müəyyənləşdirilir. Bu sahədə dünyanın aparıcı tədqiqat mərkəzləri tərəfindən uğurlu nəticələr əldə olunmuşdur.
Təhsil sahəsində qabaqcıl ölkələrdən olan Yaponiyada informasiya və kommunikasiya texnologiyaları aşağıdakı kimi dəyərləndirilir:
modernləşmə və inkişafın rəmzi;
bir-birindən uzaq məsafədə yaşayan, lakin oxşar taleli, eyni məqsədli insanların əməkdaşlığı və birgə fəaliyyəti üçün uğurlu vasitə;
təlim, tədris və idarəçilik üçün vasitə;
cəmiyyətin savadlanması, eləcə də orta və ali məktəblərdə biliklərin əldə edilməsi və yayılması üçün yardımçı;
cəmiyyətin digər üzvlərinə də orta və ali məktəblərin qiymətli informasiya mənbələrindən istifadəyə imkan verən vasitə.
Yaponiyada hesab edilir ki, informasiya və kommunikasiya texnologiyaları xalqın elektron informasiya mənbələrinin imkanlarından istifadə edə bilməsi üçün münbit şərait yaradır. Bu isə açıq hüquqi cəmiyyətə aparan yolun mühüm şərtlərindən hesab edilir. İnformasiya və kommunikasiya texnologiyaları müasir həyatın hansı sahəsində tətbiq edilirsə-edilsin çalışmaq, öyrənmək, ünsiyyət və idarəçilik üçün yararlı və faydalı vasitədir.
Məktəblərimizin kompüterlərlə təmin edilməsi müəllimlərin qarşısına yeni vəzifələr qoyur. Bu problemin həllinə nail olmaq üçün görülən işlərdən biri də 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İKT sahəsində dünyada ən nüfuzlu və inkişaf etmiş Microsoft şirkəti arasında memorandumun imzalanmasıdır. Həmin sanəddə “Müəllim üçün Microsoft kursları” layihəsi çərçivəsində tədrisdə informasiya texnologiyalarının istifadəsi. eləcə də təhsil prosesinin keyfiyyətinin artırılması üçün müxtəlif fənn müəllimlərinin ixtisasartırma kurslarından keçirilməsinin təşkili nəzərdə tutulub. Lakin görülən işlər problemin həllinə doğru atılan ilk addımlardır. Nəzərə almaq lazımdır ki, hətta kompüter texnologiyalarından məharətlə istifadə edə bilən müəllim fənnin məqsəd və vəzifələrini nəzərə alan, addım-addım gözlənilən nəticələrə doğru aparan metodika ilə silahlanmasa, gözlənilən nailiyyəti əldə etmək mümkün olmaz. Aparılan sorğularda müəllimləri ən narahat edən məsələlərdən biri də İKT-dən təlim prosesində məqsədyönlü şəkildə istifadə etmək üçün müvafiq metodik göstərişlərin olmamasıdır. Həm valideynlər, həm də şagirdlərlə aparılan söhbətlərdən və alınan musahibələrdən məlum olmuşdur ki, kompüterdə çalışmaq şagirdlərin geniş maraq dairəsində olan faaliyyətlərdəndir. Tədqiqatlar da göstərir ki, şagirdlərin İKT-yə olan maraqlarından düzgün və məqsədyönlü şəkildə istifadə etməklə təlimin səmərəli təşkilinə nail olmaq mümkündur.
Təhsil sahəsində İKT siyasətini əks etdirən hüquqi-normativ sənədlər:
Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012).
Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı.
Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005–2007-ci illər).
2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət Proqramı.
Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları).
İnformasiya və kommunikasiya texnologiyalarının geniş imkanları idraki fəaliyyətin hər üç mərhələsində şagirdlər üçün problemin həll edilməsini daha da asanlaşdırır və şagird fəaliyyətini məhsuldar edir. Belə ki şagird İKT vasitəsilə sinif otağından birbaşa məlumat mənbəyinə qoşularaq ən son informasiyalan əldə etmək imkanı qazanır. İKT-nin Windows operativ sisteminin Mikrosoft Office proqramları: Microsoft Word, Microsoft Power Point, eləcə də İnternet Eksplorer və digərlərinin imkanları adı çəkilən idraki fəaliyyətlərin təşkil edilməsində, məqsədəuyğun tapşırıqların yerinə yetirilməsində çox əhəmiyyətlidir. İdraki bacarıqların formalaşmasının İKT vasitəsi ilə təşkili tədqiqatçı tərəfındən üç mərhələ baxımından araşdırılmışdır:
induktiv.
deduktiv
məntiqi təfəkkür.
İKT vasitəsi ilə induktiv vərdişlərin inkişafını təşkil etmək imkanları cox genişdir. Aparılan müşahidələr zamanı müəyyən edilmişdir ki, şagird verilən tapşırığı yerinə yetirdiyi zaman problemin həllinə nail olmaq üçün əldə etdiyi məlumatları ümumiləşdirərkən baş verən idraki fəaliyyat sonrakı mərhələ üçün ilk addım kimi dəyərləndirilir. Bu prosesin səmərəliliyi əsasən iki mühüm cəhətlə şərtlənir:
İKT məlumatların toplanmasında ən yararlı vasitədir;
İKT problemin həllinin təşkili üçün çoxsaylı proqramlar mənbəyidir.
Şagird verilən problemi həll edərkən həm onu araşdırır, həm də müxtəlif kompüter proqramlarının ayrı-ayrı xidmətlərinin ümumi bir məqsəddə birləşdirilməsi üzərində düşünür. Bir neçə proqramın problemin həllində yararlı olan uyğun məqamlarının seçilib məqsədə çatmaq üçun istifadə edilməsi tapşırığın icrasını asanlaşdırmaq va sürətləndirməklə yanaşı, həm də işin keyfiyyətinin yüksəldilməsini təmin edir. Bu baxımdan xüsusi cəhətləri ümumiləşdirərək konkret məsələyə tətbiq edilməklə şagird həm problemin həllinə nail olmaq üçün əldə etdiyi məlumatları ümumiləşdirmək bacarıqlarını nümayiş etdirir, həm də paralel olaraq həmin problemin həllində keyfiyyət və sürət nümayiş etdimək məqsədi ilə müxtəlif proqramların fraqmentlərini ümumi bir məqsəd ətrafında birləşdirir. Bu zaman eyni vaxtda ikiqat induktiv düşünmə fəaliyyəti baş verir.
İKT-nin istifadəsi deduktiv düşünmənin inkişafında mühüm əhəmiyyət daşıyır. Qeyd edildiyi kimi deduktiv düşünmə idrakın ümumini xüsusiləşdirmə bacarığıdır. Şagird ona verilən tapşırığın, layihənin yerinə yetirilməsi üçün komputer texnologiyasının uyğun proqramlarının imkanlarını götür-qoy edir. Məqsədə nail olmaq üçün həmin proqramların ümumi imkanlarından yararlanmağın yolları üzərində düşünür. Layihə və ya tapşırığın hansı səviyyədə həyata keçiriləcəyi haqda qərarlar qəbul edir. İKT-dən ibtidai səviyyədə istifadə edə bilən şagird Internel Explorer proqramının ümumi imkanlarından xüsusi tapşırığın yerinə yetirilməsində yararlanır. Məsələn, hər hansı problemin həll edilməsində şagird faktlar və informasiyalar toplamaq məqsədi ilə Internet Explorer proqramı vasitəsilə axtarış səhifələrindən, əldə etdiyi informasiyalardan gəldiyi qənaətlə bağlı qeydlər aparmaq üçün Microsoft Word (mətn tərtib edən) redaktorun, təqdimatlar hazırlamaq üçün Power Point (nitqi təşkil edən) təqdimatın imkanlarından istifadə edir. Eləcə də digər məqsədlərə nail olmaq üçün müxtəlif proqramların ümumi imkanlarını dəyərləndirir və konkret problemın həllində onu istifadə edir. Deduktiv düşünmə fəaliyyəti toplanmış müxtəlif məlumatlardan əldə edilən qənaətlərin xüsusi məsələnin həllinə tətbiqi zamanı baş verdiyi kimi, həm də proqramın ümumi imkanlarını xüsusi məqsədlərdə istifadə etmək prosesində formalaşır. Yəni şagirdin dedukliv düşünməsinin inkişafına bir tapşırıq yerinə yetirilərkən iki mövqedən yanaşılır.
Mütəxəssislər məntiqi düşünməni yuxarıda qeyd edildiyi kimi, məntiqi arqumentlər gətirmə, fərziyələr yürütmə və nəticələr çıxarma kimi dəyərləndirirlər. Xüsusinin ümumiləşdirilməsi (induktiv) və ümuminin xüsusiləşdirilməsi (deduktiv) fəaliyyəti ilə şagird artıq problemin həllinin bir neçə mərhələsini geridə qoymuş olur. Problemin həlli zamanı yerinə yetirilən tapşırığın xüsusiyyətləri və kompüter proqramının imkanları məntiq etibarı ilə üst-üstə düşməlidir. Eksperimentlər göstərir ki, şagirdlər İKT-nin istifadəsi ilə əldə edilmiş malumatlar əsasında fikirlərini əsaslandırır, fərziyyələr irəli sürür və nəticələr çıxarırlar. Şagirdlər gəldikləri nəticələrə əsasən uyğun kompüter proqramları vasitəsilə təqdimatlar hazırlayır, fikirlərini yoldaşları ilə bölüşürlər.
Məlumatlar toplamaq, toplanmış məlumatlardan əldə edilmiş qənaətləri hər hansı məsələyə tətbiq elmək, mülahizələr yürüdüb nəticələr cıxarmaq kimi fəaliyyətlər probIemin həllinə nail olmaq üçün mərhələli şəkildə ayrı-ayrı təlim prosslərinin məqsədi ola bilər. Lakin idrakı təfəkkürün tərkib hissələri olaraq onlar vəhdət təşkil edir və hər hansı problemin həllinə nail olmaq üçün kompleks şəkildə tətbiq edilir.
Təlimin yeni yanaşmalar baxımından təşkili problemin həllinə istiqamətlənməsi ılə əhamiyyətlidir. İstənilən problemin həllinə nail olmaq üçün ilkin mərhələdə məlumat toplamaq ehtiyacı duyulur. Müəllim tərəfindən təqdim edilən “açıq sualların”, yəni konkret cavabı məlum olmayan, araşdırmalara ehtiyacı olan məsələlərin həllində əldə edilən informasiya mühüm vasitədir. Mütəxəssislər gostərirlər ki, məlumat olmazsa, idraki fəaliyyətin təşkili və problemin həlli qeyri-mümkündür. B.Blumun müəyyən etdiyi idraki taksonomiyaların altı mərhələsinin ilk pilləsi məhz bilikdir, ilkin məlumatdır. Lakin ilkin məlumatlar hələ nəticə deyil. Bu, düşünmənin digər yuxarı merheleleri olan anlama, tətbiq, təhlil. sintez və dəyərləndirmə mərhələlərində fəaliyyeti təşkil etmək üçün əsasdır, şagirdin təcrübəsini istiqamətləndirməkdə və problemləri hədəfə çevirməkdə yardımçıdır.
Araşdırma fəaliyyətinin əsasını təşkil edən informasiyaların aşkar edilməsi və əldə olunması təcrübəsinin inkişaf etdirilməsi uzunmüddətli bir proses kimi, yalnız problemin həlli zamanı gerçəkləşə bilər. Lazım olan məlumatları müxtəlif mənbələrdən əldə edərək problemin həllində istifadə etmək şagirdin müstəqil təlimini təşkil etmək istiqamətində mühüm addım kimi dəyərləndirilir. Bu təlim üsulunun son hədəfi “davamlı təhsil” bacarıqlarına yiyələnmiş bir şəxsiyyətin formalaşmasıdır. Məlumatların əldə edilməsi üçün mövcud digər mənbələrdən (kitabxana, qəzet və jurnallardan) internetin üstünlüyü aşağıdakılarla şərtlənir: