MühaziRƏ 7 : HÜquqi ŞÜur və ŞƏXSİYYƏTİn hüquqi sosiallaşmasi



Yüklə 143,5 Kb.
səhifə1/2
tarix08.12.2022
ölçüsü143,5 Kb.
#73051
  1   2
Mühazirə 7. Hüquqi şüur və şəxsiyyətin hüquqi sosiallaşması

MÜHAZİRƏ 7 : HÜQUQİ ŞÜUR VƏ ŞƏXSİYYƏTİN HÜQUQİ SOSİALLAŞMASI



  1. Şəxsiyyətin hüquqi sosializasiyası

  2. Hüquqi şüur, onun səviyyələri və tərəfləri

  3. Hüquqi sosiallaşmanın qüsurları


I. Şəxsiyyətin hüquqi sosializasiyası
Şəxsiyyətin hüquq normalarına müvafiq davranışı hüquqi sosializasiya nəti­cə­sin­də formalaşır.
Şəxsiyyətin hüquqi sosializasiya onun qanunla mühafizə edilən norma və dəyərlər sistemini, hüquqi davranış üsullarının mənimsənilməsini, qanunla həm­rəy­liyi, sosial məsuliyyət hissinin formalaşmasını nəzərdə tutur.
Qarşıya belə bir sual çıxır: Qanuna hörmətlə yanaşan şəxsləri qanunu pouzan şəxslərdən fərqləndirən cəhətlər hansılardır?
Hüquq normalarına müvafiq olan və ya ona zidd olan əməlin formalaşması za­manı üç əsas ele­ment əhəmiyyətli rol oynayır:
1. Normanın dispozisiyasında öz ifadəsini tapmış davranış qaydalarına mü­­­­­na­­si­bət.
2. Onun sanksiyasında nəzərdə tutulmuş nəticələrə münasibət – yəni cinayət tö­­rədiləcəyi halda ve­riləcək cəzaya münasibət.
3. Şəxsiyyətin əxlaqi (mənəvi) mövqeyi.
Ümumiyətlə, bu problemə həsr edilmiş elmi ədəbiyyatda belə bir fikir möv­cud­­dur ki, insanlar məhz hüquq normalarını bilmədikləri üçün qanunu pozur. Elə ona görə də, cəza hədəsi effektsiz olur.
Doğ­­ru­­dur, insanın hüquq normalarının tələbləri haqda məlumatlı olma­sının əhə­miy­­yə­­­ti hamı tərə­findən qəbul edilir. Lakin hüquq normaları insanların davranı­şını müəy­­yən edən yeganə amil de­yil. Bu normalar insanların öz davranışını seçərkən nəzərə aldığı və ya nəzərdən qaçırdığı bir çox amil­lərdən yal­nız biridir. Əgər in­san sağlam mühitdə tərbiyə edi­lib­sə, o hətta Cinayət Məcəlləsi haqda xüsusi təsəvvürə malik olma­dan da oğurluq et­mir, qətl törətmir.
Hüquq normalarını bil­mək onların pozulmayacağına tə­mi­nat vermir. Əsas məsələ insanın hüquq nor­­malarına, bu normalarla mühafizə edilən dəyərlərə, cə­miy­yətə, onun maraq­la­­rı­na və insanlara münasibətindədir.
Əməlin istiqamətinin müəyyənləşdirilməsində hüquqi davranış vərdişləri əhə­­miy­­­yətli rol oyna­yır. Bunlar olmadan normalar haqda məlumatlılıq passiv xa­­rak­­ter daşıyır və ümumiyyətlə reallaşmaya bi­lər.
Hüquq nor­ma­ları haqda məlu­mat­­lılıq heç də həmişə ümumi xəbərdaredici rol oynaya bilməsə də, pozitiv dav­­­ranışı arzuedilən istiqamətə yönəldir, mümkün cəza haqda xəbərdar edir, səhv ehtimalını aşağı salır və insana kimlərinsə qanun­suz əməllərinin qurbanı ol­­masına imkan vermir.
Cəzaya münasibət məsələsinə gəldikdə isə, cəza hədəsi bütün insanlara qar­­şı yönəlsə də, cə­za hədəsinə insanların münasibəti fərqlidir. Bu baxımdan müəllif­lər­dən A.R.Ratinov insanların cəza hədəsinə münasibəti məsələsini ay­dın­laşdırarkən hüquqi davranışı determinə edən amilləri öz psi­xo­­loji tə­biətinə görə fərqli olan iki tipə: xarici və daxili deteminasiya amillərinə (xarici və daxili sosial nəzarət) ayırır. Hüquqi əhəmiyyətli situasiyada subyekt əsasən aşağıdakı iki tipdən birinə is­ti­­­nad edərək hü­qu­qi davranışı seçir:
a) huquq normaları ilə həmrəy olan subyekt bu normaları öz daxili nor­ma­­­larına çevirdiyi üçün onları rəhbər tutur.
b) subyekt cəmiyyətin təzyiqinə tabe olaraq, cəzadan, ictimai məzəmmət və əhatənin mə­nə­vi məzəmmətindən qorxduğu üçün hüquqazidd davranış tö­rət­­­mir.
Bu əsasda A.R. Ratinov hüquqi davranış yönümünün introvert və eks­tro­vert tip­lərini fərq­lən­dirir.
Bir çox tədqiqatçılar cəzanın bir çox hallarda nə üçün insanları cinayətdən çəkindirə bilməməsini araşdırarkən aşağıdakı amillərə diqqət yetirirlər:
Cəzanın sərtliyi
Cəzanın labüdlüyü, qaçınılmazlığı
Potensial cinayətkarın emosional vəziyyəti
Cinayətdən əldə ediləcək mənfəət
Görəsən hər bir cinayətin ardınca hökmən kifayət qədər sərt cəza gəlsə və hər kəs də cinayəti törətdiyi halda cəzalancağına dair məlumata malik olsa, cinayətkarlığın səviyyəsi aşağı düşərmi?
Araşdırmalar göstərir ki, sərt cəza insanları cinayətdən çəkindirməyə heç də həmişə qadir olmur. Əks halda ölüm cəzası tətbiq edilən ölkələrdə törədilən cinayətlərin sayı bu cəza ləbv edilmiş ölkələrə nisbətən aşağı olardı.
Hələ Monteskye öz dövründə yazırdı: « istənilən özbaşınalığın mahiyyətinə varın. Siz görəcəksiniz ki, bunun səbəbi cəzanın yumşaqlığı və ya sərtliyi ilə bağlı deyil, cinayətlərin cəzasız qalması ilə bağlıdır».
Həqiqətən də cəza labüd olmadıqda, cinayətdər cəzasız qaldıqda pis və yoluxucu nümunəyə çevrilir, bu cür əməllərin artması ehtimalı böyüyür. Bu hal cinayətkarın psixikasına özünəməxsus təsir göstərir: hər hansı bir cinayəti törədən və yaxalanmayan cinayətkarın şüuru sanki ikiləşir. Bir tərəfdən o bilir ki, bu cür əmələ görə cəza nəzərdə tutulub və o cəzalana bilər. digər tərəfdən bəzən cinayətlərin cəzasız qaldığını görəndə o, hansısa yolla cəzadan qaçacağına ümid edir.
Cəza hədəsinin insanı cinayətdən çəkindirib-çəkindirməməsinə həm də cinayət törədilən zaman onun hansı emosional vəziyyətdə olması da təsir edir. məlumdur ki, affekt halında şəxs öz əməllərinin nəticələrini düşünəcək halda olmur, cəzanın çəkindirici təsiri aşağı düşür.
Eyni zamanda tədqiqatçıların fikrincə, törədiləcək cinayətdən əldə ediləcək mənfəət, cəzanın tətbiqi nəticəsində itiriləcəklərdən daha çoxdursa,(məsələn, kimin üçünsə azadlıq və həyat böyük dəyərdir, heç bir mənfəətə görə bu dəyərləri itirmək istəmir, kimiləri üçün isə azadlığın itirilməsi adi haldır) cəzanın çəkindirici təsir aşağı düşür.
Tədqiqatçılar bir məqama da diqqət yetirirlər: yaşanılmış cəza təcrübəsi qorxunu gücləndirir və indi cinayətkar qanun pozuntusunun nəticələrini əvvəlkindən daha aydın təsəvvür edir. lakin yaşanılmış cəza təcrübəsi həmişə həmişə cinayətkarın cəzadan qorxması meylini gücləndirmir. Əgər əvvəl cinayətkar həbsə düşməzdən əvvəl oradakı şərait haqqında, cəzanın neqativ nəticələri haqda şişirdilmiş təsəvvürə malik idisə, indii o əmin olur ki, bu göründüyü kimi qorxulu deyil. Ən əsası odur ki, əvvəllər hansısa cinayətə görə cəza çəkmiş şəxs artıq yenidən həbsə düşməkdən az qoracaq. Çünki adı onunsuz da ləkələnib.
Ümumiyyətlə, hüquq normalarına, cəzaya münasibət insanın əxlaqi mövqeyi ilə sıx bağ­lı­­­dır. Əxlaqi mövqe isə şəxsiyyətin ümumi sərvətlərini və normativ təsəv­vür­lə­ri­­­ni, müəy­yən dərəcədə də onun xa­rak­ter əlamətlərini əks etdirir. Bu zaman si­tu­­­a­siyanın rolu ikin­ci dərəcəli ola bilər. Burada in­sanın mə­su­liy­yə­ti­nin və əxlaqi şüuru­nun inkişaf xüsusiyyətlərini də nəzərdən qaçırmaq olmaz.
L.Kolberqin fikrincə, əxlaqi şüurun inkişafında üç səviyyəni fərqlən­dir­mək olar:
1. Əxlaqi şüura qədərki səviyyə (bu halda hələ əxlaqi normalar mənim­sə­nil­mə­yib).
2. Konvesional səviyyə. Sosial sistemin normaları ilə razılaşma.

  1. Avtonom əxlaq.

Bu səviyyələrin hər birində subyektin əxlaq və hüquq normalarına müna­si­­bəti, öz əməllərini qiy­mətləndirməsi, öz əməllərinə haqq qazandırması fərq­li­dir.
Birinci səviyyədə hələ həqiqi, əsl əxlaqi mövqe yoxdur. Rəsmi qa­da­­­­ğan­­la­ra isə onlara riayət edilməyəcəyi halda cəzalanma ehtimalı üzün­­dən ria­yət edilir. Bu səviy­yədə insan törətdiyi ci­na­yəti inkar etməklə özünə haqq qazan­dı­rır. Bunda da bir məqsəd var: ətrafdakı insanların gö­zün­də özünü günahsız və boş yerə zərər­çək­miş insan kimi qələmə vermək.
Öz təqsirini inkar etmək mümkün olmayanda qanun pozan öz taleyindən şi­ka­­yətlənir, ya da hər şeyi tərbiyənin, valideyn və pedaqoqların səhvlərinin üzə­­rinə atır.
İkinci səviyyə hü­­­quq norma­la­rı­nın qəbul edilməsilə xarakterizə olunur.
Birinci səviyyədə subyektin mövqeyini belə təsvir etmək olar: normalara ona görə riayət et­mək lazımdır ki, bu normalar hamı üçün vacibdir, mütləqdir.
İkinci səviyyədə buna hüquq normalarına riayət edilməsinin cəmiyyət mə­na­­feyi üçün əhə­miy­yətli olduğunun dərki əlavə olunur.
Əxlaqi şüurun inkişafının üçüncü səviyyəsi – əxlaqi təsəvvürlərin avtonom sis­­te­­midir. Bu sə­viy­yədə əxlaqi şüurun inkişafı belədir: Subyektin mövcud əxlaqi dav­­ranış normalarına müna­si­bə­t­də ümidləri boşa çıxır. O, bu normalara tən­qi­di müna­sibət bəsləyir, öz şəxsi əxlaqi prinsiplərinə üstün­lük verir. Sonra onun şü­urunda öz əxlaqi imperativi yaranır. Subyekt öz həyatında bu əxlaqi im­­pe­ra­tivə riayət edir.
Sosial-psixoloji və kriminoloji tədqiqatlar göstərir ki, əxlaqi şüurun inki­şa­­­fının üçüncü sə­viy­yəsi (bütün və ya əksər hüquq normalarının inkarı ilə bağlı) re­si­­divistlərə xasdır. Proqressiv əxlaqi mövqe tutan insanlarda psixoloji müdafiə prob­lemi ya­ran­­­mır. Onlar hüquq nor­malarından kənara çıxdıqda tamamilə fərqli dav­ra­nır­­lar. Onların əx­la­qi mövqeyi öz təqsirlərini qə­bul etməyi və törətdiyini dü­zəlt­­mək meylini şərt­lən­dirir.
İnsanın müəyyən əməlləri törətmək haqda qərar qəbulu zamanı hü­­quq norma­larını qiymətləndirməsi, cəza hədəsinə münasibəti onun sərvət meyl­­­ləri və bu subyektin mənsub olduğu referent sosial qrupun təsiri altında for­­­malaşır. Belə ki, insan mənsub olduğu referent sosial qrupa xas olan və onun tərəfindən bəyənilən davranış normalarını və sərvət meyllərini mənim­sə­yir. Referent sosial qrupda hökm sürən davranış normaları cəmiy­yə­tin böyük əksəriyyəti tərə­fin­dən qəbul edi­lən normalara uyğun gəlmirsə, belə hal­­larda cəmiyyətlə sosial qrup arasında müna­qi­şə, ziddiyyət meydana çıxır. Tə­bii ki, subyekt öz imkanlarını və məqsədə çatma yollarının müxtəlif var­iant­la­rını müqayisə edib və qiymətlən­dirər­kən, mövcud əxlaqi, hüquqi normaları və sərvətləri nəzərə almalı, digərlərini inkar etməlidir. Təəssüf ki, üstünlük hə­mi­­şə hüquq normalarının tərə­fin­də olmur. Bəzən qrupun rəyi, neqativ sərvət meyl­ləri və normaları qalib gəlir. Çünki fərd cəmiyyətdə öz yerini bu qrup ilə bağ­layır. Ona görə də, sosial qrupun riayət etdiyi normalar, qrupun bu və ya digər hadisələrə verdiyi qiymət, ona mücərrəd əxlaq və hüquq normalarından daha vacib və əhəmiyyətli görünür. Təbii ki, bu zaman cəza hədəsinin çə­kin­­dirici təsiri də aşağı düşür.
Yüksək hüquqi sosializasiya səviyyəsinə malik şəxslər hüquq normalarına cəzadan qorxduğu üçün yox, hüquq normaları ilə həmrəy olduğu üçün yox, yalnız hüquqi əməllər törətmək tələbatından riayət edir.
Hüquqi sosializasiyada qüsurlar hüquqi neqativizmdə, qanuna əhəmiyyət­siz yanaşmaqda, qanunun tələblərinə etinasız, yüngül fikirli münasibətdə, aktiv olaraq hüquq normalarını qəbul etməməkdən, şüurlu olaraq hüquqazidd davranış törət­mək­də təzahür edir.
Daha dəqiq desək hüquqi sosiallaşmanın qüsurları hüquqi infantilizmdə, hüquqi niqilizmdə, hüquqi neqativizmdə və şüurlu olaraq cinayətin törədilməsində təzahür edir.
Hüquqi neqativizm-hüquqi dəyərləri kifayət qədər qiymətləndir­mə­məkdə ifadə olunur.
Hüquqi infantilizm-qanunun tələblərinə məsuliyyətsiz münasibət bəslə­məkdə ifadə olunur
Hüquqi niqilizm-hüquq normalarını fəal olaraq qəbul etməməkdə ifadə olunur
Hüquqi sosializasiya şəxsiyyətin mənəvi formalaşması ilə sıx bağlıdır.
Hüquq və əxlaq insanların cəmiyyətdə davranışını tənzim edən amillərdir. Hüquq normalarının icrası dövlət məcburiyyə qüvvəsilə, mənəvi normaların icrası isə sosial-psixoloji mexanizmlərin köməyilə təmin edilir.
Şəxsiyyətin hüquqi sosializasiyası həm də onun hüquqi şüurunun forma­laş­ma­sı ilə də bağlıdır.



Yüklə 143,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin