MühaziRƏ 8 Avropada və Rusiyada pedaqoji fikrin inkişafı Böyük çex pedaqoqu Y. A. Komenski



Yüklə 38,99 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü38,99 Kb.
#39785
  1   2   3   4   5


MÜHAZİRƏ 8

Avropada və Rusiyada pedaqoji fikrin inkişafı


Böyük çex pedaqoqu Y.A.Komenski 1592-ci ildə Çexiyanın Nivnitse şəhərində “Çex qardaşlığı” adlanan icma üzvlərindən birinin ailəsində anadan olmuşdur. O, kiçik yaşlannda valideynlərini itirmiş, xalasının himayəsində yaşamışdır. 1604-cü ildə o, “çex qardaşlığı” icmasının məktəbinə daxil olmuş, lakin macar qoşunları şəhəri işğal etdiyinə görə məktəbi yarımçıq qoymuşdur. 1609-cu ilə Yan latm dili məktəbinə daxil olur. Üç ildən sonra oranı ə'la qiymətlə bitirir. “Çex qardaşlığı” icması onun qabiliyyətini nəzərə alıb icmanın hesabına ali təhsil almaq üçün onu Almaniyaya göndərir. Y.A.Komenski 1611-ci ildə Herbom universitetinin illahiyyət fakültəsinə daxil olur. O, universtiteti bitirib vətəninə qayıdır. Y.A.Komenski məktəb islahatı ilə məşğul olur, hamıya hər şeyi öyrənmək ideyasını irəli sürür.

Y.A.Komenski otuz illik (1618-1648) müharibələrin törətdiyi fəlakətlərin şahidi olur, ailəsini, qiymətli əl yazmalarını itirir.

Avropa dövlətləri məktəb islahatları aparmaq üçün Y.A.Komenskini öz ölkələrinə dəvət edir. O, çoxlu də'vətnamələr alır. Y.A.Komenski Macarıstanda, Polşada işləyir, sonra isə İngiltərəyə gedir. İngiltərədə baş verən hadisələr onun normal işləməsinə mane olur. Elə bu zaman o, Hollandiyadan dəvətnamə alır və Amsterdama gedir. Y.A.Komenski bu vaxt artıq bir çox əsərlərin müəllifi kimi şöhrət qazanmışdır. O, “Dünyanın dolaşıq yollan və ya cənnət ruhu”, “Dillərə açıq qapı”, “İşığın yolu”, “Böyük didaktika”, “Ana qucağı məktəbi”, “Yaxşı təşkil olunmuş məktəbin qanunları”, “Pansofiya məktəbi”, “Müqəddəs Forsi və ya ətalətin məktəbdən qovulması” və s. əsərlərini yazmışdır. 1657-ci ildə onun iki cildlik əsəri nəşr edilir.

Y.A.Komenski 1670-ci ildə Amsterdamda vəfat edir.

Y.A.Komenski pedaqoji fikir tarixinə böyük məktəb islahatçısı, humanist, novator pedaqoq kimi daxil olmuş, pedaqogikanın bir elm kimi formalaşmasını tə’min etmiş, aşağıdakı məsələləri işləmişdir:


  1. Təlimin ana dilində apanlması ideyasını irəli sürmüşdür.

  2. Yaş dövrlərini müəyyən etmişdir. O, yaş dövrlərini altı-altı olmaqla dörd qrupa bölmüşdür; a) uşaqlıq dövrü (0-6 yaş), ana qucağı məktəbi; b) yeniyetmərik dövrü (6 - 12 yaş), ana dili məktəbi; v) gənclik dövrü (12-18 yaş), latın dili məktəbi və ya gimnaziyalar; q) kamillik dövrü (18-24 yaş) institutlar, akademiyalar, səyahətlər. O, hər bir yaş dövrünün özünəməxsus xüsusiyyətlərini “Ana qucağı məktəbi”, “Böyük didaktika”, “Dillərə açıq qapı” adlı əsərlərində geniş şərh etmişdir.

  3. Təlimin sinif-dərs sistemini irəli sürmüş, dərsin əlamətlərini, təşkili xüsusiyyətlərini “Böyük didaktika” əsərində təhlil etmişdir, hamının təhsil almasını zəruri saymışdır.

  4. Təlimin prinsipləri və metodlarını əsaslı şəkildə işləmiş, təlimdə şüurluluq və fəallıq, əyanilik, biliklərin möhkəmləndirilməsi kimi prinsiplərini geniş təhlil etmişdir.

  5. Tədris ilini müəyyən etmiş, onu rüblərə bölmüş, hər rübdə tə'tillərin verilməsini zəruri saymış, məcburi məşğələnin, dərsin aşağı siniflərdə dörd, yuxan siniflərdə 5-6 saat (45 dəqiqə) aparılmasını, tədris irinin sentyabrda başlayıb iyunda qurtarmasını zəruri saymışdır.

  6. Şəkilli dərslik – “Real aləm şəkillərdə” adlı kitab yazmış, həmin kitabda 150 şəkil əsasında 150 dərsin təşkili məsələlərini işləmişdir.

  7. Müəllim, onun şəxsiyyəti, mənəvi dəyərləri haqqında qiymətli fikirlər söyləmiş, müəllimi günəşə, memara, bağbana bənzətmişdir.

  8. Tərbiyənin məqsədi, məzmunu, metodları haqqında bu gün də əhəmiyyətini itirməyən fikirlər irəli sürmüşdür.

  9. Məktəb dərslikləri haqqında, onların tərtibi prinsipləri haqqında orijinal fikirlər söyləmişdir. Dərslikləri “Qızıl gül bağı”, “Bənövşə”, “Səhər”, “Qapı”, “Darvaza” və s. adlandırmağı məsləhət etmişdir.

  10. Ailə tərbiyəsinə geniş yer vermiş, uşağı qızıldan qiymətli, şüşədən kövrək adlandırmış, ana südünü ən müqəddəs qida hesab etmişdir. O, ailə tərbiyəsinə dair qiymətli fikirlərini “Ana qucağı məktəbi” əsərində vermişdir.

  11. Müharibələrin əleyhinə olmuş, qılınc və oxları orağa çevirməyi zəruri saymış, insanlığın xoşbəxtliyini, normal yaşayışını təmin etmək üçün hərbi cəbbəxanaları dağıtmağı irəli sürmüşdür. O, bu kimi ictimai-fəlsəfi fikirlərini “Dünyanın dolaşıq yolları” adlı əsərində şərh etmişdir.


Yüklə 38,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin