Mühazirə Antiseptika və Aseptika



Yüklə 182,13 Kb.
səhifə1/7
tarix13.12.2022
ölçüsü182,13 Kb.
#74297
növüMühazirə
  1   2   3   4   5   6   7
M hazir Antiseptika v Aseptika (1)



Mövzu: 15 Desmurgiya. Antiseptika və Aseptika

Vaxt: 80 dəqiqə
Məşğələnin keçirilmə üsulu: Mühazirə


Antiseptika və Aseptika

Antiseptika və Aseptika ümumi cərrahlığın bir bəhsi olub, yaraların mikroblardan yoluxmasının qaeşısını almaq üçün yolların və mübarizə üsullarını öyrənir.


Antiseptika (yunanca anti- qarşı və sesis- çürümə deməkdir) dedikdə əvvələr (Lister) çürüməyə qarçı üsul, yəni yaraların mikroblardan müalicə üsulu nəzərdə tutulurdu. Antiseptika - yaranın özundə olan mikroorqnizmlərlə mübarizəyə, yaraların mikroblarla yoluxması nəticəsində orqanizmdə baş vermiş intoksiyasını aradan qaldırmağa və orqnizmin qoruyucu qüvvələrini artırmağa doğru yönəldilmiş bir sıra tədbirlər kompleksini birləşdirir.
Antiseptikanı dörd qrupa bölürlər: mexaniki, fiziki, kimyəvi və bioloji antiseptika.
Mexaniki Antiseptika sırf mexaniki yolla,yəni yaraların ilkin cərrahi işlənməsi vasitəsi ilə mikroorqanizmlərin kənar edilməsini nəzərdə tutur. Yaranı işlədikdə onun toxumalarını və dibini kəsərək, infeksiyalaşmış toxumaları kənar edirlər.
Fiziki Antiseptika yaranın daxilində olan mikroorqanizmlərin həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, yaradan toxumaların parçalanması məhsulların və toksinlərin sorulması maksimum dərəcədə azaltmaq vəzifəsini qarşıya qoyur. Belə şərait havanın köməyi ilə yaranın qurudulması (yaraların açıq müalicəsi),sorucu sarğıların,hipertonik məhlullarla islanmış sarğıların tətbiq edilməsi sayəsində yaranır. Belə sarğılar toxumalarda osmotik təzyiqi dəyişərək, toxuma mayelərinin yaraya və sarğıya axmasına kömək edir.
Kimyəvi Antiseptika kimyəvi maddələrin tətbiq edilməsinə əsaslanır. Bu maddələr orqanizmin infeksiya ilə mübarizəsi üçün əlverişli şərait yaradaraq bakteriyaları məhv edir, yada onların çoxalmasını ləngidir. Bu qrupa əlləri yumaq, operasiya sahəsini təmizləmək, operasiya zamanı lazım olan müxtəlf alət və əşyaları sterilizə etmək üçün olan kimyəvi maddələr daxil olur.

Yüklə 182,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin