Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə1/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1



AVTOMOBİLLƏRİN TEXNİKİ İSTİSMARI -1

Mühazirə konspekti

İxtisas “Nəqliyyat vasitələrinin təmiri və servisi”

Kurs III

Semestr 6


Müəllim : Kərimov Faiq

Giriş

Nəqliyyat sistemində texniki istismarın yeri

Nəqliyyatın əsas vəzifəsi - xalq təsərrüfatının və əhalinin yük və sərnişin daşımalarına olan tələbatının tam və vaxtında ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir.

Hər bir nəqliyyat növü: hava, dəmiryolu, avtomobil, su (dəniz, çay), boru-kəmər nəqliyyatı Respublikanın nəqliyyat sistemində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-kommunikasiya proqramının tərkib hissəsidir. Nəqliyyat növü üç əsas altsistemdən ibarətdir:



  • idarə etmə;

  • daşıma prosesi;

  • nəqliyyat prosesinin texniki təminatı -hərəkət tərkibinin texniki istismarı. İdarə etmə altsisteminin əsas vəzifəsi– xarici ( qonşu sahələr, direktiv orqanlar, müştərilər, nəqliyyatın digər növləri) və daxili ( daşımalar və texniki istismar) koordinasiya, hüquqi, normativ və maliyyə təminatıdır.

Daşıma prosesininəsas vəzifəsi- son məhsulun ( daşıma həcmi, yüklərin nomenklaturası) vaxtında lazımi iqtisadi (mənfəət, əmək tutumu, maya dəyəri), sosial (komfortabellik, qənaət, sərnişinlərin daşınma vaxtı), ekoloji xarakteristikalarla alınmalısıdır.

Texniki istismarın əsas vəzifəsi - nəqliyyat prosesini optimal maddi və əmək məsrəfləri sərf etməklə, ekologiya tələblərinə cavab verməklə işləmə qabiliyyətli hərəkət tərkibi ilə təmin etməkdir.

Nəqliyyat vasitələrinin və materialların istehcalı sferası  Nəqliyyat vasitələrinin texniki istismarıKommersiya istismarı (daşımalar)Daşımaların son məhsulu (daşıma həcmi, nəqliyyat işi, maya dəyəri, gəlir).

Nəqliyyat vasitələrinin və materialların istehcalı sferası- nəqliiat işinin potensial mümkünlüyünü təmin edir.

Nəqliyyat vasitələrinin texniki istismarı- nəqliiat işinin faktiki mümkünlüyünü təmin edir.

Kommersiya istismarı (daşımalar)- nəqliiat işinin reallaşdırır.

Nəqliyyat vasitələrinin səmərəli istifadə olunma dərəcəsini yüksəltmək üçün qabaqcıl texnika və texnologiyanı istehsalata tətbiq etmək, işçilərin əmək şəraitini yaxşılaşdırmaq, onların ixtisaslaşma qabiliyyətini yüksəltmək. Texnoloji proseslərdə yüksək dəqiqliyə və məhsuldarlığa malik müxtəlif təyinatlı texniki vasitələrdən (avadanlıqlardan) istifadə etmək, müəssisənin bstehsalat-texniki bazasını zənginləşdirmək lazımdır. Bununla yanaşı istismar əsnasında hərəkətin təhlükəsizliyini yüksəltmək, nəqliyyatın ətraf mühitə mənfi təsirlərini də azaltmaq lazımdır.

Bu istiqamətlərdə yerinə yetiriiən iqtisadi, texniki və təşkilati təsirlər vasitəsilə nəqliyyatın işləmə qabiliyyəti tələb edilən səviyyədə saxlanılır ki, bununla da texniki istismar məşğul olur. Başqa sözlə, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması problemi texniki istismarda nəzərdən keçirilir. Texniki istismarda həll edilməli olan məsələlərin çoxluğu nəqliyyat vasitələrinin sürətli artımı ilə də izah edilə bilər.

«Nəqliyyat vasitələrinin texniki istismarı» bir elm kimi digər nəzəriyyələrin (ehtimal, etibarlılıq, nəqliyyat növünə məxsus nəzəriyyələr və s.) əsasında inkişaf etdirilmiş, özünün elmi əsasını və mütərəqqi üsullarını yaratmışdır ki, bunların vasitəsilə bir çox istehsalat məsələləri həll edilir.

«Nəqliyyat vasitələrinin texniki istismarı» müxtəlif istiqamətlərdə inikşaf etdirilir. Belə ki, istismar zamanı hərəkət tərkibinin işləmə qabiliyyətini tələb olunan səviyyədə saxlamaq üçün texniki istismarın mövcud üsulları təkmilləşdirilir, istehsalat qabaqcıl texnika və texnologiya əsasında qurulur, kompleks mexanikləşdirmə və avtomatlaşdırma vasitələri tətbiq edilir, texniki qulluq (TQ) və cari təmirin (CT) əmək tutumları normalarının aşağı salınması yolları tədqiq edilir, nəqliyyatın və onun aqreqatlarının texniki qulluqlar və təmirlər arası yürüş normaları yüksəldilir, nəqliyyat müəssisələrinin layihələndirilməsində mütərəqqi iş üsulları nəzərdə tutulur və digər əməli tədbirlər həyata keçirilir.

Dəmir yolu nəqliyyatında bu xüsusiyyətlər o zaman müsbət nəticələrə gətirib çıxarır ki, lokomotiv və vaqon təsərrüfatları yüksək səviyyədə təşkil edilmiş olsun. Bu təsərrüfatların əsas vəzifəsi lokomotivlərin və vaqonların etibarlılığını və istifadə edilmə dərəcəsini yüksəltməkdir. Buna görə son zamanlar dəmir yolu nəqliyyatının istismar edilməsi proseslərində müasir elektron-hesablama texnikasından, diaqnostikadan və müxtəlif sınaq avadanlıqlarından geniş istifadə edilir. Bu baxımdan gənc mütəxəssislər lokomotiv və vaqon təsərrüfatlarının saxlanılması və istismarı məsələlərini dərindən öyrənməli, dəmir yolu nəqliyyatının texniki qulluq və təmir texnologiyasına, istehsalatda əməyin elmi əsaslar üzərində qurulmasına, robot texnikasının tətbiq edilməsinə müasir baxımdan nəzər salmalıdırlar.

Avtomobil və dəmir yolu nəqliyyatı yanacaq-enerji rezursları idxal edən nəqliyyat vasitələridir. Bu baxımdan yanacağın qənaətlə istifadə edilməsi ən mühüm məsələlərdən biri hesab edilir ki, bu da ilk növbədə mühərrikin qida və alışdırma sistemlərinin (AN-də) texniki vəziyyətlərindən, nəqliyyat vasitəsinin digər aqreqat və mexanizmlərinin işləmə qabiliyyətindən asılıdır. Bu istiqamətdə işlədilən alternativ yanacaqların (məsələn mayeləşmiş və sıxılmış qazlar) yanacaq-enerji rezurslarına böyük təsiri var (xüsusilə texniki istismar baxımından).

«Nəqliyyat vasitələrinin texniki istismarı»nın əsas vəzifələrindən biri istismarçıları yüksək etibarlılığa və ömüruzunluğuna malik nəqliyyatla təmin etməkdir. Bu baxımdan qeyd etmək la-zımdır ki, hərəkət tərkibinin istismarıtexniki istismarı anlayışları müxtəlif məna kəsb edirlər. Nəqliyyat vasitələrinin istismarı dedikdə, onların yük və sərnişin daşımalarında istifadə edilməsi başa düşülməlidir. Nəqliyyat vasitələrinin texniki istismarı isə onlara planlı surətdə və tələbata görə göstərilən profilaktik və təmir xarakterli texniki təsirlərin yerinə yetirilməsini, hərəkət tərkibinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, onların müxtəlif texniki və istismar materialları ilə təchiz edilməsini nəzərdə tutur.

Beləliklə, «Nəqliyyat vasitələrinin texniki istismarı» fənninin mahiyyəti texniki elmlər bakalavrı üzrə yüksək səviyyəli mütəxəssislər hazırlamaqdır ki, onlar nəqliyyat vasitələrinin hər bir elementinin yürüşdən (işləmə müddətindən) asılı olaraq dəyişmə qanunauyğunluğunu öyrənməklə müvafiq qərarlar qəbul edə bilsinlər.



Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin