Mühazirə tarixi: Pedaqoq: Nisə Abdullayeva Tələbə



Yüklə 237,03 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix02.01.2022
ölçüsü237,03 Kb.
#43472
növüMühazirə
  1   2   3   4   5   6
23. Azerbaycanda elmi psixologiyanin yaranmasi ve inkishafi
Docx, jurnal tələb, jurnal tələb
    Bu səhifədəki naviqasiya:
  • Fənn


Page 1 of 8 

BDU / Psixologiya  / 2014  



Bakı   Dövlət  Universiteti 

Sosial  və  Pedaqoji  Psixologiya  Kafedrası 

___________________________________________________ 

 

Fakültə:   

Mexanika – riyaziyyat // RM38 / RM 40 //  



Fənn:          

Psixologiya 



Mühazirə tarixi: 

 

Pedaqoq: 

Nisə Abdullayeva 

Tələbə: 

______________________________ 

 

 

AZƏRBAYCANDA  ELMİ  PSİXOLOGİYANIN 



YARANMASI  VƏ  İNKİŞAFI 

 

1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil oldu. Azərbaycan Demokratik 



Respublikasının hakimiyyətinə son qoyuldu, hakimiyyət bolşeviklərin əlinə keçdi. 

«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb tiplərini politexnik məktəblərlə 

əvəz etmək haqqında» hökümət dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet 

Sosialist Respublikası vahid əmək məktəblilərinin Əsasnaməsi» qəbul olundu. Bu əsasnamə və 

dekretdə  məktəblərdə təlimin ana dilində və pulsuz aparılması,  zəhmətkeş balalarının üzünə 

açıq olması elan edildi» (F.A.Rüstəmov, Ən yeni dövrün pedaqogika tarixi, B., «Nurlan», 2005, 

s.62). 

Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  təhsil  müəssisələrinin  şəbəkəsi 

genişləndirildi. Ali məktəblər açıldı. Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu. Lakin ali 

məktəblərdə çalışan yüksək ixtisaslı kadrlar çatışmırdı.  

1921-ci  ildə  orta  məktəblərdə  müxtəlif  fənlər  üzrə  dərs  deyəcək  müəllim  kadrları 

hazırlamaq üçün yeni bir ali təhsil müəssisəsi – APİ yaradıldı. 1931-ci ildə Azərbaycan Dövlət 

Elmi Tədqiqat Pedaqogika İnstitutu, 1936-cı ildə Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutu 

təsis edildi. 

Azərbaycan  Dövlət  Universiteti  isə  hələ  Azərbaycan  Demokratik  Respublikasının 

vaxtında – 1919-cu ildə yaradılmışdı. Universitetdə yaradılan kafedralardan biri də psixologiya 

kafedrası idi. Kafedraya görkəmli alim A.O.Makovelski rəhbərlik edirdi. Ali məktəblərdə ən 

böyük çətinliklərdən biri də ana dilində dərs aparan ixtisaslı kadrların çatışmaması ilə bağlı idi. 

Vəziyyətdən çıxış üçün dilləri Azərbaycan dilinə yaxın olan Krımdan, Kazandan, Türkiyədən 

yüksək ixtisaslı müəllimlər dəvət olunur. Onların sırasında A.O.Makovelski, X.Fikrət, M.Tofiq 

və  başqaları  var  idi.  Onlar  həm  psixologiyadan  dərs  deyir,  həm  də  milli  kadrların 

hazırlanmasına kömək edirdilər. A.O.Makovelskinin bu sahədə xidmətləri isə əvəzsizdir. 




Yüklə 237,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə