Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri



Yüklə 73,29 Kb.
səhifə39/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
III mövzu (1)
III mövzu (1)
EMBOLİYA

Qan və limfa cərəyanı ilə gətirilən qeyri-adi hissəciklərin damar mənfəzini tutmasıemboliya, həmin hissəciklər isəembol adlanır.

Xarakterinə görə, embollar ekzogen və endogen olmaqla 2 yerə bölü­nür. Lokalizasiyasına görə, böyük və kiçik qan dövranı, qapı venası sistemi embolları ayırd edilir. Çox nadir hallarda retroqrad emboliyalara rast gəli­nir. Bu zaman embol hemodinamika qanunlarına tabe olmayaraq, öz ağırlığı ilə cərəyanın əksi istiqamətində hərəkət edir. Paradoksal emboliya böyük qan dövranı venaları ilə hərəkət edən embolun ürəyin sağ mədəciyindən kiçik qan dövranına daxil olmadan sol mədəciyə keçməsi nəticəsindəəmələ gəlir. Bu, mədəcikarasıçəpərdə qüsur olduqda baş verir.

Ekzogenembollarahava, qaz, bakterial, yadcisimemboliyasıaidedilir.



Havaemboliyasıvenaların (vidaci, körpücükaltıvəs.) zədələnməsiza­manıyaranır.

Qazemboliyasıəsasənkessonfəhlələrində, dalğıclarda (yüksəkat­mos­fertəzyiqiolanmühitdənsürətləadişəraitəkeçdikdə), eləcədəher­metikliyipozulmuşuçuşaparatlarındainkişafedir.

Mikrobemboliyasıqandövranınamikroorqanizmlərin, mayagöbə­lək­ciklərinin, parazitlərin (exinokokk) düşməsinəticəsindəbaşverir.

Endogenemboliyalara tromboemboliya, piy, toxuma, dölyanı su em­bo­liyası aiddir.



Tromboemboliya emboliyaların ən çox rast gəlinən növü olub, trom­bun və ya onun bir hissəsinin damar divarından qopması (aseptik və ya irinli autoliz hesabına) nəticəsində yaranır.

Tromboemboliyaların 20%-ni ağciyər arteriyasının emboliyası təşkil edir. Ağciyər arteriyasının kiçik şaxələrinin tutulması ağciyərlərdə hemorragik infarktın inkişafı ilə, iri şaxələrin və ya ağciyər arteriyasının mənfəzinin tutulması isə qəfləti ölümlə nəticələnir. Qəfləti ölümün səbəbi pulmokoronar refleksin yaranmasıdır. Belə ki, sinir reseptorları ilə zəngin olan ağciyər arteriyası tromboembolla tutulduqda güclü qıcıqlanma bronxların, ağciyər arteriyasışaxələrinin və tac arteriyaların eyni vaxtda spazmına səbəb olur vəürək reflektor yolla dayanır.



Piy emboliyasıyağ damlasının tamlığı pozulmuş qan damarlarına daxil olması nəticəsində inkişaf edir. Uzun borulu sümüklərin sınıqları zamanı sümük iliyinin, dərialtı piy təbəqəsinin zədələnməsi və yanıqları zamanı piy damlalarının qan dövranına daxil olması piy emboliyasına səbəb olur. Bəzi hallarda yağda hazırlanmış dərman preparatlarının səhvən damara yeridilməsi də piy emboliyası ilə nəticələnə bilər.

Dölyanı su emboliyası doğuş zamanı ayrılan ciftin yaxınlığındakı zə­dələnmiş uşaqlıq damarlarına dölyanı suyun daxil olması nəticəsində in­ki­şaf edir.

Toxuma emboliyası orqanizmin müxtəlif toxumalarının zədələnməsi nəticəsində inkişaf edir. Toxuma emboliyalarının əksəriyyətini bədxassəli şiş toxumaları və onun metastazları təşkil edir.

Adətən embol qan cərəyanında 3 əsas istiqamətdə hərəkət edir:



Böyük qan dövranı venalarından vəürəyin sağ hissəsindən kiçik qan dövranının arteriyalarına doğru.

Embolun ürəyin sol hissəsindən, aortadan və iri arteriyalardan orqan­lara doğru hərəkəti.

Qapı venası emboliyası böyük və kiçik qan dövranı emboliyalarına nisbətən az rast gəlinsə də, xarakterik simptomokomlpekslə və ağır hemo­dinamik pozulmalarla təzahür edir. Bu zaman klassik triada (assit, qarnın ön divarının səthi venalarının genişlənməsi, dalağın bö­yü­məsi) yaranır.
Diqqətinizə görə minnətdaram.
Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə