Multuk ltural zm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix21.04.2017
ölçüsü5,01 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Nəcəfov, Rusiyada Azərbaycanlı əmək miqrantlarının problemləri və onların 
həlli yolları, Fəlsəfə elmi nəzəri jurnal, s. 130-136).   
 
 
 
 

9- cu  mühazirə
 
Mövzu 9. Multikulturalizm –Azərbaycan Respublikasının dövlət siyasəti kimi. 
 
1.
  Azərbaycan  Respublikasının  multikulturalizm  siyasəti  sahəsində  həyata 
keçirdiyi praktiki işlər və tədbirlər.  
Azərbaycan  Respublikasının  millətlərarası,  multikulturalizm  və  dini  məsələlər 
üzrə Dövlət müşaviri xidmətinin yaradılması; 
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  “Bilik  Fondunun”  və  Bakı 
Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması; 
Bakı Slavyan Universitetinin multikulturalizm ənənəsi. 
 
Azərbaycan  Respublikasının  Prezidenti  lham  Əliyevin  28  fevral  2014-cü  il 
tarixli  Sərəncamı  ilə Kamal  Mehdi  oğlu Abdullayev  Azərbaycan  Respublikasının 
millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə  Dövlət  müşaviri  təyin 
olunmuşdur. 
Xidmətin əsas məqsəd və məramı ölkəmizdə mövcud olan milli müxtəlifliyin 
qorunub  saxlanması,  ölkəmizdəki  milli  azlıqların  hüquq  və  azadlıqlarının  dövlət 
təminatının,  milli  azlıqlarla  bağlı  dövlət  siyasətinin  həyata  keçirilməsi, 
ölkəmizdəki  multikultural  mçühitin  öyrənilməsi  və  dünyada  təbliği  işinin 
aparılması, dövlətin din siyasətinin tənzimlənməsinə nəzarət etməkdən ibarətdir. 
Ölkə  Prezidenti  Dövlət  müşavirliyi  xidmətinin  qarşısına  qoyulmuş  bu 
məqsədlərin  daha  rəvan  formada  həyata  keçirilməsi  üçün  iki  yeni  dövlət  qurumu 
yaratmışdır. 
7  may  2014-cü  il  tarixində  Prezidentin  imzaladığı  Fərmanla  Azərbaycan 
Respublikasının  Prezidenti  yanında  Bilik  Fondu  yaradıldı.  Bilik  Fondunun  əsas 
məqsədi Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və 
xarici  siyasətinin,  ictimai-siyasi  və  sosial-iqtisadi  proseslərin  mahiyyətini 
ictimaiyyətə çatdırmaqdan ibarətdir. 
Fondun vəzifələri aşağıdakılardır: 
2.2.1. Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-
iqtisadi,  ekoloji  və  humanitar  biliklərini  artırmaq  məqsədi  ilə  təşkilati  və  təbliğat 
xarakterli tədbirlər həyata keçirmək; 

2.2.2. Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən 
proseslər haqqında dolğun biliklər çatdırmaq; 
2.2.3.  azərbaycançılıq  məfkurəsinin  mahiyyətini,  milli-mənəvi  və  dini 
dəyərləri təbliğ etmək; 
2.2.4.  şəxsin  fasiləsiz  təhsilini,  daim  yeniləşən,  müasir  standartlara  uyğun 
biliklərə  və  dünyagörüşünə  yiyələnməsini,  şəxsiyyət  kimi  inkişafını  təmin  etmək 
məqsədi ilə lazımi tədbirlər həyata keçirmək; 
2.2.5.  gənclərin  biliklərinin,  bacarıqlarının,  peşəkarlıq  səviyyələrinin  və 
dünyagörüşlərinin inkişafınadəstək göstərmək; 
2.2.6. sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək;  
2.2.7.  Azərbaycan  tarixinin  və  mədəniyyətinin  təbliğinə  yönəlmiş  tədbirlər 
təşkil etmək; 
2.2.8.  Azərbaycan  Respublikasının  dinamik  inkişafı  və  dünya  birliyinə 
inteqrasiyası  ilə  əlaqədar  təhlillər  aparmaq,  beynəlxalq,  regional  və  ölkədaxili 
ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənməkvə ictimaiyyətə çatdırmaq; 
2.2.9.  Azərbaycan  Respublikasının  daxili  və  xarici  siyasətinin  mahiyyəti  ilə 
bağlı  dövlət  maraqlarına  uyğun  dövri  mətbuatda  materiallar  hazırlayıb  yaymaq, 
elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək; 
2.2.10. Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, 
kitablar,  broşürlər,  analitik  materiallar  hazırlamaq  və  onların  yayılmasını  təmin 
etmək; 
 
Bundan  əlavə  Ölkə  Prezidenti  15  may  2014-cüil  tarixli  Fərmanı  ilə  Bakı 
Beynəlxalq  Multikulturalizm  Mərkəzini  yaratmışdır.  Mərkəzin  əsas  məqsədi 
Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik 
müxtə-  lifliyin  qorunmasını  təmin  etmək,  habelə  Azərbaycanı  dünyada 
multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq 
və təşviq etməkdən ibarətdir. 
Multikulturalizm Mərkəzininin vəzifələri aşağıdakılardır: 
2.2.1. multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan 
gerçəkliyinin mə- dəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini 
hazırlamaq; 
2.2.2.  Azərbaycan  Respublikasında  mədəni-etnoqrafik  müxtəlifliyin 
azərbaycançılığın  inkişafına  xidmət  göstərməsi  yollarını  müəyyənləşdirib 
gerçəkləşdirmək; 
2.2.3.  Azərbaycan  Respublikasında  mədəni,  dini  müxtəlifliyin  tolerant 
ə
saslarının  elmi  təhlilini  aparmaq  və  qorunub  saxlanması  yollarını 
müəyyənləşdirmək; 

2.2.4.  müxtəlif  bölgələrə  aid  mədəni  irsi  öyrənmək,  onların  müasir  dövrdə 
ahəngdar  inkişafının  təmin  edilməsinə,  vətəndaş  cəmiyyətinin  potensialından 
istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə 
dəstək vermək; 
2.2.5. multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə 
təmas dərəcəsini öyrənmək və təşviq etmək; 
2.2.6.  aidiyyəti  elmi  qurumlarla  əlaqəli  şəkildə  Azərbaycan  Respublikasının 
müxtəlif  bölgələrində  qədim  mədəniyyət  izlərini  axtarmaq  (arxeoloji  tədqiqatları 
“Tarix  və  mədəniyyət  abidələrinin  qorunması  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununa  uyğun  olaraqtəşkil  etmək),  mədəni,  etnoqrafik  irsin 
toplanıb elmi şəkildə öyrənilməsini və qorunmasını həyata keçirmək; 
2.2.7.  təhsil,  mədəniyyət,  elm  və  digər  sosial  sahələrdə  özünü  göstərən, 
şə
xsiyyətin  mənəvi  bütöv-  lüyünün  həmahəng  inkişafına  mane  olan  müəyyən 
çatışmazlıqların  sistemli  şəkildə  aradan  qaldırılması  istiqamətində  layihələr 
gerçəkləşdirmək; 
2.2.8.  müxtəlif  dinlərə  mənsub  gənc  din  xadimlərinin  peşəkar  dini,  dünyəvi 
biliklərinin artırılması 
istiqamətində tədbirlər həyata keçirmək; 
2.2.9.  Azərbaycan  Respublikasının  multikultural  nailiyyətlərinin  beynəlxalq 
mütəxəssislər tərə- findən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək; 
2.2.10. şəxsiyyətin saflaşmasında, xalqlararası, dinlərarası qarşılıqlı hörmət və 
etimad münasibət- 
lərinin  yaranmasında  xüsusi  xidməti  olan  görkəmli  yerli  və  xarici  ölkə 
vətəndaşlarının  qiymətlən-  dirilməsi,  təşviq  edilməsi  mexanizmini  hazırlayıb 
həyata keçirmək; 
2.2.11.  multikulturalizm  üzrə  dünya  mütəxəssislərinin,  eyni  zamanda  keçmiş  və 
müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini 
təhlil etmək və yaymaq 
 
 
2.
  “Bakı Prosesi”: mahiyyəti, tarixi, məqsədləri və iştirakçıları. “Bakı Prosesi” 
çərçivəsində  həyata  keçirilmiş  əsas  tədbirlər.  “Bakı  Prosesi”nin  regional 
təşəbbüsdən  qlobal  hərəkata  çevrilməsi.  I  və  II  Ümumdünya  
Mədəniyyətlərarası  Dialoq  Forumları.  I,  II,  III  və  IV  Bakı  Beynəlxalq 
Humanitar Forumlar.  
 
“Bakı prosesi”nin yaranma tarixi 
 “Bakı  prosesi”  -  mədəniyyətlər  arasında  dialoqun  inkişaf  etdirilməsini  nəzərdə 
tutan  bir  təşəbbüsdür.  Bu  təşəbbüsü  Azərbaycan  Prezidenti  cənab  lham  Əliyev 
2008-ci  il  2-3  dekabr  tarixində  Bakıda  Avropa  və  ona  qonşu  regionların 
mədəniyyət  nazirlərinin  “Mədəniyyətlərarası  dialoq  Avropa  və  onun  qonşu 

regionlarında  davamlı  inkişafın  və  sülhün  əsasıdır”  mövzusunda  keçirilmiş 
konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də 
iştirak etməsi ilə yeni bir formanın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 
beynəlxalq  təşkilatın  və  bir  sıra  beynəlxalq  qeyri-hökumət  təşkilatlarının  yüksək 
səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü 
ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” 
qəbul edilmiş, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan 
“Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan 
tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur. 
Konfransda  Azərbaycan  Prezidenti  lham  Əliyevin  dərin  məzmunlu  nitqi,  irəli 
sürdüyü təkliflər və tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə 
səbəb olmuşdur. 
“Bakı prosesi”nin əsas aktorları 
Azərbaycan Respublikası hökuməti, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, 
Avropa  Şurası,  Avropa  Şurasının  Şimal-Cənub  Mərkəzi,  SESKO,  BMT-nin 
Dünya Turizm Təşkilatının. 
“Bakı prosesi”nin məqsədləri: 
•  Mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişafı; 
•  Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi; 
•  Xalqlar  arasında  olan  dini  və    mədəni  gərginliyin  azadılması  məqsədilə 
barışdıran  və  sakitləşdirən  qüvvələrə  dəstək  göstərməklə  mədəniyyətlər 
arasında hörmət və qarşılıqlı anlaşmanın qurulması; 
•  Mədəniyyətin,  mədəni  irsin  və  incəsənətin    imkanlarını  müəyyən  etməklə, 
onların  potensialının  mədəniyyətlərarası  dialoqun  və  əməkdaşlığın  həyata 
keçirilməsində daha səmərəli istifadəsi; 
•  Mədəni  və  bədii  fəaliyyətlərin  dəstəkləməsi;  qarşılıqlı  anlaşma  və  dialoqun 
qurulması prosesində yaradıcılıq və incəsənət adamların təkan verici qüvvə 
kimi tanınması; 
•  Üzv  ölkələr  və  vətəndaş  cəmiyyətinin  cəlb  olunması  ilə,  səlahiyyətli 
beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.     
“Bakı prosesi”çərçivəsində həyata keçirilmiş əsas tədbirlər: 
1.  Avropa  Şurasına  üzv  dövlətlərin  mədəniyyət  nazirlərinin  “Mədəniyyətlərarası 
dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” 
mövzusunda konfrans (2-3 dekabr, 2008); 

2. “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ilin oktyabr 
ayında Bakıda keçirilmiş  slam Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin 
mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri 
ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdur. 
Konfransda Avropa Şurasına üzv dövlətlərlə  slam Konfransı təşkilatına üzv 
dövlətlərin iştirakı ilə “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” 
keçirilmiş və birgə kommünike qəbul edilmişdir. 2010-cu il sentyabr ayında 
BMT-nin Baş Məclisinin 65-ci sessiyasında çıxışı zamanı Azərbaycan 
Respublikasının Prezidenti cənab  lham Əliyevin Bakıda Ümumdünya 
Mədəniyyətlərarası Dialoq Forumun keçirilməsi təşəbbüsünü elan etməsi “Bakı 
prosesi”nin regional bir təşəbbüsdən qlobal hərəkata çevrilməsinə səbəb 
olmuşdur. 
3. I Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumu (7-9 aprel, 2011); 
4. II Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumu (29 may – 01 iyun, 2013); 
Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa 
Ş
urasının  Şimal-Cənub  Mərkəzi,  SESKO,  BMT-nin  Dünya  Turizm  Təşkilatının 
tərəfdaşlığı ilə reallaşmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə