Multuk ltural zm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix21.04.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

2.  Azərbaycanda  yayılmış  sosial  ədalətlə  səciyyələnən  dini-etik  təlimlərdə 
tolerantlıq və multikulturalizm ideyaları. 
 
Zərdüştilik.Bu  dinin  banisi  Zərdüştün  anadan  olduğu  yer,  həyat  və  fəaliyyət 
zamanı məsələsi onu tədqiq edən alimlər üçün uzun müddət qaranlıq qalmış və indi 
də  tam  aydınlaşmır.Orta  əsrlərin  bir  çoxmüsəlman  müəllifləri,  eləcə  də  Əbu 
Reyhan  Biruni  (973-1048/50)  bu  peyğəmbərin  vətəninin  Azərbaycan  olduğunu 
demişlər. ngilis şərqşünası Cekson da bu fikirdədir.Onun təsdiq etdiyinə görə, bu 
peyğəmbərin  anadan  olduğu,  uşaqlığını  və  gəncliyini  keçirtdiyi  yer 
Azərbaycandakı  Savalan  ətrafıdır.Müasir  alimlər  bu  məsələ  haqqında  fikir 
yürütmək  məsələsində  iki  düşərgəyə  bölünürlər.  Zərdüştiliyin  rus  tədqiqatçısı 
E.O.Berzin  özünün  «Zərdüşt  nə  öyrədirdi?»məqaləsində  Azərbaycanın  Zərdüştün 
vətəni  olduğuna  şübhə  etmir.  Bu  fikrə  Azərbaycan  alimlərindən  A.Əhədov, 
A.Şükürov və G.Abdullazadə, S.Qasımova da qoşulurlar. 
Ə
ks  düşərgədən  olan  başqa  alimlər  onlara  qarşı  çıxış  edirlər.Belələrinə 
ingilis  alimi  Meri  Boysu  misal  göstərmək  olar.Həmvətənimiz  tarixçi  .Əliyev  də 
onunla  həmrəydir.  Onların  fikrincə,  Azərbaycanda  «yanmış  kömürləri»  və 
«çoxsaylı  maqları  (atəşpərəstləri)»  olan  zərdüştilik  məbədlərinin  olduğuna  
baxmayaraq,  haqqında  söhbət  gedən  bu  dinin  vətəni  Azərbaycan  olmaya  bilər. 
Baxışlarını  Zərdüştün  yazdığı  himnlərin  məzmunundan  və  dilindənçıxış  edərək 
möhkəmləndirirlər.Meri Boys hətta çox uzağa gedərək belə deyir ki, bu peyğəmbər 
həqiqətdə  Volqa  çayından  şərqdəki  Asiya  çöllərində  yaşamışdır.Zərdüştün 
anadanolma  tarixini  tədqiqatçıların  çoxu  zərdüştiliyin  müqəddəs  kitabı  Avestaya 
görə  hesablayırlar.Bu  təxminən  b.e.ə.  1500-1200,  yaxud  b.e.ə.  1000-600-cü  illər 
arasına düşür. 
Hələ  yoxsul  bir  uşaq  ikən,  görünür,  yeddi  yaşına  yaxın  onu  ruhani  (din 
xadimi) olmağa hazırlayırdılar.Artıq 15 yaşında Zərdüşt ruhani olur.20 yaşından 30 
yaşadək o, tərki-dünya həyat tərzi keçirərək bütünlüklə öz hisslərinə, duyğularına 
qapılır.  Saatlarla  daldığı  düşüncələrini  və  bunun  nəticəsində  əldə  olunan 
özünüdərkin nəticələrini gil lövhəciklər üzərində yazır. 
O özü qatalarda başlanğıcda özünü atsürvan – ruhani (din xadimi), mantran 
–mantr(ovsun)  yazan,  sonda  isə  vaedemna  –  «ilahi  ilhamlı  müdrik  müqəddəs» 
adlandırır.  Rəvayətlərə  görə,  Zərdüşt  həqiqət  axtarışında  diyar-diyar  dolaşarkən 
dəfələrlə  zorakılıqlarla,  müharibələrlə,  qarət  və  qətllərlə,  mal-qara  oğruları  ilə 
qarşılaşmışdır.Bütün  bu  hallarda  o  özünün  gücsüz  olduğunu  görürdü.  Ancaq 
ə
dalətə, əxlaqi təmizliyə can atması onu tanrının – Ahurun güclülərə də, zəiflərə də 

eyni  dərəcədə  aid  olan,  təmiz  ideyaların  təntənəsinə  yönələn,  əmin-amanlıq  və 
qayda-qanun yaradan, dinc həyatı təmin edən qanununu axtarmağa sövq edirdi. 
Budur,  artıq  30  yaşında  ikən  ona  vəhy  gəldi.  Bu  hadisə  qatalardan  birində 
(Yasna, 43) belə təsvir edilir: bahar bayramında iştirak edən Zərdüşt dan söküləndə 
çaya  yemək  hazırlamaq  üçün  su  gətirməyə  yollandı.  O,  axının  ortasından  su 
doldurub  sahilə  qayıtmağa  başladı.  Elə  bu  zaman  yaz  səhərinin  təmiz  havasında 
onun  qarşısında  bir  xəyal  görünüb  onu  işıq  saçan  Ahura-  Mazdanın  (Azərbaycan 
dilindəki mənbələrdə, eləcə də ASE-nin X cildinin 279- cu səhifəsində Hürmüzd, 
Hörmüzd, Hormuz variantları vardır) və başqa beş zatın yanına gətirdi. Bu zaman 
bu yeddi tanrı (ilahə) ona vəhy verdilər. 
Zərdüşt bu uca tanrıların (ilahələrin) verdikləri bütün o təlimləri və vəhyləri 
bəşəriyyətə  verməyə  (ötürməyə)  çalışaraq  onları  ayrıca  bir  vəhylər  kitabında  
«Avesta»da yazır. 
Bu  iki  başlanğıc  arasındakı  mübarizə  son  nəticədə  bir  ümumi,  dünya 
miqyaslı  münaqişəyə  (konfliktə)  çevrilir.Bu  dünya  miqyaslı  böyük  ümumi 
prosesdə  insana  böyük  rol  verilmişdir.  Zərdüşt  qatalarda  deyir:  «Mən  varlığın 
başlanğıcındakı iki ruh haqqında danışmaq istəyirəm. Onlardan işıqlı ruh (Spenta-
Manyu)  şər  ruha  (AnhraManyuya,  Ahra  Manyuya)  dedi:  "Bizim  fikirlərimiz  də, 
təlimlərimiz  də,  iradəmiz  də,  əqidələrimiz  də,  sözlərimiz  də,  işlərimiz  də, 
inancımız da (dinimiz də), canlarımız da bir-birinə uyğun gəlmir…" Bu iki ruhdan 
Druc (yalan, hərc-mərclik) ruhu şər işini, Artu (həqiqət, qayda-qanun) isə səmanı 
paltar  kimi  geyinən  ən  müqəddəs  ruhu  və  Ahura-Mazdanı  (xeyir  Allahını)  öz 
düzgün işləri ilə razı salanları seçdi.Bu iki ən ilk ruh düşüncədə də, sözdə də, işdə 
də  biri  xeyirxah,  o  biri  yaramaz  olan  əkizlər  kimi  meydana  gəldilər.Onlardan 
yaxşısını bədniyyətlər yox, xoşniyyətlər düzgün seçdilər». 
Zərdüşt  öz  təliminin  başlanğıcında  hind- ran  tayfa  dinində  sayı  çox  olan 
bütün allahları ataraq xeyir allahı (tanrısı, məbudu) Ahura-Mazda kainatı və bütün 
canlı varlıqları, insanları və heyvanları yaradıb onlara xeyirlə şər, həqiqətlə (doğru 
ilə)  yalan  arasında  azad  seçim  imkanı  vermiş  vahid  bir  Allah  araya  gətirmişdi. 
Burada onu qeyd etmək yerinə düşərdi ki, dini ideologiya tarixində ilk dəfə məhz 
zərdüştilikdə ictimai bəla problemi irəli sürülmüşdü. Belə ki, zərdüştiliyə qədərki 
sayı çox olan xeyir və şər allahları (tanrıları) cürbəcür qurbanlarla razı salınırdılar: 
onlardan  bəzilərinə  ehtiram  əlaməti  olaraq,  başqalarına  isə  dəhşət  və  qorxudan 
qurban  kəsirdilər.  Ancaq  onlarda  ümumdünya  xeyir  və  şər  ideyaları  hələ  yox 
idi. nsanlar  taleyə  boyun  əyərək  onun  bütün  «hədiyyələrini»  dinməz-söyləməz 
qəbul edir, hətta, nə yollasa, ona təsir göstərməyə belə çalışmırdılar.Birinci olaraq 
Zərdüşt  öz  təlimində  ictimai  bəla  ilə  mübarizənin  bütün  imkanlarından  söz 

açdı.Budur,  burada  insana  böyük  rol  verilir,  o  könüllü  olaraq  xeyir  və  şər 
düşərgələrindən  birini  seçməklə  düzgün  seçim  etməlidir.Bu  mənəvi  seçim 
azadlığında  şəxsiyyətin  əsarətdən qurtulması  öz  əksini tapmışdır.Bu  peyğəmbərin 
təliminə  görə,  insan  Xeyrin,  Həqiqətin  (Doğrunun)  və  Vicdanın  Şər,  Yalan  və 
Qaranlıq üzərində qələbəsinə kömək etməlidir. 
Bəs insan iki başlanğıcın gərgin mübarizəsində nəyə müraciət etməlidir? Hər 
ş
eydən qabaq «dinc əməyə», «xoş (saf) niyyətə», «yaxşı (xeyirxah) sözə»,  «yaxşı 
ə
mələ».  nsan şər üzərində qələbəyə kömək etməlidir.Bu qələbə heç də sitayiş və 
dualarla  əldə  edilmir.Fövqəltəbii  qüvvələrin  bu  həyatda  və  o  dünyadakı 
(axirətdəki)  xoşbəxt  həyatda  mərhəmətini  bol-bol  qurbanlar  kəsməklə  də 
qazanmaq  mümkün  deyil.Bundan  əlavə,  mal-qaranı  qurbanlıq  məqsədilə  məhv 
etmək də cinayətkarlıqdır. Zərdüşt öz sözünə belə davam edir: «Ahura-Mazdanın 
yaratdığı  bütün  şeylərdən  birinci  yerə  mal-qara  qoyulmuşdur…  Ahura-Mazdanı 
mədh etmək və mal-qaraya yem vermək – biz bunları hər şeydən yaxşı[hərəkətlər] 
sayırıq». 
Xeyrin  Şər  üzərində  qələbəsi  maddi  nemətlərin  kənd  təsərrüfatında  səylə 
çalışmaq,  torpağı  qeyrətlə  becərmək,  mal-qaraya  qayğı  ilə  yanaşmaq  yolu  ilə 
çoxaltmaqla  əldə  edilir.«Avesta»ya,  onun  daha  sonrakı  kitabı  «Vendidat»a 
(«Dayvlar  əleyhinə»  (Divlərə  qarşı)  qanun)görə,  taxıl  becərmək  şər  başlanğıca 
zərbə vurur və Xeyrin işini on min dua oxuyanda olduğu qədər irəli aparır. «Taxıl 
cücərəndə  divləri  tər  basır,  xırmanda  döyülən  taxıl  sovrulub  təmizlənəndə  divlər 
gücdən düşür, [dəyirmanda] un çəkiləndə divlər fəryad edirlər… Qoy həmişə evdə 
un qidası olsun ki, divlər yaralansınlar (iflic olsunlar) – bundan onların ağızları od 
tutub yanır və onlar qaçıb aradan çıxmağa çalışırlar» – deyə «Avesta»da bu haqda 
bəhs  olunur.  Sonra  deyilir:  «…onlar  evə  də,  kəndə  də,  vilayətə  də,  ölkəyə  də 
dilənçilik və iflas (xarabazarlıq) gətirirlər. Onlarla silah gücünə mübarizə aparmaq 
lazımdır».Peyğəmbər  öz  təliminin  tərəfdarlarına  bu  həyatda  şər  qüvvələrlə  real 
mübarizədən ibarət belə bir çağırışla müraciət edir. 
Yuxarıda  sadalanan  mübarizə  üsulları  və  yolları  ilə  yanaşı,  səxavət 
göstərmək,  vicdanlı  olmaq,  əhdə  vəfa  etmək  kimi  adi  xeyirxahlıqlar  da  nəzərdə 
tutulurdu. 
«Avesta»da  ictimai  quruluşun  və  hüquqi  institutların  tam  mənzərəsi 
canlandırılmış, ideal cəmiyyət - sülh, səadət cəmiyyəti, düşmənçilik və zorakılığın 
olmadığı,  əmək  adamları  cəmiyyəti  təsvir  olunmuşdur.«Avesta»da  göstərilir  ki, 
«Mən  (Zərdüşt  –  Ə.Ə.)  müharibələri  rədd  edib,  silahı  bir  yana  tullamağı  istəyən 
Məzda  dininə  inanıram…  kəndlərin  dağılması,  mal-qaranını  talanı  və  oğurluğun 
ə
leyhinəyəm… get-gəl azadlığı, mənzil, mülk toxunulmazlığı tərəfdarıyam». 

Zərdüşt qarəti, qətli, yalanı, zülmü, hiyləni, basqını, ədalətsizliyi, tamahkarlığı və 
s. şər qüvvə olan Əhrimənin əməli hesab edir. Yer üzündə olan bütün yaxşılıqları, 
xeyirxahlıqları,  paklıqları  və  s.  hamı  üçün  nemətlərin  yaradıcısı  olan  Hörmüzün 
ə
məli sayır. 
Azərbaycanda  manilik.Qeyd  etmək  lazımdır  ki,  artıq  b.e.I  minilliyin  ilk 
ə
srlərində  Qərbi  Midiyanın  (yaxud  o  zaman  adlandırıldığı  kimi,  Atropaten 
Midiyasının)  vilayətlərində  o  dövr  üçün  səciyyəvi  olan  ictimai  ədalətlə 
səciyyələnən  dini-etik  təlimlər  geniş  yayılmışdı.Azərbaycanda  da  yayılmış  belə 
təlimlərdən birinin banisi Mani hesab olunur.Manilik adı almış dini hərəkat onun 
adı  ilə  bağlıdır.Bu  təlim  rəsmi  zərdüştiliyə  qarşı  yönəlmişdi,  odur  ki,  zərdüştilik 
onu küfr (kafirlik, dinsizlik) hesab edirdi.Nəqqaş Maninin öz şəxsiyyəti çoxcəhətli 
olmuşdur.Bəzi məlumatlara görə, onun yaşadığı dövr 216/217-ci illərdən 274/276-
cı  illərədək  olan  fasilədə  tərəddüd  edir.Bu  tarixi  240-274-cü  illər  olaraq 
göstərməklə onun cəmi 34 yaşyaşadığını bildirən müəlliflər də vardır.Onu istedadlı 
rəssam,  filosof  və  mühəndis  kimi  tanıyırdılar.Onun  istedadlı  bir  rəssam  olduğu 
Firdovsinin  (934-1020/1030),  Nizaminin  (1141-1209),  Hafizin  (təqr.  1325-
1389/1390) xatirələrində və ayrı-ayrı əsərlərində öz əksini tapmışdır. 
Maninin  bir  filosof  olduğu  haqqında  geniş  məlumatlar  bizə  ərəb  alimi 
Ə
bdürrəhman  Cahizdən  (775-868),  xristian  ilahiyyatçıları  Avqustindən  (IV-V 
ə
srlər) və odessalı Yefremdən (VI əsr), habelə XIX əsrin fransız rəssamı Qogendən 
(1848-1903)  gəlib  çatmışdır.Mani  iyirmi  dörd  yaşında  özünü  peyğəmbər  elan 
edərək  öz  missioner  fəaliyyətinə  Şərqdə  (Həmədanda)  başlamışdır.Onun  atası 
ə
silzadə nəsildən olan Babil aramilərindən (arameylərindən), anası isə iranlı qadın 
idi.  Hələ  gənc  ikən  o,  Şərqi  randa  və  Hindistanda  olmuş,  buddizmlə, 
brəhmənizmlə  (brahmanizmlə)  və  Orta  Asiyanın  yerli  dinləri  ilə  tanışolmuşdur. 
Artıq 243-cü ildə I Şapur onu yeni bir «dünya dini»nin banisi kimi qəbul etmiş və 
o, hökmdara özünün «Şapurakan» («Şapurun kitabı», «Şapurnamə») əsərini təqdim 
etmişdir.  Rəsmi  olaraq  tanınmış  manilik  təliminin  tarixi  də  elə  həmin  zamandan 
başlayır.Bundaqn  başqa  o  “Sirlər  kitabı”,  “ ki  prinsip  haqqında  kitab”, 
“Praqmataya”  (“Nəsihətnamə”),  “ ncil”  adlı  əsərlərində  də  özünün  yeni  təlimini 
şə
rh etmişdir.Manilik zərdüştilikdən ardıcıl dualizmi ilə fərqlənirdi. Maniliyə görə, 
Xeyir və Şər (Nur və Zülmət) hər ikisi ilkindir 
Mani  öz  dinini  yeganə  düzgün,  hamı  üçün  ümumi,  bütün  mövcud  dinləri 
ə
vəz edən bir din sayırdı.Guya elə Mani özü də bu dünyaya məhz bu məqsədlə – 
bütün dinləri birləşdirib bir din etməyə göndərilmişdir. 
Bu din özündə müxtəlif dinlərin: zərdüştiliyin, xristianlığın, buddizmin kimi 
dinlərin  ünsürlərini  birləşdirərək,  sanki  aşağı  təbəqələrin  ierarxiyanın  (aşağıdan 

yuxarı  tabeçilik  qaydasının)  zinəti  və  sərvəti  əleyhinə  etirazını  əks  etdirirdi. 
Maninin  təlimi  allaha  və  iblisə,  göylərə  və  cəhənnəmə,  hər  bir  adamın  öləndən 
sonra  mühakimə  olunacağına,  müqəddəs  möminlərin  səma  qüvvələri  arasında 
ə
bədi  həyat  sürəcəyinə  əsaslanırdı.Manilik  kilsə  ayinlərinin  sadələşdirilməsinə 
çalışır, ümumi bərabərlik təbliğ edir, bu da öz növbəsində insanları istismarın hər 
bir  –  istər  dünyəvi  olsun,  istər  ruhani  –  növünə  qarşı  mübarizəyə  yönəldirdi. 
Maninin təlimi də Zərdüştün təlimi kimi olduqca dualist bir təlim olub yalnız bir 
ş
eydə ondan fərqlənirdi: o, pessimist (bədbin) səciyyə daşıyırdı, yəni bu təlimdə iki 
başlanğıcın mübarizəsində Xeyrin (Yaxşılığın) qələbəsi inkar edilirdi. 
Mani dünyaya şərin tam təcəssümü kimi baxırdı. O elə hesab edirdi ki, daha yaxşı 
olar ki, insan dünya işlərindən imtina etsin, öz həyatını tərkidünyalıqla və ismətlə 
keçirtsin. Belə olsa, insanın ruhu səmalara ucala bilər. 
Maniliyin  zərdüştiliyin  həyatsevər  prinsiplərindən  bu  köklü  fərqi  Maninin 
köhnə  dinə  hörmətlə  yanaşmasına  maneçilik  törətmirdi.  Onun  düşüncəsində 
zərdüştilik  də,  xristianlıq  da,  buddizm  də  bir  düzgün dindirlər,  yalnız insanlar bu 
dini  başa  düşmədiklərindən  təhrif  etmişlər.  Mani  özü  isə  Yer  üzünə 
göndərilmişdir  ki,  əsl  dini  bərpa  etsin.  Bu  münasibət  islam  dininin  iudaizm  və 
xristianlığa  münasibəti  ilə  üst-üstə  düşür.  Bizə  gəlib  çatmış  mənbələrə  görə, 
Maninin  təlimi  onun  özünün  tərtib  etdiyi  və  ardıcıllarının  qoruyub  saxladıqları 
yeddi kitaba daxil olmuşdur. Bunlardan birincisi «Böyük», yaxud «canlı» («Diri») 
ncil adı ilə tanınır. O hər biri əlifbanın bir hərfi ilə başlayan 22 hissədən ibarət idi. 
Yeddi kitabın hamısının əlyazmalarında Xeyrlə Şərin,  şıqla Qaranlığın mübarizəsi 
mövzusuna həsr olunmuş çoxlu gözəl illüstrasiya var. Öz dinini 40 il təbliğ edən 
Mani  dualizm  prinsipi–  Nur  və  zülmətin  mübarizəsini  ön  plana  çıxarmışdır.  Nur 
ruhu,  zülmət  isə  Bədəni  (materiyanı)  təmsil  edir.  Dünya  inkişafı  prosesinin 
məqsədi  qəlbində  yer  tapmış  nur  ünsürlərini  materiyanın  (bədənin) 
hakimiyyətindən azad etməkdir. Maniyə görə, allah dünyada şəri yaratmamışdır və 
deməli,  dünyanı  da  o  yaratmamışdır,  çünki  dünya  (materiya  şərdir,  zülmətdir)– 
materiya  allahdan  asılı  olmayaraq  mövcuddur,  insan  isə  materiya  ilə  nurun 
qarışığıdır.  Nurun  hissəciklərinin  materiyadan  (bədəndən)  azad  olmasına  yalnız 
qatı  asketizm  vasitəsilə  nail  olmaq  mümkündür.  Manilik  xristianlığın  bir  sıra 
prinsiplərini rədd etmişdir. Maniheyçilik heyvan əti yeməyi qadağan edir, mütiliyi 
təbliğ  edirdi,  asayiş  və  rahatlığı  qorumağı  üstün  tuturdu.  Uyğur  türklərinin 
döyüşkən ruhuna uyğun olmasa belə onlar maniliyi qəbul etmişdilər.  slam dini və 
buddizm yayılana qədər uyğurlar arasında manilik geniş yayılmışdı. 
Mani  hələ  özü  sağ  ikən  onun  təlimi  Şərqdə  sürətlə  yayılmışdı.  Bu  dinin 
yayılmasının  başlanğıcında  onu  xeyirxahcasına  qəbul  edən  Sasanilər  sarayının 
yuxarı təbəqəsi onun kütlələrə sürətlə artan təsirini gördükdə öz siyasətini kəskin 
olaraq  dəyişir.  Maninin  yoldaşlarını  (tərəfdarlarını,  əshabələrini),  ardıcıllarını 
izləməyə başlayırlar.  randan qaçmağa məcbur olan Mani özü uzun illər sərgərdan 
həyat  keçirdikdən  sonra  ora  qayıda  bilir.  Sasanilər  sülaləsinin  IV  hökmdarı 

Bəhramın hakimiyyəti (273-276) zamanı Mani həbsxanaya salınır və işgəncələrdən 
ölür.  
Sosial  təlimində  insanların  hüquq  bərabərliyinə  üstünlük  verən  maniliyin 
dini-fəlsəfi  və  sosial  ideyaları  hakim  qüvvələrin  təqibinə  baxmayaraq,  həm 
Atropatenada, həm də Albaniyada, sonralar isə Şərqdə və Avropada məzdəkilərin, 
pavlikianların,  albiqoyçuların,  katarların  və  b.-nın  ideoloji  təlimlərində  geniş  yer 
tapmışdı.  Maniliyin  şıq  Allahını  Əqllə  birləşdirməsi  (beş  təzahürdən  dördünün 
bilavasitə  Əqllə  bağlılığı)  və  Şərin  əbədiliyini  qəbul  etməsi  sonrakı  təlimlərdə 
rasionalizm və dialektikanın inkişafı üçün geniş imkanlar yaratmışdır 
Məzdəkilik.  Azərbaycanda  dövran  sürən  başqa  bir  dini-etik  təlim  V  əsrdə 
meydana  gəlmiş  və  adını  öz  banisi  Məzdək-Bamdadın  adından  götürmüş 
məzdəkilər təlimi idi. Məzdək-Bamdad V əsrin 50-ci illərində anadan olmuş, bəzi 
mənbələrə    görə  528/529-cü  illərdə,  bəzilərinə  görə  isə  524-cü  ildə  ölmüşdür. 
Nizamülmülkün  (1017-1092)  «Siyasətnamə»  əsərində  qeyd  olunduğuna  görə, 
Məzdək  mənşəcə  kahin  silkindən  idi.  O  öz  ideyalarını  Həmədan  şəhərində 
yaymağa  başlamışdı.  Bu  təlim  din  pərdəsi  altında  aparılan  güclü  antifeodal 
hərəkata  çevrilmişdi.  Məzdək  deyirdi:  «Allah  öz  nemətlərini  yaratmışdır  ki, 
insanlar  onları  öz  aralarında  tən  bölsünlər.  Ancaq  insanlar  bir-birinə  qarşı 
ə
dalətsizlik  edirlər.  Ona  görə  də  əmlak  varlılardan  alınıb  yoxsullar  arasında 
bölünməlidir» 
Məzdəkilər  oğruluğu,  yalanı,  zülmü  pisləyir,  bir  yandan  kahinlərin,  başqa 
yandan  dünyəvi  əyanların  (aristokratiyanın,  zadəganların)  əməkçi  əhalini  ikiqat 
istismar  etməsinə  qarşı  çıxırdılar.  Məzdəkin  yaydığı  ideyalar  çox  halda  onun 
özündən  qabaqkı  dini  təlimdən  –  manilikdən  götürülmüşdü.  Onlar  maniliklə 
özlərinin  pessimizminə  (bədbinliyinə)  və  asketizminə  (tərki-dünyalığına)  görə 
yaxın  idilər.  Məzdəkin  fikrincə,  insan  özünə  oxşayanı  (insanı)  öldürməməli,  ə
yeməməlidir,  ancaq  o  şığın  Qaranlıq  üzərində  qələbəsinə,  cəmiyyətin  bütün 
üzvləri arasında dözümlülüyün (indi dəbdə olan terminlə desək, «tolerantlığ»ın) 
və qardaşcasına məhəbbətin artmasına kömək etməlidir. Bərabərhüquqluluğun və 
qardaşlığın  əldə  olunması  üçün  isə  acgözlüyü  və  paxıllığı  doğuran  səbəblərin 
kökünü kəsmək zəruridir. Elə buna görə də məzdəkilik əmlakın ümumi olmasına 
çağırırdı.  Belə  çağırış  həyat  nemətlərinin  ədalətli,  tən  bölgüsü,  insanlar  arasında 
fərqin  aradan  qaldırılması  tələbi  bu  hərəkata  icmaçı  kəndliləri,  feodallardan  asılı 
təhkimli  kəndliləri  və  qulları  çəkib  gətirirdi.  Sonralar  bu  hərəkata  peşə  sahibləri, 
şə
hər yoxsulları, xırda və orta torpaq sahibləri də qoşuldular. 
Ə
mlak  ümumiliyi  ilə  yanaşı,  məzdəkilik  qadınların  da  ümumi  olmasına 
çağırırdı.  Bu  nə  demək  idi?  Biz  bilirik  ki,  zərdüştilik  təlimi  kişilərlə  qadınların 

bərabərliyi  uğrunda  mübarizə  aparırdı,  sasani  qanunlarına  görə  isə  qadın  əslində 
özünün  ən  yaxın  qohumu  olan  kişinin  olmalı  idi.  Bu,  ata  da  ola  bilərdi,  ər  də, 
qardaş da, oğul da. Ola bilsin məzdəkiliyin qadınların ümumiliyinə çağırışı onunla 
bağlı meydana gəlmişdi ki, cəmiyyətin aşağı təbəqələrinin varlı ailələrin qadınları 
sırasına  daxil  olmuş  qızlarının  və  bacılarının  düşdükləri  yeni  mühitdəki  
vəziyyətini  bir  qədər  yaxşılaşdırmaq  mümkün  olsun.  Ondan  başqa,  belə  izah 
qadınların  bu  hərəkata  cəlb  edilməsi  üçün  bir  stimul  ola  bilərdi.  Məzdəkilik 
ardıcılları  belə  hesab  edirdilər  ki,  keçmişdə  xeyir  qüvvələr  şər  qüvvələr  üzərində 
qalib  olduğu  üçün  insanlar  sülh  və  dostluq  şəraitində  yaşamışlar.  Ancaq  tarixi 
inkişafın müəyyən pilləsində əks proses baş vermiş, Şər qüvvələr təsadüfən Xeyir 
qüvvələrə qalib gəlmişdir. Elə bu zamandan Yer üzündə şər, paxıllıq, oğurluq və 
müharibələr  meydana  gəlmişdir.  Buna  görə  də  məzdəkiliyin  növbəti 
çağırışlarından  biri  istehsal  vasitələri  və  məhsulları  üzərində  ümumi  mülkiyyətin 
xas olduğu ibtidai-icma quruluşuna qayıdışa çağırış idi. 
`Məzdəkilər  hərəkatı  bir  neçə  onillik  müddətində  davam  etmişdir.  Öz 
missioner fəaliyyətinin qızğın çağlarında Məzdəkin moizələri elə inandırıcı idi ki, 
o  özünün  sosial  (ictimai)  islahatlara  dair ideyalarından xoşu gələn  şah  I  Qubadın 
rəğbətini  qazana  bilmişdi.  Bu  ideyalar  düşmənə  qarşı  fəal  müqavimət  göstərmək 
işində  imperiyanın  gücünü  artırmalı  idi.  Ancaq  I  Qubadın  oğlu  I  Xosrovun  (VI 
ə
srin  I  yarısı)  hakimiyyəti  dövründə  Məzdək  kafir  (dinsiz)  elan  olundu.  Hərəkat 
bütünlüklə yatırıldı, «peyğəmbər» və onun çoxlu ardıcılları öldürüldü. Qeyd etmək 
lazımdır  ki,  məzdəkilik  ideyaları  xalqın  ağlını  uzun  müddət  çaşdırdı,  onların 
Azərbaycanda  təsiri  lap  islam  dininin  tarix  səhnəsinə  çıxdığı  zamanadək  hiss 
olunurdu.  Bundan  da  sonra  məzdəkilik  ideyaları  başqa  bir  dini  etik  təlimin  – 
Azərbaycanda  IX  əsrdə  yayılmış  xürrəmilər  hərəkatının  əsas  prinsipləri  sırasına 
daxil oldu. 
"Məzdək  deyirdi  ki:  ‘Tanrı  torpaqdan  yeməyi  və  bütün  ehtiyacları,  xalq 
onları  aralarında  bərabər  bölüşsün  deyə  yaratmışdır.  Heç  bir  kimsə  digərinin 
payından    alıb  götürə  bilməz.  Hər  kəsin  varlıq  baxımından  bərabər  olması  üçün, 
qətiliklə birinin ortaya çıxıb zəngindən götürərək kasıba verməsi lazımdır. Hər kim 
olursa  olsun,  kimsənin  bir  başqasından  daha  çox  varlıq,  mal-mülk  və  birdən  çox 
qadına sahib olmağa haqqı yoxdur…" 
" nsanlar,  qibtə,  əzab,  qisas,  yoxsulluq,  ehtiras  kimi  beş  şeytan  tərəfindən 
düzgünlükdən  uzaqlaşdırılar.  Bunları  məğlub  etlmək  və  yaxşı  bir  inanc  yolunda 
getmək üçün zənginlik ortaq və qadın-kişi bərabər haqqlara sahib olmalıdır..." 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə