MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu



Yüklə 280,39 Kb.
səhifə1/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
  1   2   3   4   5   6   7   8   9   ...   29
referat 387 (10)


MÜNDƏRİCAT


Giriş
FƏSİL I Bazar iqtisadiyyatı və kommersiya strukturu

    1. Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyətinin inkişafı

    2. Kommersiya fəaliyyətinin təşkilati- iqtisadi mexanizmi

    3. Kommersiya banklarının idarəetmə prinsipləri



FƏSİL II Kommersiya fəaliyyətinin təşkilində bank strukturlarının
rolu və funksiyaları

    1. Kommersiya sahəsində bankların rolu və vəzifələri

    2. Bank sektorunun yaranması, bankların növləri və fəaliyyət sferası

    3. Bank xidmətləri bazarı və bank məhsulu



FƏSİL III Kommersiya fəaliyyətinə bank nəzarətinin təşkili

    1. Müasir kredit sistemləri və onların tətbiqi prinsipləri

    2. Kommersiya strukturlarında kredit sisteminin təşkili xüsusiyyətləri

    3. Xarici ölkələrin kredit sistemlərinin kommersiya fəaliyyətinə təsiri



Nəticə və təkliflər
İstifadə olunmuş ədəbiyyat siyahısı
Giriş
Respublikamızda bazar münasibətlərinin formalaşması istiqamətində həyata keçirilən sistemli islahatların müvəffəqiyyətlə başa çatması müvafiq ixtisaslı mütəxəssislərin hazırlanmasından funksional asılılıqdadır. Ticarət prosesinin təşkili, optimal idarəedilməsi və alınan nəticələrin effektivlik səviyyəsinin yüksəldilməsi problemi artıq ənənəvi yanaşmaların səmərəli olmamasını və onlardan istifadənin yararsızlığını üzə çıxarmışdır.
Bazar iqtisadiyyatına keçid ənənəvi ixtisaslardan olan mütəxəssislərə tələbatı kəskin surətdə azaltmış, müasir yönümlü mütəxəssislərə yeni imkanlar açmışdır.
Hal-hazırda bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bir sıra yeni-yeni sahələrə meyllər artmışdır. Belə ki, ticarətin inkişafı, istehsalın müasir istehsal fondları ilə silahlanması, beynəlxalq əlaqələrəin çoxtərəfli tənzimlənməsi və digər fəaliyyət sahələrinin inkişafı və müəyyən inkişaf istiqamətində yönəldilməsi üçün kommersiya fəaliyyətinin öyrənilməsi və onun tətbiq edilməsi müasir dövrün iqtisadi fəaliyyətinin əsas hissəsini təşkil edir.
Kommersiya fəaliyyəti dedikdə istehsal olunmuş məhsulun istehsalçıdan istehlakçıya çatdırılması zamanı görülən iş və xidmətlər başa düşülür. Yuxarıda deyilənlərdən kommersiya fəaliyyətinin necə geniş əhatəyə malik olduğunu müəyyən etmək çox da çətin məsələ deyil.
Yüz illər öncə kommeriyaya dərindən öyrənilməyə və tədqiq olunağa ehtiyac olmayan bir fəaliyyət sahəsi kimi baxılırdı. Hal-hazırda ticarət biznesinə bu cür baxış primitiv və absurd hesab olunur.
Kommersiya istehsal prosesləri ilə yanaşı ticarətdə əlavə ticarət xidmətləri də yerinə yetirir, belə ki, əmtəələrin alqı-satqı aktlarının həyata keçirilməsi alıcılara xidmət üzrə müxtəlif əməliyyatlar daha da genişlənir. Sivil ticarətdə məhz bu əlavə xidmətlər mahiyyət etibarilə onlara sərf olunan əməyin kütləsinə görə daha çox üstünlük təşkil edir. (əmtəələrin evlərə çatdırılması, texniki cəhətdən mürəkkəb əmtəələrin alıcının evlərində quraşdırılması, alıcalardan sifarişlərin qəbul edilməsi və s.)
Eyni zamanda qeyd etmək lazımdır ki, kommersiya fəaliyyətinin nizamlanması dövlətin qəbul etdiyi hüquqi aktlarla həyata keçirilir. Bu aktlar əsasən kommersiya fəaliyyəti haqqında qanunlarda özünü büruzə verir və hər bir bu fəaliyyətlə məşğul olan şəxslərin buna əməl etməsini tələb edir. Deyilənlərdən aydın olur ki, kommersiya fəaliyyətinin idarə olunması və idarəetmə prosesinə nəzarət mühüm əhəmiyyətə malikdir.
Yuxarıda söylənilən fikirlər bu gün mövcud olan iqtisadi şəraitdə kommersiya fəaliyyətinin daha çox diqqəti cəlb edən və ən aktual bir məsələ olduğunu bir daha ön plana çəkir. Bu fəaliyyətin təşkil olunmasında isə banklar müstəsna əhəmiyyətə malikdirlər. Belə ki, məhsul istehsaldan son istehlakçıya çatana qədər müxtəlif alqı –satqı proseslərinə məruz qalır. Bu alqı –satqı proseslərinin tənzimlənməsində isə banklar müstəsna rola və əhəmiyyətə malikdirlər. Bu nöqteyi –nəzərdən “Kommersiya fəaliyyətinin təşkilində bnkların rolu, vəzifələri və funksiyaları” mövzusunda yazacağımız buraxılış işində müasir bazar iqtisadiyyatı şəraitində bu prosesin aktuallığına və nə dərəcədə əhəmiyyətli olmasına geniş mənada nəzər salacağıq.
Buraxılış işinin strukturu 3 fəsil və hər fəsil isə 3 sual ilə əhatə olunmuşdur ki, fikrimizcə bu suallar mövzu ətrafında kifayət qədər geniş məlumat verməyə və müasir dövrümüzdə bu mövzunun həqiqətən də nə dərəcədə aktual olmasını nəzərdən keçirməyə əsas verəcəkdir.



Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin