MÜNDƏRİcat giRİŞ



Yüklə 1,2 Mb.
səhifə2/7
tarix22.07.2017
ölçüsü1,2 Mb.
1   2   3   4   5   6   7

Respondentlərin ən böyük qrupu etiraf edir ki, gender bərabərsizliyi problemi mövcuddur (41,8%). İkinci yerdə gələn qrupun (32,2%) fikrincə, bərbərsik problemi hərdən bir meydana gəlir (kəskinləşir). Problemin mövcud olmadığını bildirən qrup 11,5 faiz təşkil etmişdir. Bununla belə kifayət qədər böyük qrup (13,9%) bu məsələdə aydın təsəvvvürə malik olmadığını bildirmişdir ki, bu da yuxarıdakı gender səriştəliyi məsələsi ilə yaxşı səslənir.


Məhz bu mənada vacib bir məqama diqqət yetirmək lazımdır ki, gender problematikasının universitet məkanında işləməsinin yollarından biri olan onun tədris prosesinə daxil edilməsi təkcə tələbələrin deyil, həmdə müəllimlərin gender səriştəliyinin (kompetentliyinin) yüksəldilməsinə xidmət etmiş olar. Bunların seçmə fənlər və ya kurslarvın tədris olunması formalarına respondent-müəllimlər aşağıdakı kimi cavablar verdilər:
Cədvəl 11.

Gender problemləri üzrə seçmə fənlərin və


kursların tədris olunmasına münaisbət:

Frequency

Percent

bəli, bütün fakültələrdə və bütün ixtisaslar üçün

77

37,0

bəli, bütün humanitar ixtisaslarda

22

10,6

bəli, alayi ixtisaslarda

30

14,4

digər fənlər çərçivəsində problemi açığlamaq olar

36

17,3

ali təhsil çərçivəsində gender üzrə fənlər və seçmə kurslar

19

9,1

cavab verməkdə çətinlik çəkirəm

24

11,5

Total

208

100,0

Cədvəldən göründüyü kimi, respondentlərin ən böyük qrupu gender problemlərinin tədris prosesinə daxil olmasının kütləvi maarifləndirmə (bütün fakültə və bütün ixtisaslar üçün – 37%), fənlər çərçivəsində mövzu problemi kimi (17,3%), ixtisaslaşma üzrə (14,4%) kimi cavablar bildirilmişdir. Hər doqquz respondentdən biri bu məslədə təklif verməyə çətinlik çəkmişdilər.


Bununla yanaşı respondentlərin məhz şəxsi (fərdi) pedaqoji təcrübəsinə müraciət edərkən «Nə üçün ictimai, humanitar fənlərin tədrisində öyrənilən problemlərin gender aspektini nəzərə almırsınız?» sualına aşağıdakı diaqramda göstərilmiş nəticələr alınmışdır:

Diaqram 2.

Göründüyü kimi, saatların məhdudluğuna daha çox istinad edilir, sonra yetərli biliklərə ehtiyac olduğu bildirilir, və təxminən eyni ölçüdə qruplar (14,4-14,9%) maraqlı olmadığı və ya buna ehtiyac duymadığını bildirmişdilər.
Kişi-müəllimlər və qadın-müəllimlər arasında fikir fərqli aşağıdakı kimi olmuşdur:
Cədvəl 12.


Nə üçün ictimai, humanitar fənlərin tədrisində öyrənilən problemlərin gender aspektini nəzərə almırsınız?

Cins

Kişi

Qadın

say

%

say

%

bu sualda mən tam olaraq bilikli deyiləm

18

24.3

40

29.9

mən gender problemləri ilə marağlanmıram

18

24.3

13

9.7

tədris saatların sayı imkan vermir

21

28.4

56

41.8

buna ehtiyac yoxdur

14

18.9

16

11.9

cavab verməkdə çətinlik çəkirəm

3

4.1

9

6.7

Beləliklə, kişi müəllimlərin böyük qismi gender problemi ilə maraqlanmır, qadın-müəllimlər daha çox sayda tədris saatlarına ehtiyacı vardır, nisbətən daha çox kişi-müəllimlər (18,9%) qadınlara qarşı (11,9%) buna ehtiyacın olmadığını bildirmişdir.

Analoji olaraq göstərmək olar ki, daha gənc pedaqoqların əlavə gender biliklərinə ehtiyacı daha çoxdur:

Cədvəl 13.


Nə üçün ictimai, humanitar fənlərin

tədrisində öyrənilən problemlərin gender aspektini nəzərə almırsınız?



Yaş qrupu

30 yaşadək

31-45 yaş

46-60 yaş

61 və daha çox

%

%

%

%

bu sualda mən tam olaraq bilikli deyiləm

35.5

31.8

18.5

29.6

mən gender problemləri ilə marağlanmıram

12.9

16.5

12.3

18.5

tədris saatların sayı imkan vermir

35.5

32.9

44.6

33.3

buna ehtiyac yoxdur

12.9

17.6

12.3

11.1

cavab verməkdə çətinlik çəkirəm

3.2

1.2

12.3

7.4

Nəticə: Universite məkanında gender iqliminin təkmilləşdirilməsinə xidmət edən araşdırma və maarifləndirmə işlərində kişi müəllimlərin potensialının daha geniş cəlb olunması imkanı və ehtiyacı mövcuddur.


Yenidən gender bərabərsizliyi məsələsinə onun əks tərəfindən yanaşaraq bu istiqamətdə respondentlərin hüquqi-mənəvi dəfərlər yönümünün qiymətləndirilməsi maraq doğurmuşdur. «Qadın və kişi hüquq və imkanlar bərabəliyi ideyasına tərəfdarsınızmı?» sualına cavab olaraq respondentlərin əksəriyyəti (78,4%) təsdiq cavabını vermişdilər, bunu rədd edənlər 13,5% təşkil etmişdilər və 7,7% respondent suala cavab verməkdə çətinlik çəkmişdilər. Tərəfdarı olmayanların əksəriyyəti təbiət, dəqiq və texniki elmlər istiqamətinin kişi nümayəndələri (şərti olparaq «texnokratlar»), olmuşdular.
Universitet məkanında gender proseslərinin təzahürü kimi, sözsüz ki, müəllim peşəsinin cinsi mənsubiyyətlə bağlı olub-olmasını göstərmək olar. Respondentlərin mütləq əksəriyyəti (78,8%) qeyd edir ki, müəllim peşəkarlığı cinsi mənsubiyyətlə nə bir bahşa, nə də hər hansı bir əhəmiyyətli əlaqəsi yoxdur. Bununla yanaşı daha çox respondent kişilər məhz özlərini peşəkar sayırlar, daha kiçik miqyasda bunu qadınlara da aid etmək olar (bax aşağıdakı cədvələ).
Cədvəl 14.



Müəllimin peşəkarlığı onun cinsi mənsubiyyətindən asılıdırmı?



Cins

kişi

qadın

%

%

əksər hallarda kişilər peşəkardı

27.0

3.7

əksər hallarda qadınlar peşəkardı

1.4

7.5

cinsi mənsubiyyətin fərqi yoxdur

70.3

83.6

müəllimlərin heç biri

1.3

0.7

cavab verməkdə çətinlik çəkirəm

0.0

4.5

Beləliklə marginal qruplarda (kişi və qadın «eqoizminin» siqnalları mövcuddur).

Bununla yanaşı tamamilə aydındır ki, müəllimlərin peşəkarlığı təkcə fərdi məsələ deyildir. Bu səbəbdən, kişi vəqadınların hansı kollektivlərə uyuşma imkanları məhz universitet məkanında maraq doğurur. Sorğudan məlum olur ki, respondentlərin yarın çoxu (52,4%) ən münasib variant – qarışıq kollektivləri hesab edirlər, təxminən hər üç respondentdən biri buna əhəmiyyət vermir (31,3%). Bununla belə hər alta adamdan birinin seçimi daha konkretdir (ya kişi, ya qadın kollektivi). Maraqlıdır ki, xalis kişi qrupunda işləmək istəyən qadınların nisbi sayı, xalis qadınlar qrupunda işləmək istəyən kişilərin sayından az deyildir.
Cədvəl 15.


Seçmək imkanınız olsaydı, hansı kollektivdə işləməyi üstün tutardınız?


Cins

kişi

qadın

%

%

kişi

12.2

9.0

qadın

10.8

3.7

qarışıq

50.0

53.7

fərqi yoxdur

27.0

33.6

Nəticə: Sorğu və təhlil nəticəsində məlum olur ki, universitet məkanında gender iqliminin vacib göstəricisi kimi gender tolerantlığı üstün münasibət təşkil edir.


Həmin məsələni tələbə kontingenti ilə işləmək istəyində araşdırarkən respondentlərin seçimi təxminən oxşar olmuşdur:
Diaqram 3.


Diaqramdan göründüyü kimi, müəllimlərində əksər halda hansı (təkcins yoxsa qarışıq) tələbə qrupunda işləməsinə fərq vermirlər. Bununla yanaşı elə ixtisaslar ola bilər ki, bəlkə bunun əhəmiyyəti ola bilər. Ümumiyətlə isə bu da hazırkı zamanda Azərbaycanın universitet məkanında sağlam gender iqliminin olmasına dəlalət edir.
Sözüz ki, universitet məkanında gender ab-havasının idarəetmə məsələlərində biruzə verməsi də iqlimin sağlam və sabit saxlanmasına xidmət etmiş olar. Bəzi hallarda (hesab edilir ki, bu ali təhsilin böhranlı dövrlərinə daha tez-tez təsadüf edir) təhsil ocaqlarının səmərəli idarəolunmasında çətinliklərdən qadın müəllimlər və işçilər daha çox əziyyət çəkirlər). Bununla bağlı respondentlərə verilən müvafiq sualın cavabları aşağıdakı kimi olmuşdur.
Cədvəl 16.


Ali təhsil məktəbinin idarə heyətini əsasən qadınlar təşkil etsə, vəziyyət dəyişəcəkmi?

Tezlik

Faiz

Toplanma faizi

Müsbət

43

20,7

20,7

Mənfi

67

32,2

52,9

cavab verməkdə çətinlik çəkirəm

98

47,1

99,5

Cəmi

208

100,0




Göründüyü kimi, az qala respondentlərin yarısı (47,1%) bu sualın «öhdəsindən» gəlməmişdilər. Əlbəttə sualdakı durumu fərz etmək çətin olsa belə, burada fikirləri fərqlənənlərin kimlər təşkil etdiyi maraq doğurur. Təhlilər göstərir ki, belə olduqda müsbət dəyişiklərə inanan qadınlar nisbətən daha çoxdur (23,1%), nəinki kişilər (16,2%),

Ən cavan qrupda inananlar (35,5%) daha çoxdur nəinki digər yaşqruplarında (müvafiq olaraq 17,6% 15,4%, və 25,9% 31-45, 46-60 və 60-dan çox olan yaş qrupları üçün).
Universitet məkanından kənar təsir amilləri
Sosioloji anlamada müvafiq stereopit baxışların, və dəyərlərin formalaşmasında digər sosial instiitutlar - ailə, yaxın ünsiyyət dairəsi, KİV-lər və s., əhəmiyyətli (bir çox halda isə həlledici) rol oynayırlar. Bəs bu məqamı müəllim-remspondentlər ailə timsalında necə qiymətləndirirlər?

Sorğudan məlum olur ki, 75% respondlent, yəni hər 4 nəfərdən üçü ailənin gender təsəvvürlərin formalaşmasına təsir göstərdiyini israr edirlər. Yalnız 8,2% soruşulanlardan bunu inkar edirlər. Əlbəttə, əksər respondentlər bunu ailənin çoxplanlı fəaliyyətində: təsərrüfatı, təlim-tərbiyyəsi, nəsillər münasibəti, ailə sağlamlığı, ailənin inkişaf yolları (genişlənməsi-kiçilməsi, bölünməsi-birləşməsi, müxtəlif yerdəyişmələr və s.) görürlər. Bununla əlaqədar olaraq, ailədə əmək bölgüsü ilə bağlı verilən suala aşağıdakı kimicavabların paylanması müşahidə olunmuşdur:



Cədvəl 17.


Sizin ailədə daha çox kim aşağıda qeyd olunan ev işlərini görür?


kişi

qadın

Həm kişi, həm qadın

yeməyin hazırlanması

2.0

90.7

7.3

süfrənin açılması

2.7

86.5

10.8

evin yığışdırılması

1.3

90.1

8.6

qabın yuyulması

1.4

90.5

8.1

paltarın yuyulması

1.4

92.5

6.1

paltarın ütülənməsi

2.1

92.3

5.6

qida maddələrinin alınması

50.0

40.0

10.0

komunal xidmətlərin ödənilməsi

57.6

34.4

7.9

ailə büdcəsinin idarə edilməsi

42.2

41.6

16.2

digər

25.4

62.7

11.9

Bu cədvəldən göründüyü kimi, sayca və həcminə görə əsas ailə işlərinin yükü qadınların üzərinə düşür. Kişilər daha çox maddi təminat, büdcə üzərində nəzarət, və infrastruktur məsələləri ilə məşğul olurlar. Qeyd edək ki, hər altı ailədən birində indiki zamanda həlledici sayılan ailə büdcəsinin idarə olunmasını birgə olaraq həm kişi, həm qadın həyata keçirirlər. Bəs qruplar arasında fərqlər mövcuddurmu?



Diaqram 4.



Diaqram 5.


Bu diaqramlardan məlum olur ki, daha çox kişilər və daha çox «texnokratlar» hesab edir ki, ailənin mühüm məsələlərinə (bu isə əsasən xarici təminatı və təhlükəsizliyi əhatə edir) kişilər cavabdehdirlər və nəzarət edirlər. Bunun əksinə isə qadınlar və ictimai-hümanitar istiqamətlərin nümayəndələri hesab edir ki, ailənin mühüm sahələrinə məhz qadınlar nəzarət edir. Bunu konkret olaraq «Ailə büdcəsinin idarəedilməsi» timsalında nümayiş etdirdik.
Ailədə qərar qəbulu. Yekun olaraq bütün ailə daxili işlər və fəaliyyət sahələri qərar qəbulu məsələsində öz məcmu ifadəsini (kvintesensiyasını) tapmış olur. Tədqiqat göstərdi ki, sorğular aparılmış universitetlərdə (və guman ki, ölkənin bütün universitet məkanında), aparıcı sima olan müəllimlərin ailələrində aşağıdakı durum formalaşmışdır:

Cədvəl 18.

Sizin ailədə Kim qərar qəbul edir?


kişi

qadın

kişi və qadın

şəxsi təhsil

30.7

40.7

28.6

uşağların təhsili

26.8

29.7

43.5

uşağların cəzalandırılması

28.9

35.5

35.5

evin/mənzilin təmiri

50.4

17.6

32.1

nə hazırlamaq

18.9

51.5

29.5

uşağların nigahı

26.9

21.0

52.1

tükanlara baş çəkmək

36.7

28.1

35.2

ailənin büdcəsi

38.6

24.8

36.6

istirahət

29.6

23.7

46.7

məşğulluq

30.7

23.7

45.6

uşağların sayı

25.8

18.3

55.8

ailə problemləri

24.6

20.3

55.1

Beləliklə cədvəldən məlum olur ki, kişilər daha çox evin/mənzilin təmirinə cavabdehdirlər və 50,4% halda müstəsna qərar qəbul edirlər, qadınlar «nə hazırlamaq» məsələsində 51.5% halda qərar qəbul edirlər, kişi və qadın birlikdə «uşaqların nigah» məsələsi, «uşaqların sayı» -55,8% və «ümumi ailə problemləri» – 55,1%, yəni strateji və uzunmüddətli təsirə malik məsələlərdə birgç qçrar qəbul edirlər.
Gözləmək olar ki, burada da bir-birindən xeyli uzaqlaşan mövqelərin ortalaması mövcuddur. Təhlil göstərir ki, həqiqətən qadın-respondentlər ailədə qadının qərar dairəsini daha geniş sayırlar, kişilər isə – bunu nəksinə – kişilərin qərar qəbulu dairəsini. Yalnız birgə strateji məsələlərdə onların mövgeləri üst-üstə düşür. Bunu məsən, uşaqların təhsili timsalında nəzərdən keçirək (daha geniş və ətraflı – bax Əlavə 2.) .
Diaqram 6.

Vacib məsələ kimi, respondentlərdən onların ailə və peşə vəzifələrinin qarşılıqlı uyğunlaşdırılması məsələsi araşdırılmışdır. Bu məqsədlə respondetlərə müvafiq sualla müraciət olunmuşdur. Cavablardan məlum olmuşdur ki, əksər respondentlərin iki (və daha çox) sahələrdəki fəaliyyətlərini tarazılaşdırdırmaq vəzifəsinin öhdəsindən gəldikləri bidirilmişdir (62%). Sayca ikinci (18,3%) və üçüncü (15,4%) qruplar müvafiq olaraq «işə daha çox diqqət yetirirəm» və «ailəyə, uşağların qayğısına daha çox diqqət yetirirəm» cavablarını seçmişdilər. Burada da gözlənilir ki, fərqlər məhz bu iki marginal qruplarda özünü biruzə verir.


Cədvəl 19.


Ailə və peşə vəzifələrini necə uyğunlaşdırırsınız?

tezlik

faiz

işə daha çox diqqət yetirirəm

38

18,3

bütün vəzifələrimin öhdəsindən gəlirəm

129

62,0

ailəyə, uşağların qayğısına daha çox diqqət yetirirəm

32

15,4

cavab verməkdə çətinlik çəkirəm

9

4,3

Cəmi

208

100,0

Nəhayət bütün bunların cəmlənməsi kimi, universitet məkanında gender iqliminin həm kişi, həm qadın müəllimlərin peşə fəaliyyəti və işindən razılıq hissi keçirməsi ilə ölçülməsinə diqqət yetirək. Hesablama və təhlillərdən məlum olur ki, öz elmi-pedaqoji fəaliyyətindən və işindən razı qalanlar bütün respondentlərin 68,3% təşkil etmişdilər. Lakin təxminən hər on nəfərdən biri (10,1%) bunlardan razı deyildir və tərəddüd edənlərin ssayı da yetərincə böyükdür – 21,6%.


Cədvəl 20.


Professional fəaliyyətə və əməkdən razılıq amilinə münasibətiniz?

Frequency

Percent

Cumulative Percent

Bəli

142

68,3

68,3

Xeyr

21

10,1

78,4

Cavab verməkdə çətinlik çəkirəm

45

21,6

100,0

Total

208

100,0




Beləliklə universitet məkanında hər üç müəllimdən biri ya ümumi fəaliyyət və durumundan razı deyildir və ya bu məsələdə hələ aydınlıq əldə etməmişdir. Zənn etmək olar ki, məhz bu iki qrupun nümayəndələri universitet məkanını, o cümlədən gender iqlimini, riskə məruz qoyan potensial qruplardır, çünki onların narazılıq və ya laqeyd münasibəti özlərindən tədricən digərlərinə keçməklə («günahkarların axtarışı»!) münaqişə hallarının yaranmasına, və çox guman ki, fikir ayrılığı əsasında gender münasibətlərində gərginliyə səbəb olsun.


Cədvəl 21.


Professional fəaliyyətə və əməkdən razılıq amilinə münasibətiniz?


Yaş qrupu

30 yaşadək

31-45 yaş

46-60 yaş

61 və daha çox

%

%

%

%

Bəli

74.2

63.5

73.8

63.0

Xeyr

0.0

16.5

9.2

3.7

cavab verməkdə çətinlik çəkirəm

25.8

20.0

16.9

33.3


Cədvəl 22.


Ailə və peşə vəzifələrini necə uyğunlaşdırırsınız?


işə daha çox diqqət yetirirəm

bütün vəzifələ-rimin öhdəsindən gəlirəm

ailəyə, uşağların qayğısına daha çox diqqət yetirirəm



cavab verməkdə çətinlik çəkirəm

%

%

%

%

bəli

65.8

74.4

56.3

33.3

xeyr

7.9

8.5

18.8

11.1

cavab verməkdə çətinlik çəkirəm

26.3

17.1

25.0

55.6

Göstərilən cədvəllərdən məlum olur ki, daha az razı qalan yaş qrupu 31- 45 və 60-dan yuxarı olanlardı, və onların əsasən daha cavan qrupla (30 yaşa qədər) münasibətdə potensial gərginlik riski vardır.


Fəslin nəticəsi. Universitet məkanında gender iqlimi elementlərinə müəllimlərin münasibətinin təhlili əsasında qısaca aşağıdakıları qeyd edək:

  1. Mövcud gender iqlimi demokratiklik və tolerantlıqla xarakterizə olunur.

  2. Bazar münasibətləri və liberallaşma istiqamətində davam edən ictimai transformasiya ali təhsil məkanında getdikcə daha çox təzadlarını trədə bilər və bu gender iqliminə də mənfi təsir edə bilər.

  3. Müəllimlərin qarşılıqlı münasibətlərinin gender komponenti daha çox «kişi-müəllim – alim» və «qadın-müəllim – pedaqoq» dixotomiya tarazılığına əsaslanır ki, bu da universitet məkanında müvafiq sosial mobilliyi təmin edir.

  4. Dəyərlərin transformasiyası getdikcə maddiyyət və nəticəlik meyarlarını ön plana çəkəcək v bu da universitet məkanında rəqabət və mübarizə (o cümlədən cinslərarası) meyllərini gücləndirəcəkdir.

  5. Müəllimlərin tələbələrə qarşı güclənməsi guman edilən sırf utilitar münasibətinin də təzadları (gender daxil olmaqla) yaxın gələcək universitet məkanında meydana çıxa bilər.



4. TƏLƏBƏLƏRİN SORĞUSUNUN NƏTİCƏLƏRİ
Qeyd edildiyi kimi, universitet məkanında gender iqlimi mövzusu ilə bağlı tələbələrin sorğusu daha geniş olmuşdur. Sorğu anketi üç məzmun blokuna bölünmüşdür. Sorğu nəticəsində çoxsaylı ixtisas mənsubları tələbə-respondentlər üç böyük qrupa bölünmüşdürlər:
Cədvəl 23.

İxtisas Qrupu

say

faiz

Təbiət, dəqiq və texnika elmləri

143

28.8

Hümanitar (pedaqoqika, dil, jurnalistika, kitabxana) elmlər

114

23.0

İctimai (tarix, hüquq, sosiologiya) elmələr

239

48.2

Cəmi

496

100.0

Tələbə-respondentlər müxtəlif təhsil pilləsi və kursları təmsil edirlər və bu səbəbdən onların «tələbə-tələbə» və «tələbə-müəllim» münasibətləri təcrübəsi də fərqlidir.

Ondan başqa fərz edilir ki, onların şərti olaraq müxtəlif submədəni qruplara aid olması (doğulduğu yerə görə - şəhər və əyalət sub-mədəniyyətləri) guman ki, qrup münasibətləri və gender münasibətləri də fərqli olacaqdır. Beləliklə qarşıdakı təhlil universitet məkanında gender iqliminin tələbələrin mülahizə və rəylərində işıqlandırılması əsasında aparılır və bir çox yerdə müəllimlərin nəzəri nöqteyi ilə müqaisə edir. Müəllimlərdən daha əhəmiyyətli fərq tələbələrin məhz transformasiya səbəbi və iştirakçısı deyil, onun daha çox «məhsulu» olmasından ibarəttdir. Törədən təsirlər isə çoxsaylıdır: ailə, dostlar dairəsi, məktəb, KİV-lər, bazar və biznes, dövlət və s.


Respondentlərin (cəmi 496 tələbə anketin sallarına cavab vermişdir) əsas sosial-demoqrafik və sosial-iqtisadi göstəriciləri – yaş-cins, ailə vəziyyəti, doğulduğu yer, oxuduğu ali məktəb, fakültə və ixtisas mənsubiyyəti onların davranış, mülahizə və rəylərinə təsir göstərir və həlledici fərqləndirmə əhəmiyyətinə malik ola bilər. Eyni zamanda bu parametrlərin bir-birili əlaqəli olması da nəzərə alınmalıdır. Məsələn ailənin maddi durumu və mənşəi ilə aşağıdakı korrelyasiya mövcuddur:
Cədvəl 24.



Harada anadan olubdur

Cəmi

Bakı

Bakıdan kənar

Say

%

Say

%

Say

%

Maddi vəziyyəti

yaxşı

59

22.8

37

15.6

96

19.4

orta

181

69.9

180

75.9

361

72.8

ortadan aşağı

19

7.3

20

8.4

39

7.9

Cəmi

259

100.0

237

100.0

496

100.0

Göründüyü kimi, Bakı sakinləri (259 tələbə) arasında 22,8% özünü maddi cəhətdən təmin olunmuş ailəyə aid edirlər, Bakıdan kənarda doğulanların isə - yalnız 15,6%-i. Və yaxud təhsil aldığı bölmə (azərbaycan və ya rus) üzrə də nisbətən təminatlı respondentlər (24,5%) rus bölməsində daha çoxdur nəinki azərbaycan bölməsində (15,4%) .


Cədvəl 25.



Bölmə

azərbaycan

rus

Count

%

Count

%

Maddi vəziyyəti

yaxşı

43

15.4

53

24.5

orta

214

76.4

147

68.1

ortadan aşağı

23

8.2

16

7.4

Total

280

100.0

216

100.0

Birinci olaraq, tələbələrin təhsil məsələləri ilə bağlı rəyləri və mülahizələri öyrənilmişdir. Onların düşüncələrində və yönümlərində təhsillə bağlı hansı dəyərlərin və stereotiplərin hökm sürdüyünü tədqiqat göstərmişdi? Təhsil özü gənxlər üçün hansı növ dəyər təşkil edir? Qızlar və oğlanların fikirayrılığı hansı məsələlər üərində cmlənmişdir? Bu və digər suüallara aşağıdakı bölmələrdə aparılmış təhlillərlə cavab verməyə çalışmışıq.




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə