AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
______________________________________
____________________________________________________
___________________________________ KAFEDRASI
_________________________________________________________
“_____________________________________” fənnindən
“_______________________________________________”
MÖVZUSUNDA
KURS İŞİ
Elmi rəhbər: ______________________
Kafedra müdiri: ___________________
BAKI - 2019
Mündəricat.
GİRİŞ
Mövzunun aktuallığı. Müəssisə və təşkilatların müasir iqtisadi şəraitdə istehsal etmiş olduqları məhsulun asanlıqla bazarda realizə edilməsi üçün marketinq strategiyasının hazırlanması kifayət qədər əhəmiyyət kəsb edən məsələlərdən biridir. Müəssisə və təşkilatlarda marketinq strategiyasının formalaşdırılması və həyata keçirilməsi iki əsas funksiya daşımaqdadır ki. bunların da içərisində fərqləndirici üstünlüklərin yaradılması və məqsədli bazarların formalaşdırılmasıdır. Fərqləndirici üstünlüklər dedikdə. elə məhsul istehsalı prosesi başa düşülür ki, istehsal olunmuş məhsul bazarda öz rəqiblərini nəzərə çarpacaq dərəcədə üstələmək imkanına malik olsun. Marketinq strategiyasının əsasında dayanan digər bir istiqamət isə məqsədli bazarların müəyyən edilməsidir. Marketoloqlar müəssisənin marketinq fəaliyyətinin əsasında elə növ məhsul bazarı seçməyə cəhd edirlər ki, kistehsal etmiş və ya gələcəldə istehsal edəcəkləri məhsul asanlıqla realizə oluna bilsin.
İşin məqsədi. Kurs işinin məqsədinin əsasında Azərbaycanda fəaliyyət göstərən yerli xarakterli istehsal müəssisələrində marketinq strategiyasının həyata keçirilməsi prosesi, bu mexanizmin təkmilləşdirilməsi yolları, istehsal olunmuş məhsulların hansı üsullarla realizə oluna bilməsi vəziyyəti dayanır.
İşin predmeti və obyekti. İşin əsas predmetini istehsal müəssisələrində marketinq strategiyasının təşkili mexanizminin təkmilləşdirilməsi xüsusiyyətləri təşkil edir. İşin obyektində isə Azərbaycanda fəaliyyət göstərən istehsal-satış müəssisələrinin satış planlaması və marketinq strategiyalarının təşkili və onların düzgün idarəedilməsi mexanizmi dayanır.
İşin metodu. İşin yazılmasında analiz-sintez, həmçinin induksiya-deduksiya metodlarından istifadə olunmuşdur. Analiz metodunda mövzu tam olaraq götürülmüş və daha sonra başlıqlara bölünərək ayrılıqda təhlil edilmişdir. Daha sonra da sintez metodu ilə bu başlıqlar iqtisadi sistemdə toplanmışdır. İnduksiya metodu ilə dissertasiya işi barəsində iqtisadi faktlar yığılmış, sistemləşdirilmiş və araşdırılmışdır.
I FƏSİL. MARKETİNQ STRATEGİYASININ ƏSASLARI.
1.1. Marketinq strategiyasının mahiyyəti
Marketinq fəaliyyəti və onun istehsal prosesinə tətbiq edilməsi prosesi ilk dəfə olaraq XX əsrin əvvəllərində ABŞ-da meydana gəlmiş, istehsal olunmuş məhsulların satış həcminin yüksəldilməsi məqsədini güdmüşdür. Son illər ərzində isə marketinq fəaliyyəti öz əhatə dairəsini kifayət qədər genişləndirərək kapitalist ölkələrində daha geniş tətbiq olunmağa başlanılmışdır. Müəssisələrdə istehsal və satış prosesinə marketinq siyasətinin tətbiq olunması həmin müəssisə və təşkilatın gəlirşlilik səviyyəsini maksimum həddə çatdırmaq məqsədi daşımaqdadır. Eyni zamanda da marketinq siyasətinin əsasında bazarda mövcud olan məhsulun qiymətinin və həmin məhsula olan tələbatın ödənilməsi, eləcə də istehsal olunmuş məhsulun satışı, istehsalın həvəsləndirilməsi, satışın həcminin artırılmasında reklam vasitələrindən istifadə olunması, istehlakçılara texniki və digər xidmətlərin göstərilməsi, eləcə də satışdan əvvəl və satışdan sonrakı dövrlərdə istehlakçılara xidmət göstərilməsi və məhsulların daşınması və saxlanması prosesinə elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin cəlb edilməsi kimi aktual məsələlər dayanır.
Marketinq istehsal olunmuş məhsulun ən uyğun yerdə, ən uyğun qiymətə, ən uyğun insana, ən uyğun miqdarda və ən uyğun üsulla məhsulun mübadiləsini həyata keçirən satış prosesinin təmin olunmasıdır. Demək onda, yuxarıda qeyd etdiyimiz satış prosesi və marketinq fəaliyyəti arasında növbəti fərq ortaya çıxmış oldu. Belə ki, marketinq fəaliyyəti satış prosesindən daha geniş məna kəsb edərək, satış prosesini öz daxilində birləşdirmiş olur. Əgər satış prosesi məhsulun istehsalçıdan istehlakçıya, və yaxud da satıcıdan alıcıya mübadilə olunması prosesidirsə, marketinq fəaliyyəti isə həmin bu prosesin həyata keçirilməsini təmin edən mexanizmdir.
Qeyd etdiklərimizdən bu qənaətə gəlmək olar ki, marketin siyasəti müəssisələrin iqtisadi səmərəliliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərdən biridir. Hər bir müəssisə və yaxud da təşkilat öz gəlirlilik səviyyəsinin yüksəldilməsi baxımından müxtəlif səpkili marketinq siyasəti və strategiyaları işləyib hazırlayır. Marketinq siyasətinin düzgün qurulması və yaxud da marketinq siyasətinin səmərəliliyinin yüksəldilməsi nəticəsində müəssisə daha çox gəlir əldə etmək imkanına malik olur ki, bu da son nəticədə mürəkkəb bazar konyukturası şəraitində müəssisənin bazarda mövcud olan rəqabətə tab gətirməsi ilə nəticələnir. Müəssisələrin rəqabətqabiliyyətliliyinin təmin olunması nəticəsində müəssisələr uzunmüddətli və dayanıqlı fəaliyyət göstərə bilirlər. odur ki, hər bir müəssisədə marketinq siyasətinin düzgün hazırlanması və tətbiq edilməsi məsələləri kifayət qədər aktuallıq daşımaqdadır.
Müəssisələrin həyata keçirtdikləri marketinq fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi məsələsinə müxtəlif metodoloji yanaşmalar mövcuddur. Sözügedən həmin metodoloji yanaşmalar aşağıdakı sxem vasitəsilə əhatəli izah olunmuşdur:[9]
Müəssisə və təşkilatların müasir iqtisadi şəraitdə istehsal etmiş olduqları məhsulun asanlıqla bazarda realizə edilməsi üçün marketinq strategiyasının hazırlanması kifayət qədər əhəmiyyət kəsb edən məsələlərdən biridir. Müəssisə və təşkilatlarda marketinq strategiyasının formalaşdırılması və həyata keçirilməsi iki əsas funksiya daşımaqdadır ki. bunların da içərisində fərqləndirici üstünlüklərin yaradılması və məqsədli bazarların formalaşdırılmasıdır. Fərqləndirici üstünlüklər dedikdə. elə məhsul istehsalı prosesi başa düşülür ki, istehsal olunmuş məhsul bazarda öz rəqiblərini nəzərə çarpacaq dərəcədə üstələmək imkanına malik olsun. Marketinq strategiyasının əsasında dayanan digər bir istiqamət isə məqsədli bazarların müəyyən edilməsidir. Marketoloqlar müəssisənin marketinq fəaliyyətinin əsasında elə növ məhsul bazarı seçməyə cəhd edirlər ki, kistehsal etmiş və ya gələcəldə istehsal edəcəkləri məhsul asanlıqla realizə oluna bilsin.
Marketinq fəaliyyəti strategiya olaraq, bazar seqmentlərinin müəyyənləşdirilməsi və bu məqsədli bazarlar üçün məhsul təklifinin hazırlanması və mövqeləşdirilməsi yolu ilə bazar şəraitinin dəyişməsinə cavab olaraq səmərəli tədbirlər hazırlamağa yönəlir.[6, 49 s.]
Müəssisə və təşkilatlarda marketinq strategiyasının formalaşdırılmasında əsas məqsəd cari vaxt ilə gələcəkdə müəssisənin imkanları ilə bazardakı rəqabət şərtləri arasında uyğunluğun müəyyən olunmasıdır. Kommersiya xarakteri daşıyan müəssisə və təşkilatlarda isə marketiq strategiyasının yaradılması həmin müəssisənin imkanları ilə müəssisənin istehsal etdiyi məhsulun yerləşdiyi bazarda formalaşan tələb və təklif arasındakı qarşılıqlı uyğunluğun müəyyən olunmasıdır. Bu uyğunluğun düzgün yaradılması və icrası nəticəsində müəssisə və təşkilat özünün marketinq strategiyasını formalaşdırmış olur.
Strategiyanın mərkəz obyektində yalnız müəssisənin resursları deyil. Eyni zamanda da müəssisənin qarşılaşdığı mühitin tənqidi qiymətləndirilməsinə olan tələbat da dayanır.
Strateji planlaşdırma üç əsas suala cavab verməklə qurulur. Həmin sözügedən suallar aşağıdakılardan ibarətdir:[6, 72 s.]
Müəssisə hal-hazırda hansı işlə məşğul olur?
Müəssisənin ətrafında, yəni müəssisəni əhatə edən mühitdə hansı proseslər baş verir?
Müəssisənin hansı fəaliyyət növü ilə məşğul olması daha məqsədəmüvafiq olardı?
Strategiyanın qurulmasında diqqət çəkən əsas məqamlardan biri odur ki, strategiya nəticəlilik deyil, səmərəliliklə ölçülür. Belə ki, strategiya, müəssisənin daha yaxşı bacardığı işi görərək nəticəliliyə deyil, lazım olan işi görüb səmərəliliyə istiqamətlənməlidir.
Müəssisə və təşkilatların əksəriyyətində strategiyanın hazırlanması prosesi müəssisənin missiyasının və məqsədinin müəyyən edilməsi ilə başlayır. Təşkilatın missiyasının müəyyən edilməsi, ilk növbədə məqsədə çatmaq üçün atılmış addımdır və düzgün missiyanın seçilməsi gələcəkdə resursların bölüşdürülməsi zamanı qərarların qəbul edilməsində və prioritetlərin müəyyən edilməsi prosesində əldə tutulacaq əsas prinsipləri də müəyyən etmiş olur. Eyni zamanda da yalnış müəyyən olunmuş missiya son nəticədə müəssisənin zərərlə işləməsinə. Mürəkkəb bazar konyukturası şəraitində rəqabət mübarizəsinə tab gətirməyərək məhv olmasına səbəb ola biləcək çox böyük əhəmiyyət kəsb edən amillərdən biridir. Hətta yalnış missiyanın seçilməsi gələcək dövrdə həmin müəssisənin işçiləri də daxil olmaqla müştərilərinin də rişxənd obyektinə çevrilə odur. Odur ki, hər bir müəssisənin strategiyasının formalaşmasında diqqət çəkən ən əsas məqam müəssisənin düzgün missiyasının və məqsədlərinin formalaşdırılmasının təmin edilməsi məsələsidir. Bir sıra nəzəriyyəçilər, o cümlədən də Huley və onun tərəfdarları başda olmaqla missiyanın səmərəli idarə olunması elementlərini təhlil ediblər. Bu təhlil nəticəsində missiyanın komponentlərini özündə ehtiva edən aşağıdakı sxem formalaşmışdır:[6, 75 s.]
Sxem 1.1. Missiyanın əsas komponentləri
Mənbə: Q.Huley, C.Sonders, N.Pirsi. “Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə” 2008.
Yuxarıda qeyd olunan sxemə əsasən, səmərəli ifadə edilən missiya aşağıdakıları özündə ehtiva edir:
Strateji məqsəd. Strateji məqsəd dedikdə, gələcəkdə müəssisənin nə əldə etmək istediyi prosesi başa düşülür.
Həyata keçirilən bütün əməliyyatlara mənəvi-etik forma verən müəssisənin və yaxud da təşkilatın dəyərləri qeyd olunmalıdır.
Müəssisənin fərqli bacarıqları qeyd olunmalıdır. Müəssisənin fərqli bacarıqları dedikdə, eyni növ məhsul istehsal edən müəssisələrin birinin digərindən üstün mövqeye malik olduğunu təsbit edən bacarıqlar başa düşülür.
Bazarın müəyyənləşdirilməsi. Bazarın müəyyənləşdirilməsi müştərilərin tələbatlarına və bu tələbatların ödənilməsi səviyyəsinə uyğun edilərək müəyyən olunur.
Sonda isə missiya müəssisənin bazarda mövqeyi və tutduğu vəziyyəti, eləcə də tutmaq istədiyi vəziyyəti konkret müəyyənləşdirməlidir.
Qeyd etdiyimiz kimi müəssisənin missiya və məqsədlərinin müəyyən edilməsi, uğurlu strategiyanın formalaşmasının əsasında dayanır.
1.2. Marketinq strategiyasına nələr daxildir.
Marketin fəaliyyəti haqqında müxtəlif səpkili təriflərə rast gəlmək mümkündür. Hətta iqtisadi ədəbiyyatlarda belə, marketinq fəaliyyəti haqqında 2000-dən artıq tərifə rast gəlmək mümkündür. Lakin, ümumi götürsək, marketinq və yaxud da marketinq fəaliyyəti haqqında deyilmiş tərifləri üç əsas qrupda birləşdirmək olar. Həmin sözügedən təriflər qrupları aşağıdakılardan təşkil olunmuşdur:
Marketinq-idarəetmə kimi. Bu qrupa daxil olan marketoloqlar belə hesab edir ki, marketinq dedikdə, müəssisə və ya təşkilatların fəaliyyətində bazar subyektləri ilə bağlı bütün növ qərarların birbaşa surətdə istehlakçıların, yəni alıcıların istək və tələblərinə uyğun məhsul istehsal edilməsi başa düşülməlidir.
Marketinq-vasitə kimi. Bu qrupa daxil olan marketoloqlar belə hesab edirlər ki, marketinq fəaliyyəti bir vasitədir. Belə ki. müəssisələr istehsal etmiş olduqları məhsulu bazarda məhz düzgün qurulmuş marketinq siyasəti və ya strategiyası hesabına realizə edə bilirlər.
Marketinq-metod kimi. Bu qrupa daxil olan marketoloqlar isə belə hesab edirlər ki, marketinq fəaliyyəti müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin düzgün həyata keçirilməsi üçün sistematik olaraq araşdırmaların və tədqiqatların aparılması prosesidir.
Yuxarıda qeyd edilən təriflərin hər biri ayrılıqda marketinq fəaliyyətinin mahiyyətinə qismən uyğun gəlsə də, əslində bu təriflərin heç biri marketinq fəaliyyətinin əsl mahiyyətini üzə çıxartmağa imkan vermir. Belə ki, marketinq fəaliyyəti bazarda istehlakçıların hansı keyfiyyətdə və hansı xarakteristikada olan məhsullara tələbatını öyrənir, bazarda həmin məhsul üzrə rəqabət qabiliyyətinin səviyyəsini müəyyən edir, həmçinin də məhsul istehsal edəcəkləri təqdirdə bazardakı mövcud rəqabətə tab gətirə bilmə qabiliyyətlərini müəyyən edir. Çünki hər bir istehsal müəssisəsi hər şeydən əvvəl mənfəət əldə etmək haqqında düşünür. Həmin sözügedən mənfəətin əldə olunması isə müəssisə və yaxud da təşkilatlarda marketinq strategiyasının düzgün qurulması və bunun nəticəsində istehsal olunmuş məhsulun tam həcmdə realizə edilməsinin təmin olunması hesabınadır.
Marketinq fəaliyyəti haqqında deyilmiş və reallığı daha çox əks etdirən tərifə isə bu sahənin mütəxəssislərindən hesab edilən P.Drukerin tərifidir. P.Druker belə hesab edir ki, marketinq fəaliyyətinin əsas məqsədi satış prosesində lüzumsuz xərclərin və itkilərin qarşısını almaqla satış üzrə qüvvə sərfinin maksimum azaldılmasıdır. Eyni zamanda da P.Druker hesab edir ki, marketinq fəaliyyəti elə qurulmalıdır ki, müəssisə müştərini tamamilə dərk etmiş olsun. Yalnız bu halda istehsal olunmuş əmtəələr və xidmətlər alıcıya və yaxud da istehlakçıya tam münasib olacaqdır. Başqa sözlə desək, marketinq fəaliyyətinin nəticəsi olaraq məhsul özü-özünü satmaq, realizə etmək kimi funksiyaları həyata keçirmiş olur. Məlum olduğu kimi hər bir müəssisə satış həcminin artırılmasında müxtəlif yollardan istifadə edir. Bu vasitələrdən ən mühimi isə reklam hesab olunur. Reklam fəaliyyətinin əsas xarakterik xüsusiyyəti odur ki. istehsal olunmuş məhsula asanlıqla alıcı tapılsın. Dünyanın inkişaf etmiş bir çox ölkələrində marketinq fəaliyyətinin əsasında reklam durur. Belə ki, meqabrend müəssisələr, eləcə də transmilli holdinqlər istehsal etmiş olduqları məhsulu reklam etməklə onun realizə olunmasına nail ola bilirlər.
Məhz bu səbəbdən də müəssisələr son dövrlərdə öz reklamlarını internet vasitəsilə etməyi daha üstün tuturlar. Belə ki, müasir dövrümüzdə istər yaşlı nəsil, istərsə də gənc nəsil birmənalı olaraq sosial şəbəkələrdən istifadə edirlər. bu da həmin sahələrə olan marağın artması ilə yanaşı müəssisələrin öz reklamlarını internet vasitəsilə etməyin daha sərfəli olduğu qənaətinə gəlirlər. belə ki, bir çopx hallarda internet vasitəsilə edilən ödənişlərin əksəriyyəti ya çox ucuz ya da tamamilə pulsuz başa gəlir. Təbii ki, televiziya kanalları ilə müqayisədə internet vasitəsilə həyata keçirilən reklamların effektivliliyi daha çox olmur. ən azından televiziya kanallarının izləyicilərinin sayı internetdən istifadə edənlərin sayından qat-qat çoxdur. Lakin iqtisadi rentabellilik nəzərindən yanaşsaq məsələyə bir daha görərik ki, onlayn vasitəsilə və yaxud da sosial şəbəkələrdən istifadə etməklə edilən reklamlar daha səmərəlidir. az sayda müştəri cəlb etmək mümkün olsa belə heç bir xərc tələb etmədiyindən internet vasitəsilə həyata keçirilən reklamlar daha faydalı və yaxud da rentabelli hesab olunur.
II FƏSİL. KOKA-KOLA ŞİRKƏTİNİN MARKETİNQ STRATEGİYASININ TƏHLİLİ.
2.1. Marketinqin strategiyasının mərhələləri
Azərbaycanda müstəqillik əldə olunduqdan sonra istehsal prosesini həyata keçirən müəssisələrin inkişafı prosesi öz əhəmiyyətini artırmış oldu. Belə ki, özünün müstəqilliyini qazanmış dövlətimiz artıq inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşamağa başlamışdı. Belə bir zamanda, iqtisadiyyatın demək olar ki, nəzərə çarpacaq dərəcədə zəif olması, digər tərəfdən isə Respublikamızın müharibə şəraitində yaşaması xarici ölkələrin respublikamıza investisiya qoyuluşuna olan marağını bir xeyli azaltmışdı. İqtisadiyyat çökmüş, inflyasiya özünün ən yüksək səviyyəsinə çatmışdı. Sözsüz ki, belə iqtisadi şəraitdə istehsal prosesini ayağa qaldırmaq demək olar ki, çox çətin və taleyüklü məsələ idi.
Lakin yuxarıda qeyd etdiklərimiz ilə yanaşı, ölkə miqyasında həyata keçirilən uğurlu islahatlar iqtisadi ağır vəziyyəti bərqərar etməklə yanaşı, eyni zamanda da iqtisadiyyatın digər sahələrinin inkişafına şərait yaratmış oldu. İlk öncə neft sahəsində həyata keçirilən uğurlu islahatlar ölkə büdcəsinin zənginləşməsinə, bunun nəticəsində gəlirlərin yenidən bölgüsünün istehsalın zəif inkişaf etmiş sahələrinə yönləndirilməsi nəticəsində iqtisadi inkişaf özünün indiki dövrünə çatmış, keçid dövrü bitmiş, bazar iqtisadiyyatının ilkin rüşeymləri cücərməyə başlamışdır.
Koka-kola şirkətinin Azərbaycanda fəaliyyəti isə Respublikamızın ən ağır dövründə yaranıb formalaşmağa başlamışdır. Belə ki, şirkət rəhbərliyinin uğurlu strategiyası əsasında Respublikamızda ilk olaraq koka-kolanın istehsalına başlanılmış, əhali kütləsi tərəfindən kifayət qədər rəğbət qazanmışdır. Həmin dövrdə koka-kolanın belə üstün rola malik olmasının əsas səbəblərindən biri isə bu içki növünün alternativinin olmaması idi. Məhz sahibkar anlayışının əsl tərifi Koka-kola şirkətinin Azərbaycanda fəaliyyətə başlaması ilə tam üst-üstə düşür. Belə ki, sahibkar ağölla risk edib mənfəət əldə etməyi bacaran insanlara deyilir. Şirkət rəhbərliyinin uğurlu risk etməsi nəticəsində bugün Koka-Kola şirkəti uzunmüddətli dövrdə əlində saxladığı rəqabəti hələ də qoruyub saxlamağı bacarmışdır.
“Koka-kola” şirkətinin fəaliyyətində marketinq tədqiqatlarana nəzər salan zaman görmək olur ki, bu şirkətin marketoloqları öz işlərinin sirlərinə dərindən yiyələnmişlər və əsl profisionaldırlar. Bu özünü müəssisənin istehsal etdiyi məhsulların satış həcminin artmasında və müəssisənin Azərbaycan bazarında öz rəqiblərini üstələyərək liderlik etməsində göstərir. Məhz uğurlu marketinq tədqiqatları nəticəsində “Koka-kola” şirkətinin istehsal etdiyi markaların çeşidləri günü-gündən artmaqdadır. Bu gün istehsal olunan Koka-Kola marakalarına aşağıdakı sxem vasitəsilə baxmaq olar:
Sxem 2.1.
“Koka-Kola” şirkətinin istehsal etdiyi brendlər
Müəssisələrdə marketinq strategiyasının hazırlanması üç əsas mərhələdən keçir:[6, 155 s.]
Səmərəli marketinq strategiyasının yaradılmasının ən üstün cəhəti odur ki, səmərəli marketinq strategiyası müəssisənin potensial imkanlarını üzə çıxartmaqla yanaşı, eyni zamanda da müəssisənin rəqib müəssisələrlə mübarizədə zəif və güclü tərəflərinin də müəyyən edilməsinə köməklik göstərmiş olur. Bu isə müəssisənin uzunmüddətli fəaliyyət göstərməsinin ən əsas amillərindən biridir. Belə ki, hər bir müəssisə və təşkilat özünün zəif nöqtələrini bilməıklə və bu zəif nöqtələri aradan qaldırmaqla digər rəqibləri ilə mübarizə apara bilir. Belə əhatəli təhlil nəticəsində marketinq fəıaliyyəti məqsədi və bu məqsədə nail olmağın əsas istiqamətlərini müəyyənləşdirən müəssisənin baza strategiyasına çevrilmiş olur. Marketinq strategiyasının hazırlanma prosesi aşağıdakı sxem vasitəsilə əhatəli təsvir olunmuşdur:[6, 159 s.]
Növbəti mərhələ isə həm müştərilər, həm də rəqiblər üçün qarşıya qoyulmuş məqsədin müəyyən edilməsidir. Bu zaman müəssisələr rəqiblərlə müqayisdə müştərilərə daha üstün və yaxud da daha rəqabətli məhsul və ya xidmət göstərməyi ön plana çəkir.
Sxem 2.2 Marketinq strategiyasının hazırlanma prosesi
Mənbə: Q.Huley, C.Sondors, N.Pirsi. “Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə” 2008
Yuxarıda qeyd etdiyimiz kimi, səmərəli marketinq strategiyası müəssisənin rəqiblərlə rəqabət şəraitində zəif və güclü tərəflərinin müəyyən edilməsində mühim rol oynayır. Səmərəli marketinq strategiyası müəssisənin zəif və güclü tərəflərini araşdırmaq və ortaya çıxartmaq üçün situasiyalı təhlil-SWOT təhlil metodundan istifadə edir. Situasiyalı təhlilin həyata keçirilməsi iki əsas məqsəd daşıyır. Sözügedən həmin məqsədlər aşağıdakılardan təşkil edilmişdir:[8, 83 s.]
Situasiyalı təhlil müəssisəyə və onun bazarına əhəmiyyətli təsir göstərən xarici və daxili amillərin aşkara çıxarılmasını təmin etmiş olur;
Situasiyalı təhlil müəssisənin güclü və zəif tərəflərinin xarici imkan və təhlükə ilə üst-üstə düşmə uyğunluğunu müəyyən edərək marketinq strategiyasının hazırlanmasında həlledici rol oynayır.
Situasiyalı təhlilin köməyi ilə müəssisə harada öz gücünü müdafiəyə, harada hücuma, harada isə zəifliyi səbəbindən rəqiblər və bazar dəyişiklikləri önündə gücsüz və gülünc vəziyyətinə qala biləcəyini müəyyən edir.
Situasiyalı təhlil aşağıdakı cədvəllə ifadə olunmuşdur:[6, 164 s.]
Situasiyalı təhlil nəticəsində müəssisənin hazırlamış olduğu marketinq siyasəti bir neçə nəticəyə gəlir. Həmin nəticələrə aşağıda qeyd etdiyimiz nəticələri daxil etmək olar:
İmkan yaranan sahədə güclü tərəfləri işə salmaq;
Təhlükələrə müqavimət göstərmək üçün güclü tərəflərdən istifadə etmək;
Xarici imkanlardan səmərəli istifadə etmək üçün yeni güclü tərəflər yaratmaq;
Təhlükələrə müqavimət göstərmək üçün yeni güclü tərəflər yaratmaq.
Yuxarıda qeyd etdiklərimizdən belə bir nəticəyə gələ bilərik ki, marketinq strategiyalarının yaradılmasında əsas bazarda mövcud rəqabət şəraitində istehsal olunmuş məhsulun asanlıqla realizə edilməsinin təmin olunmasıdır. Bunun üçün isə ilk növbədə, rəqabətə davam gətirə biləcək əmtəə istehsal olunmalıdır. Eyni zamanda həmin əmtəə müəssisənin mövcud istehsal resurslarının nəzərə alınması ilə deyil, istehlakçıların və alıcıların tələbatını rəhbər tutaraq istehsal edilməlidir.
Mən öz tədqiqat işimdə təxmini də olsa “Koka-kola” şirkətinin SWOT təhlilinə nəzər salmaq istərdim. Belə ki, “Koka-Kola” şirkətinin güclü və zəif tərəflərini qeyd etmək istərdim.
“Koka-kola” şirkətinin güclü tərəflərinə aşağıdakıları aid etmək olar:
Məhsul çeşidinin çox olması;
İstehsal etdiyi məhsulların müştərilərin tələbatlarını və ehtiyaclarını ödəyə bilmə xüsusiyyətlərinə malik olması;
Müəssisənin daxili bazarda böyük paya sahib olması;
En müasir texnika və texnologiyalardan istifadə edilməsi;
Keyfiyyət standartlarının yüksək olması;
Elmi-tədqiqat işlərinin yüksək səviyyədə olması;
Şöbələr arası koordinasiya əlaqələrinin yüksək səviyyədə olması;
Güclü mütəxəssislərə malik olması;
Müəssisənin maliyyə cəhətdən güclü olması və s.
Satış fəaliyyətinin yüksək olması;
Beynəlxalq bazarlara çıxmaq istəyinin olması;
İctimai əlaqələrin və reklam fəaliyyətlərinin qənaətbəxş olması;
Kataloq və bülleten vasitələrindən istifadə edilməsi və s.
“Koka-kola” şirkətinin zəif tərəflərinə isə aşağıdakıları aid etmək olar:
Qiymətlərin nisbətən yüksək olması;
Firma rəhbərliyi tərəfindən müştərilərin az ziyarət olunması;
Nəqliyyat xərclərinin yüksək olması və s.
Yuxarıda adları sadalanan məhsulların hər biri üzərində ətraflı işlənərək müəyyən konsepsiyalar hazırlanır, marketinq tədqiqatları həyata keçirilir.
Həmçinin öz növbəsində bu markaların bazarda tanınması üçün onların reklamı həyata keçirilir.
Yuxarıdakılara əsasən demək olar ki, Koka-kolada marketinq tədqiqatlarının əsas misiyası aşağıdakıları özündə əks etdirir:
Nümunəvi və etibarlı beynəlxalq ticari məhsul və xidmətlər təqdim etmək;
Müəssisənin payçılarının mənfəətinin davamlı olaraq artırılması;
İşçilərini inkişaf etdirən, işçilərlə birgə inkişaf edəcək bir qurum olmaq;
Cəmiyyətə verdiyi faydanı davamlı artırmaq və fəaliyyətlərində ətraf aləmin qorunmasının ön planda tutulması;
Fəaliyyətlərini, keyfiyyət idarəçilik sistemi çərçivəsində həyata keçirilərkən insan sağlamlığının da diqqət mərkəzində saxlanılması və s.
Dostları ilə paylaş: |