Müvafiq ixtisaslar üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya



Yüklə 61,01 Kb.
səhifə1/24
tarix02.01.2022
ölçüsü61,01 Kb.
#42161
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   24
AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA-əlavə materiallar


Müvafiq ixtisaslar üzrə Azərbaycan dilində

şifahi və yazılı kommunikasiya
Müasir vətəndaş cəmiyyəti və dövlət quruculuğu prosesində mədəniyyətlərin qarşılıqlı əlaqəsi, qarşılıqlı təsiri və zənginləşməsi dövründə peşə etikasının, etiketinin və davranış mədəniyyətinin rolu artır və bu problem daha da aktuallaşır.

Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə xoş ünsiyyət zamanı insanların daxili, mənəvi aləmi, zahiri görünüşü, geyimi ilə, ictimai yerlərdə özünü mərifətli aparmağı bacarığı ilə vəhdət təşkil etməlidir. Səliqəli geyinən mədəni, ədəbli, qanacaqlı adam ətrafdakılarda xoş təəssürat yaradır. Vətəndaş cəmiyyətinin etiketində diqqətlilik, qayğıkeşlik, başqalarının halına acımaq, ehtiyacı olanlara kömək etmək, həmsöhbəti dinləmək bacarığı yüksək qiymətləndirilir. Etiketlə insanlar arasında təşəkkül tapan, uzun sürən proseslərin nəticəsi olan mənəvi-əxlaqi normalar qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdədir. Etiket və mənəvi-əxlaqi normalara riayət etməklə siyasi, iqtisadi və mədəni münasibətlər həyata keçirmək olar.

Etiketlərin bir çox növlərini ayırırlar:

- Danışıq və nitq etikası;

- Süfrə mədəniyyəti və etiket;

- Jurnalistlərin davranış mədəniyyəti;

- Pedaqoji etika (müəllimlərin, valideynlərin, şagirdlərin, tələbələrin etik davranış qaydaları);

- Hüquq və mühafizə orqanlarının (polis, prokurorluq), hərbçilərin;

- Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının etik davranış qaydaları;

- Dövlət qulluqçularının etiket qaydaları;

- Alimlərin və yaradıcı şəxsiyyətlərin etik kodeksi;

- Həkimlərin etik kodeksi;

- Biznesmenlərin davranış mədəniyyəti;

- Diplomatların rəsmi və qeyri-rəsmi etiket və davranış qaydaları;

- Müxtəlif peşə sahiblərinin etik kodeksləri.

Müasir etiket demokratik, vətəndaş cəmiyyətlərində hökm sürən mənəviyyat normaları kimi uzun sürən prosesin - adətlərin irsi nəticəsi olaraq qədim dövrlərdən indiyədək bütün xalqların mənəvi həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Etiket - davranış qaydalarına müasir dövrdə ən ümumi mənəvi vasitə kimi hər hansı cəmiyyətin bütün üzvləri, eləcə də dünyada mövcud olan müxtəlif sosial-siyasi sistemlərin nümayəndələri də riayət edirlər. Etiket ümumdünya prosesi olaraq bütün xalqların, millətlərin, etnik qrupların, insanların həyat tərzlərinə çevrilmişdir.

Etiket qaydaları yarandığı gündən indiyədək cilalana-cilalana təkmilləşə-təkmilləşə bizim günlərə gəlib çıxmışdır. Hər bir xalq öz spesifik tarixi inkişaf xüsusiyyətlərinə, ictimai-siyasi quruluşuna, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə uyğun olaraq etiket qaydalarına əlavələr, düzəlişlər etmiş, onu daha da təkmilləşdirmiş, beləliklə ümumdünya davranış mədəniyyətinə öz milli töhfəsini vermişdir. Bu mənada etiket-davranış mədəniyyəti ümumbəşəriliyin və milliliyin vəhdəti olan bir mənəvi sərvətdir.

Peşə etikası insanların peşə fəaliyyəti ilə əlaqədar aralarındakı münasibətlərin mənəvi xarakterini təmin edən davranış kodeksidir. Bir çox əxlaq normalarının ümumbəşəri xarakter daşımasına baxmayaraq (yəni bu prinsiplərin hər bir insana aid olması, məsələn, bütün fəaliyyətin borc, vicdan, sədaqət prinsipləri, dostluq, yoldaşlıq münasibətləri əsasında qurulması, böyüklərə hörmət etmək, yalan danışmamaq, xəyanət etməmək, ziyan vurmamaq və s.), müxtəlif peşələrlə əlaqədar fəaliyyət növlərinin də özünəməxsus davranış normaları var.

Müəllim, həkim, mühəndis, marketoloq, aktyor, şair, ticarətçi, usta… hər bir peşə özünə görə müsbət tərəfləri birləşdirir. Düşünürəm ki, uğurlu və ya uğursuz peşə olmadığı kimi, insanların uğurlu və uğursuz olması seçdikləri peşənin onların xarakterinə necə cavab verməsinin göstəricisidir.

Müxtəlif ixtisas mənsubları öz fəaliyyətlərində müxtəlif təbəqənin nümayəndələri, müxtəlif ixtisas sahibləri ilə təmasda olur, kommunikasiya mübadiləsinə qoşulrlar. Kommunikasiyanın üç tərəfi (funksiyası) - kommunikativ (informasiya mübadiləsi), interaktiv (tərəflərin qarşılıqlı təsiri) və perspektiv (tərəflərin bir-birlərini qavraması, sosial persepsiya - mövqe) tərəfləri vardır. Bu funksiyalar bir-birləri ilə vəhdətdədir. Ünsiyyət birinci növbədə, informasiya mübadiləsidir və onun əsas vasitəsi nitqdir.

Peşə fəaliyyəti müddətində ünsiyyətdə olunan insanlara vicdan, məsuliyyət, peşə vəzifəsi və s. ilə münasibət qurulmalıdır. Peşə vəzifələrinin idarə edilməsi və istehsalın tənzimlənməsi kollektivdə işin təşkili, vicdanlı işçilərin maddi və mənəvi həvəsləndirilməsi və s. istiqamətində həyata keçirilməlidir. Bu sayaq yanaşma eyni zamanda effektiv işgüzar kommunikativ bir mühit formalaşdırır ki, bu da iş prosesinə öz tövfəsini vermiş olur.

Müəllim öz peşə fəaliyyətində işgüzar kommunikasiyanın tələblərinə ciddi riayət etməlidir. Ünsiyyət prosesində ədəbi dil normalarına əməl edilməklə nitqi aydın, səlis, inandırıcı, fikirləri dəqiq olmaqla faktlara və dəlillərə əsaslanmalı, tələbələrinə münasibətdə tələbkarlıq və mülayimlik meyllərini düzgün dəyərləndirməli, humanizmi fəaliyyət prinsipinə çevirməli, zahiri görünüşü və görkəmi pedaqoji tələblər çərçivəsində, geyimi sadə, təmiz, səlqəli olmalıdır. Təbii ki, bu meyarları əsas kimi tutmağı bacaran müəllim öz tələbələri ilə ünsiyyət prosesində böyük uğurlara nail ola bilər.

Həkim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində insana ehtiramla, vicdanla, humanizm və mərhəmətlilik prinsiplərini rəhbər tutaraq, peşəkarlıq səviyyəsində həyata keçirir.Eyni zamanda həkim öz vəzifələrini xəstənin yaşından, cinsindən, irqindən, milliyyətindən, dini əqidəsindən, sosial vəziyyətindən, siyasi baxışlarından, vətəndaşlığından və maddi vəziyyəti də daxil olmaqla başqa mənsubiyyətlərindən asılı olmayaraq yerinə yetirir. Həkim etikası xəstə üçün ümiddir 

Çoxları elə düşünür ki, mühəndis çertyoj lövhəsinin qarşısında dayanıb bütün problemlərin həllini tapır. Bu heç də belə deyil. Mühəndis öz vaxtının böyük bir hissəsini müxtəlif məlumatların axtarışına, materiallarla tanışlığa həsr edir, tələbləri öyrənir, fikir mübadiləsi aparır, işçiləri seçir. Bu proses zamanı, təbii ki, mühəndis müxtəlif şəxslərlə təmaslarda olur, onlarla kommunikativ fəaliyyətə qoşulr. Ona görə də işçilərlə yaxşı münasibətlər yaratmaq və onlarla uğurlu əməkdaşlıq mühəndisin işində böyük rol oynayır. Müdriklər nahaq demir ki, mühəndis oxuyanda yox, işdə əmək fəaliyyəti zamanı mühəndis olur.

Müasir dövrdə mühəndis texnikiyönümlü, yaradıcı bir insandır, qurğular, mexanizmlər, maşınlar yaradaraq layihələndirir, həyata keçirir. Mühəndis elm adamlarının nəzəri fikir və iddialarını praktikada reallaşdıran ixtisaslaşmış peşə sahibidir. Müasir dövrdə mühəndis geniş miqyaslı analitik düşüncə tərzinə malik olmalı, kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. Bütün bu proseslərin əhəmiyyətli dərəcədə həyata keçirilməsində istər şifahi, istərsə də yazılı kommunikasiyanın imkanlarından yararlanmaq uğurun təməl prinsipini təşkil edir. Mühəndislər analitik düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər.

Jurnalistin peşə fəaliyyəti ünsiyyətlə - informasiya mənbələri ilə qarşılıqlı

münasibətlərin qurulması ilə bağlıdır. Demək, jurnalist öz fəaliyyəti zamanı qarşılaşacağı hər hansı psixoloji maneəni keçməyə həm intellektual, həm iradi, həm mənəvi-əxlaqi, həm sosial-hüquqi, həm də psixoloji və etik baxımdan hazır olmağı bacarmalıdır. Bunu ondan çalışdığı peşə ilə bağlı öhdəsinə götürdüyü (düşən) vətəndaş məsuliyyəti də tələb edir. Jurnalist bütün məqamlarda hər tərəfdən qarşı tərəfin hər hansı "şıltaqlığına" dözməyi, onu "idarə edib" öz niyyətinə uyğun istiqamətə yönəltməyi bacarmağa borcludur. Bunun üçün bütün mənəvi və intellektual keyfiyyətləri ilə ünsiyyətdə olduğu qarşı tərəfdən üstün, güclü olmağı bacarmalıdır. 

Ümumilikdə müxtəlif peşə adamları ünsiyyət prosesində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir:

1. Qanunun aliliyi

2. Vicdanlılıq

3. Peşəkarlıq və fərdi məsuliyyət

4. Loyallıq

5. Mədəni davranış

6. Qərəzsizlik

7. İctimai etimad

8. Konfidensiallıq

Biznes sahəsində işgüzar ünsiyyət.

Biznes mədəniyyətinin mahiyyəti və əhəmiyyəti.


Müasir sosial həyatda işgüzar ünsiyyət formaları olduqca müxtəlifdir. Biznesdə olduğu kimi, ticarət münasibətlərində də mülkiyyətin bəzi formaları və adi vətəndaşlar idarə olunur.


Yüklə 61,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin