Мяммядханлы Янвяр м 52 Сечилмиш ясярляри



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix26.05.2017
ölçüsü1,36 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

Янвяр Мяммядханлы
БАКЫ–2012
Сечилмиш 
я  с я р л я р и

  
  
«
»
-2013

Мяммядханлы Янвяр
М 52  Сечилмиш ясярляри. Бакы, «Тящсил», 2013, 184 сящ.
Китаб  йазычынын 100  иллийи мцнасибятиля  Азяр-
байъан Республикасы Мядяниййят вя Туризм Назирлийи
тяряфиндян няшр едилир. Китабда Янвяр Мяммядхан-
лынын мцхтялиф иллярдя гялямя алдыьы мараглы щекайяляр
топланмышдыр.
© «Тящсил», 2013
4702060201
053
М
2013
Бу китаб Азярбайъан Республикасынын Президенти
Илщам Ялийевин Азярбайъанын Халг Йазычысы «Янвяр
Мяммядханлынын 100 иллик йу би лейинин кечирилмяси
щаггында» 6 феврал 2013-ъц ил тарихли сярянъамына
ясасян чап олунур.

BAKI GECƏLƏRİ
Yadımdan çıxmayıb o ulduzlu avqust gecəsi ki, yuxarıda göy
qübbəsi «min bir çiçəkli, min bir yarpaqlı» idi, aşağıda isə bir
dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya get -
miş di, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə
hələ də yeddiillik çıraq yanırdı.
Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qaba -
ğında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
Bütün gecəni yol gedəcəkdik, səhər açılanda dəmir yolu stan -
siyasına çatacaqdıq və hər gün səhər tezdən günbatandan gəlib
beş dəqiqə o stansiyada nəfəsini dərən, sonra günçıxana doğru
çapan bir sürət qatarı məni həsrətində olduğum uzaqlara, az qala
dünyanın o başına, təkcə adı yanımda çəkiləndə ürəyim döyünən
böyük və əfsanəvi bir şəhərə aparacaqdı. Və mən orda ömrümdə
ilk dəfə  dəniz adlanan möcüzəni görəcəkdim, o şəhərin yan-
yörəsindəki neft buruqları meşəsində gəzəcəkdim, elə bir meşədə
ki, orda minlərlə qara çeşmələr qaynayırdı və gecələr kəndimizi
işıqlandıran yeddiillik çıraqların hamısında o qara çeşmələrin ağ
cövhəri yanırdı.
O ağ cövhəri isə bizim tərəflərə, dəmir yolundan uzaq kənd -
lərə vaxtaşırı günçıxandan gələn dəvə karvanları gətirirdi. O kar-
vanlar ki caydaq dəvələrin hürgücləri dərisi qapqara tuluqlarla
yüklü olurdu, onlar keçdikləri kəndlərə, obalara o şəhərin gön -
dər diyi  işığı paylaya-paylaya baş alıb günbatana doğru gedər -
dilər.
Kənddə birinci xoruz banı idi, avqust göylərində tez-tez ul-
duzlar axırdı, ayın solğun ziyasına qərq olmuş kiçik meyvə bağlı
həyətimizdə qapqara bir pişik yenə cır alça ağacının gövdəsini
cırmaqlayırdı  və elə bil bülöv daşına bıçaq çəkib korşalmış
5
Сечилмиш ясярляри

caynaqlarını ovxarlayırdı, uzaqlarda isə başıqarlı sıra dağlar ətə -
yin dəki taxılı biçilmiş kövşənlərə yenə od vurulmuşdu ki, torpaq
gələn ilki əkin üçün gübrələnsin və o vaxt ki o dağların ətəkləri
zolaq-zolaq alovlu olurdu, o yanan kövşənlər hər gecə o dağları
çəkib çox yaxına gətirirdi, gündüzlər isə dağlar yenə geri çəkilirdi
və geniş bir vadiyə səpələnmiş kəndlər, obalar üstündə nəhəng
divarlar kimi bir-birinin dalında göyə ucalırdı.
...Sürət qatarı gurhagurla gələndə kiçik dəmiryol stansiyası
zağ-zağ əsmişdi. Yer titrəmişdi, çiyni xurcunlu kənd adamları
vaqonlara doğru cummuşdular. Mən həyəcanla atamın çiynindən,
atam isə tələsik mənim alnımdan öpmüş və demişdi:
– Di get, yaxşı yol, amma orda papağımızı yerə soxma!
Bütün yolu bircə dəqiqə də olsun vaqon pəncərəsindən qop -
mamışdım, nə bir tikə çörək yemişdim, nə bir qurtum su içmiş -
dim, ayaq üstündə günü axşam eləmişdim, çünki ilk dəfə idi,
sürət qatarında ürəyimin susadığı elə bir sürətə qovuşmuşdum ki,
bu sürəti qavramaqla sərməst olub bütün dünyanı unutmuşdum.
Uzaqlara baxmışdım, göy əyrisi ağır tərpənişli nəhəng çevrə
kimi sağdan sola hərəkətə gəlmişdi, yaxına baxmışdım, relslərin
yanından torpaq kükrəmişdi, arxaya axmışdı.
Üfüqlərə kimi uzanan ənginliklər isə ağacsız, kölgəsiz, qup -
quru yanıq çöllər idi ki, o çöllərə səpələnmiş yastı-yapalaq dax -
malı kənd və obaların fərəhsiz mənzərəsindən göz yorulurdu,
ürək sıxılırdı.
Amma sonra qatar dayanmadan kiçik bir stansiyadan çapıb
keçərkən yaxın kəndlərdən birinin arxasından çıxan və sanki o
kəndin yastı-yapalaq daxmaları üstündən uçaraq irəli şığıyan
böyük bir ceyran sürüsü sürət qatarıyla yarışa başlarkən bu
yovşanlı-sirkanlı bomboz düzənlərə elə bir yaraşıq vermişdi ki,
vaqonların pəncərələri bir anda adamlarla əhatə olunmuşdu.
Mürgü döyən qocalar mürgünün yapışqanlı yuxusunu hörümçək
toru kimi üzlərindən silmişdilər və kiçik uşaqların gözlərindən
bir dərya işıq aşıb-daşmışdı...
6
Янвяр Мяммядханлы

* * *
Günbatan çağı sürət qatarı Bakı vağzalının üstüörtülü plat -
for ması qarşısında dayanmışdı və birinci olaraq vaqondan yerə
mən sıçramışdım, heybəmi çiynimə aşırıb vağzal önündəki mey-
dana çıxmışdım, burda atları tumarlı, sürücüləri çox uzun çuxalı
saysız-hesabsız qara rəngli faytonlar iki cərgə ilə bir-birinin da -
lınca düzülüb dayanmışdı və müştəri çağıran o faytonçuların səs-
küyü meydanı elə başına götürmüşdü ki, qoca bir faytonçu ikinci
dəfə məni səsləyib və demişdi:
– Adə, çöllü balası, ağzını açıb hara baxırsan, otur gedək,
yoxsa vağzalın xəzpuşları mafar verməz, heybəni çiynindən, pa -
pağını başından elə çırpışdırar ki, sonra ağzın bir saat açılı qalar.
Yarım saat sonra şəhərin günbatanında dağüstü məhəllənin
bir küçəsində faytondan düşmüşdüm və üçmərtəbəli böyük bir
evin bir əlcə həyətinin ortasında dayanmışdım, əllərimi heybəmin
döşündən asılmış gözü üstə çarpazlamışdım və aşağıdan, elə bil
dərin quyu dibindən yuxarıya – şüşəbəndli mərtəbələrə baxa-
baxa qalmışdım.
Çünki böyük şəhərin bu evi haqqında bildiyim yalnız o idi ki,
bu evin hansı mərtəbəsindəsə mənim şəhərli sonsuz xalamla əri
Əlimürsəl kişinin iki otaqdan ibarət mənzilləri var.
Yuxarıda, böyük evin yastı damı üstündə bir oğlan uşağı mə -
həccər qırağında dayanmışdı və bez köynəyi altından çıxartdığı
ağ göyərçinləri bir-birinin dalınca göyə atdıqca, o quşlardan bə -
ziləri havalanırdı, qanad çalıb göyə millənirdi, digərləri bir neçə
dəfə qanadını şaqqıldadır, çox tez geri dönür və damın qı ra ğında
bir-birinin yanına düzülərək, yanakı baxışlarla aşağıya, həyətdə
dayanmış mənə tərəf boylanırdı. Bu vaxt ikinci mər tə bənin ay -
na bəndindən bir qız da başını çölə çıxartmışdı və eynilə damın
qı rağına düzülmüş o ağ göyərçinlər kimi yanakı bir baxışla aşağı
bax mışdı və başı çalpapaqlı, çiyni qırmızı heybəli gör kə mim,
görünür, diqqətini çəkmişdi ki, boynunu bir az da irəli uzatmışdı.
7
Сечилмиш ясярляри

Kəh rəba boyunbağısı, xurmayı saçları axmışdı, üzü aşağı tel tö -
kül müşdü və bənövşəyi gözləri bir an məni tədqiq elə yəndən
sonra demişdi:
– Bağışla a... deyəsən, nabələd adamsan, niyə məəttəl qal mı -
san orda, kimi axtarırsan?
– Kənddən gəlmişəm, – demişdim, – amma bilmirəm
xalamgil burda hansı mərtəbədə olur.
Şəhərli qız şuxluğa başlamışdı:
– Bu evdə o qədər xala var ki, hansı mərtəbəyə qalxsan, ras -
tına cavanəzən bir xala çıxar, hayıl-mayıl olarsan.
Qıza bir söz deməyə macal tapmamış bu dəfə də birinci mər -
tə bənin şüşəbəndi arxasından kiminsə çox xırıltılı yoğun səsi
gəlmişdi:
– Eşidirsən, arvad, xalasıgilə gəlib oğlan! Daha kənddə, yerə
bel vuran qalmadı, doldu şəhər ağzınacan motal papaqlarla – elə
bunlar, bu cinni-cəfər qoşunu qapıb aldı imarətimin iki mərtə bə -
sin mənim əlimdən...
Qaşlarım çatılmışdı, əgər birinci səsdən, şəhərli qızın o ilahi
səsindən sonra bu ikinci nahamar səs böyük şəhər təkəbbürünün
səsi idisə, mən də dərhal kiçik bir dağ kəndinin təkəbbürü ilə
qarşı qoymağa hazır idim ki, yuxarıdan yenə şəhərli qızın gümüş
cingiltili səsini eşitmişdim:
– Vaxsey, fikir vermə ona, qoca kişidir, elə qocalıb ki, hələ
də milisə polis deyir...
Sonra bilmişdim ki, bu böyük imarət o qocanın şəxsi mülkü
imiş, amma indi ancaq birinci mərtəbə qocanın əlində qalıb, ikin -
ci mərtəbə ilə üçüncü milliləşdirilmişdir, daha sonra isə belə bir
səhnənin şahidi olmuşdum ki, o milliləşdirilmiş mərtəbələrin
aynabəndlərindən qadınlar bir-birilə atışanda, qoca əlində çəlik
həyətə çıxmışdı və başını yuxarı qaldırıb bağırmışdı ki, kəsin
səsinizi, bihəyalar, yoxsa bu saat gedib polis çağırram və bir də -
qiqə əvvəl bir-birinə söz atan o qadınlar o saat hırtıldaşıb başlarını
geri çəkmişdilər.
8
Янвяр Мяммядханлы

Çaşıb qaldığımı görən şəhərli qızı:
– A, – demişdi, – bəlkə, Tutu xalanın bacısı oğlu elə sənsən,
dünən dizinə döyürdü ki, Yunis gəlib çıxmadı, uşaqcığaz imta-
hanlara gecikdi, çıx yuxarı üçüncü mərtəbəyə, qoy yazıq arvad
uşaqcığazını görüb sevinsin!
Və qız başını yuxarı qaldırmışdı, dam üstündə quş uçurdan
balaca oğlanı səsləmişdi:
– Səttar, ordan Tutu xalaya de ki, bacısı oğlu gəldi, gözləri
aydın! 
Sonra yenə aşağı baxmışdı və düz üzümə yönəldilmiş şux bir
gülüşlə başını geri çəkmişdi, aynabənd arxasında yox olmuşdu.
Və o dəqiqə elə bil axşamın da titrək işığı sönmüşdü, kiçik
həyətə dərin zülmət qaranlıq çökmüşdü.
* * *
Tutu xala məni qupquru sinəsinə basmışdı, kövrəlmişdi.
Hıçqırmışdı və istəmişdi bir ağız məni oxşasın, amma Əlimürsəl
kişi aman verməmişdi, məni və atamı  məzəmmət eləməyə
başlamışdı:
– Dədənə üç dəfə kağız göndərmişəm ki, səni tez yola salsın,
hazırlıq kurslarına imtahanlar çoxdan başlanıb, yaxşı ki, kağız-
kuğazunda  əgər-əskik yox idi, qəbul elədilər. Sizə, kənddən
gələnlərə güzəştə gedirlər, indi çalış imtahanlarda bizi xəcil
eləmə! 
– Narahat olmayın, Əlimürsəl dayı, çalışarıq şələmizi sudan
çıxardaq.
– Çıxartsan yaxşıdır, yox əgər  şələ-küləni qoltuğuna
versələr...
– Allah eləməsin, a kişi, ağzını xeyirliyə aç...
– Şər deməsən xeyir gəlməz... Onda aparacam səni mədənə
yanımda açarçı işləyəcəksən!
9
Сечилмиш ясярляри

Sonra qoca buruq ustası ayağa qalxıb paltarını dəyişib və
mədənə getmişdi – çünki yenə bir həftə gecə növbəsində işlə yə -
cəkdi.
Heybəmdəki ayın-oyunu boşaldan Tutu xala isə anamın
qarasına deyinməyə başlamışdı:
– Bıy, qıza bax a... Nə olub, nə xəbərdir, Basqal kəlağayısıdır
bu? Bu nə bədxərclikdir? Barama qurdu saxlayırdı bu yay da?
Çay içmişdim, xalamın bitib-tükənməyən suallarına cavab ver -
mişdim və içəri qaranlıqla dolanda xalam ayağa qalxmışdı, di var -
dakı elektrik düyməsini çıqqıldatmışdı, otaq tavandan asıl mış
üçqanadlı çilçırağın ağ işığı ilə dolmuşdu, sonra xalam məni da -
lınca salıb, mənim üçün hazırladığı ikinci kiçik otağa apar mış dı.
Xalamın ardınca içəri girmişdim və içəri girən kimi o kiçik
otağın kiçik pəncərəsi gözlərim qarşısında elə əzəmətli bir mən -
zərə sərmişdi ki, irəli atılmışdım. Pəncərənin hər iki qanadını tay-
batay açmışdım və elə bil bir işıq dənizi aşıb-daşaraq üstümə
gəl mişdi, sonra çəkilmişdi üzüaşağı axmışdı, gözümün şövqünü
arxasınca aparmışdı  və  mən handan-hana səsimi çıxarmadan
nəfəsimlə demişdim:
– Haradır ora, xalacan, hansı dünyadır ora?
Arxamda dəmir çarpayıdakı yatağımı sahmana salan xalam
nə fəsimin səsini eşitmişdi, gəlib yanımda dayanmış və demişdi:
– Hara olacaq. Bakıdır da, qadan alım... Bax ora, günçıxan
tə   rəf Qaraşəhərdir, ondan o yana Ağşəhərdir, düz qənşərindəki
İçə  rişəhərdir, bu yan da, günbatan tərəf, Bayıl təpəsidir...
Gecə milyon işıqların aramsız titrəyişi içində idi və titrə yiş -
dən gah o tərəfdə, gah bu tərəfdə ağ şüalar içində mavi qığıl cım lar
uçuşurdu, sonra gedib uzaqda yan-yana düzülmüş işıq  to pa la rın -
dan at nalına oxşar böyük bir qövsü cızırdı və o atəşli qövsün
için dəki hamar və üzü tutqun bir düzəngahda iki qırmızı nöqtə
növbələşərək bir-bir yanıb-sönürdü.
Xalam da mənimlə bərabər xeyli baxmışdı o gecəyə, sonra
ya  vaşdan «xudaya» deyib köksünü ötürmüşdü və getmək istə miş di.
10
Янвяр Мяммядханлы

– Dayan, xalacan, – demişdim, – bax ora qaldı, demədin o
ha mar, o işıqsız düzənlik haradır ki, sinəsində qara bir çıraq yanır.
Xalam əlimin göstərdiyi uzağa baxmışdı və demişdi:
– Ora da dəryadır, qadan alım, ertədən yatarsan, sabah da
gedərsən o dəryaya baxarsan, o salxım-salxım işıqlar da o dərya
qırağındakı xiyabanın çıraqlarıdır.
Ertədən duracaqdım, sabah da gedəcəkdim o dəryaya baxa -
caqdım? Bir halda əl uzadıb zaman-zaman hələ uşaqlıq illərinin
yuxularında çalxanan o mavi sonsuzluğa çatacaqdım – gecənin
qurtarıb, səhərin açılacağını gözləməyə səbrim qalmamışdı.
Çalpapağımı gözüm üstünə basmışdım, qapıya doğru yönəl -
miş dim, xalam xəbərdarlıq eləmişdi:
– Çox uzağa getmə, ha, elə burda öz küçəmizdə bir az gəz-
dolan, sonra qayıt evə, yıxıl yat, yol yorğunusan, canına qəsd
eləmə.
Ürəyin səbirsizliyi idimi, intizarın tükənişi idimi, sirli bir
səsin çağırışı idimi, nə idisə, məni elə bir həyəcan içində şəhərin
yu xarı başından aşağı başına qovmuşdu ki, elə bil o dəniz bu saat
ətəyini əlinə alıb qaçmağa başlayacaqdı və mən onun dalınca yü -
yürəcəkdim, amma çatmayacaqdım, sonra isə bütün ömrüm uzu -
nu itirilmiş o mavi dənizin sorağıyla diyarbədiyar gəzəcək dim.
Sonra üzüaşağı endikcə daha çıraqban olan küçələrdə daha
çox vurnuxmuşdum. Yolu gah düzünə, gah köndələninə getmiş dim,
şəhərin axşam qaynarındakı izdihamı içində çox sıxcalan mış dım,
çox çalxalanmışdım, böyük şəhər içində önümə çıxan kiçik bir
şəhərin yuxarı başındakı qala qapılarından içəri girmiş dim  və
bur  da  ilişdiyim sehrin əlindən qurtulmaq üçün çox çırpın mış dım,
nəhayət, qurtulub dəniz kənarına çıxarkən, sanki daşları faciəli
əfsanəsindəki qara bir ehtirasın cəhənnəm dili ilə qarsılmış Qız
qalasının uca və qara heykəlinə yalnız bircə an baxa bilmişdim.
Və burada – dənizkənarı xiyabanda qaynaşan izdihamı kön -
də lə ninə yarıb keçəndən sonra, sinəm daş hörgülü bir səddə dirə -
nən də o səddin çopur və nəmiş daşları üstə yaslanmışdım və
11
Сечилмиш ясярляри

ömrümün unudulmaz bir gecəsində ömrümdə ilk dəfə gecə dənizi
ilə üz-üzə qalmışdım.
Yaxının suları üstündə titrək işıltılar gəzinirdi, uzağın suları
üstündə dağınıq qaraltılar sürünürdü və o qaraltılar arasında o iki
qırmızı nöqtə yenə növbələşərək gah alışır, gah sönürdü. Yu -
xarıda – göy qübbəsində isə üç-dörd gecəlik aypara «Sineyvaz»
qovunundan kəsilmiş sarı bir qıça kimi ağ buludlar altında üzür dü.
Qalxmışdım, daş səddin üstündə üzüm dənizə sarı otur muş dum.
Və gözlərim açıq elə bil bir röya aləminə qərq olmuşdum.
Bu röyada gecə  dənizi çadraya bürünmüş bir qadın kimi
yaşmağı altından baxan yaşıl gözlərinin cadugər cazibəsilə məni
çəkib haraya isə sirli-sehirli bir dünyaya aparmışdı və orda qara
bir qapı açılarkən mən o qapı arxasında bənövşəgözlü ağ səadə -
timi görmüşdüm.
Handan-hana o vaxt oyanmışdım ki, elə bil gəlib arxamda
dayanmış bir səssizlik yavaşdan əlini çiynimə qoymuşdu. Dön -
müş düm arxama baxmışdım, dənizkənarı xiyabanda qaynaşan iz -
di ham yox olmuşdu və kimsəsizləşmiş o xiyabanın axşamçağı
ağçiçəkli işıqları indi bir az saralmış və solmuşdu.
Və bu vaxt bu səssizlik içində gecə dənizinin çox uzaqlarda
sinəsindən qopan boğuq bir səslə köksünü ötürdüyünü eşitmiş -
dim. Donub yerimdə qalmışdım və gözləmişdim. Çox çəkməmiş -
di və gecə dənizi elə bil ağrısını canından çıxarmaq istəyən canlı
bir varlıq kimi bu dəfə daha dərindən və daha boğuq bir vıyıltı
ilə yenidən köksünü ötürmüşdü.
Orda, o dağ kəndində evimizin dalındakı damıyırtıq, bir di -
varı uçuq o köhnə samanlıqda gecənin hansı aləmindəsə öküzlər -
dən hansı isə eynilə bu cür, sinəsinin dərinindən qopan boğuq bir
səslə köksünü ötürəndə bəzən mən yuxudan oyanardım və uzun-
uzadı yerimin içində oyaq qalardım və mənə elə gəlirdi ki, bu
təpəl öküzdür, yuxusunda qara-qura görüb o cür köksünü ötürür,
yaxud bu, bütün günü ağır boyunduruq altında canına hopmuş o
sonsuz yorğunluğun ağrısıdır ki, indi qəlpə-qəlpə canından çıxır.
12
Янвяр Мяммядханлы

Və indi elə bil gecə dənizi də bütün günü canına hopan bir
yorğunluğun ağrısını canından çıxarmaq üçün iki dəfə köksünü
ötürmüşdü və mən bir dənizin canına hopmuş o zaman yorğun -
luğu təsəvvürümə gətirmək istərkən, xəyalımda qurduğum bütün
qurğuların sarsıldığını hiss eləmişdim.
Ayağa qalxıb o gecə ilk dəfə üz-üzə gəldiyim və sahilində
sehrlənib qaldığım o gecə dənizindən ürəyimə axıb dolmuş nə
isə anlaşılmaz bir təlaş hissilə ayrılmışdım.
Küçələr bomboşdu, bu kimsəsiz küçələrin birində dirək
başındakı böyük bir elektrik saatının dəyirmi və ağ siferblatında
qara əqrəblərin hansı rəqəmlər üstündə dayandıqlarını görərkən,
gecənin bu vaxtına kimi nigaran qoyduğum yazıq və qoca bir
qadın qarşısında duyduğum xəcalət hissindən başımı aşağı sal -
mış dım. İndi məhz çox tələsdiyim üçün daha tez-tez azmış dım,
yolu daha çox uzatmışdım, dəfələrlə bu və ya digər bir dalan,
yaxud bir döngənin sonunda ağzım divara dirənmişdi, geri dön -
müşdüm.
Sonra gəlib dik yoxuşlu bir küçə başında içəriyə açılmış yaşıl
rəngli bir qapı görmüşdüm və o açıq qapıdan çox böyük elektrik
lampasıyla işıqlandırılmış kiçik, yaraşıqlı bir həyət görünmüşdü,
həyətin üstünü örtən yaşıl talvarın kəhrəba giləli üzüm salxımları
altında yerə böyük bir palaz salınmışdı və o palaz üstündə halay
vurub oturmuş kişi məclisində iki nəfər bir-birilə meyxana
yarışına çıxmışdı. İndi meyxana deyənlərə vagirlik eləyən bir
dəstə oğlanın qıyya vuran səsləri göyə ucalmışdı:
Yanımda canan olsun gün batanda 
Yerin Xırdalan olsun gün batanda!
Abşeron yarımadasının coğrafiyasını hələ mənimsəməmiş -
dim və düşündüm ki, görəsən, hara imiş o Xırdalan ki, oranın
günbatan çağında yanında cananın görmək həsrəti ilə sinədəftər
olmuşdu bu oğlanlar?
13
Сечилмиш ясярляри

Və elə bu vaxt, gecənin bu aləmində bir dəstə çadralı qadın o
həyətin yaşıl rəngli qapısından küçəyə çıxmışdılar, qarşı səkidə
məni görərkən tez bərk-bərk çadralarına bürünmüşdülər və
üzlərini məndən yana çevirmişdilər.
Lakin o qadınlardan  ən arxadakı başından sürüşmüş qara
işıltılı liberti çadrasını başına çəkməmişdi və o vaxt mən onu, o,
məni tanımışdı, hər ikimiz gözlərimizi döyərək bir an bir-biri -
mizə baxa-baxa qalmışdıq və sonra mən qeyri-ixtiyari bir addım
irəli ataraq nə isə demək istərkən, qız tez şəhadət barmağını
dodaqları üstünə qoymuşdu, səsimi çıxartmağı mənə yasaq elə -
mişdi. Dinməmişdim, amma qaşlarım çatılmışdı, dinməmiş dim,
amma şəhərli qızın bir mərtəbə yuxarıdakı qonşusuna qarşı gös -
tərdiyi bu kəm iltifatdan ürəyim sınmışdı, çünki o vaxt hələ bil -
mir dim  ki,  gecənin o aləmində bir kişi xeylağının üzünü ondan
gizləyən çadralı şəhər qadınlarına yaxınlaşması, bir uşağın qup -
qu ru  barıta yanar kibrit çöpü uzatması kimi çox təhlükəli bir
oyundur və bundan bixəbər olduğum üçün üzümdə nə cür bir
ifadə zahir olmuşdusa, qız pıqqıldayıb əlilə ağzını tutmuşdu, son -
ra başıyla işarə eləmişdi ki, dinmə, danışma, amma dalımızca gəl.
Sonralar mən təsadüf ilə taleyin gizlənpaç oyunu haqqında
çox fikirləşəcəkdim, amma o gecə mənim üçün elə bir röyaya
çevrilmişdi ki, əgər arxasınca getdiyim o qara çadralı qız birdən-
birə ağ bir göyərçinə dönsəydi və uçub gələrək mənim çiynimə
qonsaydı, mən artıq buna da heyrət etməyəcəkdim.
Qadınlar ayaqlarındakı dabansız nəleyinlərini sürükləyərək
canüzən ağır yerişləri ilə yayxana-yayxana uzaqlaşırdılar, görü -
nür, toy, yaxud nişan məclisindən qayıdırdılar və başları «əndamı
yanmış Gülxar xanımın» qeybətinə elə qarışmışdı ki, nə  arxa la -
rın ca  gələn qızın hərdən bir dönüb geri baxdığından, nə də tənha
bir kölgənin o qızı izlədiyindən xəbərləri olmamışdı.
Sonra həyətdə, küçə qapısı dəhlizinin qaranlığında dayanıb
gözləmişdim, qadınlar iki dəstəyə bölünüb, ah-ufla sağdakı, sol -
dakı pilləkənlərlə yuxarı mərtəbələrə qalxıb yox olmuşdular və
14
Янвяр Мяммядханлы

bu vaxt mənim üçün yol açılanda yüyürmüşdüm. İkinci mərtə bə -
 nin  pilləkən meydançasına çatmışdım ki, birdən elə bil hardan sa
atılan gözəgörünməz bir kəməndə ilişib büdrəmişdim, geri çev -
ril mişdim və aynabəndin açıq qapısı arasında dayanmış onu gör -
müşdüm – çadrası başından yerə düşmüşdü, yalnız bir ucunu sol
əlində tutub saxlamışdı və üzündə elə bir ifadə vardı ki, elə bil
nə isə demək istəyirdi, yadından çıxmışdı və indi yaxından üzü -
mə baxdığı halda heç bir şey görməyən gözləri dumanlan mışdı.
Susduğu üçün susmuşdum və bu sükutun məngənəsindən
qurtulmaq üçün:
– Dənizə getmişdim, – deyə bilmişdim.
– Nə vacib olmuşdu ki, dəniz qaçırdı?
– Elə çağırdı ki, dayana bilmədim.
– Kim?
– Dəniz.
– Nə deyirdi ki?
– İki dəfə köksünü ötürdü.
Birdən elə bil özünə gəlmişdi, gözlərində nə isə bir təlaş köl -
gəsi zahir olmuşdu.
– Bəlkə, qəşş eləmisən orda, dəniz qırağında? Özündən xə -
bə rin  olmayıb?
– Gərək mənim ürəyim gedəydi orda, o dəniz qırağında?
– Bu yanda Bayıl tərəfdə batmış bir şəhər var, bir kitabda
yazılıb ki, Səbayeldir o şəhərin adı, o biri kitabda yazılıb ki,
«şəhri yunan» imiş o şəhər... Amma haçan batıb o şəhər, haçan
su altında qalıb, heç qocalar da bunu bilmirlər... Hərdən gecəya -
rı dan sonra su altındakı o şəhərdən su pərisinin səsi gəlir, kim o
səsi eşidirsə, o saat qəşş eləyir... Əgər qulağına səs gəlibsə, gərək
Tutu xala səni Nardarana aparsın!
Heç bir şey başa düşməmişdim və başa düşmədiyim üçün
demişdim:
– Yox, mən əvvəlcə Xırdalanı görmək istəyirəm... Günbatan
çağında...
15
Сечилмиш ясярляри

Heç bir şey başa düşməmişdi, bir an qaşlarını düyünləmişdi
və demişdi:
– Xırdalanda pir yoxdur, məxluq Nardarandakı pirə gedir.
Və elə bu vaxt arxasındakı qaranlıqdan, otaqlardan kimsə elə
çığırmışdı ki, hər ikimiz səksənmişdik:
– Ağəz, Yaqut, harda batdın, gəl gir yanıma, məni yuxu
aparsın...
– Vaxsey, məmə, səksəndim ki, görmürsən ki, qapı-bacanı
bağlayıram...
Və aynabəndin qapısını mənim üzümə bağlamışdı.
Artıq günçıxan tərəfdə, Qara şəhər üstündə göy əyrisi ava zı -
mışdı və şəhərli bir qızın bənövşəyi gözləri ilə kiçik bir pəncə-
rənin mənə göstərdiyi əzəmətli bir gecə mənzərəsiylə, daha sonra
qaranlıqda köksünü ötürən bir sirli nəfəsi ilə sehrlənmiş bir
gecəm, böyük şəhərdəki bu ilk gecəm, bir röya kimi sona
çatmışdı.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə