Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014
3
ЕКОЛОЭИЙА ВЯ ЯТРАФ МЦЩИТИН МЦЩАФИЗЯСИ
UOT 63: 54 (075.8)
H.M. HƏSƏNOV
1
, Q.M. MƏMMƏDOV
2
, N.R. NAMAZOV
3
,
B.C.BAĞIROVA
4
, E.P.MAHMUDOVA
5
goshgarmm@rambler.ru
.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu
2, 4, 5
Sumqayıt Dövlət Universiteti
1, 3
MĠNERAL GÜBRƏLƏRĠN VƏ TULLANTILARIN ĠSTĠFADƏSĠNĠN
AQROKĠMYƏVĠ MƏSƏLƏLƏRĠNƏ DAĠR
GiriĢ. Məlumdur ki, kənd təsərrüfatı məh-
sullarının istehsalında və torpağın münbitliyinin
yüksəldilməsində üzvi və qeyri-üzvi mənşəli
gübrələrdən geniş istifadə olunur [1-3]. Üzvi
gübrə kimi daha geniş istifadə edilən gübrələr
iri və xırda buynuzlu heyvanların (inək, at, qo-
yun, keçi və s.) və quş peyinindən (toyuq, ör-
dək, qaz və s.) istifadə edilir.
Bitkilər tərəfindən mənimsənilə bilən qida
maddələrinin miqdarı quş peyinində mal peyi-
nindən üstündür. Belə ki, quş peyininin tərkibi
mal peyиni ilə müqayisədə təqribən 3 dəfə yük-
səkdir. Belə ki, quş peyinində azot 1,7-1,9 %,
fosfor 1,5-1,7 %, kalium 0,8-1 %, kalsium ionu
2,3-2,5 % təşkil edirsə, mal peyinində azot 0,4-
0,55 % fosfor 0,25-0,3 %, kalium 0,4-0,6 %,
kalsium 0,5-0,6 %-dır.
Keçi peyininin tərkibində kaliumun miq-
darı (1,1-1,2 %) bütün peyinlərdən üstündür.
Kartofda, turpda və paxlalı bitkilərdə kükürdlü
birəşmələrin (ksantogenatların və mellitin züla-
lının) əmələ gəlməsi üçün lazım olan (tərki-
bində 1,1 % ) kükürd ionu vardır. Bu baxımdan
üzvi gübrə kimi qaz peyini mühüm əhəmiyyət
kəsb edir. Üzvi gübrələrdə qida maddələrin az
olmasına baxmayaraq torpaq qatının yumşaldıl-
masında, aerasiyasında hidrofilliyin (su udma-
nın) artırılmasında və rəng dəyişmə ilə istilik
saxlama qabiliyyətinin yüksəldilməsində qeyd
edilən gübrələr çox faydalıdır. Üzvi gübrə bitki
yarpaqlrının təkibində 4 % azot, kalsium və ka-
lium olmaqla qısa müddətdə torpağın münbit-
ləşməsində, yumşaldılmasında, hidrofilləşmə-
sində, eyni zamanda humusun əmələ gəlməsin-
də də çox əhəmiyyətli hesab edilir.
Tədqiqatın metodikası. Gübrələrin kim-
yəvi tərkibinin öyrənilməsi ümumiləşdirilmiş
və qəbul edilmiş analiz üsulları ilə aşağıdakı
ədəbiyyatlarda göstərilən metodlara uyğun ola-
raq aparılmışdır.
«Агрохимические методы исследова-
ния почв» Издательства «Наука». Москва,
1975. Под ред. акад. А.В.Соколова.
«Практикум по агрохимии». Из-во ВО
«Агропромиздат» Москва, 1987. под.ред.гл.
кор. ВАСХИНИЛ проф. Б.А.Ягодина.
Təhlil və müzakirə. Bitkilər tərəfindən
mənimsənilən qida maddələrinin miqdarına
görə mineral (qeyri-üzvi) gübrələr kənd tə-
sərrüfatı bitkilərinin intensiv inkişafında,
məhsuldarlığın artırlmasında xüsusi əhəmiy-
yətə malikdirlər. Azotlu gübrələrdən sulu
ammonyak, ammonium nitrat, karbamid və
sulfat turşusunun azotlu və kaliumlu birləş-
mələri, fosfat turşusunun müxtəlif törəmələ-
ri sadə superfosfat, ikiqat superfosfat, kali-
umlu gübrələrdən kalium sulfat, kalium xlo-
rid və s. geniş istifadə olunur. Aparılan təc-
rübələrdən məlum olmuşdur ki, azotlu (am-
monyaklı, nitratlı və amid tərkibli) gübrələ-
rin qeyri-düzgün və yüksək normada tətbiqi
əsasən gübrələrin normalarının düzgün seçil-
məməsi nəticəsində torpaqəmələgətirən və
digər faydalı mikroorqanizmlər məhv olur-
lar. Bu baxımdan ammonium nitratın daha
çox ekoloji zərərliliyi müşahidə edilmişdir
ki, bu da onun tətbiqində gübrənin verilmə
vaxtına, normasına və üsullarına xüsusı ola-
raq diqqət yetiriməsidir. Belə ki, ammonium
nitratın normadan yüksək tətbiqi torpaqdakı
Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014
4
canlıların məhvinə səbəb ola bilir və bunun-
la yanaşı kənd təsərrüfatı bitkilrənin keyfiy-
yətinə də mənfi təsir göstərir.
Bundan əlavə bitkiyə normadan artıq
ammonium nitrat gübrəsi verdikdə bitkilər-
də, xüsusilə tərəvəzlərdə nitrat problemi ya-
ranır, normadan artıq nitratlar, orqanizmdə
nitritlərə və nitrozaminlərə çevrilir, bunlar
da insanlarda xərçəng xəstəliklərinin əmələ
gətlməsinə səbəb ola bilən amillərdən ol-
maqla yanaşı kənd təsərrüfatı bitkilərinin
keyfiyyət göstəricilərinə də mənfi təsir gös-
tərir.
Bundan başqa azotlu gübrələrdən am-
monyakın qaz halında itkisi və başqa sözlə
ammonium nitratmın parçalanıb azot bir ok-
sidə (N
2
O) çevrilməsi də ətraf mühit üçün
çox zərərli və təhlükəli hesab olunur. Belə
ki, N
2
O
əmələ gələndən
6-8 ay sonra ozon
təbəqəsinə çataraq ozon qatının zəncirvari
parçalanmasına səbəb ola bilir. Azotlu güb-
rələrin tətbiqində aqroqaydalara riayət edil-
dikdə onun bitkilər üçün əvəzedilməz gübrə
olduğu bir daha təsdiq edilmişdir.
Akademik
D.N.Pryanişnikov yazırdı: «ammonium nit-
rat gələcəyin gübrəsidir». Bu gübrənin zərər-
lilik dərəcəsi nəzərə alınmaqla onun tətbiqi
vaxtına və normalarına xüsusi fikir verilmə-
lidir. Bu gübrədən bitki zərərvericilərinin
(xüsusilə yarpaqdakı cücülərin) məfv edil-
məsində dərman kimi də istifadə olunası
ədəbiyyatlarda göstərilmişdir [2,8].
Çöl təcrübələrində müəyyənləşdirilmiş-
dir ki, tut ağacında amerika kəpənəyini
məhv etmək üçün ammonium nitratın suda
1,5-2 %-li məhlulu ilə budaqları 10 gündə 2
dəfə dərmanlamaqla yarpaqyeyən kəpənək-
lər məhv edilmişdir.
Karbamid gübrəsi ammonium şorasına
nisbətən az zərərli olsa da mikroorqanizmlər
onu yeyərək ammonyaka (sulu məhlulda na-
şatır spirtinə) və karbon qazına parçalayır.
Bu zaman əmələ gələn naşatır spirti torpaq-
dakı mikroorqanizmlərə və soxulcanlara
mənfi təsir göstərir və bəzi hallarda onların
məhvinə gətirib çıxarır.
Mineral gübrələrdən nitrofoska, urojay
və azofoskanın tərkibində 40-50% kalium
xlorid, az bir hissəsi isə ammonium sulfat
vardır. Gübrədə xlor ionu çox olduqda bitki-
lərin xüsusilə xiyarın, çiyələyin, pomidorun
və kartofun keyfıyyətinə pis təsir göstərir,
məhsul tez xarab olur, sulu və dadsız olur.
Aparılan təcrübələrdən məlum olmuşdur
ki, (100 m
2
) kartof sahəsinə 500 kq mal
peyini və 3,5 kq nitrofoska verdikdə kartof
məhsulu bir qədər sulu olmaqla yanaşı tez
çürüməyə başlamışdır. Bunun səbəbi
mineral gübrənin tərkibində xlor ionunun
çoxluğu ilə kartofun isə xlorofob (xlor
sevməyən) bitki olması ilə əsaslan-
dırılmışdır.
Respublikamızda ekoloji təmiz fosforlu,
kaliumlu, kalsiumlu gübrələrin qismən də
olsa istehsalı mümkündür. Belə ki, ildə mal-
qara kəsimindən tonlarla sümük atılır. Hə-
min sümüyü xırdalayıb və yaxud yandırıb
külünü nitrat turşusu ilə qarışdırdıqda 50-60
C
0
-də aşağıdakı reaksiya ilə ekoloji təmiz
gübrəyə çevrilməsi mümkündür.
Ca
3
(PO
4
)
2
+4HNO
3
Ca(H
2
PO
4
)
2
+2Ca(NO
3
)
2
Bu gübrə qarışığı suda asan həll oldu-
ğundan bitkilər tez mənimsəyirlər.
Kalsium fosfatı (sümük unu) sulfat ya-
xud fosfat turşusu ilə də emal etmək olar. Bu
maddəni nitrat turşusu ilə emal etmək daha
əhəmiyyətlidir, belə ki, burada əmələ gələn
kalsium nitrat çox hidrofil (suya həssas)
olduğundan suda asan həll olaraq, qoşa həll
olma nəticəsində özü ilə birlikdə fosforlu
birləşmənin suda asan həll olnıasına səbəb
olur. Burada suda qoşa həllolma prosesi nə-
ticəsində bitki asanlıqla bu kompleks gübrə-
ni mənisəyərək intensiv inkişaf edir. Bu fos-
forlu gübrəni sadə superfosfatdan fərqli ola-
raq uzun müddət saxladıqda retroqradasiya
(daşlaşma) prosesi getmədiyindən bitki tərə-
findən asan mənimsənilən halda olur.
Azərbaycanda (Qarabağda) tərkibində
20% maqnezium karbonat olan dolomit
(CaCO
3
- MgCO
3
)yatağı vardır. Dolomitin
sulfat turşusu ilə yaxud sulfat turşusu ilə
nitrat turşusunun (70÷30 nisbətində) qarışığı
ilə dolomiti 50-60
0
C-də emal etməklə suda
asan həll olan kompleks gübrə alınır.
CaCO
3
-MgCO
3
+2H
2
SO
4
CaSO
4
+
+MgSO
4
+CO
2
+2H
2
O
CaCO
3
-MgCO
3
+4HNO
3
+
+H
2
SO
4
CaSO
4
+Mg(NO
3
)
2
+ Ca(NO
3
)
2
Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014
5
Kalsium sulfat gübrə kimi çox qiymətli
olsa da, amma suda pis həll olur (100 qr - da
2 qr) tərkibində olan maqnezium sulfat çox
hidrofil olduğundan kalsium sulfatın nisbə-
tən asan həll olmasına səbəb olaraq bitkinin
intensiv inikşafını təmin edir. Xüsusilə 70%
sulfat turşusu 30% nitrat turşusu ilə dolomiti
emal etdikdə alınan kompleks gübrə suda
yaxşı həll olaraq bitki tərəfindən asan mə-
nimsənilir, çünki gübrənin tərkibində olan
kalsium nitratda maqnezium sulfat və maq-
nezium nitrat kimi çox su sevən (hidrofil) ol-
duğundan bitki tərəfindən asan mənimsənil-
ərək sürətli inikşafı təmin edir. Bu gübrənin
10 %-li sulu məhlulu uzun müddət çökmür
və çöküntüsü dərhal homogen suspenziyaya
şevrilir.
Ağac külündə, xüsusilə enli yarpaqlı
ağacların külündə 18%-dək kalium karbonat,
10 % kalsium oksid, kalsium karbonat və
fosforlu, boratlı, maqneziumlu və mikroele-
mentli birləşmələr vardır. Külü bir başa bit-
kiyə verdikdə tərkibindəki qələvi xassəli ka-
lium karbonat (K
2
CO
3
) məhlulunun pH gös-
təricisi 11 olduğundan bitki inkişafdan daya-
nır. Bu qələvi xassəli maddələr qarışığı sulf-
at turşusu ilə reaksiyaya uğradıqda mikroele-
ment tərkibli neytral gübrə alınır:
K
2
CO
3
+CaCO
3
+4H
2
SO
4
2KHSO
4
+
CaSO
4
+2CO
2
+3H
2
O
Burada alınan kalium hidrosulfat çox
hidrofil maddə olduğundan suda çətin həll
olan kalsium sulfatda həll olunaraq bitki tə-
rəfindən asan mənimsənilə bilən formaya
düşür. Əmələ gələn KHSO
4
sulu mühitdə
temperaturun təsirindən K
2
SO
4
-ə çevrilir.
Eksperimental tədqiqatlarda məlum ol-
muşdur ki, otaq temperaturunda gedən pro-
sesdə 4,5 kq külə 1 litr 93-95%-li sulfat tur-
şusunu hissə-hissə qarışdırmaqla ekzotermik
reaksiya nəticəsində kompleks gübrə alınır.
Bü gübrə kükürdlü birləşmələrə çox ehtiyacı
olan kartof, paxlalı bitkilər üçün daha fayda-
lıdır. Burada bitkilərin tələbatından asılı ola-
raq pH-ı 5-8 intervalında dəyişdirmək müm-
kündür.
Məlumdur ki, bütün torpaqlarda 5-20 %
CaCO
3
vardır. Bu duz suda pis (100 qr suda
0,392%) həll olur. Kalsium ionu bitkilərdə
yüksək molekul kütləli karbohidratların
(sellüloza, liqnin və s.) sintezinə (kaliumla
birgə) sərf olunur. Onu torpaqda mənimsəni-
lən hala salmaq üçün torpağa karbon qazı və
yaxud turş su vermək lazımdır ki, suda həll
olan turş duz əmələ gəlsin:
CaCO
3
+H
2
O+CO
2
Ca(HCO
3
)
2
Respublikamızda ildə tonlarla karbid tul-
lantısı-kalsium hidroksid alınır. Bu tullantını
nitrat turşusu və ya fosfat turşusu ilə emal
edərək kalsium nitrat və ya kalsium hidro-
fosfat gübrəsi almaq, mümkündür. Bundan
əlavə kalsium hidroksid bitkilərdə, xüsusilə
tərəvəz bitkilərində, o cümlədən pomidor
bitkisində daha çox rast gəlinən fitoftoroz
xəstəliyinin müalicəsində, həmçinin bordo
mayesinin komponenti olaraq ağacları ağart-
maq üçün yararlıdır. Karbid tullantısının bu
məqsədlə istifadə olunması həm də ekoloji
nöqteyi-nəzərdən səmərəlidir.
NƏTICƏ
Mineral gübrələrin, eləcə də ənənəvi və
qeyri-ənənəvi üzvi və mineral mənşəli güb-
rələrin tərkibi, xüsusiyyətləri və əkinçilikdə
tətbiqi üsulları araşdırılmışdır. Tullantıların
(sümük unu və ağac külü) fosfor gübrəsi ki-
mi səmərəli istifadə xüsusiyyətləri araşdırıl-
mış və eləcə də, dolomit minerallarından
(CaCO
3
MgCO
3
) kaliumlu və maqneziumlu
mineral gübrələrin alınması və istifadə üsul-
ları müəyyələşdirilmlşdir.
RESULT
Mineral fertilizers, as well as traditional
and non-traditional, organic and mineral fer-
tilizers, I - stream composition, properties,
and methods of application analyzed in agri-
culture. Waste (bone meal and wood ash)
characteristics were examined, as well as the
efficient use of phosphorus as fertilizer, do-
lomite minerals (CaCO3 MgCO3) purchase
of potash and magnesium fertilizers and
techniques used are defined.
Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014
6
Ədəbiyyat siyahısı
1.
Овчинников В.Ф., Янишевский Ф.В.
Промышленность минеральных удоб-
рений сельскому хозяйству. Москва
«Химия», 1985. 45 стр.
2.
Петрушов А.Г. Химия в сельском хоз-
яйстве. Москва, 1984, №6.
3.
Химическая промышленность за рубе-
жом. Москва, вып.2, 1988.
4.
Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekologiya
və ətraf mühitin mühafızəsi. Bakı, “Elm”,
2005, 880s.
5.
Агрохимияпод редакцией Б.А.Ягоди-
на, Москва, ВО
Агропомиздат
1989,
стр. 554.
6.
Мовсумов З.Р. Азот в земледелии Азер-
байджана. Баку,
Элм
, 1978, 162 с.
7.
Zamanov P.B. Azərbaycanda yayılmış
üzvi tullantıların təkrar emalından alınmış
yeni gübrələrin kənd təsərrüfatı bitkiləri
altında səmərəliliyi. Torpaqşünaslıq və
Aqtokimya tədqiqatları əsərləri toplusu,
XV cild, səh. 339-348. Bakı, “Elm”-1999.
8.
Ягодин Б.А.
Агрохимия
Москва ВО.
Агропромиздат
, 1989, стр. 554.
9.
Агрохимические методы исследова-
ния почв
Издательства
Наука
. Мос-
ква, 1975. Под ред. акад. А.В.Соколо-
ва.
10.
Практикум по агрохимии
. Из-во ВО
Агропромиздат
Москва, 1987. под.
ред. гл. кор. ВАСХИНИЛ проф.
Б.А.Ягодина.
Məqaləni çap edilməsi üçün
“Ekologiya mühəhdisliyi kafed-
rasının” proffessoru A. Əzizov
təqdim edilmişdir.
UOT: 631.6
A.B. DOLXANOV
BDU-nun dosenti
KÜR-ARAZ OVALIĞININ EKOCOĞRAFI PROBLEMLƏRI
VƏ YAXġILAġDIRILMASI YOLLARI
1. Torpaqların meliorasiyası və irri-
qasiyası. Azərbaycanın uzun illər mühüm
suvarma əkinçiliyi və qışlaq regionu kimi ta-
nınan Kür-Araz ovalığında 20-25 il əvvəl
başlamış durğunluq illərində ekocoğrafi və-
ziyyət xeyli gərginləşmişdir. Əlverişli təbii
şəraiti və şirin su mənbələrinin olması, bu-
rada lap qədim zamanlardan suvarma əkinçi-
liyinin inkişaf etdirilməsinə geniş imkanlar
vermişdir. Burada kənd təssərüfatının inkişa-
fına maneçilik törədən əsas səbəblər ərazidə
yayılmış torpaqların duzluluğu və yüksək
dərəcədə minerallığa malik olan qrunt suları-
nın səviyyəsinin yer səthinə çox yaxın olma-
sıdır. Şoranlaşmış torpaqların sahəsi 400 min
ha-ı keçmiş, bir çox yerlərdə bitki örtüyü de-
qradasiyaya uğramış, göl-bataqlıq kompleks-
lərində suyun duzluluğu çoxalmış və s. arzu-
olunmayan proseslər baş vermişdir.
Ovalığın torpaqlarının kənd təsərrüfatı
bitkiləri altında istifadə olunduğu ilk dövr-
dən burada geniş irriqasiya-meliorasiya təd-
birlərinin həyata keçirilməsinin lazım olduğu
əsas məsələ kimi qarşıda dururdu. Ərazidə
becərilən kənd təsərrüfatı bitkilərinin suvar-
ma suları ilə təmin edilməsi məsələsi ta-
riximizin müxtəlif dövrlərində kifayət qədər
yüksək dərəcədə həll edilmişdir. Ancaq il-
dən-ilə əkin sahələrinin genişləndirilməsi
burada becərilən kənd təsərrüfatı bitkilərinin
suvarma sularına olan təlabatını həmişə kifa-
yət qədər ödəyə bilməmişdir. 1950-ci illərdə
Mingəçevir su anbarının Yuxarı Şirvan və
Yuxarı Qarabağ kimi iri suvarma kanalları
istifadəyə verilməsi, bir çox digər kanalların
rekonstruksiya olunması və bərpası 1960-cı
illərdə respublikamızda suvarılan torpaq əra-
zilərinin sahəsini 1,45 mln hektara çatdırma-
ğa imkan verdi.
Suvarma şəbəkələrinin genişləndirilmə-
sinə, böyük ərazilərin su ilə təmin edilməsi-
nə baxmayaraq, burada kənd təsərrüfatı bit-
Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014
7
kilərindən nəzərdə tutulan yüksək məhsul əl-
də olunmuşdur. Bildiyimiz kimi, ölkədə is-
tehsal olunan pambıq bütövlükdə Kür-Araz
ovalığında becərilir. 1980-cı ilin ortalarında
ildə 1mln. tondan artıq pambıq istehsal edən
Azərbaycan Respublikasında 7-8 il sonra
pambıq əkini üzümçülük kimi tamamilə tə-
nəzülə uğramışdır. Yenidən dirçələn pam-
bıqçılıq getdikcə daha çox torpaq sahələrini
əhatə edir və nəticədə 2005-ci ildə pambıq
yığını 196,2 min ton təşkil etmişdir. Lakin
bu yüksək məhsul yığımı yalnız bir neçə il
davam etmişdir. Sonra bu sahələr şoranlaş-
mış və əkin dövriyyəsindən çıxmışdır. Bu-
nun əsas səbəbi yüksək minerallığa malik
olan qrunt sularının suvarmaların aparılması
ilə əlaqədar yer səthinə yaxınlaşması, özləri
buxarlanaraq tərkiblərindəki duzları torpaq-
ların üst qatına toplaması idi.
Keçmiş SSRİ dövründə respublikada pam-
bıqçılığın sürətlə inkişaf etməsi üçün gübrə
və ziyanvericilərə qarşı mübarizə məqsədi
ilə kimyəvi maddələrin geniş istifadə edil-
məsi nəticəsində Kür-Araz ovalığının tor-
paqlarının kimyəvi çirklənməsi baş vermiş-
dir. SSRİ dağılan ərafədə Azərbaycanda 800
min ha sahə herbisidlər tətbiq olunmaqla be-
cərilirdi. Bu torpaqların 60%-i Kür-Araz
ovalığındadır. Ekocoğrafi cəhətdən ən çox
çirklənmiş ərazi Muğan və Salyan düzləridir.
Burada torpaqların tərkibində xlorlu-üzvi
birləşmələrdən ibarət olan pestisidlərin miq-
darı 0,94 mq/kq-dır. Torpaqda olan DDT-nin
miqdarı qəbul edilmiş həddən 9 dəfə çox
olmuşdur.
Keçmiş SSRİ dağılandan sonra pambıq be-
cərilən torpaqlar dəfələrlə azaldığına görə,
zəhərləyici kimyəvi maddələrin miqdarı da o
qədər aşağı düşmüş, bəzi çox zəhərli maddə-
lərin yəni pestisidlərin istifadəsi qadağan
edildiyindən son illərdə vəziyyət xeyli yax-
şılaşmışdır.
Uzun illər ərazində suvarılan torpaqlara
xidmət edən kollektor-drenaj şəbəkəsi tədri-
cən sıradan çıxmağa başlamış, SSRİ dağılan
ərəfədə və ilk müstəqqilik illərində lillənmiş
və bitki ilə örtülmüşdür. Ona görə də ümumi
uzunluğu 26,5 min km-dən artıq olan kollek-
tor-drenaj şəbəkəsi torpaqları şoranlaşdıran
yeraltı suların yalnız 1/5-nə qədərini axıda
bilir.
Magistral suvarma kanallarının süni örtüyə
alınması burada böyük su itkisinə səbəb
olmuşdur. Yuxarı Şirvan kanalından filtirasi-
ya olunan su Mingəçevir su anbarından gö-
türülən suyun 30%-ni, Yuxarı Qarabağ kana-
lından isə 20%-ni təşkil edir. Bunun nəticə-
sində Baş Şirvan, Mil-Qarabağ, Muğan-Sal-
yan və s. kollektorlara göstərilən təzyiq ən
azı 2 dəfə artıb.
Kollektorların bəziləri demək olar ki, sıra-
dan çıxmışdır. Hazırda Xəzər dənizindən
Mil düzünə kimi çəkilmiş magistral kollek-
torun yaxın vaxtlarda Mingəçevir və Şəmkir
su anbarlarına qədər uzadılması və daha bir
sıra böyük kollektorların çəkilməsi nəzərdə
tutulub.
Kür-Araz ovalığının ən böyük sərvəti bu-
ranın torpağıdır. Onların şoranlaşması tor-
paqların məhsuldarlığını o qədər aşağı salır
ki, torpağı becərmək əhali üçün sərfəli ol-
mur. Həmin səbəbdən suvarılan torpaqların
400 min ha-ı bu və ya digər dərəcədə şoran-
laşmaya məruz qalmışdır. Suvarma mədə-
niyyətinin aşağı səviyyədə olması torpaq-
ların selləmə yolu ilə suvarılması və ümu-
miyyətlə, suvarma rejiminin pozulması da
təkrar şoranlaşmanı sürətləndirir. Həmin sə-
bəbdən təbii ladşaft sahələrində də heyvan-
darlığın inkişafı tənəzzülə uğrayır.
Torpaqların şoranlaşması, onun qarşısını
almaq üçün tədbirlər sisteminin işlənib ha-
zırlanması tələb edilir. 1935-ci ilə kimi tor-
paqların şoranlaşmasının qarşısını almaq
üçün suvarma sularından qənaətlə istifadə
etmək tədbiri həyata keçirilsə də, onların
müsbət nəticəsi olmamışdır.
1928-1931-ci illərdə Muğanda sahəsi 600
ha olan Cəfərxan təcrübə-meliorasiya stansi-
yası tikilib istifadəyə verildi. 3-3,5 m dərin-
likdə qapalı drenaj şəbəkəsi ilə təmin olun-
muş stansiyanın xidmət etdiyi sahələrdə tor-
paqların duzlardan yuyulub təmizlənməsinə
aid tədqiqatlar aparmağa başlandı. Tədqiqat-
ların nəticələri göstərir ki, dərin drenaj fo-
nunda torpaqların təkrar şoranlaşması baş
vermir və o təbii drenaj qabiliyyəti çox aşağı
olan, yüksək mineralığa malik olan qrunt su-
Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014
8
larının yer səthinə yaxın olan yerlərdə tor-
paqları duzlardan yuyub təmizləmək, onların
bərpasının qarşısını almaq və ərazinin eko-
loji balansını nizamlamaq qabilliyyətinə ma-
lik olan yeganə vasitədir.
1950-1960-cı illərdə Kür-Araz düzənli-
yində meliorativ tədbirlərin həyata keçiril-
məsi geniş vüsət tapmışdır. Artıq 1980-cı il-
lərdə Azərbaycanda şoranlaşmış ərazilərdə
tikilmiş kollektor-drenaj şəbəkələrinin uzun-
luğu 25 min km-ə, onun xidmət etdiyi sahə
isə 550 min ha-a çatdırılmışdır. Bundan əla-
və geniş ərazilərdə yuma və hamarlama işlə-
ri aparılmışdır. Bu tədbirlərin nəticəsi olaraq
keçmiş şoranlar müsbət torpaqlara çevrilmiş
və kənd zəhmətkeşlərinə yüksək məhsul əldə
etmək üçün zəmin yaradılmışdır. Ancaq isti-
fadədə olan meliorasiya olunmuş torpaqlar-
dan əldə edilən məhsuldarlıq nəzərdə tutu-
landan xeyli aşağı olmuşdur. Bu da kənd tə-
sərrüfatı istehsalının səmərəliliyini aşağı sa-
lırdı.
Bu çatışmamazlıqların səbəbi o zamanlar
Kür-Araz ovalığının ayrı-ayrı rayonlarının
ərazisində yerləşən və müxtəlif su-fiziki xü-
sussiyətlərə malik olan torpaq qruntlarında
baş verən bir sıra prosesləri öyrənmək imka-
nı verən elmi-tədqiqat metodlarının olması
olmuşdur. Meliorasiya olunan torpaq-qrunt-
larda baş verən prosesləri öyrənmək imkanı
verən tədqiqat metodu su və duz balansları-
nın birgə öyrənilməsi onun nizamlanması və
optimallaşdırılması ola bilər. Odur ki, Kür-
Araz ovalığının müxtəlif rayonlarında, su-fi-
ziki və kimyəvi xüsussiyətlərinə görə biri di-
gərindən fərqlənən təcrübə sahələrində uzun
müddət ərzində su-duz balansı öyrənilmiş-
dir.
Keçən əsrin 50-60-cı illərində Gürcüstan
və Dağıstan respublikalarından qış aylarında
eşalonlarla doldurularaq Kür-Araz ovalığına
gətirilən 100 minlərlə qoyun sürüləri burada
qışlayırdı. Mil, Muğan və Şirvan düzlərinin
qış otlaqları Azərbaycanla yanaşı iki qonşu
respublikadan gətirilən qoyunların otarılması
üçün kifayət edirdi. Hazırda keçmiş qış
otlaqlarının bir çox yerində torpaq və bitki
örtüyü o qədər çılpaqlaşmışdır ki, onlar qış
otlaqları kimi əhəmiyyətini itirmişdir. Bunun
da nəticəsində Kür-Araz ovalığında səhralaş-
ma prosesi sürətlənmişdir. Ümumiyyətlə,
ovalıqda səhralaşma prosesinin əmələ gəl-
məsində bitki örtüyünün və iqlim xüsusiy-
yətlərinin xüsusi rolu vardır.
Səhralaşma əsasən həddən artıq istifadə
olunmş örüşlərdə torpaqların münbitliyi
azalmış və torpaq strukturu pozulmuş dəmyə
əkinçiliyi sahələrində də özünü büruzə verir.
Bu problemin qarşısının alınması üçün mü-
barizə tədbirlərinin istiqaməti indiqatorların
müəyyən edilməsinə yönləndilməlidir. Belə
ki eroziya və şoranlaşmanın qarşısı alınmalı,
fitomeliorativ tədbirlər görməklə landşaftları
yaxşılaşdırmalı, düzgün suvarma aprılmalı
və torpaqqoruyucu meşələr qorunmalı və ye-
niləri salınmalıdır. Ümumiyyətlə, ovalıqda
fitosenozu qorumalı, onun səciyyəvi tərkibi-
ni saxlamaq zəruridir. Qeyd etmək lazımdır
ki, ovalıqda fitosenozu əmələ gətirən növ,
əsasən ətirli yovşandır. Efemer senozunun
tərkbində soğanaqlı qırtıc (Poa bubosa), dən-
li bitkilərdən birillik efemerlər, xaççiçəklər,
mürəkkəb çiçəklər və başqaları səciyyəvidir.
Yovşan yarımsəhra zonasında əsasən qış ot-
lağı kimi istifadə edilir. Yovşanlı ot örtüyü-
nün məhsuldarlığı hektarda 8-9 sentner təş-
kil edir.
Kür-Araz ovalığının təbii bitki örtüyü insa-
nın əsaslı meliorativ tədbirləri nəticəsində
xeyli fluktuasiyaya uğramışdır. Belə ki, təbii
bitki örtüyü öz ilkin bərpasını zəiflətmiş,
yovşanlıqlar isə intensiv otarmaya məruz
qalmışdır. Türyançay, Girdimançay, Göyçay
mənsəblərində çala bitkiləri lokal səviyyə
daşısa da demək olar ki, deqradasiyaya uğra-
mışdır. Bunlardan su çayırı, dəvətikanı, bi-
yan və s-ni göstərmək olar.
Ekoloji problemlər. Yüksək antropo-
gen gərginlik nəticəsində və eləcə də Kür-
Araz ovalığında aqrolandşaftın geniş yayıl-
ması ilə əlaqədar bitki formasyaları tədricən
sıradan çıxmaqdadır. Burada torpaq-bitki ör-
tüyü xüsusən lokal səciyyə daşıyan səhra fi-
tesenozlarında deqradasiyaya uğramasını də-
rinləşdirir.
Kür-Araz ovalığının geniş örüş sahələrin-
dən qış otlaqları kimi istifadə olunması nəti-
cəsində onların sahəsi 3 mln. hektardan 1
Еколоэийа вя су тясяррцфаты ъурналы, №2, май 2014
9
mln ha-a qədər azalmışdır. Otarmanın inten-
siv və nizamsız aparılması nəticəsində sahə-
lərdə bitki örtüyü deqradasiyaya uğrayaraq
səhralaşma ehtimalını gücləndirmişdir.
Ovalığın bitki örtüyünün təhlili göstərir ki,
təbii amillərlə yanaşı antropogen gərginlik
torpaq və bitki örtüyünün deqradasiyaya uğ-
ramasına şərait yaratmış və nəticədə çox
zəngin oazis Kür-Araz ovalığının böyük his-
səsi səhralaşma prosesinə məruz qalmışdır.
Torpaqların temperatur rejiminin səhralaş-
ma prosesində bir amil kimi rolu böyükdür.
Ümumiyyətlə, quraq ərazilərdə, xüsusən yay
aylarında günəş radiasiyası yüksək 128,5-
134,0 kkal/sm² olur. Qeyd etmək lazımdır ki,
torpaq temperaturu ilə havanın temperaturu
arasında fərq çox az olur. Bundan başqa
torpağın üst qatının rəngi, mexaniki tərkibi,
nəmliyi, bitkilərlə örtüyünün və s. onun
temperatur rejiminə böyük təsiri vardır. Yay
aylarında torpaq səthinin və onun üzərində
hava qatının temperaturunun yüksək olması
səhralaşma
prosesinin intensivləşməsinə
güclü təsir göstərir.
Ovalığın şərq hissəsində seyrək efemer
örtüyünə malik olan sahələrdə yağıntılardan
sonra şor torpaqların orta temperaturu 34º,
maksimum isə 71º-yə çatır ki bu da səhralaş-
manın başlıca meyarı kimi öz təsirini göstər-
məkdədir.
Səhralaşmanın əmələ gəlməsi kompleks
təbii və antropogen amillərin birgə təsiri nə-
ticəsində baş verir. A.Q. Babayev və başqa-
larının göstərdiyi kimi səhralaşma prosesi
məlum olan 45-dən çox amilin birgə təsirin-
dən əmələ gəlir.
Bu amillərin 87%-i insanlar tərəfindən
su-torpaq ehtiyatlarının səmərəsiz istifadəsi
ilə əlaqədərdir. Səhralaşmanı əmələ gətirən
çoxlu amillər içərisində iqlim həlledici təsirə
malikdir. İqlim amillərindən rütubət, hərarət,
nisbi rütubət, küləklər, radiasiya, buxarlan-
ma xüsusiyəti kəsb edir.
Bildiyimiz kimi, Kür-Araz ovalığında
quru-bozqırlar iqlim tipi hakimdir. Ərazinin
yayı quru və isti, qışı isə mülayimdir. Ümu-
miyyətlə, ovalığın iqlimi bir çox kənd təsər-
rüfatı bitkilərinin suvarılarkən becərilməsi
üçün əlverişlidir. Vegitasiya dövründə hidro-
termik rejimdən asılı olaraq səhralaşma pro-
sesi özünü müxtəlif intensivliklərdə büruzə
verir. Termik rejimə yerli şəraitin, mikrorel-
yefin, yeraltı suların səviyyəsinin, bitki örtü-
yünün vəziyyəti və s-nin təsiri vardır. Bu re-
jim əsasən Xəzər dənizi və dağların təsiri
altında formalaşır.
Torpaq bitki örtüyünün səhralaşmasında
yağıntıların böyük rolu vardır. Yağıntıların il
boyu rejimi, hava kütlələrinin qarşılıqlı əla-
qəsi və hərəkətindən aslıdır. Ovalığa müxtə-
lif istiqamətlərdən axan hava kütlələri öz
fiziki xassələrinə görə, əsasən isti-quru və
qismən soyuq-rütubətli olurlar.
Yağıntıların düşməsi isə soyuq hava küt-
lələrinin əraziyə daxil olması ilə əlaqədardır.
Yağıntıların orta illik miqdarı 290-503 mm
arasında tərəddüd edir. Səthi buxarlanmanın
miqdarı isə yağıntılardan 3-3,5dəfə çoxdur.
Qeyd etmək lazımdır ki, səthi buxarlanma
yayda daha yüksək olduğundan səhralaşma
prosesi şiddətlənir.
Dostları ilə paylaş: |