Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin, Səhiyyə Nazirliyinin və
Vəkillər Kollegiyasının birgə təşkilat-
çılığı ilə Culfa rayonunun Ərəzin kən-
dində “Ailələrdə sağlam həyat tərzinin
aşılanması, reproduktiv sağlamlıq, erkən
və qanqohumluğu nikahlarının fəsadları”
mövzusunda tədbir keçirilib.
Tədbiri Culfa Rayon İcra Hakimiy-
yəti başçısının müavini Allahverdi Qa-
sımov açaraq belə tədbirlərin əhəmiy-
yətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Ramilə Seyidova
“Ailədə qadının sağlam həyat tərzi aşı-
lamasında əsas rolu” mövzusunda çıxış
edərək bildirib ki, muxtar respublikada
qadınlar və gənc ailələr arasında rep-
roduktiv sağlamlıq və ailə planlaşdı-
rılması, eləcə də qadınların ailədə üzə-
rinə düşən vəzifələrin düzgün yerinə
yetirilməsi məqsədilə maarifləndirmə
işinin daha geniş surətdə aparılması və
qadınların sağlamlığının mühafizəsi sa-
həsində tibbi xidmətin keyfiyyət və sə-
mərəliliyinin yüksəldilməsi diqqət mər-
kəzindədir. Bunun nəticəsidir ki, ana
və uşaq ölümü hallarının qarşısının
alınmasında müsbət göstəriciyə nail
olunub. Bundan əlavə, Azərbaycan Res-
publikası Prezidentinin 2014-cü il 13
iyun tarixli Sərəncamı ilə “Ana və
uşaqların sağlamlığının yaxşılaşdırıl-
masına dair 2014-2020-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi
dövlətin bu sahəyə dəstəyinin davamıdır.
Komitə sədrinin sözlərinə görə, ailə
öz mahiyyətini və funksiyasını o zaman
bütövlükdə yerinə yetirmiş olur ki, hər
bir ailə üzvü üzərinə düşən vəzifələrin
məsuliyyətini dərk etsin. Bu mənada
qadın böyük rola malikdir. Ailə dəyər-
lərini qoruyub saxlayan, nəsildən nəslə
ötürən qadındır. O, övladının maddi
ehtiyaclarını təmin etməklə yanaşı, onu
aydın düşüncəyə, saf əqidəyə və ədəb-
ərkana yiyələndirməli, bu yolla onun
gələcəyini qurmalıdır. Bu, cəmiyyətin
gələcəyini qurmaq deməkdir.
Sonra Naxçıvan Muxtar Respublikası
Vəkillər Kollegiyasının sədr müavini
Arif Ağayev “Qadın hüquqları”, Doğum
Mərkəzinin həkim-ginekoloqu, tibb
üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva
“Keser əməliyyatı, onun ana və uşağa
mənfi təsiri” mövzularında çıxış edərək
qadınların sağlamlıqlarının qorunması
yolları, reproduktiv sağlamlıq barədə
slayd vasitəsilə tədbir iştirakçılarına
məlumatlar veriblər.
Sonda tədbir iştirakçılarının sual -
ları cavablandırılıb, onlara müvafiq
mövzularda maarifləndirici broşürlər
paylanılıb.
Cəmiyyət üçün yararlı vətəndaşlar
sağlam ailədə yetişir
İki turda nəzərdə
tutulmuş olimpiadada
iştirak etmək üçün
muxtar respublikanın
3 ali, 3 orta ixtisas
təhsili müəssisələrin-
dən, o cümlədən
Naxçıvan şəhəri də
daxil olmaqla muxtar
respublikanın 7 rayonu üzrə 176 tam orta ümumtəhsil məktəbindən,
ümumilikdə, 981 tələbə və şagird qeydiyyata alınıb.
Olimpiadanın ilk turu noyabrın 5-də Naxçıvan şəhəri üzrə
12 nömrəli tam orta məktəbdə, həmçinin bütün rayon mərkəz-
lərində keçirilib. Olimpiadada Naxçıvan şəhəri və muxtar res-
publikanın 7 rayonunun 176 məktəbinin 677 X-XI sinif şagirdi
iştirak edib. Test üsulu ilə keçirilən birinci turda məktəblilər
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası
konstitusiyalarına, muxtariyyətin tarixi və hüquqi əsaslarına
dair 60 sual üzrə biliklərini sınayıblar.
Qeyd edək ki, noyabrın 8-də analoji olimpiada muxtar res-
publikanın ali və orta ixtisas təhsili müəssisələrinin II-III kurs
tələbələri arasında keçiriləcək. Onlar da birinci mərhələdə 60
suala cavab verəcəklər.
Olimpiadanın nəticələri dövlət qurumları və elm, təhsil müəs-
sisələrinin nümayəndələrindən ibarət yaradılan münsiflər heyəti
tərəfindən yoxlanılacaq. Olimpiadanın II (yekun) turunda ən
yüksək bal toplayan tələbə və şagirdlər qalib elan ediləcəklər.
Hüquq olimpiadasına start verilib
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsman) və Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Res-
publikasının 90 illik yubileyinə həsr olunmuş muxtar res-
publikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri,
habelə ümumtəhsil məktəblərinin şagirdləri arasında hüquq
olimpiadasına dünən start verilib.
Dünən Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
Naxçıvanşünaslıq Mərkəzində
Naxçıvan Dövlət Univesiteti-
nin Tarix-filologiya fakültə-
sinin II kurs tələbələrinin iş-
tirakı ilə açıq dərs keçilib.
Açıq dərsdə AMEA Naxçıvan
Bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun şöbə mü-
diri, AMEA-nın müxbir üzvü Vəli
Baxşəliyev “Naxçıvanın Son Tunc
və Erkən Dəmir dövrləri abidələri”
mövzusunda mühazirə oxuyub. Bil-
dirib ki, Son Tunc dövrü abidələri
arxeoloji ədəbiyyatda Son Tunc və
Erkən Dəmir dövrlərinin nümunələri
kimi xarakterizə edilib. Tunc döv-
ründən Dəmir dövrünə keçid olan
bu mərhələ, başlıca olaraq, eramız-
dan əvvəl II minilliyin ikinci yarısını
əhatə edir. Arxeoloji abidələrin təd-
qiqi göstərir ki, e.ə. II minilliyin
ikinci yarısından başlayaraq Azər-
baycan ərazisində yaşayan tayfaların
sosial-iqtisadi və mədəni həyatında
xeyli irəliləyiş olub. Bunu muxtar
respublikamızda Araz vadisindəki
I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qı-
zılburun və digər yaşayış yerlərindən
əldə olunmuş arxeoloji abidələr də
sübut edir. Мəlum olduğu kimi, bu
yaşayış yerlərində Tunc dövrünün
əvvəlki mərhələlərində də əhali
məskunlaşıb. Son Tunc dövründə
bu abidələrdə Orta Tunc dövrü üçün
xarakterik olan boyalı qabların is-
tehsalı davam edib.
Qeyd olunub ki, I Kültəpə yaşayış
yerinin bu dövrə aid mədəni təbəqəsi
abidənin üzərindən 1,5-2,5 metr
dərinliyədək davam edir. Bu təbəqə
digər təbəqələrlə müqayisədə ol-
duqca kiçik bir sahədə qalıb. I Kül-
təpənin bu dövrə aid təbəqəsində
tikinti qalıqları qeydə alınmayıb,
yalnız uçub tökülmüş kərpic və çay
daşlarına rast gəlinib. Burada ocaq-
ların ətrafına yığılmış kül təbəqələri,
gil qab parçaları və osteoloji qalıqlar
qeydə alınıb. Bu təbəqədən Naxçı-
van boyalı qablarının dördüncü
mərhələsi üçün xarakterik olan gil
məmulatı, habelə Xocalı-Gədəbəy
mədəniyyətinin xüsusiyyətlərini əks
etdirən gil qablar tapılıb. II Kültəpə
yaşayış yerində isə Son Tunc və
Erkən Dəmir dövrlərinə aid təbəqə
ən üstdə yerləşdiyindən yaxşı qal-
mayıb. Burada daş və çiy kərpicdən
tikilmiş, lakin uçub dağılmış divar
qalıqları, ocaq yerləri, boyalı və
boyasız gil qab parçaları və osteoloji
qalıqlar aşkar olunub. Boz rəngli
gil qablar arasında Xocalı-Gədəbəy
mədəniyyəti üçün xarakterik olan
göbələkşəkilli çıxıntısı olan qablara
tez-tez rastlanır. Şahtaxtı yaşayış
yerində isə Son Tunc və Erkən Də-
mir dövrlərinə aid mədəni təbəqə
daha yaxşı qalıb. Şahtaxtının bu
dövrə aid mədəni təbəqəsi boz rəngli
keramikanın üstünlük təşkil etməsi
ilə xarakterizə olunur.
Mühazirəçinin sözlərinə görə,
ümumiyyətlə, muxtar respublika
ərazisindəki müxtəlif qədim yaşayış
məntəqələrində Son Tunc və Erkən
Dəmir dövrləri abidələrinə çox rast
gəlinir ki, bu da, əsasən, nekropol-
larda, müxtəlif tikililərdə, eyni za-
manda qalatipli abidələrdə özünü
göstərir. Vurğulanıb ki, əsasən, e.ə.
II minilliyin ikinci yarısı ilə tarix-
ləndirilən müdafiə istehkamlarının
bir qrupundan yaşayış yeri kimi is-
tifadə olunub. Naxçıvan abidələrində
Orta Tunc dövründə inşa edilmiş
müdafiə divarları, ehtimal ki, Son
Tunc dövründə də bərpa edilərək
istifadə edilib. Bu dövrdə ətrafı
möhkəmləndirilmiş yaşayış yerləri
müdafiə baxımından əlverişli ol-
madığından təbii cəhətdən müdafiə
olunan yüksək dağlıq zonalarda qa-
lalar salınıb. Naxçıvanda Çalxan-
qala, Vayxır qalası və Qazançıqala
belə abidələrdəndir.
Sonda mövzu ilə bağlı tələbələrin
sualları cavablandırılıb.
“Muxtariyyət ili” ilə əlaqədar açıq dərslər davam etdirilir
Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 212 (21.113)
6 noyabr 2014-cü il, cümə axşamı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Böyük Britaniyanın
Avropa məsələləri üzrə naziri Devid Lidinqtonu qəbul edib.
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Bakıda böyük inkişaf
proseslərinin şahidi olduğunu məmnunluqla vurğuladı.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə yüksək səviyyədə olduğu bildirildi, iqtisadi əməkdaşlıq sahəsində energetikanın
prioritet təşkil etdiyi vurğulanaraq bu istiqamətdə Böyük Britaniyanın bp şirkətinin
Azərbaycanın əsas tərəfdaşı olduğu qeyd edildi, mühüm infrastruktur layihələrinin
perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və
qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi.
Rəsmi xronika
Digər bölgələrimiz kimi, “Mux-
tariyyət ili”ndə Şahbuz rayonunda
da quruculuq tədbirlərinin həcmi
artıb, coğrafiyası xeyli genişlənib.
Ötən həftə rayon mərkəzində 2
yeni obyektin – Şahbuz şəhər 2
nömrəli tam orta məktəbi və şəhər
mərkəzi binalarının açılış mərasim-
ləri olub. Hazırda quruculuq təd-
birləri daha bir neçə ünvanda davam
etdirilir. Belə ünvanlardan biri Nursu
kəndidir. Bu yaşayış məntəqəsində
kənd məktəbinin binası yenidən qu-
rulan obyektlər sırasındadır. İki
mərtəbədən ibarət olan məktəb bi-
nası 234 şagird yerlikdir. Məktəbə
1 əlavə korpus artırılıb. Buraya ki-
fayət qədər texnika və işçi qüvvəsi
cəlb edilib. Bu isə inşaat işlərinin
sürətlə və keyfiyyətlə aparılmasına
imkan verib. Naxçıvan Muxtar Res-
publikası Dövlət Şəhərsalma və Ar-
xitektura Komitəsinin Şahbuz Rayon
İdarəsinin bir qrup inşaatçısı öhdə-
sinə götürdüyü quruculuq tədbirini
vaxtında başa çatdırmaq üçün səyini
əsirgəmir.
Digər bir obyekt kənddə fəaliyyət
göstərən qurumların birgə işini təşkil
etmək üçün inşa olunan kənd mər-
kəzidir. Adıçəkilən idarənin inşa-
atçıları qısa müddət ərzində 2 mər-
təbədən ibarət olan, müasirtipli la-
yihə əsasında inşa edilən binada
bir çox işləri başa çatdırıblar. Mər-
kəzdə icra nümayəndə liyi, bələdiyyə,
Yeni Azərbaycan Partiyası ərazi ilk
təşkilatı, klub, kitabxana, polis sahə
və baytarlıq məntəqələri fəaliyyət
göstərəcək. Həmçinin mərkəzdə ra-
bitə evi də yerləşəcəkdir.
Daha bir quruculuq tədbiri kənd-
də inşa olunan həkim ambulatori-
yasıdır. Bu bina da 2 mərtəbədən
ibarətdir. Tibb ocağında yaradılacaq
şərait kənd adamlarına səhiyyə xid-
mətinin lazımi səviyyədə qurulma-
sına imkan verəcək.
Kənd sakinləri kənddə inşa olu-
nan xidmət mərkəzini onlara gös-
tərilən növbəti dövlət qayğısı kimi
dəyərləndirirlər. Xidmət mərkəzində
mağazalar, ət satışı dükanı, bərbər
və gözəllik salonu fəaliyyət göstə-
rəcək. Hazırda obyektdə son tamam -
lama işləri aparılır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin Babək Rayon İdarəsinin
inşaatçıları isə Xalq şairi Məmməd
Arazın ev-muzeyinin inşası ilə məş-
ğuldurlar.
Ucqar bir dağ kəndində kompleks
quruculuq tədbirlərinin aparılması
insanların qurub-yaratmaq əzminə
müsbət təsirini göstərib.
Nursuda beş
quruculuq
ünvanı
Xəbərlər şöbəsi
2
2014-cü ilin oktyabr ayı ər-
zində də hava limanında əhaliyə
keyfiyyətli xidmət təşkil olun-
muşdur. Ötən ay ərzində yerli
hava xətti ilə 24 min 395 sərnişin,
396 min 265 kiloqram baqaj, 36
min 823 kiloqram yük və 2 min
332 kiloqram poçt daşınması hə-
yata keçirilmişdir. Beynəlxalq
hava xətti ilə Naxçıvan-Moskva
istiqaməti üzrə 339 sərnişin, 5
min 887 kiloqram baqaj, Naxçı-
van-İstanbul reysi ilə 478 sərnişin
və 5 min 567 kiloqram baqaj
daşınmışdır.
Hava nəqliyyatına tələbatın
artması xidmətin keyfiyyətinin
də mütəmadi olaraq yüksəldil-
məsini şərtləndirir. Buna görə
də hava limanı əməkdaşlarının
peşəkarlığının artırılması istiqa-
mətində də işlər davam etdiril-
mişdir. Ötən ay daşımaların təşkili
və koordinasiyası xidmətinin şəx-
si heyəti Bakı şəhərində Milli
Aviasiya Akademiyasında kurs-
lara cəlb edilmişdir.
Payız-qış mövsümündə hə-
rəkətin təhlükəsizliyinin təmin
olunması məqsədilə bütün zəruri
tədbirlər yerinə yetirilmiş, hava
gəmiləri və texniki avadanlıqlar
texniki baxışdan keçirilmiş, uçuş-
enmə zolağı, sükanlanma yolu
və perronda cari təmir işləri apa-
rılmışdır. Uçuş-enmə zolağında
betonların arasında olan dərzlər
yenisi ilə əvəz olunmuşdur. Açıq
və örtülü drenaj xətləri yoxla-
nılmış, işlərin təhlükəsiz yerinə
yetirilməsi üçün texniki işçilərlə
məşğələ keçilmiş, aerodrom qış
mövsümünə hazır vəziyyətə gə-
tirilmişdir. Hava gəmilərinə xid-
mət edən xüsusi maşın və tex-
nikalara mövsümi və reqlament -
ləşdirilmiş texniki xidmət gös-
tərilmişdir. Həmçinin bu dövrdə
teleskopik trapların quraşdırıl-
ması işi tamamlanmış, onların
dayanacaq yerləri təşkil olunmuş
və markalanmış, xidməti işçilər
üçün yeni bina istifadəyə veril-
mişdir. Hazırda aerovağzal bi-
nasında əsaslı təmir işləri davam
etdirilir.
Uçuşların elektrik-işıq tex-
nikası təminatı, istilik və sani-
tariya texnikası ilə təchizat xid-
mətləri də 2014-2015-ci ilin pa-
yız-qış mövsümünə tam hazırdır.
Bu məqsədlə bütün növ güc
transformatorları və elektrik
paylayıcıları texniki nəzarətdən
keçirilmiş, güc kabellərinin saz-
lığı yoxlanılmış, requlyatorlar
üzərindəki 60 akkumulyator ba-
tareyaları yenisi ilə əvəz edil-
mişdir. Hava limanı ərazisində
olan bütün işıqlandırma vasitə-
lərinə texniki xidmət göstərilmiş,
onların işədüşmə və sönmə vaxt-
ları gün rejiminə uyğun olaraq
qurulmuşdur. Oktyabr ayı ər-
zində təhlükəsizlik sisteminin
gücləndirilməsi istiqamətində
də bir sıra işlər görülmüşdür.
Aerodrom ərazisini və xidmət
sahələrini daim nəzarətdə sax-
lamaq üçün əlavə olaraq 10 ədəd
müşahidə kamerası quraşdırıl-
mışdır. Yeni qurulmuş avtomat
telefon stansiyasına 800 metr
uzunluğunda fiber-optik kabel
çəkilərək mərkəzləşmiş şəbəkəyə
qoşulmuşdur.
Yanacaq-sürtgü materialları
təminatı da lazımi səviyyədə ye-
rinə yetirilmiş, yanacaqdolduran
maşınlar yoxlamadan keçirilmiş-
dir. Çənlərdə olan bütün vintillərə
nəzarət olunmuş, təmirə ehtiyacı
olanlara texniki qulluq göstəril-
mişdir. Oktyabr ayı ərzində
“AZALOİL” Yanacaq-Sürtgü
Materialları İdarəsindən 204 min
litr təyyarə yanacağı, 1800 litr
dizel yanacağı daşınaraq yana-
caq-sürtgü materialları anbarına
tədarük olunmuşdur. Hazırda
“MAN” markalı 2 yanacaqdaşı-
yan avtomaşın təyyarə yanacağı
daşıyır. Bundan başqa, hava gə-
milərinin buzlaşmasının qarşısı-
nın alınmasında mühüm vasitə
olan 8 min 800 litr “Kilfrost DF
Plus” və 34 min 900 litr “Kilfrost
ABC k Plus” tipli maye tədarük
olunmuşdur. Mayelərin keyfiyyət
göstəriciləri xüsusi təminat la-
boratoriyasında analizdən keçi-
rilmiş, istifadə üçün tam yararlı
olduğu təsdiq olunmuşdur.
Yeni texnikaların alınıb gəti-
rilməsi də işin keyfiyyətinin artı-
rılmasına xidmət edir. Odur ki,
bu istiqamətdə işlər davam etdi-
rilir. Yeni alınmış “MAN TGS-
18.360” və “VOLVO FM
TRUCK” yəhərli dartıcı “TJS630”
markalı qartəmizləyici ilə təchiz
olunmuş, “SUPRA-5001” mar-
kalı frezer-rotor qartəmizləyən
avtomobil hazır vəziyyətə gə-
tirilmişdir. Əlavə olaraq, yeni
alınmış üçüncü yanacaqdaşıyan
“MAN TGX18-400” yəhərli
dartıcı avtomobil noyabr ayın-
dan işə salınmışdır.
Muxtar respublikada iqtisadiyyatın dinamik
inkişafı təmin olunub, sahibkarlıq subyektlərinin
fəaliyyətinin stimullaşdırılması və genişləndi-
rilməsinə dövlət maliyyə dəstəyi göstərilib, iş
adamlarının normal fəaliyyəti üçün əlverişli
biznes mühiti formalaşdırılıb, yeni istehsal və
xidmət sahələri, idxaləvəzləyici və ixracyönümlü
məhsullar istehsal edən emal və sənaye müəs-
sisələri yaradılıb.
Aparılan uğurlu islahatlar nəticəsində sənaye
məhsulunun həcmi ilbəil artıb, muxtar res-
publikada istehsal olunan sənaye məhsulunun
93,2 faizi özəl sektorun payına düşüb.
Son illər yaradılan müəssisələrdən biri də
Naxçıvan şəhərində fəaliyyət göstərən “Dekor
Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Müəssisənin direktoru Ələddin Allahverdiyev
bildirdi ki, özəl bölməyə, sahibkarlıq fəaliy-
yətinə göstərilən dövlət qayğısından bu müəssisə
də bəhrələnib. Xammal və hazır məhsulların
ağırtonnajlı yük avtomobilləri ilə daşınması
üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi
avtomobil yolunun kənarında müəssisə üçün
15 min kvadratmetr torpaq sahəsi ayrılıb.
2013-cü ilin may ayından inşaat işlərinə baş-
lanılıb, əraziyə elektrik, qaz, su və kanalizasiya
xətləri çəkilib.
İnşaat işlərinin vaxtında və keyfiyyətlə apa-
rılması üçün müəssisəyə təcrübəli mütəxəssislər
cəlb olunub, 3 istehsal sahəsi, xammal və
hazır məhsulların saxlanılması üçün anbar,
ayrı-ayrı iş otaqları və sərgi-satış salonu olan
inzibati bina, iaşə xidməti göstərilməsi üçün
yeməkxana istifadəyə verilib.
Layihəyə uyğun olaraq, laminat-mətbəx
dəzgahı, PVC akrilik parlaq panellər və melamin
örtüklü plitələr istehsal olunması nəzərdə
tutulan müəssisədə artıq laminat-mətbəx dəzgahı
və PVC akrilik parlaq panellər istehsalı sahə-
lərində İtaliyanın “Omma” və “Osoma”, Al-
maniyanın “IDM”, Türkiyənin “AS Metal”
və “Türk makina” şirkətlərinin istehsalı olan
və kompüterlə idarəetmə mərkəzi ilə təmin
edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb,
istehsal prosesi avtomatlaşdırılıb. Texnoloji
proseslərə və texniki təhlükəsizlik qaydalarına
ciddi əməl olunan müəssisədə istehsal prosesi
konveyer üsulu ilə təşkil olunub, keyfiyyətli
məhsul istehsalı üçün əlverişli şərait yaradılıb.
Həmçinin müəssisədə havalandırma sistemi
qurulub, istehsal prosesi zamanı yaranan tozun
və tullantıların kompressorlar vasitəsilə sexdən
kənarlaşdırılması və xüsusi bunkerlərə yığılması
təmin edilib.
Hər birinin istehsal gücü gündə 10 min
ədəd mebel materialları olan yeni istehsal sa-
hələrində xammal ayrı-ayrı mərhələlərdən keç-
məklə rəng olaraq 100 çeşiddən çox məhsul
istehsal edilir. Əvvəllər ölkəmizdə, o cümlədən
muxtar respublikamızda fəaliyyət göstərən
mebel istehsalı müəssisələrinə hazır materiallar
xarici ölkələrdən idxal olunub əlavə daşınma
xərci çəkilirdisə, bu müəssisənin fəaliyyətə
başlaması ilə həmin problemlər aradan qaldı-
rılıb, istehsal müəssisələri vaxtında və key-
fiyyətli mebel materialları ilə təmin olunub.
Yeni istehsal müəssisəsinin fəaliyyətə baş-
laması daxili bazarı keyfiyyətli məhsullarla
təmin etməklə yanaşı, əhalinin məşğulluğunun
təmin olunmasında da mühüm rol oynayıb.
Hazırda müəssisədə 60 nəfər çalışır. Onu da
qeyd edək ki, müasir texnoloji avadanlıqlardan
səmərəli istifadə etməyi bacaran ixtisaslı mü-
təxəssislərin hazırlanması da diqqət mərkəzində
saxlanılır, müəssisədə çalışan işçilərin Türkiyə
Respublikasında ixtisasartırma kurslarında iş-
tirakı təmin olunur. Bu da imkan verir ki,
istehsal prosesi yerli mütəxəssislər tərəfindən
həyata keçirilsin.
Gələcəkdə müəssisədə yeni istehsal sahəsinin
– melamin örtüklü plitələr istehsalı sahəsinin
istifadəyə verilməsi nəzərdə tutulur ki, buraya
da mebel avadanlıqları istehsalında qabaqcıl
təcrübəyə malik, dünyada məşhur olan Alma-
niyanın “Wemhoner” şirkətinin avadanlıqları
alınıb gətiriləcək və idxal olunan dəzgahlar
həmin şirkətin mütəxəssisləri tərəfindən qu-
raşdırılacaqdır. Melamin örtüklü plitələr istehsalı
sahəsi istifadəyə veriləndən və müəssisə tam
gücü ilə işləyəndən sonra, ümumilikdə, 110
nəfər daimi işlə təmin ediləcək.
Mebel materialları istehsal edilən bu müəs-
sisə muxtar respublikamızda yeganə müəssi-
sədir. Yeni müəssisədə istehsal olunan məhsullar
daxili bazarın tələbatını tamamilə ödəməklə
yanaşı, ölkəmizin digər regionlarında da satışa
çıxarılır, gələcəkdə xarici ölkələrə ixrac olun-
ması nəzərdə tutulur.