Naxçıvan: uydurmalar və tarixi həqiqətlər



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix06.05.2017
ölçüsü0,99 Mb.
1   2   3   4   5   6   7   8   9

II 
Ermənistan  Respublikası,  müxtəlif  erməni  siyasi  qüvvələri  «Böyük 
Ermənistan»  xülyası ilə  yaşayırlar.  Bu  xulya  naminə  zaman-zaman  gah bir  qonşu 
dövlət,  gah  da  hamısı  birlikdə  erməni  təbliğatının  geniş  miqyaslı  ideoloji 
hücumlarına və digər erməni təxribatlarına məruz qalır. Keçən əsrin 70-ci illərində 
əsas  təxribat    hədəfi  Türkiyə  seçilmişdi.  Türkiyənin  şərq  viayətlərini  «azad  edib» 
Ermənistan  SSR-yə  birləşdirməyi  özünün  strateji  məqsədi  elan  edən  ASALA-nın 
(Ermənistanı  azad  etmək  uyğunda  gizli  erməni  ordusu)  dünya  miqyasında  türk 
diplomatlarına qarşı qanlı terroru, ABŞ konqressində «Erməni genosidi» haqqında 
qətnamə  qəbul  etmək  məsələsi  ətrafında  aparılan  kampaniya  çoxumuzun 
yadındadır.  
Bu  kampaniyaya ABŞ-dakı Erməni partiyaları - Erməni inqilabi federasiyası 
(daşnak),  Erməni  sosial-demokrat  partiyası  və  Erməni  demokrat  liqası  başçılıq 
edirdilər. 1985-ci il aprelin 13-də onlar «Armenian uikli» qəzetində birgə bəyanat 
dərc  etdilər.  Orada  deyilirdi  ki,  «bizim  ərazi  tələblərimiz  yalnız  Türkiyəyədir».
17
 
Bu bəyanatda Naxçıvan, eləcə də Dağlıq Qarabağ hələ hallanmırdı.  
1985-ci il dekabrın 11-də Fransada ermənicə çıxan «Qamk» qəzetində daşnak 
partiyasının  siyasi  manifesti  dərc  olundu.  Manifest  «Birləşmiş  Ermənistan  » 
yaratmağı  başlıca  məqsəd  elan  edərək  «Birləşmiş  Ermənistan»ın  dövlət 
sərhədlərini müəyyənləşdirdi: 
a) 
«Birləşmiş 
Ermənistan»ın 
sərhədləri 
Sevr 
müqaviləsi 
ilə 
müəyyənləşdirilmiş  əraziləri,  Naxçıvan,  Axalkələk  və  Qarabağ  rayonlarını  əhatə 
etməlidir  (10  avqust1920-ci  ildə  Fransanın  Sevr  şəhərində  imzalanan  müqavilə 
Türkiyənin ərazisini bölüşdürməyi nəzərdə tuturdu. Lozanna sülh konfransı (1923) 
Sevr müqaviləsini ləğv etdi); 
b)  Səpələnmiş  erməni  əhalisi  müstəqil  milli  əraziyə  repatriasiya  edilməli  və 
bütün erməni xalqı bu ərazidə cəmləşməlidir; 
v) Erməni xalqına qarşı «genosidə» görə Türkiyə kompensasiya verməlidir.
18
 

Tofiq Köçərli                                    - 16 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Aprelin 21-də ABŞ-da olan erməni partiyaları yeni bir bəyanat yaydılar. Đddia 
etdilər  ki,  1915-ci  ildə  Türkiyə  bir  milyon  yarım  ermənini  qətlə  yetirmiş,  qalan 
erməniləri isə ölkədən sürgün etmişdir. 
O zamanlar Türkiyədə nə qədər erməni olmuşdur?  
Mesrop  Q.Qriqoryanın  fantastikasına  görə,  təkcə  Anadoluda  «üç  milyon» 
erməni olmuşdur.  
Halbuki  erməni  patriarxatının  məlumatına  görə,  1912-ci  ildə  ümumiyyətlə 
Osmanlı imperiyasında 2 milyon 100 min erməni yaşamışdır.  
1977-ci ildə Londonda çap olunmuş «Osmanlı imperiyasının tarixi və müasir 
Türkiyə»  kitabında  (ingiliscə)  göstərilir  ki,  1882-1914-cü  illərdə  Osmanlı 
imperiyasında ermənilərin sayı 1 milyon 300 mindən çox olmamışdır.  
ABŞ  müəllifi  Səmyuel  A.  Uimz  həm  imperiyada,  həm  də  altı  vilayətdə 
ermənilərin  ümumi  sayı  haqqında  müxtəlif  mənbələrin  aşağıdakı  məlumatlarını 
təqdim etmişdir:  
-Britaniya Xarici Đşlər Nazirliyinin Coğrafiya bölməsinin 1892-ci ildə yaydığı 
məlumata  görə,  ermənilərin  ən  çox  məskunlaşdığı  altı  vilayətdə  (Ərzurum,  Sivas, 
Diyarbəkr,  Harput,Van,  Bitlis)  2.687  min  müsəlman,  665  min  erməni,  90  min 
yunan olmuşdur; 
-  Osmanlı  imperiyasında  ermənilərin  ümumi  sayını  isə  mənbələr  aşağıdakı 
şəkildə göstərmişdir: 
M. Zarçeşi, Fransanın Vandakı konsulu 
 
- 1.300 min 
  Françis de Pressence (1895) 
 
 
- 1.200 min 
  Torumnekize 
 
 
 
 
 
- 1.300 min 
  Linç (1901)  
 
 
 
 
 
- 1.158 min 
  Osmanlı siyahıya alması (1905)  
 
 
- 1.294 min 
  Britaniyanın Mavi kitabı (1913)  
  
 
- 1.056 min 
  Fransanın Sari kitabı  
 
 
  
 
- 1.400 min 
  Konterson (1913)   
 
 
 
- 1.475 min 
  Erməni patriarxı Ormanyan 
 
  
 
- 1.579 min 

Tofiq Köçərli                                    - 17 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
  Lepsins 
 
 
 
 
  
 
- 1.600 min 
Səmyuel  A.  Uimz  həmin  rəqəmlərə  istinadən  1,5  milyon  erməninin  qətli 
haqqında  iddianı  «ən  böyük  nağıl»  adlandırır  və  deyir:  «Ermənilər  o  vaxt 
Anadoluda  yaşamış  ermənilərin  sayından  qat-qat  artıq  öldürülmüş  erməni  iddiası 
ilə üstümüzə gəlirlər».
19
  
Erməni  müəllifləri  artıq  çoxdan  dünyaya  car  çəkirlər  ki,  Osmanlı  imperiyası 
hökumətinin erməniləri məhv etmək haqqında məxfi planı olmuşdur.  
Bu iddia da əfsanədir.  
Castin  Makkarti  və  Karolin  Makkarti  1989-cu  ildə  Vaşiqtonda  nəşr  olunmuş 
«Türklər və ermənilər» adlı əsərdə yazıblar (ingiliscədən ruscaya tərcümə edilərək, 
1996-cı il də Bakıda nəşr olunmuşdur): 
«Bu günə qədər Đstanbul hökumətinin ermənilərin məhv edilməsinə dair gizli 
planı olması barədə heç bir sübut aşkar edilməmişdir».
20 
 
Daşnak  partiyasının  banilərindən  biri  olan  Kaçaznuni  (Ermənistanın  birinci 
baş  naziri) 1923-cü ildə demişdir: 
«1914-cü  ilin  payızı  ərzində,  hələ  Türkiyə  müharibə  edən  ölkələrə 
qoşulmadığı  və  buna  hazırlaşmadığı  zaman  Zaqafqaziyada  böyük  hay-küy  və 
böyük  enerjilə  könüllü  drujinaların  təşkili  başlandı».  Daşnak  partiyası  «  həm 
könüllü  drujinaların  təşkilində,  həm  də  onların  Türkiyəyə  qarşı  hərbi 
əməliyyatlarında fəal iştirak etdi».
 
 «Erməni könüllü dəstələrinin təşkili və türklərə 
qarşı  çıxması  …  əsrin  az  qala  bir  rübü  ərzində  erməni  xalqının,  bütöv  bir  nəslin 
canına  hopdurulmuş  psixologiyanın  təbii  və  labüd  nəticəsi  idi.  Bu  psixolojiya 
püsgürməli idi, püsgürdü də».
21 
Mayevski  doğru  deyib  ki,  daşnak  partiyası  peyda  olana  qədər  Türkiyədə 
türklərlə  ermənilər  arasında  «heç    bir  ciddi  anlaşılmazlıq  olmayıb»,  xristian 
xalqlarından heç biri yaşamaq haqlarının olmamasından şikayətlənməyib, «türklər 
ermənilərə heç bir düşmən münasibət bəsləməyiblər». 1980-ci ildə meydana çıxan 
daşnaklar  «Asiya  Türkiyəsində  öz  qardaşlarının  (ermənilərin  –  T.K.)  qatilləri» 
oldular.  

Tofiq Köçərli                                    - 18 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Türkiyə  ermənilərinin  başçıları-daşnaklar  birinci    dünya  müharibəsində 
vətəndaşları olduqları Türkiyəyə xain çıxdılar. Hadisələrin bilavasitə içində olan və 
bilavasitə  iştirakçısı  olan  Vandan  deputat,  sonra  ruslar  tərəfə  keçmiş  Papazyan 
etiraf etmişdir: 
«Ermənilərin  türk  seksiyasının,  daşnak  partiyası  üzvlərinin  liderləri  Türkiyə  
müharibəyə  girərsə,  loyal  qalacaqları  barədə  verdikləri  vədlərə  əməl  etmədilər». 
Onlar erməni könüllülərini Qafqaz cəbhəsində türklərə qarşı vuruşmağa çağırdılar. 
Ermənilər «cinayətkar utopik təbliğata uyaraq, qiyam qaldırdılar».
22 
 
Təbii,  heç  bir  dövlət  belə  qiyama  dözməz.  Türkiyə  də  dözmədi.  Papazyanın 
yazdığı kimi, «ermənilər özləri öz bədbəxtliklərinin yaradıcısı oldular». 
Fransız müəllifi Jorj de Malevil düzgün nəticə çıxarıb: 
«Erməni  irqini  məhv  etmək  üçün  cinayətkar  qəsd  olması  barəsində  tezis-
Osmanlı  hökumətinin  ən  yuxarı  dairələrində  hazırlanan  qəsd  barədə  tezis 
sənədlərlə tanış olarkən sabun köpüyü kimi puç olur».
23
  
Türk dünyasının görkəmli xadimi Ziya Göyalp sərrast demişdir:  
«Bizi arxadan vurdular, biz də vurduq». 
1919-cu  ilin  əvvəllərində  Đstanbul  hərbi  məhkəməsində  ingilislərə  qulluq 
göstərən hakimlə müttəhim Ziya Göyalp arasında belə bir deyişmə olmuşdu: 
«Erməni qırğınına siz fitva vermisiniz, bəs buna nə deyə bilərsiniz? 
Bu sual onu (müttəhimi) vulkan kimi püskürtdü: 
-  Millətimizə  iftira  etməyin.  Türkiyədə  erməni  qırğını  deyil,  türk-erməni 
müharibəsi vardır. Bizi arxadan vurdular, biz də vurduq. 
Müttəhimdən  belə  bir  cavabı  gözləmirdilər.  Heyrətdən  Nazim  paşanın  ağzı 
açıla qaldı. Qaşları alnına qırmanmış, gözləri isə fal  daşına dönmüşdü».
24 
 
Yuxarıda  qeyd  olunduğu  kimi,  ABŞ-dakı  erməni  partiyaları  1985-ci  ilin 
əvvəllərində bəyan edirdilər ki, «bizim ərazi tələbimiz yalnız Türkiyəyədir». Lakin 
Sovet  Đttifaqının  laxlaması  dərinləşdikcə,  həmin  partiyalar  Azərbaycana  və 
Gürcüstana ərazi iddialarını ön plana keçirdilər.  

Tofiq Köçərli                                    - 19 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
1987-ci  ilin  aprelində  həmin  partiyalar  «birgə  kommunike»  dərc  edib  tələb 
etdilər: 
«2. Türkiyə erməni xalqına öz tarixi vətənini qaytarmalıdır; 
…  6.  Sovet  Ermənistanının  hökuməti  təsirli  metodlardan  istifadə  etməklə 
erməni  məsələsinin  (daxili  ərazi  iddiaları  ilə  birlikdə  )  Sovet  hökuməti  tərəfindən 
qəbul edilməsinə nail olmalıdır». 
25 
 
«Daxili  ərazilər»dən  birinci  olaraq  Naxçıvan  haqqında  konkret  iş  görülməyə 
başlandı.  ABŞ-da  «Naxçıvanı  Ermənistana»  hərəkatı  yaradıldı.  1987-ci  ilin 
martında  «Xarici  ermənilərə  müraciət»  dərc  olundu.  Bir  çox  xarici  erməni 
qəzetlərinin dərc etdiyi həmin müraciətdə deyilirdi ki, «tezliklə Naxçıvan ölkəsini 
Vətənlə  birləşdirmək  bizim  yeganə  məqsədimizdir».  Bununla    birlikdə,  Dağlıq 
Qarabağa dair niyyət də gizlədilmirdi. Elan edilirdi ki, Dağlıq Qarabağ məsələsinin 
qaldırılması  «Qarabağ  milli  vilayəti  əhalisinin  öz  iradəsindən  asılıdır.  Əhali 
Ermənistanla  birləşmək  arzusunu  ifadə  edən  kimi  bütün  ermənilər  kömək 
edəcəklər».  Erməni  ictimaiyyətindən  xahiş  olunurdu  ki,  Naxçıvanı  Ermənistanla 
birləşdirmək haqqında SSRĐ rəhbərliyi qarşısında məsələ qaldırsın.  
«Xarici  ermənilərə  müraciət»  Ermənistanda  da  yayılır.  Naxçıvanı 
Ermənistanla  birləşdirmək  haqqında  Ermənistanda  75  min  imza  toplanıb  SSRĐ 
rəhbərliyinə təqdim olunur.  
SSRĐ rəhbərliyinin həmin petisiyaya münasibəti necə olmuşdu?  
Azərbaycanın  rəsmi  dairələrinin  Naxçıvan  ətrafında  fitnə  fəsadlardan  xəbəri 
vardımı? 
SSRĐ rəhbərliyinin Ermənistanda və Dağlıq Qarabağda antiazərbaycan əhval-
ruhiyyəsinin qızışdırılması barədə məlumatı var idimi? 
Akademik Əfrand Daşdəmirov Moskvada çıxan «Azerbaydjanskiy konqress» 
qəzetində  (№  2  (17)  fevral  2005)  «Qarabağ  münaqişəsi:  bu  necə  başlandı»  adlı 
qiymətli  məqalə  çap  etdirmişdir.  Məqalədə  Dağlıq  Qarabağ  hadisələri  ərəfəsində 
SSRĐ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini işləmiş F.Babkovun 
«DTK-i və hakimiyyət» (Moskva 1993) kitabından  aşağıdakı sitat gətirilmişdir: 

Tofiq Köçərli                                    - 20 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
«Đki  il  idi  ki,  Ermənistan  və  Azərbaycan  arasında  gözlənilən  münaqişə 
haqqında  haray  salırdıq…  Ermənistana  briqada  göndərildi.  Briqada  təsdiq  etdi: 
Zaqafqaziyada  millətlərarası    münaqişə  yetişir.  Təcili  tədbir  görmək  lazımdır. 
Məsələ  Sov.ĐKP  MK  Katibliyinin  müzakirəsinə  çıxarıldı.  Lakin  briqadanın  bütün 
nəticə  və  təkliflərini  qərardan  çıxartdılar  və  məsələnin  kəskinliyini  yumşaltdılar. 
Milli  zəmində  münaqişələr  olmasını,  bəzi  respublikalarda  sosial  sarsıntıların 
yetişməsini  heç  kim    açıq  etiraf  etmək  istəmirdi…  Sov.ĐKP  MK  həqiqəti  açmaq 
üçün edilən bütün cəhdlərin qabağını alırdı».  
Babkovun həqiqəti söyləməsinə inanaraq birmənalı demək olar: 
- Birincisi, bax gör, SSRĐ kimi bir dövlətin rəhbəri kim və necə rəhbər imiş! 
-  Đkincisi,  Ermənistan  qatı  millətçilərinin  və  Dağlıq  Qarabağ  separatçılarının 
havadarı məhz SSRĐ rəhbəri imiş!  
-  Üçüncüsü,  Ermənistan  və  Azərbaycan  xalqlarının  min  bir  bəlaya  düçar 
olmalarına əslində rəvac verdiyinə görə Qorbaçov bilavasitə məsuliyyət daşıyır. 
Babkovun  fikrincə,  SSRĐ  rəhbərliyinin  məsuliyyəti  ondadır  ki,  o,  «erməni-
azərbaycanlı  probleminin  həllinə  ikili  münasibət  bəsləmiş,  qəti  mövqe  tutmamış, 
bir  müddət  problemi  əhalidən  gizlətmiş  və  bununla  da  münaqişəni  daha  da 
gücləndirmişdi». 
SSRĐ  rəhbərliyinin  möhkəm  və  vahid  mövqeyinin  olmaması  barədə  onu 
demək  kifayətdir  ki,  1988-ci  ilin  mayında  Sov  ĐKP  MK  Siyasi  Büro  üzvləri 
Liqaçov  və  Yakovlev  (birincisi  Bakıda,  o  biri  Yerevanda)  bir-birini  inkar  edən 
bəyanatlar verdilər. Liqaçov sərhədləri yenidən dəyişdirməyi pislədi. Yakovlev isə 
əslində  öz  müqəddaratını  təyinetmə  hüququnu  müdafiə  etdi  və  dedi  ki,  bu  hüquq 
ayrılmaq hüququdur.  
Ə.Daşdəmirova  görə,  bu,  təsadüfi  epizod  deyildi.  Aşkar  oldu  ki,  ölkə 
rəhbərliyində  siyasi  və  ideoloji  parçalanma  baş  verib.  Zaqafqaziyada  etnosiyasi 
böhran SSRĐ rəhbərliyində siyasi mübarizə meydanına çevrilib və mərkəz Qarabağ 
münaqişəsində get-gedə obyektiv arbitr mövqeyini itirir.  

Tofiq Köçərli                                    - 21 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
F.Babkovun kitabı Bakı kitabxanalarında tapılmadı. Onu Moskvadan gətirdik. 
Kitabda mənə və mümkündür ki, bir çox oxucularımıza az məlum olan bəzi faktlar 
və mülahizələr var. Onlardan bir neçəsini nəzərə çatdırmağı lazım bildim.  
Öncə qeyd edək ki, Babkov Dağlıq Qarabağın ərazi mənsubiyyəti məsələsində 
səhvə yol verir. Đddia edir ki, «1923-cü ildə erməni əhalisinin üstünlük təşkil etdiyi 
Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olmuşdur». 
Dağlıq  Qarabağ  həmişə  Azərbaycan  tərkibində  olmuşdur.  Heç  bir  zaman 
Dağlıq  Qarabağ  Ermənistan  tərkibində  olmamışdır.  1923-cü  ildə  Azərbaycan 
tərkibində olan Dağlıq Qarabağa məhz muxtar vilayət statusu verilmişdir. 
Đndi də Bavkovun maraq doğuran fikirləri haqqında. 
1.  «1946-cı  ildə  Sovet  Đttifaqı  Türkiyə  ilə  münaqişə  həddində  idi.  O  zaman 
Zaqafqaziyada qoşunlar cəmləşmişdi və müəyyən diplomatik addımlar atıldı. Qərbi 
Ermənistan  torpaqlarını  Türkiyədən  qoparıb  Sovet  Ermənistanına  birləşdirmək 
haqqında  dərhal  şayiələr  və  söz-söhbət  yayıldı.  Daşnaklar  Sovet  ittifaqını  bu 
addıma  təhrik  edir  və  birmənalı  istəyirdilər  ki,  sovet  ittifaqını  dünənki 
müttəfiqlərilə  toqquşdursun.  Şübhə  yox  idi  ki,  ABŞ  və  Böyük  Britaniya  bu 
münaqişəyə  hökmən  qarışacaqlar.  Ancaq  xoşbəxtlikdən  Sovet  hökuməti  bu 
demarşa  getmədi  Erməni  torpaqları  həmişəki  kimi  daşnak  liderlərinin  əllərində 
kozır kartı olaraq qaldı. 
Münaqişəsiz  qərbi  Ermənistanı  Türkiyə  ilə  birləşdirməyin  mümkün 
olmamasını  başa  düşən  daşnaklar  Böyük    Ermənistan  yaratmaq  ideyasını  Sovet 
Đttifaqı ərazisində torpaqları (görünür, Babkov Azərbaycan və Gürcüstanın məlum 
bölmələrini  nəzərdə  tutur  –  T.K.)  əldə  etmək  yolu  ilə  həyata  keçirməyi 
planlaşdırdılar».
25a 
  
Babkovun  yazdıqlarından  məlum  olur  ki,  1946-cı  ildə  SSRĐ-Türkiyə 
münasibətlərinin  gərginləşməsində,  bu  münasibətlərin  az  qala  müharibə  həddinə 
çatmasında  və  beləliklə  yeni  dünya  müharibəsi  təhlükəsi  yaranmasında  daşnaklar 
mənhus rol oynamışlar (Bir sıra qiymətli monaqrafiyalar müəllifi professor Cəmil 
Həsənli  bu  günlərdə  yeni  bir  fundamental  tədqiqat  əsəri  –  «SSRĐ-Türkiyə:  soyuq 

Tofiq Köçərli                                    - 22 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
müharibənin  sınaq  meydanı»  (Bakı,2005)  kitabını  çap  etdirmişdir.  SSRĐ-Türkiyə 
münasibətləri tarixilə maraqlananlar bu kitabdan çox bəhrələnə bilərlər). 
2.  Babkovun  əsərindən  belə  bir  qənaətə  gəlmək  olur  ki,  ermənilər  Sovet 
Đttifaqının ən yeni tarixində terrarizmin pioneri olmuşlar.  
1973-cü  ildə  ermənilər  Moskvada  29  nəfərin  həlak  olması  ilə  nəticələnən  3 
terror aktı-partlayış təşkil edirlər: 25 Oktyabr küçəsində, Dzerjinski meydanındakı 
maqazində  və  «Đzmaylovskiy  park»  və  «Pervomayskaə»  stansiyaları  arasında 
metroda. 
Terrorçular  Moskvada  mühakimə  edildilər  və  cəzalandırıldılar.  Lakin 
«Erməni  rəhbərliyi  bu  qanlı  cinayəti  respublika  əhalisindən  gizlətmək  üçün  hər 
şeyi  etdi.  Ermənistan  KP  MK  Birinci  katibi  Dəmirçiyanın  göstərişilə  erməni 
dilində çıxan heç bir qəzet bu terror aktı haqqında məlumat dərc etmədi. Zatikyan 
və  onun  əlaltılarının  ali  məhkəmədə  mühakiməsi  haqqında  sənədli  filmi  hətta 
Ermənistanın partiya fəallarına göstərmək qadağan olundu… respublika rəhbərliyi 
qadağanı erməni xalqını rusların gözündən salmamaq niyyətilə əsaslandırdı»
25b 
Bu arada akademik A.D.Saxarov «Đzvestiə» qəzetində bəyan etdi ki, ermənilər 
guya  qeyri-qanuni  tutulmuşlar.  Buna  protest  bildirən  Saxarov  inanmırdı  ki,  «üç 
terrorçu bu cinayt törətmək üçün Moskvaya gələ bilərlər».
25V 
Dəmirçiyan  Saxarovun  çıxışına  sərt  reaksiya  verir:  «Saxarov  cinayətkarların 
familiyalarını  açıqlamağa  neçə  cürət  etmişdir.  Həmin  materialın  çap  olunmasına 
kim icazə vermişdir!». 
Babkov vurğulayır  ki,  «hətta terror  faktından heç kim  siyasi  nəticə  çıxarmaq 
istəmədi…  heç  kim  məsələnin  mahiyyətinə  varmaq  istəmədi…  Mərkəzdə  də, 
yerlərdə də rəhbərlər başa düşmək istəmirdilər ki, iş bununla bitməyəcəkdir. Hətta 
bir neçə ildən sonra respublikada millətçilik təmayülləri şiddətlənəndə və daşnaklar 
öz  ideologiyasını  Ermənistanda  fəal  yayanda  Ermənistan  rəhbərliyi  onlara  lazımi 
müqavimət göstərmədi. Görünür, bu, təsadüfi deyildi»
25q 
Babkov,  Yerevanda  olarkən  həmin  kəskin  problemlər  barədə  Dəmirçyanla 
söhbət edir. Ondan «bizdə heç bir dəhşətli hadisə baş vermir!» cavabını alır.  

Tofiq Köçərli                                    - 23 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Babkov  Dəmirçyanla  bir  də  görüşüb  daşnakların  fəallığı  barədə  yeni  faktlar 
açıqlayır.  Bu  dəfə  Dəmirçyan  məsələyə  qismən  başqa  cür  yanaşır.  «Respublika 
kommunist  partiyası  MK-nın  növbəti  Plenumunda  Dəmirçyan  kommunistləri 
daşnak təsirinə qarşı mübarizəyə başlamağa çağırır, lakin iş bu formal aksiya ilə də 
bitir.Bu fəaliyyətsizlik  Dağlıq Qarabağ sakinlərinə bədbəxtlik gətirdi».
25d
 
Təkcə  Dağlıq  Qarabağ  sakinlərinəmi?  Öz  tərəfimizdən  deyək:  yox,  bütün 
Azərbaycan və Ermənistan xalqlarını min bir cür bəlaya düçar etdi. 
Ermənilərin Naxçıvanla bağlı aksiyaları Dağlıq Qarabağ hadisələri ərəfəsində 
baş vemişdi.  
Onların  1987-ci  il  ərzində    Dağlıq  Qarabağı deyil, məhz  Naxçıvanı  ön  plana 
çəkməsi  Azərbaycanın    diqqətini  yayındırmaq  məqsədilə  atılan  taktiki  addım 
idimi? 
Bəlkə də. 
Dağlıq  Qarabağ  hərəkatının  «ideoloqlarından  biri  kimi  həlak  olanlar, 
qaçqınlar  qarşısında  özünüzü  günahkar  sayırsınızmı»  sualına  Zori  Balayan  belə 
cavab  vermişdi:  «Mən  bu  işi  başladığıma  görə  yox,  öz  xalqımı  gec  qaldırdığıma 
görə günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı… 
o,  Naxçıvandanki  150  min  erməni  həmişəlik  öz  yurdlarından  didərgin  düşüb.  Bu 
faciə sovet liderlərinin hakimiyyəti zamanı hiss olunmadan baş vermişdi». 
Balayanın  özünü  «həlak  olanlar,  qaçqınlar  qarşısında  günahkar»  saymaması 
başa düşüləndir. Yalnız vicdanını itirməyən şəxs günahını etiraf etməyə qadirdir.  
Onun  dediklərində  maraq  doğuran  məqam  ondan  ibarətdir  ki,  o,  «məsələni 
Naxçıvandan  başlamadığına»  təəssüflənir  və  buna  cəsarətinin  çatmamasını 
söyləyir.  
Lakin  zənnimcə,    məsələ  Balayanın  cəsarətinin  çatışmamasında  deyil. 
Balayan  «məsələni  Naxçıvandan  başlamağa  cəsarətim  çatmadı»,  işi  Qarabağdan 
başladım  deməklə  Dağlıq  Qarabağ  hadisələrinin  başlanmasında  özünün  müstəsna 
rol oynaması və ən əsası Ermənistanın Dağlıq Qarabağ hadisələrində əli olmaması 
təsəvvürünü yaratmaq istəyir.  

Tofiq Köçərli                                    - 24 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Əbəs  cəhddir.  Dağlıq  Qarabağ  məsələsi  də,  Naxçıvan  məsələsi  də  yeni 
deyildi, 1918-1921-ci illərdə puç olmuş planların yeni nəşri idi. Digər tərəfdən, bu 
yeni  nəşrin  müəllifi  nə  Balayan  idi,  nə  də  ABŞ-dakı  və  digər  ölkələrdəki 
yanlar.1918-ci  ildən  üzübəri    bu  ideyanın  beşiyi  başında  Ermənistan  rəhbərliyi 
dayanmışdı.  Sovet  dövründə  bu  rəhbərlik    Naxçıvana  iddialarını  zaman-zaman 
diaspora  deditdirirdi.  Dağlıq  Qarabağa  iddialarını  isə  özü  rəsmi  bəyan  edirdi. 
Məlumdur  ki,  1945-ci  ilin  noyabrında  Ermənistan  KP  MK-sı  DQMV-i  «Qarabağ 
vilayəti»  kimi  Ermənistana  tərkibinə  daxil  etmək  haqqında  ÜĐK  (b)  MK-ya, 
Đ.V.Stalinə  rəsmi  müraciət  etmişdi.  M.C.Bağırov  aşağıdakı  alternativ  təkliflərlə  
Ermənistanın təklifinə  razılıq vermişdi:  
1. Şuşa rayonu Azərbaycan tərkibində qalmalıdır.  
2. «Ermənistanın Azərbaycan SSR-yə bitişik olan və əsasən azərbaycanlıların 
məskunlaşdıqları  Əzizbəyov,  Vedi  və  Qarabağlar  rayonları  Azərbaycan 
Respublikası tərkibinə » daxil edilməlidir.  
3.  «Gürcüstan  SSR-nin,  demək  olar  ki,  yalnız  azərbaycanlılıar  yaşayan  və 
bilavasitə  Azərbaycan  SSR-yə  bitişik  olan  Borçalı  rayonu  Azərbaycan  SSR 
tərkibinə daxil edilməlidir» 
4.  «Dağıstan  MSSR-nin  keçmişdə  Azərbaycanın  bir  hissəsi  olan  və  Bakı 
quberniyası  tərkibinə  daxil  olan  və  Azərbaycan  SSR-yə  bitişik  Dərbənd  və 
Qasımkənd rayonlarının ərazisi Azərbaycan SSR tərkibinə» daxil edilməlidir.  
M.C.Bağırovun  bu  qətiyyətli  addımı  və  Đ.V.Stalinin  prinsipial  mövqeyi 
Ermənistanın  Dağlıq  Qarabağ  haqqında  planlarını  puç  etdi.  «Ağzı  yanmış» 
Ermənistan rəhbərliyi xeyli müddət Dağlıq Qarabağ məsələsini qaldırmağa cəsarət 
etmədi.  
… 1964-ci ildə Mikoyan Xruşşova təklif etdi ki, Dağlıq Qarabağ Ermənistana 
birləşdirilsin.  Xruşşovun cavabı belə oldu: «DQMV ermənilərini bir sutka ərzində 
Ermənistana köçürmək üçün 12 min hərbi yük maşını verməyə hazıram» 
 Bu cavabla elə bil yenə də qurbağa gölünə daş atıldı. 
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə