Naxçıvan: uydurmalar və tarixi həqiqətlər



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix06.05.2017
ölçüsü0,99 Mb.
1   2   3   4   5   6   7   8   9
Tofiq Köçərli                                    - 25 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Balayan  nahaq  yerə  qürrələnir!  Məhz  Ermənistan  rəhbərliyi  həm  Naxçıvan, 
həm  də  Dağlıq  Qarabağ  uğrunda  kampaniyanın  ideoloqu  və  təşkilatçısı  idi. 
Balayandan  fərqli  olaraq  Ermənistan  rəhbərliyi  başa    düşürdü  ki,  «məsələni 
Naxçıvandan başlamaq » açıq avantüra olar. 
Ermənistan rəsmiləri bilməmiş deyildi ki, açıq şəkildə məsələni «Naxçıvandan 
başlamaq  »  dünya  ictimaiyyəti  tərəfindən  Azərbaycana  açıq  hərbi  təcavüz  kimi 
qiymətləndirilər. Digər tərəfdən, onlar yaxşı bilirdilər ki, Naxçıvanda Ermənistanın 
ilhaqçılıq  planlarını  müdafiə  edəcək  sosial  baza  yoxdur.  Və  bir  də  Naxçıvan 
əhalisinin  müstəsna  dəyanəti  və  igidliyini,  yəqin  ki,  Ermənistanda  hələ 
unutmamışdılar.  Onlar  yaxşı  xatırlayırdılar  ki,  məsələn,  1905-ci  ilin  mayında 
ermənilər  Naxçıvanda  terrora  başlayanda  azərbaycanlılar  cavab  tədbirləri  görmək 
məcburiyyətində qalmışdılar və nəticə etibarilə fitnəkarlar və terrorçular layiqincə 
cəzalandırılmışdılar.  1906-cı  ilin  fevralında  Tiflisdə  keçirlən  erməni-müsəlman 
sülh  məclisində  Xatisovun  (Ermənistanın  gələcək  baş  naziri)  dediyinə  görə,  o 
zaman Naxçıvanda «45 erməni və 1 müsəlman » həlak olmuşdu.  
Bu  rəqəmlərin  həqiqətə  uyğun  olub-olmamasını  yoxlamamışıq.  Lakin  fakt 
faktlığında qalır: 1911-ci ildə M.S.Ordubadinin yazdığı kimi, 1905-ci ilin mayında 
ermənilər  «Naxçıvanda  büs-bütün  məğlub  olaraq,  milli  tarixlərinin  səhifələrinə 
qara bir xətt çəkdilər».
26 
 
 Həmin hadisələr haqqında Mir Mövsüm Nəvvab yazmışdır:  
«Hansı vilayətdəki Đrəvan ermənilərindən bir neçə nəfər tapılırdı, mütləq orda  
bir  iğtişaş  baş  verirdi.  Bu  Đrəvan  erməniləri  çox  xudpəsənd,  kinli  və 
cinayətkardılar.  
Đrəvan  şəhərinin  müsəlmanlar  yaşayan  80  evdən  ibarət  məhəlləsinin 
ermənilərlə  iğtişaşı  baş  verib.  Bu  iğtişaşın  başlanmasına  səbəb  olan  ermənilər 
həmin  məhəllədə  müsəlmanların  imarətlərini  gülləbaran  etməyə  başladılar. 
Ermənilərə  nisbətən  müsəlmanların  bu  məhəllədə  az  olmasına  baxmayaraq, 
ermənilərə  qarşı  müqavimətdə  mətanətlə  dayandılar  və  onlara  böyük  zərbələr 

Tofiq Köçərli                                    - 26 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
endirdilər.  Đki  tərəfdən  üç  gecə-gündüz  davam  edən  güllə  yağışının  altında  qırx 
nəfər erməni, iki nəfər isə müsəlmanlardan öldürüldü.  
…Elə  ki,  Đrəvanın  fitnə-fəsad  törədən  erməniləri  Naxçıvana  gəldilər,  orada 
vəziyyət gərginləşdi. Naxçıvan erməniləri neçə illərdən bəri tədarük etdikləri vuruş 
sürsatlarını  –  topları,  bombaları,  beşaçılan  tüfəngləri  və  s.  növbəti  qırğın  üçün 
hazırlamağa  başladılar.  Hərbi  sürsatları  keçidlərdə  və  gizli  mövqelərdə 
yerləşdirdikdən sonra dükan-bazarları bağlayıb, bütün icma ilə qalxıb mövqelərdə 
hazırladıqları  silahdan  qəflətən  müsəlmanlar  üzərinə  gurhagur  atəş  açmağa 
başladılar.  Əhvalatdan  xəbərsiz  və  dükan-bazarda  öz  işləri  ilə  məşğul  olan  biçarə 
müsəlmanlar  çaş-baş  qalıb,  bilmədilər  nə  etsinlər.  Kimisi  fürsət  tapıb  dükanı 
bağladı,  kimisi  tapa  bilməyib,  açıq  qoyub  canını  qurtarmaq  üçün    evlərinə  qaçdı. 
Yarım  saata  tüfəngi  olan  tüfəngini,  tapançası  olan  tapançasını,  olmayanlar  isə 
xəncər,  külüng,  balta,  dəhrə və  ağac    götürüb,  ermənilərin  müqabilinə  gəldilər  və 
onlarla  davaya  başladılar.  Silahsız  müsəlmanlar  münasib  fürsətlərdən  istifadə 
edərək  qəflətən  erməni  silahlılarının  üzərinə  hücum  edib  əllərindəki  balta,  dəhrə, 
ağacla  vurub  onları  yerə  yıxaraq  tüfəng  və  patron  daşlarını  əllərindən  alıb,  üz 
qoydular  davaya.  Müsəlmanlara  kömək  gələnə  kimi  hər  iki  tərəfdən  ölənlər  oldu. 
Bir para yerlərdən gələn müsəlmanlar nərə çəkərək üz qoydular ermənilərin üstünə. 
Hər  tərəfdə  ermənilər  böyük  tələfata  məruz  qaldılar  və  vəziyyəti  belə  görüb  üz 
qoydular qaçmağa».
27 
 
Naxçıvan hadisələrinin digər mühüm bir cəhətini – daşnakların «öz    xalqının
 
məhz  cəlladları  rolunu»  oynamalarını  1906-cı  ildə  Mayevski  vurğulamışdır: 
Naxçıvan  hadisələri  sübut  etdi  ki,  «(özünümüdafiə  zəminində  Daşnaksütyunun 
parlaq rəşadətinə görə?) çox hallarda heç bir günahı olmayan erməni kənd əhalisi 
zərər çəkmişdir. Başqa heç bir nəyi Naxçıvan hadisələri sübut edə bilməz». 
Erməni  xadimləri  1918-1920-ci  illərdə  Ermənistanın  Naxçıvana  yiyələnmək 
cəhdlərinin tamamilə boşa çıxmasını da unutmamışdılar.  
Ermənistan  Resublikasının  birinci  baş  naziri  Kaçaznuni  1923-cü  ildə  etiraf 
etmişdi  ki,  «inzibati  tədbirlərlə  müsəlman  rayonlarında  qayda-qanun  yarada 

Tofiq Köçərli                                    - 27 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın salmağa məcbur 
olduq  və  hətta  uğursuzluğa  uğradıq.  Vedibasar,  Şərur,  Naxçıvan  kimi  mühüm 
yerlərdə  öz  hakimiyyətimizi  hətta  silah  gücünə  qura  bilmədik,  məğlub  olduq  və 
geri çəkildik».
28 
 
Ermənistan  rəhbərliyi  «məsələni  Naxçıvandan»  deyil,  Dağlıq  Qarabağdan 
başlayarkən həmin amilləri də nəzərə almışdı.   
Məhz  Ermənistan  rəhbərliyi  1988-ci  ilin  fevral  ayında  Dağlıq  Qarabağda 
antiazərbaycan  aqressiv  separat  hərəkatı  təşkil  etdi.  Bu  hərəkatın  ideoloqu  da, 
dirijoru da SSRĐ lideri Qorbaçova və onun şahnəzəryanlardan ibarət təsirli erməni 
ətrafına  arxalanan  Ermənistan  rəhbərliyi  olmuşdur.  Balayan  və  onun  kimiləri 
hərəkatın  yalnız  peşkaları  idilər.  Bu  hərəkat  Yerevandan  idarə  olunub  və  olunur. 
Dağlıq  Qarabağ  aqressiv  separatizmi  Ermənistanın  sayəsində  yaşayır,  separatçılar 
yalnız  və  yalnız  Ermənistanın  və  Ermənistanı  dəstəkləyənlərin  sayəsində 
xoruzlanırlar. 
Hətta  ermənipərəstliyi  ilə    fərqlənən  F.Şelov-Koveldyayev  (Rusiya  Xarici 
Đşlər  Nazirinin  birinci  müavini)  etiraf  etməli  olmuşdu.:  «Dağlıq  Qarabağ 
münaqişəsi  yaxşı  planlaşdırılmış,  qabaqcadan  hazırlanmış  aksyadır.  Bu  aksiyanı 
həyata  keçirmək  Ermənistanın  (Ermənistanın!  –  T.K.)  kommunist  rəhbərliyinə 
nəsib oldu. «Qarabağ hərəkatının» liderləri millətin öz müqəddaratını təyin etmək 
hüququnu  həddən  artıq şişirdərək, onu separatizm  başlanan (separatizm  başlanan! 
– T.K.) ifrata çatdırdılar».
29 
 
Qorbaçovun  hakimiyyətə  gəlməsi,  SSRĐ-nin  çat  verməsi  ilə  SSRĐ-də  gah 
orada, gah burada separatizm cücərtiləri özünü büruzə verməyə başlamışdı.  
Ancaq  aqressiv  separatizmin  Dağlıq  Qarabağda  püskürməsi  kimi  fövqəladə 
situasiya SSRĐ-də ilk dəfə yaranmışdı. SSRĐ yaranandan sonra ilk dəfə idi ki, SSRĐ 
daxilində  bir  müttəfiq  respublika  –  Ermənistan,  digər  müttəfiq  respublikanın    - 
Azərbaycanın daxili işlərinə açıq və kobud şəkildə qarışır, ona ərazi iddiaları irəli 
sürür,  onun  suverenliyinə,  sərhədlərinə  qəsd  edirdi.  Belə  hadisə  ilə  Đttifaq  da, 

Tofiq Köçərli                                    - 28 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
respublikalar da ilk dəfə idi ki, qarşılaşırdılar və ilk dəfə idi ki, SSRĐ bu xarakterli 
sınaqla üzləşirdi.  
Đttifaqın fərsiz, şərəfsiz Qorbaçov rəhbərilyi bu sınaqdan çıxa bilmədi.  
SSRĐ  konstitusiyası  bəyan  etmişdi  ki,  «müttəfiq  respublikaların  suveren 
hüquqları SSRĐ tərəfindən qorunur». 
Lakin Đttifaq Azərbaycanın suveren hüquqlarını qorumadı.  
Qorbaçovun  şahnəzəryanlarla köbək və  digər bağlılığı qoymadı ki,  o,  Dağlıq 
Qarabağ  aqressiv  separatizmi  fenomenində  olan  sarsıdıcı  dinamiti  görsün, 
Ermənistanın  şeytan  barmağını  kəssin,  təcavüzkarı  cilovlamaq,  separatçıları 
yerində oturtmaq sahəsində siyasi iradə və qətiyyət göstərsin.  
1995-ci ildə çap olunmuş «Jizn i  reformı» kitabında Qorbaçov yazacaq: 
«Hansısa  mərhələdə  görsəndi  ki,  Dağlıq  Qarabağ  məsələsinin  həlli 
mümkündür.  Naxçıvana  olduğu  kimi,  Qarabağa  da,  onu  Azərbaycan  tərkibində 
saxlamaqla, muxtar respublika statusu verilsin. Elə bir məqam oldu ki, həmin təklif 
elə o saat (elə o saat! – T.K.) realizə edilə bilərdi. Lakin elə o vaxt Yerevanda Ali 
Sovet DQMV-nin Ermənistanın  tərkibinə daxil edilməsi haqqında qərar çıxardı və 
bununla hər şey puç oldu».
30 
 
Ermənistan  Ali  Sovetinin  hər  şeyi  puç  edən  qərarının  yolu  haradan 
başlamışdı?  
Ən  azı  1987-ci  ilin  noyabrında  M.Qorbaçovun  məsləhətçisi  akademik 
A.Aqanbeqyanın «Dağlıq Qarabağ kartını» açıqlamasından. O, Parisdə bəyan etdi 
ki, Qarabağın Ermənistana verilməsini arzulayır: «bir iqtisadçı kimi hesab edir ki, 
Qarabağ Azərbaycandan daha çox Ermənistanla bağlıdır». 
Bu,  tam  saxta  dəlil  idi.  Heç  bir  zaman  Dağlıq  Qarabağ  Ermənistanla  bağlı 
olmamışdı.  Heç  bir  zaman!  Hətta  vaxtı  ilə  Mikoyan  Leninə  göndərdiyi 
məktubunda (22.05.1919) vurğulamışdır ki, Qarabağın Ermənistanla «heç bir vaxt 
və heç nə ilə əlaqəsi» olmamışdır.  
(Yenə  həmin  ilin  həmin  ayında  başqa  bir  hadisə  baş  vermişdi.  SSRĐ-nin 
birinci  ledisi  R.Qorbaçova  ABŞ-da  erməni  diasporunun  nümayəndələrilə 

Tofiq Köçərli                                    - 29 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
görüşmüşdü.  Ermənilər  orada  ona  üstündə  «Arsax»  yazılmış  62  karatlı  qara 
brilliant boyunbağı, sırğa, üzük və digər qiymətli hədiyyələr bağışlamışdılar.  
Artıq  ermənilər  Dağlıq  Qarabağ  məsələsində  SSRĐ-nin  birinci  ledisinin  də 
dəstəyinə möhkəm bel bağlaya bilərdilər) 
Aqanbeqyanın  Parisdəki  çıxışından  məlum  oldu  ki,  Dağlıq  Qarabağı 
Ermənistanla birləşdirmək  istiqamətində əməli addım atılmışdır. Aqanbeqyan açıq 
bildirdi ki, «bu məsələyə (Dağlıq Qarabağa-T.K) dair mən təklif təqdim etmişəm. 
Đnanıram  ki,  bu  problem  yenidənqurma,  demokratiya  şəraitində  öz  həllini 
tapacaqdır». 
Babkovun  yazdığı  kimi,  «o  zaman  Aqanbeqyan  Qorbaçova  yaxın  idi  və 
xaricdə  onu  SovĐKP  MK  Baş  katibinin  baxışlarını  müəyyən  mənada  ifadə  edən 
adam sayırdılar». 
Zari  balayan  da  ABŞ-da  «Qorbaçova  işarə  edərək,  Dağlıq  Qarabağın 
Ermənistan yurisdiksiyasına keçməsi haqqında bəyanat verdi». 
A.Mikoyanın  oğlu  Serqo  Yerevana  gələrək,  Dağlıq  Qarabağ  haqqında  «çox 
artıq-artıq sözlər danışdı». 
Babkovun fikrincə, «təbii, bütün bu çıxışlardan sonra Ermənistanda belə başa 
düşdülər  ki,  guya  Dağlıq  Qarabağ  məsələsi  həll  olunmuşdur  və  Dağlıq  Qarabağ 
vilayət soveti muxtar vilayətin Azərbaycan tərkibindən çıxmasını elan etdi. 
Yalnız SovĐKP MK Siyasi Bürosu vəziyyətin bütün mürəkkəbliyini anladı və 
qərara  aldı:  respublikaların  sərhədlərini  dəyişdirməməli,  hər  şeyi  necə  varsa,  elə 
saxlamalı  və  «problemi  yenidənqurma  gedişində  həll  etməli».  Bunun  nə  demək 
olduğunu çətin ki, kim isə izah edə bilsin. Hamıya yalnız bir şey aydın idi: bu gün 
üçün  məsələ  gündəlikdən  çıxarılır.  Lakin  Dağlıq  Qarabağ  problemi  nəinki  aradan 
qaldırıldı, hətta daha da kəskinləşdi».
30a
 
Babkov  Siyasi  Büronun  Dağlıq  Qarabağ  hadisələri  barəsində  birinci 
qərarından  söhbət  açır.  Qərar  o  zaman  (və  gərək  ki,  sonra  da)  işıq  üzü  görmədi. 
1988-ci  il  fevralın  24-də  «Pravda»  qəzeti  onun  xülasəsini  verdi.  Orada  yalnız 
ümumi şəkildə formulə edilmiş qismən bir prinsipial müddəa var idi: «… SovĐKP 

Tofiq Köçərli                                    - 30 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Mərkəzi  Komitəsi  hesab  edir  ki,  mövcud  milli-ərazi  quruluşunu  dəyişdirməyə 
yönəldilmiş  hərəkətlər  və  tələblər  Azərbaycan  və  Ermənistan  SSR-nin 
mənafelərinə  ziddir,  millətlərarası  münasibətlərə  zərər  vurur».  Qalanları  heç  nəyi 
həll etməyən ibarəli çağırışlar idi. 
Lakin  babkovun  gətirdiyi  sitatdan  məlum  olur  ki,  Siyasi  Büronun  qərarında 
erməni  separatçılarına  və  millətçilərinə  reverans  edilibmiş:  Dağlıq  Qarabağ 
problemi «yenidənqurma gedişində həll olunacaqdır». 
Babkov SovĐKP MK-nın deyilən qərarla Azərbaycana göndərdiyi nümayəndə 
heyətinin  (Razumovski,  Demiçov  və  Babkov)  Bakıdan  sonra  Stepanakertə 
getməsini belə təsvir edib: 
Stepanakertdə «MK-nın gəldiyi nəticələr haqqında hələ heç bir şey bilmirdilər 
və  hesab  edirdilər  ki,  guya  məsələ  Ermənistanın  xeyrinə  həll  olub.  Şəhərin 
girəcəyində  bizi  bayramsayağı  geyinmiş  adamların  çoxlu  dəstələri  xalqlar 
dostluğunu  mədh  edən,  Qarabağ  münaqişəsini  ədalətlə  həll  etdiyinə  görə  ölkə 
rəhbərliyinə  minnətdarlıq  bildirən  qırmızı  bayraqla  və  şüarlarla  qarşıladılar. 
Stepanakertin  küçələrində  bayraqlarını  yelləyən  qırmızı  qalstuklu  pionerlər  bizi 
salamladılar.  Əlbəttə,  biz  özümüzü  çox  pis  hiss  edirdik,  çünki  biz  şəhərin 
sakinlərinə  tamam  başqa  xəbər  gətirmişdik.  Və  artıq  bu  fakt  özü  insanların  nə 
dərəcədə  aldadılmasını,  mənəvi  təzyiqin  nə  qədər  güclü  olmasını  göstərir.  Dağlıq 
Qarabağın  erməni  əhalisinin  çoxu,  düzünü  deyək,  bu  murdar  provakasiyaya  cəlb 
edilmişdi».
30b 
Đttifaq  rəhbərliyində  mühüm  mövqelər  ələ  keçirmiş  Şahnəzərov,  Brutens, 
Sitaryan,  Aqanbeqyan  və  b.  Qorbaçovun  Azərbaycan  siyasətinə  nəinki  təsir  edir, 
hətta bu siyasəti təyin edirdilər.  
Beləliklə, Dağlıq Qarabağ aqressiv separatizminin ideoloqu və ilhamçısı təkcə 
Yerevan  deyil,  həm  də  Qorbaçovun  etibarını  qazanmış  aqanbeqyanlar  idi. 
Qorbaçov Dağlıq Qarabağ məsələsində məhz onların dedikləri ilə oturub dururdu.  
Biz azərbaycanlılar bu həqiqətləri bilirdik. Lakin Sovet Đttifaqı ictimaiyyəti və 
birinci növbədə Rusiya ictimaiyyəti bütün bunlardan xəbərsiz idi. Dağlıq Qarabağ 

Tofiq Köçərli                                    - 31 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
hadisələri  başlayandan  sonra  gərək  ki,  təkcə  bir  dəfə-1991-ci  ilin  mayında 
«Pravda»  qəzeti  Dağlıq  Qarabağ  məsələsində  Moskvadakı  erməni  xadimlərinin 
neqativ roluna işarə etmiş və Sitaryanın, Osipyanın, Şahnəzərovun, Aqanbeqyanın 
adlarını çəkərək onların mövqeyinə təəccüb bildirmişdi.  
Deyəsən,  yalnız  D.  Raqozin  Rusiya  diplomatiyasının  Azərbaycana 
münasibətdə  Moskvadakı  erməni  lobbisinin  nəzarəti  altına  düşməsini  «Rossiya» 
qəzetində açıq vurğulamışdı. O, yazmışdı: 
«Rusiyanı  qarşı  duran  tərəflərdən  birinin  –bir  qayda  olaraq  Ermənistanın 
tərəfində münaqişəyə cəlb etməyə cəhdlər göstərilir. Şübhəsiz faktdır ki, Qafqazda 
rus  diplomatiyası  Moskvadakı  erməni  lobbisinin  nəzarəti  altına  düşmüş  və  bu  da 
Rusiyanın  gözdən  düşməsinə  və  onun  hansı  şəkildə  olursa–olsun  Qafqaz  xalqları 
arasında nüfuzunun itirilməsinə gətirib çıxarmışdır». 
Lakin bu düzgün qiymət Rusiya ictimai fikrində yayılmadı.  
Aqanbeqyanın  Parisdə  Dağlıq  Qarabağ  haqqında  açıqlamasından  birmənalı 
aydın oldu ki, Azərbaycanın dövlət bütövlüyünü və ərazi bütövlüyünü təhlükə artıq 
yaxalamışdır, fitilə artıq od vurulmuşdur.  
Lakin Azərbaycan rəhbərliyi yaranmış şəraitdə həyəcan təbili çala bilmədi və 
heç  bir  preventiv  tədbir  görmədi.  Qorbaçov  isə  nə  məsləhətçisi  Aqanbeqyanın 
Dağlıq Qarabağ haqqında rəsmi təklifinə, nə də onun Parisdəki açıqlamasına, onun 
Dağlıq  Qarabağ  məsələsinin  həll  ediləcəyinə  lovğa  inamına  açıq  və  prinsipial 
münasibət  bildirmədi.  Bu,  əslində  Aqanbeqyanın  Dağlıq  Qarabağ  haqqında 
mövqeyinin dəstəklənməsi demək idi.  
Ermənistan  rəhbərliyinə  də  elə  bu-Qorbaçovun,  Đttifaq  rəhbərliyinin  təpər-
kəsərini sınaqdan keçirmək lazım idi. Məhz belə bir şəraitdə-1998-ci ilin fevralında 
Ermənistan rəhbərliyi Dağlıq Qarabağda antiazərbaycan hərəkat təşkil etdi.  
1995-ci  ildə  Qorbaçov  yazmışdır  ki,  Dağlıq  Qarabağ  Vilayət  Sovetinin 
Azərbaycan  tərkibindən  çıxmaq  və  Ermənistan    tərkibinə  daxil  olmaq  haqqında 
qərarı «dərhal Ermənistanda çoxminlik nümayişlər və mitinqlərlə müdafiə olundu. 

Tofiq Köçərli                                    - 32 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Onlar mütəşəkkil və ekstsessiz keçirdi. Yenidənqurmanı və aşkarlığı müdafiə edən 
plakatlarla keçirdi… 
Bu,  Azərbaycanda  kəskin  cavab  reaksiyası  doğurdu.  Orada    da  kütləvi 
mitinqlər oldu. Onlar antierməni şüarları altında keçirdi». 
Görmək  çətin  deyil  ki,  bu  təsvirdə  Qorbaçov  az  qala  ermənilərin  başını 
sığallayır,  Ermənistanda  nümayişlərin  «mütəşəkkil»  keçməsini,  nümayişçilərin 
«yenidənqurmanı»  müdafiə  etmələrini  xüsusi  qeyd  edir,  ancaq  ərazi  bütövlüyünə 
qəsd  edilmiş  Azərbaycanda  olan  kütləvi  mitinqlərin  «antierməni  şüarlar  altında 
keçməsini» vurğulayır.  
Mərkəzin  Dağlıq  Qarabağ  siyasətinə  təsir  edən  təkcə  şahnəzərovlar  və 
aqanbeqyanlar  deyildi.  Qorbaçov  elə  bir  vəziyytə  düşmüşdü  ki,  bəlkə  özü  hiss 
etmədən Dağlıq Qarabağ məsələsində həm də Qərbin rəsmi dairələrinin və erməni 
diasporunun çaldığı havaya oynayırdı.  
Bir  fakt,  SSRĐ  Daxili  Đşlər  Naziri  Puqo  SSRĐ  Ali  Sovetində  Dağlıq 
Qarabağdakı vəziyyət  haqqında həqiqəti  söylədi.  Qorbaçov  da Mitteranla birlikdə 
keçirdiyi  mətbuat  konfransında  həmin  ruhda  qətiyyət  göstərdi.  Lakin  Đttifaq 
ermənipərəst  mətbuatı,  Əlixanyan-Bonner  və  onun  diktəsi  ilə  birinci  Beynəlxalq 
Saxarov  konqresi,  Qərbdə  isə  şarl  de  aznavurların  və  erməni  diasporunun  təzyiqi 
ilə Fransa parlamenti və Avroparlament guya Dağlıq Qarabağdan ermənilərin zorla 
köçürülməsi  haqqında  hay-küy  saldılar.  Bu  hay-küyün  təsiri  ilə  Qorbaçov 
Ermənistanda  qeyri-qanuni  yaradılmış  qoşun  hissələrinin  və  Dağlıq  Qarabağda 
yaraqlı terrorçu dəstələrinin tərksilah edilməsini dərhal dayandırdı. 
Dağlıq  Qarabağdan  «ermənilərin  zorla  köçürülməsi»  haqqında  hansısa  fakt 
var idimi? 
Heç  bir  fakt  yox  idi.  Ümumiyyətlə  Azərbaycanın  heç  bir  zaman  erməniləri 
Dağlıq  Qarabağdan köçürmək siyasəti olmamışdır. Azərbaycan dövləti doğma və 
ögey  vətəndaş  ideyasını,  psixologiyasını  və  praktikasını  həmişə    qətiyyətlə  rədd 
etmişdir.  

Tofiq Köçərli                                    - 33 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Məlum  olduğu  kimi,  Dağlıq  Qarabağ  hadisələri  başlayan  kimi  məhz 
Ermənistanda 
azərbaycanlılara 
qarşı 
terror 
gücləndi. 
Azərbaycanlılar 
Ermənistandan,  əzəli  dədə-baba  yurdlarından  zorla  qovuldular.  Z.Balayan  iddia 
edir  ki,  «azərbaycanlıların  yarısı  zəlzələ  zonasında  yaşayırdı  və  zəlzələdən  sonra 
onlar  özləri  Ermənistandan  getdilər».  Yox,  əsla  belə  deyildir.  Zəlzələ  zonasında 
azərbaycanlıların  çox  az  bir  hissəsi  yaşayırdı.  Rəsmi  məlumata  görə,  artıq 
zəlzələyə  qədər    Ermənistandan  120  mindən  çox  azərbaycanlı  deportasiya 
edilmişdi. Nəticə etibarilə bütün azərbaycanlılar Ermənistandan zorla çıxarıldı.  
Hətta azərbaycanlılar Ermənistandan kütləvi surətdə qəddarcasına deportasiya 
ediləndə  Azərbaycan  rəhbərliyi  erməniləri  Dağlıq  Qarabağdan  çıxarmaq  fikrinə 
düşmədi.  Zənnimcə,  o  zaman  Azərbaycan  rəhbərliyi  Ermənistanın  hərəkətinə 
adekavat  reaksiya  versəydi,  ermənilər  elə  o  zaman  Dağlıq  Qarabağı  tərk  etməli 
olardılar.  Bu,  Azərbaycan  tərəfindən  Ermənistanın  azərbaycanlılara  qarşı 
qəddarilığına cavab kimi məcburiyyət qarşısında atılan ədalətli addım olardı.  
Azərbaycan rəhbərliyi nəinki erməniləri Dağlıq Qarabağdan çıxartmadı, hətta 
Ermənistandan  qovulmuş  azərbaycanlıların  Dağlıq  Qarabağda  yerləşdirilməsi 
haqqında  ictimaiyyətin  haqlı  tələbinə  məhəl  qoymadı.  Bu  bir  yana,  Ermənistan 
azərbaycalılarından  otuz-qırx  ailə  gəlib  Şuşa  rayonunda  müvəqqəti  yerləşmişdi. 
Bununla  əlaqədar  iş  o  yerə  çatdı  ki,  Azərbaycan  rəhbərliyi  dərhal  oraya  yüksək 
rütbəli  məmur  göndərdi  və  onun  rəhbərliyi  altında  Ermənistan  azərbaycanlılarını 
Şuşadan çıxartmaq əməliyyatı təcili şəkildə və «uğurla» başa çatdı.  
Azərbaycan  rəhbərliyi  ölən  dostluğa  inanmaqda  davam  edirdi  .  Belə  bir 
aldadılmış ümidlə yaşayırdı ki, azərbaycanlıların Ermənistandan çıxarılması sadəcə 
olaraq  anlaşımazlıqdır.  Bu  gün-sabah  onlar  Ermənistana  qayıdıcaqlar!  Moskva 
qaytaracaq. Bu haqda hətta Moskva qərar da  qəbul etmişdi!  
Etiraf etmək lazımdır ki, Dağlıq Qarabağ hadisələri başlayandan Azərbaycan 
rəhbərliyinin  Dağlıq  Qarabağ  məsələsinə  dair  müstəqil  mövqeyi  və  müstəqil 
siyasəti  yox  idi.  Siyasətdə  uzaqgörənlik,  çeviklik  çatışmırdı.  Hadisələrin  axarı  ilə 

Tofiq Köçərli                                    - 34 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
gedirdik, onların inkişafını  proqnozlaşdıra  bilmirdik.  Mərkəzə inam  sindromu  hər 
şeyi üstələyirdi.  
Dağlıq  Qarabağ  hadisələri başlayan  kimi,  Ermənistan dərhal  böyük  bir  yalan 
uydurdu: 
-  Guya  1921-ci  il  iyulun  5-də  RK  (b)  P  MK  Qafqaz  Bürosu  «biabırçı 
ədalətsizliyə»  yol  verərək  «Ermənistanın  əzəli  vilayətini-əhalisinin  95  faizi 
ermənilərdən  ibarət  olan  Dağlıq  Qarabağı  mexaniki  surətdə  Ermənistandan 
qoparıb» Azərbaycana qatmışdır.  
Akademik  A.D.Saxarov  müəyyən  səbəblər  üzündən  dərhal  erməni 
yalanlarının  qızğın  təbliğatçısına  çevrildi  və  «ədaləti  bərpa  etmək»    uğrunda  fəal 
mübarizəyə  başladı.  O  zaman  xaricdə  yaşayan  A.Đ.Soljenitsin  də  Dağlıq  Qarabağ 
haqqında erməni yalanlarına uydu. 
Belə  beynəlxalq  nüfuzlu  xadimlərin  səyləri  və  əlbəttə,  birinci  növbədə 
Ermənistan  rəhbərliyinin,  siyasi  xadimlərinin  və  müəlliflərinin  qibtə  edilməyə 
layiq  çevikliyi,  fəallığı,  bizim  isə  passivliyimiz  və  etinasızlığımız,  Dağlıq 
Qarabağın  Ermənistandan  qoparılıb  Azərbaycanın  tərkibinə  daxil  edilməsi 
haqqında ağ yalanın yayılmasını şərtləndirdi.  
Təkcə bir fakt. 
1988-ci  il  iyulun  18-də  SSRĐ  Ali  Sovetinin  Rəyasət  heyəti  Dağlıq  Qarabağ 
məsələsini  müzakirə  etdi.  Đclasda  SSRĐ  Ali  Sovetinin  Azərbaycandan  və 
Ermənistandan olan deputatlarının böyük bir qrupu da iştirak edirdi.  
Moskva  televiziyası  bu  iclasın  gedişini  göstərirdi.  Elə  o    zaman  iclasın 
stenoqrafik yazısı Moskva mətbuatında, bütün SSRĐ-də, o cümlədən Azərbaycanda  
da  çap  olundu.  Televiziyaya  baxan,  iclasın  stenoqrafik  yazısını  oxuyacaq  hər  bir 
kəs  də  inana  bilər  ki,  iclasda  ermənilər  meydan  oxuyurdular  və  bu  yüksək 
tribunadan  onlar  Dağlıq  Qarabağ  haqqında  yalan  yaymaq  üçün,  dezinformasiya 
üçün məharətlə istifadə edirdilər. Orada çıxış edən ermənilər bir ağızdan deyirdilər 
ki,  1921-ci  ildə  «tarixi  ədalətsizliyə»  yol  verilib-Dağlıq  Qarabağ  Ermənistandan 
qoparılıb Azərbaycana birləşdirilmişdir.  
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə