Naxçıvan: uydurmalar və tarixi həqiqətlər



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix06.05.2017
ölçüsü0,99 Mb.
1   2   3   4   5   6   7   8   9
Tofiq Köçərli                                    - 35 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Lakin elə bil bu yalanın, bu saxtakarlığın Azərbaycana heç bir dəxli yox imiş! 
Azərbacandan çıxış edən heç bir kəs həmin  məsələyə toxunmadı. Erməni yalanını 
təkzib etməyə heç bir kəs heç bir şəkildə cəhd göstərmədi. Təkrar edirəm: heç bir 
kəs! 
Belə  bir  şəraitdə  Đttifaq  televiziya  tamaşaçıları,  geniş  oxucu  kütlələri, 
Azərbaycan nümayəndələrinin heç bir etirazına səbəb olmayan erməni versiyasına 
inanmalıydılar.  
Đclas  kəskin  siyasi  mübarizə  və  mübahisə  meydanı  idi.  Fəqət  Azərbaycan 
rəhbərliyi  mübarizədən  də,  mübahisədən  də  kənarda  qalmışdı.  Elə  bil  bunların 
Azərbaycana heç bir dəxli yox imiş! 
Đclasda Dağlıq Qarabağa dair bir sıra təkliflər irəli sürüldü. Lakin Azərbaycan 
rəhbərliyi onların heç  birinə münasibətini bildirmədi.  
Nə idi o təkliflər?  
-  DQMV-ni  Azərbaycanın  tərkibindən  çıxarmamaqla,  Dağlıq  Qarabağa 
Sov.ĐKP  MK,  SSRĐ  Ali  Soveti  Rəyasət  Heyəti  və  SSRĐ  Nazirlər  Sovetinin 
nümayəndələri təyin edilsin. (M.S. Qorbaçov); 
-  Prinsipial  qərar  qəbul  edilənədək,  Dağlıq  Qarabağ  müvəqqəti  olaraq  Đttifaq 
orqanlarının idarəsinə verilsin (R.H.Həmzətov); 
- DQMV  müvəqqəti olaraq Đttifaq  orqanlarına, yaxud RSFSR-ə tabe edilsin, 
vilayətə mərkəzin xüsusi müvəkkilləri göndərilsin (S.Q.Arutyunyan). 
Elə bil bu təkliflərin  də Azərbaycana heç bir dəxli yox imiş.  
Demək  olmaz  ki,  Azərbaycan  rəhbərliyi  iclasa  təkliflər    «paketi» 
hazırlamadan gedibmiş. Bir təklif və bir tələb orada səslənmişdi: Dağlıq Qarabağın 
Ermənistana verilməsi haqqında Ermənistan SSR Ali Sovetinin 15  iyun 1989- cu 
il  tarixli  qərarı  rədd  edilsin.  DQMV-də  «şuluqluğa  və  başqa  hüquqa  zidd 
hərəkətlərə» son qoymaq üçün bütün lazımi tədbirlər görülsün.  
SSRĐ  Ali  Sovetinin  Rəyasət  Heyəti  Azərbaycan  SSR  və  Ermənistan  SSR 
sərhədlərinin  və  konstitusiya  əsasında  müəyyənləşdirilmiş  milli-ərazi  bölgüsünün 
dəyişdirilməsini qeyri-mümkün hesab etdi.  

Tofiq Köçərli                                    - 36 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Düzgün,  prinsipial  əhəmiyyətli  mövqe  idi.  Lakin…  qərara  alındı  ki,  Dağlıq 
Qarabağa  SSRĐ  Ali  Sovetinin  nümayəndələri  göndərilsin.  Onlar  Dağlıq  Qarabağa 
dair  qəbul  edilmiş  qərarların  sözsüz  yerinə  yetirilməsini  təmin  etmək  üçün 
Azərbaycan SSR və Ermənistan SSR nümayəndələri ilə sıx əməkdaşlıqda fəaliyyət 
göstərməliydilər.  
Mərkəzin  nümayəndələri  nə  üçün,  hansı  hüquqla  Azərbaycanla  bərabər  həm 
də Ermənistan nümayəndələri ilə «sıx əmədaşlıqda» hərəkət etməliydilər.  
Bu qərara müvafiq surətdə A.Đ.Volski Dağlıq Qarabağda Sov. ĐKP MK-nın və 
SSRĐ  Ali  Soveti  Rəyasət  Heyətinin  nümayəndəsi  təyin  edildi.    Azərbaycan  və 
Ermənistan  KP  MK-larına,  Azərbaycan  SSR  və  Ermənistan  SSR  Ali  Sovetlərinin 
Rəyasət Heyətlərinə və Nazirlər Sovetlərinə göstəriş verildi ki, Volskiyə hər vasitə 
ilə kömək göstərsinlər. Volskiyə, Dağlıq Qarabağ üzrə qərarların yerinə yetirilməsi 
sahəsində  «Azərbaycan,  Ermənistan  və  DQMV  partiya,  sovet  və  təsərrüfat 
orqanlarının işini təşkil etmək və əlaqələndirmək üçün» səlahiyyətlər verildi. 
Yenə də soruşmadıq, haray salmadıq: Azərbaycanın sırf daxili işi olan Dağlıq 
Qarabağ məsələsində Azərbaycanla Ermənistanın işini nə üçün Volski təşkil etməli 
və əlaqələndirməlidir? 
Dağlıq  Qarabağa  Mərkəzin  səlahiyyətli  nümayəndəsinin  təyin  edilməsi 
düşünülməmiş  və  siyasi  baxımdan  səhv  bir  addım  idi.  Bununla  Azərbaycanın 
Dağlıq  Qarabağda  hakimiyyəti  məhdudlaşdırıldı.  Eyni  zamanda  bu  qərarla 
Ermənistan  Azərbaycanın  daxili  və  şəriksiz  işi  olan  Dağlıq  Qarabağ  məsələsinə 
özünü  açıq  şərik  edə  bildi.  Ermənistan  Dağlıq  Qarabağa  şərik  çıxmağa  SSRĐ  Ali 
Sovetinin  Rəyasət  Heyətindən  bir  növ  vəkalət  və  təminat  aldı.  Digər  tərəfdən, 
Đttifaq  rəhbərliyinin  Dağlıq  Qarabağa  dair  bir  sıra  başqa  qərarlarında,  Moskvada 
keçirilən bütün görüşlərdə Azərbaycanla Ermənistan Dağlıq Qarabağ məsələsində 
bərabər hüquqlu vəziyyətə qoyuldular, eyni qaydada təmsil olundular, eyni göstəriş 
aldılar. Azərbaycanın suverenliyinin pozulması prosesi belə başlayıb dərinləşdi.  
Azərbaycan  DQMV-nin  idarə  olunmasından  əslində  kənar  edildi.  Orada 
əslində  Azəbaycan  bayrağı  endirildi,  Ermənistan  bayrağı  qaldırıldı.  Ermənistan 

Tofiq Köçərli                                    - 37 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Dağlıq  Qarabağa  siyasi,  iqtisadi,  mədəni  və  s.  ekspansiyanı  gücləndirdi  və 
vilayətin idarə olunmasında özünün iştirakını təmin etdi.  
Hadisələrin belə inkişafı Azərbaycan rəhbərliyinin DQMV  məsələsində siyasi 
idarəsizliyinin və qətiyyətsizliyinin nəticəsi idi, onun strateji uğursuzluğu idi.  
Digər  tərəfdən,  bu,  Ermənistan  rəhbərliyinin  yeritdiyi  siyasətin  qələbəsi  idi. 
Ermənistan  əl-qol  açmağa  imkan  tapdı  və  yaranmış  imkandan geniş  və  məharətlə 
istifadə edə bildi. Şuşa rayonu istisna olmaqla, Dağlıq Qarabağ get-gedə və sürətlə 
Ermənistanın  ictimai-siyasi  və  mədəni  inkişafına  cəlb  edilir,  onun  ictimai,  siyasi, 
iqtisadi  və  mədəni  strukturunun  tərkib  hissəsinə  çevrilirdi.  Müxtəlif  adlar  və 
bəhanələr  altında  müəssisələr,  idarələr  və  təşkilatlar  açıqdan-açığa  Azərbaycanın 
tabeliyindən  süni  surətdə  və  konstitusiyaya  zidd  olaraq  çıxarılıb  Ermənistanın 
tərkibinə keçirilirdi.  
A.  Volskinin  səlahiyyətli  nümayəndə  olduğu  dövrdə  Azərbaycanın  əslində 
Dağlıq  Qarabağda  yalnız  bir  «vəzifəsi»  qalmışdı:  Dağlıq  Qarabağa  mərkəzin 
əsassız  və  ədalətsiz  olaraq  ayırdığı  milyonlarla  vəsaitin  mənimsənilməsini, 
vilayətin  hər  şeylə  –tikinti  materialları  ilə,  avadanlıqla  təchizatını  fasiləsiz  və 
danışıqsız təmin etmək, işləməyən Stepanakert şəhərini dolandırmaq! 
Azərbaycan  rəhbərliyi  bir  sahədə  də  –Ermənistan  KP  MK  birinci  katibi  ilə 
görüşlər  keçirmək  işində  də  fəal  idi,  daha  dəqiq  desək,  lap  canfəşanlıq  edirdi  ( 
deyilənlərə  görə  əvvəlki,  birinci  katiblər  küsülü  imişlər!).  Görüşlər  Bakıda  və  ya 
Yerevanda  keçirilsəydi,  burada  bəlkə  də  qeyri  adi  bir  şey  yox  idi.  Lakin  o 
məqamda iki görüş məhz Stepanakertdə keçirildi. (2 avqust və 11 oktabr 1998)  
Artıq  Stepanakertdən  bizim  ayağamız  kəsilmişdi,  Ermənistanın  isə,  demək 
olar  ki,  bütün  nazirliklərinin,  baş  idarələrinin,  istehsal  birliklərinin,  yaradıcı 
təşkilatlarının rəhbərləri, yaxud nümayəndələri Dağlıq Qarabağa ayaq açmışdılar.  
Ariflər  yaxşı  başa  düşürdü  ki,    Arutyunyanın  belə  məqamda  Stepanakertə 
gəlişi-«ağ  at  belində  gəliş»  idi.  Obyektiv  olaraq  Dağlıq  Qarabağ  separatçılarını 
daha da şirnikləşdirən və qızışdıran gəliş idi. 

Tofiq Köçərli                                    - 38 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Bu, məsələnin zahiri, lakin  dərin siyasi-psixoloji təbliğatı yük daşıyan cəhəti 
idi.  
Məzmun və nəticə  isə belə idi. «Dağlıq Qarabağın sosial-iqtisadi  və mədəni 
inkişafını  sürətləndirmək  üçün  hər  iki  respublikanın  (Azərbaycan  və  Ermənistan- 
T.K)  imkanlarından  daha  tam  istifadə  etməyə  dair  bir  sıra  əməli  təkliflər 
hazırlanmışdır» (birinci görüş haqqındakı məlumatdan). 
Dünən  mərkəz  Ermənistana  buna  bənzər  səlahiyyət  vermişdi.  Bu  gün  isə 
Ermənistanın  Dağlıq  Qarabağda  daha  geniş  əl-qol  açmasına  özümüz  şərait 
yaratdıq,  Dağlıq  Qarabağın  inkişafını  sürətləndirmək  üçün  Ermənistanın 
imkanlarından «daha tam» istifadə olunmasının nə kimi təhlükəli nəticələrə gətirib 
çaxaracağını düşünmədən, kor-korana bu işə rəvac verdik.  
Nə  üçün  və  hansı  hüquqla  Dağlıq  Qarabağın  inkişafı  üçün  Ermənistanın 
imkanlarından  «daha  tam»  istifadə  olunmalıydı?  Yaman  aldanırdı  Azərbaycan 
rəhbərliyi. Yox, dalbadal aldadılırdı. 
Azərbaycan üçün bir qəpiklik əhəmiyyəti olmayan, xalqın ləyaqətinə toxunan, 
rəhbərliyimiz  üçün  isə  aldadıcı  və  alçaldıcı  olan  görüşlər  idi  Stepanakertdəki 
görüşlər! 
Belə  və  digər  düşünülməmiş  addımlarla  mövqelərimizi  itirə-itirə,  prinsipial 
məsələlərdə əsassız güzəştlərə gedə-gedə Dağlıq Qarabağda Azərbaycanın suveren 
hüquqlarını tamamilə itirməsi üçün əlverişli zəmin yarandı. 
1989-cu ilin yanvarı gəldi. Yanvarın 12-də SSRĐ Ali Sovetinin Rəyasət Heyəti 
Azərbaycan  SSR  və  Ermənistan  SSR  partiya  və  sovet  orqanlarının,  habelə  SSRĐ 
Ali  Soveti  Millətlər  Soveti  Komissiyaının  təkliflərini  nəzərə  alaraq  Dağlıq 
Qarabağın  Azərbaycan  SSR  tərkibində  Muxtar  Vilayət  Statusunu  saxlamaqla, 
DQMV-də  müvəqqəti  olaraq  xüsusi  idarə  forması  tətbiq  etməyi  məqsədəuyğun 
bildi.  
Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Xüsusi  Đdarə  Komitəsi  yaradıldı.  A. 
Volskinin sədrliyi altında. Həmin fərmanla Xüsusi Đdarə Komitəsi «bilavasitə SSRĐ 
ali dövlət hakimiyyəti və idarəçilik orqanlarına tabe edildi! 

Tofiq Köçərli                                    - 39 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Göründüyü kimi, həmin fərman Azərbaycan SSR və Ermənistan SSR partiya 
və  dövlət  orqanlarnın  təkliflərini  nəzərə  almaqla  qəbul  edilmişdi.  Deməli, 
Azərbaycanla Ermənistanın Dağlıq Qarabağ məsələsinin həllində bərabər əsaslarda 
iştirakı  qanuniləşdirilmişdi.  Onların  Dağlıq  Qarabağa  bərabər  əsaslarda  hüquqları 
çatması və məsuliyyət daşıması artıq qanuniləşdirilmişdi.  
Maraqlıdır, Azərbaycanın partiya və dövlət rəhbərliyi «bilavasitə» Moskvaya 
tabe  edilən  Xüsusi  Đdarə  Komitəsi  yaradılması  təklifini  nə  ilə  və  necə 
əsaslandırmışdı? Deyə bilmərik. Çünki əlimizdə sənəd yoxdur. Onu deyə bilərik ki, 
xüsusi  idarə  formasının  tətbiq  edilməsi  Azərbaycan  rəhbərliyi  üçün  təslimçi  və 
alçaldıcı  bir  akt  idi.  Azərbaycanın  Dağlıq  Qarabağda  hakimiyyətinə  son 
qoyulurdu. 
Rəhbərlik  bir  işdən  razı  qalmalıydı.  Ona  fərmanda  təkcə  bir  tapşırıq 
verilmişdi:  fərmana  müvafiq  qərar  qəbul  etmək.  Göstərişə  dərhal  və  tərəddüdsüz 
əməl  edildi.  Azərbaycan  SSR  Ali  Sovetinin  Rəyasət  Heyəti  cəmi  bir  cümlədən 
ibarət  olan  qərarla  Dağlıq  Qarabağda  xüsusi  idarə  formasının  yaradılması 
haqqında qərarı «bəyəndi və müdafiə etdi». 
Tələm-tələsik hazırlanıb  yanvarın 13-də keçirilən  partiya  fəallar  yığıncağı  da 
yekdillik  göstərdi.  Qeyd  olundu  ki,  Dağlıq  Qarabağın  Azərbaycan    tərkibində 
statusunu saxlamaqla orada xüsusi idarə formasının yaradılması «indiki vəziyyətdə 
ən  ağıllı  və  düzgün  qərardır».  Bu  qərar  «iki  respublikanın,  Dağlıq  Qarabağ 
əhalisinin ümdə mənafelərinə tamamilə uyğundur». 
Mən həmin fəallar yığıncağının iştirakçısı olmuşam. Ə.X.Vəzirov xüsusi idarə 
fomasının  yaradılmasını  az  qala  fəxrlə  elan  etdi.  Bu  «şad»  xəbərin  alqışlarla 
qarşılanması  da  (insafən,  gur,  sürəkli  deyildi  bu  dəfə)  yadımdadır.  Bu  da 
yadımdadır: çıxış edənlərdən biri dedi ki, Xüsusi Đdarə Komitəsinin yaradılması ilə 
Dağlıq  Qarabağda  bütün  məsələlər  həll  olunur.  Yenə  də  çəpik  çalındı.  Lakin  arif 
adamlar  həmin  anlarda  öz  aralarında  pıçıldaşırdılar  ki,  çəpik  çalmaq  yox, 
şadlanmaq  yox,  ağlamaq  lazımdır:  Dağlıq  Qarabağda  Azərbaycanın  hakimiyyəti 
tam  itirilir,  bu  fərman-Dağlıq  Qarabağı  Azərbaycandan  ayırmaq  fərmanıdır, 

Tofiq Köçərli                                    - 40 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Azərbaycanın  ümdə  mənafelərinə  «tamamilə  uyğun»  yox,  tamamilə  zidd 
fərmandır.  
Lakin pıçıldaşmalardan irəli gedə bilmədik.  Ümumilikdə,  aciz olduq,  lal, kar 
və  kor  qaldıq.  Azərbaycanın  suverenliyini  kobud  pozan  qərara  protestimizi  açıq 
bildirmədik, Azərbaycan rəhbərliyinin prinsipsizliyini açıq deyib pisləmədik. Buna 
hünərimiz çatmadı.!!! 
SSRĐ  Ali  Sovetinin  qərar  və  fərmanında  bizim  üçün  iki  «təskinlik»  var  idi: 
qərarda  Dağlıq  Qarabağın  statusunun  saxlanması  ifadə  olunurdu  və  fərmanın 
adında Dağlıq Qarabağın Azərbaycana mənsubluğu qeyd edilirdi. Vəssalam! Belə 
formal cəhətlər rəhbərliyin öyüməsi üçün əlverişli bayraq idi. Xalqı «sevindirmək» 
və «sakitləşdirmək» üçün də həmçinin! Biz bu cür, gözdən pərdə asmaq hallarına 
öyrəncəliyik. Min təəssüf! 
Xüsusi  idarə  sisteminin  tətbiqi  Ermənistan  rəhbərliyinin  yeni  müvəffəqiyyəti 
idi.  Həqiqətən,  bu  akt  Ermənistanın  «ümdə  mənafelərinə  tamamilə»  uyğun  idi. 
Ermənistan rəhbərliyi Đttifaq və Azərbaycan rəhbərliklərinə minnətdar ola bilərdi: o 
istədiyinə  nail  omuşdu.  Dağlıq  Qarabağı  Azərbaycandan  ayıran  və  Ermənistana 
qovuşduran idarə üsulu yaradılmışdı. 
Đnanılası  deyil,  lakin  tarixi  faktdır  ki,  1989-cu  il  mayın  6-da  SSRĐ  hökuməti 
Dağlıq  Qarabağ  iqtisadiyyatının  Azərbaycan  tabeçiliyindən  çıxarılması  haqqında 
qərar qəbul edir. Tarixi faktdır ki, SSRĐ Dövlət Plan Komitəsi Azəbaycanı Dağlıq 
Qarabağın  inkişafını  planlaşdırmaqdan  kənarlaşdıraraq,  bu  işi  öz  əlinə  alır. 
Azərbaycan rəhbərliyi isə suveren hüquqlarının belə kobud şəkildə tapdalanmasına 
dözür.  
A.  Volskinin  DQMV-də  fironluq  etdiyi  dövrü  Dağlıq  Qarabağı 
Azərbaycandan  tamamilə  ayırmaq  dövrü  adlandırsaq  səhv  olmaz.  Lakin 
A.Volskinin  özü  üçün  bu  dövr  hədər  getmədi.  O,  Azərbaycandan…  SSRĐ  xalq 
deputatı  mandatı  aldı.  Azərbaycan  rəhbərliyi,  onu  saya  salmayan,  onunla 
hesablaşmayan, bəzi hallarda ona meydan oxuyan, ən başlıcası isə antiazərbaycan 

Tofiq Köçərli                                    - 41 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
siyasəti  yeridən  və  Dağlıq  Qarabağ  hadisələrinin  inkişafını  uçuruma  yönəldən  bu 
adama xalq  deputatı mandatı vermək üçün, demək olar ki, dəridən-qabıqdan çıxdı.  
Nəhayət,  xalqın  təzyiqi  ilə  sentyabrın  15-də  Azərbaycan  Ali  Soveti  DQMV 
Xüsusi Đdarə Komitəsini ləğv etməyi qərara aldı. SSRĐ Ali Soveti noyabrın 28-də 
«Dağlıq  Qarabağ  Muxtar  Vilayətində  vəziyyəti  normal  hala  salmaq  tədbirləri 
haqqında»  qərar  qəbul  etdi.  Bununla,  açıq  elan  edilməsə  də  Dağlıq  Qarabağ 
məsələsində buraxılmış pinsipial xarakterli səhvlərin bir qismi düzəldildi: 
- DQMV Xüsusi Đdarə Komitəsi buraxıldı; 
- Dağlıq Qarabağ üzrə Azərbaycan Təşkilat Komitəsi yaradıldı. 
Ermənistan  rəhbərliyi  SSRĐ  Ali  Sovetinin  qərarına  məhəl  qoymadı  və  onu 
rədd etdi. Bu qərarın, necə deyərlər, mürəkkəbi qurumamış-həmin  il dekabrın 1-də 
Ermənistan SSR Ali Soveti «Ermənistan SSR-ni və Dağlıq Qarabağı birləşdirmək 
haqqında», 1990-cı il yanvarın 9-da isə DQMV-nin sosial-iqtisadi inkişaf planının 
Ermənistan  SSR-nin  1990-cı  il  üçün  Dövlət  planına  daxil  edilməsi    haqqında 
konstitusiyaya zidd qərarlar qəbul etdi.  
Ermənistan  SSR  Ali  Soveti  SSRĐ  Ali  Sovetinin  28  noyabr  tarixli  qərarını 
Dağlıq  Qarabağın  «zorla  Azərbaycan  SSR  hakimiyyəti  altına  qaytarılması  və 
vilayətin  zorla  onun  tərkibində  saxlanması,  yeni  anneksiya  aktı»  kimi 
qiymətləndirdi.  
Bu,  siyasi  baxımdan,  artıq  Đttifaq  rəhbərliyinə,  SSRĐ  Ali  Sovetinə  açıq-aşkar 
meydan oxumaq idi. Bu, həm də Azərbaycan əleyhinə kampaniyanın kulminasiya 
nöqtəsi idi, Azərbaycana müharibə elan etmək demək idi.  
Lakin  qəbul  etdiyi  qərar  bütün  dünya  qarşısında  açıq,  nümayişkaranə  və 
kobud  şəkildə  rədd  edilən  SSRĐ  Ali  Soveti  susdu.  Qorbaçov  susdu.  Dərhal  qəti  
tədbir  görmək  tələb  olunduğu  anda    susdu,  baş  vermiş  fövqəladə  hadisəyə  göz 
yumdu.  Yalnız  40  gündən  sonra  -1990-cı  il  yanvarın  10-da  SSRĐ  Ali  Sovetinin 
Rəyasət  Heyəti  Ermənistan  aktlarının  «SSRĐ  konstitusiyasına  uyğun  gəlməməsi 
haqqında» kəsərsiz bir qərar qəbul etdi.  

Tofiq Köçərli                                    - 42 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Bu  sənəddə  SSRĐ  Ali  Sovetinin  28  noyabr    1989-cu  il  tarixli  qərarını 
Ermənistanın  kobud  şəkildə  rədd  etməsinə  kəskin  qiymət  verilmədi.  Dağlıq 
Qarabağın  hüquqi  statusunu  açıq-aşkar  dəyişdirib,  onu  Ermənistana  birləşdirmək 
haqqında  bədnam  qərar  nəinki  ləğv  edilmədi,  hətta  həmin  qərarın  ləğv  olunması 
qətiyyətlə tələb olunmadı.  
Gözlənildiyi kimi, 10 yanvar tarixli qərar da kağız üzərində qaldı, Ermənistan 
Dağlıq  Qarabağın  hüququ  statusunu  dəyişdirən  aktını  ləğv  etmədi.  Artıq  neçənci 
dəfə  Đttifaq  rəhbərliyi  Dağlıq  Qarabağ  məsələsində  öz  qərarına  Ermənistanın 
hörmətsizliyinə  dözdü.  Neçənci  dəfə  öz  qərarını  həyata  keçirməkdə  siyasi 
iradəsizlik, acizlik və qətiyyəsizlik göstərdi! 
Hələ heç vaxt heç bir  məsələnin həllində Sovet rəhbərliyi bu dərəcədə siyasi 
iradəsizlik göstərməmişdi.  
Ermənistan  SSR  Ali  Sovetinin  Dağlıq  Qarabağı  birləşdirmək  haqqında 
antikonstitusion  qərarı,  həmin  sənəddə  SSRĐ  Ali  Sovetinin  üç  gün  əvvəl  qəbul 
etdiyi qərarın Dağlıq Qarabağın «zorla Azərbaycan hakimiyyəti altına qaytarılması 
və  vilayətin  zorla  onun  tərkibində  saxlanması,  yeni  anneksiya  aktı»  kimi 
qiymətləndirilməsi,  bunun  ardınca  Ermənistan  rəhbərliyinin  SSRĐ  Ali  Soveti 
Rəyasət  Heyətinin  sözügedən  10  yanvar  tarixli  qərarını  rədd  etməsi  Qorbaçova 
dalbadal vurulan siyasi şapalaq idi, həm də Qorbaçovun Qarabağ siyasətinin iflası 
idi. Yəqin, buna oxşar hallarda özünə hörmət edən, insani  ləyaqəti və şəxsi şərəfi 
uca  tutan  dövlət  başçısı  istefa  verərdi.  Lakin    Qorbaçov  belə  şəxsiyyətlərdən 
olmayıb. 
Gözləmək  olardı  ki,  heç  olmasa,  Ermənistanın  həmin  açıq-aşkar 
antikonstitusion  aktlarından  neçə  il  keçəndən  sonra  Qorbaçov  baş  vermişləri  ayıq 
başla safçürük edər, onlara ayıq başla qiymət verər, Dağlıq Qarabağ məsələsini həll 
etməkdə siyasi iradəsinin və qətiyyətinin çatışmamasını, məsuliyyətini etiraf edər. 
Yox,  Qorbaçov  «necə  imişsə,  eləcə  də  qalıbmış»!  Gün  kimi  aydın  idi  və 
Ermənistan  Ali  Sovetinin  1  dekabr  və  9  yanvar  qərarları  bütün  çılpaqlığı  ilə  bir 
daha təsdiq etdi ki, Dağlıq Qarabağ hadisələrinin kökündə vilayətin hansısa sosial-

Tofiq Köçərli                                    - 43 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
iqtisadi problemi deyil, Ermənistanın Azərbaycana ərazi iddiaları, Dağlıq Qarabağı 
Azərbaycandan  qoparmaq  planı  durur  və  nə    qədər  ki,  Ermənistan  şeytan 
barmağını Dağlıq Qarabağdan çəkməyib, yaxud beynəlxalq hüquq çərçivəsində bu 
şeytan barmağı kəsilməyib, Dağlıq Qarabağa sülh, əmin-amanlıq gələsi deyil. 
Qorbaçov Ermənistan Ali Sovetinin «DQMV-nin Ermənistanın tərkibinə daxil 
edilməsi  haqqında»  qərarı  ilə  «hər  şeyin  puç  olmasını»  qeyd  edir.  Ancaq  o,  bu 
qərara  münasibət  bildirmir,  hətta  bu  qərarın  SSRĐ  konstitusiyasına  zidd  olmasını 
vurğulamır, onun ləğv edilməsinə nail ola bilməməsini dilə gətirmir.  
Di  gəl  Azərbaycan  rəhbərliyinin  fəaliyyətindən  söhbət  açarkən,  Qorbaçov 
Azərbaycana 
qarayaxmalardan, 
faktları 
təhrif 
etməkdən 
və 
böhtanlar 
yağdırmaqdan çəkinmir. 
Məlumdur  ki,  Kaputikyan  və  Balayanı  Moskvada  əvvəlcə  Yakovlev,  sonra 
Qorbaçov  qəbul  etmişdi.  Onlar  isə  qayıtdıqdan  sonra  «aşkar  surətdə  işarə 
etmişdilər  ki,  Qorbaçov  Qarabağ  münaqişəsində  ermənilərin  tərəfindədir». 
Qorbaçovun Kaputikyanla Balayanı belə «açıqdan açığa üstün tutması», Yerevana 
qayıtdıqdan  sonra  onların  verdikləri  bəyanatları  «münaqişəni  dərinləşdirdi,  bunun 
təqsirkarı birbaşa Qorbaçovdur».
30v 
Məsələnin  başqa  bir  mühüm  aspekt  də  var.  Qorbaçov  Azərbaycan  haqqında 
Kaputikyan  və  Balayanın  iftiralarını  həqiqət  kimi  qəbul  edir  və  həqiqət  kimi 
oxucuya sırıyır. 
Qorbaçov yazır ki, «qonaqlarımdan hansısa» (ya Balayan, ya da Kaputikyan, 
kim  bilir,  bəlkə  də  söhbətdə  iştirak  edən  Şahnəzərov  –  T.K.)  Azərbaycan 
rəhbərliyinin  Dağlıq  Qarabağda  fəaliyyətini  «islamın  xristianlığa  qarşı  hücumu 
davam edir» kimi səciyyələnirdi.  
Sov.ĐKP  MK  Baş  katibi  bu  həyasız  yalan  və  böhtana  necə  münasibət 
bəsləyib?  Məlum  olur  ki,  o,  nəinki  böhtan  müəllifini  yerində  oturtmayıb,  əksinə, 
dəhşətli  qarayaxma  və  ittihama  heç  bir  münasibət  bildirməməklə  əslində  bu 
ittihama şərik çıxıb. 
Qorbaçov belə rəhbər olub. 

Tofiq Köçərli                                    - 44 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Qorbaçovun kitabından mühüm qərar qəbul etmək praktikasında eşidilməmiş 
və görünməmiş bir məqam barəsində xəbət tuturuq. Qorbaçov Balayandan «xahiş 
edir  ki,  Dağlıq  Qarabağa  kömək  tədbirləri  haqqında  təkliflər  versin.  Ertəsi  gün 
(ertəsi gün! – T.K.) Balayan 21 maddədən ibarət təkliflər təqdim edir».  
Qorbaçov  həmin  təklifləri  SSRĐ  Nazirlər  Sovetinin  sədri  Rijkova  göndərir. 
Rijkov  tədbirləri  bəyənir.  DQMV-nin  sosial-iqtisadi  inkişafını  sürətləndirmək 
tədbirləri  haqqında  Sov.ĐKP  Mərkəzi  Komitəsinin  və  SSRĐ  Nazirlər  Sovetinin 
1988-ci il 24 mart tarixli qərarı qəbul olunur. 21 maddədən ibarət qərar! Bu qərarla 
SSRĐ  hökuməti  Dağlıq  Qarabağın  inkişafına  ümumittifaq  fondundan  400  milyon 
manat vəsait ayırır.  
Beləliklə,  Qorbaçov  Azərbaycan  rəhbərliyindən  xəbərsiz  və  onun  başı 
üstündən  hərəkət  edərək,  Azərbaycanı,  Dağlıq  Qarabağı  rəsmən  təmsil etmyə  heç 
bir  səlahiyyəti  və  hüququ  olmayan  qatı  separatçı  Balayanı  sözügedən  qərarın 
hazırlanmasına cəlb edir. 
Sov.ĐKP  MK-nın  Baş  katibi  Azərbaycanın  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti 
haqqında  mühüm  qərar  hazırlanmasına  separatçı  və  araqızışdırıcı  Balayanı  cəlb 
etməklə  heç  bir  çərçivəyə,  etikaya,  özünün  addımbaşı  istinad  etdiyi  Lenin 
normalarına sığışmayan özbaşınalığa yol vermişdir. 
Lakin  Qorbaçov  bu  qərarla  qürrələnir.    Dağlıq  Qarabağın  inkişafına,  orada 
vəziyyətin  sabitləşdirilməsinə  heç  bir  müsbət  təsir  etməyən,  əksinə,  separatçıları 
daha da azğınlaşdıran, ehtirasları daha da coşduran bu qərar haqqında o, yazır: 
«Əgər bu iş on il əvvəl görülsəydi (belə bir qərar on il əvvəl qəbul olunsaydı – 
T.K.),  Əliyev  düzgün  beynəlmiləl  xətt  yeritsəydi,  fəlakətin  qarşısını  almaq 
mümkün olardı». 
Daha sonra Qorbaçov, H.Ə.Əliyevi nəzərdə tutaraq deyir: 
«Azərbaycan rəhbərliyi Qarabağın əhalisinə heç də Lenin münasibəti ruhunda 
yanaşımayıb, bəzən isə sadəcə qeyri-insani münasibət göstərib».  
Eyni  bir  komandadan  olan  dövlət  xadimlərinin  aralarının  dəyməsi,  hətta 
birinin digərinə düşmən kəsilməsi, birinin digərinə şər atması və yağdırması halları 

Tofiq Köçərli                                    - 45 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
tarix  boyu  nə  qədər  desən  olub  və  indi  də  var.  Amma  Qorbaçovun  H.Ə.Əliyevə, 
Azərbaycan rəhbərliyinə atdığı şərlərə çox az rast gəlmək olar.  
H.Ə.Əliyevin  Dağlıq  Qarabağda  «düzgün  beynəlmiləl  xətt»  yeritməməsi 
özünü nədə göstərib? 
Buna dair M.S. Qorbaçov heç bir konkret fakt gətirməyib. Heç bir fakt! Çünki 
belə fakt yoxdur.  
Bəlkə  kadr  siyasəində  təhriflər  olub,  H.Ə.Əliyev  muxtar  vilayət,  habelə 
vilayətin  şəhər,  rayon  partiya,  sovet  və  hüquq-mühafizə  orqanlarının  rəhbərlərini 
azərbaycanlılardan qoyub? 
Bu  barədə  də  nə  Qorbaçov,  nə  də  başqa  kəs  heç  bir  fakt  gətirməyib.  Çünki 
belə fakt yoxdur. 
Bəlkə  H.Ə.Əliyev  muxtar  vilayətdə  erməni  dilini  sıxışdırıb,  ermənilərin  ana 
dilində təhsil almalarını məhdudlaşdırıb? 
Bu barədə də heç bir kəs heç bir fakt gətirməyib. Çünki belə fakt yoxdur.  
Bəlkə  H.Ə.Əliyev  dağlıq  Qarabağın  sosial-iqtisadi  inkişafına  qayğı 
göstərməyib  və  ona  görə  guya  Dağlıq  Qarabağ  inkişaf    səviyyəsinə  görə 
Azərbaycanın geridə qalan regionu olub? 
Heç  bir  mübaliğəsiz  demək  olar  ki,  Dağlıq  Qarabağa  münasibətdə  Heydər 
Əliyev hətta ifrat «beynəlmiləl xətt» yeritmişdir. Məhz H.Ə.Əliyevin Azərbaycana 
rəhbərlik  etdiyi  1969-1982-ci  illər  Dağlıq  Qarabağın  ən  coşğun  inkişaf    dövrü 
olmuşdur.  
…  1986-cı  ilin  martında  Bakıda  DQMV-nin  sosial-iqtisadi  vəziyətinə  həsr 
olunmuş «dəyirmi stol» keçirildi. «Dəyirmi stol»da gətirilən konkret faktlar Dağlıq 
Qarabağ  hadisələrinin  əsas  səbəbinin  guya  vilayətin  sosial-iqtisadi  problemləri 
olması haqqında erməni siyasətbazlarının tezisini alt-üst etdi. 
Budur həmin faktlardan bir neçəsi: 
-  «70-ci  illərin  əvvələrində  də  vilayətin  göstəriciləri  respublikanın,  Naxçıvan 
MSSR-in  göstəricilərindən  üstün  idi.  Vilayətin  bu  istiqamətdə  inkişaf    səviyyəsi 

Tofiq Köçərli                                    - 46 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
başqa  regionlarla  müqayisədə  çox  irəlidədir»  (Azərbaycan  KP  MK  Đqtisadiyyat 
şöbəsinin müdiri Z. Səmədzadə); 
- «Son 16 il ərzində vilayət sənaye istehsalının artım sürətinə görə respublika 
səviyyəsini ötüb keçmişdir (müvafiq surətdə 3,23 və 3,0 dəfə)… adambaşına düşən 
sənaye məhsulunun istehsalına görə DQMV Azərbaycanın iqtisadi rayonları (Bakı 
səayesini nəzərə almadan) arasında qabaqcıl yer tutur» (Đqtisadçı S.Hüseynov); 
- «1971-1985-ci illər ərzində vilayətin inkişafı üçün 483 milyon manat vəsait 
qoyulmuşdur ki, bu da əvvəlki onbeş ildəkindən 2,8 dəfə çoxdur» (Azərbaycan KP 
MK Tikinti və şəhər təsərrüfatı şöbəsi müdirinin müavini L.Davidyan); 
-  «Respublikanın  inəkçilik  sənayesi  məhsulunun  təxminən  25  faizi  DQMV-
nin  payına  düşür»  (Azərbaycan  SSR  Yüngül  sənaye  nazirinin  müavini 
C.Avetisov); 
- «Ötən illər vilayətdə nəqliyyat və rabitə vasitələri dinamik inkişaf  etmişdir. 
Stepanakert  şəhərində  istismar  üçün  hər  cür  təsərrüfatı  olan  dəmir  yolu  xətti 
istifadəyə  verilmişdir»  (Azərbaycan  SSR  Dövlət  plan  komitəsi  şöbə  rəisinin 
müavini A. Poqosov); 
-  «Đstər  şəhərdə,  istərsə  də  kənd  yerlərində  hər  sakinin  mənzillə  təminat 
səviyyəsi 14,6 kv.m-ə çatmışdır… Respublika üzrə bu göstəricilər müvafiq surətdə 
12,2 və 9,12 kv.metrdir» (L.Davidyan); 
-  Adambaşına  məişət  xidmətləri  «41  manat  olmuşdur  ki,  bu  da  ümumən 
respublika  üzrə  olandan  xeyli  çoxdur…  Đttifaq  üzrə  bu  göstərici  daha  azdır  – 
adambaşına  38  manat…»  (Azərbaycan  SSR  Əhaliyə  məişət  xidməti  naziri 
B.Aleksenko). 
Və s. və i.a.  
Bir  sözlə,  DQMV  Azərbaycanın  ən  inkişaf    edən  regionlarından  birinə 
çevrilmişdi. Bu inkişaf  Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-
ci illərdə daha sürətli olmuşdu.  
SSRĐ Nazirlər Sovetinin Sosial inkişaf  üzrə büro sədrinin müavini V.P.Laxtin 
demişdi:  Dağlıq  Qarabağın  Azərbaycan  SSR-in    ən  inkişaf    edən  regionlarından 

Tofiq Köçərli                                    - 47 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
biri  olması  barədə  Bakı  «dəyirmi  stol»unda  söylənən  fikirlərin  «əsasında  dəqiq 
faktlar  durur.  Məsələn,  mənzillə  təminat  üzrə  DQMV  Azərbaycanın  orta 
göstəricilərindən 1,4 dəfə irəlidədir. Başqa göstəricilər də var ki, həmin sahələrdə 
də  vilayətdə  vəziyyət  hər  iki  respublikadakından  (Azərbaycan  və  Ermənistan  – 
T.K.) yaxşıdır» («Đzvestiə», 25.03.1988). 
Heç  şübhəsiz,  Qorbaçov  DQMV-in  sosial-iqtisadi  vəziyyəti  haqqında  həmin 
faktları  bilirdi.  Ancaq  Azərbaycana  qərəzli  münasibətinə  görə  riyakarlıqla  hey 
deyir ki, deyir: 24 mart 1988-ci il tarixli qərar «on il bundan əvvəl» qəbul edilsəydi 
və «Əliyev düzgün beynəlmiləl xətt yeritsəydi, fəlakətin qarşısını almaq olardı». 
Azərbaycan  rəhbərliyinin  Dağlıq  Qarabağın  erməni  əhalisinə  guya  «bəzən 
sadəcə  qeyri-insani  münasibət  göstərməsi»  haqqında isə  qısaca  onu  deyim  ki,  bu, 
təkcə Azərbaycan rəhbərliyinə deyil, bütün Azərbaycan xalqına həyasız böhtandır; 
Azərbaycan xalqını ləkələmək, həm də onunla erməni xalqı arasında ziddiyyətləri 
daha da dərinləşdirmək məqsədi güdən fitnəkarlıqdır; Dağlıq Qarabağ hadisələrinə 
qərəzli  münasibət  nümunəsidir;  erməni  separatçılarının  SSRĐ  rəhbərini 
ovsunlamalarının,  Qorbaçovun xırda hisslərlə,  qisasçılıq  fikri ilə  yaşayan  cılız  bir 
adam olmasının göstəricisidir.  
 Balayanla  Kaputikyan  Qorbaçova  demişdilər  ki,  «Qarabağın  erməni  əhalisi 
sıxışdırılır», «inqilabdan sonra ermənilərin çoxluq təşkil etdikləri Naxçıvan MSSR-
də  olduğu  kimi,  Dağlıq  Qarabağda  da  erməniləri  qovmaq  üçün  məqsədyönlü  iş 
aparılır». 
Həmin  «məqsədyönlü  iş»  nədən  ibarət  idi?  Qorbaçov  o    zaman  da 
həmsöhbətlərindən soruşmamışdı, 1995-ci ildə öz kitabını çap etdirəndə də həmin 
suala  cavab  axtarmaq  istəməmişdi.  Beləliklə,  aydın  olur  ki,  balayanlar  «Dağlıq 
Qarabağda  ermənilərin  sıxışdırılması»  haqqında  böhtanı  Qorbaçovun  beyninə 
pərçimləməyə nail ola bilmişdilər.  
Eynilə Qorbaçov nə o zaman, nə də sonra kitabı çap edəndə bir maraqlanmayb 
ki,  doğrudanmı  inqilabdan  sonra  ermənilər  Naxçıvan  əhalisi  tərkibində  çoxluq 
təşkil ediblər. 

Tofiq Köçərli                                    - 48 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
XIX  əsr  Rusiya  tədqiqatçısı  Đ.Şopenə  görə,  1828-ci  ildə  Rusiya  Naxçıvanı 
işğal edənə qədər Naxçıvan əyalətində 5538 müsəlman ailəsi və 930 erməni ailəsi 
yaşamışdır. 
1917-ci  il  üçün  Naxçıvanda  ermənilərin  sayı  Đrandan  köçürülən  ermənilərin 
hesabına  qat-qat  çoxaldı.  Artıq  Naxçıvanda  80  min    erməni  və  115  min 
azərbaycanlı  var  idi.  Bu,  «Kavkaziskiy  kalendarğ  na  1917  q.»  məcmuəsinin 
məlumatıdır.  
Göründyü kimi, başlıca olaraq gəlmələr hesabına Naxçıvanda ermənilərin sayı 
nə qədər artsa da onlar əhalinin tərkibində yenə də çoxluq təşkil etməmişdilər.  
DQMV-i  soveti  Ermənistanın  fitnəsi  və  separatçıların  təzyiqi  ilə  dəfələrlə 
DQMV-in  Azərbaycan tərkibində vilayət statusunu qəbul etməkdən imtina etmək 
haqqında  qərarlar  qəbul  etsə  də  Azərbaycan  Dağlıq  Qarabağın  statusu  haqqında 
qəti tədbirə əl atmamışdı. 
Gözləmək olardı ki, yaranmış belə bir fövqəladə vəziyyətdə Azərbaycan SSR 
Ali  Soveti  nəhayət  qəti  sözünü  deyər  və  Azərbaycan  xalqının  tələbi  ilə 
hesablaşaraq,  öz  sələfi  Azərbaycan  MĐK-in  7  iyul  1923-cü  il  tarixli  dekreti  ilə 
yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edər.  
… 1991-ci il noyabrın 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar 
Vilayətini ləğv etdi (həmin məsələyə dair qərar layihəsi hazırlanmasına bir deputat 
kimi mən də cəlb olunmuşdum  və onu sessiyada mən elan etmişdim). Ertəsi günü, 
noyabrın 27-də SSRĐ Dövlət Şurası (SSRĐ-nin dağılması ərəfəsində belə bir orqan 
yaradılmışdı)  görünməmiş  operativlik  göstərərək,  DQMV-də,  Azərbaycan  və 
Ermənistanın sərhədyanı rayonlarında vəziyyəti sabitləşdirmək tədbirləri haqqında 
qərar  qəbul  etdi.  Azərbaycan  və  Ermənistan  Ali  Sovetlərinə  təklif  olundu  ki, 
DQMV-nin  SSRĐ  konstitusiyasında  təsdiq  olunmuş  hüquqi  statusunu  dəyişdirən 
bütün aktları ləğv etsinlər. 
Həmin  qərar  Moskvanın  artıq  iflas  etmiş  iki  tərəfin  bərabər  təqsiri,  bərabər 
məsuliyyəti    balansı  yaratmaq  siyasətinin  yeni  nəşri  idi.  Mərkəz  hələ  mərkəz 
olanda,  Siyasi  Büro  hələ  hakimi-mütləq  olanda,  mərkəz  DQMV-ni    Ermənistana 

Tofiq Köçərli                                    - 49 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
birləşdirmək  haqqında  Ermənistanın  1  dekabr  1989-cu  il    tarixli  qərarını  ləğv 
etdirməyə  nail  ola  bilməmişdi  (bəlkə  də  nail  olmaq  istəməmişdi).  Elə  ki, 
Azərbaycan  öz  konstitusiyası  çərçivəsində  DQMV-ni  ləğv  etdi,  mərkəz  dərhal 
Azərbaycanla Ermənistana eyni təkliflə müraciət etdi.  
Digər  tərəfdən,  Dövlət  Şurası  Dağlıq  Qarabağ  orqanlarının  1988-ci  ilin 
fevralından  başlayaraq  Vilayətin  statusunu  dəyişdirən  antikonstitusiya  aktlarını 
ləğv  etməyi  tələb  etməmiş  və  hətta  bu  məsələyə  əsla  toxunmamışdı.  Bu  əslində  
Dağlıq  Qarabağın  Azərbaycan  tərkibindən  çıxması  haqqında  qanuna  zidd  aktlar 
qəbul etmiş Vilayət rəhbərlərinə havadarlıq, onların separatizmini və məsuliyyətini 
ört-basdır etmək idi.  
SSRĐ rəhbərliyinin Dağlıq Qarabağ haqqında qərarlarının əksəriyyəti belə bir 
qəpiyə dəyməz qərarlar idi.  
SSRĐ rəhbərliyinin prinsipsizliyi, qətiyyətsizliyi sayəsində Ermənistan Dağlıq 
Qarabağı de-fakto özünə birləşdirdi. 
«Can  verən  ananın  başı  üstündə  övladlar  qovğa  etməzlər»,  deyib  müdriklər. 
Ancaq  «anamızın  anası»  (Nəbi    Xəzri)  Azərbaycanın  ağır,  ən  faciəli  günlərində 
belə  (hətta  milli  üzüqaralıq  günü  elan  edilməli  Şuşa  faciəsi,  Xocalı  faciəsi 
günlərində!)  «övladların  qovğası»  səngimədi.  Daxili  çəkişmələr  və  didişmələr, 
hakimiyyət  davası  kəskinləşdi.  Firqəbazlıq,  hakimiyyətpərəstlik  ehtirası  coşdu. 
Dərəbəylik yarandı, özbaşınalıq başlandı.  
Elə o zaman, 1991-ci ilin iyulunda Böyük Vətəndaş, böyük yazıçı millət vəkili 
Đsmayıl  Şıxlı  Azərbaycanda  yaranmış  vəziyyəti  son  dərəcə  obyektiv 
qiymətləndirmişdi: 
«…  Yadıma  Prosper  Merimenin  «Tamanqo»  əsəri  düşdü.  Zəncilər  okeanın 
ortasında üsyan edərək ağları qırır və gəmini ələ keçirirlər. Qələbədən sonra aydın 
olur  ki,  gəmini  idarə  etmək  iqtidarında  deyillər.  Bax  məni  məyus  edən  budur. 
Rəsmi daiərələrin, Mərkəzin, irtica qüvvələrinin hücumu bir yandan, Xalq Cəbhəsi 
liderlərinin  çəkişməsi,  ümumən  hərəkat  iştirakçılarının  səviyyəsinin  aşağı  olması, 
qüvvələrin parçalanması da bir yandan, yazıq xalq neyləsin? 

Tofiq Köçərli                                    - 50 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
…  Uzun  illərin  müşahidələrindən  qənaətə  gəlmişəm  ki,  xalqın  böhranlı,  ağır 
günlərində  birlik  əvəzinə  blok  düzəldənlərin  çoxu  xalqın  mənafeyindən  ziyadə 
özlərini düşünürlər. Belələrilə birləşmək çətindir. Çünki birlik üçün əqidə və amal 
vəhdəti lazımdır».
31
  
…  SSRĐ  dağıldı.  Azərbaycan,  Ermənistan  və  digər  müttəfiq  respublikalar 
müstəqil dövlətlər oldular. Dağlıq Qarabağı artıq ələ keçirmiş Ermənistan daha da 
quduzlaşdı. Ermənistan üzv qəbul olunduğu BMT-nin  nizamnaməsini, beynəlxalq 
hüquq  və  normaları  heç  vecinə  də  almadan  Dağlıq  Qarabağ  ətrafında  olan  7 
rayonumuzu da işğal etdi. 
BMT    də,  ATƏT  də  Ermənistanın  Azəbaycana  hərbi  təcavüzünə  etinasız 
qalmadılar. 
BMT Təhlükəsizlik Şurası məlum 4 qətnamədə (1993-cü il) işğalçı qüvvələrin 
«dərhal, tamamilə və danışıqsız» Azərbaycan Respublikasının işğal edilmiş bütün 
rayonlarından çıxarılmasını tələb etdi.  
Lakin  Ermənistan  BMT  qətnamələrini  nümayişkaranə  rədd  etdi    və  rədd 
etməkdə davam edir.  
BMT  nizamnaməsinin  25-ci  maddəsilə  BMT  üzvləri,  deməli,  o  cümlədən  də 
Ermənistan    «Təhlükəsizlik  Şurasının  qərarlarına  tabe  olmağı  və  onları  yerinə 
yetirməyi»  öhdəyə  götürüblər.  Lakin  Ermənistan  BMT  TS-nin  qərarlarına  tabe 
olmur.  BMT  isə  Ermənistana  qarşı  heç  bir  sanksiya  tətbiq  etmir.  Acı  həqiqət 
belədir! 
BMT  nizamnaməsinə  əməl  olunmasına  kim  nəzarət  etməlidir?  Təhlükəsizlik 
Şurasının  birmənalı  tələblərinə  nümayişkaranə  tabe  olmayan  dövlət  –Ermənistan 
BMT üzvlüyündə qala bilərmi? Əgər bu gün Ermənistan, sabah isə başqa bir dövlət 
BMT-ni  saymasa,  ona  meydan  oxusa  və  BMT  buna  dözsə,BMT-nin  nüfuzu 
sarsılmazmı, BMT Millətlər Cəmiyyətinin aqibətini yaşamazmı?  
ATƏT də müəyyən addımlar atdı.  

Tofiq Köçərli                                    - 51 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
ATƏT,  Ermənistan-Azərbaycan  münaqişəsinin  həlli  məqsədilə  Minsk  qrupu 
yaratdı.  Hətta  Lissabon  zirvə  görüşündə  münaqişəni  tənzimləməyin  üç  əsas 
prinsipini müəyyənləşdirdi: 
…-  Ermənistan  Respublikasının  və  Azərbaycan  Respublikasının  ərazi 
bütövlüyü; 
-  Azərbaycan  tərkibində  Dağlıq  Qarabağa  öz  müqəddəratını  təyin  etməyə 
əsaslanan  bir  razılaşmada  müəyyən  edilən,  Dağlıq  Qarabağ  üçün  ən  yüksək 
özünüidarəetmə dərəcəsi verən hüquqi status; 
- Dağlıq Qarabağın və onun bütün əhalisinin təminatlı təhlükəsizliyi. 
Ermənistan istisna olmaqla Avropanın 53 dövlətinin yekdiliklə qəbul etdiyi bu 
bəyanat  Ermənistanın  Dağlıq  Qarabağ  iddialarının  rədd  edilməsi,  onun  işğalçılıq 
siyasətinin pislənməsi demək idi.  
Ancaq nə olsun?! 
ATƏT-in  bir  təşkilat  kimi  məhək  daşını  təşkil  edən  prinsiplərə  Ermənistan 
saymazyana yanaşmaqda davam edir. ATƏT isə bu özbaşınalığa artıq neçə ildir ki, 
əslində göz yumur, Ermənistanın hərəkətlərinə prinsipial qiymət vermir.   
Görəsən,  belə  getsə  çox  lazımlı  və  əhəmiyyətli  ATƏT,  öz  üzvlərinin,  indiki 
halda  konkret  olaraq  Ermənistanın  Helsinki  Yekun  Aktının  müddəalarına  məhəl 
qoymamasını görməməzliyə vurmaqda  davam etsə,  ATƏT-i lazımsız, səmərəsiz, 
nüfüzsuz  və perspektivsiz bir təşkilata çevirmək təhlükəsi yaxalamayacaqmı? 
BMT-nin,  ATƏT-in  Qarabağ  məsələsinin  həlli  istiqamətində  təsirli  tədbirlər 
görməmələri  şəraitində  artıq  Dağlıq  Qarabağı  MDB-yə,  hətta  BMT-yə  üzv  qəbul 
etmək çağırışları səsləndirilir.  
Rusiya  müəllifi  J.Lozinskaya  təklif  edir  ki,  MDB  strukturlarında  Dağlıq 
Qarabağın,  həmçinin  digər  «tanınmamış  respublikaların  mənafelərini  təmsil  edən 
müşahidəçilər  institutu  təsis  olunsun»  və  beləliklə,  «tanınmamış  respublikalara» 
beynəlxalq təşkilatların mədəni, iqtisadi, təhsil və elmi proyektlərində iştirak etmək 
imkanı  yaradılsın.  «(«Nezavisimaə  qazeta»  22.12.1999)  Başqa  bir  müəllif 

Tofiq Köçərli                                    - 52 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
«Nezavisimaə  qazeta»da  (30.06.98)  yazır:  «Dağlıq  Qarabağ  respublikasının  BMT 
üzvü olmağa əsası var». 
Lozinskayaların  zahirən  bu  ziyansız  humanitar  təkliflər  arxasında  nə 
gizləndiyini  akademik  Əfrand  Daşdəmirov  düzgün  sezmişdir:  bu,  «tanınmamış 
separatist rejimləri leqallaşdırmağa kömək edə biləcək hansısa bir münasib forma 
tapmaq»,  «separatist  rejimləri  leqallaşdırmaq  mexanizmi  yaratmaq»    cəhdidir. 
(Yenə orada, 05.02.2000) 
Bu düzgün qiymətə bircə onu əlavə etmək istərdim ki, J.Lozinskayanın həmin 
təklifi  və  ümumiyyətlə,  onun    Dağlıq  Qarabağ  məsələsində  mövqeyi  ifrat 
provakasiyadır.  
Görünür,  bir  az  keçər,  Lozinskaya  kimiləri  keçmiş  SSRĐ  ərazisində 
səpələnmiş ruslara müstəqillik verilməsini tələb etməyə başlayarlar. Məsələn, artıq 
Qazaxıstanın  «Rusiyadan  qeyri-qanuni  ərazilər  ələ  keçirməsi»  kimi  fitnəkar 
işarələr edilir… 
J.Lozinskayaya  görə  «separatçılar  və  separatçılar»  var:  Qərbin  himayə  etdiyi 
və  vahid  dövləti  dağıtmaq  cəhdlərini  Qərbin  şirnikdirdiyi  separatçılar,  bir  də  heç 
bir yerdə və heç bir halda səs hüququ olmayan başqa regionlar». 
J.Lozinskayanın  fikrincə,  əsl  separatçılar  çeçenlərdir.  Onlar  «vahid  dövləti»- 
Rusiyanı  dağıtmaq  istəyirlər.  Dağlıq  Qarabağ  separatçıları  isə  dırnaqarası 
separatçılardır.  
Bəs  onlar  Azərbaycan  dövlətini  dağıtmırlarmı?  Müəllif  bu    məsələyə 
toxunmur  və  bu  haqda  susur.  Ancaq  aydın  olur  ki,  J.Lozinskaya  üçün  Dağlıq 
Qarabağ separatçıları mələkdirlər. Ona görə də J.Lozinskaya onları pisləmir, hətta 
tələb edir ki, Dağlıq Qarabağ MDB strukturlarnda təmsil olunsun! 
Müstəqil dövlət yaratmağa və ayrılmağa qədər öz müqəddəratını təyin etmək 
hüququ heç də hamının şəksiz hüququ demək deyildir.  
Bu  hüquq  hər  hansı  bir  millətin  bu  və  ya  başqa  dövlətdə  məskunlaşan,  hətta 
kip  məskunlaşan  hissələrinə  deyil,  bütövlükdə  millətə  aiddir.  BMT  müstəqillik 

Tofiq Köçərli                                    - 53 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
hüququnu müstəmləkə xalqları və anneksiya olunmuş ərazilər üçün elan etmişdir. 
Həmin hüquq beynəlxalq cəhətdən tanınmış dövlətlərin milli azlıqlarına aid deyil. 
Xalqların  müstəqil  dövlət  yaratmağa  və  ayrılmağa  qədər  öz  müqəddəratını 
təyin  etmək  hüququ  haqqında  formula  marksist  formulasıdır.  Geniş  yayılmış  bu 
formulanı Birləşmiş Millətlər Təşkilatı da qəbul etmiş və öz nizamnaməsində əks 
etdirmişdir.  
Lakin 
zəmanə 
dəyişmişdir. 
Bununla 
əlaqədar 
olaraq 
BMT-nin 
nizamnaməsində yazılmış həmin  formulaya yeni baxışlar yaranmışdır.  
Bu yeni  baxışlar ilk öncə Qərbdə səsləndirildi. 
Đsveçin  keçmiş  Baş  Naziri  Đ.  Karlsonun  fikrincə,  öz  müqəddaratını  təyin 
etmək məsələsi «təshih olunmalıdır», öz müqəddaratını «yeni dövlətlər yaratmadan 
da» təyin etmək olar.  
Milli problemlər üzrə tanınmış tədqiqatçı U.Pfaff, «Forin polis» jurnalının baş 
redaktoru  Ç.U.Mayno  hesab  edirlər  ki,  «milli  öz  müqəddaratını  təyin  etməyə 
ümumi  hüququ  dətəkləmək  bugünkü  şəraitdə  tarixi  inkişafda  geriyə  doğru 
addımdır». 
«Otvetsvennoe obşestvo» jurnalının naşiri A. Etsionu daha qətidir: 
«Bu  hərəkatların  («Qarabağ  hərəkatı»  kimilərinin  –  T.K.)  əksəriyyətini 
mənəvi  cəhətdən bəyənilməkdən  məhrum  etmək  və onları  necə  varsa  elə dağıdıcı 
qüvvə kimi görmək vaxtı çatmışdır!». 
Nəhayət,  BMT-nin  keçmiş  Baş  Katibi  Butros  Qalini  eşidək:  «Mütləq  və 
müstəsna suverenlik dövrü keçmişdir, onun nəzəri konsepsiyası heç bir zaman real 
həyatla təsdiqlənməyib. 
…Əgər  hər  bir  etnik,  din,  ya  dil  qrupu  dövlətçiliyə  iddia  etsə,  parçalanmaya 
hədd olmayacaqdır, ümumi sülh, təhlükəsizlik, iqtisadi rifah da çətinliklə əldə edilə 
biləcək məqsəd olacaqdır». 
Mütəxəssislərin yazdığına görə, hazırda dünyada 2,5 min millət və etnik qrup 
var. Bunlar dünyanın 150 çoxmillətli dövlətinin tərkibində məskunlaşıblar. 

Tofiq Köçərli                                    - 54 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Moskvalı müəllif Viktor Zotov haqlıdır: Əgər «ayrılmağa və müstəqil dövlət 
yaratmağa  qədər  hüququnu  bütün  xalqlar  həyata  keçirsələr,  bütün  beynəlxalq 
münasibətlər dağılar», «hamının hamı ilə müharibəsi» başlayar.
32 
 
SSRĐ-də «… ayrılmağa qədər virusu» (ifadə B.Zotovundur) Dağlıq Qarabağda 
yarandı və oradan  da kənara yayıldı. Yəqin Rusiyada bu virusu dəstəkləyənlər belə 
ümiddə  idilər  ki,  həmin  virus  Rusiyadan  yan  keçəcəkdir.  Lakin  onlar  bərk 
yanılmışdılar. Virus virusdur və onun üçün sərhəd, «sanitar zona» yoxdur. 
Həmin virus Rusiyanı da yaxaladı və silkələdi. Bərk yaxaladı. Bərk silkələdi!.. 
Yevgeni  Primakov  da  öz  müqəddaratını  təyinetmə  probleminə  münasibətini 
açıqlamışdır.  O,  2002-ci  ildə  Moskvada  çap  olunmuş  «Mir  posle  11  sentəbrə» 
əsərində yazmışdır. 
«Separatizm  müasir  dünyanın  ən  təhlükəli  bəlalarından  biridir.  Separatizm 
artıq  bir  çox  dövlətləri  hədələyir.  Vəziyyət  arzuolunmaz  inkişaf  etsə  bu  təhlükə 
gələcəkdə  başqa  dövlətləri  də  yaxalayacaqdır.  Heç  kim,  hətta  indi  ən  əmin-aman 
çoxmillətli dövlətlər bu təhlükədən qoruna bilməyəcəklər. 
…  Müstəmləkə  sisteminin  iflasından  sonra  müstəmləkə  imperiyaları 
qalıqlarında onlarca suveren dövlət yaranmışdır. «Soyuq müharibənin » qurtarması 
ilə  yeni    bir  mərhələ  də  qurtarmışdır-keçmiş    Sovet  Đttifaqı,  Çexoslovakiya, 
Yuqosloviya  ərazilərində  yeni  dövlətlər  əmələ  gəlmişdir.  XXI  əsrin  mühüm 
vəzifəsi  həm  dövlətlərarası,  həm  də  dövlətlərdaxili  səviyyələrdə  sabitliyi  təmin 
etməkdir.  Bunun  üçüın  dövlətlərin  ərazi  bütövlüyü  prinsipi  birinci  plana 
çəkilməlidir. 
Bu qənaətə gəlinməsə, hadisələrin gedişi elə şirnikləşdiriləcəkdir ki, bütün yer 
kürəsini çoxlu zorakılıq ocaqları bürüyəcəkdir. XXI əsrdə 150 çoxmillətli dövlətin 
tərkibində  2,5  min  milli    etnik  qrup  var.  Bu  milli  və  ya  etnik  qrupun  hansınınsa 
müstəqil dövlətə ayrılması hüququ təmin olunarsa, beynəlxalq münasibətlər xaotik 
vəziyyətə düşəcək… 
Artıq  nümunələr  var.  Onlar  həmin  problem  üzərində  düşünməyə  vadar 
edir…» 

Tofiq Köçərli                                    - 55 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Primakov aşağıdakı nəticəyə gəlir: 
-  «Hazırda  ayrılmağa  qədər  öz  müqəddaratını  təyinetmə  formulası 
köhnəlmişdir»; 
- «Bu formuladan imtina etmək lazımdır»; 
-  Lakin bu  imtina  «heç  bir vəchlə  milli  məsələnin  mövcud olmasını  və  onun 
həllinin vacibliyini inkar etməməlidir». 
- «Öz müqəddaratını təyinetmə hüququ dövlətin ərazi bütövlüyünü qorumaqla 
ziddiyyət  təşkil  etməməlidir.  Deməli,  yeni  dövlətlərin    yaranması  təkcə  öz 
müqəddaratını  təyin  edən  milli,  ya  etnik    qrupun  müstəqil  qərarı  əsasında  deyil, 
həm  ayrılanın,  həm  də  əhalinin  dövlət  çərçivəsində  qalan  hissəsinin  razılğı  ilə 
mümkündür. 
Əgər  razılığa  gəlinmirsə,  milli    məsələnin  həllinin  yeganə  yolu  öz  birliyini 
saxlayan  dövlət  çərçivəsində  muxtariyyətdir.  Bu  muxtariyyət  öz  müqəddaratını 
təyin edən milli ya etnik qrupa iqtisadi, siyasi, mədəni sahələrdə ən geniş hüquqlar 
verməlidir». 
33 
 
Separatizm  dünyaya  meydan  oxuduğu  bir  zamanda  dünyagörmüş,  çox 
hadisələrin episentrində olmuş akademik Primakovun «… ayrılmağa qədər virusu» 
haqqında yeni baxışları və konkret təklifləri xüsusi əhəmiyyət kəsb edir.  
Kaş  Primakov  bu    qənaətlərə  böyük  ixtiyar  sahibi  olanda  gələydi  və  onun 
prinsipial  mövqeyi  Rusiya  hökumətinin  MDB  məkanında  separatizmə 
münasibətinə real təsir edəydi. 
Kaş çox gec də olsa, heç olmasa indi başa düşülsün ki, öz müqəddaratını təyin 
etmək probleminə münasibətdə ikili standart siyasəti təhlükəli yoldur. 
Aqressiv  separatizm  nə  qədər  tez  cilovlansa,  bütün  xalqlar  udarlar.  Əlbəttə, 
çox yerlərdə milli azlıqların kəskin problemləri var: onlar malalanmamalıdır, sivil 
yolla,  demokratikcəsinə,  ədalətlə  və  qanun  çərçivəsində  həll  edilməlidir.  BMT 
nizamnaməsinə,  beynəlxalq  huquq  normalarına,  «o  cümlədən  dövlətlərin  ərazi 
bütövlüyünə  aid  hüquq  normalarına  uyğun  surətdə  və  kənardan  müdaxilə 
olunmadan» həll edilməlidir.  

Tofiq Köçərli                                    - 56 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Əks halda, «hamının hamı ilə müharibəsi» qaçılmazdır. 
Görünür,  belə  real  təhlükələri  nəzərə  alaraq  BMT-nin  Baş  Məclisi  Đkinci 
dünya  müharibəsinin  qurtarmasının  50  illiyinin  bayram  edilməsi  haqqında 
bəyannamədə bir daha elan etmişdi: «a) hər hansı bir dövlətin ərazi bütövlüyünə… 
qarşı  zor  işlətməkdən,  ya  zorla    hədələməkdən  çəkinmək  barədə  öhdəlik  təsdiq 
olunsun». 
BMT-nin 50 illiyi ilə əlaqədar bəyannamədə isə bir daha vurğulanmışdı: Biz 
«dövlətlərin  suveren  bərabərliyi  və  ərazi  bütövlüyü  prinsiplərinə  uyğun  olaraq 
bütün dövlətlər arasında ədalət qurmaq və himayə etmək» əzmindəyik. 
BMT  müstəqilik  hüququnu  müstəmləkə  xalqları  və  anneksiya  olunmuş 
ərazilər  üçün  elan  etmişdir!  Həmin    hüquq  müstəqilliyi,  suverenliyi  və  ərazi 
bütövlüyü BMT tərəfindən tanınmış dövlətlərin milli  azlıqlarına aid deyil. 
Artıq  bəzi  beynəlxalq  təşkilatlarda  millətin  öz  müqəddaratını  təyin    etməsi 
probleminə  yeni  baxış  formalaşmaqdadır.  Məsələn,  Avropa  Şurası  PA-da  D. 
Atkinson  birmənalı  demişdir  ki,  «millətin  öz  müqəddaratını  təyin  etməsi  prinsipi 
ilə dövlətlərin ərazi bütövlüyü prinsipinin ziddiyyəti var». 
Deyəsən ilk  dəfədir ki, AŞ PA məruzəçisi sessiyada prinsipial məsələyə belə 
obyektiv mövqe səsləndirir. 
Bi-Bi-Si-yə  müsahibəsində  Atkinson  öz  mövqeyini  aşağıdakı    şəkildə 
əsaslandırır:  «Avropa  Şurası  Azərbaycanı  öz  sıralarına  qəbul  edərkən  onun  ərazi 
bütövlüyünü  tanımışdır.  Əgər    tərəflər  mövcud  sərhədlərin  dəyişdirilməsi  barədə 
razılığa gəlsələr, Azərbaycan hökuməti Dağlıq Qarabağ əhalisinin ona müstəqillik 
verilməsi  barədə  tələbi  ilə  razılaşsa,  onda  bunu  biz  də  qəbul  edəcəyik.  Amma 
aydındır  ki,  Azərbaycan  hökuməti  bu  tələblə  heç  bir  zaman  razılaşmayacaqdır. 
Digər  beynəlxalq  təşkilatlar  kimi,  Avropa  Şurası  da  Dağlıq  Qarabağın 
müstəqilliyini tanıya bilməz. Ona görə də millətlərin öz müqəddaratını təyin etməsi 
prinsipi Dağlıq Qarabağ barəsində tətbiq oluna bilməz». 

Tofiq Köçərli                                    - 57 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Nəhayət, ABŞ prezidenti Corc  Buş mayın 10-da Tbilisidə çıxış edərkən ərazi 
bütövlüyü  probleminə  münasibət  bildirdi  və  Gürcüstanda  etnik  münaqişələrin 
ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunması zəruriliyini vurğuladı: 
«Biz  muxtariyyətləri  müdafiə  edirik,  biz  özünüidarəni  müdafiə  edirik.  Lakin 
biz ölkənin parçalanmasını müdafiə edə bilmərik». 
Đnanmaq istərdim ki, prezident Buşun bəyan etdiyi bu prinsipi ABŞ höküməti 
təkcə Gürcüstana deyil, aqressiv separatizm baş qaldırdığı bütün digər ölkələrə də 
şamil edəcəkdir. 
Ümid  etmək  olar  ki,  bütün  beynəlxalq  təşkilatlar,  dünya  dövlətləri  və  birinci 
növbədə  böyük  dövlətlər  millətlərin    öz  müqəddaratını  təyin  etməsi  məsələsində 
gec-tez vaxtilə BMT-nin keçmiş Baş Katibi Butros Qalinin, son vaxtlarda Yevgeni 
Primakovun, Devid Atkinsonun və Corc Buşun  gəldikləri qənaətə gələcəklər.  
Erməni xalqına gəldikdə isə, o, 1918-ci ildə öz milli dövlətini yaratmışdır.  
Həmin dövrdə Azərbaycan Cümhuriyyəti öz vətəndaşları olan Dağlıq Qarabağ 
ermənilərinin  milli  hüquqlarını  yetərincə  təmin  etdi.  Azərbaycan  Cümhuriyyəti 
Parlamentinin birinci iclasında (17.12.1918) Baş Nazir Fətəli Xan Xoyski hökumət 
bəyannaməsində elan etdi ki, «bir məmləkətdə yaşayan millətlər özlərini o dövlətin 
övladı  kimi  görməlidirlər».  Hakimiyyət  partiyası  olan  müsavatın  parlament 
fraksiyası  sədri  Məmməd  Əmin  Rəsulzadə  həmin  iclasda  bəyan  etdi:  «Millət 
məhkumluq  acısını  dadmış  olan  Azərbaycan  türkü  məhkum  millət  yaratmaz. 
Azərbaycan  Cümhuriyyəti  övladlarını  ögey-doğmaya  ayırmaz…  Azlıqda  qalan 
millətlər Azərbaycan vətəndaşı olmaqla bərabər, milli-mədəni muxtariyyətə malik 
olmalıdırlar». 
Azərbaycan  parlamenti    təşkil  edilərkən  milli  azlıqların  parlamentdə  təmsil 
olunmasına  xüsusi  diqqət  yetirilmişdi.  Qanunla  120  deputat  yerindən  21  yer 
ermənilərə  (o  cümlədən  Qarabağ  ermənilərinə  8yer),  ruslara  10,  gürcülərə  1, 
yəhudilərə 1, almanlara 1 və polyaklara 1 yer ayrılmışdı.  
O  zamanlar  bəlkə  də  dünyada  milli  azlıqların  belə  geniş  təmsil  olunduğu 
ikinci parlament olmamışdır.  

Tofiq Köçərli                                    - 58 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Azərbaycan Cümhuriyyəti milli məsələyə dair proqrama sadiq qaldı: 1919-cu 
ilin  avqustunda  Qarabağ  ermənilərinə  milli-mədəni  muxtariyyət  verildi.  Bu 
münasibətlə  Baş  Nazir  Nəsib  Bəy  Yusifbəyov  parlamentin  iclasında  (22.12.1919)  
demişdi:  «Qafqazda  ilk    dəfə  biz  belə  bir  nümunə  göstərdik  və  ümid  edirik  ki, 
qonşularımız da belə edəcəklər». 
Lakin  bu  çağırış  Ermənistanda  eşidilmədi.  Ermənistan  azərbaycanlılarının 
milli hüquqları təmin  olunmadı.  Hətta  avqustun  17-dən  Ermənistanın  4  qəzasında 
azərbaycanlıların  50  kəndi  darmadağın  və  talan  edildi.  Bu    qəddarlıqla  əlaqədar 
olaraq  Ermənistan  parlamentinin  eser  fraksiyası  Ermənistan  hökumətinə  sorğu 
vermişdi.  Sorğuda  həmin  kəndlərin  «tatar  əhalisindən  təmizlənməsi,  talan  və 
qırğına  məruz qalması» qeyd edilir və göstərilirdi ki, «yerli hakimiyyət baş vermiş 
talan  və  qırğının  nəinki  qarşısını  almayıb,  hətta  bu  talan  və  qırğında  özü  iştirak 
edib». 
Azərbaycan  hökumətinin  təkidilə  Ali  Komissar  Haskel  faciə  haqqında 
Ermənistan hökumətindən izahat tələb etdi. Haskelə cavab məktubunda Ermənistan 
hökuməti  «müsəlman  vətəndaşlarına  qarşı  zor  işlədilməsi    faktlarının  olmasını» 
etiraf etdi, «baş vermiş kədərli hadisələri təhqiq etmək üçün komissiya yaratmağa 
vəd verdi». 
Lakin  bu  vəd  vəd  olaraq  qaldı.    Ermənistan  azərbaycanlılarının  hüquqlarının 
təmin edilməsi sahəsində heç bir adekvat addım atılmadı.  
DQMV Azərbaycanın ən dinamik  inkişaf edən regionlarından biri olmuşdur.  
Artıq  70-ci  illərin  əvvəlləri  üçün  DQMV-nin    göstəriciləri  ümumazərbaycan,  o 
cümlədən  Naxçıvan  MSSR  göstəricilərindən  üstün  idi.  SSRĐ  Nazirlər  Sovetinin 
sosial inkişaf üzrə büro sədrinin müavini B. Laxtinin qeyd etdiyi kimi, DQMV-də 
bir sıra sahələrdə vəziyyət Ermənistandakından da yaxşı idi.  
DQMV-nin  bu  inkişafı,  əmin-amanlığı  Ermənistanın  və  onun  qızışdırdığı 
separatçıların bəd əməllərinin qurbanı oldu.  
Qonşuluq  Azərbaycan  və  erməni  xalqlarının  taleyidir.  Biz  bu  qonşuluqda 
yaşamağa  məhkumuq.  Ermənistan  işğal  etdiyi  ərazilərdən  çəkilməsə  və 

Tofiq Köçərli                                    - 59 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Azərbaycana  ərazi  iddialarından  əl  çəkməsə,  nə  ölkələrimizə  əmin-amanlıq 
gələsidir, nə də evlərimizə dinclik və firavan həyat. 
Ermənilərin  Qarabağda  «erməni  silahının  ümumdünya  tarixi  qələbəsi»(ifadə 
«Literaturnaə qazeta»nındır) şərəfinə badə qaldırmalarından xəbərdarıq. 
Vay  o  gündən  ki,  bu,  ermənilərin  kütləvi  məstliyinə  gətirib  çıxartsın, 
Ermənistan  torpaqlarımızdan  çəkilib  getməsin.  O  zaman  Ermənistandan  qat-qat 
böyük  iqtisadi,  hərbi    və  insan  potensialına  malik  olan  Azərbaycan  xalqı  intiqam 
qılıncını  işə  salmağa  məcbur  olacaq  və  Ermənistan  ölümcül  təhlükəyə  məruz 
qalacaqdır.  
Uşaqdan  böyüyə  kimi  hər  bir  azərbaycanlı  Azərbaycanın  bütövlüyü, 
Azərbaycanın bölünməz, dönməz  və şəriksiz istiqlalı naminə lazım gələrsə canını 
belə  qurban  vermək  əzmindədir.  Haqq,  ədalət  bizim  tərəfimizdədir.  Tarixi 
baxımdan,  strateji  baxımdan  haqq  işimizin  qalib  gələcəyinə  zərrə  qədər  də  şübhə 
olmamalıdır.  
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə