Naxçıvan: uydurmalar və tarixi həqiqətlər



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix06.05.2017
ölçüsü0,99 Mb.
1   2   3   4   5   6   7   8   9

IV 
1918-ci  il  mayın  28-də  Tiflisdə  Azərbaycanın  müstəqilliyi  elan  edildi. 
Azərbaycan  Respublikası  yaradıldı.  Gürcüstan  və  Ermənistan  da  müstəqil 
respublika oldular.  
Bu 
respublikalar 
yarananda 
onların 
ərazi 
və 
sərhədləri 
hələ 
müəyyənləşdirilməmişdi.  Kimin  kimə  hansı  ərazi  iddiası  olması  hələ 
açıqlanmamışdı. Bir o məlumdur ki, Azərbaycan Milli Şurasının mayın 29-da, yəni 
istiqlalın  ertəsi  günü  keçirilən  iclasında  «ərazilərin  sərhədləri  haqqında» 
Azərbaycan və Ermənistan nümayəndələri arasında aparılan danışıqların yekunları 
müzakirə olunub. Məsələ barəsində baş nazir F.X. Xoyski məruzə edib. 
Đclasın  protokolunda  iki  respublika  nümayəndələrinin  həmin  danışıqlarda  
hansı konkret məsələlərə baxmaları, tərəflərin mövqeyi haqqında məlumat yoxdur. 
Protokolda baş nazirin məruzəsi barədə aşağıdakı müddəa var: 
«Xoyski  məruzəsini  belə  bir  məlumatla  qurtardı  ki,  Ermənistan 
Federasiyasının  təşkili  üçün  ermənilərə  siyasi  mərkəz»  lazımdır.  Aleksandropol 
Türkiyəyə  keçəndən  sonra  belə  bir  mərkəz  yalnız  Đrəvan  ola  bilər,  ona  görə 
Đrəvanın  ermənilərə  güzəşt  edilməsi  qaçılmazdır.  Səs  çoxluğu  ilə  «Đrəvanın 
ermənilərə  güzəştə  gedilməsi  haqqında»  qərar  qəbul  edildi.  Elə  həmin  gün 
F.X.Xoyski  Batumda  olan  XĐN-i  M.H.Hacınskiyə  göndərdiyi  teleqramda  bildirdi 
ki, «ermənilərlə bütün mübahisələri qurtardıq… Đrəvanı onlara güzəştə getdik».
94 
Đyunun 1-də Milli Şuranın Đrəvandan olan üç nəfər üzvü Đrəvanın Ermənistana 
verilməsinə protest bildirdi. Protest müzakirə olunmadan iclasın protokoluna əlavə 
edildi.  
(Görəsən,  Türkiyə  Aleksandropolu  tutmamış  olsaydı,  Ermənistan  hökuməti 
onu paytaxt seçib Đrəvandan imtina edərdimi? 
Đrəvan azərbaycanlıların şəhəri idi. Bir çox əsrlər boyu burada azərbaycanlılar 
fasiləsiz  şəkildə  hakim,  Qalabəyi  ya  xan  olmuşdular.  Đrəvanda  Azərbaycan  milli 
koloriti,  Azərbaycan  həyat  tərzi,  azərbaycan  dili  hakim  idi.  Burada  erməni 
hakimiyyəti üçün milli baza məhdud və zəif idi. 

Tofiq Köçərli                                    - 87 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Đran  və  Türkiyədən  köçürülən  ya  köçən  ermənilərin  hesabına  Đrəvan      şəhəri 
və  Đrəvan  qəzasında  ermənilərin  sayı  nə    qədər  çoxalsa  da,  onlar  yenə  də  azlıq 
təşkil  edirdilər:  şəhərdə  7228  azərbaycanlı  və  7142  erməni,  qəzada  isə  74175 
azərbaycanlı  və  69710  erməni  var  idi.  Aleksandropol  isə  erməni  şəhəri  idi.  XIX 
əsrin axırlarında bu  şəhərdə 20240 erməni və 775 müsəlman yaşayırdı. 
 Bu  amillərə  baxmayaraq,  Ermənisan  hökuməti  çətin  ki,  Đrəvandan  imtina 
edərdi.  
Azərbaycan Milli Şurası Đrəvanı Ermənistana verməmək haqqında qərar qəbul 
edə  bilərdimi?  Şübhəsiz.  Lakin  bununla  Azərbaycan  Đrəvan  şəhərinə  yiyələnə 
bilərdimi? Çətin ki. ) 
Bu  mərhələdə  Ermənistan  hələ  niyyətlərini  gizlədirdi.  Lakin    tezliklə  məlum 
oldu ki, yox, «ermənilərlə bütün mübahisələr» qurtarmayıb. Ərazi «mübahisələri» 
hələ qabaqdadır.  
O    da  məlum  oldu  ki,  Ermənistan  Azərbaycan  ərazilərini  ələ  keçirmək  üçün 
Andronikin başkəsənlərini işə salıb. Ordu komandanı Nazarbəyovun etirafına görə, 
1918-ci  il  iyun  ayının  5-də  «Andronik  Naxçıvan  çevrəsində  həqiqətən  bir  çox 
mezalim və faciələr» törətmişdi.
95
  
Türkiyənin  Doqquzuncu ordu  komandanı Yaqub Sevgi  Paşa  məlumat verirdi 
ki,  «ermənilərin  Culfada  türklər  əleyhinə  yapdıqları  faciələr  və  törətdikləri 
cinayətlər daha böyük və daha qorxuncdur. Culfa yaxınındakı islam kəndlərində və 
Naxçıvan civarındakı kəndlərdə çox vəhşicə qətliamlar yapılmışdır».
96
  
Yaqub Sevgi Paşanın digər raportu belə idi: 
«Naxçıvan  bölgəsinin  quzeyində  Almalı  deyilən  yerdə  688  və  buna  yaxın 
digər bir kənddə 516 nəfər adam ermənilər tərəfindən qətl edilmişdir».
96a 
 Andronik iyunun 4-də Culfadan Şaumyana teleqram göndərərək, öz  dəstəsilə 
birlikdə  Sovet  Rusiyası  hökumətinin  sərəncamına  keçməyə  və  «Bakı 
kommunası»na  kömək  etməyə  hazır  olduğunu  bildirmişdi.  Şaumyan    Andronikə 
cavab  verməkdə  ləngiməmişdi.  Culfaya  göndərdiyi  teleqramda  Şaumyan 
Androniki «xalq rəhbəri», «əsl xalq qəhrəmanı» adlandırmışdı.
97
  

Tofiq Köçərli                                    - 88 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Kim  bilir,  Türkiyənin  birinci    Qafqaz  ordu  komandanı  Kazım  Qarabəkir 
Paşanın öz ordusu ilə Naxçıvandan keçməklə Təbriz istiqamətində hərəkət edəcəyi 
barədə xəbər Andronikə çatmasaydı, onun Naxçıvanda azğınlığı və quldurluğu nə 
qədər çəkərdi! 
Andronik tələm-tələsik Naxçıvanı tərk edərək Zəngəzur və Qarabağa yollandı. 
Kazım  Qarabəkir  Paşa  avqustun  7-də  Naxçıvan    şəhərinə  gəldi.  Ordunun 
qərargahı Naxçıvanda yerləşdi.
98 
Sonra türk ordusu Təbrizə daxil oldu. Oktyabrın 22-də Kazım Qarabəkir Paşa 
Təbrizdən  çıxmaq  əmri  aldı.  Ordunun  qərargahı  yenidən  Naxçıvan  şəhərində 
yerləşdirildi.  
Oktyabrın  30-da  Mudros  sazişi  bağlandıqdan  sonra  Kazım  Qarabəkir  Paşa 
Naxçıvanı  tərk etdi və Đstanbula qayıtdı.  
Türk  ordusunun  bir  müddət  Naxçıvan  həndəvərində  və  Naxçıvanda  olması 
həmin  mərhələdə  Ermənistanın  Naxçıvanı  qamarlamasına  imkan  vermədi, 
naxçıvanlıların yeni əzab və itkilərə düçar olmasının qarşısını aldı.  
Kazım Qarabəkir Paşanın qənaəti: 
«Sürüb  gələn  bu  beş  ay  içində  sərhədin  o    tərəfindən  qaçıb  gələnlərdən  və 
yaxud  bir  çox  zavallıların  fəryadlarından  anladım  ki,  erməni  millətinin  içində 
çörəklənmiş  çetecilər  türkləri  kəsib  yakmakda  yenə  davam  edirlər  və  bunların  bu 
cinayətlərini  təsvib  ilə  insanlığın  gözlərinə  tərsinə  göstərmək  üçün  hər  yanda 
fikirlərini  yayanları  da  vardır.  Fəqət  inancıma  görə  çeteciləri  aralarından 
qovmadıqca  və  siyasi  intriqalardan  uzaqlaşmadıqca  erməni  milləti  nə  özü,  nə  də 
aralarında  yaşayanlar  rahatlıq  və  təhlükəsizlik  görməyəcəkdir.  Bundan  ötrü  o 
millətin tanıdığım suçsuz kimsələrinə qarşı da acımaqdan özümü alamıyorum».
99 
Qayıdaq Andronikin öz dəstəsilə Qarabağa basqını məsələsinə. 
Andronikin  silahlı  qüvvələrinin  Zəngəzura  və  Dağlıq  Qarabağa  yeridilməsilə 
əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistana etiraz notası verdi. Đki 
gündən  sonra  Ermənistan  hökuməti  cavab  verdi  ki,  general  Andronik  ona  tabe 
olmaqdan imtina edib. Andronikin və onun dəstəsinin erməni milli qoşunlarına və 

Tofiq Köçərli                                    - 89 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
orqanlarına  heç  bir  aidiyyəti  yoxdur  və  Ermənistan  hökuməti  onun  məsuliyyətsiz 
fəaliyyətinə cavab verə bilməz.  
Bu həyasız yalan idi. Bircə onu xatırladaq ki, 1919-cu ilin aprelində Andronik 
özünün  min  nəfərdən  ibarət  süvari    dəstəsilə  Zəngəzurdan  Đrəvana  qayıdanda 
«hökumət  (Ermənistan  hökuməti  –  T.K.)  Andronikə  ləyaqətli  əsgəri  ehtiram 
göstərmək  üçün  onu  qarşılamağa  Dronu  göndərmişdi».  Bu  xəbəri  Đrəvan 
qəzetlərindən biri aprelin 27-də yaymışdı.  
Ermənistan  hökuməti  Andronikin  əlilə  Zəngəzur  və  Dağlıq  Qarabağı  işğal 
edib, Azərbaycanı fakt qarşısında qoymaq istəyirdi.  
Bu  kombinasiya  baş tutmadı:  Andronik  Dağlıq  Qarabağdan  çıxmağa  məcbur 
edildi.  
1919-cu il yanvarın 25-də Azərbaycan hökuməti mühüm bir qərar qəbul etdi: 
Şuşa,  Cəvanşir,  Cəbrayıl  və  Zəngəzur  qəzaları  Gəncə  quberniyasının  tərkibindən 
çıxarılaraq  həmin  qəzalardan  ibarət  Qarabağ  general-qubernatorluğu  yaradıldı. 
Şuşa  şəhəri  general-qubernatorluğun  mərkəzi  seçildi.  Azərbaycanın  birinci 
hökumətində hərbi  nazir olmuş Xosrov bəy Sultanov Qarabağ general-qubernatoru 
təyin edildi. 
Ermənistan  hökuməti  Qarabağ  general-qubernatorluğu  yaradılmasına  və 
igidliyinə  yaxşı  bələd  olduğu  Sultanovun  qubernator  təyin  edilməsinə  etiraz 
bildirdi.  Ermənistan  hökuməti  kartları  tam  açaraq,  həmin  yerlərin  «çox  hissəsinin 
Ermənistan  ərazisisinə  daxil  olmasını»  iddia  etdi  və  «general-qubernatorun 
funksiyasının vilayətin erməni hissəsində dayandırılmasını» tələb etdi. 
Lakin  Azərbaycan  hökuməti  və  Bakıda  müttəfiq  qoşunların  komandanı 
general Tomson Ermənistan hökumətinin etirazını rədd etdilər.  
General-qubernatorluq  yaradıldı.  Şuşada  fəaliyyətə  başlayan  general-
qubernator  Sultanov  Qarabağda,  o  cümlədən  ermənilər  məskunlaşdığı  rayonlarda 
Azərbaycan 
hakimiyyətinin 
yaradılıb 
möhkəmləndirilməsində, 
erməni 
separatçılarının  cilovlanmasında,  onların  başçılarını  tutub  Şuşadan  Tiflisə  sürgün 
etməkdə  mühüm  üğurlar  qazandı.  Nəhayət,  1919-cu  il  avqustun  15-də  Qarabağ 

Tofiq Köçərli                                    - 90 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
ermənilərinin  qurultayı,  demək  olar  ki,  yekdiliklə  Azərbaycan  hökuməti  ilə 
müvəqqəti  sazişi  bəyəndi.  Dağlıq  Qarabağ  məsələsi  Paris  sülh  konfransında  həll 
olunanadək qüvvədə qalmalı olan həmin  sazişdə deyilirdi: 
«Qarabağın  dağlıq  hissəsi  –  ermənilər  yaşayan  Dizaq,  Vərəndə,  Xaçın  və 
Çiləberd  rayonları  –  özünü  müvəqqəti  olaraq  Azərbaycan  Respublikası 
hüdudlarında hesab edir».  
Bu,  Ermənistanın  Dağlıq  Qarabağı  «Ermənistan  ərazisi»  elan  etmək  planının 
puça  çıxması  idi.  Mərkəz  Şuşa  olmaqla  Qarabağ  general  qubernatorluğu 
yaradılmasına  imkan  verməmək  cəhdləri  boşa  çıxdıqdan  sonra  Ermənistan 
hökuməti səylərini Naxçıvanı Ermənistana birləşdirməyə yönəltdi.  
Nə  qədər  ki,  Türkiyənin  hərbi  dəstəsi  Naxçıvanda  idi,  Ermənistan  Naxçıvan 
barəsində  susurdu.  Mudros  sazişindən  sonra  türklər  Azərbaycanı,  o  cümlədən 
Naxçıvanı  tərk  etməli  oldular.  Naxçıvan  təkləndi.  Türkiyənin  hərbi  köməyindən 
məhrum  oldu.  Azərbaycan  Respublikasının  isə  Naxçvana  nə  qoşun,  nə  də  hərbi 
sursat göndərmək imkanı yox idi.  
Əlac birinci növbədə naxçıvanlıların özlərinə qalmışdı. O  zamankı son dərəcə 
çətin şəraitdə onlar diz çökmədilər, dözüm, siyasi yetkinlik  və zirəklik göstərdilər. 
Naxçıvan  1918-ci  ilin  noyabrında  Şərurla  birlikdə  Araz  Türk  Cümhuriyyəti 
yaradılmasını elan etdi.  
Ordubadlılara  təklif  edildi  ki,  onlar  da  Araz  Cümhuriyyətinə  daxil  olsunlar. 
1918-ci  il  dekabr  ayının  22-də  Ordubad  Milli  komitəsinin  sədri  Mirhidayət 
Seyidov  Azərbaycan  hökuməti  sədri  F.Xoyskiyə  məlumat  verdi  ki,  «Araz 
hökuməti  Gəncə  hökuməti  (Azərbaycan  hökumətinin  ilk  mərhələdə  müvəqqəti 
paytaxtda  –  Gəncədə  yerləşməsi  nəzərdə  tutulur  –  T.K.)  istiqamətində  fəaliyyət 
göstərir».    Ona  görə    həmin  təkliflə  razılaşdıq.  «Araz  hökuməti  təzəcə  təşkil 
edilmişdir,  onun  hansı  şəkil  alacağı  məlum  deyil.  Ona  görə  hökumət  şəhərin 
(Ordubadın  –  T.K.)  və  qəzanın  müdafiəsi  üçün  lazımi  tədbirlər  görə  bilmədi». 
Müdafiə  üçün  öz  qüvvələrimizi  yaratmaq  lazım  bilindi.  Amma  azuqə  qıtlığından 
500 nəfərlik hərbi dəstəni buraxmalı olduq, yalnız bir rota saxlamışıq.  

Tofiq Köçərli                                    - 91 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
1919-cu  il  yanvarın  4-də  Araz  Türk  Cümhuriyyəti  bəyan  etdi  ki,  Naxçıvan 
həmişə  özünü  Azərbaycanın  tərkib  hissəsi  hesab  etmişdir  və  Ermənistanın  hərbi  
təcavüzünə qarşı Azərbaycan Cümhuriyyətindən kömək gözləyir. 
Araz  Türk  Cümhuriyyəti  Bakıya  diplomatik  missiya  göndərdi.  O  zaman 
«Azerbaydjan»  qəzetinin  yazdığına  görə,  missiyanın  tərkibində  «populyar  şair  və 
dramaturq, Bakı camaatına pedaqoji fəaliyyəti ilə tanış olan Hüseyn Cavid Əfəndi» 
də var idi.
100 
Qarabağ  general-qubernatorluğu  yaratmağın  uğurlu  təcrübəsindən  istifadə 
edərək  Azərbaycan  hökuməti  fevralın  26-da  Naxçıvan  general-qubernatorluğu 
yaratdı.  Bəhram  xan  Naxçıvanski  general-qubernator  təyin  edildi,  Naxçıvana  1 
milyon manat vəsait buraxılması qərara alındı.
101
  
M.Ə.  Rəsulzadənin  yazdığı  kimi,  Azərbaycan  Cümhuriyyəti  hökuməti 
Bakıdan  çox  uzaqda  bulunan  Naxçıvanın  Ermənistan  hökumətinə  qarşı 
mücadiləsnə  mənəvi,  maddi  və  siyasi  kömək  göstərdi,  oraya  vali  göndərdi    və 
Azərbaycan hakimiyyətini Naxçıvan əyalətlərində təmin etdi.
102 
Bu  arada  Ermənistan  hökuməti  ingilislərin  əli  ilə  Naxçıvanı  ələ  keçirməyə 
girişdi.  Ermənistan  hökuməti  Tiflisdəki  Britaniya  qoşunları  komandanı  Uoker 
qarşısında  «Naxçıvanın  inzibati  idarə  olunmasının»  Ermənistana  verilməsi 
haqqında məsələ qaldırıldı.  
Ermənistan  hökuməti  Uokerə  çox  ümid  bəsləyirdi:  Uoker  Zaqafqaziyaya 
gələndə  onu  Batumda  qarşılayanlar  arasında  Ermənistan  hökumətinin  rəsmi 
nümayəndələri  də  var  idi.  Qarşılama    mərasimində  Ermənistan  nümayəndəsinin 
təbrik  nitqi  də  olmuşdu:  «Ermənistan  bu  təntənəli  ğünün  sevincinə  şərikdir. 
Müttəfiqlərin qalib gəlməsi haqqında Ermənistanın duasını allah eşitdi…» 
Fevralın əvvəllərində Uoker Đrəvana gəldi və Ermənistan baş naziri Kaçaznuni 
ilə danışıqlar apardı.   
Uoker Đrəvanda Kaçaznuniyə sərt iradlar da  bildirdi. Dedi ki, komandanlığın 
Naxçıvan  sərhədindəki  nümayəndəsi  polkovnik  Lonton  erməni  əsgərlərinin 
tatarlarla pis  rəftarını  müşahidə  etmişdir. Polkovnikin  fikrincə,  erməni  qoşununda 

Tofiq Köçərli                                    - 92 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
intizam  çatışmır,  hökumət  əsgərləri  ərzaqla  təmin  etmir.  «Ona  görə  qarnı  ac 
əsgərlər  özlərinə  kim  harada  və  necə  bacarırsa,  elə  də  yemək  tapır»  (Erməni 
mənbələrinə  görə,  1918-1919-cu  illərdə  Ermənistanda  aclıqdan,  soyuqdan, 
xəstəlikdən və epidemiyadan 240 min adam ölmüşdü). 
Uoker  Ermənistanda  yaşayan  rusların  vəziyyətindən  də  söz  açmışdı:  «Mənə 
deyirlər  ki,  Ermənistan  rusları  Azərbaycanla  birləşmək  arzularını  bildirdiklərinə 
görə  Ermənistanda  ruslarla  pis  rəftar  edirlər».  Uoker  Ermənistan  baş  nazirindən 
xahiş etmişdi ki, Ermənistanda yaşayan ruslar əleyhinə çıxışlar olsa,  onun qarşısını 
alsın.
102a
  
Bəli,  Ermənistanda  yaşayan  ruslar  Azərbaycanda    rusların,  digər  milli 
azlıqların  hüquqlarının  tam    təmin  olunmasından  xəbərdar  idilər.  Və  ona  görə  də 
məhz  Azərbaycana can atırdılar.  
Öz  içində yaşayan milli azlıqlara Azərbaycan  xalqının mehriban münasibəti, 
çətin  anlarda  onlara    mərhəmət  göstərməsi  xalqımızın  mühüm  xüsusiyyətlərindən 
biridir. Xalqımız belə  mərhəmətliliyindən bəzən zərər çəksə də, iliyinə və qanınına 
hopmuş insani mərhəmət duyğusunu həmişə uca  tutmuşdur.  
Maraqlıdır ki, Çar Rusiyasının xarici işlər naziri olmuş Sazonov 1919-cu ildə 
Đstanbulda  Ə.Topçubaşova  demişdi:  «Qafqazdan  gələn  rus  məmurları  gürcülərin 
Tiflisdən  qovduqları  rus  məmurlarına    tatarların  Yelizavetpolda  və  digər  yerlərdə 
yaxşı münasibət bəsləmələrindən fərəhlə» danışırlar. 
Hətta  Azərbaycan  istiqlalının  qəddar  düşməni  olan  general    Denikin  etiraf  
etmişdi:  «Azərbaycanda  hökumətin  açıq  türkpərəstliyinə  baxmayaraq,  rus  ünsürü 
təqib olunmurdu». Hökumət «burada öz  qabiliyyətini tətbiq etmək istəyən ruslara 
vəzifə tutmaqda maneçilik  törətmirdi». 
Erməni  dil    tökməsi  öz  işini  gördü.  Britaniya  komandanlığı  Ermənistan  
hökumətinin  Naxçıvan  barəsində  planına  dəstək  verdi.  Böyük  Britaniya 
komandanlığı  Azərbaycan  Cümhuriyyəti    hökumətini  xəbərdar  eləmədən  və 
Naxçıvan  əhalisinin  rəyini  öyrənmədən  özbaşına  Naxçıvanın  Ermənistana  
birləşdirilməsinə  qərar    verdi.  Naxçıvan  barəsində  Ermənistan-Britaniya 

Tofiq Köçərli                                    - 93 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
komandanlığı sövdələşməsindən xəbər tutan kimi Azərbaycan hökuməti Britaniya 
komandanlığına  qəti  protest  etdi.  Azərbaycan  hökumətinin  Zaqafziyada  Britaniya 
qoşunları komandanına notasında (30 aprel 1919) deyilirdi: 
«…  Siz  Qarabağın  idarə  edilməsinin  Azərbaycan  hökumətinə  verilməsi 
şərtləri  əsasında  Naxçıvan,  Şərur-Dələyəz,  Sürməli  rayonlarının  və  Đrəvan  
rayonunun bir hissəsinin inzibati idarə edilməsini Ermənistan hökumətinə verməyi 
nəzərdə tutursunuz. 
…  Həmin  rayonlar  tamamilə  müsəlmanlarla    məskunlaşmışdır,    onlar 
Azərbaycan  əhalisi  ilə  vahid  bir  küll  təşkil  edirlər…  Həmin  rayonların  ərazisi 
Azərbaycan ərazisinin ayrılmaz hissəsidir».
103 
Çarizmin Đran və Türkiyədən erməniləri Zaqafqaziyaya köçürmək siyasətinin 
nəticəsində  Naxçıvanda  və  Đrəvan  quberniyasının  digər  müsəlman  rayonlarında 
ermənilərin  sayı  görünməmiş  dərəcədə  artmışdı.  Buna    baxmayaraq,  yenə  də 
azərbaycanlılar  həmin  rayonlarda  əksəriyyət    təşkil  edirdilər.  1917-ci  ildə 
Naxçıvanda əhalinin 62,5 faizi müsəlmanlardan, 36,7  faizi ermənilərdən (1828-ci 
ildə yalnız 14 faiz ) ibarət idi.  
Şərur-Dərələyəzdə  müvafiq  olaraq  72,3%  müsəlman  və  27,1%  erməni, 
Sürməlidə 68,0 % müsəlman və 37,4% eməni yaşayırdı.  
Nota    həmçinin  bəyan  edirdi  ki,  Qarabağ  Azərbaycan  hökumətinin  idarəsi  
altında  olmuşdur,  onun  yalnız  Andronikin  quldurları  tərəfindən  tutulmuş  cüzi  bir  
hissəsi  Azərbaycan  hakimiyyəti  idarəsindən  kənarda    qalmışdı.  Ona  görə 
Qarabağın  bütün  rayonlarının  Azərbaycan  hakimiyyəti  altında  olması  əvvəlki 
normal  qaydanın  bərpasıdır.  Naxçıvan  və  sözügedən  digər  rayonlar  isə  heç  vaxt 
Ermənistan  hökumətinin  hakimiyyət  dairəsində  olmamışdır  və  həmin    rayonların 
əhaliyə  yad  Ermənistan  hökumətinə  verilməsi  əvvəlki  vəziyyətin  bərpası  deyil, 
tamamilə yeni bir vəziyyət yaradacaqdır.
104
  
Azərbaycan  hökuməti  Naxçıvan  və  digər  deyilən  rayonların  Ermənistana 
verilməsi planına qəti protest bildirdi. 

Tofiq Köçərli                                    - 94 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Bu  protestə  Britaniya  qoşunları  komandanlığının  münasibəti  necə  olmuşdu? 
Mənə məlum deyil.  
Hadisələrin sonrakı cərəyanı deməyə əsas verir ki, erməni xadimləri Britaniya 
komandanlığının 
qılığına 
yaman 
giriblərmiş. 
Komandanlıq 
Naxçıvanın 
Ermənistana verilməsi prosesinə yaşıl işıq yandırdı.  
Mayın  4-də  inglis  generalı  Devi  Naxçıvan    şəhərinə  gəldi.  O,  Naxçıvan  və        
Şərur  sakinlərinin  nümayəndələri  ilə  görüşərək  elan  etdi  ki,  Naxçıvan  və  Şərur 
qəzaları erməni hökumətinin  hakimiyyətinə tabe olmalıdır.  
Bu  təklif-ultimatum  hərtərəfli  müzakirədən  sonra  qəti    rədd  edildi. 
Naxçıvanlılarla şərurluların birgə yığıncağı yekdillikdə  qərara aldı: 
«…  Devinin  təklifi  qəbul  edilməsin.  Naxçıvan  və    Şərur  qəzalarının 
müısəlmanları  özlərini  Azərbaycan  Respublikasının  vətəndaşları,  yaşadıqları 
ərazini  isə Azərbaycan ərazisi hesab edirlər. General Devinin təklifinə tabe olmaq 
Naxçıvan  və  Şərur  qəzaları  müsəlmanlarının  fiziki  olmasa  da  şəksiz  mənəvi 
məhvilə nəticələnəcəkdir».
105 
Ermənistan  bandalarının  provakasiya  və  basqınları  çoxaldı.  Ermənistan 
Naxçıvana  qarşı  provakasiyalarını  dayandırmadı.  Ermənistan  komandanlığı  belə 
bir  əmr  verdi:  «Şərur  islamlarını  Araz  çayına  tökmək  üçüncü  alay  komandanının 
vəzifəsidir.  Məqsəd  Şahtaxtı  və  Kuvanı  basıb  oradakı  müsəlmanları  Araz  çayı 
arxasına  tökməkdir».
105a
  Hətta  ingilis  komandanlığının  havadarlığı  ilə  erməni 
qoşun hissələri iyun ayınının sonunda Naxçıvan şəhərinə soxuldular. Ordubadda da 
vəziyyət gərginləşdi. Ordubaddan Tiflisə  gəlmiş Əhməd Hacı Əli oğlu iyunun 15-
də  belə    bir  məlumat  yaydı:  iyunun  1-də  bandaların  başçılarından  biri  olan  Aşot 
Məlik  Mosesyan  Ordubad  şəhərinə  gələrək  bildirdi  ki,  «Vedibasar,  Şərur, 
Naxçıvan,  Ordubad  və  Şuşa  şəhərinə  qədər  Zəngəzur    qəzası  Ermənistana 
birləşdirilmişdir»,  o,  Ordubadın  qəza    rəisidir,  onun  əmrləri  danışıqsız  yerinə 
yetirilməlidir.  
«Rəis»dən  dediyini  təsdiqləyən  sənəd  tələb    etdilər.  Sənəd  olmadı. 
Ordubadlılar qəti bəyan etdilər: nə qədər ki, qəza rəisi təyin olunmağınız haqqında 

Tofiq Köçərli                                    - 95 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Azərbaycan Cümhuriyyətindən, yaxud müttəfiq qoşunlar komandanlığından rəsmi 
sənəd gətirilməyib, müsəlmanlar sizin heç bir əmrinizi yerinə yetirməyəcəklər.  
«Rəis» Əylis  kəndinə qayıdır və oradan ordubadlılara təslim olmalarını tələb 
edən  ultimatum  göndərir.  Bu    təhlükəli  anda  qonşu  ermənilər  müsəlmanlara  xain 
çıxırlar.  «Müsəlmanların  tam  bir  il  ərzində  qoruduğu,  hər  cür  qəsddən  təminat 
verdiyi  qonşu  ermənilər  Aşotun  dəstəsinə  qoşulurlar»  və  «ötən  ilki  xilaskarlarına  
qarşı üsyan edirlər»(ADTA, f. 970, siy.1, iş 167, v.1-3) 
Ermənistan  Naxçıvan  ərazisindəki  dəmir  yolu  stansiyalarını  ələ  keçirməyə 
girişdi.  Şahtaxtı stansiyasına bir  rota  əsgər  və  Qumbapaşanın  («Yapon»)  başçılığı 
alstında  hərbi  eşilon  göndərdi.    Lakin  stansiya  uğrunda  döyüşdə  azərbaycanlılar 
qalib gəldilər.  
Noraşen stansiyasında daha  şiddətli döyüşlər olmuşdu. Cəsur azərbaycanlılar 
oradakı erməni rotasını darmadağın etmiş, düşmənin 42 pulemyot, 4 top və zirehli 
qatarını  ələ  keçirmişdilər.  Yalnız  erməni  polkunun  ştabı  xilas  ola  bilmişdi. 
Ermənilərin qonşu  bir kənddə yerləşmiş 200 əsgəri isə döyüşsüz təslim olmuşdu.  
Qurd    qapısı  uğrunda  ikigünlük  vuruşmada  məğlub  olan  ermənilər  Davalı 
stansiyasına geri  çəkilmişdilər. Lakin müsəlman dəstələri erməniləri  təqib edərək 
Davalıdan qovmağa müvəffəq olmuşdular. 
Vedibasarda  son  dərəcə  gərgin  vəziyyət  yaranmışdı.  Bu  barədə  «Naxçıvan 
əhalisi vəkili» Nağının Osmanlı Xəfəsinə müraciəti təsəvvür yaradır.  
Bizə  gələn  Vedibasarlı  Musa  oğlu  Əkbər,  Abdulla  oğlu  Đbrahim  ifadələrində 
islamların sığındığı dörd böyük qala olan və dörd nahiyənin qapısı demək bulunan 
Böyük  Vedi  və  çevrəsini  ermənilərin  çox  qısa  bir  zamanda  məzarlığa  döndərmək 
məqsədilə top və təxminən dörd min nəfərlik qüvvə ilə mühasirəyə almalarını, hər 
cür  müdafiə  imkanlarından  məhrum  və  məzlum  islamları  beş kilometrdəki  zirehli 
qatar vaqonlarından borbardman etmələrini… söyləmişlər. 
Osmanlı  dövlətini  təmsil  edən  zati  alilərinin  …  bu  qorxunc  dindaşlarının 
vəhşiliyə  qurban  olmalarına  əsla  razı  olmayacaqlarını  üç  aydan  bəri  sürüb  gələn 
fəryad və fiğanlarımızla açıqlayırıq. 

Tofiq Köçərli                                    - 96 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
…    Ağladıq,  sızladıq,  yazdıq,  bağırdıq.  …bu  səslərimiz  başımızda  parlayan 
güllə  səsindən  eşidilmədi.  Xəlifəyə  də  fəryadlarımızı  eşitdirəmməsək  artıq  kimə 
gedək? Hansı yabançıya sarılalım? 
 1919-cu    ilin  avqust  ayında  Ermənistan  qoşunları  Böyük  Vedi    kəndinə 
hücum  edir.  Bu,  həmin  kəndə  üçüncü  hücum  idi.  Lakin  bu    dəfə  də  ermənilər 
məğlub oldular. Düşmən 43 əsgər itirdi.  
Bu məğlubiyyətdən sonra general Droya tapşırıldı ki, böyük Vedini fəth etsin. 
Nizami    qoşunlarla  hücuma  keçən  Dro  bəyan  etdi  ki,  «Vedidə  daşı  daş  üstündə 
qoymayacaqdır». 
Erməni  quldurlarının  qənimi  xalq    qəhrəmanı  Abbasqulu  Şadlinski  böyük 
Vedini  alınmaz  qalaya  çevirmişdi.    Vedililər  Şadlinskinin  komandanlığı  altında 
müstəsna  igidlik  göstərərək  düşməni    darmadağın  etdilər.  Düşmən  tərəfi  döyuş 
meydanında 1000 meyit qoyaraq geri çəkilməli oldu.  
Ermənilər  pərən-pərən  düşmüş  qüvvələrini  toplayaraq  və  Đrəvandan  yeni 
qüvvələr  alaraq  Böyük  Vediyə  yeni  hücum  təşkil  etdilər.    Sasun  polku  şərqdən 
(Milli Dərəsi tərəfdən), Van polku şimaldan (Ağdamlar kəndi tərəfdən), 1 və 2-ci 
polkların hissələri cənub-qərbdən Böyük Vedi üzərinə yeridildi.  
Bu  dəfə də düşmənin niyyəti baş tutmadı. Düşmən böyük  itki verdi və geri  
çəkilməyə məcbur oldu.  
Naxçıvanlılar, vedibasarlılar bütün məhrumiyyətlərə, çətinliklərə sinə gərdilər.  
Azərbaycan hökuməti Ermənistan hökumətinə və müttəfiqlərin Zaqafqaziyada 
Ali Komissarı Naskelə qəti etiraz bildirdi. Eyni zamanda Paris süılh konfransında 
Azərbaycan  Cümhuriyyəti  nümayəndə  heyətinin  başçısı  Ə.M.  Topçubaşov  sülh 
konfransının  sədrinə  və  konfransda  təmsil  olunmuş  bütün  nümayəndə  heyətlərinə 
nota  göndərərək  Naxçıvan,    Şərur-Dələyəz,  Sürməli  qəzalarının  Azərbaycanın 
tərkib hissəsi olmasını və Azərbaycan hökumətinin idarəsi altında olmasını, habelə 
Ermənistan hökumətinin «indiyə qədər idarəçilik cəhətdən həmin rayonlara heç bir 
aidiyyəti olmamasını» nəzərə çatdırdı.  

Tofiq Köçərli                                    - 97 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Topçubaşov  Sülh  konfransından  xahiş  etdi  ki,  həmin  qəzaların  idarə 
olunmasının  Azərbaycan  hökuməti  əlində  saxlanması  barədə  Qafqazda  müttəfiq 
qoşunlar komandanlığına göstəriş versin.  
Azərbaycan hökumətinin fəal diplomatik səyləri uğurla nəticələndi. 
1919-cu  il  avqust  ayının  sonunda  müttəfiq  dövlətlərin  Zaqafqaziyada  Ali 
Komissarı  Amerika  polkovniki    Haskel    Tiflisdən  Bakıya  gəlib  Baş  Nazir 
N.Yusifbəyovla  görüşdü.  Haskel    bildirdi  ki,  «Qarabağın,  o  cümlədən  də 
Zəngəzurun tamamilə Azərbaycana keçməsini zəruri hesab edir».
106
 Eyni zamanda 
Haskel   təklif etdi ki, Naxçıvan, Şərur və Dərələyəz «neytral zona» elan olunsun. 
N. Yusfbəyov bu təklifi parlamentin müzakirəsinə qoymağa razılıq verdi. Həm də 
şərt  qoydu  ki,  Ələt-Culfa  dəmir  yolu    bütövlükdə  Azərbaycanın  idarəsi    altında 
olmalıdır,  «zona  Ermənistan  Respublikasının  hər  cür  təsirindən  kənarda  olmalı, 
erməni silahlı qüvvələri zonaya   buraxılmamalıdır…» 
Fikrimcə,  konkret  tarixi  şəraitdə  Azərbaycan  hökumətinin  Naxçıvanın 
«mütəffiq zona» elan     edilməsinə razılıq verməsi Ermənistanın Naxçıvana hərbi 
müdaxiləsinin qarşısını almaq  məqsədi güdən düzgün və çevik diplomatik addım 
idi.  
«Neytral  zona»  məsələsinin gündəmə  gətirilməsi o  demək  idi ki,  Naxçıvanın 
idarə  olunmasının  Ermənistana  verilməsi,  başqa  sözlə,  Naxçıvanın  Ermənistana 
birləşdirilməsi təhlükəsi keçmək üzrədir.  
Haskel Bakı  səfərindən sonra  Naxçıvanda oldu. Artıq naxçıvanlılara  məlum 
idi ki, «neytral zona» barəsində (o zamankı sənədlərdə bu, «müttəfiq zona», yaxud 
«amerikan general-qubernatorluğu» kimi də adlanır) Azərbaycan hökumətinn bəzi 
şərtləri    qəbul  olunmayıb.  Naxçıvanlılar  amerikan  general-qubernatorluğu 
yaradılmasına etiraz etdilər. Təklif etdilər ki, yerli qubernatorluq yaradılsın  və o, 
Ali Komissara tabe olsun. 
Səmyuel  A.  Uimzin  «Ermənistan-terrorçu    «xristian»  ölkənin  gizlinləri. 
Ermənilərin  böyük  fırıldaq  seriyaları»  (I  cild)  kitabında  naxçıvanlıların  prinsipial 
mövqeyi barədə iki mühüm fakt var: 

Tofiq Köçərli                                    - 98 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
1)  «Ermənistan  Araz  vadisinin  onlara  verilməsi  tələbini  qaldıranda  Haskel 
öyrəndi ki, Araz vadisində yaşayan müsəlmanlar erməni nəzarətindən çıxmaq üçün 
hər  cür  razılığa  əvvəlcədən  hazırdılar.  Sentyabrın  9-da  «cənub-qərbi 
Azərbaycan»ın  (mətndə  belədir  –  T.K.)  nümayəndələri  Haskelə  məlumat  verdilər 
ki,  özünütəyin  prinsipləri  yerinə  yetirilənə  və  Paris  sülh  konfransı  ərazini 
Azərbaycanın  tərkibində  təsbit  edənə  qədər  onlar  amerikanın  nəzarətini  məqbul 
hesab  edə  bilərlər  …  Daşnaq  quldurlarının  zülmünü  qəbul  etməkdənsə,  onlar  ələ 
silah götürüıb şərəfli ölməyi üstün tutacaqdır».  
2)  «Amerika  rəsmi  zabitinə  deyildi  ki,  Şərur-Dərələyəz,  Naxçıvan  və 
Vedibasar  Azərbaycanın  ayrılmaz  hissələri  olmuşdur  və  yalnız  Azərbaycan 
qanunları  altında  fəaliyyət    göstərəcəkdir.    Onlar  amerikalı  qubernatoru  deyil, 
nümayəndəni  qəbul  edəcəklər…  Başa  düşülməlidir  ki,  əgər  bizim  istəyimizin 
əleyhinə  olaraq  kimsə  torpaqlarımızı  Ermənistana  verməyə  cəhd  göstərərsə,  biz 
onu  özümüzə  düşmən  hesab  edəcəyik;  biz  onu  əlimizdə  silahla  qarşılayacağıq  və 
bizim düşmənlər yalnız meyitlərimizin üstündən evlərimizə girə bilərlər».
107 
Əhsən  milli  qeyrətinizə,  Ali  komissar  Haskelin  tələbi  qarşısında  diz 
çökməməyinizə,  Azərbaycan  naminə  canınızı  qurban  vermək  əzminizə,  ey  Şərur-
Dərələyəz, Naxçıvan, Vedibasar kişiləri ! Siz sübut etdiniz ki, doğrudan da «türklər 
ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar»! (Əlibəy Hüseynzadə). Sizin artıq 
tarixə düşmüş bu mərdliyiniz daim anılacaqdır! 
(Uimz  yuxarıdakı  parçaları  amerikalı  erməni  Riçard  Hovanissyanın 
«Ermənistan  Respublikası»  kitabından  gətirmişdir.  Uimzin  əsərinin  ədəbiyyat 
siyahısında  Hovanisyanın  «Azərbaycan  Respublikası»  kitabının  adı  da  var.  Əgər 
bu,  doğrudursa,  onu  azərbaycancaya  tərcümə  etmək  lazımdır.  Arzu  edək  ki, 
Z.Ağayev bu işə girişsin. 
Və bir də arzu edək ki, Z.Ağayev Uimzin kitabını ruscaya çevirsin. 
Onun  bu  sahədə  təcrübəsi  var:  ABŞ-da  ingiliscə  çıxmış  «Erməni  genosidi» 
kitabını 10 il bundan əvvəl ruscaya çevirib çap etdirmişdir.  

Tofiq Köçərli                                    - 99 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Uimzin  kitabının  rusca  variantının  MDB  məkanında  yayılması  bütün 
baxımlardan faydalı olardı) 
Haskel  ilə  Yusifbəyov  və  Xarici  Đşlər  Naziri  Cəfərov  Naxçıvanın  və  Şərur-
Dərələyəz  neytral  zonasının  yaradılmasının  əsas  müddəalarını  hazırlamışdılar. 
Yusifbəyov Haskeldən xahiş etmişdi ki, razılığa gəldikləri şərtlər imzalanmaq üçün 
yazılı şəkildə Azərbaycan hökümətinə verilsin. Sentyabrın 1-də Haskel 20 bənddən 
ibarət həmin şərtləri Tiflisdən N.Yusifbəyova göndərdi.  
Şərtlər belə idi: 
- Neytral zonanı Haskelin təyin etdiyi amerikan gubernatoru idarə edir; 
-  Yerli  hakimiyyət  (erməni  əhalisinin  çoxluq  təşkil  etdiyi  yerlər  istisna 
olmaqla) azərbaycanlıların hakimiyyətidir.  
-  Azərbaycan  və  Ermənistan  hökümətləri  dərhal  neytral  zonadan  bütün 
qoşunlarını  çıxardırlar;  Bu  şərt  bilavasitə  Ermənistana  aid  idi.  (Naxçıvanın 
bölgəsində Azərbaycanın heç bir qoşun hissəsi yox idi).  
-  Tikilməkdə  olan  Bakı-Culfa  dəmir  yolu  yalnız  Azərbaycan  hökumətinin 
nəzarəti altında olmalıdır; 
-  Ermənistan  höküməti  neytral  zonada  və  Zəngəzurda  erməni  əhalisini 
sakitləşdirmək üçün öz təsirindən istifadə etməlidir. 
 Və s.  
  Haskel şərtləri Bakıya göndərərək Yusifbəyovdan xahiş etdi ki, Azərbaycan 
hökuməti şərtləri imzalasın və sənəd onu təqdim edən zabitlə geri qaytarılsın.  
Lakin  Bakı  görüşündə  razılaşdırılmış  bəzi  məsələlər  sənəddə  əks 
etdirilməmişdi. Ona görə Baş nazir sənədi imzalamadı.  
Bu,  Ali  kamissarla  Azərbaycan  hökuməti  arasında  münasibətlərin 
gərginləşməsinə səbəb oldu.  
Sentyabrın  26-da  hərbi  nazir  Mehmandarov  və  Gürcüstanda  Azərbaycanın 
diplomatik nümayəndəsinin müavini Vəkilov Tiflisdə Haskel ilə görüşdülər.  
Mehmandarov  Haskeldən  xahiş  etdi  ki,  sursat  almaq  üçün  Azərbaycan  hərbi 
nümayəndə heyətinin Đtaliyaya getməsinə köməklik göstərsin.  

Tofiq Köçərli                                    - 100 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Cavab belə oldu: yalnız o halda kömək ediləcəkdir ki, Azərbaycan hökuməti 
Şərur və Naxçıvan rayonunda neytral zona yaradılmasını sürətləndirsin.  
Eyni zamanda Haskel  bəyan etdi ki, Azərbaycanla Dağıstan arasında neytral 
zona  təşkili  məsələsinin  Azərbaycan  üçün  arzu  olunan  şəkildə  həll  edilməsi  də 
Naxçıvanda neytral zonanın yaradılmasının süırətləndirilməsindən  asılıdır.  
Bu  görüş  haqqında  Bakıya  Xarici  Đşlər  Naziri  Cəfərova  məlumat  göndərən 
Vəkilov  bildirirdi  ki,  Haskel  Şərur  və  Naxçıvan  rayonunda  neytral  zona 
yaradılmasına dair Azərbaycanın şərtlərini qəbul edilməz sayır.  
Haskelə  görə,  «həmin  şərtlərin  yerinə  yetirilməsilə  Şərur  və  Naxçıvanda 
Azərbaycan hökuməti öz hakimiyyətini əhəmiyyətli dərəcədə genişləndirir». 
Vəkilov Nazirə təklif edir ki, hökumət üzvlərindən kim isə Tiflisə göndərilsin 
və  o,  Haskel  ilə  xüsusi  danışıq  apararaq  neytral  zona  yaradılması  məsələsini 
qurtarsın.  Onun  fikrincə,  Tiflisdə  «erməni  nümayəndələrinin  olması  bizimkilərin 
isə olmaması Haskelin rəyinin birtərəfli formalaşmasına əhəmiyyətli dərəcədə təsir 
etmişdi». 
Elə  həmin  görüş  günü,  sentyabrın  26-da  Haskel  Azərbaycan  Xarici  Đşlər 
Naziri Cəfərova aşağıdakı teleqramı göndərdi: 
«Nə  qədər  ki,  Naxçıvan  və  Şərur-Dərələyəzdən  ibarət  neytral  zona 
yaradılmayıb, general Denikinlə neytral zona (başqa yerdə: Azərbaycanla Dağıstan 
arasında  neytral  zona  –  T.K.)  yaradılması,  yaxuvd  başqa  məsələlərin  həlli 
sahəsində heç bir tədbir görməyəcəm. Naxçıvanda neytral zona yaradılması şərtləri 
bu  gün  Tiflisdə  Azərbaycan  hərbi  nazirinə  verilmişdir.  Şərtləri  qəbul  etməyiniz 
barədə teleqramınızı gözləyirəm».  
Şərtlərdə (haskelin 2-ci layihəsi) əslində yalnız bir yeni fikir var idi: 
«Erməni və tatar əhalisinin sayına proporsional olaraq Mərkəzi Şura yaradılır. 
Mərkəzi Şura zonanın idarə olunmasında iştirak edir». 
Birinci  layihədəki  «yerli  hakimiyyət  …azərbaycanlıların  hakimiyytidir»  fikri 
yeni layihədə yox idi.  

Tofiq Köçərli                                    - 101 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Tikilməkdə  olan  Bakı-Culfa  dəmir  yolunun  «yalnız  Azərbaycan  hökuməti 
nəzarəti  altında  olması»  haqqında  müddəa  yeni  layihədə  aşağıdakı  redaksiyada 
verilmişdi: 
«Culfa-Bakı  dəmir  yolunun  neytral  zonadan  keçən  hissəsi  Azərbaycanla 
Ermənistan 
arasında 
bağlanacaq 
müqaviləyə 
əsasən  yaradılmış  xüsusi 
komissiyanın müşahidəsi altında tikiləcəkdir». 
Göründüyü kimi, bu halda Ermənistan şəriksiz işə şərik edilirdi. 
Sentyabrın 29-da Cəfərov Haskelə teleqrafla bildirdi: 
«Mənim  hökumətimin  Đrəvan  quberniyasının  Şərur-Dərələyəz  və  Naxçıvan 
qəzaları  hüdudlarında  ayrıca  general-qubernatorluq  yaradılmasına  heç  bir  etirazı 
yoxdur. Lakin təklif olunan şərtlərin bəzi  maddələrilə razı deyilik. Bu barədə sizə 
əlavə məlumat verəcəyəm» . 
Əlavə məlumat nədən ibarət olub?  
Hansı şərtlərlə Azərbaycan razı olmayıb? 
Bu barədə sənəd hələ aşkar edilməyib. 
Cəfərovun  teleqramına  Haskel  oktyabrın  1-də  sərt  cavab  verdi:  «Sülh 
konfransı  Azərbaycanın  amerikan  rəhbərliyi  altında  olan  zonanın  idarə  edilməsi 
şərtləri barəsində göstəriş vermək hüququnu tanımır və sizin tənqidiniz qoyulmuş 
şərtləri dəyişməyəcəkdir.  Bu zona yaradılacaqdır. 
Şərtlər  sizə  xəbərdarlıq  məqsədilə  göndərilmişdir  ki,  görək  sizin  hökumət 
onlara  loyal  yanaşacaq,  ya  yox,  amerikan  qubernatoruna  xüsusən  sülh  və  qayda-
qanun yaratmaqda  kömək edəcək, ya yox. Bu yaxın günlərdə Parisə gedirəm. Ona 
görə teleqrafla təcili cavab verin. Sizin hökumətinizin müvəqqəti sazişi bəyənməsi 
şərtilə sizin mübahisəli qəzalara tam mülkiyyət iddialarınızı Parisdə təqdim etmək 
fikrindəyəm». 
Amerika  Birləşmiş  Ştatları,  Fransa,  Böyük  Britaniya  və  Đtaliyanın  Ali 
komissarı  Haskelin ultimatum  xarakterli    tələbi  ya rədd,  ya  da  qəbul  edilməli  idi. 
Birinci  halda  Haskel  ilə  münasibətlər  daha  da  gərginləşə  bilərdi,  Azərbaycan 

Tofiq Köçərli                                    - 102 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Qarabağ  məsələsində  və  digər  məsələlərdə  Haskelin  dəstəyindən  məhrum  ola 
bilərdi.  
Azərbaycan  konkret  siyasi  şəraitə  cavab  verən  xətt  seçdi.  Oktyabrın  4-də 
Xarici Đşlər Naziri Cəfərov teleqrafla Haskelə bildirdi: 
- Azərbaycan öz əvvəlki fikrində qalır; 
-  Naxçıvan,  Şərur-Dərələyəz  qəzaları  və  Vedibasar  rayonunun  «Azərbaycan 
xalqı  özü  silaha  sarılaraq,  özünə  yad  hakimiyyəti  devirmiş  və  artıq  sülh  və  tam 
qayda-qanun yaratmışdır»; 
-  Biz  «Azərbaycan  Respublikasının  ayrılmaz  hissələri  olan  həmin  qəzaların 
idarə olunması üzrə sizin müəyyənləşdirdiyiniz xəttə maneçilik törətməyəcəyik»; 
-  «Ümid  edirik  ki,  siz  xalqların  hüququ  haqqında  Prezident  Vilsonun  elan 
etdiyi prinsiplərə və Đrəvan quberniyasının həmin qəzalarının Azərbaycan xalqının 
artıq  həyata  keçirilmiş  iradəsinə  uyğun  olaraq,  Sülh  Konfransında  Azərbaycan 
xalqının tələblərini dəstəkləyəcəksiniz».  
Azərbaycanın bu cavabından sonra «Naxçıvan və Şərur-Dərələyəz qəzalarının 
idarə  edilməsi  məsələsinə  dair  müttəfiqlərin  Zaqafqaziyada  Ali  Komissarı  Haskel 
ilə Azərbaycan hökuməti arasında sazişin layihəsi» adlanan yeni sənəd hazırlandı.  
Bu sənəddə bir sıra yeni maddələr var idi: 
-  «General-qubernatorluğun  büdcəsi  Azərbaycan  parlamentində  müzakirə 
edilir. Çatışmayan məbləği Azərbaycan xəzinəsi verir»; 
- «Azərbaycan pulu rəsmi pul hesab edilir»; 
- «General-qubernator, seçkilərin təşkilinə qədər əhalinin sakitləşdirilməsi və 
hüquqi  qayda-qanun  yaradılması  işində  kömək  etmək  üçün  Azərbaycandan  iki 
müşavir dəvət edir»; 
- «Culfa-Bakı yolunu çəkmək üçün bu rayondan xüsusi zolaq ayrılır. Zolaqda 
bütün hakimiyyət Azərbaycan hakimiyyətinin əlində qalır».  
Oktyabrın  ortalarında  Haskelin  müavini  amerikan  polkovniki  Ceyms  Rey 
Bakıya gəldi. O, baş nazir N.Yusifbəyovla Naxçıvan və Şərurun neytral zona elan 
edilməsi haqqında danışıqları davam etdirdi. Təklif etdi ki, neytral zona yaratmaq 

Tofiq Köçərli                                    - 103 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
üzrə  birgə  komissiya  yaradılsın,  komissiyaya  Azərbaycan  öz  nümayəndəsini 
ayırsın  və  həmin    nümayəndə  onunla  Đrəvan  və  Naxçıvana    gedərək  əhaliyə 
göstərsin  ki,  «Azərbaycan  hökuməti  neytral  zonada  amerikalıların  idarəetmə 
sisteminin qurulmasına razıdır». 
Baş  nazir  neytral  zona  yaradılmasına  prinsip  etibari  ilə  etiraz  etmədiklərini 
təsdiq  etdi.  Bununla    birlikdə  N.Yusifbəyov  sözügedən  komissiyaya  nümayəndə 
təyin  edib  Reylə  göndərmək    təklifinə  rədd  cavabı  verdi.  O,  bildirdi  ki,  başda 
amerikan  generalı  olmaqla  neytral    zona  yaradılması  ümumiyyətlə  Azərbaycanın 
mənafelərinə uyğun deyil. Hökumət xalqı aldada bilməz.  
Buna  baxmayraq, baş nazir bəyan etdi: əgər Naxçıvan əhalisi özü polkovnik 
Reyin    şərtləri  ilə  razılaşsa,  Azərbaycan  hökuməti  neytral  zona  yaratmağa  mane 
olmayacaqdır. (Rey Bakıda mehribanlıqla qarişılanmışdı. H.Z.Tağıyev Reyi və onu 
müşayiət   edən şəxsləri  evinə   qonaq dəvət   etmişdi.  Axşam  Rey  N.Yusifbəyovla 
birlikdə  Opera    teatrında  olmuşdu    və  s.  Oktyabrın  19-da  Rey  Bakıdan  Gəncəyə 
gəldi.  Şəhərlə,  onun  sakinləri  ilə  tanışlıqdan  sonra  Rey  demişdi:  «Mən  bir  çox 
ölkələri, o  cumlədən Zaqafqaziya respublikalarını gəzib dolaşmışam, lakin özümlə 
Azərbaycan,  onun  xalqı,  burada  xalqların  münasibəti,    nizam-intizam,  öz 
respublikasını  mədəni  əsaslarla  qurmaq  cəhdləri  haqqında,  xüsusən  də 
Azərbaycanın ilk paytaxtı olan Gəncə haqqında ən yaxşı xatirə aparıram».  
Azərbaycanda  gördüklərindən  vəcdə  gələn  Rey  belə  bir  arzusunu  bildirdi: 
«Zəngin  təbiətə  və  mədəni  insanlara  malik  olan  Gəncə  şəhərinin  vətəndaşı  kimi 
qeydə  alınaramsa,  özümü  xoşbəxt  sayaram».  Xahiş  etdi  ki,  o,  Gəncənin  fəxri 
vətəndaşı seçilərsə, Ceyms bəy adı ilə seçilsin. 
 Gəncə    şəhər  duması  noyabrın  4-də  qərara  aldı:  «Azərbaycan 
Cüımhuriyyətinin Amerika ilə gələcək mədəni-sənaye əlaqələri naminə polkovnik 
Ceyms Rey Ceyms bəy adı ilə Gəncə  şəhərinin fəxri vətəndaşı seçilsin»  
Gəncə  valisi  X.Rəfibəyov    dərhal    bu  qərar  barədə  Tiflisə-Ceyms  Reyə 
teleqram göndərdi). 

Tofiq Köçərli                                    - 104 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Nəhayət,  V.Haskel  Şərur  və  Naxçıvan  dairələrini  müttəfiq  zona  elan  etdi. 
ABŞ  polkovniki  Delli  zonanın  qubernatoru  təyin  olundu.  Bu  zona  hüdudlarında 
Azərbaycanın və Ermənistanın qoşunları var idisə,  dərhal zonadan çıxarılmalı  idi. 
Rey  Naxçıvana  gəldi.  Haskel  kimi  Rey  də  naxçıvanlıların  yenilməz  iradəsilə 
qarşılaşdı.    Naxçıvan  rəhbərləri  Reylə  gərgin  danışıqlar  apardılar  və  uğurlu 
nəticələrə nail oldular.  
1919-cu  il  oktyabrın  26-da  Naxçıvan  müvəqqəti  general-qubernatoru 
Azərbaycan hökumətinə aşağıdakı məlumatı göndərdi:  
«Müttəfiq qoşunlar komandanlığının nümayəndələri ilə belə razılığa gəldik ki, 
polkovnik  Delli  Naxçıvanda  general-qubernator  sifəti  ilə  deyil,  Paris  sülh 
konfransının,  yaxud  ABŞ-ın  nümayəndəsi  kimi  qalır.  Onların  bu  razılığı  ilə 
Naxçıvanı «müttəfiq idarə zonası» elan etmək artıq ortadan götürülür və müəyyən 
mənada  onların  bu  ölkəni  Azərbaycana  birləşdirməyə  razılığı  ifadə  olunur». 
Məktubda  daha  sonra  deyilirdi  ki,  biz-hakimiyyət  və  əhali-müttəfiq  qoşunlar 
komandanlığına  «yekdilliklə  bildirdik  ki,  bu  ölkəni  əslində  Azərbaycan 
Respublikası  ilə  birləşdirmişik  və  əgər  sülh  konfransı  (Paris  –  T.K.)  bizi  öz 
respublikamızdan  ayırsa,  xalq  mədəni  dövlətlərin  alovlarında  məhv  olmağa  razı 
olar, amma Azərbaycandan ayrılmağa yox». Bu, şəksiz, mühüm nailiyyət  idi.  
 Əlbəttə,  Reyin  öz  iradəsini  naxçıvanlılara  qəbul  etdirmək  imkanı  var  idi. 
Lakin, görünür, Rey naxçıvanlıların mövqeyinin ədalətliliyinə get-gedə inanmışdı. 
Onun Naxçıvan danışıqları, naxçıvanlıların yenilməz əzmi bu inamın yaranmasına 
güclü təsir etmişdi.  
O    zamankı  Naxçıvanın  siyasi  vəziyyəti,  naxçıvanlıların  mətanəti  barədə  iki 
baş nazirin fikirlərini xatırladaq. 
Fikrin  biri  Ermənistanın  birinci  baş  naziri  Ov.  Kaçaznuniyə    məxsusdur.  O, 
demişdir: 
«Müsəlman  Şəruru  və  Naxçıvanında»,  «müsəlman  rayonlarında  inzibati 
tədbirlərlə  qayda-qanun    yarada    bilmədik,  silaha  əl  atmağa,  qoşun  yeritməyə, 
dağıtmağa və qırğın törətməyə məcbur olduq və geri çəkildik». 

Tofiq Köçərli                                    - 105 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Obyektiv etirafdır! 
O  biri  fikir  Azərbaycanın  baş  naziri  N.Yusifbəyovundur.  O,  1919-cu  il 
dekabrın 22-də parlamentdə bəyan etmişdi: 
«Cəsur  naxçıvanlılar,  şərurlular  və  vedibasarlılar  özləri  bu  məsələni 
(Azərbaycan  Cümhuriyyəti  ilə  birləşmək  məsələsini  –  T.K.)  həll    etdilər.  Onlar 
həyatlarını, ailələrinin şərəfini və əmlaklarını risk edərək, doğma torpağa – Vətənə 
birləşmək üçün özləri ayağa qalxdılar, azad oldular». 
Ermənistan 
dəfələrlə 
Naxçıvanda 
qanlı 
cinayətlər 
törətdi. 
Lakin 
naxçıvanlıların  dəyanəti  və  əzmi,  Azərbaycan  Respublikası  hökumətinin 
diplomatik səyləri nəticə etibarilə Ermənistanın Naxçıvana yiyələnmək niyyətlərini 
puça  çıxartdı.  
Naxçıvanın  «neytral  zona»  elan  edilməsilə  Naxçıvan  barəsində  niyyəti  baş 
tutmayan Ermənistan əsas diqqətini Dağlıq Qarabağa yönəltdi. 
Yuxarıda qeyd olunduğu kimi, 1919-cu ilin yanvarında Azərbaycan hökuməti 
mərkəz  Şuşa  şəhəri  olmaqla  Qarabağ  general-qubernatorluğu  yaratmışdı.  Həmin 
ilin  avqustunda  Qarabağ  ermənilərinin  qurultayı  qərara  almışdı  ki,  Qarabağın 
dağlıq  hissəsi  özünü  Azərbaycan  Respublikası  hüdudlarında  hesab    edir.  Qərar, 
məsələ Paris sülh konfransında həll olunanadək qüvvədə qalmalı idi.  
Bu, Zaqafqaziyada milli azlıq problemini həll etmək sahəsində ilk təcrübə  idi. 
O  vaxtlar  Şuşada  olmuş  ingilis  jurnalisti  Skotland-Liddel  yazmışdı:  «Qarabağa 
sülh  gəlmişdir.  Ermənilər  Azərbaycan  hakimiyyətinə  tabe  olmağa  razılaşıblar. 
Ermənilər mənə deyirlər ki, Şuşada  və Qarabağda indiyədək heç bir  zaman belə 
əmin-amanlıq və qayda olmamışdır». 
Hətta  ABŞ  ermənisi  prof.  Hovanissyan  etiraf  edir  ki,  Qarabağ  ermənilərinin 
əksəriyyəti  ərazinin  iqtisadi    cəhətdən  Şərqi    Zaqafqaziyadan  asılı  olduğunu  və 
Qarabağın  xarabazarlığa  çevrilməsinin  qarşısını  almağın  yeganə  yolunu 
Azərbaycanla bağlılığında görürdü.  
Qarabağda  yaranmış  sülh,    əmin-amanlıq  Ermənistanın  hərbi  təcavüzü 
nəticəsində  pozuldu.  Ermənistan  1920-ci  ilin  martında  Dağlıq  Qarabağda 

Tofiq Köçərli                                    - 106 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
antiazərbaycan  qiyamı  təşkil  etdi.  «Tezliklə  Đrəvandan  Dro  və  Qafandan  Njde  öz 
qoşun  hissələrilə»  qiyamçılara  köməyə  göndərildi.  Ermənistan  bu  fikirdə  idi  ki, 
Qarabağa yiyələnərsə, Naxçıvan məsələsini də həll edər. Ermənistan hökumətinin 
Qarabağa  göndərdiyi  qoşun  hissələrinin  komandanı  Dro  hesab  edirdi  ki,  «təkcə 
strateji  nöqteyi-nəzərdən  Qarabağın  ələ  keçirilməsi  böyük  uduşdur,  bu,  Şimal 
tərəfdən  Zəngəzurun  təhlükəsizliyinə  təminatdır  və  Ordubad  ərazisini  də  zəbt 
etməklə  Zəngəzurun  Naxçıvan  tərəfdən    əmin-amanlığı    təmin  ediləcəkdir. 
Beləliklə, Şərur-Naxçıvan Azərbaycandan aralı salınacaq və həmin ərazinin ilhaqı 
üçün şərait yaranacaqdır».  
Lakin Ermənistanın planları yenə də puç oldu: Azərbaycan ordusu Əsgəranda  
Dəli Qazarın 4 min nəfərlik qoşununu darmadağın etdi. Düşmən Xankəndindən və 
Şuşadan  qovuldu.  Qoşun    hissələrimiz  Zəngəzur  istiqamətində  hücuma  keçdi. 
Aprelin 27-də ordu baş qərargahının rəisi general-mayor Səlimov Şuşadan  Bakıya 
belə bir teleqram göndərdi: «bilmirəm Zəngəzura hücumu davam etdirimmi…» 
Səlimov  bilmirdi  ki,  elə  teleqram  vurduğu  gün  Sovet  Rusiyası  artıq 
Azərbaycanı işğal etməyə başlayıb… 
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə