Naxçıvan: uydurmalar və tarixi həqiqətlər



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix06.05.2017
ölçüsü0,99 Mb.
1   2   3   4   5   6   7   8   9


 Azərbaycan  Respublikasının  devrilməsilə  Naxçıvan  uğrunda    mübarizədə 
yeni    mərhələ  başladı.  Ermənistan  Qarabağ  və  Naxçıvan  məsələlərini  sovet   
hakimiyyətinin  əli  ilə  həll  etməyə  calışdı.  Daşnak  Ermənistanı  Sovet  Rusiyası  ilə 
müqavilə  bağlamağa  hazırlıq  məqsədilə  Moskvaya  nümayəndə  heyəti  göndərdi. 
Nümayəndə heyəti yolüstü Rostovda S.Orconikidze ilə görüşərək bildirdi ki, əgər 
«Azərbaycan Şərur-Dərələyəz qəzalarından və Naxçıvan rayonlarından imtina etsə, 
Ermənistan  Dağlıq  Qarabağla  Zəngəzurun  Azərbaycana  dərhal    birləşdirilməsinə 
razı olar». Orconikidze bu təkliflə razılaşır və bu haqda Leninə, Stalinə və Çiçerinə 
məlumat  verir.  Eyni  zamanda  telefonla  Nərimanova  bildirir  ki,  «siz  Zəngəzur  və 
Qarabağdan  əlavə,  həm  də  Naxçıvan,  Şərur-Dərələyəz  və  Ordubadı  tələb 
edirsiniz».  Orconikidze  təklif  edir  ki,  Qarabağ  və  Zəngəzur  «dərhal  və  danışıqsız 
Azərbaycana biriləşdirilsin», ancaq Azərbaycan Naxçıvandan imtina etsin.  
Nərimanov,  Qafqaz  bürosunun  üzvü  Mdivani,  AKP  MK  üzvü  Mikoyan, 
Ermənistan  KP  MK  üzvü  Nurıcanyan  RSFSR  Xarici  işlər  komissarı  Çiçerinə  və 
Orconikidzeyə teleqrafla aşağıdakı cavabı verdilər: 
«Qəti    bəyan  edirik  ki,  artıq  Sovet  Azərbaycanın  tərkibinə  daxil  olmuş  guya 
mübahisəli Zəngəzur və Qarabağ  - mübahisəsiz Azərbaycan ərazisidir və bundan 
sonra da Azərbaycan hüdudlarında olmalıdır». 
Eyni  zamanda  Orconikidzenin  başlıca    tələbi  –  Naxçıvandan  imtina  etmək 
tələbi  rədd  edildi.  Naxçıvan  haqqında  prinsipial  mövqe  tepleqramda  belə  ifadə 
olunmuşdu:  
«Tamamilə  müsəlmanlarla  məskunlaşmış    Culfa  və  Naxçıvan  rayonları  bir 
ildən  artıqdır  ki,  yerli  əhalinin  gücü  ilə  daşnak  hökumətindən  müdafiə  olunurlar. 
Həm  hərbi  baxımdan,  həm  də    Türkiyə  ilə  bilavasitə  əlaqələr  məqsədilə  həmin  
rayonlar Azərbaycana  birləşdirilməlidir ». 
Hadisələrin  sonrakı  inkişafı,  o  cümlədən  Çiçerinin  iyunun  29-da  Leninə 
göndərdiyi məktub göstərir ki, Çiçerin «mübahisəli» ərazilər adlandırılan məsələdə 
Azərbaycan  rəhbərliyinin mövqeyi ilə hesablaşmamışdır. Ola  bilsin, Nərimanovla 

Tofiq Köçərli                                    - 108 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Çiçerinin  şəxsi  münasibətlərindəki  gərginlik    və  habelə  RSFSR  Xarici  Đşlər 
Komissarı müavini Qaraxanın (Qaraxanyan) öz komissarı Çiçerinə təsiri Çiçerində 
Sovet Azərbaycanına mənfi münasibət formalaşdırmışdı. 
Leninə  məktubda  Çiçerin  hər  şeydən  əvvəl  Naxçıvan  ətrafında  türk  hərbi 
hissələrinin peyda olması barədə Mdivanidən teleqram aldığını və guya «türklərin 
Azərbaycan  istiqamətində hərəkət etmələrini»  məlumat verirdi.  
Deyək  ki,  belə  də  olub.  Bəs  bu  şəraitdə  Sovet  Rusiyası  müttəfiqi  Sovet 
Azərbaycanına hansısa köməyi, məsələn, artıq Azərbaycanda, o  cümlədən Şuşada 
yerləşmiş  XI  Qızıl  Ordu  hissələrini  Zəngəzura,  oradan  da  Naxçıvana  yeritməklə 
Türkiyənin  «Azərbaycan  istiqamətində  hərəkətini»  dayandırmağı  təklif  edirdimi? 
Etmirdi.  Çiçerin  Nərimanova  qara  yaxaraq  yazırdı  ki,  Nərimanov  rus  hissələrinin 
Qarabağı,  Zəngəzuru,  Naxçıvanı  tutub  «Azərbaycana  hədiyyə  etməsini  istəyir. 
Nərimanov  məhz  bu  kombinasiyanı    nəzərdə  tutur…  Bu  kombinasiyanı  Rusiya 
hissələrinin əlilə etmək əsla yolverilməzdir». 
Bəlkə  Çiçerin  bu  işi  Azərbaycan  SSR  əsgərlərinin  əli  ilə  görmək 
tərəfdarıymış? Əsla yox. Əksinə, Çiçerin Leninə yazırdı ki, «Zəngəzuru, Naxçıvanı 
tutmaq  üçün  ermənilərə  qarşı  Azərbaycan  əsgərlərinin  göndərilməsi  qəti 
yolverilməzdir və ən böyük cinayət olardı». Nə üçün? Çiçerinin fikrincə, ona görə 
ki,  «həmin  vilayətlərə  cənubdan  türklər  hücum  edirlər  və  Azərbaycan  müsəlman 
hissələri oraya göndərilərsə, onlar dərhal türklərə əl uzadarlar». 
Çiçerin daha sonra  Leninə yazırdı:  
«Azərbaycan həmişə Ermənistana mənsub olan və faktiki surətdə Ermənistan 
Respublikasının  əlində  olan  okruqlara  iddia  etmək  fikrinə  düşüb.  Azərbaycan 
hökuməti  Qarabağa,  Zəngəzura  və  Naxçıvan,  Ordubad,  Culfa  ilə    birlikdə  Şərur-
Dərələyəz qəzasına iddia edir». 
Sadalanan  rayonların  «həmişə  Ermənistana  mənsub    olması»  haqqında  fikir  
tarixi faktları bilməmək nəticəsindəmi yaranmışdı?  Tutduğu vəzifəyə və qaldırdığı 
məsələnin  kəskinliyinə  görə  Çiçerin,  heç  olmasa,  yaxın  keçmişin  faktlarından, 
deyək  ki,  Qarabağ  və  Naxçıvan  xanlıqlarının  mövcud  olması  və  bu  xanlıqların 

Tofiq Köçərli                                    - 109 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
məhz  müsəlman  xanlıqları  kimi  Rusiya  hakimiyyətini qəbul  etmələri  faktlarından 
xəbərdar olmalıydı. 
Deyilən  yerlərin  «həmişə  Ermənistana  mənsub  olması»  haqqında  fikir 
Çiçerinə kənardan, ola bilsin, müavini Qaraxan tərəfindən təqlid edilibmiş. 
Məktub yazılan zaman həmin yerlərin kimin əlində  olması haqqında bolşevik 
Çiçerin      kimə  etibar  etmişdi?    «Naxçıvan  bir  neçə  aydır  üsyançıların  – 
müsəlmanların  əlindədir»,  Qarabağ  və  Zəngəzur  «özlərini  Azərbaycan  sovet 
respublikasının  tərkib  hissəsi  sayırlar»  deyən  RK(b)  P  MK  Qafqaz  Bürosunun 
rəhbəri  bolşevik  Orconikidzeyəmi,  «Qarabağ  və  Zəngəzur  mübahisəsiz 
Azərbaycan  ərazisidir»,  «tamamilə  müsəlmanlara  məskunlaşmış  Culfa  və 
Naxçıvan  bir  ildən  artıqdır  ki,  yerli  əhalinin  gücü  ilə  daşnak  hökumətindən 
qorunurlar»  deyən  bolşeviklərəmi  (  Nərimanov,  Mdivani,  Mikoyan  və 
Nuricanyan), yaxud daşnaklaramı? 
Çiçerin  RSFSR  Xarici  Đşlər  komissarı  kimi  bilməmiş  olmazdı  ki,  məsələn, 
Naxçıvanda Araz Türk Cümhuriyyəti mövcud olmuş və bu cümhuriyyət özünün 4 
yanvar  1919-cu  il    tarixli  bəyanatı  ilə  Naxçıvanı  Azərbaycan  Cümhuriyyətinin 
tərkib  hissəsi  elan  etmişdir.  O,  bilməmiş  olmazdı  ki,    müttəfiq  dövlətlərin 
Zaqafqaziyada  Ali  Komissarı  1919-cu  ilin  oktyabrında  Naxçıvanla  Şərur-
Dərələyəzi «müttəfiq zona» elan etmişdi.  
Yəqin,  deyilən  məsələdə  də    Çiçerin  Qaraxanın  dezinformasiyasının  qurbanı 
olubmuş. 
Çiçerin  Leninə  bildirirdi  ki,  Ermənistan  nümayəndə  heyəti  «heç  bir  vəchlə 
Qarabağ  mahalından  savayı  Ermənistan  hakimiyyəti  altında  olan  digər  yerlərin 
Rusiya  işğalına  könüllü  verilməsinə  razı  deyil».  Çiçerin  təklif  edirdi    ki,    artıq 
tutulmuş  Şuşa və Cəbrayıl rayonları ilə kifayətlənilsin və «Ermənistanın hər hansı 
yeni    hissələrinin,  hətta  onlar  mübahisəli  sayılırsa  da,  tutulmasından  imtina 
edilsin». 
Bu,  Çiçerinin  fikrincə,  Ermənistanla  müqaviləni  bağlamağı  «asanlaşdırardı». 
Çiçerin həmin müqaviləni «mümkün qədər tez bağlamağı» vacib sayırdı. 

Tofiq Köçərli                                    - 110 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Artıq  Sovet  hakimiyyəti  Ermənistanın  da  qapısını  döyürdü.  Türkiyənin 
Moskvada elçisi  Əli Fuad  Paşanın  yazdığına görə, o zamanlar Lenin özü  Türkiyə 
nümayəndələri ilə söhbətdə  demişdi ki, «həm Ermənistanın, həm də Gürcüstanın 
çox  yaxın  bir  zamanda  istədiyimiz  bir  şəklə  girəcəyinə  şübhə  yoxdur».  Əli  Fuad 
Paşa Leninin bu fikri barədə yazıb:  
«Qızıl  inqilab  liderinin  bəyanatının  ən  şayani  diqqət  nöqtəsi  Ermənistan  və 
hətta  Gürcüstanın  Sovet  Rusiyasına  iltihaq  (qatmaq,  birləşdirmək  –  T.K.) 
edəcəklərini açıqlamış olmasıdır».  
Çiçerin  yaxşı  bilirdi  ki,  Azərbaycandan  sonra  növbə  Ermənistanla 
Gürcüstanındır.  Axı,  müstəqilliyini  elan  etmiş  ölkələri  yenidən  zorla  Rusiyaya 
ilhaq etmək planının əsas müəlliflərindən biri  Çiçerin özü idi. Belə olduğu halda 
bəs nə üçün Çiçerin Ermənistanla müqavilə bağlamağı sürətləndirirdi? 
Đyulun  7-də  RK(b)P  MK  Siyasi  Bürosu  Çiçerinin  təklifi  ilə  «Qafqaz  cəbhəsi 
hərbi  inqilabi  şurasına  təlimat»  qəbul  etdi.  Nərimanova,  habelə  RSFSR-in 
Gürcüstanda,  Ermənistanda  və  Türkiyədə  diplomatik  nümayəndələri  olan  Kirova, 
Leqrana və Eliavaya göndərilən həmin sənəddə deyilirdi:  
«Hərbi vəziyyətimiz rus hissələrinin Qarabağı, Zəngəzur qəzasını, Naxçıvanı, 
Culfanı,  Şərur  və  Dərələyəz  qəzasını  tutmasına  imkan  vermədiyi  üçün  Rusiyanın 
hərbi hakimiyyət orqanları Ermənistanla Azərbaycan arasında o mübahisəli yerləri 
tutmaqla  kifayətlənməlidir  ki,  o  yerlər,  yəni  Şuşa  və  Cəbrayıl  artıq  tutulmuşdur. 
Həmin yerlərdə heç bir Azərbaycan və Ermənistan hakimiyyəti olmamalıdır» (artıq 
Cəbrayıl  da «mübahisəli ərazi» elan edilibmiş! – T.K.) 
Bunun ardınca Çiçerin teleqrafla Orconikidzeyə yazdı: «Bizə dəfələrlə deyilir 
ki, Qarabağ və Zəngəzuru Azərbaycana vermək əvəzinə bizim (Rusiyanın – T.K.) 
müvəqqəti  işğal  hakimiyyətimiz  altında  saxlamaq  Bakıda  sovet  hakimiyyətini 
sarsıdacaqdır.  Aydın  və  konkret  deyin,  nə  olub.  Əgər  söhbət  müsəlman 
millətçilərinin  qəsbkarlıq  cəhdlərinə  kömək  etməkdən  gedirsə,  bu,  pis  siyasətdir. 
Bu  yolla biz  yalnız millətçi  instinktin  inkişafına yardım  edərik,  müsavatçılara tay 
olarıq və onlara kömək edərik. Və əgər söhbət sovet hakimiyyətinin əhatə dairəsini 

Tofiq Köçərli                                    - 111 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
genişləndirməkdən  gedirsə,  buna  Rusiya  işğalı  altında  da  nail  olunacaqdır.  Əgər 
burada müsavat oriyentasiyası gizlənirsə, onu rədd etmək lazımdır.» 
Çiçerinin  məktubları  və  Siyasi  Büronun  təlimatı  Azərbaycanın  suveren 
hüquqlarını kobud  şəkildə pozurdu. Görünür, belə sənədlərlə əlaqədar Nərimanov 
teleqrafla  Lenindən  soruşmuşdu:  «…  Bilmək  istəyirəm,  Mərkəz  bizə, 
müsəlmanlara  necə  yanaşır  və  Mərkəz  bu  cür  mühüm  məsələləri  bizsiz  necə  həll 
etmişdir…  Ermənistan  və  Gürcüstanın  müstəqilliyini  tanıyan  (Rusiya), 
Azərbaycanda  sovet  hakimiyyəti  qurulanadək  mübahisəsiz  olan  vilayəti    indi 
mübahisəli  hesab  edir.  Çiçerin  yoldaş  Mərkəzin  siyasətinə  tabe  olmaq  haqqında 
danışır.  Lakin  Mərkəz  nəzərə  alırmı  ki,  həmin  Mərkəz  bizi  şirma  olmağa  vadar 
edir?».(Nərimanovun teleqramını akademik  Ç. Quliyev aşkar edib). 
Đyulun  10-da  Nərimanov,  RK  (b)  MK  Qafqaz  bürosunun  üzvü  Mdivani, 
Azərbaycan K(b)P MK üzvləri Mikoyan, Naneyşvili, XI Qızıl Ordu Hərbi Đnqilab 
Şurasının üzvləri Vesnik, Levandovski və Mixaylov RK (b)P MK-ya «Zəngəzur və 
Qarabağ  məsələsinə  dair  vahid  fikir»  bildirdilər.  Teleqramdan  məlum  olur  ki, 
RSFSR-in  Ermənistanla  apardığı  danışıqlarda  «Zəngəzur  və  Qarabağ  məsələsi» 
müzakirə  olunurmuş.  Azərbaycanın  təmsil  olunmadığı  həmin  danışıqlarda 
«Zəngəzur və Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilməsi» nəzərdə 
tutulurmuş.  
Bununla əlaqədar, aşağıdakı vahid fikir RK (b)P MK-ya çatdırıldı:  
«Zəngəzur 
və 
Qarabağın 
neytrallaşdırılması, 
yaxud 
daşnaklara 
verilməsi…xəyanət  sayılacaqdır  …  Sovet  hakimiyyətinin  Azərbaycanı  əvvəlki 
sərhədləri  hüdudlarında saxlamağa qadir olmamasını müsəlman kütlələri satqınlıq, 
ermənipərəstlik, yaxud sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər». 
Məktubda həmçinin deyilirdi ki, Qızıl Ordunun əks-sədası artıq Naxçıvan və 
Zəngəzurda  da  hiss  olunur.  Zəngəzurun  sovetləşməsi  Naxçıvanla  əlaqələrimizin 
bərpası və orada inqilabi hərəkat üçün əhəmiyyətlidir.  
O  zaman  Bakıda  olan  Orconikidzenin  hər  halda  bu  «vahid  fikir»dən  xəbəri 
olardı. Lakin o bunu  nəzərə almamış və Leqran ilə birlikdə iyulun 14-də Bakıdan 

Tofiq Köçərli                                    - 112 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Çiçerinə  aşağıdakı  məzmunda  teleqram  göndərmişdi:  «Məsələni  Azərbaycanı 
qismən  təmin  edə  biləcək  belə  bir  qaydada  həll  etməyi  zəruri  sayırıq:  Qarabağ 
tamamilə və danışıqsız Azərbaycana birləşdirilir. Zəngəzur mübahisəli elan olunur. 
Qalan vilayətlər (Naxçıvan – T.K.) Ermənistana  qalır». 
Lenin  «Azərbaycanın  bütün  daxili  və  xarici  siyasətinə  rəhbərliyi» 
Orconikidzeyə  rəsmi  həvalə  etmişdi.  O  isə  rəhbərliyi  belə  həyata  keçirirdi! 
Azərbaycan rəhbərliyindən xəbərsiz nəyin Azərbaycanı «qismən təmin edəcəyinə» 
təminat  verir,  nəyi  kimə  verib-verməməyi,  nəyin  mübahisəli  elan  olunmasını 
Azərbaycan  rəhbərləri  ilə  birlikdə  deyil,  RSFSR-in  Ermənistandakı  diplomatik 
nümayəndəsi Leqran ilə həll edirdi. Bu da diqqəti  cəlb edir ki, dünən, sırağa gün 
«Zəngəzur  dərhal  Azərbaycana  birləşdirilməlidir»  deyən  Orconikidze  bu  gün 
Zəngəzuru  «mübahisəli ərazi elan edir»! Bilinmir, Orconikidze kimi təmsil edir – 
RSFSR-ini, yaxud daşnak Ermənistanını? 
Đyulun 15-də Azərbaycan K (b) P MK bürosu Orconikidze və Leqranın iştirakı 
ilə «Ermənistanla sülh haqqında məsələ» müzakirə edir. Đclasın stenoqrafik yazısı 
yoxdur.  Ona  görə  də  iclas  iştirakçılarının  konkret  mövqeləri,  orada  gedən  fikir 
mübadiləsi  və  mübarizə  haqqında  qəti  fikir  söyləmək  imkan  xaricindədir.  Yalnız 
büroda qəbul olunan qərarı izah etməklə kifayətlənməli oluruq.  
Qərara  alındı  ki,  «Qarabağ  və  Zəngəzur  Azərbaycana  birləşdirilməlidir». 
Deməli,  Orconikidzenin  Zəngəzuru  mübahisəli  ərazi  elan  etmək  təklifi  keçməyib. 
Lakin  Naxçıvan  barəsində,  çox  ehtimal,  Orconikidzenin  təklifi  və  təzyiqi  ilə 
antiazərbaycan  qərar  qəbul  edildi:  «Naxçıvandan  və  başqalarından  imtina  etmək, 
onların rus ordusu tərəfindən işğal olunmasını təklif etmək». 
Görünür, Nərimanovun 7 iyul tarixli «təlimata» barışmaz münasibəti və digər 
addımları  Moskvanın  mövqeyinə  müəyyən  təsir  etmişdi.  Moskva  Rusiya 
qoşunlarının  «Şuşa  və  Cəbrayılın  tutulması  ilə  kifayətlənib  başqa  yerləri 
tutmamaq» haqqında öz göstərişindən faktiki olaraq imtina etdi.  

Tofiq Köçərli                                    - 113 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Đyulun  17-də  Qızıl  Ordu  korpusunun  komandiri  Todorski  Nərimanova  bütün 
Zəngəzurun  daşnak  zülmündən  azad  edilməsi  və  orada  sovet  hakimiyyəti 
qurulması haqqında  teleqram vurdu.  
Qızıl  Ordu  hissələrinin  Naxçıvan  həndəvərinə  yaxınlaşması,  Naxçıvanda 
hadisələrin  inkişafına  müsbət  təsir  etdi.  Đyulun  28-də  Naxçıvanda  sovet 
hakimiyyəti  elan  edildi.  M.Bəktaşinin  sədrliyi  altında  Naxçıvan  Đnqilab  Komitəsi 
yaradıldı.  Komitə  Nərimanova  məktub  göndərərək  bəyan  etdi  ki,  «Naxçıvan 
camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan 
SSR-nin ayrılmaz tərkib hissəsi hesab etmişdir». 
Naxçıvan  Đnqilab  Komitəsi  Ermənistan  hökumətinə  sülh  danışıqlarına 
başlamağı  təklif  etdi.  Cavab  olaraq  Ermənistan  hərbi  naziri  «Naxçıvanın 
Ermənistana  danışıqsız  itaət  etməsini  » tələb  etdi.  Şuşa şəhərindən  XI  Qızıl  Ordu 
28-ci  diviziyası  qərargahının  rəisi  Frolovun  Bakıya  teleqrafla  verdiyi  məlumata 
görə,  Ermənistanın  şərtləri  belə  idi:  «Naxçıvan  qəzası  əhalisi  Ermənistan 
hökumətinə  danışıqsız  itaət  etməli,  Ermənistana  yeddi  min  tüfəng  və  hər  tüfəngə 
80 güllə, bütün pulemyotları, silahları, üç yüz min pud buğda, 300 yəhərli at, 200 
baş qaşqu heyvanı verməlidir». 
Naxçıvan Đnqilab Komitəsinin sədri M. Bəktaşi Ermənistanın ultimatunu rədd 
etdi.  Eyni  zamanda  XI  Qızıl  Ordu  komandanlığı  avqustun  1-də  Ermənistana 
xəbərdarlıq  etdi  ki,  Ermənistan  Naxçıvan  rayonunda  fəal  hərbi  əməliyyatları 
dayandırmasa, bir sıra sarsıdıcı zərbələrlə cavab veriləcəkdir. 
Ermənistan bu xəbərdarlığa məhəl qoymadı. XI Qızıl Ordu 28-ci diviziyasının 
süvariləri  Naxçıvan  şəhərinə  hücum  edən  erməni  hissələrini  geri  oturtdular  və 
Naxçıvana daxil oldular. 
Belə  bir  şəraitdə,  avqustun  10-da  RSFSR  ilə  Ermənistan  arasında  müvəqqəti 
sülh  sazişi  bağlandı.  Sazişə  görə,  Şaxtaxtı  və  Culfa,  habelə  Şahtaxtı-Culfa 
dəmiryolu Ermənistan işğalında qalırdı.  
Hovanissyan yazır ki, Ermənistan liderləri Sovet hökuməti ilə ilkin razılaşma 
imzalayaraq «Qızıl Ordu tərəfindən strateji Qarabağ-Zəngəzur-Naxçıvan keçidinin 

Tofiq Köçərli                                    - 114 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
tutulmasını  tanımalı  oldular».  «Erməni-sovet  razılaşması  Qafqazdakı  müttəfiqlər 
düşərgəsində  burulğana  səbəb  oldu».  Həmin  müəllif  «burulğana»  dair  iki  rəy 
gətirir:  
- Fransa nümayəndəsi deyib:  
«Daha  Ermənistan  heç  bir  vəchlə  müttəfiq  hesab  edilə  bilməz  və  hətta  onun 
düşmən düşərgəsində olduğu nəzərə alınmalıdır». 
- Britaniya nümayəndəsi deyib:  
«Naxçıvanın  bolşeviklər  tərəfindən  işğalına  erməni  hökumətinin  razılığı 
Đranın şimal-qərbinə və Türkiyəyə rusların yolunu açmışdır, bu, xüsusilə ona görə 
dözülməzdir  ki,  Ermənistan  lap  bu  günlərdə  Britaniyadan  geniş  miqyaslı  silah-
sursat almışdır».  
RSFSR-Ermənistan  sazişi  barəsində  mətbuatda  xəbər  verilən  kimi,  avqustun 
12-də Azərbaycanın Moskvada fövqəladə nümayəndəsi B. Şahtaxtinski Leninə və 
Çiçerinə  məktub  göndərdi.  «Naxçıvan  ölkəsi  əhalisi  türklər  getdikdən  sonra  Araz 
Cümhuriyyəti yaratdı. Naxçıvan ölkəsi əhalisi bir neçə il ərzində öz müstəqilliyini 
daşnaklardan qoruyub saxladı. Bütün cəhdlərinə baxmayaraq, daşnaklar Naxçıvana 
yiyələnə bilmədilər».  
B.  Şahtaxtinski  «qanlı  müharibədən  sonra  əlində  silah  azad  olan  və 
Azərbaycana 
birləşməyə 
nail 
olan» 
 
Naxçıvan 
əməkçilərinin, 
Sovet 
Azərbaycanının hüquq və mənafelərinin pozulmasına etiraz bildirdi. Təklif etdi ki, 
yaranmış    şəraitdə  Azərbaycanla  Ermənistan  arasında  ərazi  mübahisələri  qəti  həll 
olunanadək Qızıl Ordu bütün  Naxçıvan ölkəsini tutsun.  
Bununla  yanaşı,  Moskvaya  göndərilmiş  M.H.Hacınski  və  B.Şahtaxtinski  o 
zaman  Moskvada  Sovet  hökumətilə  danışıqlar  aparan  Türkiyə  nümayəndələrilə 
görüşdülər. Türkiyənin Moskvada səfiri Əli Fuad paşanın yazdığına görə, Hacınski 
və  Şahtaxtinski  Türkiyə  nümayəndə  heyətinə  bildirdilər  ki,  «Moskvada    bulunan 
erməni  heyəti  Naxçıvan  və  Zəngəzurun  Ermənistana  ilhaqı  üçün  əvvəlcə  sovet 
hökumətinin  razılığını»  alıb.  Ancaq  «  içlərində  ermənilər  də bulunan  Azərbaycan 
kommunist firqəsi bu işğalın müvafiq olmadığı» qərarına  gəlib və «Naxçıvanın  ya 

Tofiq Köçərli                                    - 115 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Azərbaycana və ya Türkiyəyə ilhaqı və yaxud müstəqil bir hökumət olaraq qalması 
təklifi firqədə təsvib» olunub. 
Azərbaycan nümayəndələri həm də demişdilər ki, onlar «Moskvaya gəldikdən 
sonra nöqteyi-nəzərlərini  Rus sovet hökumətinə qəbul etdiriblər».  
Bu görüş haqqında Ankaraya məlumat göndərən Bəkir Sami bəy (nümayəndə 
heyətinin  rəhbəri)  öz  hökumətinə  bildirmişdi:  «Sovetlərlə  müzakirələrimizdə  biz 
də  bu    tərzdə  (Şahtaxtinski  və  Hacınskinin  söylədikləri    fikirlər  istiqamətində  – 
T.K.) hərəkət edəcəyik». 
Belə də oldu.  
Çiçerin  Türkiyə  nümayəndələri  ilə  görüşdə  demişdi:  «Biz,  ermənilərlə  bir 
saziş  yapdıq.  Mətnini  bu  gün  qəzetlərdə  yayınladıq.  Bu  sazişə  görə,  Naxçıvan 
ordumuzun  (RSFSR  ordusunun  –  T.K.)  və  Şahtaxtı  qəsəbəsilə  Culfa,  Şahtaxtı 
dəmiryol xətti Ermənistanın işğalında qalacaqdır. Ancaq bu tədbir keçicidir». 
Nümayəndə  heyətinin  başçısı  Bəkir  Sami  bəy  dərhal  etiraz  etmişdi.  Buna 
Çiçerin, qısaca – «keçici bir şeydir, qəti deyildir» cavabını vermişdi. 
Əli Fuad Paşa yazır: «Çiçerin Sarıqamış ilə Şahtaxtının türklər tərəfindən qəti 
biçimdə  işğalını  qəbul  edirdi.  Bu  işğal    sırasında    ermənilərin  qətlinə  meydan 
verilməməsinə təminat istəyirdi. Bəkir sami bəy, həmin istəyə bu cavabı vermişdi: 
-  Silahsız  ermənilərin  öldürülməsi  xəyalımızdan  belə  keçməz…  Qarsda, 
Naxçıvanda və Şahtaxtıda müsəlmanlara qarşı edilən qətlə son vermək lazımdır». 
Avqustun  14-də  Lenin  Bəkir  Sami  bəyi  qəbul  edir.  Bəkir  Sami  bəy  Sovet 
hökumətinin  Naxçıvan-Şahtaxtı  dəmir  yolunu  «Ermənistana  təslim  etməsinin 
heyrət və üzüntülərimizə səbəb olduğunu» vurğulayır. Buna münasibətini  bildirən 
Lenin  demişdi:  «Bəli,  bunda  bir  haqsızlıq  və  xəta  oldu.  Bununla  birlikdə,  məsələ 
incələnməkdə olub üç-dörd gün içərisində bir çözüm bulunacağından umutluyam». 
Avqustun 28-də Azərbaycan K(b)P MK Siyasi bürosu «Naxçıvan qəzalarında 
vəziyyət  haqqında»  məsələ  müzakirə  etdi.  N.Nərimanova  tapşırıldı  ki,  «Naxçıvan 
məsələsini prinsip  etibarilə  aydınlaşdırsın və  Ermənistanla  Azərbaycan  arasındakı 
sərhədləri  Azərbaycan  üçün  arzu  olunan  şəkildə  nəzərdə  tutsun».  Eyni  zamanda 

Tofiq Köçərli                                    - 116 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Nərimanova  tapşırıldı  ki,  Naxçıvan  diyarında  hakimiyyət  orqanları  yaratmaq 
barəsində  XI  Qızıl  Ordu  rəhbərliyilə  danışıqlar  aparsın.  M.C.Bağırov  Naxçıvan 
diyar komissarı təsdiq olundu. Naxçıvana partiya işçiləri və ədəbiyyat göndərmək 
qərara  alındı.  Nəyə  görəsə,  M.C.Bağırovun  Naxçıvana  işə  göndərilməsi  baş 
tutmadı.  1921-ci  il  yanvarın  12-də    AK  (b)P  MK-sı  «Ermənistanda  vəziyyət 
haqqında»  N.Nərimanovun  məlumatını  dinlədi.  Bu  barədə  qərarda  «B. 
Şahtaxtinskini  Hərbi  Đnqilab  Şurasının  mandatı  ilə  Naxçıvanın  komissarı 
vəzifəsinə»  göndərmək  nəzərdə  tutuldu.    Tezliklə,  o,  Naxçıvanda  fəaliyyətə 
başladı.  
Naxçıvan  məsələsində  Nərimanovun  prinsipial  mövqeyi,  onun  adından 
Hacınskinin  və  Şahtaxtinskinin    Moskvada  atdıqları  addımlar,  Rusiya-Türkiyə 
danışıqlarında  Türkiyə  nümayəndələrinin  seçdiyi  xətt  şübhəsiz,  Moskvanın 
Naxçıvan  məsələsinə  münasibətinin  dəyişməsinə  və  nəticə  etibarı  ilə  Naxçıvana 
Azərbaycan tərkibində müxtariyyət statusu verilməsinə təsir etmişdi.  
Onu da qeyd etmək lazımdır ki, Lenin və Çiçerin   Şahtaxtı və Culfanın, dəmir 
yolunun  Ermənistan  işğalında  qalmasını  «keçici  bir  şey»  sayarkən  səmimilik 
göstərməmişdilər.  Çiçerinin  rəhbərliyi  altında  tələsik  Ermənistanla  müqavilə 
layihəsi  hazırlanmışdı.  Həmin  müqavilə  layihəsində  Azərbaycanın  bütövlüyünə 
qəsd  edilmiş  və  Naxçıvanla  Zəngəzurun  Ermənistana  verilməsi  nəzərdə 
tutulmuşdu.  
Bu antiazərbaycan sövdələşməsindən Nərimanov xəbər tutmuşdu.  
AK  (b)  MK  Siyasi  Bürosunun  noyabrın  4-də  Stalinin  və  Orconikidzenin 
iştirakı ilə keçirilən iclası, heç şübhəsiz, Nərimanovun səyi və təkidi ilə qərara aldı: 
«Naxçıvanın və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə 
(Rusiya-Ermənistan  müqavilə layihəsindəki maddə – T.K.) nə siyasi, nə də strateji  
cəhətdən sərfəli deyildir». 
Bununla  Naxçıvandan  imtina  etmək  barədə  AK(b)P  MK-nın  15  iyul  tarixli 
qərarı faktiki olaraq ləğv edildi. 

Tofiq Köçərli                                    - 117 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Gözləmək  olardı  ki  Stalinin  iştirakı  ilə  qəbul  edilən  bu  qərarla  Naxçıvan  və 
Zəngəzur  barəsində  Azərbaycan  rəhbərliyinin,  habelə  Stalinin  rolu  nəzərə 
alınmaqla  Moskvanın  mövqeyi  qəti  müəyyənləşdi.  Lakin  noyabrın  9-da  Bakıda 
Stalin Naxçıvan barəsində ona verilən suala cavab olaraq bəyan etdi: 
«Zəngəzurun və Naxçıvanın kimə məxsus olması barədə deməliyik ki,  onları 
indiki  Ermənistan  hökumətinə  vermək  olmaz.  Lakin  orada  sovet  hakimiyyəti 
yaransa,  vermək  olar».  (Stalinin  başqa  bir  heyrət  doğurucu  bəyanatı:  «Mən 
Azərbaycanın  müstəqilliyi  tərəfdarı  deyiləm.  Kommunistlərin  bir  hissəsinin 
digərindən müstəqilliyi ola bilməz.» ) 
Bu  ikili  mövqe  Stalinin  taleyüklü  məsələyə  prinsipsiz  yanaşmasını  göstərir. 
Həm  də  guya  Naxçıvan  məsələsinin  Ermənistanın  ziddinə  həllində  Stalinin  «ən 
qaba təzyiq» etməsi barədə iddianı təkzib edir.   
Ən  başlıcası,  Stalinin  belə  cavabı  Orconikidzeyə  və  onun  tərəfdarlarına  əsas 
verirdi  ki,  sabah  Ermənistanda  Sovet  hakimiyyəti  qurulanda  Naxçıvanın  və 
Zəngəzurun Ermənistana verilməsi məsələsini yenidən qaldırsınlar.  
Belə  də  oldu.  Ermənistanda  Sovet  hakimiyyəti  elan  olunması  münasibətilə 
Azərbaycan  K(b)P MK  –sı  noyabrın  30-da  qərar qəbul  etdi.  Noyabrın 4-də  qəbul 
olunmuş  qərara  zidd  olaraq  Zəngəzurun  Ermənistana  verilməsi  elan  olundu. 
Demək  lazımdır  ki,  Zəngəzur  barəsində  bu  qərara  baxmayaraq,  Azərbaycan 
hökuməti  Zəngəzuru  Azərbaycan  tərkibində  saxlamağa  çalışmışdı.  Həmin 
istiqamətdə  axırıncı  cəhdlərdən  biri  1921-ci  ilin  mayında  edilmişdi.  Azərbaycan 
MĐK-  sı  mayın  30-da  Nərimanovun  iştirakı  ilə  «Zəngəzur  qəzasında  vəziyyət 
haqqında»  məsələ  müzakirə  edərək,  qərara  almışdı:  «Zəngəzurun  bandaları  ləğv 
olunanadək  Zəngəzur  (Qubadlı)  qəzası  üçün  Şuşada  xüsusi  inzibati-təsərrüfat 
aparatı  təşkil  olunsun,  həmin  ərazi  bandalardan  təmizlənən  kimi  dərhal  aparat 
Gorusda yerləşdirilsin». 
Bu plan niyə baş tutmadı?  Hələ istənilən səviyyədə aydınlaşdırılmayıb. 
30 noyabr tarixli qərarda Naxçıvan məsələsinə toxunulmamışdı. Lakin həmin 
qərar  əsasında  hazırlanıb  dekabrın  1-də  Nərimanov  tərəfindən  elan  edilən 

Tofiq Köçərli                                    - 118 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
bəyannamədə Zəngəzurla yanaşı «Naxçıvan qəzası ərazisinin sovet Ermənistanının 
ayrılmaz hissəsi» olması bildirildi.  
Bu    xəbər  Naxçıvana  çatan  kimi  Naxçıvanı  etiraz  dalğası  bürüdü.  Həmin 
vaxta  qədər  Ermənistan  Respublikasının  ara  verməyən  təxribatlarına  və  hərbi  
təcavüzünə  qəhrəmancasına  sinə  gərən,  Ali  komissar  Haskelin  ultimatumları 
qarşısında  diz  çökməyən  naxçıvanlılar  diyarın  Ermənistana  verilməsi  haqqında 
fikri  birmənalı  rədd  etdilər  və  qəti  bildirdilər  ki,  nəyin  bahasına  olursa  olsun 
Azərbaycan tərkibində qalmaq əzmindədirlər.  
Naxçıvanlılar  məsələ  barəsində    fikirlərini  Azərbaycan,  habelə  Ermənistan 
hökumətlərinə çatdırdılar.  
Bəyannamənin  Naxçıvan  barəsində  müddəası  Nərimanovun  mövqeyinə, 
yeritdiyi  xəttə  tamamilə  zidd  idi.  Bəlkə  Nərimanovun  bəyanatı  qəzetdə  dərc 
olunanda (dekabrın 2-də) səhv buraxılıbmış? Həmin halda Nərimanov səhvi təkzib 
edərdi.  Bəlkə  Orconikiddze  və  başqaları  əlavə  bir  qərar  qəbul  edib  Nərimanovu 
həmin addımı atmağa vadar ediblərmiş? Sübut yoxdur. Bəlkə Moskvadan kim isə 
Nərimanova  deyibmiş  ki,  Azərbaycan  «beynəlmiləlçilik  naminə»  Naxçıvanı 
Ermənistanınkı elan etsin, sabah Ermənistan «beynəlmiləlçilik naminə» Naxçıvanı 
Azərbaycanınkı elan edər? 
Hər  halda  belə  bir  maraqlı  fakt  var.  Nərimanovun  həmin  bəyanatının  27-ci 
günü,  yəni  dekabrın  27-də  Ermənistan  Đnqilab  Komitəsi  dekret  verir  ki,  «Sovet  
Azərbaycanı  təntənəli  aktla  (  1  dekabr  tarixli  bəyanatla  –  T.K.)  Azərbaycan  və 
Ermənistan arasında mübahisələrə son qoymuş və Naxçıvanı Sovet Ermənistanının 
ayrılmaz  hissəsi  elan  etmişdir.  Lakin  Ermənistanın  sovet  hakimiyyəti  öz  gücünü 
yalnız  xalqın,  o  cümlədən  Naxçıvan  əhalisi  zəhmətkeşlərinin  açıq  ifadə  olunmuş 
iradəsində  görür».  Ermənistan  Đnqilab  Komitəsi  Naxçıvan  əhalisinə  təklif  etdi  ki, 
«özü  öz  yolunu  seçsin,  bütün  əməkçi  Sovet  Ermənistanı  ilə  Naxçıvan 
zəhmətkeşləri  üçün  arzu  olunan  qarşılıqlı  əlaqələr  haqqında  özünün  aydın  ifadə 
olunmuş mütəşəkkil rəyini bildirsin». 

Tofiq Köçərli                                    - 119 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Anlamaq  çətin  deyil  ki,  hansısa  razılaşma  olmasaydı,  yaxud  Ermənistana 
hansısa  güclü  təsir  edilməsəydi,  Ermənistan  dünyasında  öz  xoşuna  sinov  getdiyi 
Naxçıvan barəsində belə dekret verməzdi.  
AMEA-nın  müxbir  üzvü  professor  Qaraş Mədətovun  yazdığına  görə 1921-ci 
ilin əvvəllərində Naxçıvanda sorğu keçirildi. Əhalinin 90 faizdən çoxu «mütəşəkkil 
rəyini bildirdi». Naxçıvanın Azərbaycan tərkibində qalmasına səs verdi.  
16  mart  1921-ci  ildə  Moskvada  Rusiya  və  Türkiyə  arasında  müqavilə 
imzalandı. Bu vaxt üçün artıq Naxçıvanın Azərbaycan tərkibində qalması məsələsi 
Ermənistanın  deyilən  dekreti    nəzər  alınmaqla  Naxçıvanda  keçirilən  sorğuda  həll 
olunmuşdu. 16 martda imzalanan beynəlxalq müqavilə Naxçıvanın ərazi statusunu 
təsdiq  etdi  və  Naxçıvana  Azərbaycan  protektoratı  altında  muxtariyyat  verilməsini 
müəyyənləşdirdi.  Naxçıvanın  bu  statusu  digər  bir  beynəlxalq  müqavilədə  də  – 
Rusiyanın iştirakı ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanın 1921-ci ilin 
oktyabrında imzaladıqları Qars müqaviləsində təsdiqləndi.  
Beləliklə,  Naxçıvanın  Azərbaycan  tərkibində  qalması  məsələsi  qəti  həll 
olundu.  Bu,  Ermənistanın  Naxçıvana  yiyələnmək  cəhdlərinin,  habelə  Moskvanın 
müəyyən  rəhbər  dairələrinin  və  Orconikidzenin  Naxçıvanı  Ermənistana  vermək 
uğrunda uzun müddət ərzində apardıqları mübarizənin  boşa çıxması demək idi.  
Moskvada fəaliyyət göstərən Erməni icmaları konfederasiyasının icraçı katibi 
Karen Mikaelyan Moskva müqaviləsi barədə yazır:  
«Bolşevik-  kamalçılar  (Türkiyə  –  T.K.)  alyansı  faciəli  nəticələr  vermişdir. 
Alyans  Rusiyanın  taleyinə  (gör-a!:  Rusiyanın  taleyinə!  –  T.K.),  regionun 
xalqlarının  taleyinə  və  həm  də  bütün  dünyanın  taleyinə  (gör-a!:  bütün  dünyanın 
taleyinə! – T.K.) təsir» etmişdir.  
Bu  fitnəkar  və  nadan  fəryad  «bəlkə  də  qaytardılar»  ümidilə  Rusiya 
Jirinovskilərini  və  digər  ölkələrin  Jirinovski  kimilərini  Türkiyənin  və 
Azərbaycanın üstünə salışdırmaq cəhdidir.  
Ancaq … karvan çoxdan, lap çoxdan keçib! 

Tofiq Köçərli                                    - 120 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Mikaelyana  görə,  1921-ci  ildə  «Qarabağ  və  Naxçıvan,  türk  millətçilərinin 
yaratdıqları  və  bolşeviklərin  möhkəmlətdiyi  ikinci  türk  dövlətinə  –  Azərbaycana 
verilmişdir. Ənənəvi rus milli diplomatiyasının təmsilçiləri Çiçerin və başqalarının 
müqavimətinə baxmayaraq, Stalin, Nərimanov, pantürkistlər və  ifrat inqilabçıların 
kobud  təzyiqi ilə 16 mart  1921 –ci il  RSFSR-Türkiyə  müqaviləsi  rus silahının və 
diplomatiyasının çoxəsrlik nailiyyətlərini heçə endirmişdir».  
Zori Balayana görə isə RSFSR-Türkiyə müqaviləsi «tarixi erməni vilayətini – 
Naxçıvan  vilayətini  Ermənistandan  qoparıb  Azərbaycan  SSR-yə  vermişdir»  və 
həmin  müqavilə  ilə  guya  «nəinki  Türkiyə,  həm  də  Rusiya  Naxçıvana  protekarat 
almışdır».  
Müqavilənin  Naxçıvana  dair  maddəsinin  tam  mətni  belədir:  «Müqavilə 
bağlayan  tərəflər  razıdırlar  ki,  Naxçıvan  vilayəti,  bu  müqavilənin  I  (c)  əlavəsində 
göstərilən sərhədlərdə Azərbaycanın protekratı altında muxtar ərazidir, bir şərtlə ki, 
Azərbaycan bu protektoratı üçüncü dövlətə güzəştə getməyəcəkdir». 
O  zaman  Türkiyə  Xarici  Đşlər  Naziri  Yusif  Kamal  Türkiyənin  Böyük  Millət 
Məclisində  Moskva  müqaviləsinin  Naxçıvan  barəsində  bu  maddəsini  belə  şərh 
etmişdi:  «Naxçıvan  Azərbaycanın  protektoratı  altındadır.  Bu  şərtlə  ki,  Naxçıvan 
Azərbaycan hakimiyyətinin səlahiyyətində olmalıdır. Ermənistanın xeyrinə hansısa 
dəyişiklik edilərsə, biz buna qarşı çıxmaq hüququmuzu saxlayırıq». 
Göründüyü  kimi,  müqavilə  ilə  Naxçıvan  üzərində  protektorat  nə  Türkiyəyə, 
nə də Rusiyaya deyil, məhz Azərbaycana verilmişdir. Bu danılmaz həqiqət əvəzinə 
Balayan deyir ki, «Naxçıvan üzərində protektoratı nəinki Türkiyə, həm də Rusiya 
aldı». 
Deməli,  16  mart  müqaviləsilə  Naxçıvan  üzərində  protektoratın  Türkiyəyə  və 
Rusiyaya  verilməsi  haqqında  Balayanın  iddiası  tamamilə  cəfəngiyyatdır, 
uydurmadır,  saxtakarlıqdır.  Balayan  həm  də  yalan üzərində  yalan uyduraraq həya 
etmədən yazır ki, o zamandan Rusiya Naxçıvan üzərində heç bir protektorat həyata 
keçirməmişdir  və  «Moskavnın  portektoratı  haqqında  artıq  hamı,  o  cümlədən 
Rusiyanın özündə də unutmuşlar». 

Tofiq Köçərli                                    - 121 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Rusiya  Naxçıvan  üzərində  protektorat  almışdımı  ki,  onu  da  həyata  keçirsin? 
Rusiyanın  belə  bir  protektoratı  olmuşdumu  ki,  o  da  unudulsun,  «o  cümlədən 
Rusiyanın özündə» unudulsun? 
Bütün  bunlar  nəinki  saxtakarlıqdır,  həm  də  açıq-açığına  provakasiyadır. 
Rusiya  ictimaiyyətini  çaş-baş  salmaq,  Rusiya  rəhbərliyini  Azərbaycan  əleyhinə 
qaldırmaq cəhdidir.  
Bu  gün,  kimin  xoşuna  nə  gəlmirsə,  Sovet  dövründə  hansısa  problemin  həlli 
onun istədiyi kimi baş verməyibsə, bütün bunların günahını Stalinin boynuna atır. 
Bu sahədə erməni xadimləri və müəllifləri xüsuslə fərqlənirlər.  
1921-ci il iyulun 5-də Qafqaz bürosu Dağlıq Qarabağı Azərbaycan tərkibində 
saxlamaq  haqqında  qərar  çıxarıb.  Həmin  qərarı  ermənilər  Dağlıq  Qarabağı 
Ermənistanın  tərkibindən  çıxarıb  Azərbaycanın  tərkibinə  daxil  etmək  qərarı  kimi 
təqdim edirlər. Bu «Stalinin təkidi ilə» olub, deyir ermənilər. Heç bir fakt, heç bir 
dəlil, heç bir sənəd gətirmədən! 
Qafqaz  bürosunda  Dağlıq  Qarabağ  məsələsinə  baxılmasının  öz  tarixçəsi  var. 
Yuxarıda  qeyd  olunduğu  kimi,  Ermənistan    rəhbərlərinin  və  Orconikidzenin  
Naxçıvanı  Ermənistana  birləşdirmək  cəhdləri  boşa  çıxmışdı.  Onlar  Naxçıvan 
məsələsində  uğursuzluğun  əvəzini  Dağlıq  Qarabağı  Azərbaycandan  qoparmaqla 
çıxmaq  istədilər.  1921-ci  il  iyunun  3-də  Qafqaz  bürosu  qərara  aldı:  «Ermənistan 
hökumətinin  bəyanatında  Dağlıq  Qarabağın  Ermənistana  mənsub  olmasını 
göstərmək».  Ermənistana  da  elə bu lazım  idi.  Đyunun 19-da  Ermənistan hökuməti 
Dağlıq  Qarabağın  Ermənistanın  ayrılmaz  tərkib  hissəsi  olması  haqqında  dekret 
verdi  və  Dağlıq  Qarabağa  fövqalədə  müvəkkil  təyin  etdi.  Đyunun  26-da 
Orconikidze  və  Kirov  teleqramla  Nərimanovdan  xahiş  etdilər  ki,  «təcili  olaraq 
Dağlıq  Qarabağ  məsələsinə baxılsın  (Kirov  iyunun  20-də   AK  (b)  P  MK-nın 1-ci 
katibi təyin olunmuşdu). Eyni zamanda Nərimanova ultimatum xarakterli göstəriş 
verildi:  «Dağlıq  Qarabağ  məsələsinin  həllində  belə  bir  prinsipi  rəhbər    tutmaq 
lazımdır:  heç  bir  erməni  kəndi  Azərbaycana  birləşdirilməməlidir,  eynilə  heç  bir 
müsəlman kəndini Ermənistana birləşdirmək olmaz». Đyunun 27-də AK(b)P MK-sı 

Tofiq Köçərli                                    - 122 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Dağlıq  Qarabağın  Ermənistana  verilməsi  haqqında  təklifi  və  sözügedən  prinsipi 
rədd  etdi.  Eyni  zamanda  həmin  gün  Tiflisə  telefonla  Nərimanovun  belə  bir  fikri 
çatdırıldı  ki,  Dağlıq  Qarabağ  məsələsi  başqa  şəkildə  həll  olunsa,  «Xalq 
Komissarları Soveti məsuliyyəti üzərindən götürür». 
Həmin gün Nərimanov Orconikidzeyə və Ermənistan XKS sədri Myasnikova 
teleqram  göndərdi:  «Dağlıq  Qarabağ  haqqında  məsələ  yalnız  Ermənistan  Đnqilab 
komitəsi  tərəfindən  həll  edilmişdir.  Ancaq  həmin  məsələyə  Azərbaycan  Xalq 
Komissarları Sovetində hələ baxılmamışdır və baxılmır». 
Nərimanov  Ermənistanın  fəvqəladə  müvəkkili  təyin  edib,  Dağlıq  Qarabağa 
göndərməsini  «böyük  siyasi  və  taktiki  səhv»  adlandırdı  və  Mravyanın  «dərhal 
geri»  çağırılmasını tələb etdi. Bu tələbə dərhal əməl olundu.  
Nərimanovun prinsipial mövqeyi Orconikidzeni cin atına mindirdi. Đyulun 4-
də Stalinin iştirakı ilə Qafqaz bürosu «Qarabağ məsələsi»ni müzakirə etdi. Qərara 
alındı: «Dağlıq Qarabağ Ermənistan SSR-nin tərkibinə daxil edilsin». 
Nərimanov  susmadı,  siyasi  iradə  nümayiş  etdirərək,  tələb  etdi:  «Qarabağ 
məsələsinin  Azərbaycan  üçün  əhəmiyyətini  nəzərə  alaraq,  məsələ  RKP  MK-nın 
qəti  həllinə  verilsin».  Bu  tələb  nəticəsində  ertəsi  gün  Qafqaz  bürosu  məsələyə 
yenidən  baxaraq  qərara  aldı:  «…Dağlıq  Qarabağ  Azərbaycan  SSR  hüdudlarında 
saxlanılsın», Dağlıq Qarabağa «geniş muxtariyyət verilsin». 
ABŞ  müəllifi  Odri  L.  Olstadt  yazıb:  «DQMV  yaradılması  uğrunda  hərəkat 
Naxçıvanı Azərbaycan hökumətinin rəhbərliyi altında saxlamaq haqqında qərardan 
dərhal  sonra  başladı.  Bu  hərəkatı  «erməni  hisslərinə»  kompensasiya  kimi  izah 
etmək olar». 
Burada  müəyyən  həqiqət  var.  Həqiqətin  böyüyü  isə  ondan  ibarətdir  ki, 
Rusiya-Türkiyə  müqaviləsilə Naxçıvan barəsində arzusu ürəyində qalan və həmin 
mərhələdə Naxçıvan uğrunda mübarizəni davam etdirməyin perspektvsizliyini başa 
düşən Ermənistan rəhbərliyi arıq bütün səylərini, Azərbaycan Kommunist partiyası 
rəhbərliyindəki  antinərimanovçularla  əlaqələrini  Dağlıq  Qarabağı  Azərbaycandan 
qoparmağa yönəltmişdi. Həm də  Ermənistan rəhbərliyi Orconikidzenin dəstəyinə 

Tofiq Köçərli                                    - 123 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
tam  bel  bağlayırdı.  Bilirdi  ki,  Naxçıvanı  daşnak  Ermənistanına,  sonra  isə  Sovet 
Ermənistanına  birləşdirmək  siyasəti  iflas  edən  Orconikidze  bu  uğursuzluğu 
əvəzində Nərimanovdan, Azərbaycandan qisas almağa hazırdır.  
16  mart  1921-ci  il  Rusiya–Türkiyə  müqaviləsi  Naxçıvanın  Azərbaycan 
protektoratı altında muxtar ərazi statusunu elan etdi. Bu, «Stalinin, Nərimanovun… 
qaba  təzyiqi  nəticəsində  olub»,  deyir  erməni  müəllifi.  Heç  bir  fakt,  heç  bir  dəlil 
gətirmədən! 
Nə  Stalin,  nə  də  Nərimanov    Rusiya-Türkiyə  danışıqlarının  iştirakçısı 
olmayıbdır.  Müqavilənin  bağlanmasına  Stalinin  hansısa  təsiri,  xüsusən  də  «qaba 
təzyiqi» haqqında heç bir məlumat hələlik aşkar edilməmişdir. Nərimanovun  rolu 
məsələsinə gəldikdə isə onu demək olar ki, bəli, Nərimanov Moskvaya  müqaviləni 
imzalamağa  gedən  Türkiyə  nümayəndə  heyəti  ilə  Bakıda  ətraflı  söhbət  etmişdi; 
bəli,  Nərimanov    Leninə    göndərdiyi  bir  sıra  məktub  və  teleqramlarında 
Azərbaycanın milli mənafeləri keşiyində möhkəm dayanmışdı.  
Nərimanov Leninə yazmışdı: 
-  «Mərkəz  Azərbaycanın  müstəqilliyini  tanımışdır  və  eyni  zamanda  Mərkəz 
şəksiz  Azərbaycan  ərazilərini  Ermənistana  verir…  Vladimir  Đliç!  Çoxmillətli 
əhalinin hüququ və hissləri ilə belə oynamaq olmaz» 
1921-ci ilin fevralında isə Nərimanov Leninə  yazmışdı: 
«Şərq  …  gözləyir  nə  vaxt,  nəhayət,  öz  müqəddaratını  təyin  etmək  haqqında 
sizin ilkin fikriniz həyata keçiriləcəkdir». Həmin məktubda daha sonra qeyd edilir: 
«Əzizim Vladimir Đliç, mən zəhmli saatı qabaqcadan görürəm, buna görə də sizdən 
heç bir şeyi gizləməməyi lazım bilirəm. Mənə inanırlar və hər şeyi deyirlər: ucqar 
muxtar respublikalarda vəziyyət və onların bizə münasibəti haqqında məndə şifahi 
və  yazılı  məruzələr  var.  Bütün  məruzələrdə  Sovet  Rusiyasının  müstəmləkəçi 
siyasətindən danışılır». 
Nərimanovun 
bu 
cəsarətli 
addımları 
çox 
ehtimal, 
Rusya-Türkiyə 
müqaviləsinin  imzalanmasına,  xüsusən  də  Naxçıvan  haqqında  maddənin 

Tofiq Köçərli                                    - 124 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
müqaviləyə  daxil  edilməsinə  ciddi  təsir  etmişdi.  Lakin  Nərimanov  hətta  istəsə  də 
belə, sadəcə olaraq, müqaviləyə «qaba təzyiq » etmək imkanına malik deyildi.  
Balayan  haqlı  yazır  ki,  «tarixi  faktların  həmişə  mandurtluq  üçün  bəsləyici 
mühit    olmuşdur».  O  həm  də  deyir  ki,  Rusiyanı  və  Ermənistanı  «əksər  hallarda 
tarixi saxtalaşdıranda bədbəxtlik yaranmışdır. Đstər qədim, istərsə də ən yeni tarixi 
saxtalaşdıranda». Bu axırıncı iddiaya qiymət vermək mənim işim deyildir. 
Ancaq soruşmaq gərəkdir: 
- Kimdir bu gün tarixi saxtalaşdıran, daha dəqiqi, saxtakarlığı özünə peşə edən 
?  bəlkə  də  erməni  müəllifləri  hələ  heç  bir  zaman  indiki  qədər  tarixi 
saxtalaşdırmayıblar. Balayanın söylədiklərinə inansaq, Ermənistanı yaxalayacaq ən 
dəhşətli bədbəxtlik hələ qabaqdadır! 
Balayan yazır ki, Bakı «yalnız Rusiya Qarabağ məsələsini həll etmək şərti ilə, 
yəni  əgər  yerli  erməni    əhalisi  tarixi  erməni  vilayəti  Türkiyənin  (Türkiyənin!  – 
T.K.)  tərkibinə  daxil  edilərsə,  nefti  Rusiya  vasitəsilə  qərbə  nəql  etməyə  hazırdır. 
Zira  hətta  şagirdə  məlumdurki,  Qarabağ  məsələsinin  həllinin  belə  variantının 
həyata  keçirildiyinin  ertəsi  günü  Azərbaycan  erməni  Naxçıvanı  və  erməni 
Qarabağı ilə birlikdə heç bir hüququ əngəlsiz Türkiyə ilə qovuşacaqdır». 
Bu,  başdan  ayağa  uydurmadır.  Rusiya  siyasi  xadimlərini  qıcıqlandırmaq, 
Rusiya ilə Azərbaycan və Türkiyə arasında münasibətləri pozmaq məqsədi gündən 
haray-həşirdir.  Axı,  Bakı  Balayanın  uydurduğu  şərti  Rusiya  qarşısında 
qoymamışdır. Bir də ki, artıq Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə 
nəql edilir. O ki, qaldı Azərbaycanın Türkiyə ilə qovuşması məsələsinə, gur səslə 
deyə bilərik: 
Xoflanmayın  cənablar!  Belə  şey  yoxdur.  Bu,  Azərbaycanda  heç  kimin 
xəyalına belə gəlmir. 
Azərbaycan  kiminləsə  hətta  Türkiyə  ilə  birləşmək  üçün  ayrılıb  müstəqil 
olmamışdır.  Azərbaycanın  müstəqilliyi,  Azərbaycanın  suverenliyi  bölünməz  və 
şəriksizdir. 

Tofiq Köçərli                                    - 125 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Xatırladım  ki,  həta  1918-ci  ildə  Azərbaycan  Cümhuriyyəti  yaradılan  zaman 
müəyyən  dairələrdə  Türkiyə  ilə  birləşməyə  güclü  meyl  var  idi.  Lakin  bütün 
ağlagəlməz  çətinliklərə  baxmayaraq  Azərbaycan  xalqı,  onun  liderləri  üçün 
Azərbaycanın  müstəqilliyi  müqəddəs  prinsip  idi.  Bunu  da  xatırladım  ki,  yenə 
həmin  ildə  hələ  Azərbaycanın  hökumətinin  rəsmi  dəvəti  ilə  köməyə  gəlmiş  türk 
qoşun  hissələri  gənc  Azərbaycan  silahlı  qüvvələri  ilə  birlikdə  Bakı  uğrunda 
həlledici  döyüşlər  apararkən,  bax  hətta,  belə  bir  çətin  anda  Azərbaycan  hökuməti 
suverenliyinin  türk  qoşunları  komandanı  Nuru  paşa  tərəfindən  pozulmasına 
dözməmişdi.  Azərbaycanın  baş  naziri  F.X.Xoyski  avqustun  23-də  müvəqqət 
paytaxtdan  –  Gəncədən  Đstanbula  Azərbaycan  nümayəndə  heyətinin  başçısı 
M.Ə.Rəsulzadə  yazmışdı:  «Nuru  paşanın siyasəti get-gedə  bizim  daxili işlərimizə 
qarışmağa  meyl  edir.  Đstanbulun  mövqeyini  ehtiyatla  aydınlaşdırmaq  lazımdır. 
Müstəqilliyimizin  qorunması  üçün  lazımi  tədbirlər  görmək  lazımdır».  Avqustun 
31-də  Xoyski  M.Ə.Rəsulzadəyə  göndərdiyi  məktubda  bir  də  həmin  məsələni 
vurğulamışdı:  «Ən  başlıcası,  Türkiyə  ilə  qarşılıqlı  münasibətlərimizi  qəti 
aydınlaşdırmaq  lazımdır,  yoxsa  hər  bir  işi  və  idarəetməni  tam  puç  edən 
ikihakimiyyətlilik  və  çoxhakimiyyətlilik  əmələ  gəlir.  Mən  belə  hesab  edirəm  ki, 
bütün  idarəetmə  Azərbaycan  hökumətinin  əlində  cəmləşməlidir.  Türk  qoşun 
hissələri  idarəetmə  işinə  bilavasitə  qarışmamalı,  bütün  arzu  və  istəklərini 
Azərbaycan hökumtinə vermli və hökumət vasitəsilə həyata keçirməlidir». 
Nuru paşanın həddini aşması məsələsində Azərbaycan hökumətinin prinsipial 
mövqeyi  Nuru  paşanı  Azərbaycanın  müstəqilliyinə  və  suverenliyinə  hörmət 
etməyə vadar etməklə nəticələndi. 
Hətta  ən  çətin,  ən  məsuliyyətli  anda  –  Nuru  paşanın  ümumi  komandanlığı 
altında  Bakını  yad  qüvvələrdən  azad  etmək  kimi  taleyüklü  bir  vəzifə    həll 
olunduğu  bir  vaxtda  Nuru  paşanın  Azərbaycanın  daxili  işlərinə  qarışması  ilə 
Azərbaycan hökumətinin barışmaması çox əlamətdardır və çox ibrətamizdir.  
Bu gün xalqımız Azərbaycanın müstəqilliyini hər şeydən uca, hər şeydən əziz 
tutur.  Tam    əsasla  demək  olar  ki,  bu  gün  Azərbaycan  dünyanın  tam  müstəqil, 

Tofiq Köçərli                                    - 126 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
siyasət  yeridən  dövlətlərindən  biridir.  Azərbaycan    rəhbərliyi  hər  hansı  başqa 
dövlətin,  kənar  qüvvənin  öz  iradəsini  Azərbaycana  qəbul  etdirmək  cəhdini 
qətiyyətlə  rədd  edir.  Đstiqlal  gəmimizin  Stsilla  ilə  Xaribda  arasında  qərq 
olmamasına nail olur.  
1997-ci il aprelin 11-də ABŞ-da çıxan «Uoll Strit cornal» qəzeti Ermənistanı 
Moskvanın «itaətkar müttəfiqi» adlandırmışdır.  
2004-cü  ilin  dekabrında  isə  Rusiya  dövlət  dumasının  sədri  B.Qrizlov  da  dil 
açdı «Ermənistan – Rusiyanın Cənubi Qafqazda forpostudur», dedi o. 
Bir dövlətin başqa dövlətin «itaətkar müttəfiqi», yaxud forpostu olması, yaxud 
da  bir  dövlətin  başqa  bir  dövlətlə  birləşməsi  həmin  dövlətlərin  daxili  işidir. 
Məsələn, Mikaelyan Ermənistanı hər hansı bir formada (federasiya, konfederasiya 
və s.) Rusiya ilə birləşdirmək məsələsini qaldırır. 
Onlara demək olar ki, cənablar, bu sizin öz hüququnuzdur. Ancaq başqasının 
hüququnu  mənimsəməyin,  fitnəkarlıqla  məşğul  olmayın.  Mikaelyanın  Rusiyaya 
«azad  olunmuş  ərazilər  də  (Ağdam,  Laçın,  Kəlbəcər,  Qubadlı,  Cəbryıl,  Zəngilan, 
Füzuli  –  T.K.)  daxil  olmaqla  Qarabağa»  öz    tərkib  hissəsi  kimi  baxmağa  çağırışı 
fitnəkarlıq, provakasiya deyilsə, bəs nədir? 
Bu,  hələ  harasıdı.  Sən  demə.  Rusiya  «öz-özlərini  elan  etmiş  absurd  sərhədli 
miniimperiyaları  (Ukraynanı,  Gürcüstanı,  Azərbaycanı  və  digər  keçmiş  Sovet 
respublikalarını  –  T.K.)  tanımasa,  o  həm  öz  evində  və  həm  də  dünyada  indiki 
alçaldıcı vəziyyətə düşməzmiş». 
Rusiya  doğrudanmı  belə  bir  «alçaldıcı  vəziyyətə»  düşüb,  düşübsə  onun 
səbəblərindən  biri  Rusiyanın  «mini-imeriyaları  tanıması»mı  olub?  Yəqin  ki, 
Rusiya  üçün  son  dərəcə  təhqiramiz  olan  bu  iddiaya  ruslar  özləri  lazım  bilsələr 
cavab  verərlər.  Mən  isə  bircə  onu  qeyd  etmək  istəyirəm  ki,  keçmiş  SSRĐ 
məkanında yaranmış dövlətlərə, onların xalqlarının istiqlal ruhuna və əzminə belə 
həqarətli,  açıq  düşmən  münasibət  yalnız  ağlını  itirmiş  adamın  işi  ola  bilər.  belə 
adamın sərhədlərə təzədən baxmaq, sərhədləri dəyişdirmək fəryadı isə yalnız gülüş 
doğurar və çətin ki, Rusiyada kimsə bu fitnə-fəsada uya bilər. 

Tofiq Köçərli                                    - 127 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Zəmanə dəyişmişdir, artıq «qatar getmişdir». Đstiqlal qatarı! 
Mikaelyan fantaziyasında hüdudsuzdur. Mikaelyana  görə Rusiyada «belə bir 
ideya  inadla  yayılır  ki,  özünün  milli  və  dövlət  mənafelərinin  başa  düşülməsindən 
və elan olunasından imtina etmək, aqressiv millətçiliyə yol vermək, status-kvonun 
və  süni  yaradılmış  mini-imperiyaların  ədalətsiz  sərhədlərini  –  Rusiyaya  və  dünya 
birliyinə zorla qəbul etdirilmiş həmin sərhədləri saxlamaq guya Rusiyanı xaosdan, 
müharibələrdən, sabitsizlikdən xilas edəcəkdir». 
Gözləmək  olar  ki,  gec-tez  Rusiyada  kimsə  Mikaelyanın  yaxasından  tutub 
soruşacaq: 
-  Rusiya  öz  milli-dövlət  mənafelərinin  başa  düşülməsindən  və  elan 
olunmasından nə vaxt imtina edib? 
-  Belə  bir  sərsəm  ideya,  ümumiyyətlə,  olubmu  və  onu  kim  yayıb,  özü  də 
inadla? 
-  Rusiya  aqressiv  millətçilik  tərəfdarıdırmı  və  nə  üçün  Rusiya  aqressiv 
millətçilik tərəfdarı olmalıdır? 
-  Hansı  «mini-imperiya»  öz  «ədalətsiz  sərhədlərini»  Rusiyaya  «zorla»  qəbul 
etdirib və ümumiyyətlə, kim buna qadirdir? 
Deyəsən, kifayət edər. Ancaq məqamıdı soruşasan: Görəsən, Rusiyada başqa 
elə  bir  şəxs  varmı  ki,  Rusiyanın  müasir  xarici  siyasətini  mikaelyansayağı  kobud 
təhrif  etmiş  və  bayağılaşdırmış  olsun,  bu  siyasətə  Mikaelyan  səviyyədə  qara 
yaxmış və ləkə salmış olsun ?!   
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə