Naxçıvan: uydurmalar və tarixi həqiqətlər



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix06.05.2017
ölçüsü0,99 Mb.
1   2   3   4   5   6   7   8   9

VI 
 Erməni  xadimlərinin  Naxçıvana  iddialarında  digər  «tutarlı  dəlil»  Naxçıvan 
əhalisinin  milli  tərkibinə  aiddir.  R.  Yengibaryana  görə,  guya  ermənilər  Naxçıvan 
əhalisinin  80  faizni  təşkil  etmişlər.  Balayan  iddia  edir  ki,  guya  sovet  dövründə 
Naxçıvandan  150  min  erməni  həmişəlik  öz  yurdlarından  didərgin  düşüb. 
Mikaelyan  yazır  k,  «Naxçıvan  əhalisinin  55    faizni  təşkil  edən  ermənilər  Sovet 
Azərbaycanının  «ardıcıl  olaraq  yeritdiyi  aparteid  siyasəti»,  Azərbaycanda 
«ermənilərin  və  qeyri  azərbaycanlıların  ağ  genosidi…  nəticəsində»  «tamamilə 
sıxışdırılıb çıxarılmışdır».  
Biri digərini rədd edən bu iddiaların hamısı  ağ yalandır, uydurmadır. 
Öncə  deyək  ki,  azərbaycanlılar  qədim  zamanlardan  Naxçıvanın  titul  etnosu 
idi.  Hakimiyyət  də,  təbii,  həmişə  azərbaycanlıların  əlində  olmuşdur.  1828-ci  il 
Türkmənçay  müqaviləsinə  qədər  Naxçıvanda  ermənilər  də  yaşamışdılar.  Lakin 
onların sayı olduqca az idi. 
Elə bir XIX əsr rus müəllifi tapmazsan ki, Qriboyedovun «müsəlman ölkəsi» 
adlandırdığı Naxçıvanı «erməni Naxçıvanı» hesab etmiş olsun.  
O  zamankı  Naxçıvan  əhalisinin  etnik  tərkibi  haqqında  ilk  məlumatı 
Qriboyedov  vermişdir.  Onun  1828-ci  il  sentyabrın  23-də  komandan  Paskeviçə 
yazdığı  məktubda  göstərilir  ki,  Naxçıvan  əyalətində  2428  ailə,  o  cümlədən  2024 
müsəlman ailəsi və 404 yerli erməni ailəsi yaşayır.  
Qriboyedovun  məlumatı  Ordubad  mahalını  əhatə  etmir.  Ona  görə  natamam 
məlumat  hesab  olunmalıdır.  Qriqoryevin  «Naxçıvan  əyalətinin  statistik  təsviri» 
(1833) əsəri daha tutarlı mənbədir. Kameral sayım materiallarına əsaslanan həmin 
mənbədə  əyalətdə  4959  ailənin  olması  göstərilir.  4149  müsəlman  ailəsi  və  810 
erməni ailəsi. Deməli. Kameral sayıma görə, ermənilər Naxçıvan əhalisinin yalnız 
altıda birini təşkil etmişlər.  
Şopenin  məlumatı  daha  əhatəlidir.  Şopenə  görə,  Rusiya  işğalı  ərəfəsində 
Naxçıvanla  Ordubadda  5538  müsəlman  ailəsi  və  930  erməni  ailəsi  (mənbədə  – 

Tofiq Köçərli                                    - 129 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
«korennıye armyane») olmuşdur, yəni ermənilər əhalinin yalnız altıda birini təşkil 
ediblər.  
Bundan  əlavə,  Şopen  Erməni  vilayətində  (Đrəvan  əyalətində,  Naxçıvan 
əyalətində  və  Ordubad  okruqunda)  1344  müsəlman  köçəri  ailəsinin  və  67  yezid 
ailəsinin  olmasını  qeyd  etmişdir.  Lakin  onların  hansı  əyalətdən  və  okruqdan 
olmaları barədə məlumat verilməmişdir.  
Naxçıvanda  ermənilərin  ən  çox  məskunlaşdığı  mahal  Əylis  olub.  Həmin 
mahalda 214 erməni ailəsi və 77 müsəlman ailəsi yaşayıb. Sonra Naxçıvan şəhəri 
(156 erməni ailəsi, müsəlman ailəsi- 909), Naxçıvan mahalı (müvafiq olaraq – 150 
və  979),  Əlincəçay  mahalı  (müvafiq  olaraq  – 123 və 400)  gəlir.  Əyalətin  qalan 7 
mahalının  altısında  erməni  ailələrinin  sayı  36-58  arasında  olub  (cəmi  287erməni 
ailəsi).  Həmin  altı  mahalda  2124  müsəlman  ailəsi  yaşayıb.  Kameral  sayım  Xan 
çinarı paytaxtı  Ordubad  şəhərində  erməni qeydə  almayıb.  Ordubad  şəhərində  767 
müsəlman ailəsi yaşayıb. Məvəzixatun mahalında da erməni yaşamayıb. 
Beləliklə,  görürük  ki,  Türkmənçay  müqaviləsinə  qədər  erməni  etnosu 
Naxçıvan əhalisinin yalnız altıda birini təşkil edib (köçəri müsəlman ailələrsiz). 
Erməni müəlliflərinin və heç kəsin təkzib etmədiyi Rusiya statistikası belədir. 
Naxçıvan əhalisinin tərkibində həm sayca, həm də etnik cəhətdən əsaslı dəyişiklik 
Rusiya  işğalından  sonra  baş  verdi.  Bu,  çarizm  Azərbaycan  ərazisini,  o  cümlədən 
Naxçıvanı 
azərbaycanlısızlaşdıraraq, 
xristianlaşdırmaq, 
daha 
dəqiqi 
erməniləşdirmək  siyasətinin  nəticəsi  idi.  Lakin  çarizmin  bütün  səylərinə 
baxmayaraq Naxçıvanda ermənilərin sayı  Đrandan köçürülən ermənilərin hesabına 
nə  qədər  sıçrayışla  çoxalsa  da,  yenə  də  onlar  heç  bir  halda  əhalinin  əksəriyyətini 
təşkil etməyiblər.  
Bəlkə  də,  tarixdə  birinci  dəfə  idi  ki,  bir  dövlət  başqa  bir  dövlətdə 
məskunlaşmış çoxaylı etnosu, özü də həmtayfası olmayan etnosu kütləvi surətdə öz 
ölkəsinə köçürüldü.  
Bu nə ilə əlaqədar idi və necə baş vermişdi? 

Tofiq Köçərli                                    - 130 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Bir  qayda  olaraq  müstəmləkəçi  dövlət  işğal  və  ilhaq  etdiyi  əraziyə  öz 
əhalisindən köçürür ki, orada özünə sosial baza yaratsın və ona arxalanaraq oranı, 
deyək ki, işğalçı Rusiyadırsa ruslaşdırsın, yaxud Đngiltərədirsə ingilisləşdirsin.  
1911-ildə Savrov yazacaq: 
«Rusiya  müstəmləkəçilik  fəaliyyətini  Zaqafqaziyaya  rusları  deyil,  yadelliləri 
(ermənilər nəzərdə tutulur – T.K.) köçürməkdən başladı… Hazırda Zaqafqaziyada 
yaşayan  1  milyon  300  min  erməninin 1  milyondan  çoxu  yerli  ermənilərə  mənsub 
deyil, bizim məskunlaşdırdığımızdır». 
Bununla əlaqədar Şavrovun həyəcan təbili: 
«Araşdırmaq  lazımdır  ki,  rus  hakimiyyəti  nəticə  etibari  ilə  Qafqazda  nə 
yaratmaq istəyir – Rusiyamı, ya Ermənistanmı». 
«Rusiyamı, ya Ermənistanmı»?! 
Veliçkoya görə, Đran və Türkiyə ermənilərinin kütləvi surətdə Zaqafqaziyaya 
köçürülməsi  «Zaqafqaziyanın  bəzi  hissələrinin  (Azərbaycanın  və  azərbaycanlılar 
yaşayan  digər  rayonların  –  T.K.)  ermənilər  tərəfindən  müstəmləkələşdirilməsinin 
başlanması idi». 
Veliçko həm də yazmışdır: 
 «Müsəlmanlar,  zəbt  edilmiş  vilayətlərin  sakinləri  acı  istehza  ilə  soruşurlar: 
«Ruslar  haradadır?  Onlar  bizi  kim  üçün  zəbt  ediblər?  Hər  halda  özləri  üçün 
etməyiblər. Biz cəsur rus əsgərlərini görmüşük, indi isə zəif ya acgöz, özü də çox 
vaxt  mənşəcə rus olmayan rusiyalı məmurları görürük. Nə sizin tacirlər, nə sizin 
əkinçilər  burda  görünmür!  Bütün  ermənilər  bizim  dünənki  qullarımızdır. 
Gizlətmək nə lazım! Belə pis adamlara hökmranlıq vermək üçün müharibə etməyə 
dəyərdimi!» 
Və bir də: 
«Gürcülər  və  Qafqazda  qarabağlı  girov  müsəlmanlar  istehza  ilə  gülərək 
deyirlər  ki,  rus  hökuməti  Zaqafqaziyadan  qoşunu  çıxararsa,  ermənilərdən 
sürsümük də qalmaz» (Kursivlər Veliçkonundur – T.K.)  

Tofiq Köçərli                                    - 131 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Nə  üçün  çarizm  öz  vətəndaşlarını  istənilən  qədər  yedizdirib  –  geyindirə 
bilmədiyi halda, ermənilərin Đrandan və Türkiyədən Rusiyaya  köçürülməsinə belə 
can yandırır, onlara köçmək üçün müavinət verir, torpaq sahəsi ayırır, 6 il vergidən 
azad edirdi və s.  
Rusiyanın  qüdrətinin  artması  və  I  Pyotrun  gözünü  Qafqaza,  Đrana  və 
Türkiyəyə dikməsilə erməni din və siyasət xadimləri «xristian kartını» işə salaraq, 
«xristian  qardaşlarından  »  əl  tutmağı  xahiş  edirlər.  Onlar  I  Pyotra  və  Rusiyanın 
sonrakı  çarlarına  müraciətlərində  elə  təsəvvür  yaratmağa  çalışdılar  ki,  guya  təkcə 
Qarabağda  beş  yüz  min  erməni  yaşayır  və  ermənilərin  Qarabağda  «altmış  minə 
qədər  qoşunu  var»,  guya  Qafan  əyalətində  əhali  Qarabağdakından  çoxdur»  və  s. 
1780-ci  ildə  Suvorova  yazdılar  ki,  Đrəvan  tutularsa  və  «erməni  xalqı  öz 
hökumətinin  hakimiyyəti  altında  olarsa  və  öz  sərhədlərini  bir  qədər 
genişləndirərsə», Ermənistan Türkiyə, ya Đranla müharibə olduqda 60  min və dah 
çox qoşun verə bilər.  
Bütün  bunlar  uydurmanın  lap  yekəsi  idi.  Cırtdanı  fil  kimi  təqdim  etmək 
nümunəsi idi.  
Təfsilata  varmadan  deyək:  «Gəncə-Qarabağ    əyalətinin  müfəssəl  dəftəri»  nə 
(1727-ciil)  görə,  Qarabağın  altı  erməni  məlikliyində  cəmi  3482  ailə,  o  cümlədən 
3170 erməni ailəsi və 375 azərbaycanlı ailəsi yaşamışdır. Təqribən 100 ildən sonra 
(1823-cü  ildə)  Qarabağda  5170  erməni  ailəsi  olmuşdur.  Bunu  kameral  sayım  
materialları əsasında erməni müəllifləri özləri hesablayıblar.  
Təbii,  Qarabağın  5  min  erməni  ailəsi  «60  minə  qədər  və  daha  çox  qoşun», 
yaxud  da  Đrəvan  əyalətinin  3  min  500  erməni  ailəsi  «60  min  və  daha  çox  qoşun» 
verə  bilməzdi.  (Đrəvan  əyalətində  ermənilərin  sayı  haqqında  məlumat  1828-ci  ilə 
aiddir). 
Lakin ermənilərin bu uydurmalarına inanırdılar. Türkiyəyə, bütün «müsəlman 
güruhuna» (ifadə I Pyotrundur – T.K.) müharibə elan edən çarizm ermənilərdən öz 
çirkin əməlləri üçün istifadə etmək istəyirdi.  
Erməni xadimləri başqa çirkin əməllər də işlədirdilər.  

Tofiq Köçərli                                    - 132 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Rusiya  çarına  ünvanlanan  məktubların  birində  erməni  məlikləri  özlərini 
rusların  «həmtayfası»  adlandırdılar.  Bir  az  sonra  erməni  xadimləri  bu  avantüraya 
öz  dinlərini  də  cəlb  etdiliər.  Rusiya  Daxili  Đşlər  Nazirliyi  polis  departamentinin 
1908-ci  ildə  hazırladığı  hesabatda  deyilir  ki,  «özlərinə  şəvqət  qazanaq  üçün 
ermənilər  öz  dinləri  ilə  dələduzluq  etdilər  və  özlərini  pravoslav  kimi  qələmə 
verdilər.  O  zamandan  Rusiyada  erməniləri  pravoslav  kiçik  qardaş  hesab  etməyə 
başladılar. Az qala  yüz il belə davam etdi. Bütün bu fırıldaq 1891-ci ildə erməni 
keşişi Ter-Voskakovun məhkəmə  işinin gedişində üzə çıxdı...» 
Belə  çirkin  üsullarla  erməni  emissarları  Rusiya  çarlarının  qəlbini  ələ  almağa 
müyəssər  olmuşdular.  I  Poytr  Lazar  adlı  ermənini  yanına  çağırıb,  ona  general 
rütbəsi  verir  və  tapşırır  ki,  «Qarabağın  bərpa  edilməsi  (sənəddə  belədir  –  T.K.) 
üçün»  Lazarın  ixtiyarına  40  minlik  qoşun  verilsin.  Lakin  Lazar  təklifdən  imtina 
edir. Belə oduqda, I Pyotr bəyan edir ki, «onların (Qarabağ ermənilərinin – T.K.) 
xilas edilməsi üçün şəxsən özü gedəcəkdir». 
1724-cü  ilin  oktyabrında  Qansazar  və  Eçmiədzin  katolikosları  I  Pyotra 
yazdılar:  «çobansız  qoyunlar  vəziyyətindəyik»,  «göz  yaşlarımızla  yalvarırıq,  nə 
qədər mümkündürsə, bizə tez kömək edin». 
Noyabr  ayının  10-da  I  Pyotr  «ölüm  ayağında  ikən»  iki  Qarabağlı  ermənini 
qəbul etdi və iki fərman imzaladı. I Pyotrun Bakıya general Matyuskinə və briqadir 
Levaşevə fərmanında deyilirdi: «Bütün vasitələrlə erməniləri və başqa xristianları 
Rusiya  qoşunlarının  tutduqları  Đran  vilayətlərinə:  Gilan,  Mazandaran,  Bakı, 
Dərbənd  və  digər  əlverişli  yerlərə  köçməyə  çağırmaq  lazımdır,  onları  nəvazişlə 
qəbul etmək, lütfkarlıqla saxlayıb qorumaq, onlara yaxşı yerlərdə torpaq ayırmaq, 
şəhərdə  və  kəndlərdə  boş  olan  evləri  və  avadanlıqları  onlara  vermək  lazımdır. 
Düşmənçilik  edən,  yaxud  şübhə  doğuran  müsəlmanları  qovub  rədd  edin,  onların 
yerlərini xristianlar tutsunlar» (kursiv bizimdir – T.K.) 
Erməniləri    müsəlman  ölkələrinə  köçürmək  I  Pyotrun  və  ondan  sonra 
hakimiyyətə gələnlərin strateji xətti idi. Çar hökumətinin 4 noyabr 1722-ci il tarixli 
təlimatında bu strategiya belə formulə edilmişdir: «Hər vasitə ilə çalışıb, erməniləri 

Tofiq Köçərli                                    - 133 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
və  əgər  varsa  başqa  xristianları  Gilana  və  Mazandarana  dəvət  edərək  orada 
məskunlaşdırmalı,  müsəlmanların  sayını  isə  sakitcə,  özləri  də  bilmədən  mümkün 
qədər azaltmalı»  (kursiv bizimdir –  T.K.).  1724-cü ilin sentyabrında  isə  Đstanbula 
göndərilən  general  Rumyansevə  aşağıdakı  tapşırıq  verilmişdi:  «Nə  qədər 
mümkündürsə,  erməniləri  Gilana  və  oradakı  (Đran  –  T.K.)  digər  yerlərimizə 
köçməyə  təhrik  etmək  lazımdır.  Əgər  onlar  çox  olsalar,  farslar  başqa  yerlərə 
köçürüləcəklər 
və 
farslardan 
təmizlənmiş 
yerlər 
 
onlara-ermənilərə 
veriləcəkdir».(Kursiv bizimdir – T.K.) 
Erməni məlikləri siyasi səmti dəyişməkdə, satqınlıqda adətkar idilər. Yuxarıda 
qeyd olunduğu, 1722-ci ilin yayında I Pyotrun Xəzəryanı vilayətlərə  hərbi yürüşü 
başlamışdı.  I  Pyotrun  fikri şəxsən  Şamaxıya  gəlmək idi  və  o bu  haqda gürcü  çarı 
VI Vaxtanqı xəbərdar etmişdi. Erməni məlikləri VI Vaxtanqın silahlı qüvvələri ilə 
birlikdə Şamaxıya getməli və orada I Pyotrun qoşunları ilə birləşməli idilər.  
Lakin I Pyotr tezliklə Peterburqa qayıtmalı oldu.  
IV Vaxtanqın və erməni məliklərinin I Pyotrla Şamaxıda birləşmək planı puç 
oldu.  Vaxtanq  Tiflisə,  məliklər  isə  öz  yerlərinə  qayıtmalı  oldular.  Qansazar 
katolikosu  Đsay  Həsən  Cəlalyan  yazmışdı:  «Ümidlərimizdə  adlanmış  bizlər,  hər 
birimiz öz yerlərimizə qayıtdıq və çətinliklə gedilə bilən dağlarda möhkəmləndik.» 
1723-cü  ildə  osmanlılar  Tiflisi  tutdular.  «Ümidlərində  adlanmış»  Qarabağ 
məlikləri  tamamilə  təkləndilər  və  dərhal  yeni  siyasi  orientasiya  götürdülər.  Bu 
barədə    erməni  müəllifi  P.Arutinyan  belə  bir  sənəd  çap  etmişdir:  «Çiləbertdən 
Sərkis  qızılbaşların,  Gülüstandan  Đsay  osmanlıların  tərəfdarıdır.  Đsay  (Tiflisə) 
osmanlıların  yanına  getdi  ki,  onları  (Qarabağa)  gətirsin.  Məlik  Nağının  nəvəsi 
Məlik Bağır da qızılbaşlarn tərəfdarıdır».  
Bu fakt, Rusiya hökumətinin agenti Đvan Karapetin 1 fevral 1924-cü il tarixli 
məktubunda da etiraf edilib. Orada deyilir ki, patriarx Nerses, onun qardaşı Sərkis 
və  bir  neçə  yüzbaşı  türklərin  gəlməsini  istəyirlər  (Ezovun  yazdığına  görə,  Nerses 
Qansazar  katolikosu  Đsay  ilə  çəkişirdi  və  ondan  ayrılaraq  özünü  Üç  oğlan 
monastrının  müstəqil  patriarxı  elan  etmişdi).  Karapetin  məktubunda  belə  bir 

Tofiq Köçərli                                    - 134 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
dəhşətli məlumat da var: Məlik Bağır «55 nəfər erməni yüzbaşını aldadaraq evinə 
dəvət edib və onların başını kəsərək Şaha (Đran şahına – T.K.) göndərib». 
Yaxud,  I  Pyotrun  Xəzəryanı  vilayətlərə  basqını  zamanı  Qarabağ-Gəncə 
bəylərbəyinə  tamamilə  etinasızlıq  göstərən  məliklər  Gəncə  ilə  əlaqələrini  bərpa 
etməyə  çalışdılar.  Onlar  bildirdilər  ki,  «əgər  bundan sonra onlar  Gəncə  əhalisi  və 
mülkədarları,  digər  şiələr  əleyhinə  bunt  qaldırsalar  və  itaətsizlik  göstərsələr, 
düşmənçilik etsələr… onların adamları, daşınar və daşınmaz əmlakı ilə hökmdarlar 
istədikləri kimi rəftar edə bilərlər». 
I  Pyotrun  varisləri  onun  erməniləri  himayə  etmək  və  əzizləmək  siyasətini 
davam  etdirdilər.  Đkinci  Rus-Đran  müharibəsinin  (1826-1828)  qalibi  Rusiya  dərhal 
Đran  ermənilərini  təzəcə  işğal  etdiyi  Azərbaycan  ərazisinə  köçürməyə  başladı.  Bu 
barədə  Tükrmənçay  müqaviləsinə  xüsusi  maddə  daxil  edildi:  «Şah  həzrətləri  … 
Azərbaycan  adlanan  vilayətin  (Cənubi  Azərbaycanın  –  T.K.)  bütün  əhalisinə  və 
məmurlarına  büsbütün  və  tam  bağışlanma  əfv  edir.  Hansı  dərəcəyə  məxsus 
olmasından  asılı  olmayaraq,  onlardan  heç  kəs  öz  hərəkətinə  və  ya  müharibə 
ərzində  və  ya  Rus  ordusunun  adı  çəkilən  vilayəti  müvəqqəti  tutduğu  zaman 
davranışına  görə  təhqirə  məruz  qalmamalıdır.    Bundan  başqa,  o  məmur  və 
sakinlərə  bu  gündən  başlayaraq  öz  ailəsilə  birlikdə  Đran  vilayətindən  Rusiyaya 
sərbəst  köçmək,  hökumət  və  yerli    rəisliyin    heç  bir  maneçiliyi  olmadan  onların 
satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan 
daşınar mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir». 
Bu maddə bilavasitə Đran erməniləri haqqında idi.  
Rus ordusu «Azərbaycan vilayətinin paytaxtı» Təbriz şəhərini (S.Qlinka) işğal 
edən  kimi  komandan  Paskeviçin  Peterburqdan  çağırıb  Təbrizin  komendatı  təyin 
etdiyi polkovnik erməni Lazarev general Paskeviçin tapşırığı ilə erməniləri Rusiya 
hüdudlarına  köçməyə  sövq  etdi.  Lakin  Paskeviçin  yazdığına  görə  «sərt  soyuq  və 
ola  bilsin  ki,  bütün  Azərbaycanın  həmişəlik  bizim  əlimizdə  qalacağına  ümidlər  » 
erməniləri  köçməyə  başlamağa  qoymurdu.  Məlum  oldu  ki,  Türkmənçay 
müqaviləsinə  əsasən  rus  ordusu  Cənubi  Azərbaycanı  tərk  etməlidir.  Ona  görə  

Tofiq Köçərli                                    - 135 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Paskeviçin  fikrincə, ermənilərin böyük hissəsi  «Azərbaycanda  qalmamalı  idi».  O, 
ermənilərin köçürülməsi işini Lazarevə tapşırdı. Lazarev ermənilərə erməni dilində 
müraciət  buraxıb  bildirdi  ki,  imperator  «  köçmək  istəyənlərə  Rusiya  dövlətində  – 
Đrəvanda, Naxçıvanda və Qarabağda etibarlı, sakit və xoşbəxt sığınacaq verir». 
Yox,  məqsəd  heç  də  Đran  ermənilərinə  «sakit  və  xoşbəxt  sığınacaq  vermək» 
deyildi. 
Məqsəd 
onları 
şirin 
vədlərlə 
köçməyə 
təhrik 
etməklə 
məskunlaşdırılacaqları  Şimali  Azərbaycan  əyalətlərini  xristianlaşdırmaq  idi. 
Ermənilərin Đrandan köçürülməsində Rusiyanın güddüyü strateji məqsədi Paskeviç 
belə formula etmişdi: «13. Ümumiyyətlə, xristianları (yəni erməniləri – T.K.) razı  
salmaq  lazımdır  ki,  onlar  Naxçıvan  və  Đrəvan  vilayətlərinə  getsinlər.  Xristian 
əhalisini  həmin  vilayətlərdə  nə  qədər  mümkündürsə  çoxaltmaq  nəzərdə  tutulur.  
Üzümçü  kəndinin  və  onun  ətrafındakı  3  erməni  kəndinin  sakinlərinə  Qarabağa 
getməyə icazə vermək lazımdır, çünki həmin vilayət onlara yaxındır». 
1828-ci il fevralın 29-da Paskeviç Təbrizdən Đrəvana göndərdiyi məktubunda 
belə bir göstəriş  vermişdi: «Bir sıra müsəlman kəndlərini onların dindaşları daha 
çox məskunlaşmış yerlərə köçürmək olarmı?» 
Bu,  Erməni  vilayətində  azərbaycanlıları  sıxışdırmağa  istiqamət  verilməsi 
demək idi.  
Nə  üçün  Rusiya  özünün  «pravoslav  kiçik  qardaşı»  ermənini  pravoslav 
mühitinə,  rusların  içərisinə,  müharibə  meydanından  uzaq,  torpağı  gen-bol  rus 
əyalətlərinə deyil, məhz Azərbaycana köçürürdü? 
Rusiyaya gələcək işğalçılığı üçün, Türkiyə ilə müharibə üçün xristian mühitli 
platsdarm yaratmaq lazım idi. 
Qriboyedovun oktyabrın 1-də  Naxçıvandan  Paskeviçə  göndərdiyi  məktubdan 
məlum  olur  ki,  bu  zaman  üçün  Naxçıvana  Đrandan  artıq  1228  erməni  ailəsi 
köçürülübmüş.   
Qriboyedov  komandana  məlumat  verirdi  ki,  Naxçıvana  gələn  kimi  məni 
bəylər,  sultanlar,  hamı  dövrəyə  alaraq  ermənilərin  gəlməsi  ilə  çətinliklərə  məruz 
qalmalırını  söylədilər.  Ermənilərin  köçürülməsindən  Naxçıvanda  Đrəvandan  daha 

Tofiq Köçərli                                    - 136 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
çox  əziyyət  çəkirlər.  Əyalətin  sakinləri  kasıbdır.  «Başqa  yerdə  görüşdüyüm 
ermənilərə  nisbətən  bura  gəlmə  ermənilərə    yaxşıdır.  Lakin  tatarların  şüurunda 
həyəcan və narazılıq son həddə çatır. Ola bilər ki, onlar ümidsizlikdən sədərəklilər 
kimi təsərrüfat və əmlaklarını qoyub Đrana getsinlər».  
Naxçıvanda  yaranmış  gərgin  vəziyyətlə  əlaqədar  olaraq  Qriboyedov 
Paskeviçdən xahiş etdi ki, Naxçıvanda yerləşdirilmiş ermənilərdən 500 ailə ən tez 
bir  vaxtda  başqa  yerə  köçürülsün.  «Bununla  Naxçıvan  vilayətinə  əsl  iltifat 
göstərmiş olarsınız». 
Əksinə  oldu.  Naxçıvana  daha  çox  erməni  məskunlaşdırıldı.  Qriboyedov 
məktubunu yazanda Naxçıvana 1228 erməni ailəsi köçürülmüşdüsə, iki ildən sonra 
onların sayı 2395-ə çatdırıldı.  
Naxçıvan əyaləti Naxçıvan mahalının 1831-ci il kameral sayım  materialı çap 
olunmuşdur.  Həmin  sənəd  bütün  Naxçıvan  əyalətini  əhatə  etməsə  də,  əhalinin 
məskunlaşması və tərkibi haqqında müəyyən fikirlər söyləməyə imkan verir: 
1.  Naxçıvan  mahalının  kameral  sayım  keçirilən  59  kəndinin  mütləq 
əksəriyyətində  azərbaycanlılar  yaşayıb  (mənbədə  azərbaycanlılar    «tatarlar  »  və 
«kəngərlilər» etnik toplumlarına bölünüb );  
 Əhalisinin  sayına  görə  mahalın  ən  böyük  kəndi  Nehrəm  kəndi  olub.  Orada 
202  azərbaycanlı  ailəsi  (887  nəfər)  yaşayıb.  Kəndin  940  xarvar  suvarılan  torpaq 
sahəsi,  2150  mal-qarası  (1300-ü  qoyun  və  keçi),  3  dəyirmanı  olub.  Kənddə  3 
məscid və Seyid Əzim  sərdabəsi fəaliyyət göstərib.  
Mahalda 4074 nəfər azərbaycanlı yaşayıb.  
2.  59  kəndin  yalnız  ikisi  yerli  ermənilərin  (mənbədə:  bəzən  «mestnıe 
armyane»,  bəzən  də  «korennıe  armyane»),  əgər  belə  demək  mümkündürsə,  təmiz 
erməni  kəndi  olub  –  Karmir-vank  (yerli    və  Səlmasdan  köçürülən  ermənilər  –  93 
nəfər) və Nurs (yerli və Səlmasla Xoydan köçürülən ermənilər – 149 nəfər);  
3.  Üç  kənddə  yerli  ermənilər  azərbaycanlılarla birgə  yaşayıb.  Təzəkənd  (112 
azərbaycanlı və 713 erməni (yerli və Səlmas erməniləri), Yarımca (63 azərbaycanlı 

Tofiq Köçərli                                    - 137 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
və 456  yerli və  Səlmasla  Xoy  erməniləri),  Badamlı  (34  azərbaycanlı və  101  yerli 
və Səlmas erməniləri); 
Mənbədə hər üç kənddə yerli ermənilərin və köçkünlərin ümumi sayı verilib. 
Ona  görə  də  yerli  ermənilərin  sayının  nə  qədər  olması  barədə  konkret  rəqəm 
göstərmək mümkün deyil. 
4.  Đran  erməniləri  yuxarıda  göstərilən  kəndlərdən  əlavə  aşağıdakı  kəndlərdə 
məskunlaşdırılmışdı. 130 nəfər azərbaycanlı yaşayan Tumbulda 430 nəfər erməni, 
Yamxanada  (324  nəfər  azərbaycanlı  və  Đran  ermənisi).  23  nəfər  azərbaycanlı 
yaşayan  Qaraxanbəylidə  440  nəfər  erməni,  122  nəfər  azərbaycanlı  yaşayan 
Hacivarda  102  nəfər  erməni,  Şəkərqayada  139  nəfər,  aşağı  Hacıvarda  100  nəfər, 
Qulubəydüzündə  136  nəfər,  Kərimbəydüzündə  52    nəfər,  Kültəpədə  330  nəfər, 
Kərimxanmirzədə 156 nəfər, Əliabadda 136 nəfər, Xəlilabdda 88 nəfər, 157 nəfər 
azərbaycanlı  sakini  olan  Aşağı  Uzunobada  65  nəfər,  68  nəfər  azərbaycanlı  sakini 
olan Yuxarı Uzunobada 95 nəfər, 102 nəfər azərbaycanlı sakini olan Ayqavarda 15  
nəfər,  55  nəfər  azərbaycanlı  sakini  olan  Nəzərabadda  (yaxud  Dəmirazandan)  198 
nəfər,  21  nəfər  azərbaycanlı  sakini  olanXalxalda  223,  Hicazorda  54  nəfər, 
Qemurda  50  nəfər,  Arınçda  91  nəfər  Đran  ermənisi  məskunladırılmışdı.  Şeyx 
Mahmudda 448 nəfər azərbaycanlı və Đran ermənisi var idi.  
Bu  kəndlərin  mütləq  əksəriyyəti,  elə  onların  adlarından  da  göründüyü  kimi, 
azərbaycanlıların  kəndləri  olub.  Hətta  adı  erməni  adına  oxşayan  kəndlərin 
mülkədarlarının azərbaycanlılar olması sənəddə qeyd edilib. 
Bəs  həmin  kəndlərin  azərbaycanlı  sakinləri  ev-eşikləri,  suvarılan  əkin 
sahələri, dəyirmanları və s. ola-ola öz  kəndlərini niyə və nə zaman tərk etmişdilər?  
Qriboyedov  yazmışdır  ki,  Sədərək  sakinləri  qarmaqarışıq  idarəçilik  və  ağır 
vergi ucbatından Đrana mühacirət etmişlər.  
Qriqoryevdə  belə  bir  məlumat  var  ki,  ikinci  Rus-Đran  müharibəsi  zamanı 
Təzəkənddən  25,  Nehrəmdən  81,  Güznüşdən  45,  Camalləddindən  10  ailə  Đrana 
qaçmışdı.  

Tofiq Köçərli                                    - 138 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Bu  rəqəmlər  həqiqəti    əks  etdirmir.  Tədqiqatçı  R.Səfərov  müxtəlif  etibarlı 
mənbələr  əsasında  hesablayıb  ki,  1827-1830-cu  illərdə  Naxçıvandan  Đrana  2360 
ailə,  o  cümlədən  2200  azərbaycanlı  və  160  kürd  ailəsi  köçmüşdür.  Onlar  öz 
yurdlarına  qayıtmaq  hüququndan  məhrum  edilmişdilər.  Paskeviçin  1828-ci  ilin 
aprelində verdiyi əmr köçkünlərin geri qayıtmasına qadağa qoymuşdu.  
 «Yerli  erməni»  məsələsində  Şoperinin  aşağıdakı  fikri  nəzərə  alınmalıdır: 
«Erməni  vilayətində  olan  ermənilər  mühacirdilər,  müxtəlif  vaxtlarda  və  müxtəlif 
şəraitdə buraya köçənlərdir. Lakin əgər onların içərisində əsl yerli erməni axtarsan, 
yəqin  ki,  Vaqarşabad,  Qulpi,  Əylis  kəndlərinə  və  Ordubad  okruquna  baxmaq 
lazımdır»  (Đrəvan  əyaləti  Karpibasar  mahalının  Vaqarşabad  və  Sürməli  mahalının 
Qulpı  kəndləri  ən  çox  yerli  erməni  yaşayan  kəndlər  olub:  birincidə  397,  ikincidə 
173 ailə yaşayıb). 
Görünür,  bu  proses,  yəni  ermənilərin  indiki  Ermənistan  ərazisində 
məskunlaşması  1519-cu  ilin  oktyabrında  Đrəvan  qalabəyi  və  Qərbi  Azərbaycan 
bəylərbəyi Rəvan xanın Şah Đsmayıl Xətaiyə yazdığı kimi baş verib: «Əhalinin bir 
qismi,  yəni  Bəynənnəhreyndən  Van  gölü  sahillərinə,  oradan  da  beş-beş,  on-on 
Qafa, bizim torpaqlara gələn ermənilər geniş oturaq həyat iddialarına qapılmışlar… 
Katolikos  erməni  dini  mərkəzinin  vəqf  sərmayəsi  hesabına    öz  soydaşlarının  türk 
kəndləri  kənarında  iki-üç  ailə  olmaqla  oturaq  məskunlaşmasını  maliyyələşdirir, 
onlara  ufacıq  kilsələr  tikdirir,  beləliklə  bu  tayfanın  Qafda  qədim  mövcudiyyatı 
təsəvvürü yaradır». 
Beləcə,  «beş-beş,  on-on»  mövsümü  işlər  üçün  Bəynənnəhreyndən  Qərbi 
Azərbaycana gələn ermənilər zaman keçdikcə yerliləşmişdilər. Onların yerləşməsi 
«yersiz  gəldi,  yerli  qaç»  prosesi  doğurmuşdu.  Məsələn,  1831-ci  ildə  Naxçıvanın 
Qaraxanbəyli kəndində 23 azərbaycanlı, Hacıvarda 47 azərbaycanlı, Yarımcada 63 
azərbaycanlı,  Qarababada  86  azərbaycanlı,  Mahmudabadda  35  azərbaycanlı, 
Nəzərabadda 55 azərbaycanlı yaşayırdısa bir müddətdən sonra həmin kəndlərdə bir 
nəfər də olsun azərbaycanlı qalmamışdı. Həmin və bir sıra digər kəndlər tamamilə 

Tofiq Köçərli                                    - 139 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
azərbaycanlısızlaşdırılaraq  erməniləşdirilmişdi.  Məsələn,  təkcə  Mahmudabad 
kəndində 1000nəfər erməni məskunlaşdırılmışdı. 
Qriboyedov  yazırdı  ki,  erməni  köçkünlərinin  əksəriyyəti  «müsəlman 
mülkədarlarının  torpaqlarında  yerləşdirilmişdir.  Yayda  buna  yol  vermək  olardı. 
Müsəlman  sahibkarları  yaylaqda  idilər.  Onlar  başqa  dinli  gəlmələrlə  az  hallarda 
əlaqədə olublar». Müsəlmanlar «ehtiyat edirlər ki, ermənilər bir dəfə buraxıldıqları 
torpaqlara həmişəlik yiyələnəcəklər». 
Belə də oldu.  Çar hakimiyyət  orqanlarının  bilavasitə  havadarlığı ilə  yersizlər 
gəlib yerliləri sıxışdırmağa başladılar. Azərbaycanda da Đ.Çavçavadze yazdığı kimi 
oldu:  «Çoxmu,  ya  azmı  şeyə  malikik,  fərqi  yoxdur.  Hər  halda  sizə  (ermənilərə  – 
T.K.) daldalanacaq verdik, sizi sığındırdıq, sizinlə qardaşlaşdıq. Bizim öz evimizdə 
bizimlə düşmən kimi rəftar etməyin». 
Ermənilərin Naxçıvan və digər Azərbaycan vilayətlərinə köçürülməsi prosesi 
sonrakı  illərdə  də  davam  etmişdi.  Bu,  ermənilərin  sayının  qat-qat  çoxalması  ilə 
nəticələnmişdi.  1897-ci  ildə  Naxçıvanda  (Naxçıvan  və  Şərur-Dərələyəz 
qəzalarında) artıq 55 min 398 nəfər erməni var idi. Azərbaycanlılar (115 min 711 
nəfər) yenə də onlardan iki dəfə çox idilər.  
1897-1917-ci  illər  ərzində  Naxçıvan  əhalisinin  tərkibində  yeni  dəyişikliklər 
baş vermişdi. Azərbaycanlıların sayı 128 minə, ermənilərin sayı 80 minə çatmışdı. 
Ermənilərin  belə  artımı  doğumun  yüksək  olması  nəticəsi  deyildi.  Bu,  xarici 
ermənilərin  Naxçıvanda  məskunlaşdırılması  siyasətinin  hələ  də  davam  etməsi  ilə 
bağlı idi.  
Köçkünlər  hesabına  Naxçıvanda  ermənilərin  sayının  belə  artmasına 
baxmayaraq  yenə  də onlar  əhalinin tərkibində  sayca üstünlük təşkil  etməmişdilər. 
Heç bir zaman üstünlük təşkil etməmişdilər.  
Beləliklə  faktlar  erməni  müəlliflərinin  Naxçıvan  əhalisinin  milli  tərkibində 
ermənilərin  xüsusi  çəkisi  haqqında  fikirlərini  tamamilə  ifşa  edir.    Faktlar  həm  də 
Naxçıvanda  150  min  erməni  olması  haqqında  iddianı  tamamilə  təkzib  edir.  Əgər 
sovet  dövründə  ta  1960-cı  ilədək  nə  vaxtsa  Naxçıvanda  ümumiyyətlə,  151  min 

Tofiq Köçərli                                    - 140 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
nəfər  əhali  olmuş  olsaydı,  Balayan  kimi  isə  birtəhər  aldada  bilərdi  ki,  151  min 
nəfərin 150 mini erməni olmuşdur. Lakin  Balayanı məyus etməli olacağıq: rəsmi 
statistikaya  görə  sovet  dövründə  ta  1960-cı  ilədək  Naxçıvanda  cəmi  141,4  min 
əhali yaşamışdır. 1924-cü ildə  isə Naxçıvanda 90 min nəfər əhali olmuşdur.  
Əhalinin belə kəskin azalması nə ilə əlaqədar idi?  
Yuxarıda  qeyd  olunduğu  kimi,  1918-1920-ci  illərdə  Ermənistan  Naxçıvanı 
zorla özünə birləşdirməyə cəhd etmişdi. Naxçıvanda olduqca gərgin hərbi-siyasi və 
iqtisadi  vəziyyət  yaranmışdı.  Bu,  əhalini  kütləvi  surətdə  Naxçıvanı  tərk  etməyə 
vadar etmişdi.  
1921-ci il üçün ermənilərin mütləq əksəriyyəti Naxçıvandan getmişdi. Həmin 
ildə  ermənilər  Naxçıvan  əhalisinin  yalnız  12  faizini  təşkil  etmişdilər. 
Azərbaycanlıların da xeyli hissəsi Naxçıvanı tərk etmək məcburiyyətində qalmışdı.  
Əhalinin  kütləvi  surətdə  Naxçıvanı  tərk  etməsi  qəti  surətdə  Azərbaycan 
hakimyyətinin  siyasəti  ilə  əlaqədar  olmamışdır.  Bunun  guya  Azərbaycanda 
«ermənilərə,  digər  qeyri-azərbaycanlılara  qarşı  aparteit  siyasəti»  yeridilməsi 
nəticəsində  baş  verməsini  iddia  etmək  qatı  böhtandır,  elmi  nadanlıqdır,  siyasi 
kütlükdür. Təkrar vurğulayaq: Naxçıvandan ermənilərin əksəriyyətinin baş götürüb 
hara  gəldi çıxıb getməsinə bais Ermənistanın daşnak hökuməti olmuşdur.  
Yəqin  vicdanını  itirməyən  heç  bir  erməni  unutmayıb  ki,  Sovet  hakimiyyəti 
dövründə Azərbaycanda ermənilərə «gözün üstə qaşın var» deyən olmayıb, o necə 
deyərlər,  stolun  başında  oturdulub,  ona  ögey  münasibət  göstərilməyib,  ermənilər 
bütün  sahələrdə  Azərbaycanın  bəlkə  də  ən  imtiyazlı  milli  azlığı  olub.  Ermənilərə 
münasibətdə  səmimi    olmuşuq…  Heyhat,  nəticə  etibarilə  səmimiyyətimizin  də 
qurbanı olmuşuq.  
XIX  əsrin  rus  mənbələrində  təkcə  Naxçıvan  əhalisinin  sayı  və  etnik  tərkibi 
haqqında  deyil,  həm  də  ümumiyyətlə,  Naxçıvanın  tarixi,  naxçıvanlıların  xarakteri 
və  etnoqrafiyası  haqqında  maraqlı  və  müasir  oxucu  üçün  az  məlum  olan  faktlar, 
bilgilər var. Onlardan bir neçəsini təqdim edək:  

Tofiq Köçərli                                    - 141 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
«Kavkazskiy  kalendar  na  1853  qod»  məcmuəsində  Ordubad  haqqında  olan 
məqalədən  (müəllifi  A.Virsinski)  məlum  olur  ki,  o  zaman  Ordubad  şəhərində  30 
məscid, o cümlədən XVI əsrdə tikilmiş 1500 nəfər adam yerləşən Came məscidi, 1 
erməni  qriqorian  kilsəsi,  785  yaşayış    evi,  90  dükan,  2  hamam,  2  buzxana  və  8 
meydança  var  imiş.  «Bayram  günlərinin    aylı  gecələrində  gənclər  bu 
meydançalarda  gimnastika  oyunları  göstərərlərmiş».  Đlk  baxışda  Ordubad  bir 
ümumi  bağa  bənzəyirmiş,  elə  bir  bina  olmayıb  ki,  üstünə  ağacların  kölgəsi 
düşməsin, elə bir həyət, elə bir küçə (şəhərdə 12  küçə, 15 döngə olub) olmayıb ki, 
orada  arxla  təmiz,  sağlam  su  axmasın.  Şəhərdə  3971  azərbaycanlı,  185  erməni 
olub.  Đldə  65  nəfər  dünyasını  dəyişirmiş,  70  uşaq  dogulurmuş,  50  toy  olurmuş. 
Virsinskinin qənaəti: «Ordubad demək olar ki, yalnız müsəlmanlarla məskunlaşıb. 
Məscidlərin sayı ordubadlıların öz dinlərinə sədaqətini sübut edir». 
Rus  müəllifləri  naxçıvanlıların  hansı  insani  keyfiyyətlərini  vurğulamışdılar.? 
Şərur-Dərələyəz  tədqiqatçısı  P.Q.Yaqodini  dinləyək:  «Tatar  cəsarətli,  şərəfli,  düz 
adamdır…  o,  aldatmaz,  yalan  ona    yaddır.  O  ləyaqət,  qürur  sahibidir,  yaltaqlığı 
yoxdur.  Nahaq  fikirləşirlər  ki,  tatarların  xarakterində  şərq  nazı  və  tənbəlliyi  var, 
əksinə onlar çox əməksevər insanlardır». 
Həmin mənbə ordubadlıları belə vəsf edib: 
«Ordubad  sakinləri  öz  gözəllikləri  ilə  məşhurdular.  Görünür,  təmiz  hava,  saf 
su bolluğu, bütün Ordubadın Zaqafqaziyada ən yaxşı sayılan meyvələri insanların 
belə gözəl olmasına kömək edir». 
Ordubadlılar haqqında A. Virsinsiknin fikri: 
«Ordubadlılar mənəvi cəhətdən hər cür tərifə layiqdirlər. Ordubadlılarda  hər 
şeyi  bilmək  həvəsi  var.  Cinayət  və  əxlaqsızlıq  onlara  yaddır.  Yetimləri  və  dul 
qadınları, qohumları saxlayırlar».  
Rusiya müəllifləri Naxçıvan qadınını necə təsvir etmişdilər? 
«Tri maqala. Naxçıvanskiy. Ordubadskiy i Daralaqezskiy» müəllifi yazmışdır:  
«Tatar  qadınında  erməni  qadınına  xas  olan  klassik  melanxoliya,  keylik, 
hərəkətində  astalıq  yoxdur.  Tatar  qadını  şux  və  şəndir,  ara  vermədən  danışmağı 

Tofiq Köçərli                                    - 142 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
sevəndir…  O,  həmçinin  geyim  və  bəzəyin  qızğın  həvəskarıdır.  Müsəlman 
qadınının  birinci  vəzifəsi  naz-qəmzənin  bütün  üsullarını  qızına  öürətməkdir. 
Ümumiyyətlə  tatar  qadınları  gözəldirlər.  Toxuma  sənətində  …  onlara  rəqib 
yoxdur».  
Naxçıvanlıların yeməkləri və məişəti haqqında müşahidələrə də nəzər salaq: 
Naxçıvanda  «şəhər  tatarları  tez-tez  bozbaş,  kabab  və  plov  yeyirlər.  Onlar 
səliqəli yaşayırlar: evlərində Xorasan xalçaları və bahalı  türk qab-qacağı, güzgülər 
və müxtəlif əşyalarla dolu sandıqlar var. Otaqların divarlaı yanında oturmaq üçün 
bir  neçə  muştaq  (silindrik  balış)  qoyurlar»  (Görünür,  muştaq  deyərkən 
«mütəkkə»ni nəzərdə tutublar).  
Yuxarıda qeyd olunduğu kimi, XIX əsr mənbələri Naxçıvan azərbaycanlılarını 
«tatarlar» və «kəngərlilər» etnik toplumlarına ayırıblar. «Opisanie Naxiçevanskoy 
provinsii» kitabına görə, Naxçıvan okruqundakı 2791 azərbaycanlı ailəsindən 920-
si  Kəngərlilər  nəslinə  mənsub  olmuşdur.  Mənbə  bu nəslin  «öz  cəngavər  xarakteri 
ilə seçilməsini» vurğulamışdır. 
Şopen  Kəngərlilər  nəslinin  1433  ailədən  ibarət  olmasını  göstərir.  Ola  bilsin, 
kəngərlilərdən  Qarabağda  qışlayanları  Naxçıvanda  aparılan  bəzi  siyahı 
alınmalardan  kənarda  qalıblar.  1727-ci  ildə  tərtib  edilmiş  «Gəncə-Qarabağ 
əyalətinin  müfəssəl  dəftəri»nə  görə,  «Naxçıvan  elatından»  olan  Kəngərli  camaatı 
Qarabağda qışlayar, Naxçıvanda yaylarmış. Onlar Arasbar və Bayad torpaqlarında 
«mal  və  mülk,  bağ  və  üzüm  bağlarına  malik  olduqları  üçün  üsr,behrə  və  qışlaq 
vergisini  Qarabağda  ödəmiş,  digər  vergilərini  və  badi-havanı  Naxçıvan 
hakimlərinə vermişlər». 
Şopenin  yazdığına  görə,  Rusiya  Naxçıvanı  işğal  edən  zaman  orada  67  xan, 
373  bəy  və  sultan  olmuşdur.  Digər  bir  rus  müəllifi  K.Smirnov  Naxçıvanda 
Kəngərli  nəslilə  yanaşı  aşağıdakı  bəy  nəsillərinin  olmasını  qeyd  etmişdir: 
Talışovlar,  Ağasıbəyovlar,  Muradəsilbəyovlar,  Şahtaxtinskilər,  Vəzirovlar, 
Cəmalbəyovlar, Sultanovlar, Elçiyevlər və s.  

Tofiq Köçərli                                    - 143 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
XIX əsr tarixçisi Dubrovin də kəngərlilərin «cəngavərlikdə fərqlənən» camaat 
olmasını vurğulamışdır. Kəngərlilərin igidliyinə Đran hökmdarları yaxşı bələd idilər  
və  kəngərlilərdən  orduda  istifadə  edirdilər.  Şopenin  yazdığına  görə,  Naxçıvan 
kəngərli nəsli (Ordubadsız) Đran ordusuna 500 silahlı süvari verirmiş.  
Pottoda  belə  bir  məlumat  var:  Naxçıvan  xanı  öz  süvarilər  dəstəsilə  Ağa 
Məhəmmədxan Qacarın Tiflisə hücumunun iştirakçısı olub, o, Msxeti fatehidir.  
Potto bu türk oğlu türkün Msxetidə xristian məbədinə münasibətdə göstərdiyi 
kişiliyi  belə  qələmə  almışdır:  «Naxçıvan  xanının  havadarlığı  sayəsində 
Gürcüstanın qədim əzəmət abidəsi olan Msxeti baş kilsəsi salamat qaldı: Naxçıvan 
xanı  öz  dəstəsinə  dedi:  «Müqəddəs  yerləri  və  çarların  qəbirlərini  murdarlamaq 
olmaz» Məbədə toxunulmadı»  (kursiv bizimdir – T.K). 
Onu  da  deyək  ki,  Tiflisin  zəbt  və  qarət  edilməsində  Qarabağdan  qaçmış 
erməni məliklərinin mənhus rolu olmuşdur.  
Bu barədə iki rəy: 
1.  V.L.Veliçko  yazmışdır:  «Tarix  gürcülərə  göstərdi  ki,  şpionluğa  və 
satğınlığa meyli olan insanlara etibar etmək olmaz: II Đraklinin mərhəmət edib fars 
(oxu:  Đbrahimxəlil  xan  –  T.K.)  təqiblərindən  gizlətdiyi  (və  əlavə  edək:  4  minlik 
qoşunla  kömək  etdiyi  –  T.K.)  erməni  məlikləri  Abo  və  Məcmun  (Abov  və 
Məclum-  T.K.)  fəlakətli  anda  farslara  satıldılar və 1795 –ci  ildə  Tiflisi qarət  edib 
qana  boyayan  Ağa  Məhəmməd  xanın  qoşununa  bələdçilik  etdilər.  Erməni  
publisistləri  ermənilərin  can-dildən  xristian  olmalarını  dedikcə  israr  etdikləri  bir 
vaxtda bu faktı yada salmaq faydalıdır». 
2. Miliyyətcə erməni olan Rusiya generalı Kişmişov isə hələ Veliçkodan xeyli 
əvvəl  yazmışdı  ki,  Đran  qoşunu  Qarabağ  tərəfdən  Tiflisə  gedən  yolu  bilmədiyinə 
görə Ağdamda dayanmışdı. Qarabağın erməni məlikləri Abov və Məclum özlərini 
Qacarın  ordugahına  çatdırır  və  bələdçilik  təklif  edirlər.  Sonra  Kişmişov  yazır: 
«Məlikləri  öz  vətənlərinə  (Qarabağ  xanlığına  –  T.K.)  xain  çıxmağa  nə  vadar 
etdiyini  başa  düşmək  çətindir  (kursiv  bizimdir  –  T.K.).  Doğrudur,  onlar  hər  cür 
əsarətə görə Đbrahim xanın düşməni idilər. Ancaq onlara Đrakli rəğbət bəsləyirdi… 

Tofiq Köçərli                                    - 144 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Ehtimal  ki,  bu  məliklərin  iştirakı  olmasaydı,  Ağa  Məhəmməd  xan  tanış  olmayan 
yerdə  belə  sürətlə  irəliləyə  bilməzdi…,  Gözlənənin  kömək  (Rusiyadan  –  T.K.) 
gəlib çatardı və Gürcüstan farsların basqının bütün dəhşətlərinin acısını çəkməzdi». 
Naxçıvanın  işğalından  sonra  Rusiya  da  kəngərlilərdən  hərbi  məqsədlər  üçün 
istifadə etmişdi. Məsələn, 1842-ci ildə Naxçıvan mahalı rəisi Nəzər Sultan Rusiya 
ordusu tərkibində Polşaya göndərmək üçün kəngərlilərdən 46 nəfərlik süvari dəstə 
təşkil etmişdi. Ehsan xan Kəngərlinin oğlu Polşada hərbi xidmətdə idi. Ehsan xan 
Kəngərli özü isə Zaqafqaziya  müsəlman qoşunlarının atamanı təyin olunmuşdu.  
1837-ci  ildə  Rusiya  imperatoru  I  Nikolay  Qafqaz  səfəri  çərçivəsində  Đrəvan 
əyalətinə  də  gəlir.  Đrəvan  səfərinin  bir  epizodu  barədə  imperatorun  xatirə 
təəssüratını qraf Benkendof belə qələmə alıb: 
«Vadiyə çatanda mən qarşımda düzülmüş, bənzəri olmayan, eyni geyimdə və 
gözəl  atlarda  Kəngərlinin  süvari  dəstəsini  gördüm.  Süvarilərin  rəisi  Ehsan  xan 
rusca,  elə bil  bizim    nizami  qoşunların  zabiti kimi,  raport  verdi.  Bu  svita ilə  mən 
məşhur  Eçmiədzin  monastrına  getdim…  Monastrdan  çıxanda  Ehsan  xanın  suvari 
dəstəsinə baxış keçirdim. Ehsan xanın dəstəsi məni Đrəvana qədər müşayiət etdi».  
General  mayor  Ehsan  xanın  oğullarından  Kəlbəli  xan  və  Đsmayıl  xan 
atalarının  yolunu  davam  etdirdi.  Hər  ikisi  Rusiya  ordusunun  general-mayoru  idi. 
Kəlbəli xanın oğlu Hüseyn xan rus-yapon müharibəsində qafqazlılardan ibarət 2-ci 
Dağıstan  atlı  polkunun  komandiri  və  Birinci  dünya  müharibəsinin  əvvəllərində 
xüsusi zərbə dəstəsinin komandiri olaraq təşkilatçılıq bacarığı və şəxsi igidliyi ilə 
şöhrət qazanmışdı. General-adyutant və  süvari generalı rütbəsi almış Hüseyn xan 
artıq 1916-cı ildə qvardiya süvari korpusunun komandanı idi.  
Ermənistanın  Azərbaycana  ərazi  iddiaları  tamamilə  yalan  və  uydurmalar 
üzərində qurulmuşdur.  
Yuxarıda  Mayevskinin  belə  bir  fikrini    gətirmişdik  ki,  «erməni  işlərində 
həqiqət elə sıx yalan dumanı ilə örtülüb ki, həqiqət şüası o dumanı yara bilmir». 

Tofiq Köçərli                                    - 145 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Bu  gün    deyə  bilərik:  Azərbaycan  diplomatiyasının  erməni  saxtakarlığına  və 
uydurmalarına  qarşı  son  dövrdə  apardığı  fəal,  hücumçu  mübarizə  nəticəsində 
həqiqət şüası «ermənilərin sıx yalan  dumanını» yarmışdır.  
«Azərbaycanın  işğal  olunmuş  ərazilərində  vəziyyət  haqqında»  məsələnin 
BMT  Baş  Məclisinin  gündəliyinə  salınması,  Avropa  Şurası  Parlament 
Assambleyasında  Ermənistan-Azərbaycan    münaqişəsi  haqqında  D.  Atkinsonun 
məruzəsi  üzrə  qətnamə  qəbul  edilməsi,  orada  nəhayət  ki,  işğalçı  Ermənistana 
işğalçı,  separatçı  Dağlıq  Qarabağ  rejiminə  separatçı  damğası  vurulması 
Ermənistanı ağır diplomatik  vəziyyətə salmışdır. 
Bununla  belə  ara  verməyən  və  daha  da  kəskinləşən  ideoloji  müharibə 
şəraitində  antiazərbaycanizmlə  müntəzəm  barışmaz  mübarizə  günün  tələbi  olaraq 
qalır.  
«Yalan 24 saat ərzində yayılırsa, yalanı təkzib etmək üçün 100 il tələb olunur» 
zərbi  məsəlində  həqiqət  çoxdur.  Erməni  yalan  və  böhtanlarını    təkzib  etmək 
sahəsində işimizi daha da fəallaşdırmalıyıq. 
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə