Nefrologiya ixtisası üzrə yeni 93 test sualı 28. 02. 13 – cü il tarixində əlavə edilmişdir



Yüklə 117,77 Kb.
tarix06.03.2017
ölçüsü117,77 Kb.
#10380
Nefrologiya ixtisası üzrə yeni 93 test sualı

28. 02. 13 – cü il tarixində əlavə edilmişdir.


1) Amiloidozun müalicəsində kolxisin hansı dozada təyin olunur?
A) Sutkada 10 mq

B) Sutkada 1.8 - 2 mq

C) Sutkada 1.5 - 3 mq

D) Sutkada 20 - 30 mq

E) Sutkada 0.5 - 1 mq
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 361
2) Hansı xəstəlik üçün yuxarı tənəffüs yollarının xoralı - nekrotik zədələnməsi və böyrəklərin zədələnməsi xarakterikdir?
A) Dərman nefropatiyası

B) Amiloidoz

C) Hemarragik vaskulit

D) Veqener qranulomatozu

E) Xroniki qlomerulonefrit
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 276
3) Göstərilənlərdən hansı sitostatiklərin əlavə təsirlərinə aid deyil?
A) Aqranulositoz

B) İnfeksion ağırlaşmalar

C) Şəkərli diabet

D) Oliqo - azospermiya

E) Leykopeniya
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 226
4) Eritropoetinin təyininə əks göstərişlər hansılardır?

1. Dərmana qarşı allergik həssaslıq

2. Hipotoniya

3. Hemaxromatoz

4. Çətin tənzimlənən hipertenziya

5. Nutritiv statusun pozulması
A) 1, 4

B) 4, 5


C) 1, 5

D) 2, 4


E) 2, 3
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 572
5) Hansı sistem xəstəlikləri daha çox amiloidoza səbəb olur?

1. Qırmızı qurd eşənəyi

2. Revmatoidli artrit

3. Bexterev xəstəliyi

4. Düyünlü periarteriit

5. Qudpastçer xəstəliyi
A) 3, 4, 5

B) 1, 2, 5

C) 2, 3, 4

D) 1, 3, 5

E) 2, 3, 5
Ədəbiyyat:. E.M.Шилов “Нефрология” C. 249
6) Diabetik nefropatiyanın müalicəsində aşağıdakılardan hansıları istifadə edilir ?

1. Qlükokortikoidlər

2. AÇF ingibitorları

3. Sitostatiklər

4. Yüksək zülallı dieta

5. Az zülallı dieta
A) 2, 5

B) 2, 4


C) 3, 5

D) 1, 3


E) 1, 5
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 432
7) Diabetik nefropatiyanın klinikayaqədərki mərhələsinə hansı əlamətlər xasdır?

1. Nefrotik sindrom

2. Mikroalbuminuriya

3. Hematuriya

4. Yumaqcığın hiperfiltrsiyası

5. Böyrək qan dövranının artması
A) 2, 4, 5

B) 3, 4, 5

C) 1, 2, 3

D) 1, 3, 4

E) 2, 3, 5
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 427
8) 49 yaşlı xəstə 2 ildir psariazdan əziyyət çəkir, eyni zamanda iri oynaqlarda zədələnmə qeyd olunur. Ayaqlarında sidikqovucularla müalicə ilə keçməyən şişkinliyə görə hospitalizasiya olunmuşdur. Müayinə zamanı nefrotik sindrom, qaraciyərin böyüməsi müəyyən olunmuşdur . Xəstənin müalicəsində hansı preparatlardan istifadə edilməsi düzgündür ?

1. Prednizolon

2. Azatiopirin

3. Kolxisin

4. Dimetilsulfoksid

5. Unitiol
A) 3, 4, 5

B) 2, 4, 5

C) 1, 3, 5

D) 2, 3, 5

E) 1, 3, 4
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c., 346
9) Hansı halda təcili hemodializ müalicəsinə göstəriş vardır?
A) Metabolik asidoz

B) Yüksək hiperkaliemiya

C) Anasarka

D) Oliqouriya

E) Ağır hipertenziya
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 565
10) Proqramlı hemodializ alan xəstələrdə ən əlverişli damar yolu hansıdır?
A) AV - protez + Müvəqqəti kateter

B) Müvəqqəti kateter

C) AV - fistula

D) Permanent kateter

E) AV - protez
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c., 568
11) Böyrək arteriyalarının stenozunu təyin etmək üçün hansı müayinə üsulu daha əlverişlidir ?
A) Doppler USM

B) Böyrəklərin sadə USM - i

C) Sistoskopiya

D) Ekskretor uroqrafiya

E) Kompyuter tomoqrafiya
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c., 450
12) Kolxisin hansı xəstəliyin müalicəsində seçim preparatıdır ?
A) Xroniki pieloneftit

B) Periodik xəstəlik

C) Qırmızı qurd eşənəyi

D) Mielom xəstəliyi

E) Xroniki qlomerulonefrit
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 348
13) Göstərilən hansı preparat hamiləlik zamanı mütləq əks göstərişdir?
A) Vitamin preparatları

B) b - adrenoblokatorlar

C) Ca ionlarının antoqonistləri

D) Antibiotiklər

E) AÇF ingibitorlar
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 485
14) AÇF ingibitorlarının təyini hansı xəstəlik zamanı əks göstəriş sayılır?
A) Böyrəklərin amiloidozu

B) Diabetik nefropatiya

C) Xroniki pielonefrit

D) Xroniki qlomerulonefrit

E) Böyrək arteriyalarının iki tərəfli stenozu
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 448
15) Hansı hallarda Ca antoqonistlərinin təyini əks göstəriş sayılır ?

1. Hipotenziya

2. Atrioventrikulyar keçiriciliyin pozulması

3. Nefrogen hipertenziya

4. Paroksizmal taxikardiya

5. Sinus düyünün zəifləməsi sindromu
A) 2, 4, 5

B) 1, 2, 5

C) 1, 3, 5

D) 2, 3, 4

E) 3, 4, 5
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 169
16) Hansı sırada göstərilənlər ancaq prerenal kəskin böyrək çatışmazlığına səbəb olur?
A) Kardiogen şok, analgetik nefropatiya, toksiki şok

B) Hemolitiko - uremik sindrom, profuz qanaxma, kardiogen şok

C) Kəskin profuz qanaxma, ağır yanıqlar, kardiogen şok

D) Toksiki şok, pankreonekroz, tez proqressivləşən qlomerulonefrit

E) Kraş - sindrom, pankreonekroz, böyrək arteriyalarının kəskin trombozu
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c.524
17) Makroqlossiya hansı xəstəliyin patoqnomik simptomudur ?
A) AL - amiloidoz

B) Böyrək daşı xəstəliyi

C) AA - amilodoz

D) Böyrəklərin polikistozu

E) Xroniki qlomerulonefrit
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c., 357
18) Hansı sırada böyrəklərin biopsiyasına əks göstərişlər göstərilmişdir?
A) Tək böyrək, böyrək arteriyalarının anevrizması, böyrək amiloidozu

B) Böyrək şişi, böyrək venalarının trombozu , renal KBÇ

C) Tək böyrək, böyrəklərin polikistozu, qırmızı qurd eşənəyi

D) Böyrək şişi, hidronefroz , böyrək arteriyalarının anevrizması

E) Hidronefroz , boyrəklərin polikistozu , nefrotik sindrom
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 137
19) Qeyd olunanlardan hansı nefrotik sindromun ağırlaşmalarından deyil?
A) Disseminasiya olunmuş damardaxili laxtalanma sindromu

B) Kəskin böyrək çatışmazlığı

C) Nefrotik kriz

D) Müxtəlif lokalizasiyalı infeksion ağırlaşmalar

E) Hipertonik kriz
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 148
20) Göstərilənlərdən hansı xroniki böyrək çatışmazlığı zamanı anemiyanın səbəbi ola bilməz?
A) B 6; B12 ; fol turşusu; Fe bağırsaqlardan sorulmasının pozulması

B) Uremik toksinlərin təsiri nəticəsində eritrositlərin həyat fəaliyyətlərinin və funksiyalarının azalması

C) Eritropoetinin sintezinin azalması

D) Reninin sintezinin artması, prostaqlandinlərin sintezinin azalması

E) Trombositlərin funksiyasının pozulması ilə əlaqədar yaranan qanaxmalar
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 541
21) Hüceyrədaxili dehidratasiyadan fərqli olaraq hüceyrəxarici dehidratasiya zamanı hansı klinik əlamətlər rast gəlinmir?
A) Dərinin quru olması

B) Göz almalarının tonusunun azalması

C) Temperaturun yüksəlməsi

D) Arterial təzyiqin enməsi

E) Tabe olmayan qusma, susuzluq
Ədəbiyyat: Н.В. Леонтьева. Водно -элекролитный баланс и гомеостатическая функция почек.2009 г.
22) Böyrəklərdə hansı tip daşlar daha çox rast gəlinir?
A) Kalsium tərkibli daşlar

B) Fosfat tərkibli daşlar

C) Xolesterin tərkibli daşlar

D) Urat daşları

E) Sistin daşları
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 416
23) Eritropoetin defisitli anemiyanın müalicəsində istifadə olunan optimal sxem hansıdır?
A) Androgenlər; vitamin B 12; dəmir preparatları

B) Eritropoetin - alfa; androgenlər; eritropoetin -beta

C) Eritropoetin - alfa; vitamin B 12

D) Androgenlər; eritropoetin - beta

E) Eritropoetin - alfa; androgenlər; dəmir preparatları
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 572
24) Alüminium osteodistrofiyasının müalicəsində istifadə olunan metodları seçin?

1. Antasidlərin qəbulu

2. Deferoksaminin tətbiqi

3. Qalxanabənzərətraf vəzilərin rezeksiyası

4. Kalsitriolun təyini

5. Hemofiltrasiyanın tətbiqi
A) 2;5

B) 2;4


C) 3;4

D) 1;5


E) 4;5
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 571
25) 21 yaşında xəstədə doğuşdan 6 ay sonra ümumi zəiflik oynaq ağrıları nefrotik sindrom meydana çıxmışdır. Bir ay ərzində prednizolonla (50 mq sutkalıq doza ilə) müalicə müsbət nəticə vermişdir, ancaq preparatın birdən kəsilməsi xəstəliyin residivləşməsinə səbəb olmuşdur. Proteinuriya 12q/l sutkada anasarka qanda albumin 23q/l .A/t 140/80 mm.c.st ; Hb - 67q/l; EÇS - 60 mm/s; böyrək funksiyası saxlanılıb. Təxmin etdiyiniz diaqnoz:
A) Xr.qlomerulonefritin kəskinləşmə mərhələsi

B) Xr.pielonefrit

C) Böyrəklərin amiloidozu

D) Böyrəklərin polikistozu

E) Qırmızı qurd eşənəyi
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 250
26) Hansı halda qlükokortikoidlərin təyini əks göstərişdir?
A) Minimal dəyişikliklərlə gedən nefrit

B) Aktiv qurd eşənəyi nefriti

C) Vegener qranulomatozu

D) Həqiqi sklerodermik böyrək

E) Mezangioproliferativ nefrit
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 312
27) Aşağıdakılardan hansı amiloidozun əmələ gəlməsinə daha çox səbəb olur?
A) Hamısı

B) Ağciyər xərçəngi

C) Limfaqranulomatoz

D) Osteomielit

E) Revmatoid artrit
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 346
28) Nefroptoz üçün hansı klinik əlamətlər xarakterikdir?
A) Astenik bədən quruluşu

B) Böyrək sancısı

C) Hamısı

D) Fiziki yüklənmə ilə əlaqədar hematuriya

E) Neyrovegetativ pozuntu
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c.
29) Kəskin interstisial nefritə hansı klinik əlamətlər xasdır?
A) Hematuriya; kəskin böyrək çatışmazlığı;massiv leykosituriya

B) Hematuriya;massiv leykosituriya;proteinuriya 10q/l sut.

C) Hematuriya;preparata allergik reaksiya; kəskin böyrək çatışmazlığı

D) Proteinuriya 10 q/l sut.;hematuriya; kəskin böyrək çatışmazlığı

E) Massiv leykosituriya; hematuriya;preparata allergik reaksiya
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 385
30) Qeyd olunan xəstəliklərdən hansı daha az nefrotik sindroma səbəb olur?
A) Böyrək venalarının trombozu

B) Qırmızı qurd eşənəyi

C) Qlomerulonefrit

D) Diabetik nefropatiya

E) Böyrəklərin polikistozu
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 460
31) Podaqra nefropatiyası olan xəstələrə nə məsləhət görülür?

1. Gün ərzində 2 l - ə qədər maye qəbulu

2. Qələviləşdirici vasitələrin qəbulu

3. Zülal tərkibli qidaların qəbulu

4. Purin tərkibli qidaların məhdudlaşdırılması

5. Maye qəbulunu məhdudlaşdırmaq
A) 1;3;5

B) 1;2;4


C) 2;4;5

D) 3;4;5


E) 1;2;3
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 422
32) Nefrotik sindromun əsəs klinik əlamətini göstərin:
A) Taxikardiya

B) Arterial təzyiqin yüksəlməsi

C) Bel nahiyyəsində ağrı

D) Ödem


E) Dizuriya
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 208
33) Xroniki böyrək çatışmazlığının ən erkən əlaməti hansıdır?
A) Hiperkalsiemiya

B) Metabolik asidoz

C) Böyrək ölçülərinin kiçilməsi

D) Azotemiya

E) Nikturiya
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 544
34) Nefrotik sindromun diaqnostikasında ən əhəmiyyətli kriteriya hansıdır?
A) Zərdab albumininin <30q/l olması

B) Sutkada 3.5q/l - dən çox proteinuriya

C) Hiperkoaqulyasiya

D) Ödemlər

E) Hiperxolesterinemiya
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 149
35) Sidik cövhəri, kreatinin, qlükoza yumaqcıqda aşağıdakı kimi filtrasiya olunur:
A) Filtrasiya olunmur

B) Təkcə kreatinin tam filtrasiya olunur

C) Təkcə qlükoza tam filtrasiya olunur

D) Qismən

E) Tam
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 58
36) Filtrasiya olunmuş zülalın rearbsorbsiyası əsasən nefronun hansı hissəsində baş verir?
A) Yığıcı borucuqlarda

B) Henle ilgəyində

C) Proksimal və distal kanalcıqda

D) Distal kanalcıqda

E) Proksimal kanalcıqda
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 58
37) Tez proqressivləşən qlomerulonefrit göstərilən klinik əlamətlərdən hansı ilə xarakterizə olunmur?
A) Bütün sadalananlar

B) Böyrək funksiyasının kəskin azalması

C) Proteinuriya 1q/l - ə qədər

D) Hipertoniya

E) Nefrotik sindrom
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 219
38) Hansı faktorlar kəskin pielonefritin gedişini və proqnozunu ağırlaşdırır?
A) Hiperurikemiya

B) Törədicinin protey çöpləri olması

C) Qalxan urinogen yolla infeksiyalaşma

D) Hamısı

E) Sidik yollarının kəskin okkluziyası
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 402
39) Sadalananlardan hansı kəskin böyrək çatışmazlığının ən çox rast gəlinən ağırlaşmasıdır?
A) Arterial hipertenziya

B) Hipokaliemiya

C) Xroniki ürək çatışmazlığı

D) Kəskin bakterial infeksiyalar

E) İkincili hiperparatireoz
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 525
40) 45 yaşlı xəstə kişidə qulaqətrafı ağız suyu vəzilərinin hipertrofiyası, Dyupyuitren kontrakturası, proteinuriya 2.5q/l, hematuriya (50 - 60 erit.g/s) qeyd olunur. Qanda İg A - nın konsentrasiyası artmışdır. Təxmin olunan diaqnoz:
A) Hemorragik vaskulit

B) Xroniki pielonefrit

C) Qırmızı qurd eşənəyi

D) Berje xəstəliyi

E) Alkoqol etiologiyalı qlomerulonefrit
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 456
41) Qlomerulonefritin hansı variantına daha az makrohematuriya xarakterikdir?
A) Qırmızı qurd eşənəyi

B) Mezanqiokapillyar nefrit

C) Mezanqioproliferativ nefrit

D) Membranoz nefrit

E) Lipoid nefroz
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 211
42) 40 yaşında xəstə qadın uzun müddətdir xroniki pielonefritdən əziyyət çəkir. Növbəti kəskinləşmə zamanı xəstədə bel nahiyyəsində ağrılar, dizuriya, proteinuriya 0, 066q/l, subfibril temperatur, leykosituriya (40 - 50 g/s) bakteriuriya qeyd olunmuşdur. Sidiyin əkilməsi zamanı bağırsaq çöpünün titri artmışdır, böyrək funksiyası saxlanılır. Müvafiq vəziyyətdə xəstə üçün seçim preparatı hansıdır?
A) Biseptol

B) Seftriakson

C) Ampisillin

D) Eritromisin

E) Siprofloksasin
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 407
43) Hansı nozoloji forma üçün hematuriya xarakterik deyil?
A) Böyrək vərəmi

B) Berje xəstəliyi

C) Böyrəklərin amiloidozu

D) Kəskin qlomerulonefrit

E) Alport sindrom
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 353
44) Pielonefritə xas olan hansı əlamətlər düzgündür?

1. Oğlanlarda qızlara nisbətən daha az rast gəlinir

2. Daha çox uşaq yaşlarda rast gəlinir

3. Sidik passajının pozulması zamanı rast gəlinir

4. Daha çox hamiləlik zamanı rast gəlinir

5. Daha çox ürək çatışmazlığı zamanı rast gəlinir.
A) 2;3;5

B) 1;2;4


C) 1;2;3

D) 3;4;5


E) 1;3;4
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 399
45) Kəskin və xroniki qlomerulonefritin differensial diaqnostikası zamanı hansı klinik əlamətlər əhəmiyyət daşıyır?

1. Xəstəliyin anginadan 2 həftə sonra başlanması

2. Protenuriyanın miqdarı

3. Sol mədəciyin hipertrofiyası

4. Antistreptokok anticismlərin mövcudluğu

5. Makrohematuriya
A) 1;3;4

B) 3;4;5


C) 1;2;5

D) 2;3;4


E) 2;4;5
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 208
46) Fırçalı haşiyə nefronun hansı hissəsində yerləşir?
A) Distal və proksimal kanalcıqda

B) Yığıcı borucuqlarda

C) Proksimal kanalcıqda

D) Distal kanalcıqda

E) Henle ilgəyində
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 46
47) Göstərilənlərdən hansı sitostatiklərin əlavə təsirlərinə aiddir?
A) Bağırsaq pozğunluğu

B) Aqranulositoz

C) Şəkərli diabet

D) Arterial təzyiqin qalxması

E) Leykositoz
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 227
48) Prednizolon müalicəsinə tabe olmayan morfoloji formanı göstərin:
A) Mezanqiokapillyar

B) Fibroplastik

C) Ekstrakapilyar qlomerulonefrit

D) Minimal dəyişikliklərlə gedən forma

E) Mezanqioproliferativ
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 245
49) Aşağıdakı klinik əlamətlərdən hansı yumaqcıqlarda minimal dəyişikliklərlə cərəyan edən qlomerulonefrit üçün xarakterik deyil?
A) Selektiv proteinuriya

B) Müalicəyə asan tabe olması

C) Daha çox uşaqlarda rast gəlinməsi

D) Arterial hipertenziya

E) Proqnozunun nisbətən müsbət olması
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 211
50) Ortostatik proteinuriyaya xas olan əlamətlərdən hansı düzgün deyil?
A) Sutkalıq proteinuriya 1q/l - dən artıq olmur

B) Fiziki yüklənmə ilə əlaqədar olur

C) Əksər xəstələrdə böyrək çatışmazlığı yaranır

D) Çox az halda davamlı proteinuriyaya keçir

E) Horizantal vəziyyətdə proteinuriya itir
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 148
51) Göstərilən preparatlardan hansını həm KBÇ zamanı, həm də XBÇ zamanı istifadə etmək olar?
A) Ampisillin

B) Tetrasiklin

C) Sulfodimetoksin

D) Nalidks turşusu

E) Furodonin
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 557
52) Klinik olaraq nefrotik sindromun əmələ gəlməməsi ilə gedən, sutkalıq 4q/l - dən çox proteinuriya, hiperproteinemiya zamanı hansı xəstəlik haqqında fikirləşmək olar?
A) Qaraciyər sirrozu

B) Qırmızı qurd eşənəyi

C) Latent gedişli xroniki nefrit

D) Mielom xəstəliyi

E) Böyrək vərəmi
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c.
53) Aşağıdakılardan hansı nadir hallarda pielonefritə səbəb olur?
A) Şəkərli diabet

B) Hormonal kontraseptivlərin qəbulu

C) Prostatit

D) Hamiləlik

E) Revmatoid artrit
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 400
54) Dializ amiloidozuna xarakterik olan əlamətləri seçin:

1. Hemodializ müalicəsindən 10 il və daha çox vaxt keçəndən sonra əmələ gəlir

2. Zülal sələfi b2 - mikroqlobulindir

3. Hemodializdə olan xəstənin proqnozunu müəyyən edir

4. Sümük və damarların zədələnməsi ilə xarakterizə olunur

5. Makroqlossiya, paraorbital hemorragik səpkilər xarakterdir
A) 1;2;5

B) 3;4;5


C) 1;3;4

D) 2;3;5


E) 1;2;4
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 350
55) Pielonefritin xroniki böyrək çatışmazlığı mərhələsində hansı preparatları təyin etmək məsləhət deyil?

1. Aminoqlikozidlər

2. Oksasillin

3. Eritromisin

4. Polimiksin

5. Karbenesillin
A) 3;4

B) 2;4


C) 3;5

D) 1;5


E) 1;4
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 546
56) “Kəskin sidik turşulu blokada” əmələ gələ bilər:
A) Şüa ilə müalicə zamanı

B) Şişlərin sitostatiklərlə müalicəsi zamanı

C) Sadalananların heç birində

D) Şişlərin parçalanması zamanı

E) Bütün sadalanan hallarda
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 422
57) Kəskin qlomerulonefrit nəticəsində yaranan böyrək çatışmazlığı ilə xroniki qlomerulonefrit nəticəsində yaranan böyrək çatışmazlığının differensial diaqnostikasında hansı müayinə metodlarından istifadə etmək olar?

1. Reberq sınağı

2. Böyrəklərin USM - i

3. Zimnitski sınağı

4. Qan zərdabında sidik cövhərinin təyini

5. Neçiporenko sınağı
A) 3;4

B) 3;5


C) 1;3

D) 2


E) 2;5
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c.
58) Aşağıdakı xəstəliklərin hansının müalicəsində qlükokortikoid təyini məqsədyönlüdür?
A) Xr.qlomerulonefrit, hipertonik tip

B) Terminal nefrit

C) Böyrək amiloidozu

D) Xr.qlomerulonefrit, latent tip

E) Aktiv qurd eşənəyi nefriti
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 260
59) Xroniki böyrək çatışmazlığı zamanı hansı hipertenziv preparatı istifadə etmək olar?
A) Hipotiazid

B) Veraşpiron

C) Metildopa

D) Pentamin

E) Nifedipin
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 553
60) Hansı klinik hallarda kalsium daşlarının əmələgəlmə riski artır?
A) Hamısı düzdür

B) Heyvani zülalların artıq miqdarda qəbulu

C) Fiziki yüklənmə

D) Mayenin artıq miqdarda qəbulu

E) Piylənmə
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c.
61) Dializ xəstələrində eritropoetinlə müalicə hansı ağırlaşmalara səbəb ola bilər?

1. Kəskin ürək - damar çatışmazlığı

2. Kəskin ensefalopatiya

3. Hiperkalsiemiya

4. Hipertenziyanın dərinləşməsi

5. Hiperkaliemiya
A) 2;4;5

B) 1;2;4


C) 2;3;5

D) 1;4;5


E) 3;4;5
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 572
62) Kəskin qlomerulonefrit üçün hansı əlamət xarakterik deyil?
A) Xəstəliyin periodik gedişli olması

B) Makrohematuriya

C) Dərman allergiyası

D) Hipertenziya

E) Böyrək sancısı
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 207
63) Allopurinol əsasən hansı dozalarda təyin olunur?
A) Sutkada 0.3 - 0.5q . 1 - 2 ay müddətində

B) Sutkada 0.3 - 0.5qr.1 - 1.5 il müddətində

C) Sutkada 1.0qr. 5 - 6 ay müddətində

D) Sutkada 0.1qr. 1 il müddətində

E) Sutkada 0.1 - 0.2qr. 6 ay müddətində
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 424
64) Kəskin böyrək çatışmazlığının hansı forması hiperkatabolizm prosesləri nəticəsində yaranır?
A) Kraş - sindrom

B) Hepato - renal sindrom

C) Dərmanların qəbulu

D) Prerenal

E) Postrenal
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 524
65) Veqener qranulomatozu üçün xarakterik əlamətləri seçin?

1. Yuxarı tənəffüs yollarının zədələnməsi

2. Koronarit

3. Serozit

4. Ağciyərlərdə parçalanmağa meylli infiltratlar

5. Tez proqressivləşən qlomerulonefrit
A) 2;4;5

B) 2;3;5


C) 1;3;5

D) 3;4;5


E) 1;4;5
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 279
66) Hansı xəstəlikdə hipokomplementemiya rast gəlinmir?
A) Mezanqiokapillyar nefrit

B) Terminal nefrit

C) Kəskin qlomerulonefrit

D) Qırmızı qurd eşənəyi

E) Berje xəstəliyi
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 215
67) Böyrək mənşəli hipertenziyanı ağırlaşdıran dərman preparatlarını seçin:

1. Deferoksamin

2. Siklosporin

3. Lovastatin

4. Eritropoetin

5. Prednizolon
A) 3;4;5

B) 1;3;5


C) 2;4;5

D) 1;2;4


E) 2;3;4
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 164
68) 73 yaşlı pasientdə qan zərdabında Na - 170mmol/l müəyyən edilmişdir. Hipernatriemiyanın səbəbi ola biləcək ən doğru variant hansıdır?
A) Qida ilə həddən artıq xörək duzunun qəbulu

B) Uremiya

C) Dehidratasiya

D) Hiperkaliemiya

E) Hipertoniya
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c.,
69) Hamiləlik nefropatiyası zamanı hipertenzion sindromda seçim preparatını göstərin.
A) Diuretiklər

B) MgSO4


C) Hidralazin

D) Klofelin

E) Dopegit
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 489
70) Kəskin tubulointerstisial nefritin etioloji faktorları hansılardır?
A) Hamısı düzdür

B) Birləşdirici toxumanın sistem xəstəlikləri

C) İnfeksiyalar

D)


E) Dərman preparatları
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 389
71) Hipertenziyanın hansı formalarını hemodializ ilə korreksiya etmək mümkündür?

1. Həcm və natriumdan asılı hipertenziya

2. Medikamentoz Kuşinq sindromu

3. Renin asılı hipertenziya

4. Cod su sindromu

5. Siklosporin nefropatiyası
A) 2;3;5

B) 3;4;5


C) 1;2;4

D) 1;3;5


E) 2;3;4
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 567
72) Hamiləlikdə sidik yollarının infeksiyaları zamanı istifadə olunan seçim preparatlarını göstərin:
A) Polisintetik penisillinlər

B) Ftorxinolonlar

C) Makrolidlər

D) Aminoqlikozidlər

E) Tetrasiklin qrupu
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 472
73) Hamiləlik dövrü üçün xarakterik olmayan dəyişiklikləri göstərin:
A) Qan zərdabı zülallarının səviyyəsinin artması

B) Arterial təzyiqin enməsi

C) Yumaqcıq filtrasiyasının artması

D) Az miqdarda proteinuriya

E) Periodik ödemlər
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 471
74) Xroniki qlomerulonefritin nefrotik variantında patogenetik müalicə məqsədilə istifadə olunan prednizolonun 1kq. çəki üçün adekvat dozasını seçin:
A) 0.5 - 0.6 mq

B) 0,8-0,9 mq

C) 0.3 - 0.4 mq

D) 1-2 mq

E) 0.7 - 0.8 mq
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 238
75) 50 yaşlı xəstə qadın ümumi halsızlıq, onurğa nahiyəsində ağrı, kəskin arıqlama və zəiflikdən şikayətlənir. Qanda Hb - 65 q/l;proteinuriya 22q/sut., qanda albumin 43q/l. Təxmin olunan diaqnoz:
A) Xroniki qlomerulonefritin uremiya mərhələsi

B) Böyrəklərin amiloidozu

C) Mielom xəstəliyi

D) Xroniki pielonefrit

E) Böyrəklərin polikistozu
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c.
76) Hansı faktorlar urat daşlarının əmələ gəlməsinə səbəb olur?

1. Sidiyin davamlı turş mühitə malik olması

2. Sidiyin qələvi reaksiyaya malik olması

3. Hiperurikozuriya

4. İkincili böyrək mənşəli hiperurikemiya

5. Diurezin azalması
A) 2;3;4

B) 3;4;5


C) 2;3;5

D) 1;4;5


E) 1;3;5
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 420
77) Xəstədə aşağıdakı laborator göstəricilər qeydə alınmışdır: Qanda kreatinin - 150 mkmol/l, Na 135 mmol/l, K - 2 mmol/l, Cl - 110 mmol/l, HCO - 15 mmol/l. Sizin növbəti müayinə taktikanız:
A) Punksion biopsiyanın aparılması

B) Sidiyin əkilməsi

C) Sidikdə aldesteronun təyini

D) Sidiklə ammonium hidroksid və b - mikroqlobulinin ekskresiyasının təyini

E) Hemodializ müalicəsinin təyini
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c.
78) Hansı sindrom üçün göstərilən simptomokompleks xarakterikdir: Hipokaliemiya, alkoloz, renin - angiotenzin - aldesteron sisteminin aktivləşməsi, normotoniya:
A) Barter sindromu

B) Kraş - sindrom

C) Hemolitiko - uremik sindrom

D) Konn sindromu

E) Parxon sindromu
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c.,
79) Bens - Jons proteinuriyası hansı xəstəlik üçün xarakterikdir?
A) Çoxsaylı mieloma

B) Böyrək şişi

C) İg - A nefropatiya

D) Böyrəklərin polikistozu

E) Qırmızı qurd eşənəyi
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 148
80) Permanent hemodializ qəbul edən xəstələrdə ölümün ən çox rast gəlinən səbəbi nədir?
A) Dializ amilodiozu

B) Kəskin bakterial pnevmoniya

C) Kəskin virus hepatiti

D) Onkoloji xəstəliklər

E) Ürək - damar xəstəlikləri
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 574
81) Böyrəklərin funksiyasının zəifləməsi ilə gedən bədxassəli hipertoniya və assimmetrik polinevrit hansı xəstəlik üçün xarakterikdir?
A) Xroniki nefrit, hipertonik tip

B) Düyünlü poliarterit

C) Böyrək amiloidoz

D) Qırmız qurd eşənəyi

E) Hemorragik vaskulit
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 267
82) Hamilələr üçün qanda kreatinin konsentrasiyası yuxarı hədd normasını göstərin:
A) 106 mkmol/l

B) 135 mkmol/l

C) 70 mkmol/l

D) 88 mkmol/l

E) 125 mkmol/l
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 480
83) Göstərilənlərdən hansı sitostatiklərin əlavə təsirlərinə aid deyil?
A) Oliqo - azospermiya

B) Şəkərli diabet

C) Leykopeniya

D) İnfeksion ağırlaşmalar

E) Aqranulositoz
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 226
84) Böyrək eklampsiyası hipertonik krizdən hansı əlamətləri ilə fərqlənir?

1. Qıcolma sindromunun olması

2. Beyin ödeminin olması

3. Qıcolma sindiromunun olmaması

4. Beyin ödeminin olmaması

5. Görmənin pisləşməsi
A) 3 ; 5

B) 1 ; 5


C) 2 ; 4

D) 2 ; 3


E) 1 ; 2
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 487
85) Kəskin qlomerulonefrit zamanı hipertoniyanın müalicəsində seçim preaparatını göstərin:
A) Propranolol

B) Diuretiklər

C) Metildopa

D) Nifedipin

E) Hidralazin
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 233
86) Prerenal kəskin böyrək çatışmazlığının səbəblərini göstərin:

1. Ürəyin atım fraksiyasının artması

2. Dehidratasiya

3. Hipervolemiya

4. Kollaps

5. Hipertonik kriz
A) 3 ; 4

B) 4 ; 5


C) 1 ; 2

D) 2; 3


E) 2 ; 4
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 525
87) “Renal osteodistrofiyalar” nə ilə xarakterizə olunur ?
A) Subperiostal eroziyalar

B) Osteomalyasiya

C) Hamısı düzdür

D) Osteoskleroz

E) Fibroz osteit
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 543
88) Kəskin böyrək çatışmazlığı üçün xarakterik olmayan əlamətləri seçin:
A) Kəskin və qəfil başlanğıc

B) Kollaps

C) Böyrək ölçülərinin kiçilməsi

D) Hiperkaliemiya

E) Oliquriya
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 524
89) Qarışıq nefrit anlayışına hansı sindromlar uyğun gəlir?
A) Nefrotik+sidik sindromu

B) Nefritik+böyrək çatışmazlığı

C) Sidik sindromu+hipertenziya

D) Nefrotik+ hipertenziya

E) Böyrək çatışmazlığı+ hipertenziya
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 198
90) Podaqra zamanı böyrəklərin zədələnməsinin morfoloji variantını göstərin:
A) İnterstisial nefrit

B) Membranoz nefrit

C) Fokal - seqmentar hialinoz

D) Mezanqiokapiliyar nefrit

E) Mezanqioproliferativ nefrit
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 421
91) Mielom böyrəklər üçün xarakterikdir:

1. Proteinuriya

2. Hematuriya

3. Nefrotik sindrom

4. Kanalcıq pozğunluqları

5. Arterial hipertenziya
A) 2;3

B) 2;5


C) 1;5

D) 3;4


E) 1;4
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c.
92) Ekskretor uroqrafiyadan sonra yaranan kəskin böyrək çatışmazlığı ən çox hansı xəstəlikdə rast gəlinir?
A) Düyünlü periarteriit

B) Mielom xəstəliyi

C) Böyrəklərin polikistozu

D) Xroniki nefrit, nefrotik variant

E) Böyrək parenximasının xərçəngi
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c.
93) Böyüklərdə Fankoni sindromu rast gələn xəstəliklər sırasını seçin:

1. Vilson - Konovalov xəstəliyi

2. Salisilatlarla zəhərlənmə

3. Mielom xəstəliyi

4. Xroniki qlomerulonefrit

5. Şəkərli diabet
A) 1;3;4

B) 3;4;5


C) 2;3;5

D) 1;2;3


E) 2;4;5
Ədəbiyyat: E.M.Шилов “Нефрология”,c. 366
Yüklə 117,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin