Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur



Yüklə 16,49 Kb.
tarix22.10.2022
ölçüsü16,49 Kb.
#65797
Ardnf


Azərbaycan Respublikasının Dövlət Neft Fondu və onun formalaşması
“Neft – Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”-Azərbaycan Respublikasının Ümummilli Lideri
Heydər Əliyev
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) AR Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə təsis edilmişdir. Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Fondun hər il təsdiq olunan büdcəsi vardır. Fondun gəlirlər hissəsi Azərbaycan Respublikasının payına düşən xam neftin və qazın satışından əldə olunan gəlir (qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərtilə), akrhesabı ödənişlər, bonus ödənişlər, xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı, fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir və digər mənbələr hesabına formalaşır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur.
ARDNF-nin vəsaiti:

  1. Hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər,

  2. Bonuslar,

  3. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən ödənilən akrhesabı ödənişlər,

  4. Dividendlər,

  5. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər,

  6. Sərmayəçilər tərəfindən təhvil verilən aktivlərdən əldə edilən gəlirlər,

  7. ARDNF-nin aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər,

  8. Qrantlar və digər təmənnasız yardımlar,

  9. Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar hesabına formalaşır.

ARDNF Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq yaradılmış hüquqi şəxsdir. ARDNF Azərbaycan Respublikasının qanunvericiliyi, ARDNF haqqında Əsasnamə və digər normativ-hüquqi sənədlərlə müəyyən edilən səlahiyyətləri həyata keçirərək müstəqil fəaliyyət göstərir. ARDNF Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır. ARDNF eləcə də, özünün nəzarətedici orqanı olan Müşahidə Şurasına və Milli Məclis tərəfindən yaradılmış Hesablama Palatasına hesabat verir.
ARDNF-nin yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həyata keçirilir.
ARDNF-nin fəaliyyətinə ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının başlıca vəzifəsi ARDNF-nin icraçı direktoru tərəfindən hazırlanan ARDNF-nin illik büdcə layihəsinə və büdcəsinin icrası barədə hesabatlara, illik hesabatlara, maliyyə fəaliyyətinin auditinin nəticələrinə rəy verməkdir. Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə Müşahidə Şurasının 6 nəfərdən ibarət tərkibi təsdiq edilmişdir.
ARDNF-yə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən icraçı direktor rəhbərlik edir. ARDNF-nin icraçı direktoruna ARDNF-ni qanuni olaraq təmsil etmək, işçiləri vəzifəyə təyin və vəzifədən azad etmək, ARDNF-nin işini təşkil etmək, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq ARDNF-nin vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək səlahiyyətləri verilmişdir. İcraçı direktor ARDNF-nin illik büdcəsini, Fondun vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir.
ARDNF-nin büdcəsinin icrası Müşahidə Şurası tərəfindən verilmiş rəy əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş ARDNF-nin büdcəsinə, o cümlədən vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramına) və illik xərclər smetasına uyğun olaraq həyata keçirilir.
ARDNF-nin valyuta vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar»a uyğun olaraq həyata keçirilir.
ARDNF-nin gündəlik idarə edilməsi, habelə vəsaitlərinin yerləşdirilməsi üçün ARDNF-nin vəzifəli şəxslərindən ibarət icraedici komitə və investisiya şurası yaradılıb.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir.
Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır və illik maliyyə hesabatlarını tərtib edir. Fondun illik maliyyə hesabatları Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi müstəqil auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır.
Fond Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatlarını və “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və nəqlinə dair digər sazişlərin həyata keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər:
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla); və s.
Yüklə 16,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin