Nəqliyyat müəssisələrində innovasiya layihələrinin gəlirliliyinin qiymətləndirilməsi
İnnovasiya anlayışını ilk dəfə Jozef Şumpeter elmə gətirmişdir. Onun 1911- ci ildə yazdığı “İqtisadi inkişaf nəzəriyyəsi” elmi əsərində “iqtisadi inkişafda yeni kombinasiyalar” problemləri ilk dəfə olaraq tədqiq olunur. Bu əsərdə yeni kombinasiyalar kimi innovasiya prosesi öyrənilir.
Milli iqtisadiyyatda, o cümlədən nəqliyyatın iqtisadiyyatındakı struktur dəyişikliklərində innovasiya texnoloqiyalarının inkişafı diqqəti çəkir. İnnovasiya proseslərinin xüsusiyyətləri isə Azərbaycanda mövcud olan texnoloji sifarişin sürət və keyfiyyətilə müəyyənləşir. İnnovasiya perespektiv dövr üçün əsas inkişaf amilidir. Ancaq elmi ictimaiyyətdə və təcrübi işlərdə “ innovasya “ anlayışı barədə hələ də yekdil bir fikir birliyi yoxdur.
Hal-hazırda "innovasiya" anlayışını müəyyən etmək üçün aşağıdakı iki yanaşmadan istifadə olunur:
- innovasiya yaradıcı bir prosesin nəticəsi kimi qəbul edilir;
- innovasiya yeniliyin tətbiqi prosesi kimi təqdim olunur.
Təcrübi fəaliyyətdə "yenilik", "innovasiya", "yeni baxım" anlayışları eyni şəkildə istifadə olunur. Lakin heç də həmişə yeni bir fikir innovasiya deyildir.
Əgər işlənmiş yeni bir ideya inkişaf etdirilirsə, diaqramlarda, sxemlərdə və ya cizgilərdə ətraflı təsvir olunursa, lakin hər hansı bir sənaye və ya sahədə istifadə edilmirsə və bazarda istehlakçı tapa bilmirsə, bu yeni ideya yaradıcı işin nəticəsidir və innovasiya deyildir.
Beləliklə, innovasiyanın əsas meyarları aşağıdakılardır:
elmi və texniki yenilik;
praktik təcəssüm (sənaye tətbiq);
kommersiya cəhətdən fiziki-iqtisadi, yəni innovasiya bazar tərəfindən "qəbul olunan", yəni bazarda həyata keçirilə bilər;
öz növbəsində müəyyən istehlakçı tələblərini təmin etmək qabiliyyətini bildirir.
"İnnovasiya" anlayışı əvəzinə sinonim kimi "yenilik" terminindən istifadə etmək olar. İnnovasiya yenilikdən istifadə deməkdir.
İnnovasiya (latın sözü “inovatio”, ingilis sözü “innovation” – yenilik)) təcrübi fəaliyyətdə istifadə edilən yeni və ya təkmilləşdirilmiş texnoloji proses, bazarda satılan yeni və ya təkmilləşdirilmiş məhsullar şəklində realizasiya olunan insan yaradıcılığının, elmi tədqiqatların son nəticəsidir [1].
İnnovasiya istehlakçıların ehtiyaclarını ödəmək üçün innovasiya yaratmaq və tətbiq etmək məqsədilə xüsusi olaraq təşkil edilmiş yeni bir ideyanın həyata keçirilməsi, təcrübi fəaliyyətin nəticəsidir. Hansı ki, xüsusən innovasiya hələ seriyalı istehsala buraxılmadığı zaman, erkən mərhələdə istehsal prosesinin təkmilləşdirilməsi txnologiyası kimi istifadə edilmədiyi erkən mərhələdə iqtisadi baxımdan həddindən çox xərclər tələb edən bir prosesdir.
İnnovasiya prosesinin obyektləri aşağıdakılar ola bilər:
məhsullar (növləri, keyfiyyəti, səciyyəvi xüsusiyyətləri);
materiallar (növlər, xüsusiyyətlər);
istehsal vasitələri;
texnoloji proseslər;
insan amili (insan potensialı, təhsil səviyyəsi, ixtisaslar);
sosial münasibətlər sahəsi;
təşkilati dəyişikliklər, yenidən təşkil.
XX əsrin 80-ci illərinə qədər xarici ölkələrin təcrübəsind innovativ proseslərin təşkili üçün xətti modeldən də istifadə edilmişdir. Bununla yanaşı, qərb modeli ilə keçmiş sovetlər məkanında tətbiq edilən modellər arasındakı fərq innovasiya fəaliyyətinin son istehlakçıya yönəldilməsindədir, bu da baxılan iqtisadi kateqoriyanın bazar xarakterli olmasını göstərir. N.D. Kondratevin “uzun dalğalar nəzəriyyəsi” əsasında J. Şumpeter “innovasiyanı” elmi - texnniki tərəqqinin nəticələrinin həyat tsiklinin bir mərhələsi kimi xarakterizə edir: müəlliflik (ixtira) - innovasiya (tətbiq) - imitasiya (replikasiya). İnnovasiya prosesində aşağıdakı komponentlər fərqləndirilir: tədqiqat, inkişaf, layihələndirmə (dizayn), istehsal, marketinq, satış, xidmət.
İnnovasiya prosesinin xətti təşkili formasında əsas mərhələləri şəkil 1.1 - də verilmişdir..
Dostları ilə paylaş: |