Neuron’ sistemində ilkin problemlərin həlli Texniki tapşırıq Ümumi məlumatlar



Yüklə 197,31 Kb.
tarix07.02.2022
ölçüsü197,31 Kb.
#52216
texniki Tapşırıq.

NEURON’ sistemində ilkin problemlərin həlli


Texniki tapşırıq



  1. Ümumi məlumatlar



    1. Sənədin təyinatı

Bu texniki tapşırıq Azərbaycan Dövlət Pedaqoji Universitetinin tətbiq edəcəyi “Neuron” sistemindəki ilkin problemlərin həlli ilə bağlı tələb və prosedurları müəyyənləşdirir.

    1. İcraçı və sifarişçinin adı

Sifarişçi : Azərbaycan Dövlət Pedaqoji Universiteti

İcraçı : Neuron Technologies MMC şirkəti



    1. Neuron” sistemində ilkin problemlərin həlli ilə bağlı işlərin başlanması və başa çatdırılması üzrə planlaşdıırlmış müddət

İşlərin başlanılması : 26.04.2020
İşlərin başa çatdırılması : _________

  1. Sayta dair tələblər.

    1. Saytın strukturu və funksionallığına dair tələblər.

Sayt internet şəbəkəsində https://adpu.unibook.az/ domain adı ilə bütün ölkələr üzrə hərkəsə əlçatan olan məlumat strukturu olmalıdır.

Saytın funksiyaları aydın olaraq müəyyən edilmiş və bir-biri ilə əlaqəli olan bölmələrdən ibarət olmalıdır.



    1. Personala dair tələblər.

Sayta məlumatların əlavə edilməsi və idarə olunması sisteminin veb interfeysini idarəetmək üçün şəxsi kompüter və standart web browser ilə işləməkdə ümumi bacarığından başqa xüsusi texniki bacarıq, bilik və proqram təminatları tələb olunmamalıdır.

  1. Funksional imkanlara dair tələblər

    1. Tələbənin şəxsi səhifəsinə dair tələblər.

Tələbələr öz şəxsi səhifəsinə daxil olaraq şəxsi məlumatları, akademik məlumatlarını (semestr üzrə nəticələr), elektron jurnal vasitəsilə gündəlik dərs nəticələrini və digər məlumatları (hesabatları) görə bilməlidilər.

Tələbələr fənnlər üzrə nəticələrini sistemdən çıxara bilməlidir.



    1. Müəllimin şəxsi səhifəsinə dair tələblər

Müəllim öz şəxsi səhifələrinə daxil olaraq şəxsi məlumatlarını, semestr üzrə dərs deyəcək fənnlər üzrə müvafiq qrupları görə bilməlidilər.

Müəllim qrup üzrə tələbələri görməli, elektron jurnalda tələbələri qiymətləndirməli və qiymətləndirmə nəticəsində semestr sonunda tələbələrin imtahan qabağı nəticələrini və imtahan sonrası yekun qiymət cədvəlini sistemdən daha öncədən təyin edilmiş frmada çıxara bilməlidir.



    1. Sazlamalar bölməsi üzrə tələblər

Hazırda çalışmayan bölmə aktiv edilməli və sazlamalar bölməsi ilə istifadəçilər hesab tənzimlərini edə bilməlidilər.

    1. MİS bölməsi üzrə tələblər

Təşkilati struktur səhifəsində hazırda düzgün şəkildə işləməyən süzgəclər (filtrlər) düzəldilməlidir. (3.7 bənddə süzgəclər üzrə tələblər qeyd edilmişdir)

Ümumi fakültə sayları, Ümumi tələbə sayları və Ümumi müəllim saylarında bir-birinə uyğun gəlməyən və yanlış saylar göstərilmişdir.



Kadrlar, Tələbələr və Əcnəbi tələbələr səhifələrində hazırda düzgün şəkildə işləməyən süzgəclər (filtrlər) düzəldilməlidir. (3.7 bənddə süzgəclər üzrə tələblər qeyd edilmişdir)

Əmrlər səhifəndə əlavə edilmiş bütün əmrlər görünmür. Yalnız istifadəçiyə uyğun əmrlər göstərilməlidir.

    1. TİS bölməsi üzrə tələblər

Hazırda düzgün şəkildə işləməyən süzgəclər (filtrlər) düzəldilməlidir. (3.7 bənddə süzgəclər üzrə tələblər qeyd edilmişdir)

Bu səhifəyə fənnlərin daha sürətli tapılması üçün yeni süzgəc (filtr) əlavə edilməlidir. Süzgəc vasitəilə fənnlərin tədris ili, semestr, fakültə, ixtisas və s bölmələr üzrə qruplaşdırılması mümkün olmalıdır.

Tədris planları səhifəsində əlavə edilmiş tədris planları görünsə də, tədris planlarına daxil olaraq, onlarla tanış olmaq mümkün deyil.


    1. Hesabat bölməsi üzrə tələblər

Sistemdən hesabat formalarını düzgün formada çıxarmaq mümkün deyil. Bir çox hesabat forması daha öncədən ADPU tərəfindən hazırlanması üçün təqdim edilən hesabat nümunələrinin nüsxəsidir.

Bəzi hesabat formalarında isə çıxarmaq istədikdə, sistemdə xəta baş verir.



    1. Süzgəclər (filtrlər) üzrə tələblər

Bəzi süzgəclərdə xanalar üzrə Universitet və filialların adları tam formada oxunulmur. Universiteti seçdikdə fakültə xanasında müvafiq universitet üzrə fakültələrin siyahısı götərilmir (ümumi götərilir).
Fakültə xanasında fakültələrin siyahısı düzgün göstərilmir (bəzi fakültələrin adları 2-3 dəfə təkrarlanır)

Bəzi süzgəclərdə yalnız kafedra xanası aktivdir.



Ətraflı axtarış süzgəcində 1-2 xanadan (ad, soyad, yaşa görə axtarış xanaları) başqa digər xanalar aktiv deyil.





  1. Digər tələblər

    1. Sistemin sifarişçinin müraciəti əsasında mümkün olan yeni hesabat formaları və funksiyaları təqdim etmə imkanı olmalıdır.

    2. Sistem digər platformlar ilə inteqrasiyaya uyğun olmalı.

Yüklə 197,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin