Nevrologiya ixtisası üzrə 108 nümunəvi test sualları 23. 11. 12-ci il tarixində əlavə olunmuşdur



Yüklə 138 Kb.
tarix01.01.2017
ölçüsü138 Kb.
#4222
Nevrologiya ixtisası üzrə 108 nümunəvi test sualları
23.11.12-ci il tarixində əlavə olunmuşdur.

1) Dəhliz sinirinin müayinəsində hansı müayinə üsulundan istifadə edilmir?
A) Kalorik sınaq

B) Mittelmayer testi

C) Fırlanma sınağı

D) Veber sınağı

E) Otana fenomeni
Ədəbiyyat: Ədəbiyyat:R.K.Şirəliyeva “Sinir sistemi xəstəlikləri”Bakı-2003,səh 72-73
2) Mərkəzi hərəki neyronun pozulma simptomlarına aşağıdakılardan hansı aid deyil?
A) Hiperrefleksiya

B) Patoloji reflekslər

C) Karpo-radial refleks

D) Əzələ hipertoniyası

E) Klonuslar
Ədəbiyyat: Ədəbiyyat:R.K.Şirəliyeva “Sinir sistemi xəstəlikləri”Bakı-2003,səh 88-90
3) Vegetativ sinir sisteminin müayinə üsullarından biri düzgün göstərilməyib.Səhvi tapın.
A) Qordon refleksi

B) Hering refleksi

C) Danini-Aşner refleksi

D) Ştange sınağı

E) Klinostatik Daniellopu refleksi
Ədəbiyyat: Ədəbiyyat:R.K.Şirəliyeva “Sinir sistemi xəstəlikləri”Bakı-2003,səh 113
4) Vegetativ sinir sisteminin vəziyyətini qiymətləndirmək üçün hansı maddələrlə. Farmokoloji sınaqlar aparılır?
A) İnsulin,heparin

B) Qlükoqon,adrenalin

C) Heparin,tsiklosporin

D) Pilokarpin,atropin

E) Prednizolon,atropin
Ədəbiyyat: Ədəbiyyat:R.K.Şirəliyeva “Sinir sistemi xəstəlikləri”Bakı-2003,səh 112
5) Akinetik-rigid sindrom hansı sistemin zədələnməsi zamanı meydana çıxır?
A) Piramid sistemin

B) Vegetativ sinir sisteminin

C) Neyrohumoral sistemin

D) Endokrin sistemin

E) Ekstrapiramid sistemin
Ədəbiyyat: Ədəbiyyat:R.K.Şirəliyeva “Sinir sistemi xəstəlikləri”Bakı-2003,səh 83
6) 32 yaşlı pianoçu kişi poliklinikaya əlin I,II,III barmaqlarının keyiməsi, əlində tutulma hissinin olması şikayətləri ilə müraciət etmişdir.Anamnezinə görə keyimə əvvəllər keçici xarakterli olub,son vaxtlar isə daimi olub,hətta dirsəyə və saiddə də ötürüən ağrıların olmasından şikayətlənir.Əlin vəziyyətini dəyişdikdə ağrıların azadığını qeyd edir. İlkin diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Orta sinirin nevropatiyası

B) Bilək kanalı sindromu

C) Dirsək sinirinin nevropatiyası

D) Bazu kələfinin zədələnmə simptomu

E) Dirsək sinirinin kompressiyası sindromu
Ədəbiyyat: Ədəbiyyat:R.K.Şirəliyeva “Sinir sistemi xəstəlikləri”Bakı-2003,səh 250-251
7) Birincili və ikincili insultun profilaktikası məqsədi ilə istifadə edilən trombun əmələ gəlməsinin qarşısını alan preparatlar qrupuna hansı aiddir?
A) Nimodipin

B) Aspirin

C) Streptokinaza

D) Pentoksifillin

E) Sulfinpirazon
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.15
8) Beyin işemiyasının müalicəsində istifadə olunan, trombun əmələ gəlməsinin qarşısını alan preparatlara qrupuna aid olmayan hansıdır?
A) Fraksiparin

B) Suloksidil

C) Tiklopidin

D) Varfarin

E) Nimodipin
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.15
9) Beyin işemiyasının müalicəsində istifadə edilən varfarin hansı preparatlar qrupuna aiddir?
A) Antikoaqulyantlara

B) β adrenergik reseptorların mimetiklərinə

C) β adrenergik reseptorların blokatorlarına

D) Kalpokainlərin inhibitorlarına

E) Serebroprotektorlara
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.15
10) Işemik insultun müalicəsində tətbiq olunan hansı preparat hematoensefalitik baryeri keçmədiyi üçün benin normal və zədələnmiş sahələri arasında təzyiq qradientini artıra bilər?
A) Natrium xloridin fizioloji məhlulu

B) Tiklopidin

C) Nimodipin

D) Fraksiparin

E) Mannitol
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.10
11) İşemik insult zamanı hiperventilyasiya nə vaxt aparılmalıdır?
A) İlk 24 saat ərzində

B) 48 saat ərzində

C) 72 saatdan sonra

D) 48 saatdan sonra

E) 72 saat ərzində
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.10
12) İnsult baş verdikdən sonra işemik insultun ən yüksək hemorrargik transformasiya ehtimalı nə zaman mümkündür?
A) 4 həftə ərzində

B) ilk 2 həftə ərzində

C) 10 həftə sonra

D) 8 həftə sonra

E) 3 həftə ərzində
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.10
13) İşemik insultun müalicəində istifadə edilən aspirin preparatı haqqında aşağıdakılardan hansı səhvdir?
A) Trombositlərin adenozinfosfat kanallarını geriyə dönməyən şəkildə blokada edir.

B) Tsiklooksigenazanı inaktivləşdirməklə trombosilərin funksiyasını pozur.

C) Antiaqreqant preparatlar qrupuna aiddir.

D) Birincili və ikincili insultların profilaktikası üçün istifadə edilir.

E) Tövsiyyə edilən sutkalıq dozası 30-1300 mq-dır.
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.11-12
14) İşemik insultun müalicəsində istifadə olunan tiklopidinin sutkalıq tövsiyyə olunan dozası hansıdır?
A) 1x 50 (50mq)

B) 1 x 100 mq (100)

C) 2 x 250 mq (500mq)

D) 3 x 300 (900mq)

E) 2 x 500mq (1000 mq)
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.12
15) İşemik insultun müalicəsində istifadə olunan ,ilan zəhərindən alınan fibrinolitik preparat hansıdır?
A) Nimodipin

B) Aspirin

C) Streptokinaza

D) Ankrod

E) Tiklopidin
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.13
16) Aşağıdakılardan hansı hemorragik insulta aid deyil ?
A) Hipoosmolyar məhlul(5 %-li qlükoza ) köçürülür.

B) Kəskin və qəflətən başlayır.

C) Ürəkbulanma,qusma,fotofobiya ,boyun əzələlərinin rigidliyi qeyd edilir.

D) Kəskin baş ağrıları ilə müşayiət olunur.

E) Huşun müvəqqəti pozulması qeyd olunur.
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.25
17) Sirinqomieliya zamanı hissiyyatın hansı tip pozulması baş verir?
A) Naqil tip

B) ”Gödəkçə” şəklində -spinal-seqmentar tip

C) Serebral tip

D) Distal və ya polinevritik tip

E) Spinal naqil tip
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-51
18) 41 yaşlı xəstədə bədənin sol tərəfində : əzələ-oynaq hissiyyatı pozulub, aşağı ətrafların spastik iflici qeyd olunur,bədənin sağ tərəfində isə ağrı və temperatur hissiyyatı pozulub.Bu klinik şəkil aşağıdakılardan hansına uyğundur?
A) Hissiyyatın naqil tipli pozulmasına

B) Hissiyyatın seqmentar tipli pozulmasına

C) Hissiyyatın spinal-seqmentar tipli pozulmasına

D) Meningial sindroma

E) Broun-Sekar sindromuna
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-50-51
19) Elektroensefaloqrama (EEQ)-da normada alınan ritmik dalğalardan biri səhv verilib.Səhvi tapın.
A) Qamma-ritm

B) Teta-ritm

C) Alfa-ritm

D) Delta -ritm

E) Beta –ritm
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 1 -Москва –Медицинская Литература -2005,стр.446
20) Sakitlik vəziyyətində normada yekin şəxslərdə elektroensefaloqrama (EEQ)-da hansı ritmik dalğalar üstünlük təşkil edir?
A) Alfa-ritm

B) Teta-ritm

C) Delta –ritm

D) Beta –ritm

E) Teta-delta ritm
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 1 -Москва –Медицинская Литература -2005,стр.446
21) Üçlü sinirin nevralgiyasının müalicəsində istifadə edilən ilk seçim preparatı hansıdır?
A) Lidokain

B) Amitriptillin

C) Valproat turşusu

D) Lamotridcin

E) Karbamazepin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник прфктического врача-Москва-2005,стр-72
22) Üçlü sinirin nevralgiyasında karbamazepinin başlanğıc dozası nə qədərdir?
A) 60 mq X 4 dəfə

B) 100mq X 2 dəfə

C) 30mq X 1 dəfə

D) 200 mq X 2 dəfə

E) 150 mq X 3 dəfə
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-72
23) Üçlü sinirin nevralgiyasında təyin edilən karbamazapinin maksimal sutkalıq dozası nə qədərdir?
A) 250 mq

B) 1500mq

C) 1000 mq

D) 1200 mq

E) 500 mq
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-72
24) Karbamazepinin əlavə təsirlərindən biri düzgün göstərilməyib. Səhvi tapın.
A) Baş ağrısı

B) Ataksiya

C) Görmənin pozulması

D) Başgicəllənmə

E) Bronxospazm
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-72
25) Karbamazepinin digər adı nədir?
A) Neyrontin

B) Fluoksetin

C) Topiramat

D) Tramal

E) Finlipsin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-70
26) Qabapentinin digər adı nədir?
A) Sertalin

B) Serotonin

C) Finlipsin

D) Difenin

E) Neyrontin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-70
27) Nevropatik ağrıları aradan qaldıran opioid analgetik hansıdır?
A) Fenitoin

B) Tramadol

C) Qabapentin

D) Lamotridjin

E) Karbamazepin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-71
28) Aşağıdakı nootrop preparatlardan hansı neyrometabolik təsirə malikdir?
A) Aktovegin

B) Xolin alserofosfat

C) Fenibut

D) Memantin

E) Korteksin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-217
29) Aşağıdakı nootrop preparatlardan hansı neyrotrofik təsirlidir?
A) Pirasetam

B) Nimodipin

C) Serebrolizin

D) Semaks

E) Memantin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-217
30) Aşağıdakı nootrop preparatlardan hansı vazoaktiv təsirlidir?
A) Serebrolizin

B) Korteksin

C) Semaks

D) Memantin

E) Niserqolin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-218
31) Aşağıdakı nootrop preparatlardan hansı kombinə edilmiş təsirə malikdir?
A) Viposetin

B) Fenotropil

C) Nimodipin

D) Instenon

E) Aktovegin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-218
32) Hansı preparat və aid olduğu qrup düzgün göstərilməyib.
A) Aktovegin-asetil L-karnitin törəməsidir.

B) Pirasetam-pirolidon törəməsidir.

C) Qalantamin-xolinesterazanın inhibitorudur

D) Serebrolizin-beyin toxumasının hidrolizatıdır

E) Nimodipin-Ca antoqonistidir
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-217
33) Spastik(Piramid) tip əzələ hipertonusu üçün aşağıdakılardan hansı səciyyəvi deyil?
A) Sakitlikdə Yuxarı ətraflarda bükücü əzələlərdə,pronatorlarda hipertonus

B) Təkrarı passiv hərəkətlərdə əzələ hipertonusunun azalması

C) Əzələ hipertonusu ilə patoloji reflekslərin yanaşı müşahidə olması

D) Sakitlikdə Aşağı ətraflarda açıcı əzələlərdə hipertonus

E) ”Dişli çarx” fenomeni
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-81
34) Plastik(ekstapiramid )tip əzələ hipertonusu üçün hansı cavab doğrudur?
A) Sakitlikdə Yuxarı ətraflarda bükücü əzələlərdə,pronatorlarda hipertonus

B) Sakitlikdə Aşağı ətraflarda açıcı əzələlərdə hipertonus

C) Təkrarı passiv hərəkətlərdə əzələ hipertonusunun azalması

D) Əzələ hipertonusu ilə patoloji reflekslərin yanaşı müşahidə olması

E) Postural reflekslərin sabitliyi
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-81
35) Başgicəllənməsinin müalicəsində hansı preprat istifadə edilmir?
A) Skopolomin

B) Aminazin

C) Furosemid

D) Diazepam

E) Klonazepam
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-192
36) Hansı preparat və aid olduğu qrup düzgün göstərilməyib?
A) Metoklopramid-Adrenomimetiklərə aiddir

B) Betahistin –Histaminergik vasitələrə aiddir

C) Diazepam-Benzodiazapinlərə aiddir

D) Aminazin- dofamin reseptorlarının blokatorudur

E) Skopolomin-Antixolinergik vasitələrə aiddir
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-191
37) İşemik insultun inkişafında əsas risk amili hansıdır?
A) Cinsi mənsubiyyət

B) Genetik meyillilik

C) Arterial hipertenziya

D) İrqi mənsubiyyət

E) Qanda YSLP(yüksək sıxlıqlı liportoteidlər) çox olması
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 8
38) Arterial təzyiqin hansı səviyyədə olması təsnifata əsasən optimal təzyiq hesab edilir?
A) Sistolik (SAT) 120-129, diastolik (DAT) 80-84 mm.c.st.

B) Sistolik (SAT) <120, diastolik (DAT) < 80 mm.c.st.

C) Sistolik (SAT) 140-159, diastolik (DAT) 90-99 mm.c.st.

D) Sistolik (SAT) 160-179, diastolik (DAT) 100-109 mm.c.st.

E) Sistolik (SAT)130-139, diastolik (DAT) 85-89 mm.c.st.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 8
39) Arterial təzyiqin hansı səviyyədə olması təsnifata əsasən normal təzyiq hesab edilir?
A) Sistolik (SAT)130-139, diastolik (DAT) 85-89 mm.c.st.

B) Sistolik (SAT) <120, diastolik (DAT) < 80 mm.c.st

C) Sistolik (SAT) 120-129, diastolik (DAT) 80-84 mm.c.st.

D) Sistolik (SAT) 160-179, diastolik (DAT) 100-109 mm.c.st.

E) Sistolik (SAT) 140-159, diastolik (DAT) 90-99 mm.c.st.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 8
40) Arterial təzyiqin hansı səviyyədə olması təsnifata əsasən yüksək normal təzyiq hesab edilir?
A) Sistolik (SAT) 160-179, diastolik (DAT) 100-109 mm.c.st.

B) Sistolik (SAT) 140-159, diastolik (DAT) 90-99 mm.c.st.

C) Sistolik (SAT)130-139, diastolik (DAT) 85-89 mm.c.st.

D) Sistolik (SAT) <120, diastolik (DAT) < 80 mm.c.st

E) Sistolik (SAT) 120-129, diastolik (DAT) 80-84 mm.c.st.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 8
41) Arterial təzyiqinin hansı səviyyədə olması təsnifata əsasən I-hipertenziya hesab edilir?
A) Sistolik (SAT) 120-129, diastolik (DAT) 80-84 mm.c.st.

B) Sistolik (SAT)130-139, diastolik (DAT) 85-89 mm.c.st.

C) Sistolik (SAT) 160-179, diastolik (DAT) 100-109 mm.c.st

D) Sistolik (SAT) <120, diastolik (DAT) < 80 mm.c.st

E) Sistolik (SAT) 140-159, diastolik (DAT) 90-99 mm.c.st.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 8
42) Arterial təzyiqinin hansı səviyyədə olması təsnifata əsasən II-hipertenziya hesab edilir?
A) Sistolik (SAT) <120, diastolik (DAT) < 80 mm.c.st

B) Sistolik (SAT) 140-159, diastolik (DAT) 90-99 mm.c.st.

C) Sistolik (SAT)130-139, diastolik (DAT) 85-89 mm.c.st.

D) Sistolik (SAT) 160-179, diastolik (DAT) 100-109 mm.c.st

E) Sistolik (SAT) 120-129, diastolik (DAT) 80-84 mm.c.st.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 8
43) Arterial təzyiqinin hansı səviyyədə olması təsnifata əsasən III – hipertenziya hesab edilir?
A) Sistolik (SAT) <120, diastolik (DAT) < 80 mm.c.st

B) Sistolik (SAT) 160-179, diastolik (DAT) 100-109 mm.c.st

C) Sistolik (SAT) 120-129, diastolik (DAT) 80-84 mm.c.st.

D) Sistolik (SAT)≥180, diastolik (DAT) ≥110

E) Sistolik (SAT) 140-159, diastolik (DAT) 90-99 mm.c.st.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 8
44) Hansı şkalanın köməyi ilə insutun xəstəxanaya qədərki,mərhələdə qiymətləndirilməsi mümükündür?
A) Sinsinatti

B) Qlazqo

C) Apqar

D) Silverman

E) Duboviç
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 23
45) Xəstədə beyin qan dövranının kəskin pozulması güman edilirsə,antihipertenviz terapiya aparılmasına hansı halda icazə verilir?
A) Sistolik (SAT) 160-179, diastolik (DAT) 100 mm.c.st

B) Sistolik (SAT) 120-129, diastolik (DAT) 80-84 mm.c.st.

C) Sistolik (SAT) > 180, diastolik (DAT) > 105mm.c.st.

D) Sistolik (SAT) <120, diastolik (DAT) < 80 mm.c.st

E) Sistolik (SAT) 140-159, diastolik (DAT) 90-99 mm.c.st.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 22
46) Beyin qan dövranının kəskin pozulması güman edilən xəstənin stasionara çatdırılmasının optimal müddəti nə qədərdir?
A) 2 saatdan sonra

B) 3 saat

C) 4 saatdan sonra

D) ilk 2 saat

E) 3,5 saatdan sonra
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 22
47) Parkinson xəstəliyinin müalicəsində istifadə olunan preparatlardan biri düzgün göstərilməyib.Səhvi tapın.
A) Piribedil

B) Bromkriptin

C) Metoklopramid

D) Levodopa

E) Amantadin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-555
48) Baş beynin və kəllədaxili təzyiqin artmasının klinik əlamətləri mövcud olduqda xəstəyə hansı vəziyyət verilməlidir?
A) Sağ tərəfi üstə uzatmaq

B) Boynunu əyməmək şərti ilə başını 300 qaldırmaq

C) Arxası üstə uzatmaq, başını aşağı salmaq

D) Sol tərəfi üstə uzatmaq

E) Arxası üstə uzatmaq,ayaqlarını qaldırmaq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 31
49) Baş beynin işemik ödemi baş verdildə aparılan tədbirlərdən biri səhvdir.Səhvi göstərin.
A) Dərhal antihipertenziv preparatların təyin edilməsi

B) Ağrının qarşısının alınması və yüngülləşdirilməsi

C) Bədən temperaturunun normallaşdırılması

D) Boynunu əyməmək şərti ilə pasiyentin başını 300 qaldırmaq

E) Normal oksigenasiyanın saxlanılması
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 31
50) İnsutlu xəstələrdə bədən temperaturu hansı dərəcədə olduqda temperatur aşağı salınmalıdır?
A) ≥37,5 0

B) 37,3 0

C) 36,80

D) 37 0


E) 37,1 0
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 26
51) İnsultun başlanmasından 24-48 saat ərzində təyin edilən aspirinin başlanğıc dozasını göstərin.
A) 100 mq

B) 250 mq

C) 325 mq

D) 50 mq


E) 650 mq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 26
52) İnsultdan sonrar pulmonar emboliya və dərin venaların trombozunun qarşısını almağa yönəldilmiş tədbirlər planına hansı aid deyil?
A) Erkən rehidratasiya

B) Elastiki corablardan istifadə

C) Ayaqlara aşağı vəziyyət vermək

D) Antitrombotik preparatların təyini

E) Xəstənin erkən mobilizasiyası
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 34
53) İnsultlu pasiyentin nevroloji müayinəsinin nəticələrini qiymətləndirdirilmə şkalasında hansı müayinə yoxdur?
A) Göz almalarının hərəkətləri

B) Şüur :oyanıqlığın səviyyəsi

C) Görmə sahəsi (hər 2 gözdə)

D) Anamnezin toplanması

E) Üz -əzələlərinin hərəkətləri
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 17
54) Şəkərli diabetli xəstələrdə insult riskini azaltmaq məqsədilə qan təzyiqi hansı səviyyədə saxlanılmalıdır?
A) <130/80 mm.c.st

B) >169/90 mm.c.st

C) 150/100 mm.c.st

D) 135/85 mm.c.st

E) 140/90 mm.c.st
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 11
55) Qanda xolesterinin səviyyəsi yüksək olan xəstələr hansı qrupa aid preparatları qəbul etməlidirlər?
A) Qlükokortikoidlər

B) Statinlər

C) Adremomimetiklər

D) Makrolidlər

E) Aminoqlikozidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 11
56) Kaptopril hansı qrup preparatlara aiddir?
A) AÇF inhibitorlarına

B) Metilksantinlərə

C) Ftorxinolonlara

D) Qlükokortikoidlərə

E) β adrenoblokatorlar
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
57) Aşağıdakı preparatlardan hansı Adenozin Çevirici Fermentin inhibitorularına (AÇF) aiddir?
A) Perindopril

B) İndapamid

C) Bromkriptin

D) Hipotiazid

E) Nifedipin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
58) Etamzilat hansı qrup preparatlara aiddir?
A) Ca antoqonistlərinə

B) Statinləri

C) Prokoaqulyantlara

D) AÇF-inhibitorlarına

E) Antikoaqulyantlara
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
59) Stivens-Conson sindromu aşağıdakı preparatlardan hansının əlavə təsiri kimi meydana çıxa bilər?
A) Karbamazepin

B) Amantadin

C) Pirasetam

D) Fenobarbital

E) Lamotridjin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-72
60) Aşağıdakılardan hansı işemik insultun kəskin dövründə rast gəlinən ağırlaşmalara aid deyil?
A) Hemorragik transformasiya

B) Sidik yollarının infeksiyası

C) Hiperkinezlər

D) Beyin ödemi və kəllə-daxili təzyiqin artması

E) Epileptik qıcolma tutmaları
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 31
61) Aspirinə qarşı allergiyası olan insultlu xəstəyə klopidoqrel hansı dozada təyin olunmalıdır?
A) 200 mq X 3 dəfə

B) 15 mq X 2 dəfə

C) 75 mq X 1 dəfə

D) 90 mq X 3 dəfə

E) 100 mq X 2 dəfə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 31
62) İşemik insultun ikincili profilaktikası məqsədilə ilk seçim preparatı kimi hansı qrup antihipertenziv preparatlara üstünlük verilməlidir?
A) AÇF-inhibitorlarına

B) Ca-antoqonistlərinə

C) β adrenoblokatorlar

D) Ftorxinolonlara

E) Antiaqreqantlara
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 37
63) “İnkar etmə” sindromu( “neglect” syndrome) hansı patologiya zamanı qeydə alınır?
A) Parkinsonizm

B) Epilepsiya

C) Vegetativ distoniya

D) Birləşdirici toxumanın sistem xəstəlikləri

E) İşemik insult
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 19
64) Hansı halda xəstədə epilepsiya diaqnozu qoyula bilər ?
A) 1 dəfə idiopatik tutma baş verşə

B) Xəstədə 2 və ya daha çox epileptik tutma baş versə

C) 1 dəfə yüksək hərarət fonunda tutma

D) Hər iki valideyin epilepsiyadan əziyyət çekir

E) Yalnız EEQ-nın nəticəsi əsasında
Ədəbiyyat: Ədəbiyyat: Azərbaican Respublika Səhiyyə Nazirliyinin «Epilepsiyanın diaqnostika və müalicəsi üzrə kliniki protokol» Bakı-2009, s.12
65) Epilepsiya əleyhinə preparatlara aşağıdakılardan hansı aid deyil?
A) Lidokain

B) Lamotrijin

C) Topiramat

D) Karbamazepin

E) Valproat turşusu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,əlavə 5
66) Uşaqlarda absans epilepsiyası(UAE) zamanı epilepsiya əleyhinə dərmanların dozasını nə zaman azaltmaq olar?
A) Tutmaların olmamasından 2-4 il sonra

B) Tutmaların olmamasından 1 il sonra

C) Tutmaların olmamasından 4 ay sonra

D) Növbəti epileptik tutmadan dərhal sonra

E) Axırıncı epileptic tutmadan 6 ay sonra
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
67) Simptomatik fokal epilepsiyalarda remissiyadan nə qədər vaxt keçdikdən sonra epilepsiya əleyhinə preparatların dozasını azaltmaq olar?
A) 3-6 ay

B) 8-10 ay

C) 3-4 il

D) 2-2.5 il

E) 1-2 il
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
68) Epilepsiya əleyhinə dərmanların qəbulunun dayandırılması hansı müddət ərzində həyata keçirilməlidir?
A) 1il

B) 1-2 ay

C) 2 il

D) 4 ay


E) 3 ay
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
69) Alkoqol abstinent (“aclıq”) sindromu zamanı epileptik tutmaların əmələ gəlmə riskini azaltmaq üçün qısa müddət ərzində hansı qrup preparatların istifadəsi məqsədə uyğundur?
A) Ca antoqonistləri

B) AÇF-inhibitorları

C) Valproat turşusu

D) Benzodiazepinlər

E) Aminoqlikozidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
70) Diazepam hansı qrup preparatların nümayəndəsidir?
A) Antipsixotiklərin

B) AÇF-inhibitorlarının

C) Antidepressantların

D) Benzodiazepinlərin

E) Dofamin reseptorlarının blokatorlarının
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
71) Aşağıdakı preparatlarının hansının istifadəsi epileptik tutmaların əmələ gəlməsinə səbəb ola bilər?
A) Karbamazepin

B) İzoniazid

C) Benzodiazepinlər

D) Topiramat

E) Valproat turşusu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,əlavə 3
72) Rezistent epileptik absanslar zamanı hansı preparatlarla politerapiya təyin edilir?
A) Benzodiazepinlər+aminoqlikozidlər

B) Benzodiazepinlər+analgetiklər

C) valproatlar+benzodiazepinlər

D) valproatlar + suksinimidlər

E) Dofamin reseptorlarının blokatorları+penisillinlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 64
73) Hamilə qadın diazepam qəbul edərsə,döldə hansı patologiyanın yaranma ehtimalı artar?
A) Anadangəlmə ürək qüsurları,zob ,neonatal sianoz

B) Xoleostaz,pankreatit

C) Eşitmənin pozulması

D) Diafraqma qüsurları

E) Hipotermiya ,əzələlərin hipotoniyası,ətrafların ikiləşməsi,anomaliyası
Ədəbiyyat: В.Г,Кукес «Клиническая фармокология» Москва-Геотар-Медиа-2006,стр 131
74) Valproat turşusunun təsir mexanizmi hansıdır?
A) Na kanallarını blokada edir

B) Na və Ca kanallarını blokada edir

C) Talamusda T-tipli Ca kanallarını blokada edir.

D) Oyanma və tormozlanma neyromediatorlarına təsir edir

E) NMDA reseptorlarını blokada edir
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-706
75) 12 yaşdan böyük uşaqlarda qeyri-epileptik paroksizmal pozuntulara aid olmayan hansıdır?
A) Konverson pozuntu(isteriya)

B) Hiperekpleksiya

C) Keçici ümumu amneziya

D) Sinkop halı

E) Tremor
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 60,əlavə 1
76) 2 aylıq-2 yaşlı uşaqlarda qeyri-epileptik paroksizmal pozuntulara aid olmayan hansıdır?
A) Simulyasiya

B) Konverson pozuntu(isteriya)

C) Xoşxassəli paroksizmal vertiqo

D) Titrəmə tutmaları (“Shuddering attacks”)

E) Hiperekpleksiya (“Stiff baby syndrome”)
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 60,əlavə 1
77) Gənclərin absans epilepsiyasının(GAE) müalicəsində monoterapiyada ilk seçim preparatı hansıdır?
A) Lamotrijin

B) Valproat turşusu

C) Amantadin

D) Topiramat

E) Karbamazepin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 57
78) 18 yaşlı qız yuxuya getmə zamanı və oyandıqdan dərhal sonra yuxarı ərtaf əzələlərində meydana çıxan dartılma ,qıcolma şikayəti ilə nevropatoloqa müraciət edib.Qeyd edir ki,qəfldən yuxudan oyatma zamanı dartılmalar güclənir və ağrı artır.Aybaşı önü dövrdə tutmalar daha tez tez- baş verir.Nevroloji status norma daxilindədir. Daha çox ehtimal olunan diaqnoz hansıdır?
A) Rasmussen sindromu

B) Yans sindromu

C) Lennoks-Qasto sindromu (LQS)

D) Otahara sindromu

E) Vest sindromu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 58
79) 18 yaşlı qız yuxuya getmə zamanı və oyandıqdan dərhal sonra yuxarı ərtaf əzələlərində meydana çıxan dartılma ,qıcolma şikayəti ilə nevropatoloqa müraciət edib.Qeyd edir ki,qəfldən yuxudan oyatma zamanı dartılmalar güclənir və ağrı artır.Aybaşı önü dövrdə tutmalar daha tez tez- baş verir.Nevroloji status norma daxilindədir. Bu halda daha informativ müayinə metodu aşağıdakılardan hansı ola bilər?
A) KT

B) EKQ


C) USM

D) EEQ


E) MRT
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 58
80) 18 yaşlı qız yuxuya getmə zamanı və oyandıqdan dərhal sonra yuxarı ərtaf əzələlərində meydana çıxan dartılma ,qıcolma şikayəti ilə nevropatoloqa müraciət edib.Qeyd edir ki,qəfldən yuxudan oyatma zamanı dartılmalar güclənir və ağrı artır.Aybaşı önü dövrdə tutmalar daha tez tez- baş verir.Nevroloji status norma daxilindədir.Diaqnoz qoyulduqdan sonra hansı preparatla monoterapiyaya başlamaq mümkündür?
A) Lamotrijin

B) Karbamazepin

C) Topiramat

D) Amantadin

E) Valproat turşusu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 58
81) Gənclərin mioklonik epilepsiyasının digər adı nədir?
A) Otahara sindromu

B) Yans sindromu

C) Vest sindromu

D) Lennoks-Qasto sindromu (LQS)

E) Rasmussen sindromu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 13
82) Neçə dəqiqədən artıq davam edən epileptik tutma epileptik statusu göstərir?
A) 20

B) >30


C) 10

D) 5


E) 15
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 37
83) 30 yaşlı kişi temperaturun yüksəlməsi(38,5 0 C) ,bəlgəmli öskürək,döş qəfəsində sıxılma şikayətləri ilə poliklinikaya müraciət edib.Aparılan müayinələr xroniki bronxit kəskinləşmə mərhələsində diaqnozunu təsdiq edib.Anamnezdən məlumdur ki,pasiyent epilepsiyadan əziyyət çəkir və 2 il müddətində valproat turşusu preparatları qəbul edib. Hazırki diaqnozla hansı qrup preparatın təyini epileptik tutmaların təkrar yaranmasına səbəb ola bilməz?
A) Penisillinlərin

B) Xinolonların

C) Mukolitiklərin

D) Sefalosporinlərin

E) Aminofillinlərin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 65,əlavə 3
84) Fokal və generalizə olunmuş epilepsiyanın bütün formalarında,epilepsiyanın dəqiq tipini müəyyən etmək mümkün olmadıqda hansı epilepsiya əleyhinə preparata üstünlük verilməlidir?
A) Karbamazepinə

B) Topiramata

C) Fenobarbitala

D) Valproat turşusuna

E) Lamotrijinə
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-709
85) Uşaqlarda absans epilepsiyanın müalicəsində ilk seçim preparatı hansıdır?
A) Karbamazepin

B) Oksikarbazepin

C) Topiramat

D) Etosuksimid

E) Viqabatrin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Uşaqlarda epilepsiya üzrə üzrə klinik protokol Bakı-2010,səh 22
86) Epileptik absanslarda təyin edilən ilk seçim preparatları hansılardır?

1. Valproat turşusu

2. Etosuksimid

3. Lamotrijin

4. Topiramat

5. Fenobarbital
A) 1, 2, 3

B) 2, 4


C) 3, 4, 5

D) 2, 3, 5

E) 1, 4
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Uşaqlarda epilepsiya üzrə üzrə klinik protokol Bakı-2010,səh 21
87) Epileptik absanslarda təyin edilən ikinci seçim preparatları hansılardır?

1. Valproat turşusu

2. Etosuksimid

3. Lamotrijin

4. Topiramat

5. Klonazepam
A) 2, 4

B) 1, 4


C) 4, 5

D) 2, 3


E) 1, 2, 3
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Uşaqlarda epilepsiya üzrə üzrə klinik protokol Bakı-2010,səh 21
88) Uşaqlarda sadə parsial epileptik tutmaların müalicəsində ilk seçim preparatı hansıdır?
A) Fenibarbital

B) Karbamazepin fenitoin

C) Valproat turşusu

D) Klonazepam

E) Etosuksimid
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.41
89) Uşaqlarda sadə parsial epileptik tutmaların müalicəsində tətbiq olunan ikinci seçim preparatı hansıdır?
A) Aspirin

B) Prednizolon

C) Fenobarbital

D) Heparin

E) Asetalozidamid(diakarb)
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.41
90) Uşaqlarda tonik-klonik parsial epileptik tutmaların müalicəsində istifadə edilən ikinci seçim preparatlarından biri düzgün göstərilməyib. Səhvi tapın.
A) Karbamazepin fenitoin

B) Valproat turşusu

C) Lamotridcin

D) Pirimidon

E) Fenobarbital
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –Медицинская Литература -2005,стр.41
91) Işemik insultda hansı patoloji refleks müşahidə edilmir?
A) Rossolimo

B) Neri


C) Oppenheym

D) Qordon

E) Babinski
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-46
92) Açıcı(ekstenzor)patoloji reflekslərə aşağıdakılardan hansılar aiddir?

1. Babinski

2. Oppenheym

3. Rossolimo

4. Şeffer

5. Jukovski-Kornilov
A) 1,2

B) 1,3,5


C) 1,2,4

D) 2,4,5


E) 3,4
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-65
93) Açıcı(ekstenzor)patoloji reflekslərə aşağıdakılardan hansılar aid deyil?

1. Babinski

2. Oppenheym

3. Rossolimo

4. Şeffer

5. Jukovski-Kornilov
A) 2,5

B) 3,4


C) 1,2

D) 3,5


E) 2,3
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-65
94) Sertralin hansı qrup preparatlara aiddir?
A) Xolinomimetiklərə

B) Serotoninin geriyə tutulmasının selektiv inhibitorlarına

C) Tsiklik antidepressantlara

D) Nootroplara

E) MAO inhibitorlarına
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-529
95) 32 yaşlı pasiyentə antikonvulsiv terapiya təyin olunub. Sertalin(sutkada 200mq) ,və lamotrijin (sutkada 300 mq) ilə müalicə alır. Müalicənin ikinci günü pasiyentin bədənində səpkilər meydana çıxıb.Bu halda tibb işçisinin taktikası necə olmalıdır?
A) Sertralini kəsmək və lamotrijini əvvəlki dozada saxlamaq

B) Lamotrijinin dozasını sabit saxlamaq

C) Sertralinin və lamotrijininin dozasını 2 qat atrırmaq

D) Sertralin və lamotrijinin dozasını başlanğıc dozaya qədər endirmək

E) Sertralin və lamotrijini dərhal kəsmək
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
96) Serotoninin geriyə tutulmasının selektiv inhibitorları arasında biri səhvdir.Səhvi göstərin.
A) Fluoksetin

B) Sertralin

C) Perlindol

D) Paroksetin

E) Sitalopram
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-529
97) Meningitə xas olmayan nevroloji simptom hansıdır?
A) Trusso simptomu

B) Mendel simptomu

C) Brudzinski(yuxarı) simptomu

D) Brudzinski(orta) simptomu

E) Kerniq simptomu
Ədəbiyyat: Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol,”Bakı-2009,səh 15
98) Meningitlərin müalicəsində hansı qrup preparatlar istifadə edilmir?
A) 3-cü nəsil sefalosporinlər

B) Penisillinlər ( Na duzu )

C) Qlükokortikosteroidlər

D) Ftorxinolonlar

E) Dofamin reseptorların aqonistləri
Ədəbiyyat: Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol,”Bakı-2009,səh 22
99) Aşağdakların hansında nikotin reseptorları yoxdur?
A) Parasimpatik qanqlionlarda

B) Skelet əzələsində

C) Bronxun düz əzələsində

D) Simpatik qanqlionlarda

E) Böyrəküstsü vəzin beyin maddəsində
Ədəbiyyat: Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol,”Bakı-2009,səh 22
100) Aşağıdakılardan hansı Bronx divarının saya əzələlərini genişləndirən mediatordur?
A) Asetilxolin

B) Leykotrienlər

C) Vazoaktiv intestinal polipeptid(VIP) Substansiya P

D) Histamin

E) Adenozin
Ədəbiyyat: Ədəbiyyat: Жук О. H., Лаптева Е. А., Чаплинская Е. В., Лаптева И. М. Институт физиологии НАН РБ, БелМАПО, НИИ пульмонологии и фтизиатрии МЗ РБ. Опубликовано: "Медицинская панорама" № 10, ноябрь 2004.
101) Hidrosefaliyanın əlamətlərindən biri hansıdır?
A) Xvostek simptomu

B) Merfi simptomu

C) Qovers simptomu

D) “Batan günəş” simptomu

E) Kerniq simptomu
Ədəbiyyat: Ədəbiyyat:А.Ю. «Неврология новорожденных»,« Бином»2005, стр81
102) Yenidoğulmuş uşaqların sinir sisteminin funksional vəziyyətini müəyyən etmək üçün aşağıdakilardan hansı zəruridir?
A) Ailənin sosial vəziyyətinin qiymətləndirilməsi

B) Daxili orqanların funksional çatışmazlıqlarının aşkar edilməsi

C) Qidalanma prosesinin qiymətləndirilməsi

D) Auskultasiya və perkussiya müayinələrinin aparılması

E) Şərtsiz reflektor fəaliyyətin qiymətləndirilməsi
Ədəbiyyat: Ədəbiyyat: Том Лиссойер, Грэхэм Клэйден «Детские болезни», Москва « Рид Элсивер»2010, стр.41-44
103) Aşağıdakılardan hansı fossa poplitea-da yerləşmir?
A) Vena saphena maqna

B) Nervus tibialis

C) Nervus peroneus communis

D) Vena saphena parva-nın son hissəsi

E) Nervus cutaneus femoris posterior
Ədəbiyyat: Ədəbiyyat:K.A.Balakişiyev,V.B.Şadlinski “İnsan anatomiyası”-Təbib-1997-səh 380-388
104) Fridreyx ataksiyası üçün aşağıdakılardan hansı səhvdir?
A) İlk simptomu müvazinətin pozulmasıdır

B) Autosom resessiv gedişlidir

C) Kardiomiopatiya müşühidə edilə bilər

D) Skolioz müşahidə edilir

E) Dərin hissiyyat pozulması baş vermir
Ədəbiyyat: Ədəbiyyat:R.K.Şirəliyeva “Sinir sistemi xəstəlikləri”Bakı-2003,səh -377-378
105) 32 yaşında kişi baş ağrıları şikayətləri ilə həkimə müraciət etmişdir?Son 1 ayda gündə iki dəfə tutma keçirdiyini hər tutmanın təxminən 1 saat davam etdiyini ,spirtli işki qəbulundan sonra yaranaraq xəstənin yuxudan oyanmasına səbəb olduğunu bildirir.Tutma zamanı tərləmə,ürək bulanma,göz yaşarması və burun tutulmasından şikayət edir.Ağrının dərin ,çox şiddətli və başın sağ tərəfində lokalizasiya etdiyini qeyd edir. Bu xəstənin baş ağrıları ilə bağlı ilk növbədə hansı diaqnozdan şubhələnmək olar?
A) Gərginlik baş ağrısı

B) Cluster baş ağrısı

C) Miqren baş ağrısı

D) Meningeal sindrom

E) Beyin şişi
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-474-493
106) Mebius sindromu hansı sinirin zədələnməsi nəticəsində meydana çıxır?
A) n.hypoqlossus

B) n.facialis

C) n.vaqus

D) n.triqeminus

E) n.oculomotorius
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.РАТНЕР «Неврология новорожденных»,« Бином»2005, стр83
107) Hansı refleks meningeal reflekslərə aid deyil?
A) Babinski refleksi

B) Bauer refleksi

C) Qordon refleksi

D) Rossolimo refleksi

E) Oppenheymer refleksi
Ədəbiyyat: Ədəbiyyat:Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Meninqitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı 2009, s.16
108) Hansı sinirin zədələnməsi uşaqda müştərək çəpgözlük yaradır?
A) N.okulomotorius

B) N.trochlearis

C) N.opticus

D) N.abducens



E) N.triqeminus
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.РАТНЕР «Неврология новорожденных»,« Бином»2005, стр.256
Yüklə 138 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin