Nevrologiya Məsələ №



Yüklə 12,78 Kb.
tarix07.01.2017
ölçüsü12,78 Kb.
#4974
Nevrologiya

Məsələ 1.

Anamnez və xəstəliyin klinik şəkli

32 yaşlı piylənmədən əziyyət çəkən xəstə hər gün yaranan, diffuz və davamlı baş ağrılardan şikayət edir. Baş ağrıları öskürək və gücənmə ilə artır. Oftalmoloqun müayinəsi zamanı görmə məməciyinin ödemi, kor ləkənin genişlənməsi, uzaqlaşdırıcı sinirin parezi qeyd edilir. Lyumbal punksiya zamanı likvor təzyiqi 250 mm su sütunundan yüksəkdir. Likvorun biokimyəvi müayinəsi norma daxilindədir. Neyrovizualizasiya ilə kəllədaxili xəstəliklər inkar edilir. Kəllədaxili hipertenziyaya səbəb ola biləcək metabolik, toksik və hormonal patologiya aşkarlanmır. Müəyyən göstəricilər daxilində likvor xaric edilməsi müsbət nəticə verir.
Suallar:

1. Diaqnostika taktikası: ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin.



Ədəbiyyat:

Baş ağrılarının beynəlxalq təsnifatı, 2-ci nəşr. Professor R.K.Şirəliyevanın redaktorluğu ilə ingilis dilindən tərcümə, səh 79.



Məsələ №2.

Anamnez və xəstəliyin klinik şəkli

28 yaşlı kişi son iki ildə ayaqlarında olan proqressivləşən zəiflikdən şikayət edir. Xəstə yeriyərkən ayağını yerdən qaldırmağı proqressiv olaraq çətinləşdiyini qeyd edir. Əvvəllər sağlam olub. Xəstənin dediyinə görə atasında, qardaşında, ata nənəsində oxşar zəiflik qeyd edilmişdir. Müayinədə ayağında ortadan aşağı atrofiya və ayaq qövsünün artmış hündürlüyü qeyd edilir. Xəstədə aydın görünən ayaq sallanması və dorzofleksiyanən ikitərəfli zəifləməsi vardır. Xəstənin qanınını və likvorunun müayinəsi normaldır.
Suallar:

1. Diaqnostik taktika: Ən optimal diaqnostik müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin



Ədəbiyyat:

R.K.Şirəliyeva. Klinik Nevrologiya, Bakı 2009. Səh. 520-521



Məsələ № 3

Anamnez və xəstəliyin klinik şəkli

34 yaşlı qadın son 3 həftədə zəiflikdən və ikigörmədən şikayət edir. Həmçinin, o, nitqinin dəyişdiyini qeyd edir və onun rəfiqələri xəstənin “burnunda” danışdığıni deyirlər. Eyni zamanda xəstə fiziki yükə tolerantlığının azaldığını, yuxarı və stuldan qalxdıqda çətinliyin olduğunu deyir. Xəstədə ağrı yoxdur. Bu əlamətlər günün axırı və təkrari hərəkətlər zamanı güclənir.
Suallar:

1. Diaqnostik taktika: Ən optimal diaqnostik müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin



Ədəbiyyat:

Клиническая неврология: учебник в трех томах. – Т -2 // Никифоров А.С., Коновалов А.Н., Гусев А.И. - Москва, Медицина, 2002, 792 стр. (стр. 504)
Yüklə 12,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin