Neyrocərrahiyyə 17. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir


) Hemorragik insult zamanı beynə qansızma ən çox hansı xəstəliyin fonunda baş verir?



Yüklə 176,11 Kb.
səhifə12/16
tarix08.12.2016
ölçüsü176,11 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16

715) Hemorragik insult zamanı beynə qansızma ən çox hansı xəstəliyin fonunda baş verir?
A) Emosional stress

B) Bədən hərarətinin artıb azalması

C) Şəkərli diabet

D) Hipertoniya

E) Beyin damarının anevrizması
Ədəbiyyat:R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.sh157
716) Hemorragik insult keçirmiş xəstələrdə müşahidə olunan ölümün təqribi faizi?
A) 20-30%

B) 20-40%

C) 40-50%

D) 90-95%

E) 60-80%
Ədəbiyyat:R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.sh157
717) Aşağıdakılardan hansı hemorragik insultun əsas səbəbidir?
A) Ateroskleroz

B) Bədən hərarətinin artıb azalması

C) Trombemboliya

D) Qan dövranı pozuntusu

E) Alkoqol
Ədəbiyyat:R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.sh15
718) Hemorragik insult zamanı qanaxmalar daha çox hansı nahiyədə lokalizasiya olunur?

1. Bazal

2. Quyruqlu nüvə

3. Daxili kapsul

4. Zolaqlı cisim
A) 1.3

B) 2.3


C) 1.4

D) 3


E) 2.4
Ədəbiyyat:R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.sh158
719) Hemorragik insult zamanı müşahidə olunan nevroloji defisit:
A) Həmin tərəfdə hemiplegiya

B) Əks tərəfdə hemiparez və ya hemiplegiya

C) Yuxarı paraplegiya

D) Həmin tərəfdə hemiparez

E) Tetraplegiya
Ədəbiyyat:R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.sh158
720) Daxili yuxu arteriyasının trombozu səbəbindən baş vermiş işemik insult zamanı klinikada aşağıdakı əlamətlərdən hansılar müşahidə olunar?

1. həmin tərəfdə hemiparez

2. həmin tərəfdə görmənin zəifləməsi

3. əks tərəfdə görmənin zəifləməsi

4. əks tərəfdə hemiparez vəya hemiplegiya
A) 1.3.4

B) 3.4


C) 2.4

D) 2.3.4


E) 2.3
Ədəbiyyat:R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.sh162
721) Ön beyin arteriyasının tromboz və stenozunda nə müşahidə olunur?
A) Həmin tərəfdə aşağı monoparez

B) Yuxarı paraparez

C) Həmin tərəfdə yuxarı monoparez

D) Əks tərəfdə yuxarı monoparez

E) Əks ətrafda aşağı monoparez
Ədəbiyyat:R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.sh162
722) Anevrizmalar əsasən hansı nahiyədə rast gəlinir?

1. Beyin əsasının damarlarında

2. Arxa kəllə çuxurunda

3. Villizin qan dövranında

4. Gicgah payında

5. Arteriyanın haçalandığı və anastomozu olan yerlərdə
A) 1.4.5

B) 2.3.4


C) 2.4.5

D) 1.2.3


E) 1.3.5
Ədəbiyyat:R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.sh164
723) Arterial anevrizmanın əmələ gəlməsində etioloji faktor hansıdır?
A) Qeyri - sağlam həyat tərzi

B) Damarların anadangəlmə anomaliyaları

C) Yüksək qan təzyiqinin olması

D) Müxtəlif travmalar

E) Ətraf mühit faktoru
Ədəbiyyat:R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.sh164
724) Likvorun hansı xüsusiyyətinə görə anevrizmanın partlamasını dəqiqləşdirmək olar?
A) Sarı olması

B) Bulanıq olması

C) Likvorun qanlı olması

D) Yaşıl olması

E) Rəngsiz olması
Ədəbiyyat:R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.sh166
725) Açıq kəllə-beyin travmaları zamanı diploe venalarından qanaxma hansı üsulla dayandırılır?
A) Qanaxma özü dayanır

B) Sümüyə sıxmaqla

C) Liqatura ilə

D) Mum sürtməklə

E) Elektrokoaqulyasiya ilə
Ədəbiyyat:R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.sh132
726) Spinal travmaların çoxunun alt servikal bölgədə və torokolumbal birləşmədə rast gəlməsinin səbəbi nədir?
A) Bu bölgələrin az hərəkətli olması

B) Fəqərəarası disklərin burada daha böyük olması

C) Bu səviyyələrdə fəqərə cisimləri sərtliyinin daha az olması

D) Bu bölgələrin qabırğalarla mühafizə olunması

E) Bu bölgələrin daha hərəkətli olması
Ədəbiyyat: Ədəbiyyat:M.Zileli,F.Özer Omurilik ve Omurqa Cerrahisi,İzmir,2014.sh913
727) Kranioservikal birləşmə təşkil olunmuşdur:

1. ənsə sümüyü

2. foramen maqnum

3. atlas

4. aksis
A) 1,3,4

B) 2,3,4


C) 1,2,3,4

D) 1,2,3


E) 3,4
Ədəbiyyat: Ədəbiyyat:M.Zileli,F.Özer Omurilik ve Omurqa Cerrahisi,İzmir,2014.sh913
728) Dünya Səhiyyə Təşkilatı (DST) sinifləndirməsinə görə aşağıdakılardan hansı astrositar şişlər qrupunda deyil?
A) Gliosarkom

B) Pilositik astrositoma

C) Gemihistositik astrositoma

D) Astroblastoma

E) Subependimal nəhəng hüceyrəli astrositoma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh28
729) 9 mm ölçüdə intrakanakulyar akustik şvannoması olan və eşitməsi normal olan bir xəstədə hansı yanaşma ilə cərrahi müalicənin tətbiqi lazımdır?
A) Transkoxlear yanaşma

B) Transyugulyar yanaşma

C) Translabirint yanaşma

D) Orta fossa yanaşması

E) Suboksipital yanaşma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh284
730) Aşağıdakı faktorlardan hansı astrositar tumorların proqnozuna təsir etmir?
A) Xəstənin preop nevroloji statusu

B) Tumorun histopatoloji grade i

C) Icra edilən tumor rezeksiyasının həcmi

D) Xəstənin cinsi

E) Xəstənin yaşı
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh284
731) Beynin metastatik şişlərində ən çox rast gəlinən ilkin mənbə hansı orqandır?
A) Qaraciyər

B) Mədə


C) Böyrək

D) Dalaq


E) Ağ ciyər
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh285
732) Anaplastik astrositomalar üçün aşağıdakılardan hansı səhvdir?
A) Simptomların ortaya çıxma müddəti ortalama 16 aydır

B) Epileptik tutmalar olduqca nadirdir.

C) Ən çox serebral hemisferlərdə və frontal lobda rast gəlirlər

D) Ortalama yaş 46-dır.

E) Gliomaların təxminən 30% təşkil edirlər
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh286
733) Kolloid sistlər tipik olaraq III ventrikulun hansı hissəsində yerləşir?
A) Anterior inferior

B) Posterior superior

C) Posterior

D) Anterior superior

E) Posterior inferior
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh289
734) Transkallozal yanaşmalarda korpus kallozum neçə sm kəsilməlidir?
A) 3.5-4 sm

B) 2-2.5 sm

C) 2 sm-dən az

D) 3-3.5 sm

E) 4.5-5 sm
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh28
735) Akustik nevrinomalarda əsasən fasial sinir-tumor əlaqəsi aşağıdakılardan hansı şəkildədir?
A) Posterioinferiorunda

B) Posteriosuperiorunda

C) Anteriosuperiorunda

D) Anteriosuperiorunda

E) İçərisinə doğru inkişaf edir
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.səh 289
736) Aşağıdakılardan hansı sinsitial ensefalosele qrupundan deyil?
A) Transetmoidal

B) Nazofrontal

C) frontoetmoidal

D) Interfrontal

E) Nazoetmoidal
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh344
737) Aşağıdakı əlaqələrdən hansı səhvdir?
A) Sagital sinostoz-skafosefaliya

B) Multitikiş sinostozu-Kliblatşadel

C) Koronar sinostoz-plagiosefaliya

D) Metopik sinostoz-braxisefaliya

E) Lambdoid sinostoz-plagiosefaliya
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh344
738) Hansı tip Kiari malformasiyası zamanı serebellyar toxumada yer dəyişmə müşahidə edilmir?
A) Tip 1

B) Tip 2


C) Tip 3

D) Tip 0


E) Tip 4
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları,Ankara 2007.səh 344
739) Aşağıdakılardan hansı, uşaqlarda rast gələn epidural hematoma üçün tək başına cərrahi müdaxiləyə göstəriş deyil?
A) 15 mm dən artıq ölçü və kortikal təzyiq

B) Oksipital hematoma

C) 30 ml dən artıq həcm

D) Birlikdə böyük sinusu çarpazlayan xətti qırıq və nevroloji defisit

E) Birlikdə intraparenximal hematoma və kompressiya effekti
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları,Ankara 2007.səh 344
740) Uşaq yaşlarda ən çox rast gələn malign beyin tumoru hansıdır?
A) Medulloblastoma

B) Pineablastoma

C) Koroid pleksus karsinoma

D) Germinom

E) Mts
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları,Ankara 2007.səh 345
741) Aşağıdakı klinik tablolardan hansıları,ventrikula yerləşdirilən şunt sisteminin həddən artıq drenə edilməsi nəticəsində inkişaf edə bilər?

1. intrakranial hipertenziya

2. epidural hematoma

3. kraniostenoz

4. silvi su kəmərinin obstruksiyası
A) 3-4

B) 1-2


C) 1-4

D) 2-3


E) 1-2-3-4
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları,Ankara 2007.səh345
742) Sağlam doğulmuş, yalnız ana südü ilə qidalanan, ümumi inkişafı normal gedən 35 günlük qız uşağı, 8 gün davam edən qastroentrit səbəbi ilə 5 gün antibiotik qəbul etmişdir (per os). Bir neçə saat əvvəl ətraf mühitlə əlaqəsinin itirilməsi və sağ qolda yığılmanın olmasına görə təcili yardımla xəstəxanaya gətirilmişdir. Müayinə zamanı ağrı qıcıqlarını lokalizə edir, vətər sümük üstlüyü refleksləri artıb, əmgəyi gərgindir. İlkin düşünəcəyiniz diaqnoz nədir?
A) Kəskin hidrosefaliya

B) Intrakranial abses

C) Exiinnokok

D) İntrakranial qanaxma

E) Meningit
Ədəbiyyat: :M.İbrahim Ziya Nöroşirurji soruları,Ankara 2007.səh 346
743) Böyüyən kəllə əsası sınığı haqqında hansı səhvdir?
A) Kəllənin böyüyən dövrü olan uşaq yaşlarında rast gəlir

B) Doğuşdan əvvəl və doğuş zamanı kəllə travmaları səbəb ola bilər

C) Bəzi xəstələrdə sərt qişa zədələnməsi var

D) Inkişaf edən nevroloji defisit və qıcolmalara səbəb ola bilər

E) Əsasən frontoparietal nahiyədə rast gəlir
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh346
744) Subependimal qanaxmalar üçün səhv olanı göstərin:
A) Grade I qanaxmalar əsasən hidrosefaliya ilə nəticələnir

B) Grade IV də beyin parenximası içindədə qanaxma vardır.

C) Diaqnoz və müşahidə üçün transkraniyal USM kifayətdir

D) Yarımçıq cə 1500q aşağı çəkisi olan uşaqların təxminən yarısında rast gəlir.

E) Günlük boşaldıcı lumbal punksiya müalicə üsuludur
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh346
745) Aşağıdakılardan hansı "spina bifida" -sı olan uşaqda az rast gəlinir?
A) Hidrosefaliya

B) Sirinqobulbiya

C) Çanaq orqanlarının disfunksiyası

D) Hisiyyatın pozulması

E) Paraparez
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh346
746) İntrakranial anevrizmalar ən çox hansı lokalizasiyada rast gəlir?
A) Daxili yuxu arteriyası

B) Ön beyin arteriyası

C) Vertebral arteriya

D) Orta beyin arteriyası

E) Bazilyar arteriya
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh249
747) 5 yaşında qıcolma şikayəti ilə olan uşaqda, sol bazal qanqliyada dərin venoz sistemə drenə olan, çoxlu kiçik qidalandırıcılar tərəfindən qidalanan, maksimum ölçüsü 2.5 sm olan Spesler Martin sinifləndirməsinə görə Grade 3 arteriovenoz malformasiya aşkar edilib. AVM-in daha əvvəl qanamasına aid bir məlumat yoxdur. Ən uyğun müalicə üsulu aşağıdakılardan hansıdır?
A) AVM-in total cərrahi çıxarılması

B) Heç bir müdaxilə etmədən müşahidə etmək

C) AVM-in embolizasiya edilib çıxarılması

D) AVM-i sadəcə embolizasiya edib, müşahidə etmək

E) Stereotaksik radiocərrahiyyə
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları,Ankara 2007.səh 250
748) Travmatik lumbal punksiya ilə subaraxnoidal qansızmanı ayırd edən xüsusiyyətlərdən hansı ən etibarlıdır?
A) Ksantoxromiya

B) Eritrosit sayısının hər bir punksiya ilə azalması

C) Protein miqdarı

D) Laxtalanma (travmatik punksiya iynəsində qan laxtalanır)

E) Eritrosit leykosit nisbəti
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları,Ankara 2007.səh 250
749) Aşağıdakı anevrizma lokalizasiyalarından hansı ən çox intraventrikulyar qansızmaya səbəb olur?
A) Ön birləşdirici arteriya

B) Daxili karotid bifurkasiya

C) Posterior serebral (P1) anevrizma

D) Arxa birləşdirici arteriya

E) Perikallozal arteriya anevrizması
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziya Nöroşirurji soruları, Ankara 2007.səh 25
750) Anevrizma mənşəli subaraxnoidal qansızma üçün aşağıdakılardan hansı doğrudur?
A) Daha çox 5-10 mm böyüklüyündəki anevrizmalar qanaxmaya səbəb olur

B) Anevrizmalarda qanaxma 84% boyun nahiyəsində olur

C) Anevrizmaların dəqiq diaqnozu KT ilə qoyulur

D) Anevrizma kisəsində intima təbəqəsi yoxdur və ya natamamdır,ancaq media təbəqəsi və daxili elastik lamina sağlamdır

E) Ən çox a. serebri media və şaxələrində müşahidə edilir
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları, Ankara 2007.səh 251
751) Aşağıdakılardan hansı subaraxnoidal qansızmadan sonra meydana gələn sistematik fəsadlaşmalardan deyil?
A) Kəskin böyrək çatışmazlığı

B) Aritmiya

C) Mərkəzi duz itirmə sindromu

D) Koronar arteriyanın işemiyası

E) Hipertenziya
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları, Ankara 2007.səh 253
752) Serebral vazospazmın inkişafına ən çox cavabdeh olan qan komponenti hansıdır?
A) Prostaqlandinlər

B) Dəmir


C) Sərbəst radikallar

D) Norepinefrin

E) Oksihemoqlobin
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları,Ankara 2007.səh 256
753) Hansı subaraxnoidal qansızmanın ağırlaşmalarından deyil?
A) Hipotenziya

B) Hipernatremiya

C) Hidrosefaliya

D) Vazospazm

E) Hiponatremiya
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları,Ankara 2007.səh 256
754) Daxili yuxu arteriyası-arxa birləşdirici arteyiya birləşməsində yerləşmiş bir anevrizma hansı sinirin disfunksiyasına səbəb ola bilər?
A) II

B) VII


C) VI

D) III


E) V
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh256
755) Hipertenziya ilə əlaqədar ikincili spontan intraserebral qansızmalararın ən çox müşahidə edildiyi yer haradır?
A) Bazal qanglionlar

B) Talamus

C) Beyin kötüyü

D) Serebellum

E) Uzunsov beyin
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh257
756) Kəllə-beyin travması almış bir xəstədə ikincili nevroloji defisitinin artmasına ilkin dövrdə təsir edən amili göstərin:
A) Likvoreya

B) Hipertermiya

C) Hipoksiya

D) Basılmış sümük qəlpəsi

E) Infeksiya
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh16
757) Kəllə sümüklərinin basılmış sınıqları zamanı cərrahi müdaxiləyə göstəriş deyildir?
A) Pnevmosefaliya

B) Likvoreya

C) 8-10 mm dən vəya sümük qalınlığından artıq çökmə

D) Açıq basılmış sınıq

E) Zədələnməş zona ilə əlaqəli defisit
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh160
758) Ağır kəllə beyin travmasından sonra kranioektomiya icra edilən ancaq daha sonra kranioplastika olunmayan xəstələrdə rast gələn baş ağrısı, baş gicəllənmə,müvazinəti saxlaya bilməməsi, səsə qarşı həssaslıq və depressiya ilə müşahidə olunan sindroma nə ad verilir?
A) Rubinşteyn-Teybi sindromu

B) Trephined sindrom (trepanasiya edilmişlər sindromu)

C) Fritz-Valter sindromu

D) Harabayaşi-Epşteyn sindromu

E) Kistler sindromu
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh163
759) Deşilmiş alovlu silah yaralanmasından 2 ay sonra ani və şiddətli baş ağrısı, ənsə əzələlərinin gərginliyi və huşun dərinləşməsi ilə müşahidə edilən xəstədə ilk düşünüləcək xəstəlik hansıdır?
A) Trephined sindrom (trepanasiya edilmişlər sindromu)

B) Postravmatik epilepsi

C) Meningit

D) Karotid arteriya disseksiyası

E) Travmatik anevrizma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.səh16
760) Kəllədaxili həcmi artıran beş səbəbdən hansı ekstraselulyar mənşəlidir?
A) Neyrotoksik ödem

B) Serebral qan həcmi

C) Işemik ödem

D) Likvor

E) Hematoensefalitik baryer zədələnməsi (vazogenik ödem)
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh167
761) Aşağıdakılardan hansı kəllə əsası sınığı əlaməti deyil?
A) Otoreya

B) Postaurikulyar hemorragiya

C) Rinoreya

D) Hemiplegiya

E) Periorbital hematoma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh167
762) Aşağıdakılardan hansı klinik olaraq diffuz aksonal zədələnmənin ən doğru təsviridir?
A) Travmadan sonra huşun 6 saatdan çox müddətə itirilməsi

B) Retroqrad və postravmatik 6 saatı keçən amneziya

C) Travmadan sonra 1 saatdan çox müddətə amneziya

D) Postravmatik 6 saatı keçən amneziya

E) Retroqrad və postravmatik 1 saatı keçən amneziya
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh16
763) Ağır kəllə-beyin travmasının konservativ müalicəsində hansı preparatın təyini effektli deyil, əksinə zərərlidir və ölüm riskini artırır?
A) Hipertonik NaCl məhlulunun

B) Antikonvulsantların

C) Steroid preparatların

D) Mannitolun

E) Furosemidin
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları, Ankara 2007.səh16
764) Aşağıdakılardan hansı kəllə-beyin travması zamanı kəllə daxili təzyiqi aşağı saldığına görə ilk 24 saatlıq müddətdə tətbiq olunmamalıdır?

A) Ventrikulyar drenaj

B) Sedasiya

C) Hiperventilyasiya

D) Hemodinamik stabilizasiya və başın elevasiyası

E) Mannitol


Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları, Ankara 2007.səh168
765) Kəllədaxili təzyiqin artması zamanı müşahidə edilən Kuşinq triadası aşağıdakılardan hansıdır?
A) Taxikardiya,tənəfüs pozulması,hiponatremiya

B) Bradikardiya,hipertenziya,tənəffüs pozulması

C) Hipotenziya,tənəffüs pozulması,hiponatremiya

D) Tənəffüs pozulması,bradikardiya,hipotenziya

E) Hipertenziya,taxikardiya,tənəffüs pozulması
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh17
766) Asimptomatik epidural hematoma zamanı cərrahi müdaxiləyə göstərişlərlə əlaqəli aşağıdakılardan hansı səhvdir?
A) Qalınlıq 1.5 cm artıqdır

B) Hematomanın həcmi;supratentorial 30 ml dən artıq

C) Hematomanın həcmi;subtentorial 10 ml dən artıq

D) Orta xətt dislokasiyası yoxdur

E) Yanaşı başqa kranial patologiyanın olması
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh17
767) Transtentorial zədələnmələrdə,ilk zədələnən kranial sinir hansıdır?
A) Üçlü sinir

B) Görmə siniri

C) Dilaltı sinir

D) Gözün hərəki siniri

E) Dil-udlaq siniri
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh172
768) Aşağıdakılardan hansı birincili beyin zədələnməsidir?
A) Subaraxnoidal qansızma

B) Kəskin mədəcikdaxili qansızma

C) Diffuz aksonal zədələnmə

D) Epidural hematoma

E) Subdural hematoma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh172
769) Hündürlükdən yıxılma nəticəsində xəsarət almış 4 yaşlı uşaqda kranioqramda ənsə sümüyündə xətti sınıq aşkar edilib.İki dəfə qusması olan xəstədə kobud ocaqlı hərəki-hissi pozuntular,huşunda dəyişiklik qeyd olunmur.Yanaşmanız necə olmalıdır?
A) Leptomeningial sist fikirləşərək cərrahi midaxilə

B) Sınıqla əlaqəli təcili cərrahi müdaxilə

C) Nevroloji intakt olduğuna görə evə yazılmalı

D) Müşahidə və KT ilə 1 ay sonra müayinə

E) Təcili MRT
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh173
770) Aşağıdakılardan hansı karotid kavernoz fistulun klinikasında müşahidə edilmir?
A) Midriaz

B) Papillödem

C) Ekzoftalm

D) Xemoz


E) Tinnitus
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh173
771) Böyüyən kəllə sümüyü sınıqları ilə əlaqəli aşağıdakılardan hansı səhvdir?
A) Sonradan leptomeningial sist yarana bilər

B) Sonrakı dövrdə nevroloji defisit inkişaf edə bilər

C) Dura laserasiyası(zədələnməsi) adətən müşahidə edilir

D) Beyin toxuması deffekdən çıxa bilər

E) Hər zaman cərrahi müdaxilə vacibdir
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh17
772) Aşağıdakılardan hansı ağır kəllə beyin travmalı xəstələrdə reanimasiya zamanı istifadəsi məsləhət görülmür?
A) Fentanil

B) Suksinilkolin

C) Propofol

D) Midazolam

E) Atrakurium
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh178
773) Aşağıdakı kəllədaxili hematomalardan hansı əsasən venoz mənşəlidir?
A) Epidural hematoma

B) Mədəcikdaxili qansızma

C) Subdural hematoma

D) Subaraxnoidal qansızma

E) Beyindaxili hematoma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh178
774) MRT və KT müayinəsi zamanı normal kontrastlaşma xüsusiyyətinə aşağıdakılardan hansı malikdir?

1. Hipofiz vəzi

2. Pineal vəz

3. Kavernoz sinus

4. Koroid pleksus

5. Periferik sinir qanqlionu
A) 1,2,3,4,5

B) 1,3,4


C) 1,4,5

D) 1,2,3


E) 1,2,3,4
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh80
775) Beynin KT və MRT şəkillərində serebral hemisferdə,frontal korteks və ya qonşuluqundan başlamış,yaxınlığındakı sümükdə dəyişiklik törətmiş,kalsifikasiya və kistaları olan,böyük ölçülərinə baxmayaraq ciddi ödem yaratmayan və minimal-heterogen kontrast maddə tutan həcmli proses aşkar edilmiş yetkin xəstədə,mümkün olan patologiya hansıdır?
A) AVM

B) Astrositoma

C) Qlioblastoma

D) Oliqodendroqlioma

E) Mts
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh84
776) İntrakranial radiasion nekrozu tumordan fəqləndirmək üçün ən vacib müayinə hansıdır?
A) Kontrastlı MRT

B) Sintiqrafiya

C) 3 ölçülü KT

D) MR-Spektroskopiya

E) Serebral angioqrafiya
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh90
777) Angioqrafiyada infundibulumun anevrizmadan fərqləndirmək üçün qiymətləndirilən əlamətlərdən hansı səhvdir?

1. Şəkil olaraq üçbucaq formasındadır

2. Böyük ölçüsü 3mm dən kiçikdir

3. Apeksində damar vardır

4. Apeksindən çıxan damar superiora qıvrılır
A) 1,3

B) 1,2,3


C) 4

D) 2,4


E) 1,2,3,4
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh90
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 176,11 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə