Neyrocərrahiyyə 17. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir


) Pineal kalsifikasiya üçün hansı doğrudur?



Yüklə 176,11 Kb.
səhifə13/16
tarix08.12.2016
ölçüsü176,11 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16

778) Pineal kalsifikasiya üçün hansı doğrudur?
A) Ilk 7 yaş ərzində rast gəlmə tezliyi təxminən 5% dir

B) Yeni doğulmuşlarda nadirdir

C) Normada ölçüləri 4 mm dən böyük olur

D) 2 mm və daha artıq ölçüdə olan pineal kalsifikasiyalar adətən patolojidir.

E) Yaşlı yaş qrupunda KT ilə 80-90% kalsifikasiya müşahidə edilir
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh91
779) Posterior fossa ependimomalarında ən çox rast gəlinən radiolojik əlamət hansıdır?
A) Heterogenlik

B) Hidrosefaliya

C) Hemorragiya

D) Kontrastın tutulması

E) Kalsifikasiya
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh92
780) Angioqrafiya zamanı anevrizmanın görsənməməsi aşağıdakıların hansı ilə əlaqəli deyil?
A) Anevrizmanın vazospazm ilə əlaqəli dolmaması

B) Anevrizmanın tromb ilə tutulması

C) Anevrizma divarının qalın olması

D) Anevrizmanın hematoma ilə obliterasiyası

E) Anevrizmanın çox kiçik olması
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh92
781) Aşağıdakılardan hansı angioqrafiyaya mütləq əks göstərişdir?
A) Anadangəlmə ürək qüsuru

B) Angioqrafiyaya mütləq əks göstəriş yoxdur

C) Koaqulopatiya

D) Kontrast maddəyə allergiya

E) Böyrək çatmamazlılığı
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh93
782) Aşağıdakılardan hansı serebrovaskulyar xəstəliklərin qiymətləndirilməsində KT angioqrafiyanın MR angioqrafiyadan üstün olan xüsusiyyətlərindən deyi?
A) Kəllə əsası səthindəki damarları görüntüləmədə daha həssas olması

B) Tromb və damar divarındakı kalsifikasiyaları göstərə bilməsi

C) Anatomik sümük strukturları göstərə bilməsi

D) Anevrizmalardaki qanın yavaş hərəkətini rahatlıqla göstərə bilməsi

E) Hərəkət həssaslığının daha az olması
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh9
783) Baş ağrısı ilə birlikdə tek tərəfli ptoz və mioz,eyni tərəfdə fasial tərləmənin saxlanıldığı bir xəstəyə tətbiq olunmalı qızıl standart şüa müayinə üsulu hansıdır?
A) EEQ

B) Beynin KT müayinəsi

C) Doppler USM

D) Selektiv angioqrafiya

E) Beynin MRT müayinəsi
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh9
784) Aşağıdakılardan hansı bazilyar invaginasiyaya səbəb ola biləcək klinik vəziyyətlərdən biri deyil?
A) Kleidokranial displaziya

B) Fibroz displaziya

C) Revmatoid artrit

D) Osteoporoz

E) Osteomalaziya
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh9
785) Ultrasonoqrafiya ilə aşkar edilən irəli (70-90%) servikal karotid arteriya stenozlu xəstələrdə sonrakı radioloji müayinə necə olmalıdır?
A) 2 həftə ərzində KT angioqrafiya

B) 24 saat ərzində KT angioqrafiya

C) 1 həftə ərzində KTA və DSA

D) 6 ay ərzində DSA

E) 24 saat ərzində rəqəmsal subtraksiya angioqrafiyası (DSA)
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh97
786) KT venoqrafiya ilə əlaqəli səhv məlumatı qeyd edin:
A) Intrakranial venoz dövranı görüntüləyir

B) Dural sinus tromdozu aşkar edilə bilər

C) AVM in venoz damarları 3 ölçülü nümayiş edilə bilir

D) Meningiomanın dural sinus invaziyası aşkar edilə bilər

E) Bütün venoz sinuslar DSA (rəqəmsal subtraksiya angioqrafiyası) keyfiyyətində görünür
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh9
787) Arteriyalarda mexaniki vazospazm yarandıqda aşağıdakılardan hansı istifadə oluna bilər?
A) Protamin

B) Nifedipin

C) Urokinaz

D) Heparin

E) Verapamil
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh9
788) Subaraxnoidal qansızma səbəbiylə müşahidə edilən xəstədə,konservativ müalicəyə cavab verməyən vazospazm yaranması vəziyyətində hansı icra edilməlidir?
A) Stendləmə

B) Şunt taxılması

C) Balon angioplastikası

D) Koil embolizasiyası

E) Qalıcı balonun yerləşdirilməsi
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh99
789) Aşağıdakılardan hansı epilepsiya cərrahiyyəsində tətbiq olunan cərrahi prosedurlardan deyil?
A) Hemisferektomiya

B) Multipl subpial traseksiya

C) Pallidotomiya

D) Talamik elektrik stimulyasiya

E) Vaqal sinir stimulyasiyası
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh37
790) Stereotaktik cərrahi üsul aşağıdakı variatnlardan hansında tətbiq olunur?

1. Parkinson xəstəliyi və hərəkət pozuntusu

2. Beyin şişləri

3. Epilepsiya cərrahiyyəsi

4. Obsessiv kompulsiv xəstəliklər
A) 2,3,4

B) 2,4


C) 1,2,3

D) 1,3,4


E) 1,2,3,4
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh376
791) Aşağıdakı xəstəliklərin hansının müalicəsində hemisferektomiya tətbiq olunmur?
A) Yayılmış unilateral kortikal displaziyalar

B) Rasmussen ensefaliti

C) Hemimeqalensefaliya

D) Yuvenil absens epilepsiya

E) Sturge-Weber sindromu
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh378
792) Stereotaktik radiocərrahiyyə aşağıdakı patologiyalardan hansı üçün uyğun deyil?
A) Multiform qlioblastoma

B) Pontoserebelyar bucaq şvannoması

C) Serebral AVM

D) Meningioma

E) Hipofiz adenoması
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh378
793) Aşağıdakılardan hansı subtalamik nüvə patologiya sonrası ən çox rast gələn fəsaddır?
A) III kranial sinirin iflici

B) Hemiballismus

C) Kontrlateral görmə sahəsi pozulmaları

D) Motor hərəki pozuntular

E) Psixomotor simptomlar
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh380
794) Aşağıdakılardan hansı gamma knife stereotaktik radiocərrahiyyə ilə müalicə edilmir?

1. Meningioma

2. Vestibulyar şvannoma

3. Malign melanom metastazı

4. Epidermoid tumor
A) 3

B) 1


C) 2

D) 4


E) 1,3
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh381
795) Parkinson xəstəliyinin cərrahi müalicəsində tədbiq edilməyən üsul hansıdır?

1. Talamotomiya

2. Paliddotomiya

3. Pallidal stimulyasiya

4. Qara cisim stimulyasiyası

5. Subtalamotomiya
A) 1,2

B) 1,2,3,4

C) 1

D) 4


E) 1,2,3
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh382
796) VAŞ hansı şkalanın qısaltmasıdır?
A) Sözlə tərif şkalası

B) Analoq rəngli davamlı şkala

C) Üzün ifadə şkalası

D) Vizual analoq şkalası

E) Sayı ilə qiymətləndirmə şkalası
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh384
797) Qlial tumorun stereotaktik biyopsiyası ilə əlaqəli hansı doğrudur?
A) Aşağı qreydli astrositoma nəticəsi gələn bir tumor daha yüksək qreydli ola bilər.

B) Tumorun mərkəzi diaqnozu qoymaq üçün vacibdir

C) Yüksəkq qreydli astrositoma nəticəsi gələn bir tumor daha aşağı qreydli ola bilər

D) Stereotaktik biopsiya ilə diaqnozu qoyula bilməz

E) Alınan nəticə mütləq doğrudur
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh384
798) Neyropatik ağrı ilə əlaqəli hansı səhvdir?
A) Diyabet,QİÇS,revmatoid artrit kimi xəstəliklərdə ortaya çıxır

B) Müalicəyə tabe olmur

C) Ağrılı uzun RF ilə zədələmə ən öndə gələn müalicə üsuludur

D) Xarakterik xüsusiyyəti hiperalgeziyadır

E) Müalicəsində antidepresantlar və qabapentin istifadə edilir
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh38
799) Trigeminal nevralgiya üçün aşağıdakılardan hansı səhvdir?
A) Konservativ müalicədə steroidlər istifadə edilir

B) Bir neçə saniyə davam eləyən çox şiddətli ağrı atakaları var

C) Perkutan yanaşma ilə gasser qanqlionundaki hissi liflər yandırılır

D) Əsasən üçlü sinirin 2 və 3-cü şaxələrini əhatə edir

E) Açıq cərrahiyyə ilə posterior fossa mikrovaskulyar dekompressiyası icra edilir
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh384
800) Aşağıdakılardan hansı trigeminal nevralgiyanın müalicə üsullarından deyil?
A) Mikrovaskulyar dekompressiya

B) Periferik alkoqol inyeksiyası

C) Balon ilə dekompressiya

D) Radiofrekans tətbiqi

E) Qliserol tətbiqi
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh38
801) Aşağıdakı patologiyalardan hansı stereotaktik radiocərrahiyyə müalicəsi üçün uyğun deyil?
A) Sol alın payında residiv glioblastoma multiform

B) Beyin kötüyündə arteriovenoz malformasiya

C) 1.5 sm ölçüdə bucağın şişi

D) Ağ ciyər xərçənginin çoxsaylı beyin metastazı

E) Sağ quyruqlu nüvədə yerləşmiş və əvvəl qanamış kiçik kavernoma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh387
802) Aşağıdakılardan hansı kauzalgiya üçün doğru deyil?
A) Hipesteziya

B) Tərləmənin artması

C) Simpatik blokada ilə ağrıların şiddətində azalma

D) Atrofik dəyişikliklər

E) Ciddi hərəki funksiya pozulmasının olmaması
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh388
803) Yüksək qreydli glioz tumor olan,orta yaşlı xəstələrdə aşağıdakı xüsusiyyətlərdən hansı stereotaktik biopsiya üçün birbaşa göstərişdir?
A) Mərkəzi lokalizasiyalı tumor

B) Nevroloji defisiti olmayan xəstədə,kritik lokalizasiyada kiçik tumorun olması

C) Xəstə vəziyyətinin kraniotomiyaya uyqun olmaması

D) Tumorun 2 sm dən kiçik olması

E) Tumorun kistasının olması və ya xüsusiyyət dəyişdirməsi
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh38
804) Parkinson xəstəliyinin hansı simptomu talamotomiyaya ən yaxşı cavab verir?
A) bradikineziya

B) ağız suyunun artması

C) tremor

D) əzələ rigidliliyi

E) nitqin pozulması
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh39
805) Fəqərə sütununu,xüsusilə fəqərənin arxa elementlərini tutan psevdotumoral,hiperplastik patologiya var.Radioqrafiyalarda sümüyün destruksiyası və sümük korteksin şişməsi müşahidə edilir.MRT müayinənin tipik görüntüsü isə içi maye dolu çoxsaylı kütlələrdir.Bu əlamətlərə görə aşağıdakı patologiyalardan hansını müəyyən etmək olar?
A) Osteosarkoma

B) Fəqərə hemangioması

C) Nəhəng hüceyrəli tumor

D) Anevrizmal sümük kistası

E) Eozinofil qranuloma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh6
806) Aşağıdakı ependimomalardan hansı onurğa kanalında tez-tez təsadüf ediləndir?
A) Miksopapillyar

B) Papilyar

C) Anaplastik

D) Psevdoependimoma

E) Subependimoma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh6
807) Qanqlioneyroma üçün doğru olan varianti seçin:

A) Histopatoloji olaraq yalnız bir tip hüceyrələrdən əsas alır

B) Sürətlə inkişaf edən şişdir

C) Əsasən uşaq və gənclərdə rast gəlir

D) Mərkəzi sinir sisteminin primer tumorları içində 2. tezlikdə rast gəlir

E) Onurğa beynində daha çox təsadüf edilir


Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh6
808) Neyrofibromatoz (NF) Tip I də tez-tez rast gələn neoplazm hansıdır?
A) Meningioma

B) Şvannoma

C) Astrositoma

D) Ependimoma

E) Neyrofibroma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh6
809) Aşağıdakılardan hansı beyin absesi üçün səhvdir?
A) Daha çox törədiciləri streptokoklar və qram mənfilərdir

B) Cərrahi müdaxilə kapsula yarandıqdan sonra icra edilir.

C) Gec ensefalit dövrü 4-9 gün arasındadır

D) Kapsulun formalaşması orqanizmin infeksiyani sərhədlərə alması nəticəsində baş tutur

E) Tez kapsulyasiya dövrü 21-30 gün arasındadır.
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh6
810) Beyin abseslərində ən çox aşkar edilən mikroorqanizm hansıdır?
A) Bakteroidlər

B) Kandida

C) Anaerob streptokok

D) Sitrobakteriya

E) Stafilokok
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh67
811) Aşağıdakı mərkəzi sinir sistemi tumorlarından hansının mənbəyi neyroepitelial toxumadır?
A) Paraqanqlioma

B) Şvannoma

C) Oliqodendroqlioma

D) Plazmositoma

E) Meningioma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh69
812) Aşağıdakılardan hansı maliqn tumorun xüsusiyyətlərindən deyil?
A) Qarışıq,idarə edilməyən proliferasiya

B) Aşağı mitoz indeksi

C) Nekroz

D) Invaziya

E) Metastaz
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh7
813) Likvor fistulunun müəyyən edilməsində aşağıdakı müayinə üsullarından hansı istifadə edilmir?
A) Mieloqrafiya+KT

B) Kontrastla KT

C) MR spektroskopiya

D) MRT


E) MR sisternoqrafiya
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh7
814) 65 yaşında,həmişə sağlam olduğunu deyən kişi xəstə, son 4-5 saatda artan baş ağrısından şikayət edib.bir saat müddətində huşunu itirmiş,koma vəziyyətində xəstəxanaya gətirilib,burada bir neçə saat içində itirilib,icra edilmiş radioloji müayinədə sol talamusda böyük bir hematoma kütləsi və hematomanın mədəciyə açılması aşkar edilib.Bu hala aşağıdakılardan hansı ən böyük ehtimalla səbəbdir?
A) Metastatik karsinoma

B) Hipertenziya

C) Xroniki alkoqolizm

D) Miokard infarktı

E) Trombemboliya
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh71
815) Serebral tromemboliya ən çox hansı damarın qidalandırdığı sahələrdə patologiya yaradır?
A) Orta beyin arteriyası

B) Arxa beyin arteriyası

C) Orta meningeal arteriya

D) Ön beyin arteriyası

E) Arxa beyincik arteriyası
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh72
816) Əvvəllər sağlam olan orta yaşlı xəstədə bilateral temporal loblarda hemorragik nekrotik patologiyalar aşkar edilir.Aşağıdakı ensefalitlərdən hansı ilkin olaraq ehtimal edilməlidir?
A) Quduzluq ensefaliti

B) Vərəm ensefaliti

C) Herpes simpleks ensefaliti

D) Sifilitik ensefalit

E) Toksoplazma ensefaliti
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh72
817) Aşağıdakı qanamalardan hansı əsasən venoz tiplidir?
A) Subaraxnoidal qansızma

B) Subdural hematoma

C) Intraparenximal hemorragiya

D) Lasserasiya

E) Epidural hematoma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh72
818) Aşağıdakı mərkəzi sinir sistemi tumorlarından hansında qanama digərlərinə nisbətən daha tez-tez müşahidə edilir?
A) Oliqodendroqlioma

B) Pilositik astrositoma

C) Qanqlioqlioma

D) Disembrioplastik Neyroepitelial tumor

E) Ependimoma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh73
819) Paraqanqlioma mərkəzi sinir sistemində ən çox harada lokalizasiya olunur?
A) Onurğa beyni servikal səviyyədə ekstradural

B) Onurğa beyni torokal səviyyədə intradural

C) Onurğa beyni servikal səviyyədə intradural

D) Onurğa beyni at quyruğunda

E) Onurğa beyni torakal səviyyədə ekstradural
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh74
820) Aşağıdakı ifadələrdən hansı kraniofaringioma üçün səhvdir?
A) Uşaqlıq devrində müşahidə edilir və nisbəti 5% dir

B) Ademantinomatoz tip kraniofaringiomaların residiv vermə ehtimalı yüksəkdir.

C) Nadir müşahidə edilən MSS tumoru olub sadəcə 2% nisbətindədir.

D) Papilyar kraniofaringiomalar daha çox solid kütlə şəklində ortaya çıxır.

E) Papillyar kraniofaringiomalar daha çox uşaqlarda müşahidə edilir və proqnozu pisdir.
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh74
821) Radiasiyon nekroz üçün səhv olanı göstərin:
A) Şüa dozası ilə əlaqəli deyil

B) Əsasən radioterapiyadan sonrakı 6-24 ay içində müşahidə edilir

C) Ağ maddədəki damar divarlarında hialinizasiya və qalınlaşma törədir.

D) Müalicəsində steroid istifadəsi kifayət edir,bəzən nekrotik ocaq cərrahi üsulla çıxardıla bilər.

E) Boz-ağ maddə birləşməsində fibrin eksudat yaradır
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh75
822) Arxa çuxur tumorlarında hansı simptom az müşahidə edilir?
A) Görmənin pozulması

B) Ürəkbulanma və qusma

C) Müvazinatın pozulması

D) Başağrısı

E) Epileptik tutma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh106
823) Bir ildir sağ gözündə önə doğru qabarma şikayəti ilə gələn 5 yaşındakı uşaqda,MRT-də görmə sinirində qlioma aşkar edilir.Göz müayinəsinə əlavə olaraq aşağıdakı sistemlərin hansının müayinəsi,diaqnozun qoyulmasında və xəstənin müalicəsində yararlı olar?
A) Qulaq və vəstibulyar aparat

B) Sümük iliyi

C) Dəri

D) Qaraciyər



E) Ürək-damar
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh10
824) Amiotrofik lateral skleroz (ALS)diaqnozunda ən əhəmiyyətli müayinə üsulları hansılardır?

1. Kliniki müayinə

2. Lumbal punksiya

3. Elektrofizioloji müayinələr

4. Kranial MRT

5. Sinir biopsiyası
A) 1,3

B) 3,4


C) 3,5

D) 1,2,5


E) 1,4
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh113
825) Törədicinin beyinə daxil olma yollarından asılı olaraq əsasən abseslər hansı qruplara bölünür?
A) Travmatik, metastatik

B) Metastatik, rinogen

C) Travmatik, rinogen

D) Rinogen, hematogen

E) Otogen, rinogen
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh173
826) Exinokokların morfoloji və bioloji xüsusiyyətlərinə görə hansı formaları mövcuddur?
A) Bitişməli, kistalı, bitişməli-kistalı

B) Bitişməli, kistalı

C) Hidatidoz, alveolyar

D) Kistalı, kistasız

E) Kapsulalı, yayılmış
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh180
827) Hormetoniyaya (əzələ tonusunun kəskin artması) səbəb əsasən nədir?
A) Beyinciyə qansızma

B) Beyindaxili hematoma

C) Subdural hematoma

D) Epidural hematoma

E) Mədəcikdaxili hematoma
Ədəbiyyat: R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh158
828) Daxili yuxu arteriyası mənfəzinin tam tutulması zamanı aşağıdakı əlamətlərdən hansı müşahidə olunmur?
A) Əks tərəfdə homonim hemianopsiya

B) Total afaziya

C) Tetraplegiya

D) Hemihipesteziya

E) Hemiplegiya
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh162
829) Meninqoradikulosele zamanı yırtıq kisəsində sadalananlardan hansı müşahidə olunur?
A) Onurğa beyni qişaları

B) Qişalar və kökcüklər

C) Onurğa beyni və kökcüklər

D) Onurğa beyni

E) Onurğa beyni, kökcüklər və qişalar
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh197
830) Braxisefaliyaya sadalananlardan hansı səbəbdir?
A) Koronar tikişlərin vaxtından əvvəl sümükləşməsi

B) Sagital tikişlərin sümükləşməsi

C) Sagital və alın tikişlərin sümükləşməsi

D) Alın tikişlərinin sümükləşməsi

E) Əmgəyin tez bağlanması
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh206
831) Üçlü sinir nevralgiyasının hansı formaları var?
A) Essensial, simptomatik

B) Yoluxucu, travmatik

C) Yoluxucu, essensial

D) Aterosklerotik, essensial

E) Aterosklerotik, simptomatik
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh222
832) Ağrı aparıcı yollarda aparılan əməliyyatlar hansılardır?

1. Xordotomiya

2. Komissurotomiya

3. Talamotomiya

4. Simpatektomiya
A) 1, 2, 3

B) 2, 3, 4

C) Yalnız 2

D) Yalnız 3

E) 1, 2, 4
Ədəbiyyat:R. S. Həsənov, S. A . Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh228
833) Aşağıda sadalanan hissələrdən hansı arterial anevrizmanın tərkibinə aid deyil?
A) baş

B) cisim


C) boyun

D) dib


E) ayaqcıq
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh164
834) Aşağıdakılardan hansı palliativ əməliyyatdır?
A) Frez dəliklərindən xroniki subdural hematomanın çıxarılması

B) Fəqərəarası disk yırtığının çıxarılması

C) Kraniotomiya, epidural hematomanın çıxarılması

D) İntramedulyar şiş zamanı dekompressiv laminoektomiya

E) Kraniotomiya, meningiomanın çıxarılması
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh19
835) Serebral angioqrafiyanın hansı forması icra edilərkən, yuxu arteriyasının kontrastlaşması ilə rentgeneloji müayinə aparılır?
A) Karotid angioqrafiya

B) Pnevmoensefaloqrafiya

C) Ventrikuloqrafiya

D) Vertebral angioqrafiya

E) Mieloqrafiya
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh31
836) Fəqərə sütunu - onurğa beyni patologiyaları zamanı, hansı müayinə üsulunun aparılması daha məqsədəuyğundur?
A) Neyrosonoqrafiya

B) Spondiloqrafiya

C) Mieloqrafiya

D) KT


E) MRT
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004
837) Arterial anevrizma səbəbi ilə icra edilən intrakranial əməliyyat zamanı anevrizma boynu nə ilə bağlanır?
A) 10 / 0 neylon sapla

B) Koylla

C) Balon kateterlə

D) 4 / 0 vikril sapla

E) Klipslə
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. 167
838) Xarici ənsə qabarından 3 sm yuxarı və orta xətdən 3 sm yana kəsişmə nöqtəsi necə adlanır?
A) Burdenko nöqtəsi

B) Foramen maqnum

C) Dendi nöqtəsi

D) Təpə qabarı

E) Koxer nöqtəsi
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh42
839) Baş beyin şişləri yerləşməsinə görə hansı şişlərə aid edilir?
A) İntramedulyar, ekstramedulyar

B) Supratentorial, subtentorial

C) İntraserebral, ekstraserebral

D) Neyroektodermal, mezenximal

E) Subdural, epidural
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh53
840) Neyroektodermal şişlərə aşağıdakılardan hansı aid deyil?

1. Astrositoma

2. Qlioblastoma

3. Meningioma

4. Ependimoma

5. Angioretikuloma
A) 1, 2, 3

B) 1, 3, 4

C) 2, 4, 5

D) 1, 2, 4

E) 3, 4, 5
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh54


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 176,11 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə