Neyrocərrahiyyə 17. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir



Yüklə 176,11 Kb.
səhifə15/16
tarix08.12.2016
ölçüsü176,11 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16

904) Xəstə təqribən 1 ay əvvəl avtoqəza nəticəsində xəsarət alıb. Huşunu qısamüddətli itirib. Tədricən xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunub. Son 3 gündə vəziyyəti kəskin pisləşib. Huşunun dərinləşməsi, ümumi beyin əlamətləri, hemiparez müşahidə olunub. İlkin ehtimal edəcəyiniz patologiya hansıdır?
A) Beyin absesi

B) Beyindaxili hematoma

C) Xroniki subdural hemotoma

D) Epidural hematoma

E) Subaraxnoidal qansızma
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh114
905) Psixomotor oyanıqlıq, hormetonik qıcolmalar, avtomatik hərəkətlər, ikitərəfli patoloji reflekslər, hipertermiya, tənəffüsün pozulması əlamətləri aşağıda sadalanan hansı patoloji proses zamanı müşahidə edilir?
A) Beyin absesi

B) Subdural hematoma

C) Subaraxnoidal qansızma

D) Mədəcikdaxili qanaxma

E) Epidural hematoma
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh117
906) Xroniki subdural hematoma zamanı müalicə taktikası necə olmalıdır?
A) Cərrahi; rezeksion trepanasiya, hematomanin xaric edilməsi

B) Cərrahi; S. P. T hematomanın xaric edilməsi

C) Xəstənin 2 ay müddətində qoruyucu və ya yarımyataq rejimində saxlanılması

D) Cərrahi; frez dəliklərindən hematomanın xaric edilməsi

E) Konservativ; desensibilizəedici, dehidrotasiyaedici, antibiotiklərin təyini
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh118
907) Beyindaxili hematomanın çıxarılma etaplarına aşağıdakılardan hansı daxil deyil?
A) S. P. T və ya dekompressiv trepanasiyanın icra edilməsi

B) Hematoma boşluğuna rezin drenajın qoyulması

C) Beyin qabığının kəsilərək, hematoma boşluğunun açılması, qan laxtalarının çıxarılması

D) Hemostaz

E) Hematoma boşluğunun punksiya edilərək duru qan hissəsinin sorulması
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh118
908) Mədəcikdaxili hematomalar zamanı müalicə taktikası necə olmalıdır?
A) Cərrahi; rezeksion trepanasiya, hematomanin xaric edilməsi

B) Cərrahi, Hematoma boşluğunun punksiya edilərək duru qan hissəsinin sorulması

C) Cərrahi; frez dəliklərindən hematomanın xaric edilməsi

D) Konservativ; hemostatiklərin, neyroleptiklərin, antibiotiklərin təyini

E) Cərrahi; S. P. T hematomanın xaric edilməsi
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh119
909) Kəllə beyin travmalı xəstələrin müayinəsi zamanı hansı göstəricilərin qiymətləndirilməsi vacib deyil?
A) hərəki reaksiyalar

B) bəbəklərin vəziyyəti və reaksiyası

C) çanaq orqanları funksiyasının vəziyyəti

D) huşun vəziyyəti

E) həyati funksiyalar (nəbz, tənəffüs, qan təzyiqi)
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh120
910) Hansı nahiyənin zədələnməsi üçün tənəffüs ritminin pozulması xarakterikdir?
A) Orta beyin

B) Uzunsov beyin

C) Beyincik

D) Ara beyin

E) Əzgiləbənzər vəzin
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh120
911) Hansı nahiyənin zədələnməsi zamanı tənəffüsün tezləşməsi müşahidə edlir?
A) Orta beyin körpü

B) Ara beyin

C) Beyincik

D) Əzgiləbənzər vəzin

E) Uzunsov beyin
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh120
912) Kəllə- beyin travmasının ilk anından hansı əlamətin əmələ gəlməsi, beyin kötüyünün əzilməsinə dəlalət edir?
A) Hipertermiya

B) A / T düşməsi

C) Nəbzin seyrəlməsi

D) Tənəffüsün tezləşməsi

E) Nəbzin tezləşməsi
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh121
913) Xəstə daim yatır, yalnız ağrı qıcığından sonar gözlərini açır, lakin sadə əmrləri yerinə yetirir. Hərəkətləri dəqiq olsa da tam məqsədyönlü deyil. Xəstənin huşunun hansı səviyyədə pozulmasını təyin edin.
A) Koma II

B) Huşun dərin karlaşması - sopor

C) Koma I

D) Huşun yüngül karlaşması

E) Huşu aydındır
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh121
914) Xəstə yuxuludur, ətraf mühitə qarşı reaksiyaları zəifləyib, nitqi çətinləşib, hərəkətləri isə dəqiq və məqsədyönlüdür. Xəstənin huşunun hansı səviyyədə pozulmasını təyin edin.
A) Huşun dərin karlaşması

B) Huşun yüngül karlaşması

C) Huşu aydındır

D) Koma I

E) Koma II
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh121
915) Hər iki bəbəyin genişlənməsi və işığa reaksiyanın olmaması hansı nahiyənin zədələnməsini göstərir?
A) Beyin kötüyünün

B) Alın payının

C) Ara beynin

D) Beyinciyin

E) Ənsə payının
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004
916) Bəbəklərin hər iki tərəfdən patoloji daralması hansı nahiyənin zədələnməsi zamanı müşahidə edilir?
A) Ara beynin

B) Beyin kötüyünün

C) Ənsə payının

D) Beyinciyin

E) Alın payının
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh122
917) Ağrı qıcığına qarşı qeyri - adekvat hərəki reaksiyaların formalarını sadalayın.

1. dekortikasiyalı gərginlik

2. tipik deserebrasiya gərginliyi

3. qeyri - tipik deserebrasiyalı gərginlik

4. hipotoniya
A) 1, 2, 3, 4

B) 1, 4


C) 2, 3

D) 1, 2, 4

E) 1, 2, 3
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh122
918) Xəstədə aşağı və yuxarı ətraflarda spontan və ya ağrı qıcığına qarşı açıcı hərəkətlər, barmaqların yumruq kimi bükülməsi, və opistotonus müşahidə edilir. Bu hal ağrı qıcığına qarşı qeyri - adekvat hərəki reaksiyaların hansı formasına aiddir?
A) Hipotoniya

B) Adekvat hərəki reaksiyalara aiddir

C) Dekortikasiyalı gərginlik

D) Qeyri - tipik deserebrasiya gərginliyi

E) Tipik deserebrasiya gərginliyi
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh122
919) Xəstə ağrı qıcığına qarşı gözlərini açır, suallara çaşqın cavab verir, yuxarı ətrafı ilə ağrı nahiyəsini göstərir. Xəstənin vəziyyətini koma şkalası üzrə qiymətləndirin.
A) 13

B) 11


C) 15

D) 8


E) 20
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh123
920) Xəstə gözlərini spontan açır, suallara orientasiyalı cavab verir, hərəki tapşırıqları yerinə yetirir. Xəstənin vəziyyətini koma şkalası üzrə qiymətləndirin.
A) 6

B) 13


C) 15

D) 11


E) 8
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh123
921) Xəstə gözlərini ağrı qıcığına qarşı açır, suallara cavab olaraq qeyri - aydın səslər çıxarır, ekstensor tipli hərəki reaksiya müşahidə olunur. Xəstənin vəziyyətini koma şkalası üzrə qiymətləndirin.
A) 8

B) 10


C) 9

D) 7


E) 6
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh123
922) Apallik sindrom hansı nahiyənin zədələnməsi ilə əlaqədar olur?
A) Orta beyin

B) Beyincik

C) Ara beyin

D) Alın payının

E) Beyin kötüyü, beyin qabığı
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh124
923) Bel punksiyasının aparılma məqsədləri haqqında aşağıdakı hansı fikir doğru deyil?
A) Mieloqrafiya və pnevmoensefaloqrafiyanı icra etmək

B) Müalicəvi dərmanları subaraxnoidal boşluğa yeritmək

C) Likvor təzyiqini ölçmək

D) Subaraxnoidal boşluğun keçiriciliyini təyin etmək

E) Kəllədaxili təzyiqi artırmaq
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh37
924) Likvorun tərkibində zülal və sitoz iltihabi hüceyrələrin norma miqdarını göstərin:
A) Zülal 0, 33%, sitoz 7 - yə qədər

B) Zülal 2 %, sitoz - 20

C) Zülal 50 %, sitoz 7 – yə qədər

D) Zülal 10 %, sitoz 1000

E) Zülal 10 %, sitoz 50 - 70
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh37
925) Kvekenştdent sınağının aparılma qaydası aşağıdakılardan hansıdır?
A) Dendi nöqtəsində frez dəliyi qoyularaq, arxa buynuz punksiya edilir, kontrast maddə yeridilərək rentgen şəkil çəkilir

B) Bel punksiyasından sonra, boyun nahiyəsində hər iki tərəfdən vidaci venalar sıxılır

C) Bel punksiyasından sonra, göbək nahiyəsində qarının ön divarı göbək nahiyəsinə sıxılır

D) Koxer nöqtəsində frez dəliyi qoyularaq mədəcik punksiya edilir

E) Xarici ənsə qabarcığı və II boyun fəqərəsinin arxa çıxıntısı təyin edilərək, 45 ° bucaq altında aşağıya doğru punksiya edilir
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh38
926) Stukeya sınağının aparılma qaydasını göstərin:
A) Koxer nöqtəsində frez dəliyi qoyularaq mədəcik punksiya edilir

B) Dendi nöqtəsində frez dəliyi qoyularaq, arxa buynuz punksiya edilir, kontrast maddə yeridilərək rentgen şəkil çəkilir

C) Xarici ənsə qabarcığı və II boyun fəqərəsinin arxa çıxıntısı təyin edilərək, 45 dərəcə bucaq altında aşağıya doğru punksiya edilir

D) Bel punksiyasından sonra, boyun nahiyəsində hər iki tərəfdən vidaci venalar sıxılır

E) Bel punksiyasından sonra, göbək nahiyəsində qarının ön divarı fəqərə sütununa sıxılır
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh39
927) Suboksipital punksiya zamanı başverə biləcək fəsadlar hansılardır?
A) Ön beyin arteriyasının zədələnməsi

B) Daxili yuxu arteriyasını zədələnməsi

C) Vidaci venanın zədələnməsi

D) Araxa beyin arteriyasının, uzunsov beyinin zədələnməsi

E) Qida borusunun zədələnməsi
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh41
928) Kəllədaxili təzyiqin həcmi hansı faktorların bir - birinə olan münasibətindən asılıdır?

1. arterial və venoz təzyiqin həcmi

2. beyin toxumasında toxumadaxili təzyiq

3. beyin - onurğa beyin mayesinin təzyiqi
A) Yalnız 2

B) 2, 3


C) 1, 2

D) 1, 3


E) 1, 2, 3
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh44
929) Normada orta törəmələrin yerdəyişməsinin variasiyaları hansı ölçülər həddində olur?
A) 8 - 10 mm

B) 5 - 8 mm

C) 10 - 12 mm

D) 1, 0 – 2, 5 mm

E) 7 - 8 mm
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh47
930) Aşağıdakılardan hansı müayinə üsulu, hipofizin adenoması zamanı cərrahi müdaxiləyə göstərişi müəyyənləşdirir?
A) Neyrooftalmoloji

B) EEQ


C) Otonevroloji

D) Neyrorentgenoloji

E) Likvoroji
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh10
931) Hansı halda mədəciklərin punksiya edilməsi məqsədəuyğundur?
A) Sağ alın sümüyünün basılmış sınığında

B) Xroniki subdural hematoma zamanı

C) Falksın ön 1 / 3 meningioması zamanı

D) Arxa kəllə çuxurunun həcmli prosesinə şübhə olduqda

E) Subaraxnoidal qansızma zamanı
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh10
932) Aşağıdakılardan hansıları cərrahı əməliyyata mütləq göstərişdir?

1. Likvor yollarının tutulması ilə gedən patoloji proseslər

2. Onurğa beyninin sıxılma sindromları

3. Kəllə sümüyünün deffekti

4. Fəqərəarası disk yırtığı
A) 1, 4

B) 1, 2


C) 1, 3, 4

D) 2, 3


E) 1, 2, 3
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh16
933) Əsas xəstəliyi cərrahi yolla müalicə etmək mümkün olmadıqda, xəstənin həyatını xilas etmək üçün aparılan əməliyyatlar necə adlanır?
A) Rekonstruktiv əməliyyatlar

B) Radikal əməliyyatlar

C) Preventiv əməliyyatlar

D) Stereotaksik əməliyyatlar

E) Palliativ əməliyyatlar
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh19
934) Görmə sahəsində sektorlu və ya “adacıqlı” korluq (skatoma) nə zaman baş verir?
A) Görmə liflərinin ancaq bir hissəsinin zədələnməsində

B) Xiazmanın çarpazlaşmayan liflərinin zədələnməsi zamanı

C) Görmə sinirinin görmə çarpazına qədər zədələnməsi zamanı

D) Görmə çarpazının (xiazmanın) tam dağılması zamanı

E) Görmə sinirinin nevriti zamanı
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh23
935) Xiazmanın çarpazlaşmayan liflərinin zədələnməsi zamanı (daxili yuxu arteriyasının anevrizmasında) görmə sahəsində hansı şəkildə pozulmanı müşahidə etmək olar?
A) Skatoma

B) İkitərəfli korluq

C) Həmən gözdə amovroz

D) Binazal hemianopsiya

E) Bitemporal hemianopsiya
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh23
936) Fəqərə sütununun xoşxassəli şişləri hansılardır?

1. angioma

2. osteoblastoklastoma

3. osteosarkoma

4. xondroma

5. xondrosarkoma
A) 1, 3, 5

B) 1, 4


C) 2, 3, 4

D) 3, 4


E) 1, 2, 4
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh98
937) Hansı nahiyənin şişi zamanı yuxarı süst, aşağı spastik paraparez və yaxud paraplegiya, Horner sindromu, naqil tipli hipesteziya və ya anesteziya müşahidə edilir?
A) C5 - Th1

B) S1 - S2

C) C1 - C4

D) Th5 - Th8

E) Th2 - Th12
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh99
938) Hansı nahiyənin şişləri zamanı qabırğaarası sinirlər boyu ağrılar, aşağı mərkəzi paraparez, hissiyyatın və çanaq üzvləri funksiyasının pozğunluğu müşahidə edilir?
A) C1 - C4

B) C5 - Th1

C) S1 - S2

D) L1 - L5

E) Th2 - Th12
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh100
939) Hansı seqmentlər səviyyəsində şişlər zamanı aşağı ətraflarda süst paraparez, naqil tipli hissiyyatın pozulması müşahidə edilir?
A) Th2 - Th5

B) S1 - S2

C) Th8 - Th12

D) Th5 - Th8

E) L1 - L2
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh100
940) Hansı seqmentlər nahiyəsində patoloji proses zamanı sidik, nəcis ifrazının periferik tipli pozğunluğu, cinsi zəiflik, hissiyyatın aralıq, sağrı və cinsi üzvlər nahiyəsində pozulması, hərəki pozğunluqların olmaması müşahidə edilir?
A) Th8 - Th12

B) Th2 - Th5

C) S3 - S5

D) Th5 - Th8

E) S1 - S2
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh100
941) Hansı nahiyənin şişləri zamanı oma nahiyəsində kəskin ağrılar, ağrıların anusa və aşağı ətraflara sirayət etməsi, ağrıların duran, gəzən zaman artması, kökcük tipli hərəki - hissi pozğunluqlar, sidiyi, nəcisi saxlaya bilməmək müşahidə edilir?
A) Th5 - Th8

B) S1 - S2

C) Th8 - Th12

D) At quyruğunun şişləri zamanı

E) L1 - L2
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh100
942) Körpü beyincik bucağının şişlərini göstərin:

1. VIII sinirin nevrinoması

2. meningioma

3. xolesteatoma

4. angioretikuloma
A) 1, 2, 3

B) 1, 2, 4

C) 2, 3, 4

D) 1, 3, 4

E) 1, 4
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh70
943) Beyin kötüyündə rast gəlinən şişləri göstərin.

1. Qlioma

2. Angioretikuloma

3. Sarkoma və metastatik şişlər

4. Meningioma

5. Nevrinoma
A) 1, 2, 3

B) 1, 2, 4, 5

C) 2, 4, 5

D) 3, 4, 5

E) 1, 4, 5
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh80
944) Uşaqlarda şişlərin yerləşməsinin əsas xüsusiyyəti hansıdır?
A) Əsasən orta kəllə çuxurunda yerləşməsi

B) Əsasən ön kəllə çuxurunda yerləşməsi

C) Əsasən arxa kəllə çuxurunda yerləşməsi

D) Əsasən orta xətt üzrə yerləşməsi

E) Əsasən gicgah payının şişləri təsadüf olunur
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh81
945) Klinik aşkar edilməsindən asılı olaraq hansı MTS - lər mövcuddur?
A) Erkən, gecikmiş

B) Kəskin, xroniki

C) Eynivaxtlı, gecikmiş

D) Erkən, eynivaxtlı, gecikmiş

E) Eynivaxtlı, xroniki
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh84
946) KT təsvirdə MTS - in özünəməxsus görüntüsü necədir?
A) Böyük ölçülü şiş, kiçik ödem zonası

B) Kiçik ölçülü şiş, ətrafında böyük ödem sahəsi

C) MTS - i yalnız histoloji müayinədən sonra təyin etmək mümkündür

D) Kiçik ölçülü şiş ətrafönda böyük kista

E) Böyük ölçülü şiş, daxilində kista və qansızmalar
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh84
947) Şüa müalicəsinə həssas olan şişləri göstərin:

1. Medulloblastoma

2. Pinealoma

3. Astrositoma

4. Qlioblastoma
A) 1, 3, 4

B) 2, 3, 4

C) 1, 4

D) 1, 2, 3



E) 1, 2
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh93
948) Fəqərə sütunu - onurğa beyni travmaları zamanı, daha çox hansı fəqərələr zədələnir?
A) Fəqərələrin zədələnmə tezlikləri bərabərdir

B) C1 - C2, Th5, L4 - L5

C) C5 - C6, Th12, L1 - L2

D) C2 - C3, Th8, L4 - L5

E) C3 - C4, Th10, L3 - L4
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh138
949) Onurğa beyninin tam qırılmasını kliniki olaraq, aşağıda sadalanan hansı patoloji haldan, travmadan sonrakı ilkin mərhələlərdə fərqləndirmək çətindir?
A) Hematomieliya zamanı

B) Onurğa beyninin ön ciyələrinin zədələnməsilə

C) Spinal şokla

D) Boyun nahiyəsində f / a disk yırtığı zamanı

E) Onurğa beyninin yarım zədələnməsi zamanı
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh138
950) Hematomieliya hansı nahiyələrdə rast gəlinir?
A) boyun və bel qalınlaşmaları

B) Boyun


C) Boyun və döş

D) Bel


E) Döş
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh140
951) Onurğa beyninin yarımzədələnmə sindromu necə xarakterizə olunur?
A) Aşağı paraplegiya və naqil tipli hissi pozğunluqla özünü göstərir

B) Patoloji proses tərəfdə səthi hissiyyatın, əks tərəfdə hərəki pozğunluqlar

C) Hər iki tərəfdə hərəki pozğunluqlar

D) Patoloji proses tərəfdə hərəki, əks tərəfdə səthi hissiyyatın pozulması

E) Hər iki tərəfdə səthi və dərin hissiyyatın pozulması
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh142
952) Patoloji proses tərəfdə hərəki, əks tərəfdə hissiyyatın pozulması nə zaman müşahidə edilir?
A) Ön onurğa beyni sindromunda

B) Onurğa beyni yarımzədələnmə sindromunda

C) Onurğa beyninin mərkəzi sindromunda

D) Müəyyən edilmiş belə bir sindrom yoxdur

E) Onurğa beyninin arxa ciyələrinin zədələnmə sindromunda
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh142
953) Ön onurğa beyni sindromu hansı nevroloji əlamətlərlə özünü göstərir?
A) Patoloji proses tərəfdə hərəki, əks tərəfdə hissi pozğunluqla

B) Aşağı paraplegiya və naqil tipli hissi pozğunluqla

C) Əsasən dərin hissiyyatın pozulması

D) Tetraplegiya, çanaq orqanları funksiyasının ləngimə tipli pozulması

E) Tetraparez, naqil tipli hissi pozğunluq və sidik ifrazının ləngiməsi ilə
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh142
954) Ön onurğa beyni sindromu nə zaman müşahidə olunur?
A) Onurğa beyninin arxa ciyələrinin zədələnməsi zamanı

B) Onurğa beyninin yarımzədələnməsi zamanı

C) Ön spinal arteriyanın sıxılması zamanı

D) L1 - L2 səviyyəsində fəqərəarası disk yırtığı zamnı

E) Ön birləşdirici arteriyanın sıxılması zamanı
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh142
955) Ön spinal arteriyanın, travma nəticəsində əmələ gəlmiş sümük qəlpəsi və ya disk yırtığı ilə sıxılması nəticəsində hansı sindrom müşahidə olunur?
A) Onurğa beyninin arxa ciyələrinin zədələnmə sindromu

B) Arxa onurğa beyni sindromu

C) Onurğa beyninin mərkəzi sindromu

D) Ön onurğa beyni sindromu

E) Onurğa beyninin yarımzədələnmə sindromu
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh143
956) Onurğa beyninin mərkəzi sindromu zamanı müşahidə olunan nevroloji əlamətlər hansılardır?
A) Patoloji proses tərəfdə hissi, əks tərəfdə hərəki pozğunluq

B) Yuxarı ətraflarda xüsusilə ifadə olunmuş, aşağı ətraflarda da müşahidə olunan parez, naqil tipli hissi pozğunluq və sidik ifrazının ləngiməsi

C) Patoloji proses tərəfdə hərəki, əks tərəfdə hissi pozğunluq

D) Aşağı paraplegiya və naqil tipli hissi pozğunluq

E) Tetraplegiya və naqil tipli hissi pozğunluq
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh143
957) Yuxarı ətraflarda xüsusilə ifadə olunmuş, aşağı ətraflarda da müşahidə olunan parez, naqil tipli hissi pozğunluq və sidik ifrazının ləngiməsi əlamətlərilə özünü biruzə verən sindrom hansıdır?
A) Onurğa beyninin mərkəzi sindromu

B) Onurğa beyninin yarımzədələnmə sindromu

C) Ön onurğa beyni sindromu

D) Onurğa beyninin arxa ciyələrinin zədələnmə sindromu

E) Arxa onurğa beyni sindromu
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh143
958) Fəqərə sütunu - onurğa beyni travmaları zamanı hansı nahiyənin zədələnməsində ürəkdə aritmiya, miokardın funksional pozğunluqları və EKQ-də dəyişikliklər əmələ gəlir?
A) C4 - C7

B) Th2 - Th7

C) Th10 - Th12

D) Th8 - Th10

E) C1 - C4
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh145
959) Fəqərə sütunu - onurğa beyni travmaları zamanı hansı nahiyənin zədələnməsində sidik kisəsinin reflektor fəaliyyətinin kəskin zəifləməsi və ya itməsi nəticəsində qeyri - iradi sidik ifrazı müşahidə edilir?
A) Th12 - S1

B) C4 - C7

C) Th2 - Th5

D) Th5 - Th10

E) Th9 - Th12
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh147
960) Sadalanan sinirlərdən hansılarının zədələnməsi zamanı Düşen - Erb iflici (yuxarı iflic) müşahidə olunur?
A) C1 - C4

B) C3 - C4

C) Th4 - Th5

D) Th2 - Th3

E) C2 - C4
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh152
961) Xəstədə deltayabənzər, ikibaşlı, bazu, mil - bazu və supinator əzələlərinin iflici, qolunun sallanması, bilək və barmaqlarda hərəkətin tam saxlanılması, saidin və biləyin bayır səthində hissiyyat pozğunluğunun olması müşahidə olunur. Bu zaman hansı sinirlərin zədələnməsindən şübhələnmək olar?
A) Mil siniri

B) Dirsək siniri

C) C7 - C8

D) C5 - C6

E) Orta sinir
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh152
962) Hansı sinirlərin zədələnməsi zamanı Decer - Klumpke iflici (aşağı iflic) müşahidə edilir?
A) C5 - C6

B) Orta sinir

C) C7 - C8 - D1

D) Mil siniri

E) Dirsək siniri
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh153


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 176,11 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə