Мустягил тящсил сийасяти



Yüklə 312 Kb.
səhifə3/4
tarix25.12.2016
ölçüsü312 Kb.
#3083
1   2   3   4
Bilik məqsəd deyil, vasitədir.

Lev Tolstoy
Müasir dövrdə elmi və texnoloji bilik kimi məlum olan iki əsas bilik növünə müvafiq olaraq hələ insanın əmələ gəldiyi ilk dövr­lərdə də iki müxtəlif bilik növü: koqnitiv və əməli biliklər möv­cud ol­muş­dur. Birincilərin əsasında canlı seyr, ikincilərin əsa­sın­da maddi fəa­liy­yət – praktika dayanmışdır.

Zehni biliklər insan – təbiət qarşılıqlı münasibə­tində ikincinin bi­rinciyə təsirini əks etdirir və təbiəti, dünyanı dərk etmək, "ni­yə?", "han­sı səbəbdən?" suallarına cavab vermək təşəbbüsün­dən irə­­li gəlir. Bu proses tarixən seyrlə başlansa da, dünyaya fəal, də­yiş­dirici müna­sibətin nəticələrini də idrak süzgəcindən ke­çir­mək­lə da­ha intensiv xarakter alır. Təbiətin ilkin təsirləri ilə yanaşı in­sa­nın fə­al müdaxiləsinə olan əks təsirlər də informasiya mənbəyinə çevrilir.

İnsanın məqsədəuyğun dəyişdiricilik fəaliyyəti isə bilavasitə bu fəaliyyətə xidmət edən, «necə», «hansı yolla» suallarına cavab verən bi­­liklərə tələbat yaradır. Mücərrəd təfəkkürün və nitqin formalaşması sayəsində sinkretik əməli vərdişlərdə maddi və ideal komponentlərin ayrılması baş verir və əməli biliklər müstəqillik kəsb edir. (Bu gün bir qayda olaraq, biliklər əməli vərdişlərə çevrildiyi halda, tarixən əksinə olmuşdur).

Seyr özü insanla yaşıd olsa da, insanın təbiətə passiv, seyrci münasibətindən törəyən, təməlində inikas prosesi dayanan koq­ni­tiv bi­liklər nisbətən sonra yaranmışdır. Belə ki, ilk dövrlərdə mən­ti­qi təfəkkür hələ formalaşmadığından, seyr hec də biliklərə yox, yalnız tə­səvvürlərə gətirib çıxarmışdır. L.Levi-Bryulun yazdığı k­imi, məntiqə­qədərki (praloqiçeskoe) və mistik təfəkkür dövründə an­layış və biliklər əvəzinə yalnız "kollektiv təsəvvürlər" olmuşdur.

Maddi fəaliyyət nəticəsində hasil olan, sonralar həm də onun əsasında dayanan əməli biliklər isə, lap əvvəldən realistik xarakter da­şımış, hər cür mistikadan uzaq olmuşdur. Maddi istehsal prosesi sa­yəsində insanın özünü təbiətdən getdikcə daha çox ayırdığı və hətta özünü ona qarşı qoyduqu bir şəraitdə, mənəvinin maddidən ayrılaraq nisbi müstəqil bir tərəf kimi onunla əkslik təşkil etdiyi bir vaxtda iki müxtəlif bilik növü bir-birindən getdikcə daha aydın, fərqlənsə də, onların arasında müəyyən qarşılıqlı əlaqə və vəhdət yaranmışdır. Ona görə də, bu bilik növlərini fərqləndirmək və tari­xi baxımdan müqayisə etmək çətindir.

Bununla belə, tarixən məhz əməli bilklərin ilkin olması, koq­ni­tiv biliklərin isə mifoloji təsəvvürlərlə, "məntiqəqədərki təfək­kür­lə" əməli biliklərin birləşməsindən, yəni nisbətən sonra yaranması fik­ri xeyli dərin əsasa malikdir. Sadəlövh realizm mövqeyinə görə, əməli biliklər elmi inkişafın yeganə mənbəyidir. Əsasən mifoloji və mistik xarakter daşıyan başqa mənşəli biliklər isə bilavasitə maddi istehsal prosesin­dən hasil olan əməli biliklər tərəfindən sıxışdırılıb çıxarılmışdır.

Lakin tədqiqat göstərir ki, elmi biliklər hec də yalnız induk­tiv metodla əldə edilməmişdir. İnsanların maddi fəaliyyəti ilə bi­la­va­sitə bağlı olan və çox vaxt ondan ayrılmayan, ayrıla bilməyən, müs­təqil­ləşməyən, ideal mövcudluq statusu kəsb etməyən əməli bi­lik­lər nəinki elmi biliklərin yeganə mənbəyi deyil, hətta çox vaxt onun­la əks qütb təşkil edir. Elmi biliklərin əsasında ilkin koqnitiv bi­lik­lər dayandığı halda, əməli biliklər nisbi müstəqilliyini indiyə qə­dər saxlamaqla müasir texnoloji biliklərin əsasında dayanır. Ona gö­rə, müasir dövrdə elm ilə texnologiya arasındakı münasibətin mən­şəyi də koqnitiv və əməli biliklərin dialektikasında axtarılmalıdır.

Digər tərəfdən də, bu biliklərin inkişaf yolu insan-təbiət mü­na­sibətlərinin inkişaf yolu ilə üst-üstə düşür. Maddi fəaliyyətin, in­sa­nın təbiətlə münasibə­tinin xarakteri dəyişdikcə, onun şüur tərzi və malik olduğü biliklərin xarakteri də dəyişmiş olur. C.Bernal ov­çuluqdan əkinçiliyə keçidi bu baxımdan təhlil edərək belə qə­naə­tə gəlir ki, əmək məhz əkinçiliyə keçid sayəsində mümkün olur. Do­ğurdan da, ovçuluq mərhələsində məqsədlə fəaliyyət hələ vəh­dət halında idi, onlar hələ ayrılmamışdı. Məqsəd, fəaliyyət və onun nə­ticəsi arasında vasitələn­dirici mərhələlər, xüsusi keçid prosesi hə­lə yox idi. Lakin burada C.Bernal belə bir cəhəti qeyd etməyi unu­dur ki, ovçuluğun əkinçiliyə nə­zərən belə spesifik cəhəti, struktur fər­qi ovçuluğun yalnız ilk mər­hələlrinə aiddir. İnsanın sonrakı in­ki­şafı sayəsində ov məqsədilə qa­baqcadan xüsusi alətlər hazırlanır ki, bu da məqsəd, fəaliyyət və nə­ticənin artıq bir-birindən ayrıl­dı­ğını, məqsədlə əməli nəticənin vasitə­ləndiyini göstərir və bu şüurlu, məq­sədəuyğun fəaliyyət mənasında əmək ovçuluq sahəsinə də aid­dir. Əsas məsələ «mədəniyyətin yaratdığı istehsal alətlərinə» əsas­la­nan əkinçiliyə keçidin bir keyfiyyət sıçrayışı kimi qiy­mət­lən­di­ril­mə­sidir. Bu iki mərhələ arasındakı fərq yalnız əmək səhələrinin fərq­ləndirilməsindən ibərət olmayıb daha prinsipial xarakter daşı­yır və fiziki və zehni əmək bölgüsünün əsasında dayanır. Lakin əkinçilik gözlənilən məhsulun alınması ücün bir sıra aralıq fəa­liyyət formalarının icrasını tələb edirdi. Bu baxımdan, ovçuluğun əkin­çiliklə deyil, maldarlıqla müqayisəsi daha əyanidir. Heyvanı hazır şəkildə ovlayıb yemək (xüsusən bişirmədən yemək; çünki od­dan isti­fadə aralıq mərhələlər zəncirində daha bir halqadır və va­si­tələndirici fəaliyyətə aiddir) ücün onu bəsləyib-yetişdirmək və bu məqsədlə onun həyatını öyrənmək, bilmək vacib deyil. Lakin əgər insanlar sonradan gərək olacaqları ücün heyvanları əhliləşdirir və bəsləyib böyüdürlərsə, bu artıq vasitələndirici prosesdir və ilkin koq­nitiv və əməli biliklərə əsas­lanmadan, kortəbii olaraq həyata ke­­çirilə bilməz. Bu coxpilləli fəa­liyyətin müvəffəqiyyətlə icra edil­məsi ücün maddi fəaliyyətdən ay­rıl­mamış əməli biliklərlə yanaşı, məqsədəuyğun surətdə idarə edilməli olan hadisələr haqqında obyektiv məlumat – koqnitiv biliklər zəruri şərtdir. Bu biliklər, yu­xa­rıda artıq göstərdiyimiz kimi, seyrlə başlayır. C.Bernal yazırdı: «...Bu vaxt artıq heyvan və bitki həyatının bütün tarixi müşahidə predmetinə cevrilmişdir. Yalnız heyvanı necə tutmağı, yaxud bitkini necə yığmağı deyil, həm də onların necə çoxaldığını və böyüdüyünü də bilmək zəruri idi».1

Məqsədlə fəaliyyətin nəticəsi arasında dayanan əlaqələndirici vasitə, süni alətlər və bu alətlərdən istifadə vərdişləri ilk texniki nü­munələr idi və onların tarixi sivilizasiyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır: «Mədəniyyət, hər şeydən əvvəl, tarixən yaranmış



Yüklə 312 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə