Nİdoflor ® krem



Yüklə 21,43 Kb.
Pdf görüntüsü
tarix18.04.2017
ölçüsü21,43 Kb.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün) 

 

 

NİDOFLOR 

®

   krem 

NIDOFLOR 

®

 



 

Tərkibi 

Təsiredici maddələr: 100 q kremin tərkibində 1 000 000 BV nistatin, 0.382 q neomisin sulfat, 

0.100 q triamsinolon asetonid vardır. 



Köməkçi maddələr: setil stearin spirti, oktildodekanol, qliserin, metil parahidroksibenzoat, propil 

parahidroksibenzoat, təmizlənmiş su. 

 

Farmakoterapevtik qrupu 

Antibiotiklərlə kombinasiya olunmuş kortikosteroid 

 

Farmakoloji xassələri 

Nistatin – antibakterial təsirdən məhrum olan göbələk  əleyhinə olan antibiotikdir. O Candida 



albicans, Coccidioides immitis, Cryptococcus neoformans, Histoplasma capsulatum, bəzi 

blastomiset və  Sporotrichum-a qarşı  fəaldır. Göbələyin hüceyrə membranının sterolları ilə 

birləşir, onun selektiv baryer funksiyasını  çətinləşdirir, bu da hüceyrənin  əsas maddələrinin 

itkisinə  gətirib çıxarır. Neomisin – müxtəlif qrammüsbət və qrammənfi aerob bakteriyaların 

ştammlarına qarşı fəal olan aminoqlikozid qrupu antibiotikdir. Bakterial hüceyrə membranından 

keçir, bakteriyanın ribosom 30S subvahidli spesifik reseptor zülalı ilə birləşir. Nəticədə peptid 

əmələ  gəlmənin təsis edilməsinin gecikməsi, genetik kodun səhv  şifrələnməsi və 

poliribosomların fəaliyyət göstərməyən monosomlara parçalanması yolu ilə zülal sintezinin 

azalması baş verir. Triamsinolon – iltihab, qaşınma və allergiya əleyhinə  təsirlərə malik yerli 

istifadə olunan sintetik qlükokortikoiddir. 

 

İstifadəsinə göstərişlər 

- Mikrob və Сandida mənşəli bişməcələr; 

- Paronixiya (dırnaq yatağı kənarının infeksiyası); 

- Allergik dermatitlərin (kontakt dermatitlər, mikrob və ya Сandida mənşəli dermatitlər) müalicəsi 

zamanı. 

 

Əks göstərişlər 

- Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq; 

- Vərəm və dərinin virus zədələnmələri (Herpes simplexVaccinia, Varicella daxil olmaqla); 

- Xoralı zədələnmələr; 

- Sızanaq; 

- Rozaseа (qırmızı civzələr); 

- Krem göz ətrafında palpebral konyuktivit (qlaukoma təhlükəsi) zamanı istifadə olunmamalıdır. 

- Nidoflor 2 yaşdan kiçik uşaqlarda Neomisinin dəri tərəfindən sorularaq ototoksik risk 

törətməsini nəzərə alaraq istifadə olunmamalıdır. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Aşkar olunmayıb. 

 

Xüsusi göstərişlər 

Pediatriyada 

Bu dərman preparatı  uşaqlarda sistem ototoksik effekt yarada bilər. Qlükokortikoidlərlə 

uzunmüddətli müalicə  uşaqların boy və inkişafına mane ola bilər. Müvafiq olaraq uşaqların 

Nidoflor ilə müalicəsi ciddi tibbi nəzarət altında aparılmalıdır. 

 


Hamiləlik və laktasiya 

Yerli qlükokortikoidlər sistem şəklində sorulduğuna görə, Nidoflor kreminin istifadəsi hamiləlik və 

laktasiya zamanı  məsləhət görülmür, lakin əgər lazım olarsa risk/fayda nisbəti 

qiymətləndirilməlidir. Krem dərinin kiçik sahələrində, az miqdarda və  qısa zaman müddətinə 

istifadə olunmalıdır. 

Sistem qlükokortikoidlər ana südünə ifraz olunur, bu da körpələrdə boyun xətti uzanmasının 

ləngiməsi kimi əlavə reaksiyaların baş verməsinə səbəb ola bilər. 

Nistatin və triamsinolon asetonidin ana südünə keçməsi barədə əldə olan məlumat yoxdur. 

Döşlə əmizdirmə zamanı krem bilavasitə döşlərə sürtülməməlidir, çünki uşaq onu uda bilər.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə 



təsiri 

Nidoflor kremi insanların nəqliyyat vasitələrini və maşınları idarəetmə qabiliyyətinə  mənfi təsir 

göstərmir. 

 

Xəbərdarlıqlar 

Əgər bakterial mənşəli ağır infeksiyanın Nidoflor ilə uzunmüddətli müalicəsi zamanı neomisinə 

qarşı rezistentlik baş verərsə, kremin istifadəsini dayandırmaq və antibioqramma məlumatlarına 

müvafiq olaraq sistem antibiotikoterapiyaya başlamaq lazımdır. 

Reinfeksiyanın baş verməməsi üçün normal gigiyena və profilaktika tədbirləri istifadə edilməlidir. 

Zədələnmiş nahiyə mümkün qədər quru saxlanılmalıdır. 

Gözə düşməsinə imkan verməyin. 

Əgər terapiyanın 2-3 həftəsindən sonra heç bir dəyişiklik baş verməzsə, həkiminizə  məlumat 

verin. 


Qlükokortikoidin olması neomisinlə baş verən allergik reaksiyaları dayandırmır, lakin onların 

klinik təzahürlərinə təsir göstərə bilər. 

 

İstifadə qaydası və dozası 

Nidoflor kremi zədələnmiş nahiyəyə gündə 2-3 dəfə, tez sorulması  məqsədi ilə nazik qatla 

yüngül dairəvi masajla çəkilir. 

 

Əlavə təsirləri 

Nadir hallarda kremin komponentlərindən hər hansı birinə qarşı dözümsüzlük reaksiyaları baş 

verir, bu halda müalicəni dayandırmaq və adekvat müalicəvi tədbirlər həyata keçirmək lazımdır. 

Neomisinə qarşı allergik reaksiyalar xüsusən uzunmüddətli və geniş  dəri sahələrinə istifadə 

zamanı baş verir. 

Kremin baldırın geniş sahələrinə  və ya uzun müddət  ərzində istifadəsi zamanı yorğunluq, 

adinamiya, yuxululuq və ya əsəbilik və yuxusuzluq əlamətləri ilə özünü göstərən hiperkortisizm 

reaksiyasıyaları, həmçinin latent şəkərli diabetin başlanması, osteoporoz və uşaqlarda inkişafın 

ləngiməsi baş verə bilər. 

Hemolitik analiz eozinofiliya və ya anemiyanın yüngül formasını göstərə bilər. Natriumun xaric 

olması bəzən kaliumun xaric olmasının azalması ilə birlikdə arta bilər. Nadir hallarda böyrək və 

qaraciyər zədələnmələri olan pasientlərdə hiperkortisizm əlamətləri baş verir. 

 

Doza həddinin aşılması 

Aşkar olunmayıb. 

 

Buraxılış forması 

15 q krem, tublarda. Bir tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 

 

Saxlanma şəraiti 

+25ºС-dən aşağı temperaturda, original qablaşdırmada və  uşaqların  əli çatmayan yerdə 

saxlamaq lazımdır. 

 


Yararlılıq müddəti 

2 il. 


Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Rеsеpt əsasında buraxılır. 

 

 



 

İstehsalçı: 

Antibiotice SA 

1, Valea Lupului, 707410 İasi, Rumıniya, AŞ 



® - qeydiyyata alınmış ticarət nişanı 

 

                          Azərbaycanda rəsmi distribyutor 



                          «TETRADA» MMC - dir. 

AZ1102; 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51  

Е-mail: info@tetrada-az.com 

                          www.tetrada-az.com 



 

 


Yüklə 21,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə