Nİzami GƏNCƏVİ



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix19.07.2017
ölçüsü2,24 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

BAŞLANĞIC 
Bismillahir-rəhmanir-rəhim. 
Hikmət xəzinəsinə budur açar, ey həkim! 
Odur fikrin əvvəli, odur kəlamın sonu,  
Nə iş görsən, Tanrının adıyla qurtar onu. 
Gəlib hamıdan əvvəl, hər bir varlıqdan qabaq,  
Yaşayanlar içində əbədi odur ancaq. 
Qədim, sonsuz cahanı odur quran, saxlayan,  
Qələmlərin boynuna boyunbağı bağlayan. 
Səxavət qaynağını o qaynatdı binadan,  

Bütün var olanları yalnız odur yaradan. 
Pərdəli fələklərin pərdəsini açandır,  
Pərdəli iş görənin sirrini saxlayandır. 
Günəşin kəmərinə ləl ilə zinət verən,  
Torpağa həyat donu, suya təravət verən. 
Könül sahiblərinə əxlaq, hikmət göndərən,  
Ruzu uman kəslərə ruzu, nemət göndərən. 
İdrakın hər telinə düzüb inci, mirvari,  
Düşüncənin gözünə işıq gətirən Tanrı. 
Uca, pak alınlara səcdə nişanı vurar,         
10 
Cahanın şahlarına qızıldan tac qoydurar. 
Tədbirlə bişənləri çiy bilib, verər bada,  
Suçluların üzrünü qəbul eylər dünyada. 

                                                                                                               
24 
Məhşər günü qoruyar, hifz eləyər qorxağı,  
Alimlərin könlündə olar tədbir qaynağı. 
Hər sifəti, vücudu əzəli və əbədi,  
Kainatın varlığı, yoxluğu əlindədi. 
Heçdir bu iki cahan ülviyyəti önündə,  
Bir nəfəsdir ömrümüz əzəməti önündə. 
Tapılarmı cahanda onunla bəhs eləyən?  
15
  
Varmı ondan savayı "Bu mülk mənimdir!" deyən? 
O vardı, hələ yoxkən yer, göy, ucalıq, alçaq,  
Varlıq yoxa çıxsa da, o, daim var olacaq. 
Çox gəzdi, çox düşündü peyğəmbərlər, alimlər,  
Tanrı vuran düyünü aça bildilər məgər? 
Onun elmi əzəldən dəryadır, necə dərya!  
Onun əbədiyyəti səhradır, necə səhra! 
Əvvəli ibtidasız, axırı intəhasız, 
İlki, sonu olmayan onun özüdür yalnız. 
Sənin vücudundakı cənnətə huri verdi,  
20
 
O nərgiz gözlərinə mərifət nuru verdi. 
Dirilərin, sağların bütün kəşməkəşləri,  
Yalnız Tanrıya təslim, Tanrı görür işləri. 
Cahanda ondan savay hər şey gəldi-gedəri,  
Yalnız odur əbədi, müqəddəsdir cövhəri. 
Yerin kəməri dağlar, gültac qoyan torpaqlar,  
Yalnız ona minnətdar, yalnız onu soraqlar. 
Kərəmi nur dalında gizlənmişkən bir zaman,  
Uzaqdı gül tikandan, şəkər isə qamışdan. 
  

                                                                                                               
25 
Elə ki, səxasıyla kəramət abad oldu,  
25
   
Yoxluğun buxovundan bu varlıq azad oldu. 
İki-üç viran kəndin solmuş Ayı, ülkəri,  
Necə əngələ salmış əylənən fələkləri. 
Düyün açılmayınca qaralırdı hələ də,  
Gecənin zülmət saçı gündüzlərin əlində. 
Göydə min-min gövhəri sapa düzdü Yaradan,  
Sildi yoxluq tozunu gecənin saçlarından. 
Tulladı səmalara bu iki-üç çəmbəri,  
Yeddi düyün vurmaqla qandalladı yerləri. 
Günə, Aya don biçdi öz əlilə Yaradan,  
30
  
Birinə ağ ipəkdən, o birinə qaradan. 
Səfra buludlarını dənizlərdən çıxartdı,  
Çəmənlərdə Xızr üçün abi-zəmzəm yaratdı. 
Gecə rəngli torpağa verdi gündüz badəsi,  
Tökdü daşın ağzına neçə şəfəq qətrəsi. 
Birləşdirib, yoğurdu, qaynatdı suyla odu,  
Necə də xəlq elədi dürrü, bir də yaqutu. 
Ləlin ciyərlərinə nəyi verdi, bax, tanı:  
Torpağın ürəyindən qızıl-qırmızı qanı! 
Səxavət bağçasına tazə bir nəfəs qatdı,  
35
 
Söz quşunun səsini fələyədək ucaltdı! 
O, nitqin bağçasına xurma verdi - ətirli,  
O, qulaq sədəfinə söz gövhəri gətirdi. 
Qovdu şirin yuxunu göz pərdəsi dalına,  
Can köynəyi geydirdi bədənin zülalına. 
  

                                                                                                               
26 
Atdı yerin saçını qucağına aləmin,  
Vurdu üsyan damğası yanağına Adəmin. 
Yudu zərin üzündən alçaqlığın izini,  
Bahar buludlarıyla qanlı gülün heyzini. 
Ulduzlarla sildi o, göydən hisi, dumanı,  
40 
Reyhanlara tapşırdı əsib keçən səbanı. 
Bu torpağın qanını göstərdi bir gül ilə,  
Əqlin nəbzini tutdu ürəyin öz əlilə. 
Qəmi dağıtsın deyə sevincə gülüş qatdı,  
Zöhrəni göylər üçün şən çalğıçı yaratdı. 
Gecə dönüb onunçün müşk, ənbər satana,  
Qulağında halqası, qul olmuş hilal ona. 
Sözün əli uzundur, dartındı yaman-yaxşı,  
Tanrı dərgahındakı daşla yarıldı başı. 
Çox gəzdi, çox dolaşdı ayaqyalın xəyallar,  
45 
  
Qapısından əliboş qayıtdı nalan, naçar. 
Çox vurnuxdu düşüncə, anlamadı sirrini,  
Göz axtarıb tapmadı Tanrının bənzərini. 
Ağıl dedi: - Aradım, ədəbsiz addım atdım,  
Ədəb onun özüymüş, yenə ona qayıtdım. 
Seyr elə pərgarının ucundan düşənləri,  
Axtarır bizim kimi, onu gəzir hər biri. 
Sidrdə əyləşənlər ona sarı can atar,  
Onun darvazasını döyür ərşə çıxanlar. 
Zəncirilə bağlanıb fələklərin biləyi,  
50
Onun şövqüylə çarpır yerin, göyün ürəyi. 

                                                                                                               
27 
Ürək canın önündə paklığıyla öyünər,  
Ancaq onun yanında «adi torpağam» deyər. 
Bu dünya nemətləri önündə bircə danə,  
Güllərinin yanında İrəm bağı - əfsanə. 
Nizaminin torpağı güc-quvvət almış ondan,  
Xırdaca bir danədir Tanrının dərgahından. 
TOVHİD VƏ MÜNACAT 
(Tanrının birliyi haqqında və Ona yalvarış duası) 
Ey bütün varlıqlara bu dünyada can verən,  
Gücsuz torpağa belə qanad verən, qan verən! 
Bayrağının altında əyləşib bütün cahan,  
55
         Sən özündən doğuldun, biz sənin cəlalından. 
Varlığında görünmür nə surət, nə də tərkib,  
Heç kimə bənzəməzsən, de kim sənə bənzəyib? 
Dönməz, dəyişməz varlıq tapılarsa o, sənsən,  
Ölməyib, ölməyəcək qüdrət varsa, o, sənsən. 
Sən - yaşarı və sonsuz, bizsə - gəldi-gedəri,  
Hökmündədir kainat, yerin, göyün mehvəri. 
Kim verib fələklərə bunca qüdrət, iqtidar?  
Bu qazana sənintək can duzu atanmı var? 
Başlanğıcsız varlığın cahana hayqırmada:  
60
        "Mən həqqəm!" Səndən savay kimdən qopar bu səda? 
Sən olmasaydın ərzin səbri, səbatı, inan,  
Eşqin bağrı çatlardı, adın çəkilən zaman. 

                                                                                                               
28 
Elə ki, bəlli oldu comərdliyin, kərəmin,  
Dağlar ilə yükləndi kürəyi bu aləmin. 
Lütfündən, kərəmindən doğmasaydı kainat,  
Bu yerin göbəyində olardımı heç səbat? 
Səcdə boyunbağısı səninlə tapmış nizam,  
Səndən savay kiməsə tapınmaq bizə haram. 
Kim səndən danışmasa, qoy lal olsun dünyada,  
65
         Kim səni düşünməsə, biryolluq getsin bada. 
Ay - gecənin saqisi qədəhindən pay umar,  
Adının şərabından dağ quşu - əsrik, xumar. 
Tanrım, götür pərdəni, görün öz birliyinlə,  
Əsirgəmə, qaldır, at, pərdə mən olsam belə. 
Göstər necə qulunmuş bu fələk, bu asiman,  
Aç, tulla düyünləri, düyünsüz qalsın cahan. 
Əmr elə, qoy dəyişsin əyyamın hər ayəti,  
Qoy saralsın qarşında ulduzların surəti. 
Bu dillərin sözünü sən özün al qələmə,  
70
         Sənə borcu qalmasın, qələm çək bu aləmə. 
Bütün zülmətbazları kor eylə, ulu Tanrı!  
Bütün cövhərpərəstlər, əmr et, rədd olsun barı. 
Sındır altı guşəli bu kürsünü, dağıt, qır,  
Qopar doqquz pilləli bu minbəri, zamandır! 
Qaldır Ayın camını, vur bu Yer kürəsinə,  
Çırp Zühəlin daşını Zöhrə piyaləsinə. 
Aç, dağıt gecələrin boynundan mirvarinı,  
Gecə-gündüz quşunun sındır qanadlarını. 

                                                                                                               
29 
Qopar palçıq ləkəni sən bu yerin üzündən,  
75 
        Bir kərpic də qalmasın qəlibinin izindən. 
Bu toz-torpaq gecəni sil fələyin alnından,  
Açıq bir alın kimi işıqlansın bu cahan. 
Nə vaxtacan sürəcək atını tazə rüzgar, 
Əmr et, köhnə dəbləri, köhnə pərdəni qaytar. 
Vur fələyin boynunu, qopar, bir kənara at,  
Durğunluqdan, yürüşdən xilas olsun kainat! 
Su səp, sönsün cahanda zülmün odu, ocağı,  
Bu havanı, bu yeli endir Yerdən aşağı. 
Yandır münəccimlərin dəftərini, kül elə,  
80
         Harda günəşpərəst var, gözlərini kor elə. 
Neçin batır-çıxır Ay? Vur, dağılsın Ay bürcü,  
Aç pərdəni, yormasın bizi xəyalın gücü. 
Təki Tanrılığına ürəkdən inansınlar,  
Bir heç olduqlarını qarşındaca qansınlar. 
Çoxumuza qıyırsan. Qırılan çox, batan çox,  
Fəqət, səndən gileyə heç bir kəsin üzü yox. 
Tök qanını, çək dara! Kim səndən hesab istər?  
Kimin haqqı çatar ki, qımıldansın tük qədər? 
Nitqə gələn insana könül zövqü verənsən,  
85
        Hər cana idrak adlı yanar məşəl verən sən! 
Hökmün ilə uzanır gecənin mənzilləri,  
Gedən günlər əmrinlə bir də qayıdar geri. 
Səndən nə öyrəndi çərx? Daim sabit qalmağı!  
Dirilik suyu aldı səndən bu dünya bağı. 

                                                                                                               
30 
Qəmzəli nəstərəni yellər açdı, yoxsa sən?  
Dönüb oldu tutiya torpağının feyzindən. 
Qönçələr kəmər çəkib "Qulunuq!" söyləyirlər,  
"Bütün cismimizdəki can səndədir!" deyirlər. 
Qul Nizami həmişə sənə duaçı bəndə,  
Kandarının tozudur o, hər iki aləmdə. 
Sən onun can evini mərifətlə abad et, 
Qurtar onu zəncirdən, dərddən, qəmdən azad et! 
İKİNCİ MÜNACAT 
Ey hələ biz yox ikən var olan ülvi, uca!  
Biz öləndən sonra da ey, əbədi qalacaq! 
Dövran sənin əmrinin cilov çəkən nökəri,  
Yəhərini daşıyır fələyin çiyinləri. 
Biz ki, sənin qapını döyən dilənçi - yazıq...  
Qulaqları qapıntək həlqəli qullarınıq. 
Səndən savay heç kəsdən mehr ummadı qəlbimiz,  
95
         Heç bir könül tikənə minnətçi olmadıq biz. 
Qorxumuz da səndəndir, ümidimiz də sənsən,  
Biz suçluyuq, sən kərim, suçumuzdan keçənsən. 
Köməksizik, çarə qıl, sənsən ümid yerimiz,  
Sən də qovsan qapından, kimə yalvararıq biz? 
Damğalı itlərinik, üstümüzdə damğan var,  
Yalnız bu cür itlərlə şahlar şikara çıxar. 
Sənin bağındanıq biz, nə deyim artıq-əskik?  
Boynubağlı qulunuq, damğalı itlərinik. 
  

                                                                                                               
31 
Bu nə dildir, ilahi, nələr gəlir başıma:  
100
       Desəm, peşman oluram, deməsəm, yenə peşman. 
De, sən hara, mən hara? Bu gücsüz qollar hara?  
Mən kiməm ki, tapınım ulu pərvərdigara? 
Necə ürək eləyib o ümmana girər can?  
Necə, hansı hünərlə su içər o bulaqdan? 
Vəsfində dilim dönməz, sıxar məni eyiblər,  
"Tanrını dərk eləyən dilsiz qalar" deyiblər. 
Çiy sözlərim göstərir sizdən xəcalətimi,  
Əfv elə, əsirgəmə məndən mərhəmətini. 
Dərgahına gələndə özümüzü itirdik,  
105
       Sənin səxavətinə böyük ümid gətirdik. 
Ey dərdlilər hamisi, yar ol qəmxar ol bizə,  
Çarəsizlər çarəsi, əlac et dərdimizə. 
Karvan sovuşur, baxın, bizsə qalmışıq geri,  
Kimsəsizlər kimsəsi, atına kimsəsizləri. 
Söylə, kimə sığınaq, ey bənzəri olmayan?  
Döyək hansı qapını? Yalnız sənsən əltutan. 
Bizim ki qibləmiz yox sənin qapından kənar,  
Bizə üz göstərməsən, üzümüzə kim baxar? 
Bizdən başqa kim sənə bunca yalvara bilər?  
110
       Kim tökər gözlərindən qan-yaş dolu gilələr. 
Əfv et suçlarımızı, ulu Tanrı, bağışla,  
Sığınmışıq biz sənə ümidlə, yalvarışla. 

                                                                                                               
32 
Nizaminin adına şərəf gətirən Xuda!  
Sənin qulun olmağım ağalıqdır dünyada. 
Onun dilinə dua, şükür ərməğanı ver,  
Seni dərk etsin deyə mərifət nişanı ver. 
PEYĞƏMBƏRLƏRİN SONUNCUSU HƏZRƏT 
MƏHƏMMƏDƏ GÖZƏLLƏMƏ 
Birinci nəqş edilmiş "Əlif" oxu lövhədə,  
Ağ pərdəli qapıda qismət oldu Əhmədə. 
Qüdrət, səltənət verdi "Əlif "hey" həlqəsinə,  
"Dal"-dan gərdənlik aldı, "Mim"-dən kəmər özünə. 
"Əlif', "dal" ilə "mim" də tapdı həyat qüvvəsi,  
Bir dövlət dairəsi, bir kamal xəzinəsi. 
Firuzədən yapılmış bu əngin mavilikdə,  
Cənnət qəsrindən gələn turuncdu tazəlikdə. 
Turuncun da dünyada öz adəti, dəbi var:  
Öncə meyvə gətirər, sonra çiçək, gülbahar. 
Onun oldu birinci peyğəmbərlik bayrağı,  
Son peyğəmbər olmağın şərafəti, növrağı. 
Möhür kimi verildi Məhəmmədə yeni Ay,  
120 
      Hansı zəbərcəd qaşlı üzük olar ona tay? 
Cahanın qulağında onun "mim" həlqəsi var,  
Ona təslim həlqəsi iki dünyadır aşkar. 
O - sahəölçən ağa, Məsih - ona qulluqçu,  
O - Tanrının elçisi, Bu - yalnız muştuluqçu. 

                                                                                                               
33 
Təhsili olmasa da o, çox yüksəkdir, inan,  
"Əlif' ilə Adəmdən, "mim" ilə Məsihadan. 
Sədaqətdə, vəfada "əlif' gördülər onu,  
Peyğəmbərliyin başı, peyğəmbərliyin sonu! 
Məhəmməddir aləmin ən işıqlı nöqtəsi,  
125 
      Bütün deyilmişlərə nöqtə qoyub nüktəsi. 
Cahana baş əyməyən kamil kişi olsa da,  
Öyünməkdən, kibrdən uzaq gəzdi dünyada. 
Şan-şöhrət tapdı "ədəb" gələndə onun səsi,  
Fələklər, kəhkəşanlar - kəmərinin düyməsi. 
Onun hərəm evində pərdəçidir hurilər,  
Ürəyindən su içir ismət, ləyaqət, hünər. 
Silir günahı gözdən türbəsini ziyarət,  
Xərac aldı Məkkədən onun düşdüyü qürbət. 
Susması könüllərə işıq salan zəriflik,  
130
       Qüsurlara od vurar ondakı eşq, ariflik. 
Fitnə yaratmağıyla könüldə eşq oyadar,  
Ona heyran olmayan məgər bir insanmı var? 
İnsanlığın ən böyük başçısı, xeyirxahı,  
Ağır başlı, vüqarlı, çevik yürüşlü dahi! 
Odur əzəl dərsini əbədəcən oxuyan,  
Canını çıraq edib, Tanrı nurunu yayan. 
Feyzindən yardım dilər Günəşin nur qaynağı,  
Ayı merac gecəsi şaqqaladı barmağı. 

                                                                                                               
34 
135
      Darısqal kökslərə o asiman doldurub, 
          Karvanqıran ulduzun köhləninə nal vurub. 
Eşidəndə ki, gəlir, dönür meracdan geri,  
Yedəklədi Boz atı sənət süvariləri. 
Atının yəhərindən yapışmaq səadəti,  
Nizaminin qisməti. Gec yetişdi növbəti. 
     PEYĞƏMBƏRİN MERACI 
O cənub hökmdarı - peyğəmbər geçə yarı,  
Məşəl çəkib, nurlatdı dibsiz qaranlıqları. 
Doqquz fələk apardı onu ənginliklərə,  
Məşəl tutan oldular yolunda Ayla Zöhrə. 
Göyün hərəm evindən keçdi onun sürəti,  
140  
      Yeddi iqlimi, altı tərəfi, dörd cəhəti. 
Mübarək çöhrəsini görüncə gün qaraldı,  
Gecə rəqsə başlayıb, özgə bir ahəng aldı. 
Ağır yuxuya getdi yad gözlər, yaman gözlər,  
Uyğu üzəngisini çəkdi... çapdı peyğəmbər. 
Can qəfəsilə birgə onun könlünün quşu,  
Uçdu dünya torundan, nə gözəldi uçuşu. 
Dərhal büküb atdılar, görüncə çöhrəsini,  
Mələklər qanadını, fələklər xirqəsini. 
Onun can qəfəsində uçan qanadlı quşdu,  
145
       Can qəlibi qəlbindən xeyli yüngül olmuşdu. 
Addım-addım can atır sanki yar nəfəsinə,  
Allah çəkir onları vüsal məsafəsinə. 

                                                                                                               
35 
Ona dikib bu yolda iki cahan gözünü,  
Səcdəsinə qapandı görən kimi üzünü. 
Başı hər çur rütbədən çox uca olduğundan,  
Bir mənzil əvəzinə yuz mənzil kəsdi, inan. 
Hundür axurlu Rəxşi köyu tərlə islatdı,  
Yəhəri son mövqedə şax bir çiyinə atdı. 
Göylər - dəniz sədəfi, o sədəfin gövhəri,  
150 
       Başına taç qoymağa apardılar irəli. 
O ətirli gecədə çərx öküzü nə çaldı?  
Bəlkə yer öküzündən min-min gövhəri aldı. 
Səmai yolçuluğun muştuluğu gör nədən: 
Kəməri - Cövza bürcü, tacı - Xərçəng bürcündən! 
Başaq bürcü parladı, nur salxımı yaratdı,  
"Sünbülə"ni götürüb Aslan bürcünə atdı. 
Tərəzinin düzəldib Zöhrə bir cüt pərini,  
Ölçdü qutlu gecənin vəznini, dəyərini. 
Siqlətinin önündə səcdə qıldı tərəzi,  
155    
     Daşdan, tərəzidən də ağırdı onun vəzni. 
Qalxdı, Əqrəb bürcünün yanaşdı quyruğuna,  
Süsənbər nəfəsindən bir məlhəm verdi ona. 
Yay bürcü kamanından ov yıxan bir ox atdı,  
Çəpiş-Çüdey bürcünü zəhirmardan çıxartdı. 
Balıq qarnına girmiş Yunistək Hut bürcündən,  
Dolça bürcündən keçdi, Yusif doğdu hüsnündən. 
Təxti Sürəyya təki Quzu bürcündə qurdu,  
Dərhal çöllərə çıxdı çiçəklər ordu-ordu. 

                                                                                                               
36 
O cənnət bağçasının gülü, laləsi yandı,  
Yer üzü başdan-başa yaz rənginə boyandı. 
Gecə gündüzə döndü. Günorta günü par-par,  
Sərvlər gül açdılar. Möcüzəli bir bahar. 
Dönüb bağa baxmalı, görməkçün nərgizləri,  
Sürməylə sürmələndi onun nərgiz gözləri. 
Yeddi qatlı göylərdən ədəb dərsi öyrənən,  
Peyğəmbər üzr istədi bütün peyğəmbərlərdən. 
Neçə ulduz pərdəsi qədəmində dərbədər,  
Bayrağını daşıyır ağ çiynində mələklər. 
Gecənin göbəyində dil-dodağının mişki,  
165 
       Atının ayağında aypara bir nal təki. 
Bu qaranlıq gecədə atəşmidir parlayan?  
Yoxsa şimşək saçılır Bürağın dırnağından?! 
Göyərçin qılıqlı at tərlanmı, kəklikmidir?  
Bəlkə qumru quşudur, yoxsa hüma tək gedir! 
Firuzə qübbələrdən çıxdı yeddinci qata,  
Əl-əl gəzən gül kimi çatdı ilahi taxta. 
Qolsuz bir köynəkmidir Sidr ağacı əyninə?  
Ərşin yaxası dəyir onun əl-ətəyinə. 
Üzgün yoldaşlarını yormuşdu göy yolları,  
170
        Bükülüb qanadları, qırılmışdı qolları. 
O, azmış qərib kimi heyrət içrə yürürdü,  
Yalnız ulu Tanrının qapısını döyürdü. 
Keşik çəkən mələklər izlədilər yolunu,  
Çəkilib, kəcavədə təkcə qoydular onu. 

                                                                                                               
37 
O yolçusu olmayan yolda təkcə açıb iz,  
Gedirdi, bir qədəmi o birindən xəbərsiz, 
O, əsrar pərdəsinin bayıldı qapısında,  
Ondan başqa heç bir kəs çatmamışdı bu qata. 
Ayağı kainatın başında bir qızıl tac,  
175 
       Ərşin özü də bu çür ülvi nemətə möhtac! 
Üstündən qələm çəkdi hər nə varsa cahanda,  
Ərş üstündə ucaltdı bayrağını bir anda. 
Can qorxusu içində sayıqlarkən kainat,  
Verdi can ölkəsini bədən mülkünə sovqat. 
Ərşin son nöqtəsində yolçuluq başa çatdı,  
Ürək, can işləri də cana, ürəyə yatdı. 
Hansı yerdən gəlibsə, həmən yerə çapdı ruh,  
Xəyal tapa bilməyən bir gözəllik tapdı ruh. 
Addım-addım yürüdü, mənzilə ilk çatdı o,  
180
       Göylərin libasını əynindən çıxartdı o. 
Gücü gəldikcə getdi. Çıxdı hünər yolları,  
Bu sonsuz təbiətin yaxasından dışarı. 
Əzəməti, hümməti pak bir aləm yaratdı,  
Mənzili bilinməyən ülvi bir qata çatdı. 
Qurşağından yapışıb onu ucaltdı qeyrət,  
Yüyənindən yapışıb, guşədən çəkdi heyrət. 
Yürüsə də, canında bir yorğunluq duymadı,  
Aradı həndəvəri, gəzdiyini bulmadı. 
Mənliyindən keçincə, tapdı arzu-kamını,  
185
       Tanrı mərtəbəsində aldılar salamını. 

                                                                                                               
38 
Vüsal əli döşündə, aldı töhfə gülünü,  
Cah-cəlal sarayının qaldırdı ağ tülünü. 
Ayaq gedib-gəlməyi həvalə etdi başa,  
Qəlbin gözü nə gördü? İlahi bir tamaşa! 
Seyr etdiyi o nurun harda tayı, misli var?  
Nə zaval dəyə bilər, nə xəyal onu qavrar. 
Aşiqliyi elə bil gözünə işıq verdi,  
Görünməyən Tanrını aşiq gözüylə gördü. 
Lakin, onu görməyin məkanı, zamanı yox,  
190
       Zamandan və məkandan çünki çox ucadır, çox! 
O idrakın gözündən gizlənə bilməz heç vaxt,  
"Onu görə bilmərik!" deyənlər kordu ancaq. 
Tapmdığını görmək bir səadətdir, bəli,  
Mütləq görülməlidir O, mütləq görülməli! 
O pərdəni görməyə məkan varmı? Məkan yox.  
Yürüməyə, çatmağa zaman varmı? Zaman yox. 
O pərdənin ardını görməyi bacaranlar,  
Məkanı tapmasa da, laməkana yol tapar. 
Tanrı sifətlərini inkar küfrdür saqın,  
195  
      Cahil olma, nə yönü, nə yeri var Allahın. 
Tanrı var, fəqət onun mənzili, məqamı yox,  
Məkana möhtac olan Tanrı sayılarmı? Yox! 
Həzrət Məhəmməd onu başqa ölçüylə gördü:  
Ürək, idrak gözüylə, zəka gücüylə gördü. 
Haqqın hazırladığı meydən içdi Peyğəmbər,  
Bizim də qəlbimizə damızdırdı bir qədər. 

                                                                                                               
39 
O, Tanrının lütfünü nəfəsində sanırdı,  
Tanrı çəkir nazını, o, isə nazlanırdı. 
Şəkər təbəssüm ilə süslənib dodaqları,  
200
       Dua etdi Tanrıya: - Bizə nicat ver barı! 
Xəzinədən zəngindir onun hümməti qat-qat,  
Qəlbindəki hər murad açdı o gün qol-qanad. 
Elə ki, qüvvət aldı Tanrının qəbulundan,  
Yenə emal evinə üz qoydu müdrik insan. 
Eşqin çazibəsilə qət etdiyi səfəri,  
Bircə nəfəs içində bitirib, döndü geri. 
Ey sözü dilimizin duzu, qəndi Peyğəmbər!  
Canımıza dərmandır saçdığın ətir, ənbər. 
Səxavətin nurlatsın bu dünyanın gözünü,  
205
       Nizamiyə yardım et, tamamlasın sözünü. 
PEYĞƏMBƏRİMİZİ ÖYƏN İKİNCİ GÖZƏLLƏMƏ 
Yeddi ulduzun nuru, doqquz fələyə gültac,  
Tanrı elçilərinin ən ucası, son yalvac. 
Əhmədin ayağında əql özünü toz sanıb,  
Yəhərinin tərkinə iki cahan bağlanıb. 
Odur naz səhrasının yeni açmış sünbülü,  
Gizlinlər dənizində ən saf gövhərdi könlü. 
Saçları gündüz belə şölə verər sünbülə,  
Dişləri qərq eləyər Günəşi dürrə, lələ. 
  
Şəkər dodaqlarını daim açsaydı əgər,  
210
      Ondan utanmazdımı sədəf bağrında gövhər? 
Bir daşın da könlünü qırmayan həssas kişi!  
Daşlar necə qıydı bəs, sındırdı inci dişi? 

                                                                                                               
40 
Əlindən hər şey gələr, kim olarsa bağrı daş,  
Qara-qura sövdaya meydan açar o kütbaş. 
Məhəmmədin dürrünü sındırmasaydı əgər,  
Öyünə bilərdimi o daş məgər bu qədər?! 
Dar ağız qutusuna daş dəydi, düşdü gövhər,  
Gövhər daşdan doğulur, əbəsmi söyləyiblər? 
Qan bahası verməyə məgər daşın pulu var?  
215
        Peyğəmbərin ağzını neçin yaraladılar? 
Daşın ağzından çıxan yüz-yüz mirvari məgər,  
O bircə sınıq dişin əvəzini ödəyər? 
Qara mədəndən çıxan min-min işıqlı inci,  
Məgər ola bilərmi bircə dişin ödənci? 
Zəfər onun dişinin qan bahasıydı yəqin,  
Bütün canı-cövhəri zəfərindi, zəfərin. 
Ağzını qanla yudu, qoruyub muradını,  
Başı üstə ucaltdı mərhəmətin adını. 
Sınıq dişi kökündən yerli-dibli çıxartdı,  
220
       Böyük zəfər naminə şükr edib, onu atdı. 
Vaz keçdi könlündəki bütün arzularından,  
Bir arpa dəyərində gözündə iki cahan. 
Onun döyüş ordusu döyüş meydanında ər,  
Əli bayraq əvəzi, dili sıyrılmış xəncər. 

                                                                                                               
41 
Haqq xəncəri dilinin nə ehtiyacı dişə?  
Məgər dişli xəncərlə gedərlərmi döyüşə? 
Qoy ondan zövq alanlar diş bəhsini unutsun,  
Hamı atsın tikanı, gülündən dəstə tutsun. 
Bağlar güllə doluykən kim tikandan bəhs açar?  
225
      Sapa inci düzərkən ilana lüzummu var?! 
Onun gülü üstündə bülbülləşib Nizami,  
Feyzindən açılıbdır təbi qızılgül kimi. 

Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə