19192
NIZAMI XUDIYEV
QƏDİM TÜRK YAZILI
ABİDƏLƏRİNİN
DİLİ
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 09.12.14-cü il tarixli
1245 saylı əmrinə əsasən dərslik
kimi təsdiq edilmişdir.
-
3>Ш
-____________
Azerbaycan
Respublikası
Prezidentinin
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
B A K I - 2015
E lm i red ak tor:
Ə b ü lfəz Q U L İY E V
AM EA-nın müxbir üzvü,
filologiya üzrə elmlər doktoru, professor
R əyçilər:
Ə b ü lfəz R Ə C Ə B L İ
filologiya üzrə elmlər doktoru, professor
Y a d ig a r Ə L İY E V
filologiya üzrə elmlər doktoru, professor
M ə m m ə d ə li N O V R U Z O V
filologiya üzrə elmlər doktoru, professor
H əcə r H Ü S E Y N O V A
filologiya üzrə elmlər doktoru, dosent
N iza m i X udiyev. Q ə d im tü r k y a z ılı a b id ələ rin in d ili.
B a k ı, “ E lm v ə tə h s il” , 2 0 1 5 , 596 səh .
Dəsrlik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq
edilmiş proqrımı əsasında yazılmışdır. Kitabda qədim tiirk yazılı abidələri
nin tədqiqi məsələləri, fonetikası, leksikası və qrammatikası (morfologiyası
və sintaktik quruluşu) araşdırılır. Dərslikdə qədim türk yazılı abidələrindən
mətnlər, seminar məşğələləri üçün material və qədim türk sözlərinin lüğəti
təqdim edilmişdir.
Kitabdan ali məktəb müəllimləri, tələbələri, magistrlər, aspirant və
dissertantlar, qədim türk yazı mədəniyyəti ilə maraqlananlar istifadə edə
bilərlər.
4602000000
.-V098 - 2015
qrifli nəşr
“ E lm v ə tə h sil” , 20 1 5
Görkəmli alim və böyük türkoloq
prof. Ə.Dəmirçizadənin
unudulmaz xatirəsinə...
G İR İŞ
Bəşəriyyət tarixində heç bir xalq, heç bir m illət uzun müd
dət konkret, məhdud coğrafi məkanda təkbaşına yaşamayıb. M il
lət öz keçm işinə istinad edib. Təmasda olduğu xalqları öyrənib, öz
müsbət cəhətlərini başqalarına təlqin edib. Qədim türklər də tarix
boyunca farslar, bizanslılar, ruslar, hindlilər, çinlilər v ə digər
xalqlarla təmasda olm uş, onlarda ümumbəşəri dəyərlərin yaranıb
formalaşmasında m üstəsna rol oynamışlar. “Türklərlə əcəm lər
(farslar- N .X ) eyni həyat şəraitində, eyni m ədəni mühitdə v ə türk
hakimiyyəti altında yaşadıqları halda, böyüklü-kiçikli, bilikli-
biliksiz hər türkün fars dilini öyrənm əsi, ancaq əcəmlərin türk
dilini öyrənm əmələri, bu d ild ə yazm am aları... türkün əcəm dən
daha üstün, daha ağıllı yaradıldığını göstərir” 1
Türklərin yaratdığı 120 dövlətdən on altısı dünya m iqyaslı
imperatorluqlar olmuşdur. Türklər qədim m ədəniyyətə, qədim
tarixə malik olmuşlar. Bu faktı qədim türk yazılı abidələri də
təsdiq edir.
Qədim türk yazılı abidələri türk xalqlarının milli düşüncə tər
zini, mənəvi dünyasını və zəngin dil tarixini əks etdirən möhtəşəm
sənət nümunələridir. Azərbaycan və digər türk dillərinin tarixi inkişaf
istiqamətləri, fonetik, leksik və qrammatik kateqoriyaların yaranması
və formalaşması bu yazılar əsasında müəyyənləşir.
Çağdaş türk ədəbiyyatının, mədəniyyətinin genetik əsasm da
qədim türk m ədəniyyəti dayanır. Buna görə də qədim türk abidə
lərinin öyrənilm əsi, nəşri, ali məktəblərin filologiya və tarix fa
kültələrində tədrisi türkün tarixinin, m ədəniyyətinin, yazısının
öyrənilm əsi istiqamətində mühüm bir tələbdir.
1 R.Özdək. Türkün qızıl kitabı. Bakı, 1990. II c. s.205.
3
XXI əsrin dünyada türk əsri olaraq qəbul edildiyi bir vaxtda
həm qədim türk yazılı abidələrinin, türk yazısının, eyni zamanda
miiasir tiirk dillərinin müqayisəli şəkildə sistematik tədqiqinə,
müasir tələblərə cavab verən dərsliklərin, dərs vəsaitləri və proq
ramların hazırlanmasına ehtiyac vardır.
Qədim türk dillərini tədqiq etmək üçün tələb olunan mən
bələr kit'ayət qədərdir. Buraya türk dillərinin qədim yazılı abidə
ləri, ərəb, fars, Çin mənbələri və qədim yunan, Bizans mənbələri
daxildir. Lakin türk dillərinin tarixinin öyrənilməsi üçün ən eti
barlı mənbələr türk dillərinin öz qədim yazılı abidələridir. Əsrlə
rin sınağından keçərək dövrümüzə qədər qorunub saxlanan qədim
tiirk yazılı abidələri V-X əsrlərə aid olan yazılı materiallardır.
Qədim türk yazılı abidələrinin yayılma arealı Orxon- Ye
nisey çayları hövzəsi, Uyğuristan, Türkistan, Altaylar, Qafqazlar,
Balkanlar, Krım və Macarıstandır. Abidələrin çoxu Yenisey çayı
hövzəsində tapılmışdır. Burada hələ ki, 106 abidə, Altay ərazisin
də 78 abidə, Orxon ərazisində 54 abidə, Turfanda 38, Talasda 15
abidə qeydə alınmışdır. Aparılan arxeoloji qazıntılar nəticəsində
yeni abidələr tapılmaqdadır.
Qədim türk yazılı abidələri əlifba sisteminə görə üç qrupa
bölünür:
1. Runik əlifbası ilə yazılmış türk abidələri
2. Uyğur əlifbası ilə yazılmış türk abidələri
3. Ərəb əlifbası ilə yazılmış türk abidələri
Orxon-Yenisey runik yazıları haqqında ilk dəfə I Pyotrun
dövründə məlumat alınmış, daha sonra İsveç zabiti İohann Stra-
lenberq bu yazılarla əlaqədar axtarışlar aparmışdır. XIX əsrin
əvvəllərində Mərkəzi Sibirdə tapılan bu qeyri-adi yazılara maraq
artmış, Qriqori Spasski “Sibir xəbərləri” (Сибирский вестник.
1822) jurnalında yazılarla bağlı məqalə nəşr etdirmiş, 1889-cu
ildə fin alimləri Yenisey yazılarının linlərə mənsub olduğunu
iddia etmiş və atlasını çap etdirmişlər.
1889-cu ildə rus tədqiqatçısı N.M.Yadrintscv Monqo
lustanda Kültigin və Bilgə xan abidələrini tapmış, abidələrin arxa
tərəfindəki Çin yazısından bu abidələrin türklərə məxsus olması
aydınlaşmışdır. Lakin yazıların hansı əlifba ilə yazılması alimlər
4
arasında mübahisələrə səbəb olmuş, onları müxtəlif əlifbalarla
bağlamaq cəhdləri müvəffəqiyyətsizliyə uğramışdır.
Danimarkalı alim V.Tomsen yazıların sağdan sola oxundu
ğunu, oxşar işarələri, işarələrin bəzən bitişik, bəzən ayrı yazıl
dığını müəyyən etmişdir. Daha sonra V.Tomsen türk dillərində
ahəng qanununa əsaslanmaqla bəzi sözləri: Kültigin abidəsindən
teqri, türk, Kültigin sözlərini oxumağa müvəffəq olmuş və onun
sayəsində 1893-cü ildə Kültiginin şərəfinə qoyulmuş abidənin
mətni tamamilə oxunmuşdur.
Tomsendən sonra rus alimi V. Radlov Kültigin və Bilgə xan
abidələrinin mətnlərini və tərcüməsini nəşr etdirmişdir (1895).
1909-cu ildə Q. Ramsted “Moyun Çor”, 1912-ci ildə V.L.Kotviç
“Küli Çor” abidələrini tapır. 1951-ci ildə prof. S.Malovun
“Памятники древнетюркской писменности”, 1952-ci ildə
“Енисейская писмснность тюрков”, 1959-cu ildə “Памятники
древнетюркской писменности Монголии и Киргизии” əsərləri
çap edilmişdir. Eyni zamanda Türkiyədə H.N.Orkun bu abidələrin
tədqiqi ilə məşğul olmuş dörd cilddən ibarət “Eski türk yazıtları”
(1936-
4 0 )
əsərini nəşr etdirmişdir.
Yenisey çayı sahillərində və Şimali Monqolustanda tapılan qə
dim türk yazılı abidələri qəbir daşları, ev əşyaları, alətlər, çubuqlar,
bəzən də kağız üzərində runik əlilba ilə yazılmış yazılardır.
N.A.Aristov, V.Tomsen, P.M. Melioranski və digər tədqi
qatçıların fikrincə, qədim türk runik əlifbası eramızın V əsrində
qədim aramey əlifbası və türk qəbilələrini bir-birindən fərqlən
dirən damğalar əsasında yaranmışdır.
Bəzi tədqiqatçılar isə həmin əlifbanın e.ə. hunlara məxsus
olduğunu, türkdilli avarların arasında geniş yayıldığını, İV-V əsr
lərdən isə başqa türk qəbilələri arasında da işləndiyini qeyd et
mişlər.
Əldə edilmiş qədim türk yazılı mətnlərində hərflərin yazılışı
çöpə bənzər olduğu üçün onlara runik yazılar deyilmişdir. Orxon-
Yenisey çayları ətrafında tapıldığı üçün bu yazılar Orxon-Yenisey
abidələri adlandırılmışdır. Həmin yazılar V-X əsrlərdə “Türk-sir”
qəbilələrinin canlı danışıq dilinə yaxın olan bir ədəbi dildə ya
zılmış, Sibirdə yaşayan türk tayfalarının, türkdilli xalqların: tu
5
vaların, xakasların dilini, digər tərəfdən oğuz dil qrupuna daxil
olan Azərbaycan, türk, türkmən, qaqauz dillərini, bəzi əlamətlə
rinə görə isə müasir özbək, uyğur, qırğız dillərini xatırladır.
Türk xalqları islamı qəbul etdikdən sonra, əsasən, ərəb
əlifbasından istifadə etmişlər və bu əlifba ilə yazılmış abidələr
tarixən XI əsrdən yaranmağa başlamışdır. Ona görə də proqrama
uyğun olaraq dərslik eyni zamanda XI-XIV əsr türk yazılı abi
dələri və onların dilini də əhatə edir.
Sibirdə, Şimali Monqolustanda, Şərqi Türküstanda, Orta
Asiyada, Qafqazda və digər yerlərdə tapılan qədim türk yazılı abi
dələri birmənalı şəkildə müasir türk xalqlarına məxsus abidələrdir
və müasir türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixinin
öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir.
Dərslik müəllifin uzun müddətdən bəri apardığı mühazirə və
seminar məşğələləri zamanı gəldiyi elmi nəticələr və ümumi-
ləşdirmələr əsasında ərsəyə gəlmişdir.
Dərsliyin yazılmasında Azərbaycan və xarici ölkə alimlə
rinin qədim türk yazılı abidələrinin dili ilə əlaqədar nəşr etdirdik
ləri materiallardan, məqalələrdən, dərs vəsaitlərindən, xüsusilə
S.J.Malovun “Qədim türk yazılı abidələri”, “Monqolustanın və
Qırğızıstanın qədim türk yazılı abidələri”, A.N.Kononovun “Türk
run abidələrinin dilinin qrammatikası”, V.İ.Nasilovun “Qədim
uyğur dili”, “Qədim türk lüğəti”, türk alimi Tələt Təkinin “Orxon
türkcəsinin qrammatikası”, H.N.Orkunun “Eski türk yazıdan”
(1936-40), Əlisa Şükürov və Abbasqulu Məhərrəmovun “Qədim
türk yazılı abidələrinin dili”, Əlisa Şükürlünün “Qədim türk yazılı
abidələrinin dili”, Əbülfəz Rəcəblinin “Qədim türk yazısı abidə
lərinin dili”, Əbülfəz Rəcəbovun və Yunis Məmmədovun “Orxon-
Yenisey abidələri”, Ramiz Əsgərin “Orxon abidələri (albom)” adlı
kitablarından istifadə edilmişdir.
Qədim türk yazılı abidələrinin dilinə həsr olunmuş bu
dərslikdə şübhəsiz ki, nöqsan və çatışmazlıqlar da ola bilər. Ona
görə də hörmətli oxuculardan öz irad, fikir, təklif və mülahizə
lərini bildirməyi, yazıb müəllifə göndərməyi xahiş edir və əvvəl
cədən onlara təşəkkürümüzü bildiririk.
6
I FƏSİL
T Ü R K X A L Q L A R I VƏ O N L A R IN
M Ə S K U N L A Ş D IĞ I Ə R A Z İL Ə R
Dil, mədəniyyət, dövlətçilik baxımından çox böyük
təkamül yolu keçmiş türk xalqları tarixən müxtəlif əra
zilərdə məskunlaşmışlar. Türklər Avro-Asiyanın strateji
və bioloji baxımdan əlverişli hesab etdikləri bütün ərazi
lərində özlərinə məskən salmışlar. Türklərin məskun
laşdıqları əraziləri və türk tayfalarını ilk dəfə M.Kaşğarlı
təsnif etmiş, “Divani lüğət-it-türk”də bamin ərazilərin ilk
xəritəsini vermişdir. M.Kaşğarlının təsnifatında türklər
aşağıdakı şəkildə sıralanmışlar:
“Mən onları istər müsəlman və istərsə bütpərəst
olsun, sıra ilə Rum yaxınlığından ta şərqə qədər sadalaya
cağam. Əvvəla, Rum yaxınlığındakı birinci qəbilə Beçə-
nək, sonra Qıfçaq, Oğuz, Yəmək, Başqırt, Basmıl, sonra
Qay, sonra Yabaqu, sonra Tatar, sonra Qırğız; Qırğızlar
Çin
yaxınlığındandır.
Bu qəbilələrin
hamısı
Rum
yaxınlığından şərqə doğru sıralanmışlar. Sonra Çigil,
sonra Toxsı, sonra Yağma, sonra Iğraq, sonra Çaruq, sonra
Çumul, sonra Uyğur, sonra Tankut, sonra Xitay, yəni Çin,
sonra Tabğaç, yəni Maçin. Bu qəbilələr Şimal və Cənub
arasında sakindirlər”.
Məskunlaşdıqları ərazi baxımından türk xalqları bir
neçə qrupa bölünür. Ə.Şükürlünün təsnifatı aşağıdakı kimi
olmuşdur:
7
1. Qərbi Sibirdə yaşayan türk xalqları.
2. Orta Asiyada və Çin Türküstanında yaşayan türk
xalqları.
3. Qafqazda və Kiçik Asiyada yaşayan türk xalqları.
4. Volqaboyunda yaşayan türk xalqları.
5. SSRİ-nin Qərbi Avropa ərazisində və Şərqi Av
ropa ölkələrində yaşayan türk xalqları.1
Ümumiyyətlə, Ə.Şükürlünün təsnifatı türk xalqları
nın yayıldığı arealı əhatə etsə də, artıq “SSRİ” deyilən bir
məkanın olmaması, cəmiyyətin sürətli inkişafı bu təsnifat
da dəqiqləşmələrin aparılmasını zəruriləşdirir və türkdilli
xalqların məskunlaşdıqları ərazilərin aşağıdakı kimi təsnif
edilməsi daha doğru olar:
1. Qafqazda yaşayan türk xalqları.
2. Orta və Kiçik Asiyada yaşayan türk xalqları.
3. Sibirdə və Volqaboyunda yaşayan türk xalqları.
4. Çin Türküstanında yaşayan türk xalqları.
5. Avropada yaşayan türk xalqları.
1. Q a fq a z d a y a şa y a n tü r k
x a lq la rı
Qafqaz strateji mövqeyi, əlverişli iqlimi və münbit
torpaqları ilə digər ərazilərdən fərqlənir.
1 Ə.Şiikiirlü. Qədim türk yazılı abidələrinin dili. B. 1993, səh 7-11.
8
I E
t
h
n
ic
G
r
o
u
p
s
İn
t
h
e
C
a
\
•)
---
---
---
---
Q a fq az d a y aşay an tü r k x a lq la rı
9
ix
S
*
-C
S
a
n
t
a
В
a
r
b
a
r
a
,
C
A
(
S
O
O
)
9
2
9
-
4
M
A
P
Bu xalqların içərisində qədim mədəniyyəti, dövlətçiliyi
ilə diqqəti cəlb edən Azərbaycan türkləridir. “Azərbaycan
lılar Qafqazda məskən salmış oğuz, peçeneq, qıpçaq, xəzər
qəbilələrinin, eləcə də Midiya, alban tayfalarının birləşmə
sindən əmələ gəlmiş və formalaşmışdır” 1.
Azərbaycanlılar Qafqaz regionunda yaşayan xalqlar
içərisində say etibarilə ruslardan sonra ikinci yerdə du
rurlar. Azərbaycanlılar Azərbaycanda yaşayan türklərin
ümumi adı kimi qəbul edilsə də* onun kökündə müxtəlif
türk etnosları dayanır. Eramızın 1 minilliyinə qədər və mi
nilliyin əvvəllərində hun türklərinin - qıpçaqların Şimal
dan Azərbaycana gəlişi, I minilliyin sonu, II minilliyin əv
vəllərində isə oğuzların Azərbaycana axını, yerli qıp
çaqlarla gəlmə oğuzların inteqrasiyası baş vermişdir. Hun-
qıpçaqların Azərbaycana axını 1000 il, oğuzların axını 500
ilə qədər bir müddətdə davam etmiş, 1500 il davam edən
bu müddət ərzində Azərbaycan xalqı formalaşmışdır. La
kin nə hun-qıpçaqlar, nə də oğuzlar tərkib etibarilə yek
cins olmamışlar. Onların tərkibində qərarlaşan, bir-birinə
yaxın olan türk etnoslarının hər biri Azərbaycan xalqının
formalaşmasında müəyyən dərəcədə iştirak etmişdir.
Deməli, “Azərbaycan xalqının etnik tarixi Azərbay
can xalqının formalaşmasından daha qədimdir”".
Azərbaycanda azərbaycanlıların sayı (2011-ci ilin ilk
məlumatlarına görə) artıq 9 milyondur. Lakin azərbaycan
lılar yalnız Azərbaycanda deyil, dünyanın bir çox öl
kələrində yaşayırlar. Həmin ölkələrin sırasında Gürcüstan,
1 Ə.Şükürov., A.M .Məhərrəmov. Qədim lürk yazılı abidələrinin dili.
B., 1976, s.7.
■ N.Cəfərov. Azərbaycanlılar: Ktnokulluroloji birliyin siyasi-ideoloji
üfüqləri, Bakı, 2001, s.30.
10
Rusiya, İran, Türkiyə, İraq, Orta Asiya dövlətləri və s.
vardır.
Onu da qeyd etmək yerinə düşər ki, Qərbi Azərbay
can (indiki Ermənistan) ərazisindən Azərbaycan türklə
rinin deportasiya edilməsi nəticəsində bu ərazidə azərbay
canlıların sayı 0%-ə enmişdir.
Qafqazda yaşayan ikinci türkdilli xalq qumuqlardır.
Qumuqlar “türkdilli poleveslərin uz, peçeneq və qara bul-
qarlarla çarpazlaşması nəticəsində meydana çıxmışdır” 1.
Qumuqlar, əsasən, Dağıstan ərazisində məskunlaşmışlar.
Qumuqlarm dilində qıpçaq, oğuz və bulqarların dil əla
mətlərinə də rast gəlinir.
Qaraçay-balkarlar isə Kabarda-Balkar və Qaraçay-
Çərkəzdə (Çerkeziya) yaşayırlar. Qaraçay-balkarlar da
qıpçaq və bulqar qəbilələrinin qarışması nəticəsində ya
ranmışlar. Qaraçay çayı sahillərində yaşayan qaraçaylann
ümumi sayı 200 minə, balkarların (malkar) sayı isə 150
minə yaxındır.
XV əsrdə Böyük Noqay Ordası parçalandıqdan sonra
formalaşan noqaylar, əsasən, Şimali Qafqazda məskən
salmış, Qaraçay-Çərkəzdə və Dağıstanda məskunlaşmış
lar. Qıpçaq qəbilə birliyinə daxil olan noqaylarm dilində
qıpçaq əlamətləri üstünlük təşkil edir.
Turuxmenlər XVI əsrdə Şimalı Qafqaza sürgün edi
lən Çandar, Sonhacılı, İkdir və başqa türkmən qəbilələri
nin birləşməsindən yaranmışlar, ümumi sayları 200 minə
yaxındır.
1 Ə.Ç.Şükürov. A.M.Məhərrəmov. Qədim türk yazılı abidələrinin dili. B,
1976, s.7,
11
2. O r ta və K içik A siy ad a y aşay an
tü r k x a lq la rı
12
Orta və Kiçik Asiyada yaşayan türk xalqları qrupuna
türkmənlər, türklər, özbəklər, qazaxlar, qırğızlar, qa-
raqalpaqlar, uyğurlar və sarı uyğurlar daxildir. Onların
arasında ön sırada türklər dayanır.
Türklər, əsasən, Kiçik Asiyada yaşayan və oğuz,
qıpçaq qəbilələrinin birləşməsindən əmələ gələn bir xalq
dır. Çox böyük bir hissəsi Türkiyədə (75 milyondan artıq)
yaşasa da, onların bir qismi Şərqi Avropa, Amerika və di
gər Asiya ölkələrində yaşayır.
Türklərin etnik tarixi çox qədimlərə gedib çıxır.
Orxon-Yenisey abidələrində onlar özlərini göytürk ad
landırmış, Çin mənbələrində isə bu söz tu-kun, tu-kyue,
tukyuk, türkit formalarında şəkli dəyişikliklərə uğramış
dır.
Tədqiqatçıların etnonimin etimologiyasına münasi
bəti birmənalı olmamışdır. Lakin türk sözünün “güc, qüv
vət” mənasında izahı, bizcə, daha ağlabatandır. Çünki Or
xon-Yenisey abidələrində türk adı ilə adlandırılan qəbilə
birinci və ikinci türk xaqanlığı dövründə türk qəbilələri
içərisində daha qüdrətli olması və hakim mövqeyi ilə
seçilirdi.
Oğuz, qıpçaq, qarluq, uyğur qəbilələrinin birliyindən
əmələ gələn özbəklər XIII-XV əsrlərdə formalaşmışlar.
Kütləvi şəkildə Özbəkistanda yerləşsələr də, hazırda digər
Asiya dövlətlərində də yaşayırlar. Ümumi sayı 16 mln-dan
çoxdur. XX əsrin I yarısına qədər özbəklər özlərini cığa-
tay, özbək, XIX əsrə aid bəzi rus mənbələrində isə sart ad
landırmışlar.
Qazaxların vətəni, əsasən, Qazaxıstandır (sayları 10
mln-a yaxındır). Onlar Orta Asiyanın digər dövlətlərində
də məskunlaşmışlar. Qazaxlar Böyük Noqay Ordası
parçalandıqdan sonra - XV əsrdə formalaşmışlar.
13
Qədim oğuz və qıpçaq qəbilələrinin birliyindən
yaranan türk xalqlarından biri də qırğızlardır. Qırğızların
dilində daha aktiv şəkildə işlənən oğuz və qıpçaq mənşəli
sözlər bu fikri bir daha isbatlayır. Qırğızlar hazırda Qırğı
zıstanda (2 mln-dan çox) və digər Asiya dövlətlərində -
Özbəkistanda, Tacikistanda, Çində və digər ölkələrdə ya
şamaqdadırlar.
Qaraqalpaqların etnik tarixi qıpçaq qəbilələri ilə
bağlıdır. Qaraqalpaqlar da Böyük Noqay Ordası parçalan
dıqdan sonra - XV əsrdə formalaşmışlar.
Aral gölü və Sır-Dərya çayı sahillərində məskunlaş
mış Oğuz türklərinin kaspilər və qıpçaqlarla birləşmə
sindən yaranmış türkmənlər, əsasən, Türkmənistanda (5
mln-a yaxın), eləcə də digər şərq ölkələrində yaşayırlar.
3. S ib ird ə və V o lq a b o y u n d a y aşay an
tü r k x a lq la rı
Tarixən türk xalqları daha çox Sibirin şərqində məs
kun olmuşlar. Bu xalqlar altaylar, xakaslar, çulum tatar
ları, barabalar, saxalar (yakut), tuvalar, qaraqaşlar, şorlar,
kamasinlər və başqalarıdır.
Özlərini Altay kişi adlandıran altaylar Dağlıq Altay
Respublikasında yaşayırlar. Altaylarm sayı 80 mindən
çoxdur.
Barabalar Novosibirsk vilayətində yaşayır və tatar
ların bir qolu hesab edilirlər. Türkoloji ədəbiyyatda bu
xalq baraba tatarları adlandırılır. Söz mənşəcə b a r - feili
ilə bağlı olub “gəlmə, gəlmə adam” anlamını verir. Onla
rın dili də tatar dilinə çox yaxındır.
Dostları ilə paylaş: |