Odlar Yurdu Universitetinin tədris planına əsasən bu fənn 5-ci semestrdə 45 saat mühazirə



Yüklə 139 Kb.
tarix07.02.2020
ölçüsü139 Kb.
#30399
növüMühazirə
Sillabus 2019 Komputer qrafikası 744

ODLAR YURDU UNİVERSİTETİ
TƏSDİQ EDİRƏM:

Kafedra müdiri:­­­­­­­­___________ prof.E.M.Rzazadə

____”_________2019 -cu il


Kafedra: “Ümumi texniki fənlər və Dizayn”

Fakültə:

İxtisas: Kompüter mühəndisliyi

Tədris ili: 2019/2020 Qrup: 744 ( 15 tələbə )

Kafedranın 27.08.2019 tarixli iclasının qərarı ilə təsdiqlənmişdir (Protokol№1).



Kompüter elmləri bölməsinin rəhbəri______________

SİLLABUS

OYU-nun EŞ-nın 10.09.2013 tarixli 1 saylı protokolu ilə təsdiq olunmuş fənn proqramı əsasında tərtib olunmuşdur.

Proqram (bakalvr, magistr)

Fənnin növü (məcburi, seçmə)

Prerekvizit fənlər (əgər varsa)__________________

Fənnin kodu İPFS-B02, kreditin sayı 5; həftə ərzindəki saatların miqdarı 5


  1. Fənn müəllimi: İmamquluyev Rahib Aydın

Kafedranın ünvanı: Bakı ş. Koroğlu Rəhimov küç.,13, otaq 217

Məsləhət saatı: ________________

Əlaqə telefonu: 0505822298

E-mail ünvanı: aydinoglu@mail.ru

  1. V semestr

Fənnin adı: Kompyuter qrafikası 75 saat ( 45 mühazirə, 30 məşğələ)

Auditoriyadan kənar ___________(müəllimin nəzarəti altında)
3.Fənnin təsviri və məqsədi.

Kompüter qrafikası fənni Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali İxtisas Təhsilinin Dövlət Standartının peşə hazırlığı fənləri bölümünə İPFS-B08 fən kodu ilə daxildir. Bu standartda Kompyuter qrafikası fənni üçün auditoriya saatlarının miqdarı 75 saat nəzərdə tutulmuşdur.

Odlar Yurdu Universitetinin tədris planına əsasən bu fənn 5-ci semestrdə 45 saat mühazirə 30 saat məşğələ olmaqla tədris olunması nəzərdə tutulmuşdur.

Müasir şəraitdə fərdi kompüterlər kütləvi şəraitdə həyatımızın bütün sahələrində tətbiq olunurlar. Bütün tədris müəssisələrində tələbələr kompüter texnikası və texnologiyası, həm də proqramlaşdırma ilə bağlı fənlər öyrənirlər. Belə fənlərdən biri də «Kompüter qrafikası»dır.

Kompüter qrafikası sinifinə daxil olan proqramlar aşağıdakılardır

Corel Draw, Adobe Photoshop, Adobe Illustrator, Adobe Indesign, AutoCAD, 3DsMax, Maya və s.

«3DsMAX» Autodesk 3ds Max, (keçmiş 3D Studio MAX), Autodesk Media and Entertainment tərəfindən hazırlanan modelləşdirmə, animasiya və renderinq proqramıdır. Bu proqramdan videooyun yaradıcıları, televiziya kommersiyası studiyaları, memarlıq vizuallaşdıranlar tərəfindən tez-tez istifadə edilir. Bundan həmçinin film effektləri və film pre-vizuallaşdırması üçün də istifadə olunur.

«AutoCad» Bu proqram məhsulunun əsas tətbiqi – layihə konstruktor işlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.



AutoCad proqramının ilk variantı 1980-ci ildə amerikan firması AutoDesk tərəfindən yaradılmışdır və həmin dövrdən başlayaraq bir çox firmaların marağına səbəb olmuşdur (əsasən Microsoft). AutoCad sistemi yalnız Windows 2000 və Windows XP altında çalışır.

Proqramda sürətlə və asan yolla çertyojların çəkilməsi, üç ölçülü modellərin və ortoqonal proyeksiyaların qurulması (kəsiklər, görünüşlər, en kəsiklə), onların asanlıqla redaktə edilməsi və bir sıra digər əməliyyatlar aparmaq mümkün olur ki, bu da çertyojların əl ilə çəkilməsinə nisbətən dəfələrlə asan və tez başa gəlir.



Bu proqram «kompüter qrafikası» fənninin tədris prosesində geniş istifadə olunan, tətbiqi proqramlar paketlərindən biri olan «AutoCad» 2005 fəza sistemini özündə əks etdirir.

-“CorelDraw” - qrafik redaktorVektor qrafikası ilə işləmək üçün istifadə olunur. CorelDraw proqramı əsasən rəssam və dizaynerlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub. Proqramdan istifadə etmək üçün onun imkanlarından istifadə etməyi bacarmaqla yanaşı rəssamlıq, dizayn və müxtəlif illüstrasiyaları yerinə yetirmək bacarığı da olmalıdır.

-“Adobe Photoshop” — Adobe Systems Incorporated tərəfindən inkişaf etdirilən və yayımlanan çox funksiyalı qrafik redaktor proqramıdır. Əsasən, rastr təsvirləriylə işləyir, ancaq bəzi vektor alətlərinə də malikdir. Photoshop, rastr təsvirlərin kommersiya alətləri vasitəsilə redaktəsi sahəsində lider olmaqla Adobe firmasının ən məşhur məhsuludur .

Adobe Photoshop dizayn və qrafik proqramlar arasında liderlik edən çoxistiqamətli professional proqramdır. Photoshop məhdudiyyətsiz imkan, yüzlərlə alət, minlərlə funksiya, milyonlarla effektlər deməkdir. Photoshop proqramının köməyilə müxtəlif açıqcalarkollajlarkitabjurnal və s. üçün cildveb-səhifələr üçün şablonlarşəkillər üzərində retuş əməliyyatlarını yerinə yetirmək olar.

4.Tələb olunan ədəbiyyatlar.




İSTİFADƏ OLUNAN ƏDƏBİYYATLAR




Ədəbiyyat

Müəllifi (müəlliflər)

Hansı kitabxanada



Kompüter qrafikası. Dərslik

Bakı-2010

Əlizadə Mətləb, Qurbanov Bəşarət, Hacızadə Sevda

OYU



AutoCAD 2007. Dərslik

Bakı-2008

Əlizadə M. Qurbanov B. Balayev R.

OYU



Üçölçülü Qrafika və Animasiya. Dərslik. Bakı-2009

Əlizadə M. Mahmudov A. İsmayılova S.

OYU



İnternet materialları







5.Təlimin təşkili formaları:

Fənnin tədrisi mühazirə və məşğələ istiqamətlərində aparılır.(qrup müzakirəsi, praktiki tapşırıqlar və.s. formalarda da aparıla bilər) Mühazirədə tələbələr təqvim- tematik plana uyğun olaraq mövzularla tanış edilir. Məşğələlər əsasən praktik formada keçilir. Bu fənnin praktikası üçün mütləq kompüterlər qlobal şəbəkəyə qoşulmalıdır. Çünki praktika müddətində tələbələr şəbəkə vasitəsilə axtarış aparmalı, beynəlxalq miqyaslı elektron ədəbiyyatlar ilə tanış olmalı, Excel elektron cədvəl prosessoru paketində və Matlab sistemində, Matematika paketində hesablama və tadqiqatlar aparılması qaydalarını öyrənməlidirlər.

6. Tədrisin nəticələri:

Fənnin tədrisi sonunda tələbələr nəzəri olaraq bilməlidirlər:

  • Kompüter qrafikası nədir?;

  • Qrafikanın növləri və onların yaradılması;

  • Qrafikanın köməyi ilə həll olunan məsələlər hansılardır;

  • İnformasiya və kompyuter texnologiyaları haqqında məlumat ;

  • Qrafikanın tətbiqində nələrdən istifadə olunur;

  • Kompüter qrafikasının tətbiqinin əhəmiyyəti və rolu;
    Praktik olaraq bacarmalıdırlar:


  • Kompüterdə qrafik redaktorlarla işləmək;

  • Proqram təminatının hazırlanması;

  • Müasir kompüter qrafikası və dizayn;

9.Təqvim –tematik plan




Tarix__(Planlaşdırılmış)__Fənnin_mövzuları__(Mühazirələr)'>Tarix

(Planlaşdırılmış)

Fənnin mövzuları

(Mühazirələr)

Bu mövzuda əsas diqqət

yetirilməlidir

müh

Ədəbiy-yatın nömrəsi,

səhifəsi

1




Giriş. Kompüter qrafikası nədir?

Kompüter qrafikasının əsas məsələləri. ArchiCAD, AutoCad, və 3Dsmax haqqında məlumat

2

№1

3-7


2




Koordinat sistemləri.

Mütləq və nisbi koordinat sistemlərinin qurulması

2

№1

7-14


3




Fəzada baxış nöqtəsinin təyini

Yeni baxış nöqtəsinin qurulması və iş prinsipləri

2

№1

15-26


4




Karkas modelləməsi

Karkas modelləməsi. 3D Polilayn təyin edilməsi

2

№1

27-28


5




Karkas modellərinin redaktəsi

Modelin redaktə olunması və onun iş prinsipi

2

№1

29-40


6




Səth modelləməsi

Modelin qurulması və onun iş prinsipi

2

№1

40-42


7




Redaktə etmə vasitələri

Redaktə etmə vasitələri və formaların dəyişdirilməsi

2

№1

42-45


8




Bərk cisim modelləməsi

Bərk cisim modelləməsi, fırlanma oxunun təyini

2

№1

45-53


9




Modifikasiya

Üçölçülü obyektin modifikasiyası, kəsik vermək və pozmaq

2

№1

53-63


10




Bərk cisimlərin redaktəsi

Bərk cisimlərin redaktə olunması və iş prinsipi

2

31

63-67


11




Üçölçülü redaktə vasitələri

Üçölçülü obyektlərin redaktəsi və iş prinsipi

2

№1

67-75


12




Baxış nöqtəsinin təyini

Baxış nöqtəsinin interaktiv idarəolunması

2

№1

75-79


13




Təsvirlərin növləri

Üçölçülü təsvirlərin növləri

2

№1

79-81


14




Görünüşlər və kəsiklər

Görünüşlərin, kəsiklərin və en kəsiklərin qurulması

2

№1

81-88


15




Formatlar

Fəza vərəqləri, formaların idarə olunması

2

№1

88-93


16




3DsMAX Kameralar və üçölçülü Animasiya

Kameralar və üçölçülü Animasiya, Kameranın sazlanması və redaktə olunması

2

№2

7-21


17




Açarların avtomatik qrulması və animasiya

Açar kadrları və açarlar, Animasiyanın əsas idarə etmə elementləri, Animasiyanın yaradılması,

2

№2

21-47


18




Materialların və tekstur kartların yaradılması

Əsas materialların yaradılması, Color, Özüişıqlanma, Şəffaflıq, Şəfəqsaçma və parıltı

2

№2

47-68


19




Mürəkkəb materialların yaradılması

Tekstur kartı ilə əməliyyatın aparılması, Tekstur kartların yaradılması, Materialın tekstur kartının təyinatı

2

№2

68-93


20




Obyektlərin səthi formalardan yaradılması

Lofting obyektləri, Spline formaların yardılması, Circle, Recnagle, Ellipse, Line

2

№2

93-103


21




Lofting obyektlərinin yaradılması

Kəsiyə əsaslanaraq Lofting obyektin qurulması, Yola əsaslanaraq Lofting obyektin qurulması

2

№2

103-143


22




Obyektlərin redaktəsi üçün daha mürəkkəb üsullar

Obyektlərin həndəsi modifikasiyası, Obyektin dartılması, Obyektin əyilməsi (bend) Modifkatorun işinin dayandırılması və ləğv olunması, Obyektin burulması

2

№2

143-162


23




Səthi vizuallaşdıran modifkatrlar

Normal modifkatoru, Səthin hamarlanması (Smooth), Tinlər qrupunun hamarlanması və büzmənin yaradılması

1

№2

162-176







Tarix

(Planlaşdırılmış)

Fənnin mövzuları

(Məşğələlər)

Bu mövzuda əsas diqqət

yetirilməlidir

Məş

Ədəbiy-yatın nömrəsi,

səhifəsi

1




ArchiCAD, AutoCAD və 3dsmax proqramında əsas əmrlər

Kompüter qrafikasının əsas məsələləri. ArchiCAD, AutoCad və 3dsmax haqqında məlumat

2

№1

3-7


2




Koordinat sistemləri.

Mütləq və nisbi koordinat sistemlərinin qurulması

2

№1

7-14


3




Fəzada baxış nöqtəsinin təyini

Yeni baxış nöqtəsinin qurulması və iş prinsipləri

2

№1

15-26


4




Karkas modelləməsi

Karkas modelləməsi. 3D Polilayn təyin edilməsi

2

№1

27-28


5




Karkas modellərinin redaktəsi

Modelin redaktə olunması və onun iş prinsipi

2

№1

29-40


6




Səth modelləməsi

Modelin qurulması və onun iş prinsipi

2

№1

40-42


7




Redaktə etmə vasitələri

Redaktə etmə vasitələri və formaların dəyişdirilməsi

2

№1

42-45


8




Bərk cisim modelləməsi

Bərk cisim modelləməsi, fırlanma oxunun təyini

2

№1

45-53


9




Modifikasiya

Üçölçülü obyektin modifikasiyası, kəsik vermək və pozmaq

2

№1

53-63


10




Bərk cisimlərin redaktəsi

Bərk cisimlərin redaktə olunması və iş prinsipi

2

31

63-67


11




Üçölçülü redaktə vasitələri

Üçölçülü obyektlərin redaktəsi və iş prinsipi

2

№1

67-75


12




Baxış nöqtəsinin təyini

Baxış nöqtəsinin interaktiv idarəolunması

2

№1

75-79


13




Təsvirlərin növləri

Üçölçülü təsvirlərin növləri

2

№1

79-81


14




Görünüşlər və kəsiklər

Görünüşlərin, kəsiklərin və en kəsiklərin qurulması

2

№1

81-88


15




Formatlar

Fəza vərəqləri, formaların idarə olunması

2

№1

88-93



8.Təhsilalanların vəzifələri:

a). İxtisasın dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa və praktiki vərdişlərə yiyələnmək;

b). Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

c)Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;

ç)Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalar və təlim- tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

d) Dərsin məzmununa, məqsəd və vəzifələrinə dərindən yiyələnmək .

e) Fənn mövzularının müzakirələrində fəal iştirak etmək

ə) Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;


9. Təhsil verənlərin vəzifələri:

a) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

b) Təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

c) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

d) Təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək və.s.
10. Tələbələrin biliklərinin qiymətləndirilməsi və nəzarətin formaları.

Odlar Yurdu Universitetində 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. Hər bir fənn üzrə semestr ərzində 3 dəfə aralıq imtahanı keçirilir (kollokvium).

Aralıq imtahanı yazılı, şifahi, test formasında fənni tədris edən müəllim tərəfindən aparılır. Hər aralıq imtahanından tələbə maksimum 10 bal toplaya bilər.

Bundan əlavə tələbə semestr ərzində fəaliyyətinə görə 20 bal toplaya bilər:



  • 10 bal dərslərə davamiyyətə görə (tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir, semestr ərzində fənnin tədrisinə ayrılan saatların (25% çıxıldıqdan sonra) hər buraxılan 10%-nə 1 bal çıxılır).

  • 10 bal tələbənin sərbəst işinə görə (semestr ərzində tələbəyə sərbəst işə görə verilən balın maksimum həddi 10-dur. Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Tapşırıqlar müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar və s.) fənni tədris edən müəllim tərəfindən müəyyən­ləşdirilir. Hər bir tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir. Tapşırıqların yoxlanması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda həyata keçirilir.) Beləliklə, tələbə imtahana qədər ən çoxu 50 bal toplaya bilər

Kafedrada sistematik olaraq fənn müəllimi və ya digər ixtisas müəllimləri tərəfindən tələbələrə məsləhət verilməsi təşkil edilir.

Odlar Yurdu Universitetində semestr imtahanları imtahan üçün nəzərdə tutulmuş, kompüterləş­di­rilmiş, yerli şəbəkəyə qoşulmuş xüsusi otaqlarda kompüter vasitəsilə test şəklində və ya kafedraların təqdimatı ilə müəyyən fənlərdən beş suallı təsdiq olunmuş biletlər əsasında şifahi, yaxud yazılı formalarda keçirilir.

Hər bir fənn üzrə imtahan verən tələbəyə tədris olunmuş mövzular üzrə 25 test sualı verilir. Hər düzgün cavabın qiyməti 2 baldır. Hər səhv cavaba görə 1 bal çıxılır. Beləliklə, tələbə imtahan zamanı ən çoxu 50 bal toplaya bilər.

İmtahan otağında ancaq texniki işçilərdən ibarət xüsusi nəzarətçilər olur. Tələbə imtahana şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə buraxılır. İmtahana ayrılan vaxt 120 dəqiqədir.

Tələbə biletdəki sualların düzgün hesab etdiyi cavablarını təsdiq etdikdən sonra imtahanı yekun­laşdırdığını bildirən düyməni basdıqda aralıq imtahanlarının, sərbəst işlərin və davamiy­yətin nəticələri də nəzərə alınmaqla (imtahan suallarından ən azı 17 bal toplamaq şərti ilə) onun aldığı qiymət monitorda görünür. İmtahanların nəticələri yerli şəbəkə vasitəsi ilə mərkəzə, fakültə dekanlıqlarına ötürülür.

Qiymətləndirmə sistemi aşağıdakı kimidir:

-51 baldan aşağı - «qeyri-kafi» - F

-51-60 bal - «qənaətbəxş» - E

-61-70 bal - «kafi» - D

-71-80 bal - «yaxşı» - C

-81-90 bal - «çox yaxşı» - B

-91-100 bal - «əla» - A

Tələbə imtahanın nəticəsi ilə razı olmadıqda, imtahandan sonrakı 3 gün ərzində

Universitetin Apelyasiya komissiyasına yazılı şəkildə müraciət edə bilər.



Fənn üzrə akademik borcu qalan tələbələrin sayı az olduqda bir kurs aşağı qruplarla həmin fənləri yenidən mənimsəyir, sonra imtahana buraxılır.

Fənn üzrə akademik borcu olan tələbələrin sayı çox olarsa yeni tədris qrupu təşkil edilir, yaxud tədris yay semestrində həyata keçirilir.
Yüklə 139 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin