Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?


) Aşağıda sadalananlardan hansı diabetik angioretinopatiyanın başlanğıc mərhələsində tez-tez rast gəlinən lokalizasiyası növlərinə aid deyil?



Yüklə 1,26 Mb.
səhifə18/24
tarix13.12.2016
ölçüsü1,26 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

737) Aşağıda sadalananlardan hansı diabetik angioretinopatiyanın başlanğıc mərhələsində tez-tez rast gəlinən lokalizasiyası növlərinə aid deyil?

A) temporal (gicgah) venalar gedişi boyu

B) arteriyalar gedişi boyu

C) görmə siniri diski, peripapillyar nahiyə

D) göz dibinin son periferiyası

E) sarı ləkə sahəsi


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


738) Aşağıda sadalananlardan hansı tor qişanın piqment abiotrofiyası ilə yanaşı olan göz xəstəliklərinə aid deyil?

A) miopiya

B) arxa subkapsulyar katarakta

C) keratokonus

D) iridosiklit

E) şüşəvari cismin arxa qopması


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


739) Aşağıda sadalananlardan hansı şüşəvari cismin bulanmasının səbəbi ola bilməz?

A) göz almasının zədələri

B) ateroskleroz və hipertoniya xəstəliyi

C) şəkərli diabet

D) retrobulbar nevrit

E) gözün damarlı qişasının iltihabi xəstəlikləri


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


740) Aşağıda sadalananlardan hansı şüşəvari cismin bulanması növlərinə aid deyil?

A) üzən sapvari və lopavari bulanıqlıqlar

B) «ulduz» fiquru

C) «gümüş yağış»

D) «uçan milçəklər»

E) «qızıl yağış»


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


741) Yaşla əlaqədar makulodistrofiya zamanı patoloji proses hansı təbəqədə baş vermir?

A) tor qişanın xarici sərhəd membranında

B) tor qişanın piqment epitelisində

C) Brux membranında

D) damarlı qişanın xoriokapillyar təbəqəsində

E) tor qişanın piqment epitelisinin bazal membranında


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


742) Aşağıda sadalananlardan hansı makulodistrofiyanın oftalmoskopik əlamətlərinə aid deyil?

A) tor qişanın piqment epitelisinin qopması

B) tor qişanın piqment epitelisinin atrofiyası

C) xorioretinal neovaskulyar membranlar

D) subretinal ekssudatlar

E) paramakulyar nahiyənin hiperpiqmentasiyası


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.

743) Aşağıda sadalananlardan hansı Best makulodistrofiyasının əlamətlərinə aid deyil?

A) makula nahiyəsində yumurta sarısına oxşar sistin əmələ gəlməsi

B) makulada əmələ gəlmiş sistdə neovaskulyarizasiyanın mövcudluğu

C) sistin hər iki gözdə əmələ gəlməsi

D) sistin erkən uşaqlıqda əmələ gəlməsi

E) sist ətrafında qansızmaların mövcudluğu


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


744) Aşağıda sadalananlardan hansı tor qişanın tapetoretinal abiotrofiyası əlamətlərinə aid deyil?

A) ümumi elektroretinoqrammanın yoxluğu və ya kəskin zəifləməsi

B) göz dibinin orta periferiyasında və venulaların gedişi boyu piqment ocaqların («sümük cisimcikləri») mövcudluğu

C) görmə siniri diskinin mumabənzər avazıması

D) arteriolaların daralması

E) görmə sahəsində mərkəzi müsbət skotomanın mövcudluğu


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


745) Aşağıda sadalananlardan hansı tor qişanın tapetoretinal abiotrofiyası əlamətlərinə aid deyil?

A) qaranlığa adaptasiyanın zəifləməsi

B) niktalopiya

C) görmə sahəsinin orta periferiyasında halqavari skotomanın mövcudluğu

D) tor qişanın qopması

E) görmə itiliyinin azalması


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


746) Aşağıda sadalananlardan hansı hemoftalmın səbəblərinə aid deyil?

A) uveit


B) göz almasının zədələri

C) tor qişa damarlarının angiomatozu

D) şəkərli diabet

E) hipertoniya xəstəliyi


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


747) Aşağıda sadalananlardan hansı hemoftalmın uzaqlaşdırılmış dövründə müşahidə edilən əlamətlərinə aid deyil?

A) şüşəvari cismin ön kameraya yırtığı

B) vitreoretinal şvartların əmələ gəlməsi

C) şüşəvari cismin həcminin azalması

D) şüşəvari cisimdə membranların əmələ gəlməsi

E) tor qişanın traksion qopması


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


748) Aşağıda sadalananlardan hansı tor qişanın hipertonik angiopatiyası əlamətlərinə aid deyil?

A) tor qişaya qansızmalar, tor qişanın ödemi

B) arteriyaların daralması, venaların genəlməsi (1:4 nisbətə qədər)

C) bəzən Qvist simptomu – tor qişanın mərkəzi nahiyəsində (makula və görmə siniri diski arasında) venulaların artıq qıvrılması

D) göz dibi damarlarının kalibrinin qeyri-bərabərliyi və qıvrılması

E) I dərəcəli arterio-venoz çarpazlaşması simptomu (I dərəcəli Salyus-Qunn simptomu)


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


749) Aşağıda sadalananlardan hansı tor qişanın hipertonik angiosklerozu əlamətlərinə aid deyil?

A) «mis məftil», «gümüş məftil» simptomları

B) II dərəcəli Salyus-Qunn simptomu

C) arteriyaların kalibrinin və mənfəzinin qeyri-bərabərliyi, qıvrılması, bəzi damarların tam obliterasiyası

D) görmə siniri diskinin ödemi, hüdudlarının qeyri-aydınlığı

E) görmə siniri diskinin avazıması


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


750) Aşağıda sadalananlardan hansı tor qişanın angiopatiyası və neyroretinopatiyası əlamətlərinə aid deyil?

A) görmə siniri diskinin ödemi, ölçüsünün artması, şüşəvari cismə qabarması

B) tor qişada işemiya sahələri və pambıqvari ocaqlar

C) tor qişanın mərkəzi zonasında «ulduz» fiquru

D) arteriyaların kalibri və mənfəzinin qeyri-bərabərliyi, qıvrılması, «mis məftil» və «gümüş məftil» simptomları, III dərəcəli Salyus-Qunn simptomu

E) görmə siniri diskinin hiperemiyası


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


751) Aşağıda sadalananlardan hansı qazanılmış immunodefisit sindromu zamanı görmə orqanını zədələyən patologiya növlərinə aid deyil?

A) xorioideyanın melanoması

B) Kapoşı sarkoması

C) toksoplazmoz, histoplazmoz infeksiyaları

D) sadələrlə törədilmiş infeksiyalar

E) sitomeqalovirus, sadə herpes virusu, zoster virusu infeksiyaları


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


752) Aşağıda sadalananlardan hansı vaxtından qabaq doğulmuşların retinopatiyası xüsusiyyətlərinə aid deyil?

A) uşağın həyatının 3-6 həftəsində baş verir

B) vaxtından qabaq doğulmuş uşaqlara qulluq etməsi zamanı hiperoksigenasiyanın nəticəsi kimi əmələ gəlir

C) müştərək uveitlə müşayiət edilir

D) hər iki gözdə olur

E) tor qişanın neovaskulyarizasiyası, ödemi, proliferasiya prosesinə uğraması və son nəticədə qopması əmələ gəlir


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


753) Aşağıda sadalanan əməliyyatlardan hansı tor qişanın qopması zamanı aparılmır?

A) tor qişanın kriopeksiyası

B) tor qişanın retinal və ya transskleral lazer koaqulyasiyası

C) vitrektomiya və sonrakı tor qişanın endolazerlə koaqulyasiyası

D) episkleral və ya intraskleral plomblama

E) diod lazerlə sikloanemizasiya


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


754) Aşağıda sadalananlardan hansı retinoblastomanın xüsusiyyətlərinə aid deyil?

A) buynuz qişanın lentvari distrofiyasına gətirir

B) irsi xəstəlikdir

C) şiş çox tez inkişaf edir, göz dibində sarımtıl-qızılı qabar şəklindədir

D) tez əmələ gələn korluq (amavroz), midriaz, bəbəyin hərəkətsizliyi və sarı rənglə işıqlanması müşahidə edilir

E) hər iki gözü zədələyir


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


755) Aşağıda sadalananlardan hansı triamsinolonun intravitreal yeridilməsinə göstəriş deyil?

A) proliferativ diabetik retinopatiya və vitreoretinopatiya

B) makulanın yaşla əlaqədar degenerasiyasının ekssudativ forması

C) şəkərli diabet zamanı makulanın kliniki əhəmiyyətli ödemi

D) neovaskulyar qlaukoma

E) makulanın sistvari ödemi


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


756) Aşağıda sadalananlardan hansı triamsinolonun intravitreal yeridilməsinin fəsadlarına aid deyil?

A) ekspulsiv hemorragiya

B) steroid qlaukoma, steroid katarakta

C) endoftalmit

D) tor qişanın qopması

E) şüşəvari cismə qansızma


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


757) Aşağıda sadalananlardan hansı avastinin intravitreal yeridilməsinə göstəriş deyil?

A) kliniki əhəmiyyət daşıyan makulanın ödemi

B) proliferativ diabetik retinopatiya

C) neovaskulyar qlaukoma

D) subretinal neovaskulyar membran

E) diabetik angiopatiya, tor qişanın mərkəzi venasının trombozu, Kouts, İls xəstəlikləri və s. nəticəsində tor qişanın neovaskulyarizasiyası


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


758) Hematoretinal baryeri hansı strukturlar həyata keçirir?

A) ksantofil olan lipofussin piqmenti

B) tor qişanın piqment epitelisi və damarlarının endotelisi hüceyrələri

C) Brux membranı

D) tor qişanın fotoreseptor təbəqəsi

E) xoriokapillyarlar


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


759) Aşağıda sadalananlardan hansı miopik gözlərdə tor qişanın qopması üçün şərait yarada bilməz?

A) keratokonus

B) tor qişanın «ilbiz izi» tipli distrofiyası

C) kataraktanın cərrahiyyəsi zamanı şüşəvari cismin itirilməsi

D) tor qişanın xəlbirvari distrofiyası

E) arxa kapsulotomiya


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


760) Aşağıda sadalananlardan hansı tireotokiskozun görmə orqanı tərəfindən olan əlamətləridir?

A) göz sakitdir, ekzoftalm, mərkəzi skotoma, göz dibində durğunlu görmə siniri diski müşahidə edilir

B) göz sakitdir, görmə itiliyi aşağıdır, göz dibində mikroanevrizmalar, qansızmalar, ağ ocaqlar qeyd edilir, gözdaxili təzyiq normadadır

C) göz sakitdir, ekzoftalm qeyd edilir, aşağı baxdıqda üst göz qapağı göz almasından geri qalır, görmə itiliyi pozulmayıb, gözdaxili təzyiq normadadır

D) göz sakitdir, görmə pozulmayıb, göz dibində mikroanevrizmalar, Salyus-Qunn və Qvist simptomları qeyd edilir

E) göz sakitdir, mərkəzi skotoma, görmə siniri diskinin gicgah yarısının avazıması qeyd edilir, gözdaxili təzyiq normadadır


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


761) Aşağıda sadalananlardan hansı şəkərli diabetin görmə orqanı tərəfindən olan əlamətləridir?

A) göz sakitdir, ekzoftalm qeyd edilir, aşağı baxdıqda üst göz qapağı göz almasından geri qalır, görmə itiliyi pozulmayıb, gözdaxili təzyiq normadadır

B) göz sakitdir, mərkəzi skotoma, görmə siniri diskinin gicgah yarısının avazıması qeyd edilir, gözdaxili təzyiq normadadır

C) göz sakitdir, ekzoftalm, mərkəzi skotoma, göz dibində durğunlu görmə siniri diski müşahidə edilir

D) göz sakitdir, görmə pozulmayıb, göz dibində mikroanevrizmalar, Salyus-Qunn və Qvist simptomları qeyd edilir

E) göz sakitdir, görmə itiliyi aşağıdır, göz dibində mikroanevrizmalar, qansızmalar, ağ ocaqlar qeyd edilir, gözdaxili təzyiq normadadır


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


762) Aşağıda qeyd edilənlərdən hansı flyuoressent angioqrafiya haqda düzgün məlumat verir?

A) klinik refraksiyanı müəyyən etməyə imkan verən üsuldur

B) gözün hidrodinamikasının vəziyyətini müəyyən etməyə imkan verən üsuldur

C) gözdaxili yad cismin mövcudluğunu təyin etməyə imkan verən üsuldur

D) göz dibinin oftalmoskopiyasında aşkar edilməyən patologiyasının diaqnostikası üsuludur

E) görmə funksiyalarının vəziyyətini müəyyən etməyə imkan verən üsuldur


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


763) Aşağıda sadalananlardan hansı damarlı optik neyropatiyanın səbəblərinə aid deyil?

A) ateroskleroz

B) şəkərli diabet

C) qlaukoma

D) hipotoniya xəstəliyi

E) hipertoniya xəstəliyi


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.


764) Aşağıda sadalananlardan hansı mərkəzi xorioretinitin formalarına aid deyil?

A) ekssudativ-hemorragik forması

B) seroz forması

C) seroz-fibrinoz forması

D) piqment forması

E) ekssudativ-nekrotik forması


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

А.М.Шамшинова. Наследственные и врожденные заболевания сетчатки и зрительного нерва. -М.: Медицина, 2002.

Neyrooftalmologiya

765) Kennedi sindromuna nə səciyyəvidir?

A) bir gözdə görmə sinirinin atrofiyası

B) bir gözdə durğunlu görmə sinirinin diski, digər gözdə görmə sinirinin atrofiyası

C) bir gözdə durğunlu görmə sinirinin diski

D) hər iki gözdə görmə sinirinin atrofiyası

E) hər iki gözdə durğunlu görmə sinirinin diski


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


766) Durğunlu görmə siniri diskinin inkişafının başlanğıc mərhələsində görmə necə dəyişilir?

A) xeyli azalır

B) sıfıra qədər düşür

C) dəyişilmir

D) cüzi dərəcədə azalır

E) dalğavari dəyişilir


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


767) Durğunlu görmə siniri diskinin inkişafı dövründə görmə necə dəyişilir?

A) tədricən azalır

B) kəskin azalır

C) sıçrayışlı dəyişilir

D) dəyişilmir

E) tədricən yaxşılaşır


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


768) Görmə siniri nevriti zamanı görmə necə dəyişilir?

A) cüzi dərəcədə azalır

B) dəyişilmir

C) tədricən və əhəmiyyətli dərəcədə azalır

D) çox tez və xeyli azalır

E) dalğalı dəyişilir


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


769) Görmə siniri nevriti zamanı disk nə dərəcədə qabarır?

A) diskdə ekskavasiya əmələ gəlir

B) diskin koloboması formalaşır

C) artıq dərəcədə

D) az dərəcədə

E) qabarmır


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


770) Görmə siniri nevriti zamanı disk nə dərəcədə qabarır?

A) diskdə ekskavasiya əmələ gəlir

B) az dərəcədə

C) qabarmır

D) diskin koloboması formalaşır

E) artıq dərəcədə


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


771) Görmə siniri nevriti zamanı disk nə rəngdə olur?

A) avazımış

B) hiperemiyalı

C) adi rəngdə

D) mumabənzər

E) boz
Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.



Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.

772) Görmə siniri nevriti zamanı retinal damarlar necə dəyişilir?

A) arteriolalar və venulalar genəlir

B) venulalar genəlir

C) arteriolalar genəlir

D) arteriolalar və venulalar daralır

E) venulalar daralır


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.

773) Durğunlu görmə sinirinin diski zamanı retinal damarlar necə dəyişilir?

A) venulalar genəlir, arteriolalar daralır

B) damarlar dəyişilmir

C) arteriolalar və venulalar genəlir

D) arteriolalar və venulalar daralır

E) venulalar daralır, arteriolalar genəlir


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


774) Görmə sinirinin druzları zamanı retinal damarlar necə dəyişilir?

A) arteriolalar və venulalar genəlir

B) damarlar dəyişilmir

C) arteriolalar və venulalar daralır

D) arteriolalar genəlir, venulalar daralır

E) venulalar genəlir, arteriolalar daralır


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


775) Görmə siniri nevriti zamanı qansızmaların lokalizasiyası hansıdır?

A) göz dibinin periferiyasında

B) retinal venulalar boyu

C) bütün göz dibində

D) diskdə və ya onun ətrafında

E) makula nahiyəsində


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


776) Retrobulbar nevritin perferik formasında nə müşahidə edilir?

A) mərkəzi skotoma

B) görmə sahəsinin konsentrik daralması

C) görmə sahəsi dəyişilmir

D) tağvari skotomalar

E) görmə sahəsinin sektoral itmələri


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


777) Retrobulbar nevritin aksial formasında nə müşahidə edilir?

A) görmə sahəsinin sektoral itmələri

B) görmə sahəsinin konsentrik daralması

C) mərkəzi skotoma

D) görmə sahəsi dəyişilmir

E) tağvari skotomalar


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


778) Arxa işemik neyropatiya zamanı nə müşahidə edilir?

A) görmə sahəsinin konsentrik daralması

B) mərkəzi skotoma

C) görmə sahəsinin sektoral (pazabənzər) itmələri

D) tağvari skotomalar

E) görmə sahəsi dəyişiksiz olur


Ədəbiyyat: Терапевтическая офтальмология. Под редакцией М.Л.Краснова, Н.Б.Шульпиной. -М.: Медицина, 1985.

Е.Ж.Трон. Заболевания зрительного пути. -Л.: Медицина, 1968.


Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə