Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?


) Aşağıda sadalananlardan hansı refraksiyanın obyektiv müayinə üsullarına aid deyil?



Yüklə 1,26 Mb.
səhifə5/24
tarix13.12.2016
ölçüsü1,26 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

191) Aşağıda sadalananlardan hansı refraksiyanın obyektiv müayinə üsullarına aid deyil?

A) videorefraktometriya

B) refraktometriya

C) avtorefraktometriya

D) korreksiyaedici linzalarla müayinə

E) skiaskopiya


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс-информ; 2005.

192) Aşağıda sadalananlardan hansı optik korreksiyanın təyini üçün istifadə edilən müayinə üsullarına aid deyil?

A) sikloplegiya şəraitində müayinə

B) sikloplegiya şəraitində təkrar müayinə

C) təbii şəraitdə ilkin müayinə

D) hazırlanmış eynəklə müayinə

E) təbii şəraitdə təkrar müayinə


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс-информ; 2005.

193) Gözün fiziki refraksiyası nədir ?

A) gözün bütün optik mühitlərinin ümumi sındırma qüvvəsi

B) əsas fokusun tor qişaya nisbətən yerləşməsi

C) gözün bütün optik mühitlərinin ümumi sındırma qüvvəsi və əsas fokusun tor qişaya nisbətən yerləşməsi

D) büllurun sındırma qüvvəsi

E) buynuz qişanın sındırma qüvvəsi


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс-информ; 2005.

194) Buynuz qişanın şüasındırma qüvvəsi nəyə bərabərdir?

A) 18,0- 20,0 dptr

B) 28,0- 30,0 dptr

C) 1,5- 2,0 dptr

D) 60,0- 62,0 dptr

E) 40,0- 42,0 dptr


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс-информ; 2005.

195) Gözün ümumi şüasındırma qüvvəsi nəyə bərabərdir?

A) 60,0 - 62,0 dptr

B) 18,0 – 20,0 dptr

C) 28,0 – 30,0 dptr

D) 40,0 - 42,0 dptr

E) 52,0- 71,0 dptr


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс-информ; 2005.

196) Linzanın optik qüvvəsinin ölçü vahidi hansıdır?

A) millimetr

B) dəqiqə

C) dioptriya

D) santimetr

E) dərəcə


Ədəbiyyat: Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс-информ; 2005.

197) Göz qabağında hansı linzanın yerdəyişməsi zamanı baxılan əşyalar həmin tərəfə yerini dəyişir?

A) müstəvi

B) eykonik

C) mənfi


D) müsbət

E) prizmatik


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс-информ; 2005.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.

198) Göz qabağında hansı linzanın yerdəyişməsi zamanı baxılan əşyalar əks tərəfə yerini dəyişir?

A) müstəvi

B) prizmatik

C) müsbət

D) bifokal eykonik

E) mənfi
Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.



Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс-информ; 2005.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.

199) Göz qabağında hansı linzanın yerdəyişməsi zamanı baxılan əşyalar yerini dəyişmir?

A) müstəvi

B) mənfi

C) prizmatik

D) müsbət

E) bifokal eykonik


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. –Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.

200) Gözün klinik refraksiyasının ölçü vahidi hansıdır?

A) metr


B) dioptriya

C) nisbi vahid

D) mikrometr

E) millimetr


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.

201) Refraksiyanın hansı növündə əsas fokus tor qişada yerləşir?

A) ametropiyada

B) emmetropiyada

C) presbiopiyada

D) hipermetropiyada

E) miopiyada


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
202) Refraksiyanın hansı növündə əsas fokus tor qişada yerləşmir?

A) emmetropiyada

B) miopiyada

C) ametropiyada

D) hipermetropiyada

E) presbiopiyada


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
203) Refraksiyanın hansı növündə əsas fokus tor qişanın önündə yerləşir?

A) miopiyada

B) presbiopiyada

C) hipermetropiyada

D) astiqmatizmdə

E) emmetropiyada


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
204) Refraksiyanın hansı növündə əsas fokus tor qişanın arxasında yerləşir?

A) presbiopiyada

B) emmetropiyada

C) astiqmatizmdə

D) hipermetropiyada

E) miopiyada


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
205) Astiqmatizm nədir?

A) sağ və sol gözdə refraksiyanın müxtəlif növlərinin olması

B) statik və dinamik refraksiyanın arasında olan fərq

C) bir gözdə refraksiyanın bir növünün müxtəlif dərəcələrinin və yaxud refraksiyanın müxtəltf növlərinin müştərək olması

D) ametropiyanın yüksək dərəcəsi

E) tor qişada əşyalar əksinin müxtəlif ölçülərdə olması


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
206) Refraksiyanın hansı növündə müsbət linzalar görməni pisləşdirir, mənfi linzalar isə görməni dəyişdirmir?

A) emmetropiyada

B) miopiyada

C) astiqmatizmdə

D) presbiopiyada

E) hipermetropiyada


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
207) Refraksiyanın hansı növündə müsbət linzalar görməni pisləşdirir, mənfi linzalar isə yaxşılaşdırır?

A) presbiopiyada

B) hipermetropiyada

C) emmetropiyada

D) miopiyada

E) astiqmatizmdə


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
208) Refraksiyanın hansı növündə mənfi linzalar görməni yaxşılaşdırır?

A) presbiopiyada

B) emmetropiyada

C) miopiyada

D) astiqmatizmdə

E) hipermetropiyada


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
209) Astiqmatizm nə zaman düzgün sayılır?

A) gözün iki əsas meridianının refraksiya dərəcəsinin arasındakı fərq 2,0 dptr yüksək olmadıqda

B) gözün hər iki əsas meridianında şüasındırma qüvvəsi dəyişməz olduqda

C) gözün hər iki əsas meridianında şüasındırma qüvvəsi bərabər olduqda

D) gözün hər iki əsas meridianında şüasındırma qüvvəsi dəyişkən olduqda

E) astiqmatizm fizioloji olduqda


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
210) Astiqmatizmin sferik ekvivalenti nədir?

A) büllurun refraksiyası

B) sferik gözün refraksiyası

C) astiqmatik gözün əsas meridianlarında olan refraksiyaların orta arifmetik kəmiyyəti

D) astiqmatik gözün əsas meridianlarının refraksiyası

E) buynuz qişanın refraksiyası


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
211) Mürəkkəb hipermetropik astiqmatizm zamanı tor qişa harada yerləşir?

A) fokal xətlərdən öndə

B) arxa fokal xətdə

C) ön fokal xətdə

D) iki fokal xəttin arasında

E) hər iki fokal xəttin arxasında


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс
212) Astiqmatizmin dərəcəsi nədir?

A) iki əsas meridianda olan refraksiyalardan ən zəifi

B) iki əsas meridianda olan refraksiyaların orta arifmetik kəmiyyəti

C) iki əsas meridianda olan refraksiyaların arasındakı fərq

D) iki əsas meridianda olan refraksiyaların vurma hasili

E) iki əsas meridianda olan refraksiyalardan ən yüksəyi


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
213) Miopiya xəstəliyi nədir?

A) zəif dərəcəli miopiya

B) orta dərəcəli miopiya

C) yüksək dərəcəli miopiya

D) gözün daxili qişalarının distrofiyası ilə keçən hər hansı bir dərəcədə olan miopiya

E) artan miopiya


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс, 2005
214) Miopiya üçün nə səciyyəvidir?

A) gözün əskik sındırma qüvvəsi və ön-arxa oxunun uzun olması

B) gözün sındırma qüvvəsi və ön-arxa oxunun uzunluğu arasında olan uyğunluq

C) gözün ifrat dərəcəli sındırma qüvvəsi və ya ön-arxa oxunun ifrat dərəcədə uzun olması

D) gözün əskik sındırma qüvvəsi və ya ön-arxa oxunun qısa olması

E) gözdə bir neçə refraksiya növünün birgə olması


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
215) Hipermetropiya üçün nə səciyyəvidir?

A) gözün əskik sındırma qüvvəsi və ön-arxa oxunun uzun olması

B) gözdə bir neçə refraksiya növünün birgə olması

C) gözün əskik sındırma qüvvəsi və ya ön-arxa oxunun qısa olması

D) gözün sındırma qüvvəsi və ön-arxa oxunun uzunluğu arasında olan uyğunluq

E) gözün ifrat dərəcəli sındırma qüvvəsi və ya ön-arxa oxunun uzun olması


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.

216) Miopiya hansı linza ilə korreksiya olunmalıdır?

A) ən yüksək görmə verən ən zəif mənfi linza ilə

B) ən yüksək görmə verən ən zəif müsbət linza ilə

C) ən yüksək görmə verən ən güclü müsbət linza ilə

D) ən yüksək görmə verən ən güclü mənfi linza ilə

E) korreksiya tələb olunmur


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
217) Hipermetropiya hansı linza ilə korreksiya olunmalıdır?

A) ən yüksək görmə verən ən zəif müsbət linza ilə

B) ən yüksək görmə verən ən güclü mənfi linza ilə

C) korreksiya tələb olunmur

D) ən yüksək görmə verən ən güclü müsbət linza ilə

E) ən yüksək görmə verən ən zəif mənfi linza ilə


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
218) Emmetropiya hansı linza ilə korreksiya olunur?

A) ən yüksək görmə verən ən güclü mənfi şüşə ilə

B) ən yüksək görmə verən ən zəif müsbət şüşə ilə

C) ən yüksək görmə verən ən zəif mənfi şüşə ilə

D) ən yüksək görmə verən ən güclü müsbət şüşə ilə

E) korreksiya tələb olunmur


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
219) Aydın görmənin ən uzaq nöqtəsi gözdən 1 m məsafədədirsə, pasiyentin refraksiyası hansıdır?

A) hipermetropiya 2,0 dptr

B) hipermetropiya 1,0 dptr

C) emmetropiya

D) miopiya 2,0 dptr

E) miopiya 1,0 dptr


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс, 2005
220) Sikloplegiya nədir?

A) medikamentoz midriaz

B) akkomodasiyanın iflici

C) akkomodasiyanın zəifləməsi

D) medikamentoz mioz

E) gözün hərəki əzələlərinin iflici


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
221) Sikloplegiyanı hansı preparatlar təmin edir?

A) fotil, travatan

B) asetilxolin, mezaton

C) atropin, homatropin, skopolamin

D) pilokarpin, timolol, klofelin

E) adrenalin, klofelin, timolol


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс, 2005
222) Akkomodasiyanın gərginliyi zamanı gözün refraksiyası necə dəyişilir?

A) zəifləyir

B) artır

C) dəyişilmir

D) miopiyanın dərəcəsi azalır

E) hipermetropiyanın dərəcəsi artır


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Е.Е.Сомов. Клиническая офтальмология.-М.: МЕДпресс, 2005
223) Akkomodasiyanın gərginliyi zamanı bəbək necə dəyişilir?

A) forması üfüqi-oval olur

B) dəyişilmir

C) genəlir

D) daralır

E) forması qeyri-düzgün olur


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
224) Akkomodasiyanın aktiv komponenti hansıdır?

A) bütün ekstraokulyar əzələlərin yığılması

B) büllurun elastikliyi

C) büllurun şüasındırma göstəricisinin dəyişməsi

D) daxili düz əzələlərin yığılması

E) siliar əzələnin yığılması


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
225) Akkomodasiyanın gərginliyi zamanı büllur necə dəyişilir?

A) yuxarıya doğru yer dəyişir, buynuz qişadan uzaqlaşır

B) yastılaşır

C) dəyişilmir

D) aşağıya doğru yer dəyişir, buynuz qişadan uzaqlaşır

E) daha qabarıq olur


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
226) Akkomodasiya aktını hansı sinirlər təmin edilir?

A) hissi, parasimpatik

B) simpatik, somatik

C) parasimpatik, simpatik

D) somatik, parasimpatik

E) hissi, simpatik


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
227) Akkomodasiyanı təmin edən sinir lifləri hansı sinirlərin tərkibində olur?

A) blok sinirinin, simpatik sinirin

B) uzaqlaşdırıcı sinirin, blok sinirinin

C) gözün hərəki sinirinin, simpatik sinirin

D) görmə sinirinin

E) üz sinirinin


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
228) Aşağıda sadalananlardan hansı anizometropiyanın korreksiyası qaydalarına aid deyil ?

A) anizometropiyanın 15,0 dptr və ondan yüksək dərəcələrində kontakt korreksiyanın istifadəsi daha məqsədə uyğundur

B) korreksiya zamanı sağ və sol göz üçün təyin edilən linzaların arasında olan fərqi pasiyent dözə bilməlidir

C) pasiyentin iş şəraiti və refraksiyanın xarakteri nəzərə alınmalıdır

D) daimi optik korreksiya təyin edilməlidir

E) prizmatik eynək təyin edilməlidir


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
229) Akkomodasiya nədir?

A) gözün ön-arxa oxu

B) büllurun şüasındırma qüvvəsi

C) buynuz qişanın şüasındırma qüvvəsi

D) gözdən müxtəlif məsafələrdə olan əşyaların aydın görməsi üçün görmə aparatının uyğunlaşması

E) statik refraksiya


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
230) Aydın görmənin ən yaxın nöqtəsi nədir?

A) gözün optik sistemindən keçməsindən sonra şüaların yığılma nöqtəsi

B) büllurun önündə yerləşən nöqtə

C) akkomodasiyanın maksimal gərginliyi zamanı görünən əşyalara qədər minimal məsafə

D) buynuz qişanın zirvəsində yerləşən nöqtə

E) büllurun arxasında yerləşən nöqtə


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
231) Aydın görmənin ən uzaq nöqtəsi nədir?

A) akkomodasiyanın minimal gərginliyi zamanı görünən əşyalara qədər maksimal məsafə

B) buynuz qişanın zirvəsində yerləşən nöqtə

C) büllurun önündə yerləşən nöqtə

D) gözün optik sistemindən keçməsindən sonra şüaların yığılma nöqtəsi

E) büllurun arxasında yerləşən nöqtə


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
232) Akkomodasiyanın uzunluğu və ya sahəsi nədir?

A) aydın görmənin ən yaxın və ən uzaq nöqtələrinin gözdən uzaqlığı arasında olan və xətt ölçülərdə göstərilən fərq

B) buynuz qişanın refraksiyası

C) statik refraksiya

D) büllurun şüasındırma qüvvəsi

E) gözün ümumi refraksiyası


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
233) Mütləq akkomodasiyanın həcmi nədir?

A) buynuz qişanın astiqmatizmi

B) aydın görmənin ən yaxın və ən uzaq nöqtələrinin yeri arasında olan və dioptriyalarda göstərilən fərq

C) gözün ümumi astiqmatizmi

D) büllurun astiqmatizmi

E) gözün ümumi refraksiyası


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
234) Nisbi akkomodasiya nədir?

A) konvergensiyanın qismən dayandırılması zamanı ölçülmüş akkomodasiya

B) hər iki gözdə eyni zamanda ölçülmüş akkomodasiya

C) buynuz qişanın sındırma qüvvəsi

D) büllurun astiqmatizmi

E) hər göz üçün ayrı-ayrılıqda ölçülmüş akkomodasiya


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.

235) Nisbi akkomodasiyanın mənfi hissəsi nədir?

A) nisbi akkomodasiyanın görmə işinə sərf edilən hissəsi

B) gözün optik mühitlərinin ümumi sındırma qüvvəsi

C) nisbi akkomodasiyanın ehtiyatda qalan hissəsi

D) bir gözün görmədə iştirak etməməsi şəraitində tək gözün akkomodasiyası

E) gücü artırılan müsbət linzalarla yüklənmə zamanı müəyyən edilən nisbi akkomodasiyanın hissəsi


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
236) Nisbi akkomodasiyanın müsbət hissəsi nədir?

A) gözün optik mühitlərinin ümumi sındırma qüvvəsi

B) bir gözün görmədə iştirak etməməsi şəraitində tək gözün akkomodasiyası

C) gücü artırılan mənfi linzalarla yüklənmə zamanı müəyyən edilən nisbi akkomodasiyanın hissəsi

D) nisbi akkomodasiyanın ehtiyatda qalan hissəsi

E) nisbi akkomodasiyanın görmə işinə sərf edilən hissəsi


Ədəbiyyat: K.Q.Tağıbəyov. Oftalmoloji izahlı lüğət. -Bakı; Çaşıoğlu, 2003.

Глазные болезни в вопросах и ответах. Под редакцией Г.И.Должич. -Ростов н/Д: Феникс, 2000.

Ю.З.Розенблюм. Оптометрия.-М.: Медицина, 1991.
Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə