Olimp allahlari



Yüklə 29,75 Kb.
tarix09.06.2023
ölçüsü29,75 Kb.
#127471
6,olimp tanrilari


,Olimp allahlari
Yunanların Hind - Avropa mənşəli xalq olduğu bilinməkdədir. Yunan mifologiyası canlılığı və gözəlliyi ilə digərlərindən çox fərqlənir. Bəlkə də bu səbəblə Yunan mifologiyası hər zaman şairləri, rəssamların ilham qaynağı olmuşdur. 
Hər şeydən əvvəl Xaos vardı. Bu bir boşluq deyildi, içində bütün əşyaların, tanrı və insanların qaynağını saxlayardı. Əvvəlcə Xaosdan Torpaq Ana - Geya və səma - Uran meydana gəldi. Geya və Uranın birləşməsindən Titanlar yaradıldı.
Torpaq ananın səma ilə birləşməsindən altısı kişi, altısı dişi olmaq üzrə on iki Titan doğuldu. Titanların kişi olanları Okean, Korios, Hiperion, İapet, Koy və Kron; eyni zamanda Titanidalar deyilən dişi Titanlar isə Teya, Reya, Temis, Feba, Mnemosina və Tefida adlanırdılar. Okean və Tethys bütün çayları yaratdılar. Hiperion ilə Teyadan Günəş - Helios, Ay - Selene, Şəfəq - Eos doğuldular. İapet və Üsyankaradan göy qübbəsini kürəyində daşıyan Atlant, Menoetios, Epimetheus, Prometheus doğuldular. Digər 2 cüt Titan da öz uşaqlarını doğurdular. Amma gələcək altıncı cütün övladlarının idi - Kron və Reyanın. 
İlk doğan uşaqları Kiklop və Hekatonkheirlerden həm iyrənən həm də öz iqtidarını götürmələrindən qorxan Uranos, uşaqları doğulduqca onları yerin dərinliklərinə - Tartara (cəhənnəmə) atırdı. Bu vəziyyətə kədərlənən Geya yoldaşından nifrət etməyə başlayır, Titanları Səmaya qarşı qışqırtdı. Titanlar atalarına qarşı gəldilər və onu hakimiyyətindən məhrum buraxdılar. Titanların ən hiyləgəri olan Kron taxta oturmasına baxmayaraq, qardaşlarının güclərindən qorxaraq onları Tartardan qurtarmadı.
Yunanlar Kronun rəhbərlik dövrünə 'qızıl dövr' adını veriblər. Kron bir gün övladlarınında ona qarşı üsyan etməsindən qorxurdu. Bunun qarşısını almaq üçün Kron qorxunc bir qərar alır - yeni doğulan oğullarını və qızlarını udmağa başlayır. İlk olaraq Kron qızı Hestianı, sonra qızları Demetra və Heranı , ardından da Aid, Poseydon adlı oğullarını uddu. Kron zamanı təmsil edər. Kron sözü zaman mənasındadır. 'Zaman öz övladlarını udar.' deyimi də bu gün Kron hadisəsini xatırlatmaqdadır. 
Reya tək Zevsi onun əlindən qurtara bildi. Bir böyük daşı qundaq bezlərinə qucaqlayıb Krona verdi. Kron daşı Zevs zənn edib uddu. Zevs isə Krit adasında bir mağarada gizləndi, sehirli keçi Amalteyanın südü ilə bəsləndi.

Yeniyetmə çağına çatan Zevs gizləndiyi mağaradan çıxdı. Krona döyüş elan etdi. Bu döyüş on il davam etdi, heç biri olmadığından, Zevs Reyanın tövsiyələri ilə Tartardakı Kiklop və Hekatonkeirleri sərbəst buraxdı. Kikloplar Zevsa məşhur şimşəkləri verdilər. Yüzəlli Hekatonkeirler Titanların üzərinə daşları və qayaları atdılar. Yerlər parçalandı, dağlar əridi və Titanlar məğlub oldular. Zevs Kronu udduğu tanrıları və daşı çıxarmağa məcbur etdi. Titanlar məğlub olaraq Tartara atıldılar. Yüz qollu Hekatonkeirler isə Titanların gözətçiliyini etməyə başladılar. Tanrılar (Zevs və qardaşları) dünyanı idarə etməyə başladılar. 
Üç qardaş Zevs, Aid və Poseydon kainatı öz aralarında paylaşdılar.
Ortancıl qardaş Poseydon dənizlərin, dəniz canlılarının və bütün axar suların hakimiyyətini aldi. Dəniz tanrılarından olan Nereus qızlarından gözəl Amfitrit ilə evləndi. Bu evlilikdən bir çox dəniz pərisi, yarı at yarı insan Triton doğuldu. Triton dəniz qabığını ötdürərək tufanı yatırar və suları gəldikləri yerə qaytararmış. 
Poseydonun əlində daşıdığı üç çəngəlli yabanı atdığı zaman, dənizdə fırtınalar və qorxunc dalğalar yarada bilərmiş. Nereidler hər zaman Poseydonun ətrafında dolaşardılar. Nereidler aşağısı balıq, yuxarısı insan şəklindədirlər. 
Kiçik qardaş Aidin payına yeraltı dünya düşür. İnsanların və tanrıların heç sevmədikləri sərt, qorxunc tanrı Aid, arvadı Persefona (Zevsin qızı) ilə birlikdə, kölgələr halında gəzən ölülərə hökm edən yeraltı ölkəsindəki saraylarında yaşayırdılar. Yeraltıdünyanın keşiyini üç başlı cəhənnəm iti Kerber edərdi, yeraltına gələnləri quyruğunu yelləyərək, oxşayaraq içəri alar, amma çıxmaq istəyənlər üçün də üç ağızını birdən açaraq, sipsivri və quru dişlərini göstərərək hədələyib, yuxarı çıxmasını önləyər. Ölülər dünyası yəni yeraltı, günah işləyənlərin oldugu bir yerdir. Burada günahkarların ən günahkarları tapılar və bunlar sonsuz bir əzaba düçar edilərdilər.
Böyük qardaş və 'tanrıların kralı' olaraq qəbul edilən Zevs paylaşımda səma və dünyanı aldi. O ailə və evliliyin himayəçisi olan ilahə Hera ilə evləndi. Bu evlilikdən İlithya və Hebe adında qızları, sənaye tanrısı Hefest və döyüş tanrısı Ares oğulları olmuşdur. Tanrılar daim yaz mövsümünün hökm sürdüyü Olimp dağında yaşayırdılar. Gəncliyin və gözəlliyin simvolu olan Hebe tanrılara onların ölümsüzlüyünü təmin edən ambrosia içkisi və nektar paylayırdı. Zevs qızıl taxtında oturardı. Zevs çox güclü bir tanrı olsa da taleyi idarə etmək onun əlində deyildi. Tleyi üç Moyra idarə edir


Zevs-Baş allah və Olimp dağının hakimi; səma və şimşək tanrısı. Titanlar Kronos və Reyanın kiçik oğlu. Rəmzləri ildırım və qartaldır.
Hera-Baş ilahə. Evliliyin və analığın ilahəsi. Rəmzləri tovuzquşu və inəkdir. Kronos və Reyanın qızı. Zevsin həyat yoldaşı və bacısı.
Paseydon-Dəniz allahı; dənizlərin, zəlzələlərin və atların allahı. Rəmzləri hippokamp və üçbaşlı əsadır. Kronos və Reyanın oğlu, Zevsin və Aidin qardaşı.
Demetra-Məhsuldarlığın, kənd təsərrüfatının, təbiətin və fəsillərin ilahəsi. Rəmzi lalədir. Kronos və Reyanın qızı, Zevsin bacısı.
Aid-Yeraltı dünyanın, ölümün allahı. Rəmzləri Qaranlıq dəbilqəsi, ikibaşlı əsa və kəllə sümüyüdür. Kronos və Reyanın oğlu. Zevsin və Poseydonun qardaşı.
Hestiya-.Bakirə ilahə. Evin və ailə ocağının ilahəsi. Kronos və Reyanın qızı, Zevsin bacısı.
Afrodita-Sevgi və gözəllik ilahəsi. Zevsin, digər rəvayətə görə Uranın və Dionanın qızı. Rəmzi göyərçin quşudur.
Apollon-İşığın, həkimliyin, musiqinin, poeziyanın, öncəgörmələrin, oxatmanın və bütün incəsənət növlərinin allahı. Rəmzləri ox kamanı və liradır. Artemida onun əkiz bacısıdır. Zevsin və Letonun oğlu.


Ares-Müharibə və qırğınların allahı. Rəmzləri nizə və qalxandır. Zevs və Heranın oğlu
Artemida-Ovçuluq və Ay ilahəsi. Rəmzləri maral və ox kamanıdır. Apollonun əkiz bacısı, Zevs və Letonun qızı.


Afina-Müdrikliyin, peşələrin və döyüş strategiyasının ilahəsi. Rəmzləri zeytun ağacı və bayquşdur. Zevsin bəzi rəvayətlərə görə Metidadan olan qızı.
Dionis-Şərab, şənlik və ekstaz allahı. Rəmzi üzüm tənəyidir. Zevsin və adi insan Semelanın oğlu.
Hefest-Allahların dəmirçisi; odun və dəmirçiliyin allahı. Zevs və Heranın, bəzi rəvayətlərə görə yalnız Heranın oğlu.
Hermes-Allahların qasidi; ticarətin və oğruların allahı. Rəmzləri kadusey və qanadlı səndəllərdir. Zevsin və nimfa Mayanın oğlu. Ve s/
Yüklə 29,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin