Ölkə: Azərbaycan Kredit №: 4210 az layihənin Adı



Yüklə 54 Kb.
tarix23.07.2017
ölçüsü54 Kb.
MARAĞI İFADƏ EDƏN ƏRİZƏlər üçün DƏVƏT
Ölkə: Azərbaycan

Kredit №: 4210 AZ

Layihənin Adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində

Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL)


Tapşırığın adı: Azərbaycanda səhiyyə işçiləri arasında sertifikasiya prosesinin ikinci mərhələsinin (müsahibə) təkmilləşdirilməsi üçün sual vərəqələrinin tərtib edilməsi

Tapşırıq üçün əsas № : Müqavilə No. SSIL/ Sertifikasiya üçün test suallarının yenilənməsi/MX/CQS/12.08-3
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) icrası üçün Dünya Bankından (DB) maliyyə vəsaiti almışdır və onun müəyyən hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir.
Məsləhətçi xidmətlərinə (“Xidmətlər”) aşağıdakılar daxildir:
Nazirlər Kabinetinin 8 İyun 2010-cu il tarixli, 108 saylı Əmrinə və Səhiyyə Nazirliyinin “Sertifikasiya prosesinin təşkilinə” dair 95 saylı Əmrinə əsasən Azərbaycanda bütün səhiyyə və farmokologiya işçiləri hər beş ildən bir sertifikasiya prosesindən keçməlidirlər. Sertifikasiya Prosesi çoxseçimli test və müsahibəyə əsaslanan yazılı imtahan daxil olmaqla iki əsas mərhələdən ibarətdir. Birinci mərhələ həkim və tibb bacısının konkret sahələr üzrə nəzəri biliklərinin qiymətləndirilməsini hədəf seçdiyi halda, ikinci mərhələdə (müsahibə) müvafiq ixtisas komissiyasının üzvlərinin verdiyi suallara əsasən təcrübi bacarıqlar qiymətləndirilir.

Məsləhətçi şirkətin tapşırığı Azərbaycanda səhiyyə işçiləri arasında sertifikasiya prosesinin ikinci mərhələsinin (müsahibə) təkmilləşdirilməsi üçün sual vərəqələrini tərtib etməkdir.


İş aşağıda qeyd olunan mərhələlər üzrə tamamlanmalıdır:


  1. Hədəflərin və auditoriyanın müəyyən edilməsi;

  2. Tədris materiallarının seçilməsi;

  3. Texniki matrisin işlənib hazırlanması və onun ekspertizası;

  4. Müsahibə suallarının tərtib edilməsi;

  5. Sınaq üçün sual vərəqələri nümunələri;

  6. Tibb işçilərinin müsahibəsi üçün sualların seçilməsi;

  7. Sualların sınaqdan keçirilməsi;

  8. Sual vərəqələrinin keyfiyyətinin müəyyən ediməsi və qiymətləndirilməsi;

  9. Qeyri-ixtisas suallarının çıxarılması və müvafiq düzəlişlərin edilməsi;

  10. Müsahibə suallarının yekun siyahısının işlənib hazırlanması;

  11. Sual vərəqələrinin standartlara uyğunlaşdırılması;

Sual vərəqələri hazırlanmalı və aşağıdakı formada yoxlanışa təqdim edilməlidir:



  1. Sertifikasiya imtahanının ikinci mərhələsində tibb işçilərinin müsahibəsi üçün suallar;

  2. Mümkün cavabların Şərhi;

  3. Sualların inkişaf etdirilməsində istifadə olunan Rəylər;

Layihənin sonunda aşağıdakı nəticələr əldə edilməlidir:

  1. Sual vərəqələrinin dizaynı və hazırlanmasına dair Metodik Forma;

  2. 40 mütəxəssis üçün (hər bir ixtisasa dair 150 sual) sualların yekun siyahısı;

Səhiyyə Sektorunda İslahatlar Layihəsi hazırda, bu müsabiqədə iştirak etmək münasib ölkəni təmsil edən məsləhətçi şirkətləri (“Məsləhətçiləri”) qeyd olunmuş Xidmətlərin təmin edilməsində maraqlı olduğunu bildirməyə dəvət edir. Maraqlı olan Məsləhətçilər Xidmətlərin icrası üçün tələb olunan təcrübə, bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı təqdim etməlidirlər. İlkin seçimdən keçmək üçün meyarlar aşağıdakılardır:
Məsləhətçi Şirkət:

  • Təşkilatı sistemin təkmilləşdirilməsi və potensial imkanların yaradılmasına dair fəaliyyətlərin həyata keçirilməsində ən azından 5 illik təcrübə;

  • Beynəlxalq təşkilatların maliyyələşdirdiyi layihələrdə qabaqcıl iş təcrübəsi;

  • Müvafiq proseslər üzrə səriştəli kadrlar və ekspertləri müəyyənləşdirmək və onları aşağıdakı sahələrin yoxlanılması üçün səfərbər etmə qabiliyyəti:


Məsləhətçi Şirkətin işçi heyəti:

    • Tibb işçilərinin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün imtahan, müsahibə suallarının hazırlanması üzrə təcrübə;

    • Azərbaycanda səhiyyə sistemi və sertifikasiya prosesi üzrə yüksək səviyyədə məlumatlılıq;

    • Müvafiq ixtisaslar üzrə geniş klinik ekpertiza və ya müəllimlik təcrübəsi;

    • Əla planlaşdırma, təşkilati və ünsiyyət bacarığı;

    • Rus və ingilis dil bilikləri (arzuolunandır)

Maraqlı olan Məsləhətçilərin diqqəti Dünya Bankının Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi (cari nəşr) (“Məsləhətçi üçün Təlimat”) sənədinin 1.9 bəndinə cəlb edilir, hansı ki Dünya Bankının maraqların toqquşmasına dair siyasətini təsvir edir.


Öz keyfiyyət və bacarıqlarını artırmaq üçün Məsləhətçilər başqa firmalar ilə birgə müəssisə kimi çıxış edə və ya subpodrat formasında məsləhətçilik xidmətlərini təklif edə bilər.
Məsləhətçinin seçimi, Məsləhətçi üçün Təlimdə göstərilmiş Məsləhətçilərin İxtisaslarına görə Seçilməsiüsuluna əsasən həyata keçiriləcək.
Əlavə məlumat aşağıdakı ünvanda iş saatları ərzində, saat 10:00-dan 17:00-dək, əldə edilə bilər.
Marağı İfadə edən Sənəd 2013-cü il 09 yanvar tarixinə (saat 18:00-a) qədər aşağıdakı ünvana çatdırılmalıdır.
Ünvan:

Səhiyyə Nazirliyi yanında Səhiyyə Sektorunda İslahatlar Layihəsi

H. Zərdabi küç. 96, Bakı, Az1122, Azərbaycan

Tel: +994-12-431-6121



Faks: +994-12-431-1937

Elektron ünvan: office@hsrp.az

Yüklə 54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə