ÖLKƏDƏ KƏND TƏSƏRRÜFATI İSTEHSALININ MİNERALVƏ ÜZVİ
GÜBRƏLƏRLƏ TƏMİNAT SƏVİYYƏSİNİN STATİSTİK QİYMƏTLƏNDİRİLMƏSİ
Ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də
əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində kənd təsərrüfatının dinamik inkişafı təmin
edilməkdədir. Bu inkişafın təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuş və onun ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi əhəmiyyətli bir
sahə kimi baxılmışdır. Təsadüfi deyil ki, ümummilli liderin bu istiqamətdə gördüyü işlərin hər biri
mühüm hadisə kimi respublikamızın dövlətçilik tarixində silinməz izlər qoymuşdur. Ulu öndərin
strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan
Respublikasının möhtərəm prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail
olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir.
Digər kənd təsərrüfatı təyinatlı istehsal vasitələrindən fərqli olaraq torpaq əsas istehsal vasitəsi
kimi insan əməyinin məhsulu deyil, o təbiətin bəxş etdiyi nemətdir. Qeyd edim ki, məkanca
yerləşməsinə, keyfiyyətinə və reylefinə görə torpaq sahələri zonalara ayrılır. Əlverişsiz torpaq
sahələrində aparılan, əlverişli torpaq sahələrinə nisbətən daha çox vəsait ayrılmasını tələb edir.
Torpağın cəmiyyətin inkişafında rolu və əhəmiyyəti böyükdür. Buna görə də torpaqdan elə
səmərəli istifadə etmək lazımdır ki, cəmiyyətin inkişaf etməsi üçün zəruri olan nemətləri istehsal
etmək mümkün olsun.
Bitkiçilik sahəsinin resurs təminatının yaradılması üçün əsas növ bitkiçilik məhsulları üzrə
ərzaq təhlükəsizliyinin hansı səviyyədə təmin olunmasının araşdırılmasına ehtiyac yaranır. Bunun
üçün bir sıra göstəricilərin – yaradılmış məhsul ehtiyatlarının və idxal olunan məhsulların həcminin,
ölkə üzrə istehlak olunmuş əsas növ bitkiçilik məhsullarının tərkibində idxal olunan məhsulların
payının və s. səviyyəsinin dəyişməsinin aşkara çıxarılması zərurəti meydana çıxır.
Müxtəlif tədqiqatların nəticələrinə əsaslanıb qeyd etmək olar ki, son illər ölkədə yaradılan əsas
növ bitkiçilik məhsullarının ehtiyatlarının səviyyəsində müəyyən dəyişikliklər baş vermişdir.
Əhalinin artımına uyğun olaraq, əsas növ bitkiçilik məhsullarının yaradılmış ehtiyatlarının miqdarı
da ilbəil artmış və həmin ehtiyatların tərkibində yerli istehsalın və idxal olunan məhsulların payı
müxtəlif səviyyələrdə dəyişmişdir.
Ölkənin iqtisadi təhlükəsizliliyinin və onun vacib tərkib hissəsindən biri kimi ərzaq
təhlükəsizliyinin təminolunma səviyyəsinin yüksəldilməsi əsas növ ərzaq məhsullarının istehsalı
üçün tələb olunan resursların mövcudluğundan asılıdır.
Qeyd etmək lazımdır ki, respulikamızda əhalinin sayı hər il artmaqdadır. Təbii ki, əhalinin sayı
artdıqca ərzaq məhsullarına olan tələbat da daimi artacaqdır. Lakin kənd təsərrüfatı məhsullarının
becərilməsi üçün zəruri olan və əsas başlıca rol oynayan torpaq artan və genişlənən deyil. Əksinə
yeni yaşayış massivlərinin salınması, yol və digər nəqliyyat, istehsal infrastrukturlarıın inkişafı əkin
üçün istifadə olunan torpaq sahələrinin azalmasına səbəb olan amillərdir. Məhz bu baxımdan ərzaq
təhlükəsizliyinin təmin edilməsində zəruri olan ərzaq resurslarının artırılması problemi daha da
ciddiləşməkdədir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan ərzaq resurslarının
istehsalının artırılması əhalinin artım sürəti ilə uyğunlaşdırılması məqsədəuyğundur.
Bildiyimiz kimi, dünyanın 11 iqlim tipindən 9-nun Azərbaycanda olması onun ayrı-ayrı
bölgələrində ilin bütün fəsillərində bol kənd təsərrüfatı məhsulları yetişdirməyə şərait yaradır. Bu isə
əhalini il ərzində kənd təsərrüfatı məhsulları ilə təmin etməyə imkan verir.
Kənd təsərrüfatına yararlı torpaq sahələrinin istifadə vəziyyətinin təhlili onu göstərir ki, əkin
üçün yararlı olan torpaqların azlığı torpaqlardan daha səmərəli istifadə edilməsini şərtləndirir.
Ümumiyyətlə, əkin yerləri, əsasən, dincə qoyulmuş torpaqlar və örüş otlaq sahələri hesabına artırılır.
Yamacların hamarlanması, çökəkliklərin doldurulması, bataqlıqların qurudulması yolu ilə də əkinə
yararlı torpaq sahələri genişləndirilir. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin tərkibində əkin
yerlərinin xüsusi çəkisini yüksəltmək məqsədi ilə yeni nasos stansiyalarının istifadəyə verilməsi və
subartezian quyularının qazılması, elmi cəhətdən əsaslandırılmış digər aqrotexniki tədbirlərin həyata
keçirilməsi zəruridir. Bunun üçün mövcud vəziyyət hərtərəfli təhlil edilməli, torpaqlardan səmərəli
istifadəyə təsir edən amillər öyrənilməli, onların qarşılıqlı münasibətləri araşdırılmalıdır.
2
İstehsalın səmərəliliyinə təsir edən amillər özlüyündə deyil, torpaqların münbitliyinin
artırılması yolu ilə öz nəticəsini göstərmiş olur. Bu təsiredici amillərdən istifadə edərkən torpaqların
xassələri, tərkibi, hansı qidalı maddələrin çatışmadığı ətraflı öyrənilməli, lazım olanlardan yetərincə
istifadə edilməlidir. Torpaqdan isə səmərəli istifadə edildikdə torpaqda münbitlik artır və keyfiyyəti
yüksəlir. Torpaqlardan elmi əsaslarla, düzgün və səmərəli istifadə edilməsi çox əhəmiyyətli
amillərdən biridir. Bildiyimiz kimi, intensiv əkinçiliyin qarşısında duran əsas məsələlərdən biri kənd
təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasıdır. Kənd təsərrüfatı bitkilərinin yaxşı inkişafı və
yüksək məhsuldarlığı üçün gübrə normasının düzgün tənzimlənməsi çox vacibdir. Sxemdən
göründüyü kimi, gübrələr mineral və üzvi olmaqla əsasən iki yerə bölünür.Mineral gübrələr də öz
növbəsində makro və mikrogübrələrdən ibarətdir.
Sxem 1. Gübrələrin növləri
Tərkibində bitkilərin az miqdarda istifadə etdiyi bor, manqan, mis, molibden, sink, kobalt və s.
kimi elementlər olan birləşmələr mikrogübrələr adlanır. Mikroelementlər isəadından bəlli olduğu
kimi bitkilərə az miqdarda lazım olsa da, bitki həyatında böyük əhəmiyyət daşıyır. Bitki
orqanizmində gedən maddələr mübadiləsində mikroelementlərin çox mühüm rolu vardır.
Makroelementlər azot, fosfor və kaliumdan ibarət olaraq, bitkilərə gübrə formasında verilir.
Mineral gübrənin torpağa verilməsi zamanı məhsuldarlığa və ətraf mühitə təsir mexanizmi
aşağıdakı sxemdə verilmişdir.
Məhsuldarlıq
optimal
Gübrədən israfçılıqla istifadə,
ətraf mühitin çirklənməsi (torpaq, su)
məhsuldarlıq azalır məhsul itkisi
əlavə gübrə normasının tətbiqi
Sxem 2. Mineral gübrənin ətraf mühit və məhsuldarlığa təsir sxemi
Sxemdən göründüyü kimi, gübrənin ilkin təsiri zamanı məhsuldarlıq artır, optimal gübrə
normasında məhsuldarlıq stabilləşir və sonda normadan artıq olduqda isə məhsul itkisini müşahidə
3
edirik. Məlumdur ki, müasir dövrdə üzvi və mineral gübrələrdən istifadə etmədən kənd təsərrüfatında
istehsalın davamlı və dinamik inkişafı, torpaqların münbitliyinin qorunub saxlanması və
yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması mümkün
deyildir.
Bu təkcə bizim ölkədə deyil bütün dünyada kənd təsərrüfatında yüksək və keyfiyyətli
məhsuldarlıq əldə etmək üçün mineral gübrəyə olan tələbat ödənməlidir. Belə ki, dünyada mineral
gübrəyə olan tələbatın 2011-2015-ci illər üzrə dinamikası cədvəl 1-də verilmişdir.
Cədvəl 1
Dünyada təsiredici maddə miqdarındagübrəyə olan tələbat(min ton)- 2011-2015
İllər
2011
2012
2013
2014
2015
Azot (N)
105 348
107 374
109 299
111 109
112 909
Fosfor (P2O5)
41 679
42 562
43 435
44 245
45 015
Kalium (K2O)
28 679
29 682
30 683
31 594
32 453
Cəmi (N+ P2O5+K2O)
175 706
179 618
183 417
186 948
190 377
Cədvəldən göründüyü kimi tələb olunan gübrənin miqdarı 2011-ci ildə cəmi 175706 min ton
olmuşdur ki, bundan azot tərkibli 105348 min ton, fosfor tərkibli 41679 min ton, kalium tərkibli isə
28679 min ton təşkil etmişdir. Cədvəldən göründüyü kimi, tələbat ildən-ilə artmışdır və 2015-ci ildə
artım dinamikası ümumi olaraq 190377 min ton olmuşdur. 2015-ci il ilə 2011-ci il arasındakı fərqi
nəzərə alaraq qeyd etmək olar ki, tələb olunan gübrə normasında artım müxtəlif olmuşdur. Belə ki,
azot tərkibli gübrədə 6,7%, fosfor tərkibli gübrədə 7,4%, kalium tərkibli gübrədə isə 11,6 % artım
müşahidə olunur. Ümumi gübrəyə görə isə 7,7% artım olmuşdur.
Qeyd edək ki, hal-hazırda respublikamızda adambaşına 0,16 hektar əkin sahəsi düşür ki, bu da
dünyada orta göstəricidən azdır. Ölkə əhalisini taxılla, tərəvəzlə, heyvandarlıq məhsulları ilə və
sənayeni xammalla təmin etmək üçün adambaşına düşən əkin sahəsindən alınan məhsul daha da
artırılmalıdır. Belə bir yanaşma da əkinçiliyin intensivləşməsini, əkin sahəsində məhsuldarlığın
yüksəldilməsini tələb edir.
Bütövlükdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında torpaqlarda azot,
fosfor və kaliumun çatışmazlığı əsas məhdudlaşdırıcı amilə çevrilmişdir. Aqrotexniki tədbirlər
optimal müddətlərdə və keyfiyyətlə həyata keçirilsə, bitkilərin qida maddələri ilə tam təmin
olunmadığı şəraitdə hətta ən yaxşı bitki sortunun toxumundan istifadə olunsa belə, yenə də
gözlənilən səmərəni almaq mümkün deyil.
Cədvəl 2-də dünyanın müxtəlif bölgələri üzrə mineral gübrəyə olan tələbatınillik artım tempi
verilmişdir. Bu tempə əsasən dünya üzrə kalium gübrəsinə tələbat 3,1% olduğu müşahidə olunur.
Digər tərəfdən isə azot tərkibli gübrəyə olan tələbatın illik artımında aşağı göstərici(1,7%) müşahidə
olunur. Ümumi normaya uyğun olaraq, dünya üzrə cəmi 2,0% artım müşahidə olunur. Torpaqda
münbitliyin artırılması istehsal olunan məhsulun artımına da yüksək təsir göstərir.
Bildiyimiz kimi, becərilən kənd təsərrüfatı bitkiləri hər il əsas və əlavə məhsulu ilə birlikdə
torpaqdan kifayət qədər qida maddəsi aparır. Məsələn, payızlıq buğda hər hektardan yığılan 30
sentner dən və ona müvafiq saman məhsulu ilə torpaqdan təsiredici maddə hesabı ilə 110 kq azot, 40
kq fosfor və 70 kq kalium, 3 ton kartof məhsulu, 150 kq azot, 60 kq fosfor və 270 kq kalium aparır.
Əgər aparılan qida maddələri gübrələr şəklində torpağa qaytarılmazsa, nəticədə torpaq tədricən
deqradasiyaya uğrayır və münbitliyi azalır.
4
Cədvəl 2
Dünyanın müxtəlif bölgələri üzrə mineral gübrəyə olan tələbatın illik artım tempi (2011-2015)
N
P2O5
K2O
Cəmi
(N+P2O5+K2O)
Dünya üzrə
1.7%
1.9%
3.1%
2.0%
Afrika
1.9%
3.3%
4.3%
2.5%
Amerika
1.6%
2.3%
2.3%
1.9%
- Şimali Amerika
0.8%
0.9%
1.2%
0.9%
- Latın Amerikası
3.1%
3.5%
3.3%
3.3%
Asiya
1.9%
1.7%
4.0%
2.1%
- Qərbi Asiya
2.9%
2.9%
6.7%
3.2%
-Cənubi Asiya
2.6%
2.9%
2.7%
2.7%
- Şərqi Asiya
1.4%
0.9%
4.4%
1.8%
Avropa
1.3%
1.7%
2.1%
1.5%
- Mərkəzi Avropa
2.3%
4.5%
3.2%
2.8%
- Qərbi Avropa
-0.2%
-0.7%
1.0%
-0.1%
- Şərqi Avropavə Mərkəzi Asiya
3.5%
3.5%
3.2%
3.4%
Okeaniya
1.0%
2.8%
4.3%
2.1%
Aqrokimya elminin banilərindən hesab edilən D.Pryanişnikov apardığı elmi-tədqiqat işlərinin
nəticələri və dünya təcrübələrinin təhlilinə əsasən belə qərara gəlmişdir ki, məhsul gübrənin
törəməsidir. Müəyyən edilmişdir ki, 1 kq azot (təsiredici maddə hesabı ilə) verilmə dozasından asılı
olaraq 12-15 kq payızlıq buğda dəni, 100-120 kq kartof, 10-12 kqxam pambıq məhsulu, 1 kq fosfor,
7-8 kq buğda, 50-60 kq kartof və 5-6 kqxam pambıq, 1 kqkalium isə 3-4 kqbuğda, 40-50 kqkartof, 2
kqxam pambıq məhsulunun artımına səbəb olur. Azot, fosfor və kalium gübrələri ayrılıqda deyil,
birlikdə, həm də müəyyən olunmuş nisbətdə torpağa verildikdə yüksək səmərə alınır.
Mineral gübrələrin orta potensial səmərəliliyini bu göstəricilər səciyyələndirir, belə ki,
becərilən bitkilərin məhsuldarlığı konkret iqlim şəraitindən, becərilən sort nümunəsindən, aparılan
aqrotexniki qulluq işlərinin səviyyəsindən və s. asılıdır.
Əsas qida maddələri kimi azot, fosfor və kalium gübrələri bitkilərin həyatında çox böyük
əhəmiyyətə malikdir. Bitkinin yaşıl kütləsini daha çox artırmaqla onun kütləsinin çoxalmasına və
boyunun uzanmasına azot gübrəsi yaxşı təsir göstərir. Eyni zamanda azot əsas qida maddəsi hesab
olunan zülalın, amin turşularının və bir çox bioloji aktiv maddələrin tərkibinə daxildir.
Bitkinin bar orqanlarının əmələ gəlməsinə və inkişafına fosfor daha yaxşı təsir göstərməklə
onun vegetasiya müddətini azaldır. Fosfor təkcə məhsuldarlığı artırmır, o həmçinin şəkərli bitkilərin
şəkərini, yağlı bitkilərin yağını, lifli bitkilərdə lif çıxımını artırmaqla məhsulun keyfiyyətini
yüksəldir.
Üzvi birləşmələrin tərkibinə kalium daxil olmasa da, bitki hüceyrələrində gedən maddələr
mübadiləsinə aktivləşdirici təsir göstərir. Buna görə də bitkidə əsasən üzvi maddələrin (saxarozanın,
yağların, nişastanın ) sintezini gücləndirmək üçün torpağa kalium gübrəsi verilməlidir.
Buğda bitkisi misalında bitki məhsulunun keyfiyyətinə mineral gübrələrin təsirini daha aydın
göstərmək olar. Buğdanın dən məhsulunu artırmaqla bərabər, dənin şüşəvariliyini, kleykovinanı, un
çıxımını artırır və çörəkbişirmə keyfiyyətini yaxşılaşdırır.
Bildiyimiz kimi, torpaqların münbitliyi xassələrinə, keyfiyyətlərinə görə fərqli olur. Torpağın
fiziki, kimyəvi xassələrindən, mexaniki tərkibindən və təbii iqlim şəraitindən asılı olaraq ölkənin
torpaq sahələri öz təbii münbitliyinə görə 10 təbii-iqtisadi bölgəyə ayrılmışdır. Belə ki, Abşeron,
Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın,
Dağlıq-Şirvan və Naxçıvan təbii-iqtisadi rayonlarından ibarətdir. Bu bölgələrdə torpaqlar tərkibinə
və keyfiyyətinə görə bir-birindən fərqləndikləri üçün onların təbii, süni və iqtisadi münbitliyi də
5
müxtəlifdir. Bu bölgələrin təbii-iqtisadi şəraitindən asılı olaraq yetişdirilən məhsullar, onların
məhsuldarlığı və istehsal istiqamətləri də fərqlənir.
Ümumiyyətlə qeyd edək ki, torpaqların münbitliyi təbii, süni və iqtisadi olmaqla müxtəlifdir.
Onu da qeyd etmək lazımdır ki, hazırda istifadə edilən torpaq sahələrinin münbitliyi təbii şəkildə
deyildir. Əhali təbəqəsinin yaşam tərzləri üçün lazım olan ərzaq məhsullarını istehsal etmək məqsədi
ilə uzun müddət torpağın təbii-iqtisadi xassələrindən istifadə edərək onu əkib becərmişlər. Buna
görə də hər bir dövrdə insan əməyinin təsiri nəticəsində təbii münbitlik mütəmadi olaraq
dəyişilmişdir. Torpaqdan səmərəli, düzgün istifadə edildiyi halda onun münbitliyi artmış, düzgün
istifadə edilmədikdə isə onun münbitliyi azalmışdır.
Belə olan halda torpağın kimyəvi-fiziki tərkibi və xassələri ətraflı tədqiq edilərək onun
münbitliyinin daha da yaxşılaşdırılması üçün mütəmadi olaraq,mineral və üzvi gübrələrdən istifadə
edilir. Bununla bərabər eyni səpkidə aqrotexniki tədbirlər vaxtında, keyfiyyətlə aparılır, suvarma
işləri və növbəli əkin sistemi düzgün tənzimlənir. Torpaqda təbii münbitliyin vəziyyətindən asılı
olaraq,bitki məhsuldarlığının artırılması məqsədi ilə lazımi aqrotexniki tədbirlər həyata keçirilərək
süni münbitlik yaradılır.
Belə nəzərə almaq olar ki, hər hansı bir sahə vahidindən əldə edilən məhsulun miqdarı torpağın
iqtisadi münbitliyi kimi başa düşülür. Qeyd edək ki, torpağın münbitliyi, torpağın təbii xassələri ilə
bərabər, həm də insanın torpağa təsirindən asılı olaraq torpağın müəyyən miqdar məhsul vermək
qabiliyyəti müəyyən olunur. Digər tərəfdən isə torpağın iqtisadi münbitliyi onun məhsuldarlığına
dəlalət edir. Bu baxımdan, istifadə olunan torpaqda məhsuldarlığın daimi yüksəldilməsi səmərəli
istifadənin nəticəsi ilə xarakterizə olunur. Torpağın iqtisadi münbitliyini qiymətləndirmək üçün
mütləq və nisbi münbitlik göstəriciləri istifadə edilir.
İstifadə zamanı torpaqdan götürülən məhsulun həcmi və ya onun qiyməti ifadəsi
dedikdətorpağın mütləq münbitliyibaşa düşülür. Qeyd edim ki, təbii münbitliyi müxtəlif olan
torpaqların hər hektarından götürülən məhsulun miqdarı da müxtəlif olmalıdır və ya əksinə
münbitliyi az olan torpaqlardan əldə olunan məhsulun miqdarı da az olur. Bunun üçün isə az münbit
olan torpaqlardan yüksək məhsul əldə etmək üçün bu torpaqlarda mütəmadi olaraq əkin qabağı və ya
əkin vaxtı əlavə aqrotexniki tədbirlər həyata keçirilməlidir. Bildiyimiz kimi, bu tədbirlərin aparılması
daha çox xərc tələb edir. Ona görə də torpağın nisbi münbitlik göstəricisindən torpağın iqtisadi
qiymətləndirilməsi zamanı istifadə edilir.
Torpağın nisbi münbitliyi dedikdə isə, digər tərəfdənəkinə sərf olunan torpaq (əkin) sahəsinə
tətbiq olunan xərc müqabilində əldə olunan məhsulun miqdarı başa düşülür.
Gübrələrdən istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün mineral gübrələrin növləri,
formaları, dozası, verilmə vaxtı, verilmə üsulu və digər aqrotexniki tədbirlərlə düzgün
əlaqələndirilməsi, bitkilərin bioloji xüsusiyyətləri və s. nəzərə alınmalıdır. Becərilən bitkilər vaxtında
su ilə təmin edilməsi və qida maddələri ilə normal qidalandırılması nəticəsində bitkilərin
məhsuldarlığı da yüksəlməlidir ki, bunun nəticəsində də tətbiq edilmiş gübrələrdən istifadə edilmə
əmsalı yüksələ bilsin.
Qeyd olunanlardan aydın olur ki, fosforlu gübrələrin torpağa verilməsi nəticəsindəbitkilərdən
bol məhsul əldə etmək mümkündür. Bir şərtlə ki, onun torpağa verilmə müddəti, basdırılma dərinliyi
və tətbiq dozası düzgün müəyyənləşdirilməlidir. Onu da qeyd edək ki, mineral gübrələr bitkilər
tərəfindən yalnız məhsul şəklində olduqda yaxşı mənimsənilir. Bunun üçün,ilk növbədə, gübrə tətbiq
edilən torpaqda kifayət qədər nəmliyin olması ən əsas faktorlardan biridir. Qeyd edək ki, torpaqda
olan rütubətin hesabınaazot gübrəsi torpağın dərin qatlarına, yəni əsas kök sisteminin inkişaf etdiyi
qatlara yuyula bildiyi halda, fosfor və kalium gübrələrinin isə, azot gübrəsinə nisbətən nüfuz
etməqabiliyyəti çox zəifdir. Qeyd edək ki, zəif rütubətli ərazilərdə isə xüsusilə fosfor və kalium
gübrələrinin basdırılma dərinliyi mühüm əhəmiyyət kəsb edir. Quraq ərazilərdə isə torpağın üst qatı
çox quruduqdan sonra həmin torpaq qatında bitkinin kökündə əmici tellər ya əmələ gəlmir, ya da tez
tələf olduğu üçün fosfor və kalium gübrəsindən istifadə edə bilmir.
Hətta rütubətli ərazilərdə də 10 sm-dən dayaz basdırılan bitkilər fosforlu və kaliumlu
gübrələrdən də tam istifadə edə bilmir. Buna səbəb isə isti yay günlərində əkin qatının üst hissəsinin
tez quruması nəticəsində tətbiq olunan fosfor və kalium gübrələrin bitkilər tərəfindən
6
mənimsənilməməsidir. Bunun üçün gələcək illərdə torpaqda aparılan dərin şum zamanı istifadə
olunan gübrə norması torpağın alt qatına düşməklə bitkilər tərəfindən istifadə oluna bilər.
Torpağa tətbiq olunan mineral gübrələrin dozası qida maddələrinin miqdarından və
planlaşdırılan məhsuldarlıqdan asılı olaraq,torpaqda bitkilər üçün mənimsənilən formada olmalıdır.
Mütəhərrik fosfor və mübadiləvi kaliumun miqdarına görə hər bir əkin sahəsi üçün tərtib olunmuş
qida kartoqramı 3-4 il ərzində gübrələrin diferensial tətbiqi üçün kifayət qədər yaxşı vasitədir.
Bitkilərin azota, fosfora və kaliuma tələbatını kartoqramın, həmçinin bitkilərin kimyəvi analizinin
köməyi ilə dəqiqləşdirmək daha məqsədəuyğundur. Gübrələrin səmərəli istifadə edilməsində onların
verilmə müddətlərinin böyük rolu vardır.
Məlumat üçün bildiririk ki, azot gübrəsinin illik normasının 20-30%-i səpinqabağı becərmədə
yaxud səpinlə birlikdə bitkilərə, 70-80%-i isə vegetasiya müddətində yemləmə şəklində verilir.
Bildiyimiz kimi, respublikanın torpaqlarının əksər hissəsi karbonatlı olduğu üçün fosforlu
gübrələri belə torpaqlara verdikdə fosfor birləşmələri torpaqda dəmir, alüminium və s. birləşərək
çətin həll olan formaya keçir və az mütəhərrik olur. Torpaqlarda fosfor tərkibli gübrələrin dərin şum
altına verilməsionların əsas gübrə kimi səmərəliliyini artırmaq üçün bu böyük əhəmiyyətə malikdir.
Torpağın struktur tərkibindən asılı olaraq, fosforun illik dozası çox olduqda onun bir hissəsini əsas
gübrə kimi torpaqda şum altına, qalan hissəsini səpinlə birlikdə və vegetasiya müddətində yemləmə
şəklində torpağın dərin qatlarına vermək məsləhət görülür.
Kalium gübrəsinə gəldikdə isə, əsas gübrə kimi kalium gübrəsinin illik normasının yarısını şum
altına, qalan hissəsini isə yemləmə şəklində vegetasiya ərzində vermək faydalıdır.
Mineral gübrələrdə olduğu kimi üzvi gübrələrdə torpağın fiziki-kimyəvi xassələrinin
yaxşılaşdırılmasında, torpaq münbitliyinin artırılmasında, bitkilərin məhsuldarlığının və
keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli dərəcədə rol oynayır. Üzvi gübrələr dedikdə peyin,
peyin şirəsi, fekalii, kompostlar və s. nəzərdə tutulur. Üzvi gübrələrdə kompleks şəkildə olaraq
mineral gübrələrin tərkib elementləri vardır. Belə ki, peyinin tərkibində 0,5% azot, 0,25% fosfor,
0,6% kalium və bir çox makroelementlər vardır. Peyinin tətbiq edilməsi nəticəsində bitkilərin
torpaqdan aldıqları qida maddələri yenidən torpağa qaytarılır. Torpağın qida maddələri ilə
zənginləşdirilməsi, münbitliyinin artırılması və bitkilərin məhsuldarlığının yüksəldilməsi, suya
davamlı struktur aqreqatlarının miqdarının yüksəldilməsi torpağın su-fiziki xüsusiyyətlərini, o
cümlədən su saxlama qabiliyyətini yaxşılaşdırılması peyin və digər üzvi gübrələrdən asılı olaraq
dəyişir. Qeyd olunan gübrənin tərkibində olan və torpaqda yaşayan faydalı mikroorqanizmlərin
fəaliyyəti sayəsində torpağın tərkibindəki çətin həll olan mineral qida maddələri asan mənimsənilən
formaya çevrilir, bilavasitə bitkinin kök sisteminin sorulma zonasında asan mənimsənilən qida
maddələrinin miqdarını artırır.
Əkin zamanı xüsusilə torpağa peyin və digər üzvi gübrələr mineral gübrələrilə birlikdə tətbiq
edildikdə onun səmərəsi daha yüksək olur.Digər tərəfdən mineral gübrələr torpağa növbəli şəkildə
verilərkən onda qida maddələrinin zərərli artımı müşahidə olunur. Bu zaman qida maddələrinin bir
hissəsinin isə çətin mənimsənilmə formasına keçməsinə, başqa sözlə desək, qida maddələrinin
itkisinə səbəb olur. Belə ki, peyin mineral gübrələrlə birlikdə tətbiq edildikdə bu çatışmazlıq aradan
qaldırılır.
Biohumus ən yaxşı üzvi gübrələrdən biri sayılır və dünya bazarında ən keyfiyyətli ekoloji
təmiz gübrə hesab edilir. Peyindən fərqli olaraq biohumusun tərkibində 16% ümumi humus, 3,2%
ümumi azot, 2,2% ümumi fosfor, 2% ümumi kalium və digər zəruri makroelementlər vardır.
Biohumus həm tərkibinə həm də keyfiyyətinə görə peyinə nisbətən daha üstün üzvi gübrə hesab
edilir. Tərkib nisbətinə və bioloji əhəmiyyətinə görə 1 ton biohumus 10-15 ton təzə peyinə
bərabərdir.
Qeyd etmək lazımdır ki, növündən asılı olmayaraq, gübrənin torpağa deyil, bitkiyə verilməsi
vacib şərtlərdən biridir. Bu baxımdan da əkin sahəsinə verilən azot, fosfor və kalium gübrələri, daha
doğrusu, onların tərkibindəki təsiredici maddələrin (N, P2O5, K2O) nisbəti becərilən bitkinin
tələbatına uyğun olmalıdır.
Beləliklə, qeyd etmək olar ki, ölkə rəhbərliyinin, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin
kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrə olan tələbatın ödənilməsi daim diqqət
mərkəzindədir.
7
Aqrar sahənin ümumi məhsuldarlıq baxımından inkişafı zamanı tətbiq edilməsi üçün
respublikaya idxal olunan mineral gübrələrin xeyli hissəsi mürəkkəb və kompleks gübrələr
formasında gətirilir ki, bunların tərkibində olan azot, fosfor və kaliumun nisbəti bitkilərin tələbatına
uyğun deyil. Məsələn, ammofosun tərkibində 11-12% N, 50 % P vardır ki, burada azotun fosfora
nisbəti 1:5-dir. Göründüyü kimi bu da bitkilərin tələbatı üçün tamamilə yararlılığa uyğun gəlmir.
Bunu üçün də mürəkkəb gübrələrdən istifadə edərkən optimal nisbətin çatışmayan hissəsini sadə
gübrələrlə tamamlamaq lazım gəlir.
Torpaq istifadəçilərinin bir qismi hələ də mineral gübrə dedikdə ammonium şorası (ammonium
nitrat) nəzərdə tutur. Onlar fosfor və kalium tərkibli mineral gübrələrə çox az əhəmiyyət verirlər.
Qeyd edək ki, bu gübrələr bitki üçün biri digərini əvəz edə bilməz hamısı eyni dərəcədə lazımdır.
Hal-hazırdaiqtisadi siyasətin prioritetlərini təşkil edən ərzaq təhlükəsizliyi ölkənin iqtisadi
müstəqilliyinin tərkib hissəsidir.Heç kimə sirr deyildir ki, torpağın münbitliyinin qorunub
saxlanmasında geniş təkrar istehsalın təminatında mineral gübrələrdən qədərincə və düzgün istifadə
edilməsi olduqca zəruridir. Kənd təsərrüfatının bütün sahələrində dünyanın inkişaf etmiş
ölkələrindən fərqli olaraq, respublikamızda məhsuldarlığa görə dinamika aşağıdır. Təbii olaraq
ölkənin əhalisi getdikcə artır və kənd təsərrüfatına yararlı torpaq sahələri müxtəlif səbəblərdən
azalmağa meyillidir. Belə bir şəraitdə intensiv amillər hesabına məhsul istehsalını artırmaq olduqca
aktualdır. Torpağın eroziyaya uğraması, şoranlaşması və s. amillər də təsirsiz ötüşmür.
Digər maddi-texniki resurslar kimi mineral gübrələr də sovetlər dönəmində mərkəzləşdirilmiş
və planlı qaydada təchiz edilirdi. Yeni istehsal münasibətlərinə keçdikdən sonra kənd təsərrüfatı
məhsulu istehsalçıları digər zəruri istehsal vasitələri kimi mineral gübrələri də fərdi qaydada özləri
əldə etməli olurdular. Hal-hazırda isə problemlər tədricən aradan qaldırılır və aqrar sahənin
inkişafına böyük diqqət yetirilir.
Respublikada mineral gübrələrə olan ümumi tələbatı tam aydınlaşdırmağa çalışmışıq.
Apardığımız təhlillər onu göstərir ki, 2000-ci ildən 2013-cü ilədək ölkəmizə idxal edilmiş
mineral gübrələr ümumi tələbatdan qat-qat aşağı olmuş lakin son iki ildə isə əvvəlki illərə nisbətən
artmışdır.(şəkil 1)
Şəkil 1-dən göründüyü kimi,2000-ci ildə 40,5 min ton mineral gübrə gətirilmişdir ki, bundan
da çoxunu 32,9 min tonunu azotlu gübrələr təşkil edir, 2005-ci ildə isə bu göstərici artaraq, idxal
olunan mineral gübrənin miqdarı 77,3 min ton olmuşdur. 2010-cu ildə isə bu göstərici əvvəlki ildən
fərqli olaraq, azalmış 49,2 min ton təşkil edir və bunun da 33 min tonu ümumi azot gübrəsinin payına
düşür.
Şəkil 1. Növlər üzrə mineral gübrələrin idxalı( fiziki çəkidə, min ton)
0
20
40
60
80
100
120
140
160
Dostları ilə paylaş: |