Ölkədə yeridilən siyasətdən narazı olan sosialistlər, radikallar, liberallar və kommunistlər 1924- cü ilin iyununda vahid antifaşist blok olan "Müxalifət partiyalarının komitəsi"ni yaratdılar
Ölkədə yeridilən siyasətdən narazı olan sosialistlər, radikallar, liberallar və kommunistlər 1924- cü ilin iyununda vahid antifaşist blok olan “Müxalifət partiyalarının komitəsi”ni yaratdılar. Partiya nümayəndələrinin əksəriyyəti parlament binasını tərk edərək Aventin təpələrində toplaşdı. Onların yaratdığı blok “Aventin bloku” adlanmağa başladı.Mussolininin istefasını tələb edən bu blokun səyləri heç bir nəticə vermədi. Kommunistlərin hakimiyyəti zorla ələ keçirmək barədə təklifi blok tərəfindən rədd edildi. Kommunistlər parlamentə qayıtdı. Xalqın əksəriyyəti onu müdafiə etmədi. Blok 1924-cü ilin dekabrında dağıldı. 1925-ci il yanvarın 3-də isə Mussolini aven- tınçılərə qarşı cəza tədbirlərinə başladı. Müxalifət mətbuatı bağlandı. Aventin blokunun liderləri təqib edildi. Hakimiyyəti mümkün ola biləcək siyasi böhrandan qorumaqdan ötrü qanunlar işlənib hazırlandı. “Matteotti böhranı” İtaliyada liberal dövlətin ləğv edilməsini sürətləndirdi. 1926-cı ilin aprelində qəbul edilən qanunla faşist olmayan bütün həmkarlar ittifaqları buraxıldı. 1926-cı ilin noyabrında faşist partiyasından başqa bütün siyasi partiya və həmkarlar ittifaqlarının fəaliyyəti qadağan edildi. Popolari və liberallar özlərini buraxdılar, kommunistlər və sosialistlər isə gizli iş şəraitinə keçdilər. Siyasi partiyaların deputat mandatlan ləğv olundu. Ölkədə qayda-qanun cıddiləşdirildi. Xüsusi tribunal təsis edildi. 5 min nəfər həbsxanaya salındı. Xalq düşmənləri üçün ölüm hökmü bərpa olundu. Ölkədə kütləvi həbslər keçirildi. Faşist diktaturasını möhkəmləndirmək uçün fövqəladə dekretlər verildi. Ölkədə totalitarizm və avto- ritarizm qurulmağa başladı. Dövlət aparatının “yad ünsürlər”dən təmizlənməsi üçün qanunlar qəbul edildi. Mussoliniyə geniş səlahiyyətlər verildi. Buna görə hökumət parlamentdən xəbərsiz qanunlar da qəbul edə bilərdi. Gizli polis orqanı olan OVRA yaradıldı.Ölkədə sosial-sinfi ziddiyyətlərin yumşaldılması üçün tədbirlər həyata keçirildi. 1927-ci ilin aprelində parlament “Əmək xartıyasf’nı qəbul etdi. Xartiyada deyilirdi ki, faşist partiyası hər hansı sinfin deyil, bütün xalqın mənafeyini müdafiə edir. Xartiyada korporasiyalar yaratmaq və korparativ dövlət qurmaq başlıca məq səd olaraq irəli sürüldü. Tətillər və fəhlə sinfinin mübarizəsinin digər formaları cinayətkarlıq hərəkəti elan edildi. Faşistlər minimum əmək haqqını müəyyənləşdirəcəklərini, sosial sığorta, və səkkiz saatlıq ış günü tətbiq edəcəklərini bildirdilər. Bu vədlər ölkədə hökumət əleyhinə olan hər hansı siyasi meyllərin fəaliyyətinə son qoydu. Faşistlərin sosial dayağı gücləndi. Faşist partiyası rəhbərləri və parlament üzvlərinin daxil olduğu Böyük Faşist Şurası partiya ilə yanaşı dövlətin də ali orqanı elan olundu. 1928-ci ildə ölkədə yeni seçki qanunu qəbul edildi. Bu qanun əsasında keçirilən seçkilərdə faşistlər formal olaraq parlamenti saxlasalar da əslində deputatlar əvvəlcədən hazırlanmış siyahı ilə hakim partiyanın nümayəndələrindən təşkil edildi. Ölkədə faşist parlamenti yaradılmasına başlandı.