Ölməz bədii söz ustası
SƏmƏd VurĞun - 110
Daşkəsən rayon MKS
Metodika və biblioqrafiya şöbəsi
2016
Azərbaycanın xalq şairi
Dağlarınınbaşı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır.
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə,
Keçən bir şöhrətin vardır.
Oğlun, qızın bəxtiyardır…
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə.
Qara xal ağ üzlərə,
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…
Ölməz könül, ölməz əsər, Nizamilər, Fizulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır. Deyilən söz yadigardır.
El bilir ki, sən mənimsən
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hanki səmtə, hanki yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!
Eşitmişəm uzaqlardan
Sakit axan arazları,
Sınamışam dostu, yarı…
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə.
Boğar aylar, illər məni,
Qınamısan ellər məni.
Görkəmli şəxsiyyətlər Səməd Vurğun haqqında
Səməd Vurgun yalnız poeziya aləmində deyil, ümumən ədəbiyyatımızın ön cəbhəsində getmiş və ölməz bədii əsərləri, məruzə və nitqləri, məqalə və çıxışları ilə ədəbiyytımızı və ictimai fikrimizi istiqamətləndirmişdir. Yalnız müasir mövzuda deyil, tarixi mövzuda yazdığı əsərlərində də həmişə müasir olmuş, tarixi mövzuları da zamanın tələbləri baxımında işləmiş, bunlara bugünün gözü ilə baxmağı bacarmışdır.
Bəxtiyar Vahabzadə
Səməd Vurğun yaradıcılığı qalib gələn Azərbaycan şerinin həm ideya, həm də forma etibarilə böyüyüb yüksəlməsini, milyonların qəlbini və ruhunu ifadə edən qüvvətli, bədii bir silaha çevrilməsini əks etdirir.
Məmməd Arif
Hər xalqın ədəbiyyatında elə yazıçılar var ki, birdən onların bir neçəsini ədəbiyytdan götürsək, qətiyyən yeri görünməz. Lakin elə tək-tək sənətkarlar var ki, onların birinin yoxluğu ilə bir xalqın ədəbiyyatında uçurum əmələ gələ bilər. Bizim müasir Azərbaycan ədəbiyyatı Səməd Vurğun belə sənətkar, belə şəxsiyyətdir. Onsuz bizim ədəbiyyatdan danışmaq mümkün omazdı.
Mehdi Hüseyn
Səməd Vurğun poeziyamızın nəhəng planetidir. Bu planetin günəşi, ulduzlarısönməzdir.Səməd Vurğun qardaş dillərimizin böyük xalq şairi, dillərimiz yaşadıqca əbədi yaşayacaqdır.
Nazim Hikmət
Səməd Vurğun ədəbiyyatımızın böyük istedadlı nümayəndəsi olmaqla bərabər nadir bir şəxsiyyət idi. Yüksək insani duyğulara, böyük ürəyə malik idi. Sözü bir, özü bütöv adam idi. İnsanların həmişə yaxşı cəhətlərini görməyə çalışırdı.
İlyas Əfəndiyev
Səməd Vurğun poezisiyası- Azərbaycan xalqının məğrur ürək döyüntüsüdür. Xalq əbədi olduğu kimi, Vurğun poezisiyası da əbədi və ölməzdir.
Milli sənətə dərin hörmət onu dünya sənətinə dərin köklərə bağladı.
Səməd Vurğun milli olduğu qədər beynəlmiləl, beynəlmiləl olduğu qədər də milli sənətkardır!
Nəbi Xəzri
Bu görkəmli xalq şairinin heç bir əsərini, heç bir misrasını, heç bir tədbirini xalqmənafeyindən ayrı düşünmək mümkün deyildir. Səmədin özü kimi əsərləri də, düşüncə və arzularıda qırılmaz tellərlə xalqa bağlıdır.
Abdulla Şaiq
I BÖLMƏ:
HƏYATI
ÖLMƏZ SƏNƏTKAR
O sənətkar ölməzdir ki, tarixin müəyyən mərhələsində fikir karvanını cilovlayıb arxasınca yeni istiqamətə, yeni zirvəyə apara bilir və onun yolu ilə təzə karvanlar gəlir. Səməd Vurğun bu xüsusiyyətləri özündə cəmləşdirən böyük və fövqəladə bir şəxsiyyətdir. Onun yaradıcılığı sadə olduğu qədər dərin, dərin olduğu qədər də asan dərk edilən bir yaradıcılıqdır.
İsmayıl Şıxlı
Səməd Yusif oğlu Vəkilov (Səməd Vurğun) 21 mart, 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin
atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır.
Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.
Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova (Köçərli) şairin yaxın qohumu idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə müəllimik etmişdir. Ədəbi
fəaliyyətə 1926-cı ildə başlamışdır. İlk dəfə mətbuatda
“Mavi göl” şeri ilə Gənc isçi qəzetində çıxış etmişdir. 1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb etdir. Yevgeni Onegin (Puşkin), Qız və Ölüm (Maksim Qorki), Pələng gönündə vityaz (Şota Rustaveli), Leyli və Məcnun (Nizami Gəncəvi) əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Səməd Vəkilov gəncliyində o hər şeylə maraqlanan, həssas, şıltaq, bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərməyə başlamışdı. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, A.S.Puşkinin, Y.M.Lermontovun və türk yazıçılarından Tofiq Fikrətin, Namiq Kamalın, Məhməd Əminin əsərləri ilə də tanış olur. Səsi olduğundan gözəl oxuyur, məharətlə şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi
1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı Xanqızı Vəkilova qayğı göstərir. 1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanasında müayinə edirlər. Şair xəstəxanada olduğu müddətdə tezliklə sağalmaq və fəal həyata qayıdmaq arzusu ilə yaşayır.
Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir… 1956-cı ilin mart ayında Səməd Vurğunun 50 yaşı tamam olur. Xalqımız şairin yubileyinin keçirilməsinə hazırlaşır. Azərbaycanın rəhbərliyi tərəfindən «Azərbaycanın xalq şairi» adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. Amansız ölüm şairin həyat eşqilə çırpınan ürəyini, yaradıcılıq atəşi ilə odlanan qəlbini əbədi susdurur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. O günlər bütün Azərbaycan matəm içərisində idi. Üç gün xalqımız şairlə vidalaşmağa gəlir, izdihamlı insan axının arda-arası kəsilmirdi. Şair may ayının 30-da Bakıda Fəxri xiyabanda dəfn edilir.
II BÖLMƏ:
YARADICILIĞI
QÜDRƏTLİ SÖZ USTASI
AŞİQƏM İNSANA VƏ TƏBİƏTƏ,
ƏLİM QƏLƏM TUTUB YAZANDAN BƏRİ…
Səməd Vurğun ilk şeirlərini seminariyada oxuyarkən qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi.Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı.
Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925-ci ildə Tiflisdə çıxan «Yeni fikir» qazetində dərc olunmuşdur.Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı. Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir.Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün «Vürğün» təxəllüsünü götürür.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fəkültəsinə daxil olur.Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur.
Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş «Şairin andı» adlı ilk kitabında toplanmışdır.
1930-1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür.1934-cü ildə şairin «Könül dəftəri» və 1935-ci ildə «Şeirlər» adlı kitabları nəşr olunmuşdur.Bu dövrdə şair, poeziyamızın dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı, dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd
Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır.1934-cü ildə yazılmış «Azərbaycan» şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə doğma Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır:
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş vermişdir. O, Abdulla Şaiqin baldızı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurmuşdur.O, çoxqayğıkeş və mehribanataidi.
SəmədVurğun 1936-37-ciillərdə yeni əsərləryazmaqlayanaşı tərcüməçiliklə dəməşğulolaraq, A. S. Puşkinin «YevgeniOnegin» mənzumromanını Azərbaycandilinə tərcümə etmişdir:
Bumənzumromanıntərcüməsinə görə şairə Puşkinkomitəsinin «A. S. Puşkinmedalı» təqdimolunmuşdur.Buillər şair ŞotaRustavelinin «Pələngdərisigeymiş pəhvəlan» əsərininbirhissəsisiniböyükustalıqlatərcümə etmiş, bunun üçünGürcüstanSSRMİK-infəxrifərmanı ilə təltifedilmişdir.Eləcə də şairTaras Şevçenkonun, İlya Çavçavadzenin, Cambulunbir çox şeirlərinidilimizə tərcümə etmişdir.
1937-ciilinikinciyarısındaSəmədVurğun özünün ölməzdram əsərini – «Vaqif»iyazır. «Vaqif» dramını 3-4 həftə ərzində, heyrətləndiricibirsürətlə tamamlayan şair əsərdə MollaPənahVaqifinfaciəlihəyatını, şairböyüklüyünü, insanlıqkamilliyiniustalıqla, məhəbbətlə əksetmişdir. «Vaqif» dramınagörə SəmədVurğun 1941-ciildə «Stalinmükafatı laureatı» adınalayiqgörülmüşdü.
1937-1938-ciillərinməlumhadisələri - qanlı represiyalarSəmədVurğunuda «unutmamışdı». Onunyüksəksənətqüdrəti, nüfuzuvə onaolanxalqməhəbbətinə qısqananadamlar şairimillətçilikböhtanları ilə ləkələməkvə cərgədən çıxartmağacanatırdılar. Müxtəlifdairələrdə dəfələrlə «onunməsələsinə» baxılmış, böyük şair «olumvə ya ölüm» dilemması qarşısındaqalmalı olmuşdur. Şairi «lazımiidarələrə» tez-tez çağırırdılar. LakinSəmədVurğunmənəviiztirabkeçirsə də, əyilməziradəsi, cürəti, məntiqivə təsirlidanışıqları ilə əleyhdarlarınınplanlarını pozmuşdu.
NizamiGəncəvinin 800 illikyubileyinə hazırlıqişində fəaliştirakedənSəmədVurğun 1939-cuildənbaşlayaraqNizamihaqqındaməqalələryazmış, elmiməruzələrlə çıxış etmiş, onun «Leylivə Məcnun» poemasını məharətlə dilimizə çevirmişdir. 1939-cuildə şairinqilabçı XanlarSəfərəliyevinhəyatındanbəhsedənikincimənzumdram əsəriolan «Xanlar»ı yazmışdır. Həminilonun «Azadilham» kitabı nəşredilir.
1941-ciildə SəmədVurğunNizaminin «Xosrovvə Şirin» poemasınınmotivləri əsasında «Fərhadvə Şirin» mənzumdramını yazır. Muharibə dövründə yazılmış budramdaböyükvətənpərvərlikduyğularınıntərənnümü xüsusimənakəsbedirdi.SəmədVurğun 1942-ciildə bu əsərə görə ikincidəfə «Stalinmükafatı layuratı» adınalayiqgörülür. ŞairinyaradıcılığındaBöyükVətənmüharibəsidövrü xüsusiyertütür.
Müharibə illərində sənətkar 60-danartıq şeir, birneçə poema, ocümlədən «Bakınındastanı»nı yazmışdı.Buillərdə SəmədVurğunsənətinin şöhrətmiqyası çoxgenişlənir.Onunyazdığı «Ukraynapartizanlarına» şeirininmətnləritəyyarədənUkraynameşələrinə səpələnərəkpartizanlara çatdırılmışdır.
1943-cü ildə Amerikadakeçirdiyimüharibə əleyhinə yazılmış əndəyərli əsərlərmüsabiqəsində şairinyazdığı «Ananın öyüdü» şeiri çoxyüksəkqiymətləndirilmiş və bütündünya ədəbiyyatındabumövzüdayazılan ənqiymətli 20 əsərdənbirikimiNyu-Yorkda çapetdirilərəkhərbiçilərarasındayayılmışdır. Müharibə illərində vətənpərvər şairinatəşinsəsi öncəbhədə, xəstəxanalarda, radiodadaha əzəmətlisəslənirdi.Müharibəninağır şəraitində SəmədVurğunKrım, Mozdok, Qroznı, Novorossiyskcəbhələrində olmuşdur. 1943-cü ildə onuntəşəbbüsü ilə hərbitədbirlər, cəbhəçilərvə onlarındoğmaları ilə görüşlərkeçirmək üçünFizuliadınaZiyalılareviyaranmışdır.
1945-ciildə yazdığı fəlsəfidramolan «İnsan»da şairgələcəyiromantikvüsətlə əksetdirməyə çalışmış, müharibəninodlu-alovlugünləriiçərisində insanzəkasınınqüdrətinigöstərmişdir. SəmədVurğunməqalələrininbirində yazırdı: «Mən «İnsan» adlı beşpərdəlimənzumdram üzərində işləyirəm. «İnsan» mənimdördüncü mənzumdramımdır. Əsər üzərində böyükbirzövqlə işləyirəm, çünkitariximövzudayazılmış əvvəlki üç pyesimdənfərqliolaraqmənbirincidəfə özmüasirləriminsurətinə müraciətetmişəm, onlarıngələcəknəslinitəsviretmək əzmindəyəm.»
Şairin «İnsan» əsərində yaratdığı «Qardaşlıq şəhəri»ndə dünyanıneyniarzuvə ideallarlayaşayaninsanları toplaşmışdır. Müəllifinhəminpyesdə qoyduğu «Qalibgələcəkmicahandakamal?»dərinbəşəri, fəlsəfi, ritoriksualbugündə və gələcəkzamanlar üçündə aktualolaraqqalır.
SəmədVurğuntəkcə məşhur şairdeyil, eynizamandaböyükalim, əvvəzsiztəşkilatçı və nəzəriyyəçiidi. 1945-cı ildə o, AzərbaycanSSRElmlərAkademiyasınınakademikiseçilmişdir. Elə həminilBakıda İranlaMədəni ƏlaqələrCəmiyyətiyaranır. Bucəmiyyətinbaşçısı SəmədVurğuntəyinedilir.İlk günnən şair tərəfindən cəmiyyətin qarşısında duran
vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR-i arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir.SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur.Burada şairi böyük sevinc gözləyirdi.Onun «Vaqif» dramı Berlin teatrında səhnəyə qoyulmuşdu.Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur.Alman rejissoru kiçik dəyişiklik etmiş, Qacarın obrazında Hitlerə məxsus cizgilər vermişdir.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra şair «Zəncinin arzuları» poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur «Avropa xatirələri» adı ilə çap etdirmişdir. 1951-ci ildə şair «Bolqar-sovet dostluğu cəmiyyəti»nin xəttilə Bolqarıstanda olmuşdur. O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilmiş, yaradıcılığından nümunələr çap edilmişdir. Böyük rus yazıçısı və şairi Konstantin Simonovun yazdığı «Dostum Səməd Vurğunun Londonda ziyafətdə nitqi» şeiri çox yayılmış, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdi.Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur.Şair bir-birinin ardınca «Muğan» (1948), «Aygün» (1950-51) və «Zamanın bayraqdarı» (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir.Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir.Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, yenə 1953-cü illərdə haqsız hücumlara, təziqlərə məruz qalır.«Aygün» poeması tənqid edilir şairin Moskvada çap edilmiş «Şairin hüquqları» məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir.Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir.Şair yenə də millətçilikdə təqsirləndirilir.Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir.Şairə şəhərdən çıxmaq qadağan edilir.Söz yayılır ki, Vurğun tutulub.Bu düz olmasa da, 1953-cü ilin sentyabr ayında həbs edilməsi üçün order yazılması həqiqət idi. Lakin 1953-
cü ilin yayında SSRİ və Respublika rəhbərliyində edilən dəyişikliklər nəticəsində bu tədbir baş tutmur… (1956-cı ilin yanvar ayında o zamanki, respublika rəhbəri M.C.Bağırovun və dəstəsinin məhkəməsində, onların «Azərbaycanın sevıimli şairi görkəmli sovet yazıçılarından biri Səməd Vurğunu aradan götürmək cəhdləri» ifşa edilmiş, bu məqsədlə topladıqları böhtan dolu iki qovluq material, o cümlədən həbsi üçün order əşyayi-dəlil gətirilmişdir.)
1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir.Səməd Vurğunu Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edirlər.İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir.Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmdov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu. 1954-cü ildə Sovet yazıçıların ikinci ümumittifaq qurultayında «Sovet poeziyası haqqında» məruzə ona tapşırılmışdı.Bu, o dövrdə xalqımız üçün olduqca iftixaredici bir hadisə idi.
Dostları ilə paylaş: |