Orta Asiya və Mərkəzi Qazaxıstan



Yüklə 24,62 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü24,62 Kb.
#36581
  1   2   3
ORTA ASİYA
Fövqəladə halların proqnozlaşdırılma üsulu ilə qiymətləndirməsi


                       Orta Asiya və Mərkəzi Qazaxıstan  
    Orta Asiya və Mərkəzi Qazaxıstan Qərbi Sibirdən və Uraldan cənubda,Altay dağından qərbdə və Xəzər dənizindən şərqdə yerləşir. Burada okeandan 3000-4000  km aralıda materik daxilində yerləşənTuqay tavası və  Qazaxıstan xırda təpəliyi,  Tarbaqatay sıra dağları və Cunqari Alatausu, Turan ovalığı və Yurt platosu,  Kopetdağ, Pamir,Alay və TyanŞan dağlıq ölkələri cəmlənmişdir.     Bu  ərazi özünə-məxsus xüsusiyyətlərilə fərqlənən və fizikicoğrafi  şəraitinə görə olduqca ziddiyyətlidir. MDBnin ən yüksək zirvəsi Orta Asiyanın Pamir  dağlarında Kommunizm piki (7495 m) və TyanŞan dağlarında Qələbə piki (7439 m)  yerləşir. Bununla yanaşı , quruda MDBnin ən alçaq nöqtəsi olan Manqışlaq  yarımadasının cənubunda (-132 m) yerləşən Karagiye çökəkliyi burada yerləşir. Ərazinin   başı qarlı və buz dağları, habelə dağ tundraları ilə xarakterizə olunan yüksək dağları  ən isti və quraq səhraların qonşuluğunda yerləşir. İri buzlaqları və daimi qarlı zirvələri  olan Pamir 

dağları MDBnin ən isti qütbü sayılan AmuDəryanın orta axarında  Termez qəsəbəsindən çox da aralı deyil.  


   Orta Asiya və Mərkəzi Qazaxıstanın çox hissəsi düzənlik və yüksəkliklərdən ibarət  olub, paleozoy qırışıqlığına aiddir. Şimalda və şimali-qərbdə Qərbi-Sibir ovalığı və Rusiya düzənliyilə, cənubda və cənub-şərqdə isə dağlarla əhatə olunmuşdur. Onu  cənubdan əhatə edən dağların az bir hissəsi (Kopetdağ) MDB-nin Orta Asiya  ərazisindədir. Çox hissəsi isə sərhəddən kənardadır. Onu cənubdan dövrələyən dağlar  
Orta Asiyanın əsas dağ sistemləri olub Pamir-Alay, Tyan-Şan, Cunqari Alatausundan  ibarətdir.   
   Şimalda böyük bir sahədə Qazaxıstan xırda təpəliyi yerləşir. Burada qədim qırışıq  struktura demək olar ki hər yerdə səthə çıxır və yeni çöküntülərlə az örtülmüşdür.  Ərazinin qərb hissəsi daha qədim olub, kaledon qırışıqlığı strukturuna, şərq hissəsi isə  hertsin qırışıqlığına aiddir. Qazaxıstan xırda təpəliyinin ovalıq və yüksəklik  sahələrində yeni tektonik hərəkətlərlə əlaqədar qalxmalar baş vermişdir. Onun  qərbində Ulutau dağı (1133 m) və şərqində isə Aksoran dağı (1565 m)yerləşir. Şərqdə  hertsin qırışıqlığı nəticəsində yeni tektonik hərəkətlər baş vermiş, Tarbaqatay (2992  m), Cunqari Alatausu (4464 m) kimi dağlar daha yüksəyə qalxmışdır. TyanŞanın  şimal silsilələri kaledon, cənub silsilələri hertsin qırışıqlığına, Pamir dağları isə alp  qırışıqlığına aiddir. Pamirdən əlavə Kopetdağ da (2492 m) Alp geosinklinalı  vilayətinə aiddir.   
   Orta Asiya və Mərkəzi Qazaxıstanın iqlimi aşağıdakı xüsusiyyətlərdən asılı olaraq  müəyyənləşir: 

  1. Onun materikin daxilində və okeandan uzaqda yerləşməsi.             

 2) Nisbətən cənub enliklərdə yerləşməsi və bununla əlaqədar radiasiya balansının  çoxluğu. 

3) səth örtüyünün xarakteri və bununla əlaqədar atmosfer sirkulyasiyasının  özünəməxsus xarakterik xüsusiyyətlərinin yaranması.   


   Ərazinin Avrasiya materikinin daxili hissəsində və okeandan uzaqda yerləşməsi  burada kəskin kontinental iqlimin əmələ gəlməsinə şərait yaradır. Cənubda  yerləşməsilə əlaqədar intensiv günəş radiasiyası kəskin kontinental iqlimli düzən  rayonlarda arid xüsusiyyətləri daha da artıraraq ərazidə səhra landşaftını formalaşdırır.   
   Ərazidə mülayim qurşağın havaları üstünlük təşkil edir. Yayda isə ərazinin çox  hissəsində tropik havalar transformasiya olunur. Mülayim qurşağın havaları şimalda  arktik havalarla sərhədlənir. Arktik hava cəbhələri qışda orta hesabla 60-70°  şm.enində yerləşərək tez-tez Orta Asiya ərazisinə, bəzən isə hətta onun cənub  rayonlarına daxil olur. Mərkəzi Qazaxıstandan və Orta Asiyanın şimalından Asiya  antisiklonunun qərb qolları keçir. Onun təsirinə qışda Orta Asiyaya şimaldan və  şimalşərqdən soyuq və quru kontinental havalar daxil olur. TyanŞan dağları onların  şərqə keçməsinə mane olur. (Burada soyuq hava kütlələri az qalınlığa malik  olduğundan çox da hündür olmayan Karatau dağı da iqlim ayırıcı rol oynayır.)  
   Orta Asiyanın iqliminə ondan kənarda yerləşən dağ sistemləri də təsir göstərir. Onu  cənubdan əhatələyən dağlar Cənubi Asiya mussonlarının daxil olmasına mane olur.  Eyni zamanda onu qərbdən və cənub-qərbdən əhatə edən Böyük və Kiçik Qafqaz  dağları, Ermənistan dağlıq yaylası, Zaqros dağları və s. 3600 km məsafədə uzanaraq  yüksəkdən gələn hava cəbhələrinin deformasiya olunmasında mühüm əhəmiyyət kəsb  edir.


Yüklə 24,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə