Ortodontik aparatların hazırlanma texnikası-2



Yüklə 70,9 Kb.
Pdf görüntüsü
tarix18.06.2023
ölçüsü70,9 Kb.
#132283
Ortodontiya-2



Ortodontik aparatların hazırlanma texnikası-2
1
Frenkel aparatı təsir mexanizminə görə hansı növ aparatlara aiddir?
Funksional
2
III tip Frenkel aparatı hansı hallarda istifadə olunur?
Mezial dişləmdə
3
I tip Frenkel aparatı hansı anomaliyalara tətbiq olunur?
Yuxarı kəsici dişlərin distal yerdəyişməsində
4
III tip Frenkel aparatın okklüzion səthlərində hansı dişlərin yeri hazırlanır? 
Aşağı dişlərin
5
II tip Frenkel aparatın okklüzion səthlərində hansı dişlərin yeri hazırlanır?
Yuxarı dişlərin
6
Frenkel 2 tip aparatında dodaq bamperi hansı çənəyə hazırlanır?
Aşağı çənə üçün
7
Vestibulyar qövslü lövhədə nədən istifadə edilir?
Yivin , qövsün gücündən
8
Ən çox tətbiq olunan yaylar hansılardır?
Koffin yayı, əlvari, ilanvari, oval
9
Çıxan ortodontik aparatlarda ən çox tətbiq edilən qövslər hansıdır?
Vestibulyar
10
Vestibulyar qövsün təsiri hansıdır?
Önə çıxmış dişlərin yerinə qaytarır
11
Çıxan ortodontik aparatlarda fiksasiyaedici elementlər hansıdır?
Qarmaq, ilgək, qövslər
12
Frontal dişlər nahiyyəsini genişləndirmək üçün Koffin yayı necə yerləşdiriliməlidir?
Açıq tərəfi frontal dişlərə doğru
13
Nəyə görə əlvari yayın tutucu hissələri diş boynuna yaxın yerləşdirilir?
Yayın təsirinin artırmaq üçün
14
Vestibulyar qövsün təsiri nədən ibarətdir?
Önə çıxmış dişləri əvvəlki vəziyyətə gətirir, aktiv elementdir
15
Aşağıdakı yaylardan ən çox tətbiq edilən hansıdır?
Koffin, protragiruyuşi, əlvari
16
Yayın təsiredici hissəsi hansıdır?
Əymələr və buruqlar
17
Yayın əyintilərinin sayı maksimum neçə olmalıdır?
3
18
Vestibulyar qövs nə zaman tətbiq olunur?
Frontal dişlərin önə yerdəyişməsi zamanı
19
Ortodontik yivlər nə üçün istifadə olunur ?
Çənələri genişləndirmək üçün
20
İlanvari yaylı klammerin hissələri hansıdır?
2-3-dən artıq olmayan əymə və bazisə bərkidilən hissə
21
Oxvari Şvarts qarmağı neçə diametrli (mm) məftildən hazırlanır ?
0.6
22
Koffin yayının əymələrinin kənarları nə üçün yaxınlaşdırılır?
Aktivləşmə dəqiq olsun
23
Vestibulyar qövs nədir?
Ortodontik aparatın ön seqmentə nəzarət edən hissəsidir
24
Vestibulyar qövsün sərhədləri hansı dişlərdən keçə bilər?
321 123 4321 1234
321 123 ; 4321 1234
25
Qarışıq dişləm dövründə olan qüsura hazırlanan ortodontik aparatın vestibulyar qövsünün 
iş prinsipi nədən ibarətdir?
Ön seqmentde olan dişlərin diş qövsündə düzgün yerləşməsinə 
nəzarət etmək
26
Adams qarmağının funksiyası nədən ibarətdir?
Ankoraj, tutucu, saxlayıcı
27
Hansı ortodontik materialdan Adams, Şvarts, Cekson qarmaqlarını hazırlamaq mümkündür?
0,7 mm, 0,8 mm diametrli ortodontik məftillərdən
28
Genişləndirici funksiyanı yerinə yetirən ortodontik aparatın mum konstruksiyası ağız 
boşluğunda yoxlanılmalıdırmı?
Xeyir ehtiyac yoxdur
29
Aşağı çənə üçün hazırlanan aparatın vestibulyar qövsü hansı məftildən hazırlanır?
0,8 mm; 0,7 mm
30
İlanvari yaylar hansı materiallardan hazırlana bilər?
0,4 mm; 0,5mm diametrli ortodontik məftillərdən
31
Çıxan genişləndirici ortodontik aparatlar hansı dişləm zamanı daha effektivlidir?
Qarışıq dişləmdə
32
İlanvari yay nə üçün istifadə olunur?
Dişlərin vestibulyar yerdəyişməsi üçün
33
Koffin yayının daxili hissəsi neçə diametrli (mm) məftildən əyilir?
0,8-1,2 mm
34
Keller yayı nə üçün istifadə olunur?
Aşağı çənənin genişlənməsi üçün
35
Konstruksiyasında yiv, yay, liqatura olan aparat necə adlanır?
Mexaniki təsirli
36
Çıxmayan aparatlarda ən çox tətbiq edilən fiksasiyaedici elementlər hansıdır?
Üzərində borucuq lehimlənmiş halqa və qapaqlar
37
Fiksasiyasına görə Enql aparatı necə aparatdır?
Çıxmayan
38
Yayın təsir qüvvəsi nədən asılıdır?
Əymələrin sayı


39
Bertoni yivi neçə oxludur?
3
40
Mexaniki aparatlar təsir prinsipinə görə funksional və kombinəedilmiş aparatlardan nə 
ilə fərqlənir?
Aktiv təsir göstərən elementlər daxildir
41
Adams klammeri nə üçün istifadə olunur?
Aparatın ağızda fiksasiyası üçün
42
Oxvarı Şvarts klammerinin Adams qarmağından fərqi nədir ?
Şvarts klammeri iki dişi əhatə edir
43
Mexaniki təsirli aparatların xarakterik elementləri:
Yivlər, liqaturalar, yaylar, qövslər
44
Vestibulyar qövslü lövhəli aparatlarda əsas təsir gücü nədədir?
Qövs hazırlanmış məftilin qalınlıq və əymələrində
45
Bertoni qıfıllı aparatın funksiyası nədir ?
Yuxarı çənənin eyni zamanda uzadılması və genişləndirilməsini 
təmin edir
46
"Froq aplayans" adlı aparatın funksiyası nədən ibarətdir?
Altıncı dişlərin distalizasiyası
47
Çıxmayan ortodontik aparatlara hansılar aiddir ?
Breket sistemi
48
Funksional aparatların konstruksiyasında iştirak edən elementlər hansıdır?
Mail səth, dişləm lövhəciyi, pelot
49
Kombinəedilmiş aparatlarda hansı elementlər olur?
Mexaniki və funksional təsirli
50
Dəyişən və daimi dişləmdə hər iki çənə darlığı zamanı hansı aparatlar tətbiq edilir?
Andrezen-Hoypl aparatı
51
Ortodontik aparatlarda bazis plastmasının çatışmayan cəhəti hansıdır ?
Aparat küvetdən çıxarılıdıqda məftil elementlər deformasiyaya
uğrayır
52
Bryukl aparatının təsir elementləri nədir?
Dişləm yastığı
53
Aşağılardakılardan hansı müalicəvi aparatlara aiddir?
1. Aktiv
2. Passiv
3.Retensiyaedici
1 və 2
54
Müalicəvi aparatlar nə zaman tətbiq edilir?
Anomaliyaları müalicə etmək üçün
55
Fiksasiyasına görə aparatların növləri hansılardır?
Çıxan, çıxmayan, qarışıq
56
Ortodontik qaşıqların vacib xüsusiyyətləri hansılardır?
Dərin bazisli, elastik olmayan, enli, hamar, rəngli
57
Ortodontik aparat hazırlamaq üçün neçə cür model alınmalıdır?
3
58
Qarışıq dişləm dövründə hazırlanan ortodontik aparatlarda Adams qarmaqları hansı 
dişlərə hazırlana bilər?
65 56
65 56
59
Ortodontik aparatın hər hansı bir elementi sınmışsa, onu bərpa etmək mümkündürmü?
Bəli, yenidən ölçü alıb, model üzərində yenisini hazırlayıb 
aparata birləşdirməklə (vint xaric)
60
Mərkəzi seqmentdə dişlərə oral tərəfdən hazırlana biləcək itələyici funksiyası olan 
elementlər hansılardır?
Əlvari, ilanvari, ikiqat t şəkilli
61
Adams qarmaqları hansı ortodontik aparatlarda hazırlana bilər?
Sadə genişləndirici, saxlayıcı stabil, Twin blok, Frenkel
62
G şəkilli qarmaq nə zaman hazırlana bilər?
Adams qarmağı hazırlamaq üçün istifadə olunacaq dişlərin 
boyu qısa olduqda
63
Genişləndirici ortodontik aparatlarda vintlər nəyə əsasən seçilir?
Çənələrin darlığına əsasən
64
Koffin yayının funksiyası nədən ibarətdir?
Genişləndirici
65
Ön seqmentdə dişlərin protruziya vəziyyəti zamanı hansı element aparatda vacibdir?
Dil önləyici və vestibulyar qövs
66
Engel təsnifatına əsasən, 2 sinif qüsurda dodaq bamperi hansı çənəyə hazırlanmalıdır?
Aşağı çənəyə
67
Yanaq əzələlərinin təzyiqini aradan qaldırmaq üçün istifadə olunan element hansıdır?
Yanaq pelotları
68
2 sinif qüsurlarda genişləndirici vint hansı çənəyə qoyulacaq aparata daxil edilir?
Aşağı çənəyə
69
Bertoni vintinin sadə vintlərdən fərqi nədir?
2 və 3 istiqamətdə işləmə prinsiplidir
70
Frenkel 3 tip aparatında dodaq bamperi hansı çənəyə hazırlanır?
Yuxarı çənə üçün
71
Ortodontik aparatların hazırlanmasında istifadə olunan plastmaslara olan göstərişlər:
Keyfiyyətli, şəffaf, mikrohissəcikli, hamar


72
Hansı qüsurlar zamanı ortodontik aparat tətbiq olunmur?
Çənə sınıqları
73
Həkim tərəfindən hazırlanan çıxmayan retension aparat harada yerləşdirilməlidir?
Ön dişlərin oral səthlərində
74
Kappalar hansı funksiyaları yerinə yetirir?
Retensiyaedici
75
İdmançı kappalar hansı funksiyanı daşıyır?
Qoruyucu
76
Sərt gecə kappalarının əhəmiyyəti nədir?
Sürtünmənin qarşısını almaq
77
Yerləşdiyi yerinə görə aparatların növləri hansılardır?
Ağızdaxili, ağızdankənar
78
Ağızdankənar aparatlara hansı aiddir?
Delara maskası
79
Yuxarı mikroqnatiyanın müalicəsi üçün istifadə edilən ağızdankənar aparat hansıdır?
Delara maskası
80
Diş cərgəsində oral tərəfə əyilmiş yan kəsiciləri hansı elementlərlə əvvəlki yerinə 
qaytarmaq olar?
Əlvarı və itələyici yaylar
81
Ağızdankənar rezin dartılar nə üçün istifadə olunur?
Üz qövsü və çənəaltı sapandın əlavə elementi olaraq
82
Yerləşdiyi yerinə görə ortodontik aparatların növləri hansıdır?
Ağızdaxili, ağızdankənar, kombinəedilmiş

Yüklə 70,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin