Örtüyünün Öyrənilməsi T. S. Məmmədov, H. H. Əsədov, M. Y. Həsənova



Yüklə 325,15 Kb.
Pdf görüntüsü
tarix29.05.2017
ölçüsü325,15 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №3, səh. 69-72 (2014)

 

69 



Xəzər Və Pirallahı Rayonlarının Texnogen Çirklənmiş Ərazilərinin Bitki 

Örtüyünün Öyrənilməsi 

 

T.S. Məmmədov, H.H. Əsədov, M.Y. Həsənova  

 

 

AMEA Dendrologiya İnstitutu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89, Bakı AZ1044, Azərbaycan;  

*E-mail: Dendrary@mail.az  

 

Məqalədə  Xəzər Və Pirallahı rayonlarının texnogen çirklənmiş torpaq ərazilərinin təbii və  mədəni 

şəraitdə yayılan bitkilərinin müxtəlif inkişaf fazalarında herbariləri toplanılmış, kataloqa salınmış və 

laboratoriyada onların təyinatı aparılmışdır. Texnogen çirklənmiş torpaqlarda rast gəlinən ağac və 

kol bitkilərinin yayılma arealları müəyyənləşdirilmiş, Azərbaycan və latın dillərində siyahısı  tərtib 

edilmişdir. Endemik ağac və cinslərin yayılma arealları müəyyənləşdirilmiş, onların texnogen 

çirklənmiş torpaqlarda rastgəlmə əmsalı müəyyənləşdirilmişdir. 

 

Açar sözlər: Texnogen çirklənmə, ekosistem, endemik 



                       

   

Bitkilər təbiətin tərkib hissəsi olub, mühitin 

mühafizəsində böyük rol oynayırlar. Təbii mühitdə 

ekoloji tarazlığın saxlanmasında bitkilər olduqca 

böyük  əhəmiyyətə malikdirlər. Bu baxımdan, 

ekosistemlərin etibarlı mühafizəsi, flora və bio-

müxtəlifliyin qorunması  məqsədilə 1966-cı ildə 

Qobustan qoruğu, daha sonra Abşeron Milli parkı  

yaradılmış  və burada əsasən otlar, yarımkollar,  

kollar,  ağaclar və heyvanların  mühafizəsi təşkil 

olunmuşdur. 

Yaşıllıqların salınması insanların sağlamlı-

ğında xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə 

müxtəlif növ ağac və kol bitkilərindən istifadə 

etməklə çirklənmiş sahələrin təmizlənməsi qismən 

də olsa mümkündür. Abşeronun texnogen 

çirklənmiş torpaq ərazilərinin bitki örtüyünün 

öyrənilməsi, onların çirklənməyə davamlılığı, bəzi 

ərazilərin neft və neft tullantılarından təmizlənmə-

sinə onların təsirinin öyrənilməsi, eləcə  də torpaq-

ların münbitliyinin artırılmasına  əhəmiyyətinin 

tədqiq edilməsi aktual məsələlərdəndir.  

Abşeronun quru iqlim şəraitində bitkilərin, 

xüsusən ağac və kolların təbii olaraq yayılması 

bioekoloji cəhətdən yüksək qiymət-ləndirilməlidir. 

Belə iqlim-torpaq şəraitində kolcuq, yarımkol, kol 

və müxtəlif ağac növləri-nin yayılması  əvəzsiz 

sərvətdir. Biosferin canlı ünsürləri sırasında bitkilər 

əvəzsiz rol oynamaqdadır. Hər bir bitki növünün 

özünəməxsus tarixi uyğunlaşma səlnaməsi vardır. 

Bu baxımdan,  mövcud olan bitki növlərinin 

bioekoloji mahiyyəti  əvəzsizdir. Bitki növlərinin 

ümumi sayına görə Azərbaycan florasının xeyli 

zəngin olması  məlumdur. Qafqazda yayılmış bitki 

növlərinin ümumi miqdarının 68%-nin respublika-

mızın  payına düşməsi, floranın zəngin və bitki 

örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi, 

təbii-tarixi  şəratinin müxtəlifliyi və  həmçinin uzaq 

floristik sahələrin təsiri altında formalaşmış mürək-

kəb tarixi ilə əlaqələndirilməlidir. 

Azərbaycan florasının zəngin olmasına baxma-

yaraq, Abşeron yarımadasında və xüsusilə, Xəzər 

dənizi sahilində təbii bitki örtüyü çox azdır. Torpaq 

ərazilərinin texnogen çirklənməsi bölgənin təbii 

bitki örtüyünə ciddi mənfi təsir göstərməkdədir. 

Azərbaycanın iqlim-torpaq şəraiti, xüsusən, 

Abşeron yarımadasının mürəkkəb təbii mühiti, 

ekoloji mühitin dəyişkənlik dinamikası, mövcud 

bioekoloji sistemini vahid halda birləş-dirmək çox 

çətindir. Hər bir bölgənin özünəməxsus coğrafi 

mühiti, torpaq və iqlimi bir-birindən kəskin fərq-

lənir. Bitkilərin inkişafı və zonalar üzrə yerləşməsi 

torpaq örtüyündən çox asılıdır. Məhz buna görə də 

iqlim və torpaq şəraitindən asılı olaraq təbii bitki 

örtüyü zonalıq təşkil edir.  

Abşeronun keçmiş bitki örtüyü ilə müasir döv-

rü arasında xeyli dəyişkənlik müşahidə edilir. 

Müəyyən edilmişdir ki, son illər Abşeron yarımada-

sının yaşıllıq sahələri xeyli genişlənmiş, təbii bitki 

örtüyü növ tərkibinə görə isə xeyli azalmış, bəzi 

növlər sıradan çıxmış  və ya məhdud miqdarda 

qalmışdır. 

Abşeron yarmadasındakı düzənliklərdə, səhra 

və yarımsəhra tipli torpaqlarda, quru çöllərdə ksero-

fitlər üstünlük təşkil edir və bu torpaqlarda güclü 

kök sisteminə malik olan, tikanlı, sərt küləklərə 

davam gətirən, günəşli havaya tam uyğunlaşmış 

şorangə, yovşan, acılıq, dəvətikanı və s. növlər daha 

yaxşı inkişaf edir.  

Xəzər dənizi sahilinin xam neft və neft məh-

sulları ilə çirklənmiş torpaq ərazilərində  kserofitlər 

yayıldığı halda, həyətyanı sahələrdə  müxtəlif növ 

ağac və kollar, dekorativ bitkilər mədəni  şəraitdə 

becərilərək, tam inkişaf edib meyvə və toxum ver-

mə qabiliyətinə malikdirlər. Burada meyvə bağları 

da xeyli formalaşmışdır. 

Abşeronun bəzi torpaq ərazilərində və  dənizin 


Xəzər Və Pirallahı Rayonlarının Texnogen 

70 


sahil boyu zonalarında xam neft və neft məhsulları 

ilə çirklənmiş torpaqlar mövcuddur. Neft quyuları-

nın qazılması  və istismarı zamanı torpaq ərazisinə 

xeyli miqdarda xam neft axıdılır. Torpaq səthinə 

axıdılmış neft torpaq səthində “ekran” örtüyünü 

yaradır, bitki toxumlarının cücərməsinə mənfi təsir 

edir,  nəticədə  təbii  bitki örtüyü məhv olur. Bu 

ərazilərin ümumi sahəsi 100  hektara çatır. Məlu-

matlara görə, Abşeronun torpaq fondu cəmi 585000 

ha olub, çirklənmiş  əraziləri isə yarımadanın istis-

mar olunan ərazilərində daha çox diqqəti cəlb edir. 

Buraya məişət, inşaat tullantılarını da əlavə etsək, 

torpaq  ərazisinin çirklənmiş sahələrini diqqətə 

gətirmək çətin olmaz.  

H.Ə.Əliyev və V.R.Volobuyev Abşeron 

torpaqlarını az humus yarımsəhra tipə daxil 

etmişlər (1953). Belə  ərazilər az məhsuldar torpaq 

adlanır, burada təbii bitki örtüyü əksər hallarda 

efemerlər və efemeroidlər olub, onların da növ 

tərkibi xeyli azalmışdır. Xam neftlə çirklənmiş 

torpaqlarda radiasiya fonunun yüksək olması  təbii 

bitki örtüyünü ciddi surətdə azaltmışdır. Çirklənmiş 

torpaq  ərazilərində kol, kolcuq, yarımkol və  ağac 

bitkilərinin seyrək olması  və növ tərkibinin 

azalması müşahidə olunur. Xəzər rayonunun 

çirklənmiş torpaq ərazilərində aşkar edilmiş ağac və 

kollar 1-ci cədvəldə verilmişdir. Cədvəldə Türkan, 

Zirə, Qala və  Şüvəlan qəsəbələrinin çirklənmiş 

torpaq  əraziləri və yeni yaradılmış Pirallahı 

rayonunun təbii bitkiləri göstərilmişdir. Qala 

qəsəbəsinin neftlə çirklənmiş  ərazisində radiasiya 

0,11 mR., yəni təbii ölçüdən 5,5 dəfə çoxdur.  

Cədvəldən göründüyü kimi, Abşeron yar-

ımadasının təbii bitki örtüyü ümumilikdə eynidir. 

Lakin bəzi sahələrdə müxtəlif texnogen səbəblərdən 

bu və ya digər növün fərdlərinin sayı xeyli azalmış, 

bəzi növlərə isə heç rast gəlmək mümkün olmamış-

dır (Ephedra equisetina), bəziləri isə bütün ərazi-

lərdə qeydə alınır (Tamarix tetrandra). Qeyd etmək 

lazımdır ki, bütün ərazilərdə  ağac və kol bitkilə-

rindən fərqli olaraq, yabanı ot bitkiləri – efemer və 

efemeroidlər xeyli yayılmışdır. Çirklənmiş torpaq 

ərazilərində çobanyastığı, quşəppəyi, növruzgülü, 

dəvətikanı, qazayağı, çayır, qanqal yemlik və s. 

növlərin bəziləri birillik ömürlərini sona qədər 

davam etdirirlər. Torpaq ərazisinin duzlu və  şoran 

olması buruq sularının yayıldığı  ərazilərdə halofit 

bitkilərdən – kermen (süpürgə), petrosimoniya (quş 

otu), solecorniya (şorangə) və s. növlərin yayılması 

diqqəti cəlb edir. 

Dəniz sahili torpaqlarda kolcuqlardan ən çox 

itiuclu cıq növü və solecorniya yayılmışdır. Bəzən 

xam neftlə çirklənmiş torpaq sahələrində yovşan 

kolu və  dəvətikanı yarımkolu diqqəti cəlb edir. 

Neftin tərkibindəki parafinlər bitkilər və mikroorqa-

nizmlər tərəfindən mənimsənilə bilmir. 

 

 

Cədvəl. Xəzər və Pirallahı rayonlarının çirklənmiş torpaq ərazilərindəki ağac və kollar 



№ Herbarilərin götürüldüyü 

ərazilər 

 Bitkilərin adı 

Azərbaycanca Latınca  

1 Türkan 

qəsəbəsi 1 

Sahil 


cığı 

Juncus littoralis C.A.Mey. 

İtiuclu cığ 



Juncus acutus L. 

3 Adi 


yovşan 

Artemisia vulgaris L. 

4 Tərxun yovşan 



Artemisia dracunculus L. 

5 Ağacvari yovşan  



Artemisia abrotanum L. 

Şoran öldürgəni 



Anabasis salsa (C.A.Mey.) Benth.   

2 Zirə qəsəbəsi 1 

Yarpaqsız öldürgən 

Anabasis aphylla L. 

Şamdanvari öldürgən  



Anabasis brachiata Fisch.et C.A.Mey 

Şoran öldürgəni 



Anabasis salsa (C.A.Mey.) Benth.   

4 Tikanlı kəvər 



Capparis spinosa L. 

3 Qala 


qəsəbəsi 1 

Xəzər sarıbaşı 



Kallidium caspicum (L.) Ung.-Sternb. 

2 Sivriuc 

noaea 

Noaea mucronata (Forssk.) Aschers. 

4 Pirallahı rayonu 

Tikanlı kəvər 



Capparis spinosa L. 

2 Otlu 


kəvər 

Capparis herbacea Willd. 

3 Yoğunlaşmış sarsozan  



Halocnemum strobilaceum (Pall.) Bieb. 

4 Xəzər şahsevdisi 



Halostachys belangeriana (Moq.) Botsch. 

5 Qatırquyruq acılıq  



Ephedra equisetina Bunge 

Ətirli  yovşan 



Artemisia lerchiana Web. 

Şüvəlan qəsəbəsi 1 



Kövrək şoran 

Salsola ericoides Bieb. 

2 Göyümtül 

şoran  

Halothamnus glaucus (Bieb.) Botsch. 

3 Kəngiz şoran 



Salsola nodulosa (Moq.) İljin. 

4 Sərt şoran 



Salsola orientalis S.G.Gmel. 

5 Meyer 


yulğunu 

Tamarix tetrandra Pall. 

Məmmədov və b. 

71 


Onlar torpağın və hava temperaturunun artıb – 

azalmasından asılı olaraq ya donur, ya da əriyərək 

torpaq səthini örtür, bitki toxumlarının inkişafına və 

tənəffüsünə  mənfi təsir göstərir. Yovşan və  dəvə-

tikanı mil köklə  təmin olunduqlarından onlar tor-

pağın dərin qatlarına daxil ola bilir və özlərini su və 

qida ilə (mineral və üzvi maddələrlə) təmin edə 

bilirlər. 

Ədəbiyyat məlumatlarına əsaslanaraq qeyd et-

məliyik ki, Abşeron yarımadasının, xüsusən Xəzər 

və Pirallahı rayonlarının neft və digər texnogen 

çirklənmiş torpaq ərazilərində mikroorqanizm-

lərdən  Clostridium pasterianum, nitrobakterlər, 

məişət tullantılarını parçalayan müxtəlif göbələklər 

-  Dematium, Chaetomtum, Aspergillus və  Penicil-

lum, efemer və efemeroidlərlə yanaşı, kol bitki-

lərindən Bakı cuzqunu (Calliqonum bakuense 

Litw.), Petunnikov cuzqunu (Calliqonum petun-

nikowii Litw.), Iris acutiloba C.A.M. Mərdəkan, 

Pirallahı, Şüvəlan, Türkan, Qala, Zirə və s. qəsəbə-

lərinin  ərazilərində yayılmışdır. Torpağa tökülmüş 

neft tullantıları az olduqda azo-tobakteriyaların 

fəaliyyəti məhdudlaşmır. Neftin qatılıgı yüksək 

olarsa, bitkilərin kök sisteminin fəaliyyəti kəskin 

azalır, bitkilərin həyatı prosesləri dayanır, bəzi 

hallarda bitkilərin yerüstü hissəsi quruyur və onlar 

məhv olurlar (Gurbanov, Akhundova, 2009). 

Son illər Abşeronun yaşıllaşdırılması geniş 

miqyasda aparılır. AMEA Dendrologiya İnstitutu-

nun Bitki ekologiyası laboratoriyasının elmi-

tədqiqat işləri cirklənmiş  və az  məhsuldar torpaq-

ların bərpası və səmərəli istifadə edilməsinə yönəl-

dilmişdir.  

Bu problemi həll etmək üçün axtarışlar davam 

etdirilir.  Əvvəlcə kütləsi 1kq olan çirklənmiş tor-

paqlara, eyni yaşlı ağac və kollar əkilmiş və morfo-

loji müşahidələrlə yanaşı analitik təyinatlar aparıl-

mış, çirklənmiş torpaqlarda inkişaf edə bilən bitki 

növləri secilmişdir. Digər tərəfdən, bitkilərin eko-

loji mühitə uyğunlaşması  prosesi veqetasiya döv-

ründə qeydə alınmışdır. Məhz buna görə də, mühit 

amillərinə uygun olan (duzadavamlı, quraqlıga da-

vamlı) bitkilərdən istifadə edərək, texnogen səbəb-

lərdən çirklənmiş torpaqlara uyğunlaşa bilən növlər 

götürülmüşdür. 

Abşeronda efemerlərin yayılması iqlim şəraiti 

ilə  əlaqələndirilməlidir. Burada nisbi rütubətlə 

temperatur arasında sanki qarşılıqlı uyğunlaşma 

vardır.Yarımsəhra bitkiləri olan efemerlər və efe-

meroidlər payız yagmurlarından sonra inkişaf faza-

sına başlaya bilirlər, yumşaq qışı keçirərək, yaz 

fəslində öz inkişafına başlayaraq çiçək və toxum 

verə bilirlər. Buradakı kiçik kollar, yovşan, qara-

gan, qarağac, dəvətikanı isti yay quraqlığına dözə-

rək çiçək açır və payızda toxum verirlər.  İnşaat 

tullantıları ilə kölgələnmiş bəzi növlər inkişafını da-

vam etdirə bilirlər. Çirklənmiş torpaq ərazilərində 

külək, toz, yandırılan məişət tullantılarının zəhərli 

qazları, yayılmış neft məhsulu bitkilərin inkişafına 

mənfi təsir göstərir (Прилипко, 1956; Məmmədov, 

2002, 2004, 2010; 2011). 

Abşeronda dominant olan xəzri (şimal küləyi) 

bitkilərin təbii yayılma arealını xeyli artırır. Popul-

yasıyanın növləri geniş əraziyə səpələnir. Təbii hal-

da, endemik agac cinsləri bu ərazilərdə az təsadüf 

edilir. Kolların əksəriyyəti yulgun,qaragac və eləcə 

də kicik boylu coxillik kolcuqlardır.  

Cirklənmiş ərazilərdə cuzgun və saksaul qeydə 

alınmamışdır. Lakin kicik boylu, biyan kolları  və 

hündürboy gəvən bəzən (Qala) rast gəlinir. Cirk-

lənmiş torpaq sahələrində  gənəgərcək, pıtraq və 

dəlibəng kolları  və eləcə  də sarımtıl cicəkləri ilə 

secilən kicik boylu kolcuqlar Abşeronun qızmar və 

quru iqliminə xeyli davamlıdırlar. Bəzi texnogen 

cirklənmiş  ərazilərdə müxtəlif növ uzunömürlü 

efemeroidlər də vardır. 

Xam neftlə çirklənmiş torpaq ərazisində ən çox 

parafinlər, qapalızəncirli parafinlər, qapalı-zəncir-

vari heksanlar və pentanlar, naften turşusunun 

duzları, aromatik karbohidrogenlər, naften turşuları, 

fenollar, kükürdlü üzvi birləşmələr torpağın qələvi-

liyini xeyli artırır.  İnşaat və  məişət tullantıları isə 

xlor, sulfat və karbonat turşularının mineral birləş-

mələri olub, müxtəlif duzların birləşmələrini 

yaradır, torpağın anion və kation komponentlərinin 

dəyişməsi, duzlaşma və ya şoranlaşmanın yaran-

masına səbəb olur. Belə torpaqlarda bitkilərin inki-

şafı məhdudlaşır və  əksəriyyəti toxum verə bilmir. 

Beləliklə, Xəzər rayonunun texnogen çirklən-

mış torpaq ərazilərində  təbii bitki örtüyü xeyli 

azalmışdır. Texnogen çirklənmiş torpaqlarda efe-

merlərin  əksər növləri xeyli tədric olunmuş halda-

dır. Bakı  və Petunnikov cuzqun növləri çirklənmiş 

torpaq  ərazilərində  təyin edilməmişdir. Efemeroid-

lərin bəzi  növləri texnogen çirklənmiş torpaq 

ərazilərində tala şəklində yayılmışlar. 



 

 

ƏDƏBİYYAT 

 

Azərbaycan Respublikasının Milli Atlası (2014). 



Məmmədov T.S. (2010) Abşeronun ağac və 

kolları. Bakı: Elm və Təhsil, 468 s. 



Məmmədov T.S. (2011) Azərbaycanın dendro-

logiyası. Bakı: Elm, I: 482 səh. 



Məmmədov T.S. (2004) Ekoloji amillərə görə 

Abşeronda yaşılllaşdırma. Bakı: Elm, s. 327-329.  



Məmmədov T.S. (2002) Abşeronda yaşıllaşdır-

mada istifadə olunan ağac və kol bitkilərinin 

bioloji xüsusiyyətləri. Bakı: Elm, 202 s. 

Волобуев  В.Р.  (1953) Почвы  и  климат.  Баку: 

АН Азерб.ССР, 319 с. 



Прилипко  Л.И.  (1956)  Вопросы  озеленения 

Апшерона. Баку: АН Азерб.ССР, c. 27. 



Xəzər Və Pirallahı Rayonlarının Texnogen 

72 


Gurbanov E.M., Akhundova A.A. (2009)  Phyto-

ecological Indicators For Biological Recultivation 

Of Soils Polluted With Oil In The Absheron Pe-

ninsula.  Вісник  Дніпропетровського  універси-



тету. Біологія, екологія, 2(вып.17): 3-8.  

 

 

 

Изучение Растительного Покрова Техногенно  

Загрязненных Территорий Хазарского и Пираллахинского Районов 

 

Т.С.Мамедов, Г.Г.Асадов, М.Ю.Гасанова 

 

 

Институт дендрологии НАНА 

 

В статье представлены данные о собранных на различных фазах развития гербариях, о внесенных в 

каталог  и  определенных  в  лабораторных  условиях  растениях,  произрастающих  в  естественных  и 

культурных  условиях  на  техногенно  загрязненных  территориях  Хазарского  и  Пираллахинского 

районов.  Установлен  ареал  распространения  древесных  и  кустарниковых  растений,  встречающихся 

на техногенно загрязненных почвах, а также составлен их перечень на азербайджанском и латинском 

языках. Установлен ареал распространения эндемичных деревьев и родов, определен коэффициент их 

встречаемости на техногенно загрязненных почвах. 

 

Ключевые слова: Техногенное загрязнение, экосистема, эндемик 

 

 

Study Of Natural Vegetation Cover Of The Technogenic Polluted Territories  

Of Khazar And Pirallahi Regions  

 

T.S.Mamedov, G.G.Asadov, M.J.Gasanova 

 

Institute of Dendrology, ANAS   

 

 

Herbaria were collected from plants grown in natural conditions and from cultivated plants during different 

growth phases in Absheron soils with technogenic pollutions, cataloged and their determination was carried 

out in the laboratory. Distribution areals of plants and bushes in soils with technogenic pollutions were 

established and their list was composed in Azeri and Latin. Distribution areals of endemic trees and genera 

were found and their indices of emergence in technogenic polluted soils were established. 

 

 

Keywords: Technogenic pollution,ecosystem, endemic 

 

 



Kataloq: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva

Yüklə 325,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə