Ovçu və pələng



Yüklə 43,05 Kb.
səhifə1/2
tarix08.12.2022
ölçüsü43,05 Kb.
#73023
  1   2
DOC-20221206-WA0127.


Ovçu və pələng
Mənim atam da gözəl ovçu idi. Nağıl edirdi ki, bir gün maral ovuna çıxmışdım. Dərədə bir maral ovladım. Çeşmə başında uzanıb yatmışdım. Bir də gözlərimi ∆açanda nə gördüm? Dörd bir yanımı duman elə bürüyüb ki, bir addım qabaq görünmür. O gün evə qayıtmaqdan ümidimi üzdüm. Axşam olduğunu havadan bilmişdim. Kim bilir, nə qədər yatmışam, nə edəcəyimi bilmirdim. Düşündüm-düşündüm, axırda gecəni bir qaya altında keçirmək üçün yavaş-yavaş dağa dırmaşdım Qabağıma bir mağara çıxdı. Durdum, mağaranın ağzından içəri basdım. Bir şey görmədim, çarəsiz mağaraya girdim, az sonra yuxuya getdim. Bir da ağır xorultudan gözlərimi açdım: “Bu nədir? Məndən başqa, burada adammı var?” – dedim.
Dimdik oturub yan-yörəmi yoxlarkən əlimə bir heyvan quyruğu toxundu , pələng quyruğu idi, Mən mağaraya sığındığım zaman o, oyaq imiş. Çünki yatmış olsaydı, xorultusunu eşidərdim. Bu igid heyvanın məni bir qonaq kimi mağarasına qəbul etdiyinə şübhəm qalmadı. Özümü itirdim. Ancaq qorxmurdum, çünki bu heyvanın cömərdliyinə əmin idim
Gecəni pələnglə bir yerdə keçirtdim. Səhər dan yeni ağaranda mağaradan çıxıb, dünən maral ovladığım yerə gəldim. Maralın bir budunu mağaranın ağzına gətirib yavaşca içəri itələdim. O gün ovladığım maralın ətindən bişirib yedim Günortadan sonra idi, kəndə tərəf döndüm. Mağaranın aşağı yanından keçirdim Gördüyüm bir hadisə ayaqlarımı mismar kimi yerə mıxladi dərənin içində bir pələng uzanmış, bir qurd da onun ətrafında tülkü kimi quyruq bulayırdı.

Məni heyrət aldı, yerdə oturub baxırdım. Qurdun pələngi tələf edəcəyini hiss etmişdim. Onu nişan alıb vurmaq istədim. Nədənsə, fikrimdən vaz keçdim.


Qurd bir də dərəni dolanıb, pələngə yaxınlaşanda onun boğazından yapışdı. Yazıq heyvan ela bağırdı ki, səsindən dağ-daş titrədi. Elə bildim ki, qayalar üstümə töküləcək. Beş-on dəqiqə o gözəl heyvan atılıb-düşəndən sonra hərəkətsiz qaldı. Təəccüblü idi ki, qurd yenə pələngin boğazını buraxmaq istəmirdi. Özü də heç tərpənmirdi.
Pələngin öldüyünü yəqin etdim, ancaq qurdun tərpənməsindən heyrətdə idim. Tüfəngimi alıb dərəyə endim. Pələng ölmüşdü. Tüfangin qundağı ilə qurdu na qədər vurdumsa, tərpənmədi. Bu da murdar olmuşdu. Mən ancaq indi anladım ki, pələng dərədə uzanarkən qurd onunla üz-üzə gəlmiş, onun pəncəsindən qurtarmaq mümkün olmadığından ondan can qurtarmaq istəmiş, axırda da qorxudan bağrı yarılıb ölmüşdü.

1.Mətnin əsas hissəsinə aid edilə bilməz


A)Ovçu maralın xorultusu eşidir.
B)Ovçu evə qayıtmaqdan əlini üzür.
C)Pələng ovçunu mağarasına qəbul edir.
D)Qurd pələngi hədəf seçir.
E)Maralın ətindən ovçu yeyir.
2.Mətnə əsasən hansı fikir səhvdir?
A)Ovçu mağaraya sığındığı zaman pələngin orda olduğunu görməmişdi.
B)Ovçu yenidən maralı ovladığı yerə qayıdır.
C)Pələng son nəfəsində qurdu öldürməyi bacarır.
D)Ovçu pələngə təşəkkür etməyi unutmur,ona maralın ətindən verir.
E)Qurd pələngin boğazından yapışır.

3.Mətndə hansı suala cavab yoxdur?


A)Ovçunun pələngə maral budu verməsinin
B)Ovçunun qurdu vurmaqdan əl çəkməsinin
C)Ovçunun mağaraya sığınmasının
D)Qurdun sonda ölməsinin
E)Ovçunun mağarada özünü itirməsinin

4.Hansı hadisələrin qruplaşmasında səhvə yol verilib?


A) Giriş-hadisənin qəhrəmanının mağaraya sığınması
B) Əsas-ovçunun pələnglə bir yerdə gecəni keçirməsi
C) Əsas-pələngə gətirilən ərmağan
D) Nəticə-pələng və qurdun ölümü
E) Əsas-dumandan ətrafın görünməməsi

5. Mətnin altıncı abzasına aid edilən fikri seçin.


A)Ovçu pələngin quyruğuna toxunanda qorxur.
B)Ovçu qurdu öldürmək istəsə də fikrindən yayınır.
C)Qurd qorxudan bağrı yarılıb, ölür.
D)Qurd pələngin boğazını buraxmaq istəmir.
E)Ovçu gecəni pələnglə bir yerdə keçirir.

6.Mətndə altından xətt çəkilmiş sözün qarşılığı kimi işlənə bilməz.


A) zədələmək
B) məhv etmək
C) öldürmək
D) yoxa çıxmaq
E) yox etmək

7.Hansı nümunə qarşısında ∆ işarəsi qoyulmuş sözün şərhinə uyğundur?


A)Onun sözlərindən ürəyim açıldı.
B)Bütün sirlər artıq açıldı.
C)Bu gün səhər bir başqa açıldı.
E)Ona öz qəlbimi açdım.

8.Mətndə fərqləndirilmiş sözlərin mənalarının izahlarından biri yanlışdır (mətndəki mənaya uyğun)


A)--- tərpənməz halda olan, qımıldanmayan
B)--- bir şeyin gerçəkliyinə xatirəcəm olmamaq, güman,şəkk
C)--- naçar, əlacsız
D)--- dənizin iki quru arasındakı dar hissəsi
E)--- yuxuda olan zaman adamın çıxardığı səs.
9.Mətnə əsasən cədvəli tamamlayan fikirləri yazın,fikrinizi əsaslandırın.
Qoca comərddir.


















Doğrudur







Yanlışdır







Fikrinizi əsaslandırın.__________________________________________________________________________________________

10.Mətndə çərçivə daxilində vurğulanmış sözü fərqli mənada (həqiqidirsə məcazi,məcazidirsə həqiqi) cümlədə işlədin.



Həqiqi[]
Mənada işlənmişdir [✓]
Məcazi []


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin